PREDNIZOLON 0,5% 10 GR MELHEM
| Dərman forması | Məlhəm |
|---|---|
| Farmakoloji təsir | Yerli istifadə üçün qlükokortikosteroid. |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,10 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
PREDNİZOLON xaricə istifadə üçün məlhəm Beynəlxalq patentləşməmiş adı: Prednisolone
Tərkibi
Təsiredici maddə: 100 q məlhəmin tərkibində 0,5 q prednizolon vardır. Köməkçi maddələr:qliserol (distillə olunmuş qliserin), vazelin, stearin turşusu, emulqator № 1, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, təmizlənmiş su.
Təsviri
Ağ rəngli məlhəmdir. Farmakoterapevtik qrup Yerli istifadə üçün qlükokortikosteroid. АТC kodu: D07AA03.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Xaricə istifadə olunduqda iltihabəleyhinə, allergiyaəleyhinə, qaşınmaəleyhinə və antiekssudativ təsir göstərir. İltihab mediatorlarının (histamin, kinin, Pg, lizosomal ferment) yaranmasını, azad olmasını və aktivliyini azaldır. Hüceyrələrin iltihab yerinə miqrasiyasını sarsıdır; iltihab ocağında damarların vazodilatasiyasını və yüksək keçiriciliyini azaldır. Vazokonstriktor təsir sayəsində ekssudasiyanı azaldır. Allergik kontaktlı dermatit növündə reaksiyanın inkişafında iştirak edən makrofaqların, hədəf hüceyrələrinin, sitokinlərin təsirini azaldır. Sensibilizasiya olunmuş T-limfositlərin və makrofaqların hədəf hüceyrələrinə yaxınlaşmasının qarşısını alır. Farmakokinetikası Prednizolon dərinin səthindən sorulduqdan sonra plazma zülallarına bağlanır və əsasən qaraciyərdə baş verən metabolizmə məruz qalır. Böyrəklər tərəfindən ifraz olunur. Plasentadan keçir və az miqdarda ana südündə aşkar olunur.
İstifadəsinə göstərişlər
Prednizolon məlhəmi qeyri-mikrob mənşəli iltihabi və allergik dəri xəstəliklərində: ekzema, allergik, seboreyalı və kontakt dermatit, atomik dermatit (diffuz neyrodermit), psoriaz, diskoid qırmızı qurdeşənəyi, eritrodermiya kompleks terapiya zamanı istifadə olunur.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, vərəm, sifilis, dəridə ödemlər, adi çivzələr, çəhrayı çivzələr (xəstəliyin kəskinləşməsinə işarə ola bilər), yara, xora zədələnmələri, dərinin bakterial, virus və göbələk xəstəlikləri, sızanaq, rozasea, perioral dermatit, peyvənddən sonrakı dəri reaksiyaları, uşaqlar (1 yaşa qədər), hamiləlik və laktasiya dövrü. Sadalanan xəstəliklərdən hər hansı biri Sizdə varsa, preparatı istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Uşaq yaşı 1 yaşdan, qocalıq yaşı. Preparatın istifadə müddəti 14 gündən artıq olmamalıdır. Xarici istifadə üçün digər qlükokortikosteroidlər kimi, Prednizolon məlhəmi göz bölgəsindəki dəriyə (qlaukoma və kataraktanın mümkün inkişafı səbəbindən), həmçinin yara səthlərinə tətbiq etmək olmaz. Xəstəliyin gedişatı zamanı ikincili bakterial və ya göbələk infeksiyasının inkişafı ilə çətinləşirsə, Prednizolon preparatı ilə terapiyaya spesifik antibakterial və ya göbələkəleyhinə vasitə əlavə edilməlidir. Xroniki xəstəliklərin müalicəsi zamanı residivlərin profilaktikası üçün terapiya bütün simptomlar yox olduqdan sonra bir müddət davam etdirilməlidir. Preparatın isifadəsi zamanı üz və ya okküzlyüziv sarğı altında, eləcədə uşaqlarda istifadə edildikdə müalicə kursunun müddəti azaldılmalıdır. Yaşlı pasiyentlərdə qlükokortikosteriodlərdən ehtiyatla qəbulu tövsiyə olunur. Nəzərə almaq lazımdır ki, uşaqlarda dəri qatları, uşaq bezləri və uşaq bələklər okklyüziv sarğılarının təsirinə bənzər təsir yarada və qlükokortikosteroidin sistem rezorbsiyasını artıra bilər. Uşaqlarda bədən səthinin sahəsi ilə onun kütləsi arasındakı nisbət göstəricisinin böyüklərdən artıq olduğunu nəzərə alaraq, uşaqlarda hər hansı yerli qlükokortikosteroidlərdən istifadə zamanı hipotalamo- hipofizar-adrenal sisteminin funksiyasının yatırılması və Kuşinq sindromunun inkişaf riski daha yüksəkdir. Qlükokortikosteroid ilə uzunmüddətli müalicə uşağın böyümə və inkişafının pozulmasına səbəb ola bilər. Buna görə də, uşaqlar təsirə nail olmaq üçün dərmanın minimum effektiv dozasını mümkün qədər qısa müddətdə və bədən səthinin 10%-dən çox olmayan hissəsində qəbul etməlidirlər. Uşaqlarda preparatın istifadəsi bir həkim nəzarəti altında aparılmalıdır (bədən çəkisi, boy, plazmada kortizol konsentrasiyasına nəzarət).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məlumat yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Prednizalon plasental maneəni keçir. Hamiləlik dövründə istifadəsi əks göstərişdir. Laktsaiya dövrü Prednizalon ana südü ilə xaric olur. Lazım gələrsə, preparatı istifadə edərkən ana südü ilə qidalanmağı dayandırmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Məlumat yoxdur.
