PREDNIOCIL 3.5 QR GOZ MELHEMI

Dərman formasıMəlhəm
İstehsal ölkəsiPortuqaliya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,80 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərman vasitəsini istifadə etməzdən əvvəl içlik vərəqəsini diqqətlə oxuyun, belə ki, burada Sizə lazım olan məlumatlar vardır. İçlik vərəqəsini saxlayın. Çünki onu yenidən oxumaq lazım gələ bilər. Əgər Sizə əlavə məlumat lazım olarsa, həkimə və ya əczaçıya müraciət edin. Bu dərman vasitəsi şəxsən Sizə təyin edilib. Onu başqa adamlara verməyin. Hətta onlarda Sizin xəstəliyin simptomları olsa belə, preparat onlara ziyan verə bilər. Əgər Sizdə hər hansı əlavə təsir yaranarsa və ya içlik vərəqədə göstərilməyən əlavə təsirlər müşahidə etsəniz həkimə və ya əczaçıya müraciət edin. PREDNİOSİL 5 mq/q steril göz məlhəmi Beynəlxalq patentləşdirilməmiş adı: Prednisolone acetate

Tərkibi

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 5 mq prednizolon asetat vardır. Köməkçi maddələr:ağ yumşaq parafin, lanolin.

Təsviri

Bircins, yumşaq konsistensiyalı, ağ rəngdən sarımtıl rəngə qədər məlhəmdir. ATC kodu: S01BA04.

Farmakoloji xüsusiyyətləri

Predniosil tərkibində yeganə təsiredici maddə olan 5 mq/q prednizolon asetatdan ibarətdir. Prednizolon asetat gözdə istifadə zamanı qlükokortikoid kimi, allergiyaəleyhinə və iltihabəleyhinə təsirə malikdir.

İstifadəsinə göstərişlər

Predniosil gözün allergik və iltihabi xəstəliklərinin, uveitlərin, skleritlərin və gözlərdə əməliyyatdan sonra iltihabı azaltmaq məqsədilə yerli müalicədə istifadə edilir. Bu səbəbə görə o, kortikoterapiyaya cavab verən bütün allergik və/və ya iltihabi xəstəliklərdə göstərişdir.

