PARINOKS 0,6 N2 AMPUL
| Dərman forması | Hazır şpris |
|---|---|
| Farmakoloji təsir | Antitrombotik vasitə, heparin qrupu (aşağı molekulyar ağırlıqda heparinlər) |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
19,93 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
PARİNOKS ENX 0,6 ml inyeksiya üçün məhlul (əvvəlcədən doldurulmuş şpris) Beynəlxalq patentləşdirilməmiş adı: Enoxaparin sodium
Tərkibi
Təsiredici maddə: 1 şprisdə 60 mq (6000 BV-yə ekvivalentdir) anti-Xa vardır. Köməkçi maddələr: inyeksiya üçün su.
Təsviri
Təmiz, rəngsiz və ya açıq sarı rəngli məhluldur.
Farmakoterapevtik qrupu
Antitrombotik vasitə, heparin qrupu (aşağı molekulyar ağırlıqda heparinlər). ATC kodu: B01AB05.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Enoksaparin, standart heparinin antitrombotik və antikoaqulyant fəaliyyətinin dissosiasiya olunduğu orta molekulyar çəkisi təxminən 4500 dalton olan aşağı molekulyar çəkili heparinin natrium duzudur. İn vitro təmizlənmiş sistemdə enoksaparin natrium yüksək anti-Xa aktivliyi (təxminən 100 IU/mq) və aşağı anti-IIa və ya antitrombin aktivliyi (təxminən 28 IU/mq) göstərir ki, bu halda nisbəti 3,6 olur. Bu antikoaqulyant fəaliyyətlər insanlarda antitrombotik fəaliyyətlərlə nəticələnən antitrombin III (ATIII) vasitəsilə idarə olunur. Anti-Xa/IIa fəaliyyətindən əlavə, sağlam və xəstə organizmdə , eləcə də qeyri-klinik modellərdə enoksaparinin əlavə antitrombotik və antiinflamatuar xüsusiyyətləri müəyyən edilmişdir. Farmakokinetikası Enoksaparin natriumun farmakokinetik parametrləri, ilk növbədə, plazma anti-Xa fəaliyyətinin vaxt kursu, həmçinin anti-IIa aktivliyi baxımından, tək və təkrar dərialtı tətbiqdən sonra və birdəfəlik venadaxili tətbiqdən sonra tövsiyə olunan dozalar diapazonunda tədqiq edilmişdir.Anti-Xa və anti- IIa farmakokinetik fəaliyyətlərinin kəmiyyət təyini təsdiqlənmiş amidolitik üsullarla aparılmışdır.
İstifadəsinə göstərişlər
Parinoks ENX böyüklər üçün aşağıdakı xəstəliklərin müalicəsində təyin olunur: • Orta və yüksək riskli cərrahi əməliyyat keçirən, xüsusilə, ortopedik və xərçəng xəstəliyi əməliyyatları daxil olan ümumi cərrahi əməliyyatlar keçirən xəstələrdə venoz tromboembolik pozğunluqların profilaktikası (venoz damarlarda trombun yaranmasının profilaktikası). • Kəskin ürək çatışmazlığı, tənəffüs çatışmazlığı, ağır infeksiyalar və revmatik xəstəliklər də daxil olmaqla kəskin xəstəlikləri olanlarda venoz tromboemboliyanın profilaktikası. • Ağciyər arteriyalarının tromboemboliyası ilə və ya onsuz gedən dərin venaların trombozunun müalicəsi. • Hemodializ zamanı ekstrakorporal qan dövranında trombların əmələ gəlməsinin qarşısının alınması. • Kəskin koronar sindrom: – Qeyri-stabil stenokardiya və Q dişsiz miokard infarktının (NSTEMI) oral yolla asetilsalisil turşusu ilə birlikdə müalicəsi. • Dərman müalicəsi və ya sonrakı koronar müdaxilə planlaşdırılan pasiyentlərdə ST segmentinin qalxması ilə gedən kəskin miokard infarktının müalicəsi.
Əks göstərişlər
Natrium enoksaparin istifadəsi aşağıdakı hallarda əks göstərişdir: • Parinoks, heparin və ya onun törəmələrinə, o cümlədən, digər kiçik molekulyar çəkili heparinlərə qarşı hiperhəssaslıq göstərməsi; • Son 100 gün ərzində immun sistemi ilə əlaqədar heparin mənşəli trombositopeniya və ya qan dövranında antitel mövcudluğu; • Klinik baxımdan əhəmiyyətli qanaxma və ya qanaxma riski yüksək olan vəziyyətlər, o cümlədən, yaxın zamanlarda keçirilmiş hemorragik insult, mədə-bağırsaq xorası, yüksək qanaxma riski olan bədxassəli yeni törəmələr, yaxın zamanlarda keçirilmiş beyin, spinal və ya oftalmoloji cərrahi əməliyyatlar, ezofageal eroziyalar, arteriya-venoz malformasiyalar, vaskulyar anevrizmalar və ya intraspinal və ya intraserebral damar anomaliyaları daxil olmaqla, yüksək hemorragik risk daşıyan hallar; • Spinal və ya epidural və ya lokal anesteziyadan 24 saat əvvəl müalicə üçün natrium enoksaparin istifadə edilməsi. • Aktiv güclü qanaxma, eləcə də yüksək qanaxma riski olan vəziyyətlər və ya xəstəliklər: düşük təhlükəsi, baş beyin damarlarının anevrizması və ya aortanın laylanan anevrizması (in vitro şəraitdə natrium enoksaparinin olduğu mühitdə antitrombositar anticisimlərə qarşı müsbət testlə birlikdə rast gəlinən trombositopeniya).