FLUKONAZOL 150 N1 KAPSUL UKRAYNA
| Dərman forması | Kapsul |
|---|---|
| Farmakoloji təsir | Sistem istifadə üçün göbələkəleyhinə preparatlar. Triazol törəmələri. Flukonazol |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
0,64 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FLUKONAZOL örtüklü tabletlər
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq, 100 mq və ya 150 mq flukonazol vardır. Köməkçi maddələr: laktoza monohidrat, kartof nişastası, povidon, susuz kolloidal silisium dioksid, natrium kroskarmelloza, maqnezium stearat, hipromelloza (hidroksipropilmetilsellüloza), titan dioksid (E 171), talk, polietilenqlikol 6000 (makroqol 6000), polisorbat 80.
Təsviri
Girdə, yuxarı və aşağı səthləri qabarıq, ağ və ya demək olar ki, ağ rəngli örtüklü tabletlərdir. Lupa altında bölünmə yerinə baxdıqda, bir bütöv qatla əhatə olunmuş nüvə görünür.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün göbələkəleyhinə preparatlar. Triazol törəmələri. Flukonazol. ATC kodu: J02A C01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Təsir mexanizmi Flukonazol, triazol sinifindən olan göbələkəleyhinə preparatdır; o, erqosterolun sintezi üçün vacib olan göbələk fermentlərinin güclü və selektiv inhibitorudur. Preparatın təsirinin ilkin me- xanizmi, onun göbələklərin 14 alfa-lanosterol-demetilləşməsinin sitoxrom P450 vasitəsilə tor- mozlamasına əsaslanır ki, bu da göbələk erqosterolunun biosintezinin ayrılmaz mərhələsidir. 14 alfa-metil-sterolların akkumulyasiyası göbələk hüceyrəsinin membranı tərəfindən erqosterolun sonrakı itkisi ilə korrelyasiya edir və flukonazolun göbələkəleyhinə aktivliyinə görə məsuliyyət daşıya bilər. Flukonazol məməlilərin müxtəlif sitoxrom P450 sistemlərinə nisbətən, sitoxrom P450-nin göbələk fermentlərinə qarşı daha selektiv təsirə malikdir. Flukonazolun 28 gün müddətində sutkada 50 mq dozada istifadə olunması, kişilərdə qan plazma- sında testosteronun səviyyəsinə və ya reproduktiv yaş dövründə olan qadınlarda endogen stero- idlərin səviyyəsinə təsir göstərmir. Flukonazolun sutkada 200-400 mq dozada istifadəsi, kişi cin- sindən olan sağlam könüllülərdə endogen steroidlərin səviyəsinə və ya adrenokortikotrop hormo- nun (AKTH) stimullaşdırılmasına verilən cavaba klinik əhəmiyyətli təsir göstərmir. Antipirin ilə qarşılıqlı təsirin tədqiqi onu nümayiş etmişdir ki, flukonazolun bir dəfə və ya dəfə- lərlə təkrar istifadəsi, antipirinin metabolizminə təsir göstərmir. İn vitro həssaslığı İn vitro şəraitdə flukonazol, göbələklərin daha tez-tez rast gəlinən Candida növlərinə (C. Albi- cans, C. parapsilosis, C. tropicalis daxil olmaqla) qarşı göbələkəleyhinə aktivlik nümayiş etdirir. C. krusei preparata qarşı rezistent olduğu halda, C. glabrata flukonazola qarşı geniş həssaslıq diapazonu nümayiş etdirir. İn vitro şəraitdə flukonazol həmçinin, həm Cryptococcus neoformans və Cryptococcus gattii göbələklərinə, həm də Blastomices dermatitidis, Coccidioides immitis, Histoplasma capsulatum və Paracoccidioides brasiliensis kimi endemik kif göbələklərinə qarşı həssaslıq nümayiş etdirir. Farmakodinamika-farmakokinetika Rezistentlik mexanizmi Candida növündən olan mikroorqanizmlər, azol göbələkəleyhinə preparatlara qarşı çoxsaylı re- zistentlik mexanizmləri nümayiş etdirir. Flukonazol, bir və ya bir neçə rezistentlik mexanizminə malik göbələk ştamlarına qarşı yüksək minimal inhibəedici konsentrasiya nümayiş etdirir ki, bu da in vivo şəraitdə və klinik təcrübədə preparatın effektivliyinə mənfi təsir göstərir. Bir çox hal- larda flukonazola qarşı həssas olmayan (məsələn, Candida krusei) C. albicans növlərindən fərqli Candida spp. superinfeksiyasının inkişaf etməsi barədə məlumatlar var. Belə halların müalicəsi üçün alternativ göbələkəleyhinə preparatlardan istifadə olunur. Farmakokinetikası Vena daxilinə və ya peroral yolla yeridilməsindən asılı olmayaraq, flukonazolun farmakokinetik xüsusiyyətləri eynidir. Absorbsiyası Peroral yolla qəbul edildikdə, flukonazol orqanizmə yaxşı sorulur; preparatın qan plazmasında səviyyəsi və sistem biomənimsənilməsi isə, vena daxilinə yeridildikdə flukonazolun plazma səviyyəsindən 90% yüksəkdir. Eyni zamanda qida qəbulu, peroral istifadə olunan preparatın sorulmasına təsir göstərmir. Preparatın qəbulundan 0,5-1,5 saat sonra, qan plazmasında maksi- mal konsentrasiya əldə edilir. Preparatın qan plazmasında konsentrasiyası istifadə edilən doza ilə mütənasibdir. Müalicənin birinci günü preparatın yükləmə dozasından istifadə etdikdə, müalicə- nin ikinci günü tarazlıq konsentrasiyası 90 % səviyyəsində əldə edilir ki, bu da adi sutkalıq doza- dan 2 dəfə çoxdur. Paylanması Preparatın paylanma həcmi təxminən orqanizmdə mayenin ümumi miqdarına bərabərdir. Qan plazmasının zülalları ilə birləşməsi aşağıdır (11-12 %). Flukonazol orqanizmin tədqiq edilən bütün mayelərinə asanlıqla nüfuz edir. Flukonazolun ağız suyunda və bəlğəmdə olan