Əks göstərişlər

– Preparatın istənilən komponentinə qarşı allergiya (hiperhəssaslıq). Aşağıdakı hallarda preparatdan istifadə etmək olmaz (ifrat xüsusi hallar istisna olmaqla): – gözlərin göbələk xəstəliyi; – kəskin və səthi herpetik keratit; – anamnezdə gözlərin ailəvi vərəmi və ya hazırda olan xəstəliklər (aktiv forma); – kəskin virus infeksiyası; Aşağıdakı hallarda fayda/risk nisbətini nəzərə almaq lazımdır: – katarakta (predniosilin istifadəsi zamanı xəstəlik dərinləşə bilər); – şəkərli diabet (gözdaxili təzyiqin yüksəlməsi və kataraktanın inkişafı mümkündür); – buynuz qişanın və skleranın daralmasına səbəb olan xəstəliklər (perforasiyaya səbəb ola bilər); – xroniki açıqbucaqlı qlaukoma və ya bu xəstəliyin ailəvi anamnezi (klinik vəziyyəti sürətləndirə və ya pisləşdirə bilər; – buynuz qişanın və ya konyunktivanın infeksiyası (ikincili infeksiyanın pisləşməsi və ya inkişafı).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Predniosili istifadə etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Preparatın istifadə müddəti uzadıldıqda, müntəzəm olaraq oftalmoloji müayinələr aparılmalıdır. Preparatın 5-7 gün istifadəsindən sonra yaxşılaşma baş vermədikdə və ya simptomlar gücləndikdə, pasiyent oftalmoloqa müraciət etməlidir. Dumanlı görmə və ya görmənin digər pozulmaları zamanı dərhal həkimə müraciət etmək lazımdır. Preparatı diaqnozu müəyyən edilməmiş “qırmızı göz” sindromunda təyin etmək olmaz. Prednizolon bakterial, virus və ya göbələk infeksiyalarına qarşı dözümlülüyü artırır və infeksiyanın klinik əlamətlərini gizlədə bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Pasiyent preparatı qəbul etməzdən əvvəl hazırda, əvvəl qəbul etdiyi və ya qəbul edəcəyi, reseptsiz buraxılan preparatlar da daxil olmaqla, dərman vasitələri barədə həkimə məlumat verməlidir: – qlukomaəleyhinə vasitələr (predniosilin xroniki və ya intensiv istifadəsi gözdaxili təzyiqi yüksəldə və qlaukomaəleyhinə vasitələrin effetivliyini azalda bilər); – antixolinergik vasitələr, xüsusilə atropin və oxşar vasitələr (Preparatın uzun müddət istifadəsi gözdaxili hipertoniya riskinin yüksəlməsinə səbəb ola bilər); – kontakt linzalar (göz infeksiyalarının riskini artırır). Bəzi dərman vasitələri Predniosilin təsirini gücləndirə bilər və bu zaman pasiyent bu preparatlardan istifadə etdiyi halda, həkim ona ciddi nəzarət etməlidir (İİV-əleyhinə olan bəzi preparatlar daxil olmaqla: ritonavir, kobisistat).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik, laktasiya dövrü, hamiləliyin ehtimal olunması və ya hamiləliyin planlaşdırılması dövründə preparatın qəbulu haqqında həkimə və ya əczaçıya məlumat vermək lazımdır. Hamiləlik İnsanlar üzərində tədqiqatlar keçirilmədiyinə baxmayaraq, ədəbiyyatda qeyd edilən anadangəlmə çatışmazlıq ilə əlaqədar deyil. Buna baxmayaraq, heyvanlar üzərində aparılan tədqiqatlarda hamilə siçovullarda istifadəsi zamanı prednizolon anadangəlmə çatışmazlığa səbəb olmuşdur. Beləliklə, preparatı hamilə qadınarda, yalnız o zaman istifadə etmək olar ki, ana üçün gözlənilən fayda dölə və embriona olan potensial riskdən üstün olsun. Laktasiya Laktasiya dövründə prednizolonun istifadəsi zamanı qeydiyyatdan keçmiş problem barədə məlumat yoxdur. Lakin prednizolonun ana südünə keçməsini nəzərə alaraq, həkimin gözlənilən faydanın riskdən üstün olacağını hesab etdiyi hallar müstəsna olmaqla, bu dövrdə Predniosil göz məlhəminin istifadəsindən çəkinmək lazımdır. Pediatriyada istifadəsi 2 yaş və ya aşağı olan uşaqlarda Predniosili ehtiyatla istifadə etmək lazımdır, belə ki, doza və çəki arasındakı fərq böyrəküstü vəzinin supressiya riskini artırır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Predniosilin istifadəsi dumanlı görməyə (görmədə dəyişiklik) səbəb olur, bu səbəbə görə nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək məsləhət görülmür.

