TIOMAKS 2ML N6 AMPUL

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirMərkəzi təsirli miorelaksant
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

8,92 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəni diqqətlə və axıra qədər oxuyun, belə ki, burada Sizin üçün mühüm məlumat vardır. • Bu içlik vərəqəni saxlayın. Siz onu yenidən oxumalı ola bilərsiniz. • Əgər Sizdə əlavə suallar yaranarsa, lütfən, həkiminizdən və ya əczaçıdan soruşun. • Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. • Bu dərmandan istifadə müddətində həkimə və ya xəstəxanaya getməli olsanız, həkimə bu dərman preparatını qəbul etdiyinizi söyləyin. • Bu içlik vərəqədə yazılanlara dəqiqliklə əməl edin. Bu dərmanın Sizə təyin edilmiş dozasından artıq və ya əskik doza qəbul etməyin. TİOMAKS 4 mq/2 ml əzələdaxili inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Thiocolchicoside

Tərkibi

Təsiredici maddər: 2 ml (1 ampul) məhlulun tərkibində 4 mq tiokolxikozid vardır. Köməkçi maddələr: natrium xlorid, limon turşusu monohidrat, natrium sitrat dihidrat, inyeksiya üçün su.

Təsviri

Şəffaf, açıq sarımtıl məhluldur.

Farmakoterapevtik qrupu

Mərkəzi təsirli miorelaksant. ATC kodu: M03BX05.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası TİOMAKS – təbii qlikozid olan kolxikoziddən alınan mərkəzi təsirli yarımsintetik miore- laksantdır. Aparılan tədqiqatlarda tiokolxikozidin qamma-aminoyağ turşusu (QAYT) reseptorlarına və qlisinergik reseptorlara selektiv aqonist təsir göstərməsi sübüta yetirilmişdir. Tiokolxikozid onurğa beyni səviyyəsində QAYT reseptorlarını birbaşa aktivləşdirərək əzələlərin relaksasiyasına səbəb olur. TİOMAKS qlisinomimetik təsir fonunda sinir sisteminə müxtəlif səviyyələrdə təsir göstərərək yerli və eləcə də mərkəzi mənşəli əzələ spazmlarını aradan qaldırır. Preparatın kurareyəbənzər təsiri yoxdur, iflic törətmir, tənəffüs mərkəzinin fəaliyyətini ləngitmir və ürək- damar sisteminə təsir göstərmir. Farmakokinetkası Daxilə təyini zamanı preparat qana tez sorulur və 1 saat ərzində preparatın qan plazmasında konsentrasiyası maksimuma çatır. TİOMAKS qan plazmasının albuminləri ilə 13% birləşir, toxuma və mayelərə yaxşı paylanır. Tiokolxikozidin əzələdaxili 4 mq istifadəsindən sonra paylanma həcmi (Vd) 76 litr təşkil edir. Tiokolxikozid qaraciyərdə deyil, qanda metabolizmə uğrayır. Preparatın yarımparçalanma dövrü (T ) 2,5-5 saatdır.1/2 Preparatın təqribən 20%-i dəyişilməmiş halda yaxud metabolit şəklində böyrəklər vasitəsilə, 75- 81%-i isə ödlə xaric olur.

İstifadəsinə göstərişlər

TİOMAKS 16 yaşdan yuxarı yeniyetmələrdə və böyüklərdə skelet-əzələ spazmları və kontraktura ilə müşayiət olunan əzələ, revmatoloji, travmatik və nevroloji xəstəliklərin (Tortikolis, Dorsalgiya, Onurğa sütununun degenerativ xəstəlikləri, lümbaqo, Onurğa sütununun statik patologiyası, Travmatik və nevrolojı mənşəli əzələ spazmları, Reabilitasiya dövründə əzələ kontrakturlarının qarşısını almaq üçün) adyuvant (köməkçi) müalicəsi kimi istifadə olunur.

Əks göstərişlər

• Tiokolxikozidə və ya preparatın tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq (allergiya); • Əzələlərin hipotoniyası; • Yüngül iflic; • Hamilə qalmaq potensialı olan qadınlarda istifadəsi, hamiləlik və hamiləliyin planlaşdırılması dövrü; • Laktasiya dövrü. • 16 yaşa qədər uşaqlarda istifadəsi

