Alteks 125 ml sirop

Dərman formasıSirop
Farmakoloji təsirBitki mənşəli bəlğəmgətirici vasitə
İstehsal ölkəsiAzərbaycan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,76 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ALTEX Beynəlxalq patentləşdirilməmiş adi: Sirupus Althaeae (Gülxətmi şərbəti)

Tərkibi

Təsiredici maddə: 125 ml məhlulun tərkibində 3,125 q gülxətmi kökünün quru ekstraktı vardır. Köməkçi maddələr: etanol 95%, saxaroza, benzoy turşusu, distillə edilmiş su.

Təsviri

Sarı və ya açıq-sarı rəngli, spesifik gülxətmi iyli, şirin dadlı şərbətdir.

Farmakoterapevtik qrupu

Bitki mənşəli bəlğəmgətirici vasitə. ATC kodu: R05CA05.

Farmakoloji xüsusiyyətləri

Bitki mənşəli vasitədir. Preparatın əsas təsiredici maddəsi tərkibində selik, nişasta və pektin olan gülxətmi kökünün quru ekstraktıdır. Gülxətmi şərbətinin bəlğəmğətirici, öskürəkkəsici, bürüyücü, yumşaldıcı və iltihabəleyhinə təsiri bilavasitə tərkibində bitki mənşəli selik, pektin maddələri olan gülxətmi kökünün quru ekstraktı ilə bağlıdır. Bu maddələr aşağı tənəffüs yollarının selikli qişalarının səthini uzun müddətə nazik təbəqə şəklində örtərək onların qıcıqlanmasının qarşısını alır. Nəticədə əzabverici öskürək simptomları azalır. Preparat reflektor öskürəkkəsici təsiri sayəsində bronxlardan bəlğəmin ifraz olunmasını asanlaşdırır. Həmçinin, iltihabi prosesi zəiflədir və toxumaların özünübərpa prosesini sürətləndirir. Gülxətmi şərbəti eyni zamanda mədə-bağırsaq traktının selikli qişalarının xoralı-eroziyalı nahiyələrinə bürüyücü təsir göstərməklə qoruyucu təbəqə əmələ gətirir və nəticədə onları qıcıqlandırıcı faktorlardan və patogen floradan mühafizə edir. İstifadəsi göstərişlər Tənəffüs yollarının, çətin ayrılan bəlğəmli öskürəklə müşayiət olunan xəstəlikləri (traxeit, traxeobronxit, bronxit).

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. Saxaraza/izomaltaza çatışmazlığı, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Şəkərli diabetdən əziyyət çəkən pasiyentlərə və aşağı karbohidrat tərkibli pəhriz saxlayan şəxslərə preparatı qəbul etməzdən əvvəl, mütləq həkimlə məsləhətləşmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Kodein tərkibli preparatlarla və digər öskürəkəleyhinə dərman preparatları ilə eyni zamanda istifadə etmək olmaz; çünki bu, durulaşdırılmış bəlğəmin xaricolmasını çətinləşdirir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi, yalnız preparatın ana üçün gözlənilən faydası, döl və yenidoğulmuş uşaq üçün potensial riskdən yüksək olduğu hallarda mümkündür. Həkimlə məsləhətləşmək tələb olunur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın istifadəsi, yüksək diqqət konsentrasiyası və sürətli psixomotor reaksiyalar tələb edən, potensial təhlükəli fəaliyyət növləri ilə (nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə, dispetçer, operator işi) məşğul olmaq qabiliyyətinə təsir göstərmir.

İstifadə qaydası və dozası

Preparat daxilə istifadə olunur. 12 yaşa qədər uşaqlar – 1 çay qaşığı şərbəti, əvvəlcədən ¼ stəkan ilıq suda həll edib, gündə 4-5 dəfə yeməkdən sonra qəbul etmək lazımdır. 12 yaşdan yuxarı uşaqlar və böyüklər – 1 xörək qaşığı şərbəti, əvvəlcədən ½ stəkan ilıq suda həll edib, gündə 4-5 dəfə yeməkdən sonra qəbul etmək lazımdır. Müalicənin davametmə müddəti 10-15 gün təşkil edir. Həkim təyinatına əsasən, müalicənin müddətini uzatmaq və təkrar müalicə kursu aparmaq olar. Aparılan müalicədən sonra pasiyentin vəziyyəti yaxşılaşmadıqda və ya simptomlar dərinləşdikdə və ya yeni simptomlar meydana çıxdıqda, həkimlə məsləhətləşmək lazımdır.

Əlavə təsirləri

Allergik reaksiyalar müşahidə oluna bilər.

Doza həddinin aşılması

Simptomları: ürəkbulanma, qusma. Müalicəsi: preparatın istifadəsinin dayandırılması, mədənin yuyulması.

Buraxılış forması

125 q şərbət, flakonda. 1 flakon içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

10-15°C temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Yaralılıq müddəti 1,5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

AZƏRFARM MMC. Azərbaycan Respublikası, Bakı ş., Bünyadov küç., 14.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Alteks 125 ml sirop” üçün ilk rəyi siz yazın.