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ümumi Əvəzedici kimi kiçik molekulyar çəkili heparinlər istifadə olunmamalıdır, belə ki, onlar istehsal prosesinə görə, molekulyar çəkisinə, spesifik anti Xa aktivliyinə, vahidlər və dozalanmasına görə fərqlənirlər. Bu isə farmakokinetika və bununla əlaqədar olaraq, bioloji aktivliyində fərqlərin olması ilə nəticələnir (məs., anti-IIa aktivlik və trombositlərin qarşılıqlı təsiri). Bu səbəbdən hər bir xüsusi dərman vasitəsi üçün istifadəsi üzrə təlimata xüsusi diqqət yetirilməli və riayət olunmalıdır. Trombositlərin sayına nəzarət Trombositlərin sayının monitorinqində anticisimlər vasitəçiliyi ilə HİT halları riski də mövcuddur: Anticisimlər vasitəçiliyi ilə heparinin səbəb olduğu trombositopeniya riski aşağı moleyulyar çəkili heparinlərdə də mövcuddur. Trombositopeniya baş verərsə, adətən, natrium enoksaparin müalicəsinin başlanmasından sonrakı 5-ci və 21-ci günlər bu hal müşahidə olunur. Qanaxma Digər antikoaqulyantlar kimi, qanaxma hər hansı bir yerdə baş verə bilər. Əgər qanaxma baş verərsə, qanaxmanın mənşəyi araşdırılmalı və müvafiq müalicə aparılmalıdır. Natrium enoksaparin, hər hansı digər antikoaqulyant terapiyada olduğu kimi, qanaxma ehtimalı yüksək olan aşağıda göstərilən hallarda ehtiyatla istifadə edilməlidir: − pozulmuş hemostaz (o cümlədən, hemofiliya, trombositopeniya, hipokoaqulyasiya, Villebrand xəstəliyi və s.) ağır vaskulit; − anamnezdə mədə və ya oniki barmaq bağırsağın xora xəstəliyi və ya mədə bağırsaq traktının digər eroziv xoralı xəstəliklərinin olması , − yaxın zamanlarda keçirilmiş işemik insult, − idarə olunmayan ağır arterial hipertenziya, − diabetik və ya hemorrargik retinopatiya, − ağır şəkərli diabet, − son vaxtlarda keçirilmiş və ya keçirilməsi güman edilən nevroloji və ya və ya oftalmoloji əməliyyatlar − spinal və ya epidural anesteziyanın aparılması(potensial olaraq hematoma ehtimallı), onurğa beyni punksiyası (son vaxtlarda aparılmış) − son vaxtlarda keçirilmiş doğuş − bakterial endokardit (kəskin və ya yarımkəskin) − perikardit və ya perikardial eksudat − böyrək və qaraciyər çatışmazlığı − uşaqlıqdaxili kontrasepsiya (UDK) − ağır travma (xüsusilə mərkəzi sinir sisteminin), böyük sahəli açıq yaralar − hemostaza təsir göstərən dərman vasitələri ilə birlikdə istifadəsi − trombozla birlikdə rast gəlinən və ya onsuz, heparinlə induksiya olunan trombositopeniya (anamnezdə) Spinal/epidural anesteziya Parinoks qəbulu və spinal/epidural anesteziya prosedurunun eyni zamanda icra olunması zamanı davamlı və ya uzunmüddətli iflicə gətirib çıxaran neyroaksial hematoma hadisələri barədə məlumatlar mövcuddur. Lakin, Parinoksun 40 mq gündə bir dəfə və ya daha aşağı dozalanma rejimində bu hadisələr nadir hallarda müşahidə olunur. Parinoks daha yüksək dozalanma rejimində, əməliyyat sonrası daimi kateterlərin istifadəsi və ya hemostaza təsir göstərən əlavə dərman vasitələri ilə (QSİƏP kimi) yanaşı istifadəsi zamanı bu risk daha yüksəkdir. Ehtimal olunur ki, həmçinin travmatik və ya təkrari onurğa beyin punksiyası zamanı bu risk yarana bilər. Əgər həkim tərəfindən epidural/spinal anesteziya və ya onurğa beyin punksiyası zamanı antikoaqulyant təsiri təyin etmək qərarı verilirsə, hər hansı nevroloji zədələnmə əlamətlərini və simptomlarını, məs. beldə ağrı, hissi və hərəki çatışmazlıqlar (aşağı ətrafların keyləşməsi və ya zəifliyi), sidik kisəsi və/və ya bağırsağın disfunksiyasını aşkar etmək məqsədilə həddən artıq nəzarət və tez-tez monitorinq aparılmalıdır. Yuxarıdakı əlamətlərdən və ya simptomlardan hər hansı baş verdiyi zaman pasiyentlərin bu barədə həkimə məlumat verməsi barədə onlara təlim keçirilməlidir. Əgər spinal hematoma əlamətləri və ya simptomları ilə bağlı şübhə olarsa, təcili diaqnostika və müalicə, o cümlədən, onurğa beynin dekompressiyası həyata keçirilməlidir. Tromboprofilaktika məqsədilə antikoaqulyant müalicə aparılan pasiyentlərdə neyroaksial müdaxilədən əvvəl həkim potensial fayda/risk nisbətini nəzərə almalıdır. Parinoks və epidural anesteziya/analgeziyanın və lümbar punksiya yanaşı istifadəsi ilə əlaqədar potensial qanaxma riskini azaltmaq üçün dərman vasitəsinin farmakokinetik profili nəzərə alınmalıdır. Kateterin yerləşdirilməsi və çıxarılması daha yaxşı olar ki, enoksaparinin antikoaqulyasiya effekti aşağı olduğu zaman icra olunsun. Kateterin yerləşdirilməsi və çıxarılması Parinoksun profilaktik dozası DVT təyinindən sonra 10-12 saata qədər müddətdə təxirə salınmalıdır. Parinoksun daha yüksək dozalarını qəbul edən pasiyentlərə isə (1mq gündə iki dəfə və ya 1,5 mq/kq gündə bir dəfə) daha uzun müddətə (24 saat) təxirə salınma tələb oluna bilər. Parinoksun növbəti dozasını kateterin kənarlaşdırılmasından ən azı 2 saat keçdikdən sonra təyin etmək lazımdır. Heparin-induksiyalı trombositopeniya Anamnezində tromboz ilə və ya onsuz heparin-induksiyalı trombositopeniya olan pasiyentlərdə Parinoks həddən artıq ehtiyatla istifadə olunmalıdır. Heparin-induksiyalı trombositopeniya riski xüsusilə ürək əməliyyatı keçirmiş və xərçəng xəstəliyi olan şəxslərdə daha yüksəkdir. Buna görə də, natrium enoksaparin ilə müalicəyə başlamazdan əvvəl trombositlərin sayının mütəmadi olaraq, daha sonra isə müalicə zamanı müntəzəm olaraq ölçülməsi tövsiyə olunur. Heparin-induksiyalı trombositopeniya riski bir neçə il davam edə bilər. Heparin induksiyalı trombositopeniya hadisəsinə şübhə olduqda in vitro trombositlərin aqreqasiyası testi məhdud xəbərdaredici əhəmiyyətə malikdir. Bu