səviyyəsi, preparatın qan plazmasında konsentrasiyası ilə eynidir. Göbələk meningitindən əziyyət çəkən pasiyentlərdə flukonazolun onurğa beyin mayesində səviy- yəsi, qan plazmasında olan konsentrasiyasının 80 %-nə qədər çatır. Flukonazolun zərdab konsentrasiyalarından daha yüksək konsentrasiyaları buynuz qişada, epi- dermisdə, dermada və tərdə qeyd olunur. Flukonazol buynuz qişada toplanır. Preparatı sutkada 1 dəfə 50 mq dozada istifadə etdikdə, 12 günlük müalicədən sonra, flukonazolun konsentrasiyası 73 mkq/q təşkil etmişdir, müalicə sona çatdıqdan 7 gün sonra isə konsentrasiya hələ də 5,8 mkq/q olmuşdur. Preparatı həftədə 1 dəfə 150 mq dozada istifadə etdikdə, müalicənin 7-ci günü flukonazolun konsentrasiyası 23,4 mkq/q təşkil etmişdir, növbəti dozanın istifadəsindən 7 gün sonra preparatın konsentrasiyası hələ də 7,1 mkq/q olmuşdur. Preparatı 4 ay müddətində həftədə 1 dəfə 150 mq dozada istifadə etdikdə, flukonazolun dırnaq- larda konsentrasiyası sağlam könüllülərdə 4,05 mkq/q və dırnaq xəstəlliklərindən əziyyət çəkən- lərdə isə 1,8 mkq/q olmuşdur; müalicə sona çatdıqdan 6 ay sonra dırnaq nümunələrində flukona- zol aşkar edilmişdir. Biotransformasiyası Flukonazol metabolizmə əhəmiyyətsiz dərəcədə məruz qalır. Radioaktiv izotoplarla nişanlanmış doza yeridildikdə, flukonazolun yalnız 11%-i dəyişilmiş şəkildə sidiklə xaric olur. Flukonazol CYP2C9 və CYP3A4 izofermentlərin selektiv inhibitorudur, həmçinin 2C19 izofermentin inhi- bitorudur. Ekskresiyası Qan plazmasından flukonazolun yarımxaricolma dövrü, təxminən 30 saat təşkil edir. Preparatın əksər hissəsi orqanizmdən böyrəklər vasitəsilə xaric olur, bu zaman istifadə olunan dozanın 80 %-i sidikdə dəyişilməmiş şəkildə aşkar olunur. Flukonazolun klirensi kreatinin klirensi ilə mütə- nasibdir. Dövr edən metabolitlər aşkar olunmayıb. Qan plazmasından uzunmüddətli yarımxaricolma dövrü, vaginal kandidozun müalicəsində preparatdan birdəfəlik istifadə və həmçinin, digər patologiyalar olduqda həftədə 1 dəfə istifadə etmək imkanı verir. Böyrək çatışmazlığı Ağır dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə (yumacıq filtrasiyasının sürəti < 20 ml/dəq), preparatın yarımxaricolma dövrü 30 saatdan 98 saata qədər uzanır. Bu səbəbdən, bu kateqoriyadan olan pasiyentlər üçün flukonazolun dozasını aşağı salmaq lazımdır. Flukonazol orqanizmdən hemodializ yolu ilə və daha az dərəcədə intraperitoneal dializ yolu ilə xaric olunur. 3 saat müddətində davam edən hemodializ seansı, qan plazmasında flukonazolun səviyəsini təxminən 50% aşağı salır. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə farmakokinetikada dəyişikliklər, onların böyrək funksiyalarının parametrlərindən asılıdır.
İstifadəsinə göstərişlər
Böyüklərdə aşağıdakı xəstəliklərin müalicəsi üçün istifadə edilir – kriptokokk mənşəli meningit; – koksidioidoz; – invaziv kandidozlar; – ağız-udlaq kandidozu daxil olmaqla, selikli qişaların kandidozları, qida borusu kandidozu, kandiduriya, dərinin və selikli qişaların xroniki kandidozu; – xronik atrofik kandidoz (diş protezlərinin istifadəsi nəticəsində əmələ gələn kandidoz), yerli stomatoloji gigiyenik vasitələr effektiv olmadıqda; – yerli müalicə münasib olmadıqda, kəskin və ya residivləşən vaginal kandidoz; – yerli müalicə münasib olmadıqda, kandidoz balanit; – sistem müalicə münasib olmadıqda, pəncələrin mikozu, hamar dəri mikozu, qasıq nahiyəsinin dermatomikozu daxil olmaqla, dermatomikozlar, əlvan dəmrov və dərinin kandidoz infeksiyaları; – digər dərman preparatlarının istifadəsi münasib olmadıqda, dermatofit onixomikoz. Böyüklərdə aşağıdakı xəstəliklərin profilaktikası üçün istifadə edilir – inkişafetmə riski yüksək olan pasiyentlərdə kriptokokk meningitin residivi; – İİV infeksiyası zamanı inkişafetmə riski yüksək olan pasiyentlərdə ağız-udlaq və qida borusu kandidozunun residivi; – vaginal kandidoz residivlərinin tezliyinin aşağı düşməsi (ildə 4 dəfə və ya daha çox hal); – uzunmüddətli neytropeniyadan əziyyət çəkən pasiyentlərdə (məsələn, qanın bədxassəli xəstəlikləri zamanı kimyəvi terapiya qəbul edən pasiyentlər və ya hemopoetik kötük hüceyrələrin transplantasiyası aparılan pasiyentlər), kandidoz infeksiyaların profilaktikası. Uşaqlar Uşaqlar üçün preparatı adətən, 5 yaşından sonra istifadə etmək mümkündür. Uşaqlar üçün flukonazolu aşağıdakı hallarda istifadə etmək olar: selikli qişaların kandidozları (ağız-udlaq kandidozu, qida borusu kandidozu), invaziv kandidozlar, kriptokokk meningit və immuniteti aşağı olan pasiyentlərdə kandidoz infeksiyaların profilaktikası. Preparat, kriptokok mənşəli meningitin inkişafetmə riski yüksək olan uşaqlarda residivlərin profilaktikası üçün dəstəkləyici müalicə vasitəsi kimi istifadə edilir. Müalicəni kultural və laborator tədqiqatların nəticələrini əldə etməzdən əvvəl başlamaq olar; nəticələri əldə olunandan sonra antibakterial terapiyanı müvafiq şəkildə korreksiya etmək lazımdır.
