PROSINOLON N10 SUPPA

Dərman formasıRektal şam
Farmakoloji təsirVasoprotektorlar – hemorroy xəstəliyinin və anal çatların müalicəsində yerli istifadə üçün vasitələr

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

15,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PROSİNOLON rektal suppozitoriyalar PROSYNOLONE Beynəlxalq patentləşdirilməmiş adı: Ephedrıne hydrochloride + Lidocaine hydrochloride + Bismuth subgallate + Zinc oxıde + Peru balsam + Castor oil

Tərkibi

Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 0,03 q efedrin hidroxlorid, 0,08 q lidokain hidroxlorid, 0,10 q bismut subqallat, 0,10 q sink oksid, 0,10 q Peru balzamı, 0,04 q gənəgərçək yağı vardır. Köməkçi maddələr: susuz kolloidal silisium, bərk yağ.

Təsviri

Sarıdan qəhvəyi rəngə qədər torpedoşəkilli bərk kütlədir.

Farmakoterapevtik qrupu

Vasoprotektorlar – hemorroy xəstəliyinin və anal çatların müalicəsində yerli istifadə üçün vasitələr. ATC kodu: C05AX02. Farmakoloji xüsusuiyyətləri Farmakodinamikası Efedrin hidroxlorid Efedrin adrenergik reseptorlara birbaşa və dolayı təsir göstərən simpatomimetik vasitədir. Terapevtik dozalarda periferik vazokonstriksiyaya səbəb olur. Efedrin həm α-, həm də β-adrenergik reseptorları stimulə edir. Hesab olunur ki, β-adrenergik effektlər adenilsiklaza fermentinin aktivləşməsi hesabına tsiklik adenozin 3′, 5′-monofosfat istehsalının stimullaşdırılması nəticəsində, α-adrenergik təsir isə adenilsiklaza fermentinin fəaliyyətinin tormozlanması nəticəsində yaranır. Efedrin həmçinin, noradrenalini depo yerindən azad edərək dolayı təsir də göstərir. Preparat dərinin, selikli qişaların və daxili orqanların arteriolalarını daraldır, skelet əzələlərində olan arteriolaları isə genişləndirir. Lidokain hidroxlorid Lidokain amid tipli yerli anestetikdir. İnyeksiya şəklində və selikli qişalara yerli tədbiq üçün geniş şəkildə istifadə olunur. Təsiri və anesteziyası çox tez, inyeksiya yerindən asılı olaraq bir neçə dəqiqə ərzində başlayır, onun orta təsir müddəti vardır. Lidokainin təsirinin başlama sürəti və davametmə müddəti damardaraldıcı preparatların əlavə edilməsi hesabına artır və qana sorulması inyeksiya yerindən asılı olaraq azalır. Səthi və ya yerli anesteziya dəridə və ya selikli qişalarda olan həssas sinir uclarını blokada edir. Yerli anestetiklərin əksəriyyəti effektiv səthi anesteziya yaradır, prokain istisna olmaqla. Bismut subqallat Bismut subqallat selikli qişalara və işlənmiş səthlərə qoruyucu təsir göstərir. Yüngül büzücü və antiseptik xüsusiyyətlərə malikdir. Sink oksid Sink oksid yüngül büzücü təsir göstərir və ekzema, yüngül qıcıqlanma, yaralar və hemoroy zamanı sakitləşdirici, qoruyucu vasitə kimi yerli olaraq istifadə olunur. Peru balzamı Peru balzamı tərkibində olan darçın və benzoy turşuları hesabına çox yumşaq antiseptik təsirə malikdir. Eyni miqdarda gənəgərçək yağı ilə qarışdırılaraq yataq yaralarında və xroniki xoralarda applikasiya kimi istifadə olunmuşdur; o həmçinin, dərinin səthi zədələnmələri və qaşınma zamanı yerli dərman preparatlarının tərkibində də tətbiq edilmişdir. Hemorroy xəstəliyinin simptomlarını yüngülləşdirmək üçün istifadə olunan bəzi rektal preparatların da tərkibində vardır. Gənəgərçək yağı Gənəgərçək yağının işlədici, antibakteriyal, nəmlədirici, sağaldıcı və təmizləyici xüsusiyyətləri vardır. Farmakokinetikası Lidokain hidroxlorid Lidokain mədə-bağırsaq traktından, selikli qişalardan və zədələnmiş dəridən asanlıqla sorulur. Yerli anestetiklər zəif əsaslı olurlar və toxuma pH-da sinir lifində ionlaşmanın baş verə biləcəyi yerə çatmaq üçün birləşdirici toxuma və hüceyrə membranları vasitəsilə diffuz edir. Amid tipli anestetiklər qaraciyərdə, bəzi hallarda isə böyrəklərdə metabolizmə uğrayırlar. Zülallarla birləşmə xüsusiyyəti efir tipli anestetiklərin əksəriyyətində az, amid tipli anestetiklərdə isə çox yüksəkdir. Efedrin hidroxlorid Efedrin mədə-bağırsaq traktından asanlıqla və tamamilə sorulur. Bismut subqallat Bismut subqallat orqanizmdə sistemli qan dövranına daxil olmadan öz müalicəvi təsirini göstərir. Sink oksid Sink oksid orqanizmdə sistemli qan dövranına daxil olmadan öz müalicəvi təsirini göstərir. Peru balzamı Peru balzamı orqanizmdə sistemli qan dövranına daxil olmadan öz müalicəvi təsirini göstərir. Gənəgərçək yağı Rektal yolla tətbiq olunan gənəgərçək yağının farmakokinetik məlumatları mövcud deyil.