halda, Parinoksun təyin edilməsi qərarı ekspert məsləhətindən sonra verilməlidir. Son 100 gün ərzində immun sistemi vasitəçiliyi ilə HİT halları olan xəstələrdə və ya dövran edən anticisimlərin mövcudluğunda natrium enoksaparin istifadəsi əks göstərişdir. Dolaşan anticisimlər bir neçə il dövr edə bilər. Natrium enoksaparin sirkulyasiya edən anticisimlər olmadan heparin- induksiyalı trombositopeniyası (>100 gün) olan xəstələrdə həddindən artıq ehtiyatla istifadə edilməlidir. Bu cür hallarda natrium enoksaparindən istifadə etmək qərarı yalnız fayda riskinin nisbətinin diqqətlə qiymətləndirilməsindən və heparin olmayan alternativ müalicələrin nəzərdən keçirilməsindən sonra qəbul edilməlidir. Əgər xəstədə heparin-induksiyalı trombositopeniya nəzərə alınan klinik simptomlar varsa (arterial və/və ya venoz tromboemboliyanın hər hansı yeni halı, inyeksiya yerində hər hansı ağrılı dəri zədəsi, hər hansı allergik və ya anafilaktoid müalicə zamanı reaksiyalar), trombositlərin sayı ölçülməlidir. Xəstələr bilməlidirlər ki, bu simptomlar baş verə bilər və baş verərsə, ilkin tibbi yardım həkiminə məlumat verməlidirlər. Təcrübələrdə trombositlərin sayında əhəmiyyətli dərəcədə azalma müşahidə edilərsə (ilkin dəyərin 30-50%-i), natrium enoksaparin ilə müalicə dərhal dayandırılmalı və xəstə alternativ olaraq digər qeyri-heparin antikoaqulyant müalicəyə keçirilməlidir. Dərialtından koronar revaskulyarizasiya proseduru (PCI) Qeyri-stabil stenokardiyanın, Q-dişsiz miokard infarktının və kəskin ST-yüksəlməsi ilə miokard infarktının müalicəsi zamanı damara müdaxilədən sonra qanaxma riskini minimuma endirmək üçün Parinoks dozaları arasında tövsiyə olunan intervalları çox ciddi gözləmək lazımdır. PCI sonrası punksiya yerində homeostaz əldə etmək çox vacibdir. Əgər qapayıcı vasitədən istifadə olunursa, örtüyü dərhal kənarlaşdırmaq lazımdır. Əgər manual kompressiya üsulundan istifadə olunursa, sonuncu VD/DA Parinoks inyeksiyasından 6 saat sonra örtük kənarlaşdırılmalıdır. Əgər müalicə davam edərsə, cədvəl üzrə növbəti doza örtüyün kənarlaşdırılmasından sonra 6-8 saatdan tez olmayaraq verilməlidir. Prosedur sahəsi qanaxma və ya hematomanın yaranması əlamətlərinə görə nəzərdən keçirilməlidir. Mexaniki protez ürək qapaqları olan hamilə qadınlar Mexaniki protez ürək qapaqları olan hamilə qadınlarda tromboprofilaktika üçün natrium enoksaparin istifadəsi kifayət qədər öyrənilməyib. Klinik tədqiqatda mexaniki protez ürək qapaqları olan hamilə qadınlarda tromboemboliya riskini azaltmaq üçün enoksaparin (gündə iki dəfə 1 mq/kq) verilmişdir, 8 qadından 2-də ana və ya dölün ölümünə gətirib çıxaran qapaqların blokadası ilə nəticələnən trombların yaranmışdır. Tromboprofilaktika məqsədilə enoksaparin qəbul edildiyi müddətdə mexaniki protez ürək qapaqları olan hamilə qadınlarda qapaq trombozu barədə Postmarketinq məlumatlar verilmişdir. Mexaniki protez ürək qapaqları olan hamilə qadınlar tromboemboliyaya görə yüksək riskə məruz qala bilər. Laborator sınaqlar Venoz tromboemboliyanın profilaktikası üçün istifadə olunan dozalarda Parinoks əhəmiyyətli dərəcədə qanaxma vaxtına və qanın ümumi laxtalanma testinə, həmçinin trombositlərin aqreqasiyasına və ya fibrinogenin trombositlərə birləşməsinə təsir göstərməmişdir. Daha yüksək dozalarda aktivləşmiş hissəvi tromboplastin vaxtının (AHTV) və aktivləşmiş laxtalanma vaxtının (ALV) artması baş verə bilər. AHTV və ALV artması Parinoksun antitrombotik aktivliyinin yüksəlməsindən qeyri-xətti asılıdır və bu səbəbdən, Parinoks aktivliyinin monitorinqi üçün uyğunsuz və etibarsız hesab olunur. Əzələdaxili inyeksiya yolu ilə yeritmək olmaz. • Hemorragiya Digər antikoaqulyantlarda olduğu kimi hər hansı hissədə qanaxma baş verə bilər (“Əlavə təsirlər” bəndinə bax). Əgər qanaxma və bəzən anemiya baş verərsə, hemorragiyanın səbəbi araşdırılmalı və müvafiq müalicə tətbiq olunmalıdır. • Digər antikoaqulyant terapiya ilə olduğu kimi enoksaparin inyeksiyası potensial qanaxma riski yüksək olduğu aşağıdakı hallarda ehtiyatla istifadə olunmalıdır: – pozulmuş hemostaz, – anamnezdə peptik xora, – yaxınlarda keçirilmiş işemik insult, – idarə olunmayan ağır arterial hipertenziya, – diabetik retinopatiya, – yaxınlarda keçirilmiş neyro- və ya oftalmoloji əməliyyat, – hemostaza təsir göstərən dərman vasitələrinin yanaşı istifadəsi (“Digər dərman vasitələri ilə qarşılqlı təsiri” bəndinə bax). Mexaniki protez ürək qapaqları Mexaniki protez ürək qapaqları olan pasiyentlərdə tromboprofilaktika məqsədilə Parinoks istifadəsi yaxşı tədqiq olunmamışdır. Mexaniki protez ürək qapaqları olan pasiyentlərdə qapağın trombozu barədə tək-tək Postmarketinq məlumatlar verilmişdir. Yanaşı faktorlar, o cümlədən, əsas xəstəlik və kifayət qədər olmayan klinik məlumatlar bu hadisələri qiymətləndirməyə yetmir. Onlardan bəziləri tromboz səbəbindən ana və dölün ölümü ilə nəticələnən hamilə qadınlar