Əks göstərişlər
-flukonazola, digər azol birləşmələrə və ya preparatın tərkibində olan hər hansı köməkçi maddəyə qarşı yüksək həssaslıq; – sutkada 400 mq və daha çox dozalarda dəfələrlə təkrar flukonazol qəbul edən pasiyentlərdə, flukonazol və terfenadinin preparatlarının eyni zamanda istifadəsi (dəfələrlə təkrar istifadə zamanı qarşılıqlı təsirin tədqiqinin nəticələrinə əsasən); – QT intervalının uzanmasına səbəb olan və CYP3A4 fermenti vasitəsilə metabolizmə uğrayan dərman preparatlarının (məsələn, sizaprid, astemizol, pimozid, xinidin və eritromisin) flukonazol ilə eyni zamanda istifadəsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Dermatofitiya. Uşaqlarda dermatofitiyanın müalicəsi üçün flukonazolun effektivliyi qrizeofulvinin effektivliyindən artıq deyil və effektivliyin ümumi göstəricisi 20%-dən aşağıdır. Bu səbəbdən dermatofitiyanın müalicəsi üçün flukonazolu təyin etmək olmaz. Kriptokokkoz. Digər lokalizasiyalı kriptokokkozun müalicəsində (məsələn, ağciyərlərin kriptokokkozu və dəri kriptokokkozu) flukonazolun effektivliyinin kifayət qədər təsdiqi olunmadığından, bu xəstəliklərin müalicəsi üçün dozalanma rejimləri barədə heç bir tövsiyə yoxdur. Dərin endemik mikozlar. Parakoksidioidomikoz, histoplazmoz və dəri-limfatik sporotrixoz kimi, endemik mikozların digər formalarının müalicəsi zamanı flukonazolun effektivliyi təsdiq olunmadığından, bu xəstəliklərin müalicəsi üçün dozalanma rejimləri barədə heç bir tövsiyə yoxdur. Böyrək sistemi. Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərə flukonazolu ehtiyatla təyin etmək lazımdır (“İstifadə qaydası və dozası“ bölməsinə bax). Hepatobiliar sistem. Qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərə flukonazolu ehtiyatla təyin etmək lazımdır. Flukonazolun istifadəsi, əsasən aparıcı xəstəlikləri ağır olan pasiyentlərdə, nadir hallarda hətta ölümlə nəticələnə bilən, ağır dərəcəli hepatotoksiklik ilə assosiasiya olunmuşdur. Hepatotoksikliyin meydana çıxması flukonazolun istifadəsi ilə assosiasiya olunduğu hallarda, bu vəziyyətin preparatın ümumi sutkalıq dozasından, terapiyanın müddətindən, pasiyentin cinsindən və yaşından asılılığı qeyd olunmamışdır. Adətən, flukonazolun istifadəsi nəticəsində meydana çıxan hepatotoksiklik müvəqqəti xarakter daşıyır və müalicə dayandırıldıqdan sonra onun təzahürləri aradan qalxır. Qaraciyərin daha ağır dərəcəli zədələnməsinin qarşısını almaq məqsədi ilə, flukonazolun istifadəsi zamanı qaraciyərin funksional sınaqlarının nəticələrinin dəyişməsi qeyd olunan pasiyentləri, diqqətli nəzarət altında saxlamaq lazımdır. Pasiyentləri, qaraciyərə ciddi təsir göstərə biləcək simptomlar (şiddətli asteniya, anoreksiya, daimi ürəkbulanma, qusma və sarılıq) barədə məlumat vermək lazımdır. Belə hallar baş verdikdə, preparatın istifadəsini dərhal dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır. Ürək-damar sistemi. Bəzi azollar, o cümlədən flukonazol, elektrokardioqramda QT intervalının uzanması ilə assosiasiya olunur. Preparatdan istifadə etdikdə, nadir hallarda QT intervalının uzanması və “piruet” tipli mədəciklərin paroksizmal taxikardiyası barədə məlumatlar var. Bu məlumatlar, ürəyin struktur xəstəlikləri, elektrolit mübadiləsinin pozulması və həmçinin QT intervalına təsir göstərən digər preparatlarla eyni zamanda istifadəsi kimi, bir çox risk faktorları ilə birlikdə ağır xəstəlikləri olan pasiyentlərə aiddir. Aritmiyaların inkişaf etmə riski olan pasiyentlərə flukonazolu ehtiyatla təyin etmək lazımdır. QTc intervalının uzanmasına səbəb olan və sitoxrom P450 CYP3A4 fermenti vasitəsilə metabolizmə məruz qalan dərman preparatları ilə flukonazolun birlikdə istifadəsi əks göstərişdir. Qalofantrin. Qalofantrin CYP3A4 fermentinin substratıdır və tövsiyə olunan terapevtik dozalarda istifadə edildikdə, QTc intervalının uzanmasına səbəb olur. Qalofantrinin flukonazol ilə eyni zamanda istifadə olunması tövsiyə edilmir. Dermatoloji reaksiyalar. Flukonazoldan istifadə etdikdə, nadir hallarda Stivens-Conson sindromu və toksik epidermal nekroliz kimi, eksfoliativ dəri reaksiyaları inkişaf edə bilər. Bir çox dərman preparatlarının istifadəsi zamanı, QİÇS-dən əziyyət çəkən pasiyentlər ağır dərəcəli dəri reaksiyalarının inkişaf etməsinə daha çox meyllidirlər. Səthi göbələk infeksiyasından əziyyət çəkən pasiyentdə, flukonazol istifadəsi ilə əlaqələndirilə bilən səpgilər əmələ gəldikdə, preparatın qəbulunu dərhal dayandırmaq lazımdır. İnvaziv/sistem göbələk infeksiyalarından əziyyət çəkən pasiyentlərdə dəri üzərində səpgilər əmələ gəldikdə, onların vəziyyətlərinə ciddi nəzarət etmək, bulloz səpgilər və ya polimorf eritema inkişaf etdiyi halda, flukonazolun istifadəsini dayandırmaq lazımdır. Hiperhəssaslıq. Nadir hallarda anafilaktik reaksiyaların inkişaf etməsi barədə məlumatlar var. Sitoxrom P450. Flukonazol CYP2C9 fermentin güclü və CYP3A4 fermentinin orta dərəcəli inhibitorudur. Həmçinin, flukonazol CYP2C19 fermentin inhibitorudur. Flukonazolu CYP2C9, CYP2C19 və CYP3A4 fermentlərin vasitəsilə inhibə olunan digər dar terapevtik pəncərəyə malik preparatlarla eyni zamanda qəbul edən pasiyentlərin vəziyyətlərinə ciddi nəzarət etmək lazımdır. Terfenadin. Terfenadini və sutkada 400 mq-dan aşağı dozada flukonazolu eyni zamanda istifadə edən pasiyentlərin vəziyyətlərinə ciddi nəzarət etmək lazımdır. Köməkçi maddələr. Preparatın tərkibində laktoza