PROKTOTROMBIN N10 SAM
| Dərman forması | Rektal şam |
|---|---|
| Farmakoloji təsir | Babasil və anal çatların müalicəsində yerli istifadə olunan digər preparatlar |
| İstehsal ölkəsi | Moldova |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,90 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
PROKTOTROMBİN rektal suppozitoriyalar PROCTOTROMBIN Beynəlxalq patentləşdirilməmiş adı: Heparin sodium, Prednisolone acetate, Lauromacrogolum 400
Tərkibi
Təsiredici maddələr: 1 suppozitoriyanın tərkibində 120 BV heparin natrium, 1,675 mq prednizolon Asetat, 30 mq lauromakroqol 400 vardır. Köməkçi maddələr: susuz kolloidal silisium dioksid, orta zəncirli triqliseridlər, qliserin tristearat, bərk yağ.
Təsviri
Silindir-konik formalı, ağ və ya sarıyaçalan ağımtıl rəngli şamlardır.
Farmakoterapevtik qrupu
Babasil və anal çatların müalicəsində yerli istifadə olunan digər preparatlar. ATC kodu: C05AX03.
Farmakoloji xüsusiyyətləri
Babasilin müalicəsində istifadə olunan kombinəolunmuş preparatdır. Farmakodinamikası Heparin – birbaşa təsirli antikoaqulyant olub, antitrombotik, ödeməleyhinə və iltihabəleyhinə təsir göstərir. Həmçinin, birləşdirici toxumanın regenerasiyasını sürətləndirir, hemmoroidal düyünlərdə qanın koaqulyasiyasına və fibrin tromblarının əmələ gəlməsinə səbəb olan reaksiyaları inhibə edir. Prednizolon – orta təsir müddətinə malik olan sintetik qlükokortikosteroid olub, iltihabəleyhinə, ödeməleyhinə və allergiyaəleyhinə təsir göstərir. Nəticədə, iltihabı azaldır və anorektal nahiyyədə ağrı və qaşınma hissini nəzərəçarpacaq dərəcədə azaldır. Lauromakroqol – polietilenqlikol qrupundan olan birləşmə olub, yerli keyləşdirici və babasil düyünlərinin sklerozlaşmasına təsir göstərir. Farmakokinetikası Sorulduqdan sonra heparin toxumalardan ləng xaric olur, t – 1 saatdır. Qanda heparinin 35%-i plazma½ proteinləri ilə birləşir, qaraciyərdə (qismən qaraciyərin heparinazası tərəfindən metabolizmə uğrayır) və retikuloendotelial sistemdə metabolizmə uğrayır. Böyrəklər vasitəsilə xaric olur. Plazmadan tez xaric olur (xaricolma qəbul edilən dozadan asılıdır) və bu zaman t – 60-90 dəqiqə təşkil edir.½ Prednizolon – sorulduqdan sonra qaraciyərdə metabolizmə uğrayır. Qaraciyər enzimlərinin induksiyası prednizolonun metabolik klirensini artırır. 1%-ə qədər sidiklə dəyişilmədən xaric olur. Preparatın plazmada miqdarı ilə klirens artır. Bioloji t – 18-36 saatdır, plazmada isə t – 115-212 dəqiqədir.½ ½ Lauromakroqol – sistem təsir göstərmir, yalnız yerli təsirə malikdir.
İstifadəsinə göstərişlər
Daxili və xarici babasil (xüsusilə tromboz və iltihab ilə); Venaların hemmoroidal tromboflebiti; Anal çatlar; Rektal nahiyyənin ekzeması və qaşınması; Anorektal zonanın cərrahi müdaxiləyə hazırlanması.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq; – Dərinin virus, bakterial və göbələk zədələnmələri; – Vərəm; – Sifilis; – Dəri xərçəngi (anorektal zonada); – Qanın laxtalanmasının qanaxmaya meylli pozğunluğu; – Vaksin yeridilməsi zamanı reaksiyalar; – Hamiləliyin I trimestri; – 12 yaşa kimi uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Nəzərə almaq lazımdır ki, tez-tez və ya uzunmüddətli istifadə zamanı regenerasiya prosesinin ləngiməsi baş verir. 12 yaşdan yuxarı uşaqlara təyin edilə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Ədəbiyyatda digər dərman vasitələri ilə qarşılıqlı təsirinə dair məlumat yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləliyin I trimestrində əks göstərişdir. II və III trimestrdə, həmçinin, laktasiya dövründə preparat yalnız o zaman istifadə oluna bilər ki, onun anaya verə biləcəyi fayda dölə olan potensial riskindən üstün olsun.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə zamanı sürətli reaksiya tələb edən fəaliyyət ilə məşğul olmaq, potensial təhlükəli mexanizmləri və nəqliyyat vasitələrini idarə etmək olar.
İstifadə qaydası və dozası
Preparat, rektal yolla, defekasiya aktından sonra, sutkada 1-2 dəfə istifadə edilir. Gündə 1 şam (rektal suppozitoriya) təyin olunur. Hemmoroidal düyünlərə və selikli qişaya maksimal təsir etməsi üçün anal kanalın distal hissəsində 1-2 dəqiqə saxlamaq, sonra anal kanala dərinə yeritmək lazımdır. Müalicə kursu 7- 14 gündür.
Əlavə təsirləri
Sistem reaksiyalar: bəzi hallarda – allergik reaksiyalar, dərinin hiperemiyası baş verə bilər. Uzunmüddətli istifadə zamanı və ya böyük sahələrə isitfadə zamanı sistem təsirləri müşahidə edilə bilər. Qeyd olunan əlamətlər olarsa, əlavə müalicəyə ehtiyac yoxdur və preparatın istifadəsi dayandırıldıqda əlamətlər aradan qalxır.
Doza həddinin aşılması
Preparat minimal sistem təsir etdiyi üçün doza həddinin aşılması ehtimalı çox azdır.
Buraxılış forması
5 rektal suppozitoriya (şam), polivinilxlorid blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yuxarı olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi FARMAPRİM MMC Krinilor küç.5, Porumben s., Kriulen r-nu., MD-4829, Moldova Respublikası. www.farmaprim.md
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.