olmuşdur. Mexaniki protez ürək qapaqları olan hamilə qadınlar tromboemboliyaya görə yüksək risk altında ola bilər. Yaşlılarda hemorragiya Profilaktik doza həddində yaşlılarda qanaxmanın yüksəlməsinə meyillilik müşahidə olunmamışdır. Yaşlı pasiyentlər (xüsusən səksən yaş və yuxarı pasiyentlər) terapevtik dozalanma daxilində qanaxma ağırlaşmalarının riskinin yüksəlməsinə məruz qala bilər. Diqqətli klinik monitorinq məsləhət görülür. Böyrək çatışmazlığı Böyrək çatışmazlığı olan pasiyentlərdə enoksaparin təsirinin yüksəlməsi yer alır ki, bu da qanaxma riskini yüksəldir. Ağır böyrək çatışmazlığı olan (kreatinin klirensi <30 ml/dəq) pasiyentlərdə enoksaparin təsiri əhəmiyyətli dərəcədə yüksəlmiş olduğu üçün terapevtik və profilaktik dozalanma rejimində dozada düzəlişlərin edilməsi tövsiyə olunur. Həmçinin yüngül (kreatinin klirensi 30- 50 ml/dəq) və orta (kreatinin klirensi 50-80 ml/dəq) böyrək çatışmazlığı olan pasiyentlərdə dozanın korreksiyası məsləhət görülmür, bu halda diqqətli klinik monitorinq tövsiyə olunur. Bədən çəkisinin az olması Az çəkili qadınlarda (<45 kq) və az çəkili kişilərdə (<53 kq) profilaktik doza diapazonunda (çəkidən asılı olmayan korreksiya) enoksaparinin təsirinin güclənməsi müşahidə olunmuşdur ki, bu isə qanaxma riskinin yüksəlməsinə gətirib çıxara bilər. Bu səbəbdən, belə pasiyentlərdə diqqətli klinik monitorinq məsləhət görülür. Piylənmə olan xəstələr Piylənmə olan xəstələrdə tromboemboliya riski daha yüksəkdir. Piylənmə olan xəstələrdə (Bədən Kütlə İndeksi (BKİ) >30 kq/m ) profilaktik dozaların təhlükəsizliyi və effektivliyi tam müəyyən edilməmişdir və dozanın tənzimlənməsi üçün əks göstəriş yoxdur. Bu xəstələrdə tromboemboliya əlamətləri və simptomları diqqətlə müşahidə edilməlidir. Hiperkaliemiya Heparinlər, xüsusilə şəkərli diabet, xroniki böyrək çatışmazlığı, əvvəllər metabolik asidoz keçirmiş xəstələrdə və kaliumun artmasına səbəb olan dərman qəbul edən xəstələrdə hiperkaliemiyaya səbəb olan aldosteronun adrenal sekresiyasına maneə törədə bilər. Müşahidə Prepatın izlənməsini təmin etmək üçün xəstəyə tətbiq olunan məhsulun ticarət adı və partiya nömrəsi qeyd edilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Parinoks ENX ilə müalicəyə başlamadan əvvəl hemostaza təsir göstərən aşağıdakı dərman vasitələrinin qəbulu dayandırılması məsləhət görülür. Lakin, istifadəsinin vacib hesab olunduğu istisna hallar mövcuddur: – sistem salisilatlar, asetilsalisil turşusu (iltihab əleyhinə dozalarda), ketorolak daxil olmaqla QSİƏP- lər, – digər trombolitiklər (məsələn, alteplaza, reteplaza, streptokinaza, tenekteplaza, urokinaza) və antikoaqulyantlar. Aşağıdakı dərman vasitələri natrium enoksaparin ilə eyni vaxtda ehtiyatla istifadə edilə bilər: -Hemostaza təsir edən digər dərman vasitələri: -Trombosit aqreqasiyasının inhibitorları, o cümlədən, antiaqreqant dozada istifadə olunan asetilsalisil turşusu (kardiopidin), klopidoqrel, tiklopidin və qlikoprotein IIb/IIIa inhibitorları. – Dekstran 40, – Sistem qlükokortikoidlər Kalium səviyyəsini artıran dərmanlar: Natriumun enoksaparin qan zərdabında kalium səviyyəsini artıran dərmanlarla eyni vaxtda istifadəsi zamanı xəstələr diqqətlə klinik və laboratoriya monitorinqi altında olmalıdırlar. Uyuşmazlığı Dərialtı inyeksiya. O hər hansı digər inyeksiya və ya infuziyalar ilə qarışdırılmamalıdır. Venadaxili (bolyus) inyeksiya yalnız kəskin STEMI göstərişi üçün Parinoks 5% dekstroza ilə suda və ya normal duzlu məhlulda (0,9%) təhlükəsiz təyin oluna bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik kateqoriyası B. Nəslartırma potensialına malik qadınlar/Doğuma nəzarət (Kontrasepsiya) Eksperimental tədqiqatlar hər hansı fetotoksiklik və ya teratogenlik hadisələrini nümayiş etdirməmişdir. Hamiləlik dövrü Qadınlarda hamiləliyin ikinci və üçüncü trimestrlərində enoksaparinin plasentar baryerdən keçməsini göstərən hadisələr qeyd olunmamışdır. Birinci trimestrlərə dair məlumatlar əldə olunmamışdır. Natriumun enoksaparin hamiləlik dövründə yalnız həkim təyinatı ilə istifadə edilməlidir. Natriumun enoksaparin qəbul edən hamilə qadınlar qanaxma və ya həddindən artıq antikoaqulyasiya əlamətləri görüldükdə diqqətlə izlənilməli və onlara hemorragik risk barədə xəbərdarlıq edilməlidir. Epidural anesteziya planlaşdırıldığı halda, natrium enoksaparin müalicəsini dayandırmaq tövsiyə olunur. Laktasiya dövrü Dəyişməmiş enoksaparinin ana südü ilə xaric olub-olunmaması tədqiqatlar zamanı müəyyən edilməmişdir. Natrium enoksaparinin ağızdan sorulması ehtimalı azdır. Buna görə də, Parinoks ENX südvermə zamanı istifadə edilə bilər. Reproduktivlik qabiliyyəti/Fertillik Reproduktivlik qabiliyyəti/fertilliyə dair tədqiqatlar aparılmayıb. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Enoksaparinin sürücülüyə və mexanizmləri idarəetmə qabiliyyətinə təsiri məlum deyildir. İstifadə qaydası və dozalanması Damarlarda qan laxtalanmasının qarşısını almaq üçün: -Laxtalanma riskinin dərəcəsinə görə təyin olunur. Belə ki, gün ərzində veriləcək olan Parinoks ENX dozası 20 mq ilə 40 mq arasında dəyişir. Məsələn, gündə 1 Parinoks ENX 2000 anti-Xa/0,2 ml əvvəlcədən doldurulmuş Şpris və ya Parinoks ENX 4000 anti-Xa/0,4 ml əvvəlcədən doldurulmuş Şprisdən istifadə ediləcəkdir. Bu müalicə müddəti, adətən, 7-10 gün davam edir. – Əgər ciddi ortopedik əməliyyat keçirmisinizsə, bu əməliyyatdan sonra Parinoks ENX ilə müalicəni 3 həftəyə qədər uzatmaq lazım gələ bilər. – Əgər əməliyyat olacaqsınızsa və tövsiyə olunan doza 20 mq-dırsa, bu doza əməliyyatdan 2 saat əvvəl effektiv və təhlükəsiz hesab olunur. -Əgər tövsiyə olunan doza 40 mq olarsa, bu dozanı əməliyyatdan 12 saat əvvəl və dəstəkləyici doza isə əməliyyatdan 12-24 saat sonra yeridilməlidir. – Xəstəlikdən asılı olaraq yataq xəstəsi olduğunuz hallarda bir gündə veriləcək Parinoks ENX dozası 40 mq (0,4 ml) olacaq. Bu müalicə 6-14 gün davam edəcək. Damarlarda əmələ gələn qan laxtalarının parçalanması üçün – Ümumiyyətlə, gündə bir dəfə bədən çəkinizin hər kiloqramına 1,5 mq dozada (məsələn, bədən çəkiniz 80 kq-dırsa, sizə lazım olan gündəlik doza 120 mq-dır. Bu doza gündə 2 dəfə Parinoks ENX anti-Xa /0,6 ml əvvəlcədən doldurulmuş inyeksiyalardan istifadə etməklə əldə edilə bilər) və ya hər 12 saatdan bir bədən çəkisinin hər kiloqramına uyğun olaraq 1 mq dozada veriləcəkdir. Müalicənin orta müddəti 10 gündür. Tibbi pasiyentlərdə venoz tromboemboliyanın profilaktikas: Tövsiyə edilən doza 40 mq gündə bir dəfə dərialtı inyeksiya. Parinoks ilə müalicə minimum 6 gün təyin olunur və tam ambulator vəziyyətə qayıdana qədər, maksimum 14 günə qədər davam edir. Ağciyər emboliyası ilə və ya dərin venoz tromboemboliyanın müalicəsi Parinoks dərialtına birdəfəlik gündəlik inyeksiya şəklində 1,5 mq/kq və ya gündə iki dəfə 1 mq/kq yeridilir. Venoz tromboemboliyanın(VTE ) təkrar yaranma riski aşağı olan xəstələrdə gündə bir dəfə 1,5 mq/kq təyin oluna bilər. Ağırlaşmış tromboemboliya xəstəliyi, xərçəng, piylənmə, təkrarlanan venoz tromboemboliya və proksimal tromboz zamanı 1 mq/kq gündə iki dəfə istifadə edilməsi məsləhət görülür. Natrium enoksaparinlə orta müalicə müddəti 10 gün təşkil edir. Ehtiyac olduqda peroral antikoaqulyant təyin olunmalıdır və Natrium enoksaparin terapiyası müvafiq peroral antikoaqulyant təyin olunana qədər davam etdirilməlidir. Hemodializ zamanı ekstrakorporal trombun yaranmasının profilaktikası Tövsiyə edilən doza 1 mq/kq təşkil edir. Qanaxma riski yüksək olan pasiyentlər üçün doza 0,5 mq/kq-a qədər azaldılmalıdır ikili damar yolu üçün, və ya tək damar yolu üçün 0,75 mq/kq-a qədər azaldılmalıdır. Hemodializ zamanı Parinoks dializin başlanğıcında arterial xəttə yeridilir və adətən 4-saatlıq seans kifayət edir. Əgər fibrin halqası aşkar olunarsa sonrakı doza 0.5-1 mq/kq verilə bilər. Kəskin koronar sindrom: Qeyri-sabit stenokardiya və Q dişsiz miokard infarktının müalicəsi üçün -Adətən, bədən çəkinizin hər kiloqramı üçün 1 mq dozada verilməli və bu doza hər 12 saatdan bir təkrarlanmalıdır. Məsələn, bədən çəkiniz 60 kq olarsa, sizə lazım olan gündəlik doza 60 mq-dır. Bu dozanın hər 12 saatdan bir təkrarlanacağını nəzərə alaraq, 2 ədəd Parinoks ENX 6000 anti-Xa /0,6 ml əvvəlcədən doldurulmuş şpris tələb olunacaqdır. Bu müalicə, adətən, 2 ilə 8 gün davam etməlidir. – Bununla yanaşı müalicə srategiyasından asılı olmayaraq gündə bir dəfə başlanğıc doza olaraq 150- 300 mq və davamlı olaraq 75-325 mq asetil salisil turşusu qəbul edilməlidir. Dializ zamanı cihazın borularında laxtaların əmələ gəlməsinin qarşısını almaq üçün -Dializ seansının əvvəlində bədəndən çıxan boruya tibb bacısı tərəfindən vurulacaq doza, adətən, bədən çəkisinin hər kiloqramı üçün 1 mq təşkil edir. Bu doza, adətən, 4 saatlıq dializ seansı üçün kifayətdir. – Həkimin zəruri hesab etdiyi halda, əlavə doza verilə bilər. Dərialtından koronar revaskulyarizasiya proseduru (PCI) tətbiq olunan xəstələr üçün – Əgər ürəyinizi qidalandıran koronar arteriyalarınızda laxtalanmanı qasıq nahiyənizdə kiçik bir kəsiklə müalicə etmək üçün müdaxilə tətbiq olunubsa, o zaman həkiminiz Parinoks ENX preparatının son dozasının qəbulu zamanına əsaslanaraq sizə əlavə dozanın verilməsinə dair qərar verəcəkdir. – Parinoks ENX-un son subkutan dozası balon şişirdilməsindən 8 saatdan da uzun müddət öncə verilmişsə, bu halda bədən çəkisinin hər kiloqramına birdəfəlik 0,3 mq Parinoks ENX dozası venadaxili yeridiləcəkdir. İstifadə qaydası və üsulu Parinoks ENX dəri altına tətbiq olunmalıdır. Parinoks ENX əzələdaxili yeridilməməlidir. • ST segmentinin qalxması ilə gedən miokard infarktı birdəfəlik IV bolus yeridilmə inyeksiya ilə başlanır və bundan sonra dərialtı inyeksiya ilə aparılır. • Hemodializ zamanı ekstrakorporal dövriyyədə tromboz əmələ gəlməsinin qarşısını almaq