var. Bu səbəbdən, qalaktozaya qarşı anadangəlmə dözümsüzlük, Lapp laktaza çatışmazlığı və qlükoza-qalaktoza malabsorbsiyası kimi, nadir irsi xəstəlikləri olan pasiyentlərdə bu preparatı istifadə etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Flukonazolun və aşağıda göstərilən dərman preparatlarının birlikdə istifadəsi əks göstərişdir Sizaprid: flukonazolu və sizapridi eyni zamanda istifadə edən pasiyentlərdə, ürəkdə baş verən pozğunluqların, o cümlədən “piruet” tipli mədəciklərin paroksizmal taxikardiyasının inkişaf etməsi barədə məlumatlar var. Sutkada 1 dəfə 200 mq flukonazolun və sutkada 4 dəfə 20 mq sizapridin eyni zamanda istifadəsi qan plazmasında sizapridin konsentrasiyasının yüksəlməsinə və QT intervalının uzanmasına gətirib çıxarmışdır. Sizapridin flukonazol ilə eyni zamanda istifadəsi əks göstərişdir (“Əks göstərişlər” bölməsinə bax). Terfenadin: azol qrupu göbələkəleyhinə dərman preparatlarını terfenadin ilə eyni zamanda istifadə edən pasiyentlərdə, QTc intervalının uzanması nəticəsində ağır dərəcəli ürək aritmiyalarının inkişaf etməsi barədə məlumatlar var. Sutkada 200 mq dozada flukonazoldan istifadə etdikdə, QTc intervalının uzanması aşkar edilməmişdir. Sutkada 400 mq və 800 mq dozalarda flukonazolun istifadəsi onu nümayiş etdirmişdir ki, sutkada 400 mq və daha çox dozada flukonazolun istifadəsi, eyni zamanda qəbul edilən terfenadinin qan plazmasında səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldir. 400 mq və daha çox dozalarda flukonazolun terfenadin ilə birlikdə istifadəsi əks göstərişdir (“Əks göstərişlər” bölməsinə bax). 400 mq-dan aşağı dozalarda flukonazolu terfenadin ilə birlikdə istifadə etdikdə, pasiyentin vəziyyətinin diqqətli monitorinqini aparmaq lazımdır. Astemizol: flukonazolun və astemizolun birlikdə istifadəsi, astemizolun klirensini aşağı sala bilər. Bunun nəticəsində qan plazmasında astemizolun konsentrasiyasının yüksəlməsi, QT intervalının uzanmasına və nadir hallarda, “piruet” tipli mədəciklərin paroksizmal taxikardiyasının inkişaf etməsinə gətirib çıxara bilər. Flukonazolun və astemizolun eyni zamanda istifadəsi əks göstərişdir. Pimozid və xinidin: flukonazolun və pimozidin və ya xinidinin birlikdə istifadəsi, pimozidin və ya xinidinin metabolizminin tormozlanmasına gətirib çıxara bilər. Qan plazmasında pimozidin və ya xinidinin konsentrasiyalarının yüksəlməsi QT intervalının uzanmasına səbəb ola bilər, nadir hallarda isə “piruet” tipli mədəciklərin paroksizmal taxikardiyasının inkişaf etməsinə gətirib çıxara bilər. Flukonazolun və pimozidin və ya xinidinin eyni zamanda istifadəsi, əks göstərişdir. Eritromisin: flukonazolun və eritromisinin eyni zamanda istifadəsi kardiotoksikliyin inkişaf etmə riskinin potensial artmasına gətirib çıxara bilər (QT intervalının uzanması, “piruet” tipli mədəciklərin paroksizmal taxikardiyası) və nəticədə qəfil ölümün baş verməsinə səbəb ola bilər. Göstərilən preparatların kombinasiyasının istifadəsi əks göstərişdir. Flukonazolun və aşağıda göstərilən dərman preparatlarının eyni zamanda istifadəsi tövsiyə edilmir Qalofantrin: flukonazol, CYP3A4 fermentinin inhibə olunması hesabına, qan plazmasında qalofantrinin miqdarının yüksəlməsinə səbəb ola bilər. Bu dərman preparatlarının eyni zamanda istifadəsi, kardiotoksikliyin inkişaf etmə riskinin yüksəlməsinə gətirib çıxara bilər (QT intervalının uzanması, “piruet” tipli mədəciklərin paroksizmal taxikardiyası) və nəticədə qəfil ölümün baş verməsinə səbəb ola bilər. Göstərilən dərman preparatlarının kombinasiyasının istifadəsindən çəkinmək lazımdır. Flukonazolun aşağıda göstərilən dərman preparatlarının birlikdə istifadəsi ehtiyat və dozaların korreksiyasını tələb edir Digər dərman preparatlarının flukonazola təsiri Eyni zamanda qida qəbulunun, simetidinin və antasidlərin istifadəsinin və ya sümük iliyinin köçürülməsi üçün bütün bədənin şüalanmaya məruz qalmasının, flukonazolun peroral qəbulu zamanı preparatın absorbsiyasına klinik əhəmiyyətli təsiri yoxdur. Rifampisin: flukonazolun və rifampisinin eyni zamanda istifadəsi, flukonazolun AUC göstəricisinin 25% aşağı düşməsinə və yarımxaricolma dövrünü 20% qısalmasına gətirib çıxarmışdır. Bu səbəbdən, rifampisin qəbul edən pasiyentlər üçün, flukonazolun dozasının yüksəlməsini nəzərdən keçirmək lazımdır. Flukonazolun digər dərman preparatlarına təsiri Flukonazol P450 sitoxrom (CYP) sistemi 2C9 izofermentinin güclü inhibitoru və CYP3A4 izofermentin orta dərəcəli inhibitorudur. Həmçinin, flukonazol CYP2C19 fermentin inhibitorudur. Aşağıda göstərilən, müşahidə olunan/sənədlə təsdiqlənən qarşılıqlı təsirlərdən əlavə, flukonazol ilə eyni zamanda istifadə edildikdə, CYP2C9 və CYP3A4 fermentləri vasitəsi ilə metabolizmə məruz qalan digər birləşmələrin qan plazmasında konsentrasiyalarının yüksəlməsi riski mövcuddur. Bu səbəbdən, belə preparatların kombinasiyasını ehtiyatla təyin etmək və bu zaman pasiyentlərin vəziyyətlərinə diqqətlə nəzarət etmək lazımdır. Flukonazolun yarımxaricolma dövrünün uzun olması ilə əlaqədar, preparatın fermentlərə tormozlayıcı təsiri onun istifadəsi dayandırıldıqdan sonra 4-5 sutka ərzində saxlanılır. Alfentanil: 400 mq dozada flukonazolu və bədən kütləsinin hər kq-na 20 mkq dozada alfentanili eyni zamanda istifadə etdikdə, ehtimal olunur ki, CYP3A4 fermentinin inhibə olunmasına səbəbindən, AUC göstəricisinin ikiqat artması