İstifadə qaydası və dozası

Preparatı ciddi həkim və ya əczaçının verdiyi təlimata uyğun istifadə etmək lazımdır. Preparatın qəbulu ilə bağlı şübhə yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Predniosilin dozalanması pasiyentin vəziyyətindən asılı olaraq həkim tərəfindən fərdi təyin edilir. İlkin açılmadan sonra preparat 28 gün ərzində istifadə edilməlidir. Göz məlhəmini ilk dəfə istifadə edərkən, preparatın ilk istifadə edilməli miqdarı atılmalıdır. Göz məlhəmindən ilk dəfə istifadə edərkən: Qapaq Baza Halqa – Flakonun baza hissəsindən əsas qapağı açmaq; – halqanı çıxarıb atmaq. Çirklənmənin qarşısını almaq məqsədilə qapağın daxili, baza və alüminium flakonun yuxarı hissəsinə barmaqla və ya hər hansı əşya ilə toxunmaq olmaz; – qapağı baza hissə ilə alüminium flakona yerləşdirib və onu axıra qədər kip bağlamaq lazımdır ki, mexanizm qoruyucu alüminium örtüyü qıra bilsin. Bu əməliyyatdan sonra baza hissəni yenidən geri fırlatmaq lazım deyil; – flakonun əsas hissəsini bir əllə düz tutub və digər əllə qapağı açmaq lazımdır; – preparatın ilk istifadə olunan hissəsini atmaq lazımdır; – preparatı həkim təyinatı üzrə istifadə edin. Oftalmoloji prepatın flakonundan başqa məqsədlə istifadə etmək olmaz. Preparatın istifadəsi unudulduqda Ötürülən dozanı kompensasiya etmək məqsədilə ikiqat doza qəbul etmək olmaz. Preparatın bir və ya bir neçə dozası ötürüldükdə, aşağıdakı qaydaya əməl etmək lazımdır: – növbəti istifadənin vaxtına xeyli vaxt qaldıqda, dərhal ötürülən dozanı istifadə etmək lazımdır və ikiqat doza istifadə etmək olmaz. Sonra həkim məsləhət gördüyü dozalanma rejiminə qayıtmaq lazımdır. – Növbəti istifadənin vaxtı yaxınlaşdıqda, dərhal ötürülən dozanı istifadə etmək lazımdır və kompensasiya məqsədilə ikiqat doza istifadə etmək olmaz. Sonra həkim məsləhət gördüyü dozalanma rejiminə qayıtmaq lazımdır. – Preparatın istifadəsinə dair hər hansı sual yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Əlavə təsirləri

Digər dərman vasitələrində olduğu kimi Predniosilin də istifadəsi zamanı əlavə təsirlər yarana bilər, lakin bu təsirlər hamıda baş vermir. Tibbi yardım tələb edən əlavə təsirlər Bəzən və ya nadir hallarda: – ktarakta; – göz hipertenziyası; – görmə sinirinin zədələnməsi; – görmə itiliyi və görmə radiusu ilə bağlı probləmlər (görmənin itməsi, gözlərdə ağrı, ürəkbulanma və qusma); – buynuz qişasının və/ya göz almasının perforasiyasının daralması; – ikincili göz infeksiyaları. Aradan qalxmayan və tibbi yardım tələb edən əlavə təsirlər Tez-tez: – müvəqqəti azacıq dumanlı görmə (göz məlhəminin istifadəsindən sonra yarana bilər). Nadir və ya çox nadir hallarda – yanma və sancma hissi, gözlərin qızarması və ya qıcıqlanması. Məlum deyil (əldə olan məlumatlara görə qiymətləndirmək mümkün deyil): – dumanlı görmə. Əlavə təsirlər haqqında məlumatın verilməsi Preparatın qəbulu zamanı yuxarıda sadalanan, o cümlədən qeyd olunmayan hər hansı əlavə təsir yaranarsa, bu haqda həkimə və ya əczaçıya məlumat vermək lazımdır. Əlavə təsirlər haqqında məlumatın verilməsi preparatın təhlükəsizliyi barədə daha çox informasiyanın əldə olunmasına kömək edir.

Doza həddinin aşılması

Təsadüfən daxilə qəbulu zamanı oftalmoloji adrenokortikoidlərin doza həddinin aşılması ciddi əlavə təsirlər yaratmır.

Buraxılış forması

3,5 q steril göz məlhəmi, alüminium tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda, kip bağlanmış şəkildə, işıqdan qorumaq məqsədilə orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman vasitələrini məişət tullnatılarının və ya çirkab sularının içərisinə atmaq olmaz. İstifadə olunmayan preparatın qalıqlarından azad olmaq istədikdə əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlər ətraf mühitin çirklənməsinin qarşısını ala bilər.

Yararlılıq müddəti

Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir. İlkin açılmadan sonra 28 gün ərzində istifadə edilməlidir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Marketinq səlahiyyətinin sahibi Laboratório Edol – Produtos Farmacêuticos, S.A. Av. 25 de Abril, 6-6A. 2795-225 Linda-a-Velha Portugal.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“PREDNIOCIL 3.5 QR GOZ MELHEMI” üçün ilk rəyi siz yazın.