üçün qoldakı dializ dövrəsi olan arterial damara vurulur. Tək istifadə üçün nəzərdə tutulmuş əvvəlcədən doldurulmuş injektor istifadə olunmalıdır. IV bolus şəklində inyeksiya (yalnız kəskin STEMI göstəricisi üçün) • İlkin bolus dozası 3000 IU (30 mq) İlkin 3000 IU (30 mq) bolus dozası üçün natrium enoksaparinin əvvəlcədən doldurulmuş şpris istifadə olunur və həddindən artıq həcm şprisdə qaldıqda yalnız 3000 IU (30 mq) saxlanmaqla əlavə miqdar çıxarılır. Daha sonra 3000 IU (30 mq) doza birbaşa IV xəttə yeridilə bilər. Natrium enoksaparinin əvvəlcədən doldurulmuş 60 mq-lıq şprisin köməyilə 3 mq/ml qatılıqlı məhlulunu əldə etmək üçün içərisində 50 ml infuziya məhlulu (yəni, 0,9 %-li natrium xlorid və ya 5%-li dekstroza mehlulu) olan qabdan istifadə etmək tövsiyə olunur. İçərisində infuziya məhlulu olan qabdan adi şprisin köməyi ilə 30 ml məhlul çixarilir və tullanılır. Natrium enoksaparin (dərialtı yeridilmək üçün 60 mq-lıq şprisin içərisindəki məhlul) qabda qalmış 20 ml infuziya üçün məhlula əlavə olunur. Qabın içərisindəki durulaşdırılmış natrium enoksaparin məhlulu ehtiyatla qarışdırılır. Yeridilmək üçün lazımi qədər durulaşdırılmış natrium enoksaparin məhlul şprislə götürülür, lazımi həcm aşağıdaki düstur üzrə hesablanır. Durulaşdırılmış məhlulun həcmi = Pasiyentin bədən kütləsi (kq) * 0.1 Yaxud aşağıdakı cədvəlin köməyi ilə müəyyən oluna bilər. Durulaşdırılmadan sonra venadaxili yeridilməli olan həcmlər. Pasiyentin bədən kütləsi Lazımi doza (0,3 mq/kq) 3 mq/ml-ə qədər durulaşdırılmış məhlulun (kq) (mq) lazımi həcmi 45 13,5 4,5 50 15 5 55 16,5 5,5 60 18 6 65 19,5 6,5 70 21 7 75 22,5 7,5 80 24 8 85 25,5 8,5 90 27 9 95 28,5 9,5 100 30 10 Ağır böyrək çatışmazlığı: Hemodializ zamanı ekstrakorporal sirkulyasiya zamanı tromb formalaşmasının qarşısını alınması istisna olmaqla, böyrək çatışmazlığının son mərhələsində olan (kreatinin klirensi <30 ml/dəq) pasiyentlər üçün denoksiparin natirum tövsiyə olunmur. Böyrək çatişmazlığının səviyyəsindən asılı olaraq dozalanma forması (kreatin klirensi 15- 30 mL/min) Göstərişlər Dozalanma forması Venoz tromboembolik xəstəliklərin profilaktikası 2,000 İU (20 mq) dərialti yeridilmə ilə gündə bir dəfə Dərin Damar Trombozu (DVT) və Ağciyər 100 İU/kq (1mq/kq) bədən çəkisinə müvafiq Emboliyası(PE) olaraq dərialti yeridilmə yolu ilə gündə bir dəfə Qeyri-sabit stenokardiya və Q dişsiz miokard 100 İU/kq (1mq/kq) bədən çəkisinə müvafiq infarktının (NSTEMI) müalicəsi olaraq dərialti yeridilmə yolu ilə gündə bir dəfə ST segmentinin qalxması ilə gedən kəskin Başlanğıc olaraq, birdəfəlik doza 3.000 İU miokard infarktının (STEMI) müalicəsi (75 (30 mq) DA bolus plus ardinca, 100 İU/kq yaşdan aşağı pasientlər) (1mq/kq) bədən çəkisinə müvafiq olaraq dərialti yeridilmə yolu ilə 24 saatdan bir verilə bilər. ST segmentinin qalxması ilə gedən kəskin Başlanğıc doza olaraq intravenoz istifadə miokard infarktının (STEMI) müalicəsi (75 qadağandır. yaşdan yuxarı pasientlər) 100 İU/kq (1mq/kq) bədən çəkisinə müvafiq olaraq dərialti yeridilmə yolu ilə 24 saatdan bir verilə bilər. Tövsiyə olunan dozalanmanın korreksiyası hemodializ göstərişinə tətbiq edilmir. Yüngül və orta böyrək çatışmazlığı Həmçinin yüngül böyrək çatışmazlığı (kreatinin klirensi 30-50 ml/dəq) və ya orta böyrək çatışmazlığı (kreatinin klirensi 50-80 ml/dəq) olan pasiyentlərdə dozalanmanın korreksiyası tövsiyə olunmur, diqqətli klinik monitorinq məsləhət görülür. Qaraciyər çatışmazlığı Klinik tədqiqatlar olmadığı üçün, ehtiyatlı olmaq lazımdır. Pediatrik populyasiya Parinoksun uşaqlarda effektivliyi və təhlükəsizliyi təsdiq olunmayıb. Yaşlı populyasiya Əgər böyrəklərin funksiyası pozulmayıbsa, yaşlılarda dozalanmanın korreksiyasına ehtiyac olmur Spinal/epidural anesteziyada tətbiqi Həkim epidural və ya spinal anesteziya/analgeziya kontekstində antikoaqulyant müalicə üsulu tətbiq etmək qərarına gəldikdə, nevraksiyal hematoma riski səbəbindən diqqətli nevroloji monitorinq tövsiyə olunur. Kateterin qoyulması və ya çıxarılması preparatın daha aşağı dozalarının (sutkada 1 dəfə 20 mq, sutkada 1 ve ya iki dəfə 30 mq, sutkada bir dəfə 40mq) yeridilməsindən ən azı 12 saat sonra və daha yüksək dozalarının (gündə iki dəfə 0.75 mq/kq bədən kütləsi, sutkada iki dəfə 1 mq/kq bədən kütləsi, sutkada bir dəfə 1,5 mq/kq bədən kütləsi) yeridilməsindən ən azı 24 saat sonra aparılmalıdır. Bu zaman nöqtələrində Anti-Xa səviyyələri aşkar edilə bilər və bu gecikmələr neyroaksiyal hematomanın qarşısının alınacağına zəmanət vermir. Gündə iki dəfə 0.75 mq/kq bədən kütləsi və ya gündə iki dəfə 1 mq/kq bədən kütləsi dozasında natrium enoksaparin qəbul edən pasientlərə belə dozalanma rejimində kateter qoyulmazdan və ya dəyişdirilməzdən əvvəlki intervalı uzatmaq məqsədi ilə ikinci dozanı yeritməmək lazımdır. Növbəti dozanın yeridilməsi minimum 4 saat uzadılması zamanı fayda/risk nisbətinə (digər risk