müşahidə edilmişdir. Alfentalinin dozasının10 korreksiyası tələb oluna bilər. Amitriptilin, nortriptilin: flukonazol amitriptilin və nortriptilin preparatlarının təsirlərini gücləndirir. Kombinəolunmuş müalicənin əvvəlində və 1 həftə sonra, 5-nortriptilinin və/və ya S- amitriptilinin konsentrsiyalarını təyin etmək tövsiyə olunur. Zərurət yarandıqda, amitriptilinin/nortriptilinin dozalarını korreksiya etmək lazımdır. Amfoterisin B: immunitetləri normal olan yoluxdurulmuş siçanlara və immunitetləri zəiflədilmiş yoluxdurulmuş siçanlara flukonazolu və amfoterisin B-ni eyni zamanda istifadə etdikdə aşağıdakı nəticələr əldə edilmişdir: C. albicans sistem infeksiyası zamanı göbələkəleyhinə bir qədər additiv effekt, Cryptococcus neoformans kəllədaxili infeksiyası zamanı heç bir qarşılıqlı təsirin olmaması, A. fumigatus sistem infeksiyası zamanı isə iki preparatın antoqonizmi. Bu tədqiqatların gedişində əldə olunmuş nəticələrin klinik əhəmiyyəti məlum deyil. Antikoaqulyantlar: digər azol göbələkəleyhinə preparatların istifadəsi zamanı olduğu kimi, flukonazoldan və varfarindən eyni zamanda istifadə etdikdə, protrombin müddətinin uzadılması ilə birlikdə qanaxmaların (hematomalar, burun qanaxmaları, mədə-bağırsaq qanaxmaları, hematuriya və melena) inkişaf etməsi barədə məlumatlar var. Flukonazoldan və varfarindən eyni zamanda istifadə etdikdə, protrombin müddətinin ikiqat uzanması müşahidə olunur; bunun, CYP2C9 fermentinin inhibə olunması nəticəsində baş verməsi ehtimal olunur. Kumarin antikoaqulyantlarından eyni zamanda istifadə edən pasiyentlərdə protrombin müddətinə diqqətlə nəzarət etmək lazımdır. Varfarinin dozasının korreksiyası tələb oluna bilər. Qısamüddətli təsirə malik benzodiazepinlər, məsələn midazolam, triazolam: midazolamın peroral qəbulundan sonra flukonazolun istifadə olunması, midazolamın konsentrasiyasının əhəmiyyətli dərəcədə yüksəlməsinə və psixomotor effektlərin güclənməsinə gətirib çıxarmışdır. 200 mq dozada flukonazolun və peroral 7,5 mq dozada midazolamın eyni zamanda istifadəsi, AUC göstəricisinin və yarımxaricolma dövrünün müvafiq olaraq, 3,7 və 2,2 dəfə artmasına gətirib çıxarmışdır. Flukonazolun sutkada 200 mq dozada və peroral 0,25 mq dozada triazolamın eyni zamanda istifadəsi, AUC göstəricisinin və yarımxaricolma dövrünün müvafiq olaraq, 4,4 və 2,3 dəfə artmasına gətirib çıxarmışdır. Flukonazoldan və triazolamdan eyni zamanda istifadə etdikdə, triazolamın effektlərinin güclənməsi və təsir müddətinin uzanması müşahidə olunmuşdur. Flukonazol ilə müalicə kursu qəbul edən pasiyentlərə, eyni zamanda benzodiazepinlərlə müalicə təyin olunduqda, sonuncuların dozalarını aşağı salmaq və pasiyentlərin vəziyyətlərinə müvafiq nəzarət etmək lazımdır. Karbamazepin: flukonazol karbamazepinin metabolizmini tormozlayır və qan zərdabında karbamazepinin səviyyəsini 30% yüksəldir. Karbamazepinin toksiklik əlamətlərinin meydana çıxma riski mövcuddur. Preparatın qanda konsentrasiyasının səviyyəsindən və təsirindən asılı olaraq, karbamazepinin dozasının korreksiyası tələb oluna bilər. Kalsium kanallarının blokatorları: bəzi kalsium antaqonistləri (nifedipin, isradipin, amlodipin və felodipin) CYP3A4 fermenti vasitəsi ilə metabolizmə məruz qalırlar. Flukonazol kalsium kanallarının blokatorlarının sistem ekspozisiyasını potensial artıra bilər. Əlavə reaksiyaların inkişaf etməsinin qarşısını almaq üçün pasiyentlərin vəziyyətlərinə ciddi monitorinq lazımdır. Selekoksib: Flukonazolu (200 mq) və selekoksibi (200 mq) eyni zamanda istifadə etdikdə, selekoksibin C və AUC göstəriciləri müvafiq olaraq, 68% və 134% yüksəlmişdir. Selekoksibimax və flukonazolu eyni zamanda istifadə etdikdə, selekoksibin dozasının iki dəfə aşağı salınması tələb oluna bilər. Siklofosfamid: flukonazolun və siklofosfamidin etni zamanda istifadəsi, qan zərdabında bilirubinin və kreatininin səviyyələrinin yüksəlməsinə gətirib çıxara bilər. Bu preparatları eyni zamanda istifadə etmək mümkündür, lakin, bu zaman qan zərdabında bilirubinin və kreatininin konsentrasiyalarının yüksəlməsini nəzərə almaq lazımdır. Fentanil: flukonazolun və fentanilin ehtimal edilən qarşılıqlı təsiri nəticəsində fentanil intoksikasiyası ilə əlaqəli bir ölüm hadisəsinin baş verməsi barədə məlumat var. Həmçinin, nümayiş etdirilmişdir ki, flukonazol fentanilin eliminasiyasını əhəmiyyətli dərəcədə ləngidir. Fentanilin konsentrasiyasının yüksəlməsi tənəffüsün tormozlanmasına gətirib çıxara bilər, bu səbəbdən, pasiyentin vəziyyətinə diqqətlə nəzarət etmək lazımdır. Fentanilin dozasının korreksiyası tələb oluna bilər. HMQ-KoA-reduktaza fermentinin inhibitorları: flukonazolun və CYP3A4 fermenti vasitəsi ilə metabolizmə məruz qalan HMQ-KoA-reduktaza fermentinin inhibitorlarının (atorvastatin və simvastatin) və ya CYP2C9 fermenti vasitəsi ilə metabolizmə uğrayan HMQ-KoA-reduktaza fermentinin inhibitorlarının (fluvastatin) eyni zamanda istifadəsi miopatiya və rabdomioliz xəstəliklərinin inkişaf etmə riskini artırır. Bu preparatların eyni zamanda istifadəsi üçün zərurət yarandıqda, miopatiya və rabdomioliz simptomlarının meydana çıxmasının qarşısını almaq məqsədilə pasiyentin vəziyyətinin və qanda kreatinkinazanın səviyyəsinin monitorinqini aparmaq lazımdır. Qanda kreatinkinazanın səviyyəsi yüksəldiyi halda, həmçinin miopatiya/rabdomioliz xəstəliklərinə şübhə olduqda və ya bu xəstəliklərin