İstifadə qaydası və dozası
Xaricə istifadə olunur. Böyüklərə və uşaqlara 1 yaşdan 18 yaşa qədər məlhəm nazik təbəqə şəklində dərinin zədələnmiş nahiyələrinə gündə 1-3 dəfə çəkilməlidir. Müalicə kursunun müddəti xəstəliyin xarakterindən və terapiyanın effektivliyindən asılı olub, bir qayda olaraq 6-14 gün təşkil edir; xəstəliyin inadlı gedişi zamanı bu müddət 20 günə qədər uzadıla bilər. Müşahidə dövründə preparatı gündə 1 dəfə istifadə etmək mümkündür. Dəri daha sıx olan bölgələrə (məsələn, dirsəklər, ovuclar və ayaqlar), eləcə də bölgələrə dərmanın asanlıqla silindiyi, məlhəm daha tez-tez tətbiq oluna bilər. Məhdud ocaqlarda effekti gücləndirmək üçün okklüziya sarğıları istifadə oluna bilər. Uşaqlarda məlhəmdən istifadə edərkən, müalicənin ümumi müddətini, tətbiq sahəsini məhdudlaşdırmaq, minimum effektiv dozalardan istifadə etmək və prednizolonun udulmasının artmasına səbəb olan tədbirləri (qızdırıcı, fiksasiya və okklyüziv sarğılar) istisna etmək lazımdır.
Əlavə təsirləri
İmmun sistemə: allergik reaksiyalar. Dərinin və dərialtı toxumalarının pozğunluqları: preparatın tətbiq sahəsi: hipermiya, şişkinlik, yanma hissi, qaşınma, qıcıqlanma və quruluq; böyük sahələrə (bədən səthinin 10%-dən çox) və ya uzunmüddətli tətbiqi və xüsusən okklyüziv sarğı altında istifadəsi dərinin atrofiyasına səbəb ola bilər: teleanhioektasiya, hiper və ya hiperpiqmentasiya, petex, ekzimoz, dərinin incəlməsi, stria, yaranın gec sağalması, steorid səpgilər, follikulit, hipertrixoz, pioderm və kandidozun inkişafına meyillilik. Ümumi pozğunluqlar: Məlhəmi uzun müddət istifadə etdikdə, xüsusən də böyük sahələrdə, prednizolonun rezorbtiv təsirinin təzahürü kimi hiperkortisizmin inkişaf etməsi mümkündür. Bu hallarda preparatın istifadəsi dayandırılmalı və həkimə müraciət edilməlidir. Təlimatda göstərilən əlavə təsirlərdən hər hansı biri dərinləşərsə və ya təlimatda qeyd olunmayan hər hansı digər əlavə təsir meydana çıxarsa, bu barədə həkimə məlumat verin.
Doza həddinin aşılması
Simptomları: hipotalamus-hipofiz-böyrəkaltı sisteminin funksiyasının depressiyası, hiperqlikemiya, qlükozuriya, Kuşinq sindromu. Simptomlar preparat dayandırıldıqdan sonra yox olur. Müalicə: preparatın istifadəsinin tədricən dayandırılması, simptomatik müalicə, zərurət yarandıqda – elektrolit disbalansının korreksiyası.
Buraxılış forması
Xaricə istifadə üçün məlhəm 5 mq/q 10 q məlhəm, tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
15°С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
SC “Altayvitaminı”. Ünvan Rusiya Federasiyası, 659325, Altay vilayəti, Biysk şəhəri, Zavodskaya küçəsi, ev 69. Tel.: (3854) 338-719, 326-948. Faks: (3854) 326-943. www.altayvitamin.ru
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.