amilləri nəzərə alınmaqla tromboz və ya qanaxma riski) görə müəyyən etmək lazımdır. Kreatinin klirensi [15-30] mL/dəq olan xəstələrdə natrium enoksiparinin orqanizmdən çıxarılması ləngiyir. Buna görə də bu kateqoriyadan olan pasientlərdə kateterin çıxarılma anından etibarən keçən müddətin iki dəfə uzadılmasını nəzərdən keçirmək lazımdır. Natrium enoksiparinnin kiçik dozaları (gündə 1 dəfə 30mq )üçün minimum 24 saat və daha yüksək dozaları (sutkada 1 mq/kq bədən kütləsi) üçün minimum 48 saatdır. Natrium enoksaparin 2000 IU (20 mq) əməliyyatdan 2 saat əvvəl başlanması nevroaksial anesteziya ilə uyğun gəlmir. Parinoks ENX preparatını necə özünüzə dəri altı inyeksiya edəcəksiniz? Parinoks ENX digər inyeksiya üçün mayelərlə qarışdırılmamalıdır. Özünüzə Parinoks ENX inyeksiya etmək üçün əvvəlcədən müvafiq texnikanı bilməlisiniz. Dərman və ya özünüzə inyeksiya ilə bağlı suallarınız varsa, həkiminizə müraciət edin. Tətbiq üçün aşağıdakı 9 addımı yerinə yetirin. 1. Əllərinizi sabunla yuyun və qurudun. 2. Rahat bir vəziyyətdə oturun və ya uzanın. Qarın bölgənizdə inyeksiya edəcəyiniz nöqtə əlçatan olmalıdır. Divanda və ya yastıqla dəstəklənən çarpayıda uzana bilərsiniz. 3. Qarnınızın sağ və ya sol tərəfində, yanlara doğru və göbəyinizdən ən azı 5 sm uzaqlıqda bir sahə seçin. -Mövcud göyərmə və yaralar üzərində inyeksiya etməməlisiniz. Qarnınızın sağ və sol tərəflərində inyeksiya nöqtəsini növbəli şəkildə dəyişdirməlisiniz. – Şprisi əlinizə qələm tuturmuş kimi götürün. Digər əlinizlə inyeksiya üçün seçdiyiniz nahiyənin dərisini yumşaq bir şəkildə tutun və onu baş və şəhadət barmağınız arasında yumşaq bir şəkildə sıxın. İynəni şaquli olaraq (90° bucaq altında) dəri qatına tam daxil edin. -Şprisin pistonunu baş barmağınızla itələyin. Bu şəkildə dərman qarın dərinizdəki yağ toxumasına veriləcəkdir. İnyeksiya boyunca dəri qatını tutmağa davam edin. – İynəni düz və birdəfəyə çıxarın. İndi dəri qatını buraxa bilərsiniz. Göyərtilərin qarşısını almaq üçün tətbiq olunan inyeksiya yerini sürtməyin. – İstifadə olunmuş şprisi təhlükəsiz şəkildə atın. Şprisi qoyduğunuz qabın qapağını möhkəm bağlayın və uşaqların əli çatmayan yerdə saxlandığından əmin olun. Normal məişət tullantıları üçün istifadə edilən qutulara atmayın. Parinoks ENX-un damara birdəfəlik inyeksiya ilə verilməsi lazım olduqda, bu prosedur xəstəxanada aparılacaq və texnikanı bilən tibb bacısı və ya həkim tərəfindən həyata keçirilməlidir.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1000 – <1/100); nadir hallarda (≥1/10000 – <1/1000); çox nadir hallarda (<1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkündür). Çox tez-tez (≥ 1/10) – Qanaxma (bədəninizdə yaranın həddindən artıq qanaması). -Trombositoz (orqanizmdə qanın laxtalanmasında mühüm rol oynayan qan trombositlərinin sayının normadan çox olması). – Qaraciyər transaminaza fermentinin artması Tez-tez (≥ 1/100 – < 1/10) -Hematoma (dəri altında təzyiq etdikdə solmayan ağrılı tünd qırmızı səpgilər və ya dərinizdə çəhrayı ləkələrin əmələ gəlməsi). Bu səpgilər Parinoks ENX inyeksiyasının yerinin ətrafında baş verə bilər; -Trombositopeniya (normaldan daha tez göyərmələrin yaranması (bu, qanınızda trombosit adlanan hüceyrələrin azalması ilə əlaqədar ola bilər) (trombositopeniya)); -Ağrı, ödem (şişkinlik) və ya həssaslıq, iltihab, Parinoks ENX inyeksiya olunduğu hissədə geniş yayılmış ağrı (adətən, bu simptomlar bir neçə gün ərzində yox olmalıdır); – Allergik reaksiya, ürtikariya (səpgi), qaşınma, eritema (dəridə qızartı); – Hemorragik anemiya (qırmızı qan hüceyrələrinin sayının azalması); – Baş ağrısı. Bəzən (≥ 1/1000 – < 1/100) -Retroperitoneal qanaxma; -Kəllədaxili qanaxma; -Bullyoz dermatit (iri, qırmızı, təsadüfi formalı dəri lezyonları, su qabarcıqları); -Yerli qıcıqlanma; -Hepatosellular qaraciyər zədələnməsi (dərinizdə və ya gözünüzdə saralma və sidiyin daha tünd rəngdə olduğunu müəyyən etsəniz , bu qaraciyər problemi ilə bağlı ola bilər.). Nadir hallarda (≥1/10000 – < 1/1000) -Anafilaktik/anafilaktoid reaksiyalar (şok daxil olmaqla), şiddətli allergik reaksiyalar (üz, dil və ya boğazda şişkinlik, udqunma və ya nəfəs almada ağırlaşma, xırıltılar və ya dəridə səpgilər); -Parinoks ENX müalicəsi zamanı epidural və ya onurğa anesteziyası (beldən iynə ilə onurğa beyninin ətrafına keyidici maddə yeridilməsi) olan bəzi xəstələrdə onurğa beynində hematoma (qanaxma) əmələ gələ bilər. Bunubla birlikdə, bədənin aşağı hissəsində və ayaqlarınızda hər hansı qaşınma əlamətləri, hissiyyat itkisi, əzələ zəifliyi, sidik və ya nəcis saxlaya bilməmə əlamətləri varsa dərhal həkiminizə məlumat verin; – Qaraciyərin xolestatik zədələnməsi ; – Qanınızdakı kalium səviyyəsinin artması (bu dəyişikliklər daha çox böyrək problemləri və ya şəkərli diabeti olan insanlarda baş verir); – Qanınızdakı eozinofillərin sayının artması. Həkiminiz bunu qan testi ilə yoxlaya