diaqnozu qoyulduqda, HMQ-KoA-reduktaza fermentinin inhibitorlarının istifadəsini dayandırmaq lazımdır. İmmunosupressorlar (məsələn, siklosporin, everolimus, sirolimus və takrolimus) Siklosporin: flukonazol siklosporinin qanda konsentrasiyasını və AUC göstəricisini əhəmiyyətli dərəcədə yüksəldir. Sutkada 200 mq flukonazoldan və bədən kütləsinin hər kq-na 2,7 mq siklosporindən eyni zamanda istifadə etdikdə, siklosporinin AUC göstəricisi 1,8 dəfə artır. Siklosporinin qanda konsentrasiyasından asılı olaraq dozasını aşağı salmaq şərti ilə, bu preparatları eyni zamanda təyin etmək olar. Everolimus: flukonazol CYP3A4 fermentinin tormozlanması yolu ilə qan zərdabında everolimusun konsentrasiyasını yüksəldə bilər. Sirolimus: flukonazol, qan plazmasında serolimusun konsentrasiyasını yüksəldə bilər; bunun CYP3A4 fermentinin və P-qlikoproteinin metabolizminin tormozlanması yolu ilə baş verməsi ehtimal olunur. Bu preparatları, preparatın konsentrasiyasından və effektlərindən asılı olaraq, serolimusun dozasını korreksiya edərək, eyni zamanda istifadə etmək olar. Takrolimus: flukonazol, CYP3A4 fermenti vasitəsilə bağırsaqda takrolimusun metabolizmini tormozlayır və peroral yolla qəbul edilən takrolimusun qan zərdabında konsentrasiyasını 5 dəfəyə qədər yüksəldə bilər. Takrolimusu vena daxilinə yeritdikdə, farmakokinetikada heç bir dəyişiklik müşahidə olunmamışdır. Takrolimusun səviyyələrinin yüksəlməsi nefrotoksiklik ilə assosiasiya olunur. Takrolimusun konsentrasiyasından asılı olaraq, peroral yolla qəbul edilən takrolimusun dozasını aşağı salmaq lazımdır. Lozartan: flukonazol lozartanın fəal metabolitə (E-31 74) çevrilməsini tormozlayır ki, bu da lozartandan istifadə etdikdə, angiotenzin II reseptorlarına qarşı antaqonuizmin əsas hissəsini təmin edir. Pasiyentlərdə arterial təzyiqin müntəzəm monitorinqi tövsiyə edilir. Metadon: flukonazol qan zərdabında metadonun konsentrasiyasını yüksəldə bilər. Metadonu flukonazol ilə eyni zamanda istifadə etdikdə, metadonun dozasının korreksiyası tələb oluna bilər. Qeyri-steroid iltihabəleyhinə preparatlar: flukonazol ilə flurbiprofeni eyni zamanda istifadə etdikdə, flurbiprofenin C və AUC göstəriciləri müvafiq olaraq, 23% və 81% artmışdır. Analojimax olaraq, flukonazolu rasemik ibuprofen ilə (400 mq) eyni zamanda istifadə etdikdə, ibuprofenin farmakoloji aktiv izomerinin C və S-(+) AUC göstəriciləri, rasemik ibuprofenin sərbəstmax istifadəsi zamanı eyni göstəriciləri ilə müqayisədə, müvafiq olaraq 15% və 82% artmışdır. Flukonazol CYP2C9 fermenti vasitəsilə metabolizmə məruz qalan digər qeyri-steroid iltihabəleyhinə preparatların (məsələn naproksen, lornoksikam, meloksikam, diklofenak) sistem ekspozisiyasını potensial yüksəldə bilər. Vaxtaşırı QSİƏP-ın istifadəsi ilə əlaqədar olan əlavə reaksiyaların və toksik effektlərin meydana çıxmasının monitorinqini aparmaq tövsiyə olunur. QSİƏP-ın dozalarının korreksiyası tələb oluna bilər. Fenitoin: flukonazol qaraciyərdə fenitoinin metabolizmini tormozlayır. 200 mq dozada flukonazolun və vena daxilinə 250 mq fenitoinin eyni zamanda dəfələrlə təkrar istifadəsi, fenitoinin AUC göstəricisinin 75%, C göstəricisinin isə 128% yüksəlməsinə gətirib çıxarır.24 min Bu dərman preparatlarını eyni zamanda istifadə etdikdə, fenitoinin toksik təsirinin inkişaf etməsini istisna etmək üçün, fenitoinin qan zərdabında konsentrasiyasının monitorinqini aparmaq lazımdır. Prednizon: qaraciyər transplantasiyasından sonra prednizon istifadəsi fonunda flukonazol ilə üç aylıq müalicə kursu dayandırıldıqdan sonra, pasiyentdə böyrəküstü vəzilərin qabıq maddəsinin kəskin çatışmazlığının inkişaf etməsi barədə bir məlumat var. Ehtimal olunur ki, flukonazolun istifadəsinin dayandırılması CYP3A4 fermentin aktivliyinin yüksəlməsinə səbəb olur ki, bu da prednizonun metabolizminin güclənməsinə gətirib çıxarır. Uzun müddət ərzində flukonazolu və prednizonu eyni zamanda istifadə etdikdə, flukonazolun istifadəsi dayandırıldıqdan sonra böyrəküstü vəzilərin qabıq maddəsinin çatışmazlığının inkişaf etməsinin qarşısını almaq üçün, pasiyentlərə diqqətlə nəzarət etmək lazımdır. Rifabutin: flukonazol qan zərdabında rifabutinin konsentrasiyasını yüksəldir ki, bu da rifabutinin AUC göstəricisinin 80 %-ə qədər artmasına gətirib çıxarır. Flukonazolu və rifabutini eyni zamanda istifadə etdikdə, uveitinin inkişaf etməsi barədə məlumatlar var. Bu dərman preparatlarının kombinasiyasından istifadə etdikdə, rifobutinin toksik təsirinin simptomlarını nəzərə almaq lazımdır. Sakvinavir: flukonazol, qaraciyərdə CYP3A4 fermenti vasitəsilə sakvinavirin metabolizmini tormozlayaraq və P-qliokoproteini inhibə edərək, preparatın AUC və C göstəricilərinimax müvafiq olaraq, təxminən 50% və 55% artırır. Flukonazol və sakvinavir/ritonavir arasında qarşılıqlı təsirlər tədqiq olunmayıb, bu səbəbdən, onlar daha şiddətli ola bilər. Sakvinovirin dozasının korreksiyası tələb oluna bilər. Sulfonilkarbamid törəmələri: eyni zamanda istifadə edildikdə, flukonazol peroral istifadə üçün sulfonilkarbamid törəmələrinin (xlorpropamid, qlibenklamid, qlipizid və tolbutamid) yarımxaricolma dövrünün uzanmasına səbəb olur. Flukonazolu sulfonilkarbamid törəmələri ilə eyni zamanda istifadə etdikdə, qanda şəkərin miqdarına müntəzəm nəzarət etmək və sulfonilkarbamid törəmələrinin dozalarını müvafiq aşağı salmaq lazımdır. Teofillin: 14 gün müddətində 