OVA-MIT 50 MG 10 TB.
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Ovulyasiyanı stimulə edən preparatlar |
| İstehsal ölkəsi | Kipr |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,98 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
OVA-MİT 50 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Klomifene citrate
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq klomifen sitrat vardır. Köməkçi maddələr: povidon, mikrokristallik sellüloza, laktoza monohidrat, qarğıdalı nişastası, projelatinləşdirilmiş nişasta, kolloidal silisium dioksid, maqnezium stearat, talk, xinolin sarısı E104, ponceau 4R (E124).
Təsviri
Açıq narıncı rəngli, yumru, yastı tabletlərdir.
Farmakoterapevtik qrupu
Ovulyasiyanı stimulə edən preparatlar. ATC kodu: G03GB02.
Farmakoloji xüsusiyyətləri
Ova Mit kimyəvi cəhətdən xlortrianizenə yaxın qeyri-steroid agent olub, ovulyasiya problemi olan qadınlarda yüksək faizlə ovulyasiya prosesini stimullaşdırır. O, hipofiz vəzinin qonadotrop hormonlarını stimullaşdırmaqla yumurta follikulunun yetişməsini endokrin fəaliyyətini və nəticə etibarilə sarı cismin inkişafını və funksiyasını təmin edir. Ova Mit per os qəbuldan sonra qastro-intestinal traktdan yaxşı absorbsiya olunur. Ova Mit qaraciyərdə metobolizə olunur və tədricən ödlə xaric olunur. Dərman və onun metabolitləri nəcislə xaric olunur. Ova Mitin bioloji yarımxaricolma müddəti 5 gündür.
İstifadəsinə göstərişlər
Ova Mit hamiləlik arzusunda olan ovulyasiya problemi olan qadınların müalicəsində təyin olunur. Ova Mitlə müalicə o vaxt effektiv olur ki, qadının ovulyasiya prosesini stimullaşdırmaq imkanı olsun və onun cinsi tərəfdaşının nəsil vermək qabiliyyəti olsun. Birinci dərəcəli hipofiz çatışmazlığı olan və ya yumurtalıq çatışmazlığı olan xəstələrdə Ova Mit effektiv deyil və bu preparat yalnız ovulyasiya disfunksiyası müşahidə olunan qadınlara təyin edilir. Ova Mit yumurtalıqların disfunksiyasının səbəbi ola biləcək digər hallarda (qalxanabənzər vəzi və böyrəküstü vəzinin çatışmazlığı) əvəzedici ola bilməz.
Əks göstərişlər
Qaraciyər xəstəlikləri olan və ya tarixən qaraciyər disfunksiyası olan, endometrik karsinoma, yumurtalıq kistləri, (polisistik kistlərdən başqa), səbəbsiz uşaqlıq qanaxmaları və hamiləlik zamanı təyin olunmamalıdır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ova Mitlə müalicəyə başlamazdan əvvəl xəstələr qaraciyər xəstələri, hipofiz və ya yumurtalıq çatışmazlığı və endometrik şişləri ilə əlaqədar, diqqətlə müayinə olunmalıdır. Sonsuzluğun səbəbi və hər hansı səbəbsiz qanaxmaların səbəbləri diqqətlə araşdırılmalıdırlar. Əkiz doğuş mümkünlüyü barəsində xəstələrə məlumat verilməlidir. Uzunmüddətli müalicə məsləhət görülmür. Pasiyentlərə bildirilməlidir ki, müalicə zamanı göz simptomları da müşahidə oluna bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Qeydə alınmamışdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı istifadə əks göstərişdir. Erkən hamiləlik zamanı Ova Mitin ehtiyatsız qəbulunun qarşısını almaq üçün xəstələrdə ovulyasiyanın baş verdiyinin təyin olunması məqsədilə diqqətlə müayinə olunmalıdırlar. Bütün müalicə ərzində bədənin temperaturu qeydə alınmalı və əgər hamiləlik şübhəsi olarsa, dərhal Ova Mitin qəbulu dayandırılmalıdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə dövründə nəqliyyat vasitələrini idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Ova Mitin adi dozası menstrual siklin 5-ci günündən və ya amenoreya olarsa, istənilən vaxtdan etibarən 50 mq olmaqla 5 gün ərzində qəbul olunur. Əgər ovulyasiya baş verməzsə, gündə 100 mq olmaqla 5 günlük müalicə təyin oluna bilər (əvvəlki müalicədən 30 gün sonra).
Əlavə təsirləri
Adətən Ova Mitin əlavə təsirləri doza ilə əlaqədar olur. Ən çox müşahidə olunan əlavə təsirlər; yumurtalığın böyüməsi və kistanın əmələ gəlməsi, menopauzal simptomlara bənzəməyən vazo- motor qızartılar, abdominal və pelvik diskomfortlar və ya ürəkbulanma, qusma ilə müşahidə olunan ağrılar. Görmənin keçici dumanlanması, süd vəzisinin həssaslığının artması, bədən kütləsinin artma-sı. Səbəbsiz uşaqlıq qanaxmaları, baş ağrıları, tez-tez sidiyəgetmə, allergik səpgilər, allergik lə-kələr, bərpa oluna biləcək saç tökülmələri müşahidə edilmişdir. Mərkəzi sinir sistemi ilə əlaqə-dar əlavə təsirlər; başgicəllənmələri, bayılmalar, əsəb gərginliyi, yuxusuzluq və depressiya.
Doza həddinin aşılması
Ova Mitin normadan artıq dozada qəbul edilməsi ilə əlaqədar ciddi hallar müşahidə olunma- mışdır.
Buraxılış forması
10 tablet, blisterdə. 10 blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Remedica Ltd., Limassol-Kipr, Avropa.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.