bilər; – Tromboz ilə immuno-allergik trombositopeniyanın inkişafı halları; – Alopesiya (saç tökülməsi); – Dəri vasküliti (dəridə qan damarlarının iltihabı); – Dəri nekrozu ; – Uzun müddətli istifadədən sonra osteoporoz (müalicə müddəti 3 aydan çox olarsa, sümük qırılmasını asanlaşdıra biləcək vəziyyət yaradar ). Bu içlik vərəqəsində qeyd olunmayan hər hansı əlavə təsirlər müşahidə etsəniz, zəhmət olmasa, həkiminizə və ya əczaçınıza məlumat verin. Hemorragiya Digər antikoaqulyantlar kimi, enoksaparin terapiyası dövründə aşağıdakı risk faktorları ilə əlaqədar hemorragiya baş verə bilər: qanaxmaya məruz qalan üzvi zədələnmələr, invaziv prosedurlar və ya hemostaza təsir göstərən dərman vasitələri ilə yanaşı istifadəsi. Bu halda, qanaxmanın mənşəyi araşdırılmalı və müvafiq müalicə tədbirləri görülməlidir. Ciddi qanaxmalar, o cümlədən, retroperitoneal və intrakranial qanaxmalar barədə məlumatlar mövcuddur. Bunların bəziləri ölümlə nəticələnmişdir. Parinoksun spinal/epidural anesteziya və ya spinal punksiya yanaşı istifadə olunduqda neyroaksial hematoma hadisələri barədə məlumatlar mövcuddur. Bu hadisələr nevroloji pozğunluqlar, o cümlədən, uzunmüddətli və ya davamlı iflic ilə nəticələnmişdir. Trombositopeniya Müalicənin ilk günlərində yüngül, keçici və simptomsuz trombositopeniya barədə məlumatlar mövcuddur. Nadir hallarda, tromboz ilə birgə immuno-allergik trombositopeniya barədə məlumat verilir. Bəzi hallarda isə, tromboz orqan infarktı və ya ətrafların işemiyası ilə ağırlaşmışdır. Yerli reaksiyalar Natrium enoksaparin dərialtına inyeksiyasından sonra yerli ağrı, yerli hematoma və ya yüngül yerli qıcıqlanma baş verə bilər. Nadir hallarda, Parinoksun kumulyasiyası ilə əlaqədar inyeksiya yerində qeyri-kistoz bərk iltihabi düyünlər müşahidə olunmuşdur. Bu düyünlər bir neçə gündən sonra sorulmuşdur və müalicənin dayandırılması ilə nəticələnməmişdir. Heparin və kiçik molekulyar heparin ilə dərinin inyeksiya sahəsində intakt dəri nekrozu barədə məlumat verilir. Bir qayda olaraq, bu fenomendən əvvəl infiltrasiyalı və ağrılı purpura və ya eritematoz atmalar olur. Bu vəziyyətdə Parinoks müalicəsini dayandırmaq lazımdır. Digər Nadir halda, dəri (bullyoz səpgi) və ya sistem allergik reaksiyalar, o cümlədən, anafilaktik/anafilaktoid reaksiyalar baş verə bilər. Bəzi hallarda, terapiyanın dayandırılması tələb oluna bilər. Həmçinin çox nadir halda, hiperhəssaslıq ilə əlaqədar dəri vaskuliti hadisələri barədə məlumat verilmişdir. Simptomsuz və geridönən trombositlərin sayının yüksəlməsi və qaraciyər ferment səviyyəsinin yüksəlməsi barədə məlumat verilmişdir. Heparinlər və kiçik molekulyar heparinlər ilə əlaqədar hiperkaliemiya barədə məlumat verilmişdir. Mədə-bağırsaq sistemi: ürəkbulanma və diareya qeyd olunmuşdur. Mərkəzi sinir sistemi: qızdırma, çaşqınlıq və ağrı qeyd olunmuşdur.
Doza həddinin aşılması
Parinoksun venadaxili, ekstrakorporal və ya dərialtı yeridilmədən sonra təsadüfən doza həddinin aşılması hemorragik ağırlaşmalara səbəb ola bilər. Yüksək dozada peroral qəbul edilən natrium enoksaparin absorbsiya olunmur. Antidot və müalicə Antikoaqulyant təsirlər protaminin yavaş venadaxili yeridilməsi ilə əhəmiyyətli dərəcədə neytrallaşdırıla bilər. Protaminin dozası natrium enoksaparinin dozasından asılıdır.Belə ki, son 8 saat ərzində 1 mq protamin (natrium enoksaparin qəbul edildiyi təqdirdə) 100 IU (1 mq) natrium enoksaparinin antikoaqulyant təsirini neytrallaşdırır. Natrium enoksaparin 8 saatdan çox qəbul edildikdə və ya protaminin ikinci dozası tələb olunduqda, 100 IU (1 mq) natrium enoksaparin üçün 0,5 mq protamin infuziyası tətbiq oluna bilər. Natrium enoksaparin inyeksiyasından 12 saat sonra isə protamin qəbulu tələb olunmaya bilər. Bununla belə, protaminin yüksək dozaları ilə belə, natrium enoksaparinin anti-Xa fəaliyyəti heç vaxt tamamilə neytrallaşdırılmır (maksimum təxminən 60%).
Buraxılış forması
Birincili qablaşdırma Şpris: I tip şüşə. Dərialtı iynə: Paslanmayan poladdan hazırlanmış xromlaşdırılmış iynə. İynə protektoru: Xlorobutil Elastomer. Protektorun ucunda bərk rezin: Polipropilen. Porşen tıxacı: Xlorbutil elastomer tıxac. Porşen mili: Polipropilen, polistiren və ya polietilen. Qoruyucu qurğu: Kopolister. İkincili qablaşdırma 1. İkincili qablaşdırma: PVX/PET/Easypeel Blister. 2. İkincili qablaşdırma: 325 q/m2 A. UV laklı Bristol karton Hər qutunun içində içlik vərəqə ilə birlikdə 2 ədəd əvvəlcədən doldurulmuş 0,6 ml şpris vardır.
Saxlanma şəraiti
25C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Soyutmaq və ya dondurmaq olmaz.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Ünvan Acibadem, Koftuncu Sok. No:1 34718 Kadikoy/ISTANBUL/TURKEY.
Qeydiyyat vəsiqəsinin sahibi
Ünvan Acıbadem Köftüncü Sokak No. bir 34718 Kadıköy/İSTANBUL. Telefon: (216) 326 69 65. Faks: (216) 340 13 77.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.