200 mq dozada flukonazolun teofillin ilə birlikdə istifadəsi, qan plazmasında teofillinin orta klirensinin 18% aşağı düşməsinə gətirib çıxarmışdır. Teofillinin toksiklik əlamətlərini aşkar etmək məqsədi ilə, yüksək dozalarda teofillin qəbul edən pasiyenləri və ya digər səbəblərdən teofillinin toksiklik əlamətlərinin meydana çıxma riski olan pasiyentlərin vəziyyətlərini müşahidə etmək lazımdır. Toksiklik əlamətləri meydana çıxdıqda, müalicəni dəyişmək lazımdır. Cəzayir bənövşəsinin alkaloidləri: ehtimal olunur ki, flukonazol CYP3A4 fermentini inhibə edərək, qan plazmasında Cəzayir bənövşəsinin alkaloidlərinin (məsələn, vinkristin və vinblastin) konsentrasiyasının yüksəlməsinə səbəb ola bilər ki, bu da neyrotoksiklik effektlərinin meydana çıxmasına gətirib çıxara bilər. A vitamini: eyni zamanda flukonazol və transretinoy turşusu (A vitamininin turş forması) istifadə edən pasiyentdə, flukonazolun istifadəsi dayandırıldıqdan sonra aradan qalxan, mərkəzi sinir sistemində baş beyinin psevdotumoru kimi əlavə reaksiyalar müşahidə edilmişdir. Bu dərman preparatlarını eyni zamanda istifadə etdikdə, mərkəzi sinir sistemində baş verə biləcək əlavə reaksiyaları nəzərə almaq lazımdır. Vorikonazol (CYP2C9 və CYP3A4 fermentlərinin inhibitoru): kişi cinsindən olan sağlam könüllülərdə vorikonazolun (birinci gün hər 12 saatdan bir 400 mq, sonra 2,5 gün müddətində hər 12 saatdan bir 200 mq) və flukonazolun (birinci gün 400 mq, sonra 4 gün müddətində hər 24 saatdan bir 200 mq) eyni zamanda peroral istifadəsi, vorikonazolun C və AUCmax γ göstəricilərinin müvafiq olaraq, orta hesabla 57%-ə qədər (90% Eİ: 20%; 107%) və 79%-ə qədər (90% Eİ: 40%; 128%) yüksəlməsinə gətirib çıxarmışdır. Vorikonazolun və ya flukonazolun dozalarının aşağı salınmasının və/və ya istifadə tezliyinin azaldılmasının, bu effektin aradan qalxmasına səbəb olub-olmaması məlum deyil. Flukonazolun istifadəsindən sonra vorikonazoldan istifadə etdikdə, vorikonazolun istifadəsi ilə assosiasiya olunan əlavə effektlərin inkişaf etməsini aradan qaldırmaq üçün, müşahidələr aparmaq lazımdır. Zidovudin: flukonazol zidovudinin C və AUC göstəricilərini müvafiq olaraq 84% və 74%max artırır ki, bu da peroral istifadə zamanı zidovudinin klirensinin təxminən 45% aşağı düşməsi ilə əlaqələndirilir. Flukonazol və zidovudin kombinasiyasının istifadəsindən sonra zidovudinin yarımxaricolma dövrü həmçinin, təxminən 128% uzanmışdır. Bu dərman preparatlarının kombinasiyasını isifadə edən pasiyentlərə, zidovudinin istifadəsi ilə əlaqələndirilən əlavə reaksiyaların inkişaf etməsinin qarşısını almaq üçün, nəzarət etmək lazımdır. Zidovudinin dozasının aşağı salınması tələb oluna bilər. Azitromisin: preparatlar arasında heç bir əhəmiyyətli farmakokinetik qarşılıqlı təsirlər aşkar olunmamışdır. Peroral kontraseptivlər: flukonazolu 50 mq dozada istifadə etdikdə, hormonların səviyyəsinə heç bir təsir olmadığı halda, flukonazolun sutkada 200 mq dozada istifadəsi, etinilestradiolun AUC göstəricisinin 40 % və levonorgestrelin AUC göstəricisinin 24% yüksəlməsi müşahidə olunmuşdur. Bu onu göstərir ki, flukonazoldan göstərilən dozalarda dəfələrlə təkrar istifadəsi, kombinəedilmiş peroral kontraseptiv preparatların effektivliyinə təsir göstərmir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləliyin I-ci trimestrinin gedişində bir neçə yüz hamilə qadınlarda flukonazolun adi dozalarda (sutkada < 200 mq) birdəfəlik və ya dəfələrlə təkrar istifadəsi ilə aparılan tədqiqatdan alınan məlumatlar, preparatın dölə arzuolunmayan heç bir effektini nümayiş etdirməmişdir. Koksidioidozun müalicəsi üçün ən azı 3 ay və daha çox müddət ərzində flukonazolu yüksək dozalarda (sutkada 400-800 mq) qəbul edən anaların yenidoğulmuş körpələrində çoxsaylı anadangəlmə patologiyaların (bardifreniya, xarici qulağın displaziyası, ön əmgəyin həddindən artıq böyüməsi, budun əyilməsi, çiyin-dirsək oynağının sinostozu daxil olmaqla) olması barədə məlumatlar var. Bu halların flukonazol istifadəsi ilə əlaqəsi müəyyən edilməyib. Heyvanlar üzərində aparılan tədqiqatlar, flukonazolun reproduktiv toksikliyini nümayiş etdirib. Hamiləlik dövründə həddindən artıq zərurət yarandığı hallar istisna olmaqla, flukonazolun adi dozalarını və qısamüddətli müalicə kurslarını təyin etmək olmaz. Hamiləlik dövründə, həyat üçün potensial təhlükəli infeksiyaların müalicəsi istisna olmaqla, flukonazolu yüksək dozalarda və/və ya uzunmüddətli müalicə kursları ilə istifadə etmək olmaz. Flukonazol ana südünə nüfuz edir və burada əldə olunan konsentrasiyası qan plazmasında olan konsentrasiyadan daha aşağı olur. Flukonazolu adi 200 mq və daha aşağı dozada birdəfəlik istifadə etdikdən sonra, ana südü ilə qidalanmanı davam etdirmək olar. Flukonazolu yüksək dozalarda və ya dəfələrlə təkrar istifadə etdikdə, ana südü ilə qidalanma tövsiyə olunmur. Uşaqlar Uşaqlar üçün preparatı 5 yaşından sonra istifadə etmək olar. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat vasitələrini və digər təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirinin öyrənilməsi istiqamətində tədqiqatlr aparılmayıb. Pasiyenləri, preparatın istifadəsi nəticəsində inkişaf edə biləcək başgicəllənmə və ya qıcolmalar barədə məlumatlandırmaq lazımdır. Preparatla müalicə zamanı bu cür simptomlar müşahidə edilən pasiyentlərə, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək tövsiyə olunmur.