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

TİOMAKS epilepsiyalı və ya qıcolma riski yüksək olan xəstələrdə ehtiyatla istifadə olunmalıdır. Müalicə ciddi şəkildə təyin olunmuş doza və istifadə qaydasına uyğun aparılmalıdır. Prepartın daha yüksək dozada və ya 5 gündən artıq istifadə olunması tövsiyə olunmur. Heyvanlar üzərində aparılmış klinik sınaqlar zamanı müəyyən edilmişdir ki, tiokolxikozid-in yüksək dozalarda qəbulu nəticəsində orqanizmdə toplanan müəyyən birləşmələr bəzi hüceyrələrin zədələnməsinə (abnormal xromosom sayı) səbəb ola bilər. Bu kimi hallar insanlarda, xərçəng, kişilərdə fertillik funksiyasının pozğunluğu, hamilələrdə dölə xəsarət təhlükəsini artmasına gətirib çıxara bilər. Hər hansı əlavə suallarınız yaranarsa, həkimə və ya əczaçıya müraciət edin! Həkiminiz Sizə effektiv kontrasepsiya və hamiləlik üçün potensial riskləri ilə bağlı tədbirlər haqda məlumat verəcəkdir. Qaraciyər çatışmazlığı olan xəstələrdə ehtiyatla istifadə etmək lazımdır. Aşağıda qeyd olunmuş hər hansı bir əlamətləri müşahidə etsəniz mütləq həkimə xəbər verin. İştahsızlıq, ürəkbulanma, qusma, göz ağı və dəri rənginin saralması, sidiyin tünd rəngdə olması, qaşınma, hərarət və yorgunluq hissi. Bu kimi əlamətlər qaraciyər xəstəliyinin simptomları ola bilər. Diareya hallarda TİOMAKS ilə müalicə dayandırılmalıdır. Bu xəbərdarlıqlar hətta keçmişdə olsa belə Sizə şamil edilə bilərsə, bu barədə həkimə məlumat verin. TİOMAKS -ın tərkibində olan bəzi maddələr barədə mühüm məlumatlar TİOMAKS-ın tərkibində hər dozaya 1 mmol-dan az olmaqla natrium (23 mg) vardır. Natriumun miqdarı az olduğuna görə, bu səbəbdən heç bir əlavə təsirin yaranması gözlənilmir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əzələ-skelet sisteminə miorelaksant təsir göstərən digər preparatlarla birgə qəbulu hər iki preparatın təsirinin daha çox güclənməsinə və əlavə təsirlərin rast gəlmə tezliyinin artmasına səbəb ola bilər. Bu səbəbdən, TİOMAKS-ı bir qrupa aid eyni təsirli preparatlarla birlikdə istifadə etmək tövsiyə edilmir. Əgər reseptsiz buraxılan dərmanlar da daxil olmaqla, hər hansı digər dərman preparatı qəbul edirsinizsə və ya əvvəllər etmisinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə hər hansı bir preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin. Hamilə qadınlar üzərində heç bir tədqiqat aparılmadığına görə preparatın embrion və dölə mənfi təsirihaqqında heç bir məlumat yoxdur. Buna görə də TİOMAKS hamiləlik dövründə və yaxud kontraseptiv preparatlar istifadə etməyən və hamilə qalmaq potensialı olan qadınlarda istifadə olunmamlıdır. Laktasiya dövründə istifadəsi Tiokolxikozid ana südü ilə ifraz olunduğundan laktasiya dövründə istifadəsi əks göstərişdir. Uşaqlar və yeniyetmələrdə istifadəsi 16 yaşa qədər uşaqlara preparat təyin olunmamalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Kliniki tədqiqatlar zamanı tiokolxikozidin sürətli psixomotor reaksiyaya və diqqətə təsir etməsi müəyyən edilməməişdir. Müalicə dövründə nəqliyyat vasitələri idarə edərkən və ya sürətli psixomotor reaksiya və yüksək diqqət tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olarkən ehtiyatlı olmaq lazımdır.

İstifadə qaydası və dozası

TİOMAKS preparatını hərzaman həkiminizin təyinatına uyğun qəbul edin. Əgər əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirə bilərsiniz. Tövsiyə olunan maksimal doza ardıcıl 5 gün ərzində hər 12 saatda 4 mg (gündə 8 mg) təşkil edir. TİOMAKS-ı təyin olunmuş müalicə müddətindən artıq və daha yüksək dozalarda qəbul etmək olmaz. Bu dərman vasitəsinin uzun müddətli müalicə üçün istifadə olunması tövsiyə edilmir! Fizioterapevtik prosedurlar ilə yanaşı istifadə zamanı arzuolunan miorelaksant effekti əldə etmək üçün müalicəvi təsir müddətinin 30-40 dəqiqə təşkil etdiyini nəzərə almaq lazımdır. İstifadə qaydası Xüsusi təlim keçmiş tibb işçisi tərəfindən əzələdaxili inyeksiya şəklində yeridilir. Müxtəlif yaş qrupları Uşaq və yeniyetmələrdən istifadəsi 16 yaşa qədər uşaqlar və yeniyetmələrdə istifadəsi əks göstərişdir. Yaşlı xəstələrdə istifadəsi Yaşlı xəstələrdə TİOMAKS-ın istifadəsi haqqında məlumat yoxdur. Böyrək / qaraciyər çatışmazlığı xəstələrdə istifadəsi Böyrək / qaraciyər çatışmazlığı olan xəstələrdə TİOMAKS-ın təhlükəsizliyi və effektivliyi araşdırılmamışdır. TİOMAKS-ın qida və içki ilə qəbulu Prepartın qida və içki ilə birlikdə qəbulunun heçbir qarşılıqlı təsiri yoxdur. TİOMAKS qəbulunu unudmusunuzsa Unudulmuş dozanı bərpa etmək üçün ikiqat doza qəbul etməyin. Əgər TİOMAKS-ın təsirinin çox güclü və ya zəif olduğunu müşahidə etsəniz, bunu həkiminizə və ya əczaçınıza bildirin.