İstifadəsinə göstərişlər

Hemorroy xəstəliyinin yerli müalicəsi.

Əks göstərişlər

Preparatın tərkibində olan təsiredici və köməkçi komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Hemorroyəleyhinə yerli istifadə zamanı konkret ehtiyat tədbirləri yoxdur. Buna baxmayaraq, əgər PROSİNOLON rektal suppozitoriyalarının və ya yanaşı yazılan preparatların istifadəsi ilə əlaqədar hiperhəssaslıq reaksiyaları və ya digər problemlər müşahidə olunarsa, müalicə həkiminə müraciət etmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

PROSİNOLON monoaminoksidazanın (MAO) inhibitorları ilə qarşılıqlı təsir göstərdiyi üçün onu monoaminoksidazanın (MAO) inhibitorları qrupuna aid olan hər hansı bir preparat ilə eyni vaxtda istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Lidokain plasentar baryerdən keçir və ana südü ilə xaric olur. PROSİNOLON rektal suppozitoriyalar hamiləlik və laktasiya dövründə yalnız həkimin məsləhəti ilə və nəzarət altında istifadə edilə bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Məlumat yoxdur.

İstifadə qaydası və dozası

Dozalanması Həkimin məsləhətindən asılı olaraq gündə 1-2 suppozitoriya istifadə olunmalıdır. İstifadə qaydası PROSİNOLON rektal suppozitoriyalar hemorroy xəstəliyinin müalicəsində düz bağırsaqda (rektal) istifadə üçün nəzərdə tutulub.

Əlavə təsirləri

Əlavə təsirlərin tezlik parametrləri aşağıdakı şəkildə müəyyən olunur: çox tez-tez (≥1/10); tez-tez (≥1/100- <1/10); bəzən (≥1/1000- <1/100); nadir (≥1/10000- <1/1000); çox nadir (<1/10000); tezliyi məlum deyil (əldə olunan məlumatlar əsasında qiymətləndirilməsi mümkün deyil). Bəzən (≥1/1000- < 1/100): hiperhəssaslıq. Çox nadir hallarda (<1/10,000): yanma hissiyyatı və ya eritema.

Doza həddinin aşılması

Məlumat yoxdur.

Buraxılış forması

5 rektal suppozitoriya bir polietilen laminasiyalı ağ PVC blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-ə qədər temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

1 il 6 ay. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi PROFARMA sh.a. Rruga “Myslym Keta” Tirana – ALBANIA. Eksklüziv distribyutor EL Kompaniya MMC.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“PROSINOLON N10 SUPPA” üçün ilk rəyi siz yazın.