RELIF ADVANS 28.4 GR MELHEM
| Dərman forması | Məlhəm |
|---|---|
| Farmakoloji təsir | Babasilin və anal çatların müalicəsində yerli istifadə üçün vasitə. Yerli anestetiklər |
| İstehsal ölkəsi | Yunanıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
12,11 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
RELİF ADVANS rektal məlhəm RELIEF® ADVANCE Beynalxalq patentləşdirilməmiş adı: Benzocaine
Tərkibi
Təsiredici maddə: 1 q məlhəmin tərkibində 200 mq benzokain vardır. Köməkçi maddələr: açıq rəngli mineral yağ, ağ vazelin, propilenqlikol, metilparahidroksibenzoat (Е218), propilparahidroksibenzoat (Е216), sorbitan stearat.
Təsviri
Kənar qarışıqısız ağ və ya sarımtıl məlhəmdir.
Farmakoterapevtik qrupu
Babasilin və anal çatların müalicəsində yerli istifadə üçün vasitə. Yerli anestetiklər. ATC kodu: C05AD03.
Farmakoloji xüsusiyyətləri
Benzokain – yerli anestetikdir, yerli ağrıkəsici təsir göstərir. Rezorbtiv təsirə malik deyil, vərdişolma törətmir.
İstifadəsinə göstərişlər
Babasil zamanı, anal çatlarda, proktoloji əməliyyatlardan sonrakı dövrdə; diaqnostik manipulyasiyalar zamanı yerli ağrıkəsici vasitə kimi.
Əks göstərişlər
Preparatın inqredientlərinə, həmçinin diqər amid tipli anestetik vasitələrə qarşı yüksək həssaslıq, tromboemboliya (həmçinin keçirilmiş), qranulositopeniya. Xüsusi ğöstərişlər və ehtiyat tədbirləri Arterial hipertenziyalı, ürək ritminin pozulmaları, hipertireoz, sidik ifrazatı pozulmaları (məs., prostat vəzinin hiperplaziyası) olan pasiyentlərdə dərman vasitəsini yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etmək lazımdır. Anal keçiddən cox miqdarda qanlı ifrazat olarsa və ya terapevtik effekt yoxdursa, həmçinin vəziyyət pisləşərsə və ya 7 gündən sonra yaxşılaşma olmazsa, həkimə muraciət etmək lazımdır. Benzokain tərkibli dərman vasitələrinin istifadəsi zamanı methemoqlobinemiyanın inkişafı haqqında məlumat var (dəri, dodaq və dırnaqların sianozu, baş ağrıları, başgicəllənmə, tənəffüsün pozulması, ümumi zəiflik, taxikardiya), hansılar ki, ölümə səbəb ola bilər və təxirə salınmaz tibbi yardım tələb edir. Methemoqlobinemiyanın inkişafı zamanı agırlaşmaların yaranma riski azyaşlı uşaqlarda, ahıl yaşlı insanlarda, irsi pozulmaları olan pasiyentlərdə (qlukoza-6-fosfodiesteraza, piruvat-kinaza, NADH-methemoqlobin reduktaza (diaforaza 1) fermentlərinin çatışmazlığı), M- hemoqlobinopatiyalar), ürək xəstəlikləri, tənəffüs yollarının xəstəlikləri (bronxial astma, bronxit, ağciyər emfizeması) və ya siqaret çəkmə zamanı artır. Əgər həkim digər doza təyin etməyibsə, sistem əlavə təsirlərin yaranmasını minimuma endirmək üçün tövsiyə olunmuş sutkalıq doza aşılmamalıdır. Tərkibində metilparahidroksibenzoat və propilparahidroksibenzoat oldugundan ləng tipli allergik reaksiyalar daxil olmaqla, allergik reaksiyalar baş verə bilər, propilenqlikol dərini qıcıqlandıra bilər. Köməkçi vasıtə parafin lateks qoruyucuların möhkəmliyini və effektivliyini azalda bilər (hamiləliyin qarşısını almaq və/və ya cinsi yolla ötürülən infeksiyaların, və ya QİÇS – infeksiyasının qarşısını almaq qabiliyyətini).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatı MAO inhibitorları ilə, antidepressantlarla və hipotenziv preparatlarla birgə istifadə etmək tövsiyə olunmur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadə etmək məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
haqqında məlumat yoxdur.
İstifadə qaydası və dozası
Preparat gigiyenik prosedurlardan sonra istifadə etdilməlidir. Applikatorun qoruyucu başlığı çıxardılır. Applikator tuba goşulur və applikatoru yağlamaq üçün bir qədər məlhəm çıxardılır. Məlhəm gündə 4 dəfəyə qədər (səhər, gecə və hər bağırsaq boşalmasından sonra) zədələnmiş nahiyəyə anal çıxışın xaricinə və ya daxilinə ehtiyatla applikator vasitəsilə sürtülür. Hər istifadədən sonra applikatoru yumaq və qoruyucu başlığa yerləşdirmək lazımdır. 12 yaşa qədər uşaqlarda istifadəsi həkimin göstərişi ilə olmalıdır.
Əlavə təsirləri
Aşağıdaki əlavə təsirlər baş verə bilər: kontakt dermatit, dərinin allergik reaksiyaları (hiperemiya, dəri səpgiləri, qaşınma), dərman vasitəsinin istifadə yerində yerli reaksiyalar. Dərman vasitəsinin istifadəsi zamanı methemoqlobinemiya inkişaf edə bilər (dəri, dodaq və dırnaqların sianozu, baş ağrıları, başgicəllənmə, tənəffüsün pozulması, ümumi zəiflik, taxikardiya). Əlavə təsirlər barədə məlumatların verilməsi Əgər əlavə təsirlər meydana çıxarsa, həkiminizlə məsləhətləşin. Bu tövsiyə, içlik vərəqədə göstərilməyənlər də daxil olmaqla, hər hansı bir əlavə təsirə aiddir. Əlavə təsirlər barədə məlumatları, siz dərmanların səmərəsizliyi barədə məlumatlar da daxil olmaqla, əlavə təsirlər haqqında məlumat bazasına bildirə bilərsiniz. Əlavə təsirlər haqqında məlumat vərməklə, siz preparatın təhlükəsizliyi haqqında daha ətraflı məlumatın toplanmasına kömək etmiş olursunuz.
Doza həddinin aşılması
Doza həddinin aşılma simptomları benzokainin farmakoloji effektləri ilə bağlıdır. Dozadan artıq istifadə olunan zaman onun sistem absorbsiyası özünü yuxululuq, narahatlıq, oyanma, qeyri- müntəzəm ürək ritmi, agır hallarda – qıcolma, koma kimi göstərir. Nadir hallarda benzokainin yüksək dozaları methemoqlobinemiya yarada bilər, hansı kı, özünü tənəffüs pozulmaları və sianoz (bax: “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”) şəklində ğöstərir. Doza həddinin aşılması və methemoqlobinemiya zamanı təxirəsalınmaz yardım venadaxili metilen abısının yeridilməsidir. Doza həddi aşılmasının digər simptomları preparatın istifadəsinin ləğvini və simptomatik müalicə tələıb edir.
Buraxılış forması
28,4 q məlhəm, tubda. 1 tub applikatorla və içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən yuksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Famar S.A. 63, Ag. Dimitrou str., 17456 Alimos, Athens, Yunanıstan. Qeydiyyat vəsiqəsinin ahibi Bayer Konsumer Keya AG. Peter Merian-Ştrasse 84, 4052 Basel, İsveçrə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.