Əlavə təsirləri

Bütün digər dərman vasitələrində olduğu kimi TİOMAKS preparatının da qəbulu zamanı əlavə təsirlər yarana bilər, lakin bu reaksiyalar bütün xəstələrdə təzahür etmir. Aşağıda qeyd olunmuş əlavə təsirlərdən hər hansı birini müşahidə etsəniz, preparatın qəbulunu dərhal dayandırın, həkiminizə məlumat verin və ya yaxınlıqdakı təcili yardım xəstəxanasına müraciət edin! • Əllərin, ayaqların, topuqların, üz və dodaqların şişməsi və ya udma, həmçinin nəfəsalma problemləri, dodaqların, üzün, boğazın və dilin ödemidir (şişməsi), • Dərinin və selikli qişaların allergik səpgisi, qaşınma, övrə, angionevrotik ödem, • Ürəkgetmə (vazovaqal bayılma), • Dəri səpgiləri Əgər Sizdə bu əlavə təsirlərdən hər hansı biri olarsa, deməli Sizdə TİOMAKS preparatına qarşı allergiya vardır. Ola bilsin ki, xəstəxanada Sizin tibbi yardıma, yaxud təcili tibbi müdaxiləyə ehtiyacınız olsun. Bunlar nadir hallarda rast gəlinən çox ciddi əlavə təsirlər. Aşağıda qeyd olunmuş əlavə təsirlərdən hər hansı birini müşahidə etsəniz, həkiminizə məlumat verin və ya yaxınlıqdakı təcili yardım xəstəxanasına müraciət edin! Qarın nahiyəsində ağrı və ya diskomfort hissi, iştahsızlıq, ürəkbulanma, qusma, göz ağı və dəri rənginin saralması, sidiyin tünd rəngdə olması, qaşınma, hərarət və yorgunluq hissi. Bu kimi əlamətlər qaraciyər xəstəliyinin simptomları ola bilər. • Yuxululuq • Qaşınma • Aşağı qan təzyiqi, qarışıqlıq hissi, həyəcan Bütün bunlar nadir hallarda rast gəlinən ciddi əlavə təsirlərdir. Siz təcili müalicəyə ehtiyacınız ola bilər. Aşağıdakı əlavə təsirlərdən birini müşahidə etdiyiniz zaman həkiminizə məlumat verin! • Ürəkbulanma • Qusma • Diareya • Mədə ağrısı Bunlar TİOMAKS- ın əlavə təsirləridir. Bu əlavə təsirlər dozanın azaldılması və ya müalicə dayandırıldığı zaman keçib gedir. Əlavə təsirlər barədə məlumatın verilməsi Bu içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsirlər də daxil olmaqla, hər hansı əlavə təsir meydana çıxarsa, lütfən, bu barədə həkiminizə, əczaçıya və ya tibb bacısına məlumat verin. Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Farmakonəzarət Sektoruna (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh., C. Cabbarlı 34.; Faks: (99412) 596-07-16 ; e-mail: [email protected]; Tel.:(99412)596-05-20 Qaynar xətt (99412) 596-07-12). Əlavə təsirlər barədə məlumat verməklə, Siz, bu dərmanın təhlükəsizliyinə dair daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz. Bu içlik vərəqədə qeyd edilməyən hər hansı bir əlavə təsir əmələ gələrsə, bu barədə həkimə və ya əczaçıya məlumat verin.

Doza həddinin aşılması

Doza həddinin aşılması haqqında həkimə və ya əczaçıya məlumat verin.

Buraxılış forması

TİOMAKS 4 mq/2 ml ə/d inyeksiya üçün məhlul, ampulda. Plastik blisterdə 6 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı otaq temperaturunda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsal sahəsi DEVA Holding A.Ş. Kartepe/Kocaeli / TÜRKİYƏ. Lisenziya Sahibi DEVA Holding A.Ş. Küçükçekmece/ İstanbul / TÜRKİYƏ. Tel.: +90 212 692 92 92. Fax: +90 212 697 00 24.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“TIOMAKS 2ML N6 AMPUL” üçün ilk rəyi siz yazın.