İstifadə qaydası və dozası
Flukonazolun sutkalıq dozası göbələk infeksiyasının növündən və ağırlıq dərəcəsindən asılıdır. Vaginal kandidozun əksər halları üçün preparatın birdəfəlik istifadəsi kifayət edir. Praparatın dəfələrlə təkrar istifadəsi üçün zərurət yarandıqda, infeksiyaların müalicəsini göbələk infeksiyasının aktivliyinin klinik və laborator təzahürlərinin tamamilə aradan qalxmasına qədər davam etdirmək lazımdır. Müalicənin davametmə müddətinin kifayət qədər olmaması, aktiv infeksion prosesin yenidən təkrarlanmasına gətirib çıxara bilər. Preparat peroral və ya venadaxili infuziya şəklində istifadə olunur. Preparatın istifadə qaydası pasiyentin klinik vəziyyətindən asılıdır. Preparatın istifadə yolunun peroral qəbuldan vena daxilinə yeridilməyə və əksinə dəyişdikdə, sutkalıq dozanın dəyişməsi tələb olunmur. Tabletləri bütöv qəbul etmək lazımdır. Preparatın istifadəsi qida qəbulundan asılı deyil. Böyüklər üçün Kriptokokkoz Kriptokokk meningitin müalicəsi: birinci gün yükləyici doza 400 mq təşkil edir. Dəstəkləyici doza sutkada 200-400 mq təşkil edir. Müalicənin müddəti adətən 6-8 həftədən az olmur. Həyat üçün təhlükəli infeksiyalar olduqda, sutkalıq dozanı 800 mq-a qədər artırmaq olar. Inkişaf etmə riski yüksək olan pasiyentlərdə kriptokokk meningitin residivlərinin profilaktikası üçün dəstəkləyici terapiya: preparatın tövsiyə olunan dozası sutkada 200 mq təşkil edir, bu zaman müalicənin müddətinə məhdudiyyət qoyulmur. Koksidioidoz Tövsiyə olunan doza sutkada 200-400 mq təşkil edir. Pasiyentin vəziyyətindən asılı olaraq, müalicənin müddəti 11-24 ay və daha artıq ola bilər. İnfeksiyanın bəzi formalarının müalicəsi üçün, xüsusilə meningitin müalicəsi üçün, preparatı sutkada 800 mq dozada istifadə etmək məqsədəuyğun ola bilər. İnvaziv kandidozlar Birinci gün yükləyici doza 800 mq təşkil edir. Dəstəkləyici doza sutkada 400 mq təşkil edir. Kandidemiyanın adətən tövsiyə olunan müalicə müddəti, qan kulturunun ilk mənfi nəticələri əldə olunduqdan və xəstəliyin əlamətləri və kandidemiyanın simptomları aradan qalxdıqdan sonra 2 həftədir. Selikli qişaların kandidozu Ağız-udlaq kandidozu: birinci gün yükləyici doza 200-400 mq təşkil edir, dəstəkləyici doza sutkada 100-200 mq-dır. Müalicənin davametmə müddəti 7-21 gün (remissiya əldə olunana qədər) təşkil edir, lakin, ağır dərəcəli immunçatışmazlığından əziyyət çəkən pasiyentlərdə müalicə müddətini uzatmaq olar. Qida borusu kandidozu: müalicənin birinci günü yükləyici doza 200-400 mq təşkil edir, dəstəkləyici doza sutkada 100-200 mq-dır. Müalicə müddəti 14-30 gündür (remissiya əldə olunana qədər), lakin, ağır dərəcəli immunçatışmazlığından əziyyət çəkən pasiyentlərdə müalicə müddətini uzatmaq olar. Kandiduriya: tövsiyə olunan doza 7-21 gün müddətində sutkada 200-400 mq təşkil edir. Ağır dərəcəli immunçatışmazlığından əziyyət çəkən pasiyentlərdə müalicə müddətini uzatmaq olar. Xronik atrofik kandidoz: tövsiyə olunan doza 14 gün müddətində sutkada 50 mq təşkil edir. Dərinin və selikli qişaların xroniki kandidozu: tövsiyə olunan doza sutkada 50-100 mq təşkil edir. Müalicə müddəti 28 gün təşkil edir, lakin, infeksiyanın növündən və ağırlıq dərəcəsindən və ya immunitetin aşağı düşməsindən asılı olaraq, müalicə müddətini uzatmaq olar. Selikli qışaların kandidozunun inkişaf etmə riski yüksək olan İİV-infeksiyasından əziyyət çəkən pasiyentlərdə residivlərin qarşısının alınması Ağız-udlaq kandidozu, qida borusu kandidozu: tövsiyə edilən doza sutkada 100-200 mq və ya həftədə 3 dəfə 200 mq təşkil edir. İmmuniteti aşağı olan pasiyentlər üçün müalicə müddəti məhdudlaşdırılmır. Uzunmüddətli neytropeniyadan əziyyət çəkən pasiyentlərdə kandidoz infeksiyaların profilaktikası Tövsiyə olunan doza 200-400 mq təşkil edir. Müalicəni gözlənilən neytropeniya inkişaf etməmişdən bir neçə gün əvvəl başlamaq və qanda neytrofillərin miqdarı 1000/mm -dən artıq olduqdan sonra, 7 gün ərzində davam etdirmək lazımdır. Genital kandidozlar Kəskin vaginal kandidoz, kandidoz balanit: tövsiyə olunan doza, birdəfəlik qəbul üçün 150 mq təşkil edir. Residivləşən vaginal kandidozların müalicəsi və profilaktikası (ildə 4 dəfə və ya daha çox hallar): tövsiyə olunan doza, 3 gündə 1 dəfə 150 mq təşkil edir. Ümumi 3 doza (1-ci gün, 4-cü gün və 7-ci gün) istifadə etmək lazımdır. Bundan sonra 6 ay müddətində həftədə 1 dəfə 150 mq dəstəkləyici doza istifadə etmək lazımdır. Dermatomikozlar Pəncələrin mikozu, hamar dəri mikozu, qasıq nahiyəsinin dermatomikozu, dərinin kandidoz infeksiyaları: tövsiyə olunan doza həftədə 1 dəfə 150 mq və ya sutkada 1 dəfə 50 mq təşkil edir. Müalicə müddəti 2-4 həftə təşkil edir. Pəncə mikozunun müaicəsi 6 həftəyə qədər davam edə bilər. Əlvan dəmrov: tövsiyə olunan doza 1-3 həftə müddətində həftədə 1 dəfə 300-400 mq təşkil edir. Dermatofit onixomikoz: tövsiyə olunan doza həftədə 1 dəfə 150 mq təşkil edir. İnfeksiyalaşmış dırnağın əvəzinə sağlam dırnaq çıxmayana qədər müalicə davam etdirmək lazımdır. Əllərdə və ayaqların baş barmağlarında sağlam dırnağın çıxması üçün müvafiq olaraq 3-6 ay və 6-12 ay vaxt tələb olunur. Lakin, dırnaqların uzanma sürəti hər pasiyent üçün müxtəlifdir və pasiyentin yaşından asılıdır. Dırnaqların xroniki infeksiyalarının uzunmüddətli müvəffəqiyyətli müalicəsindən sonra belə dırnağın forması dəyişilmiş qala bilər. Uşaqlar Uşaqlar üçün preparatı adətən, 5 yaşından sonra istifadə etmək olar. 400 mq olan maksimal sutkalıq dozanı aşmaq olmaz. Böyüklərdə analoji infeksiyalarda olduğu kimi, müalicənin müddəti kilnik və mikoloji cavabdan asılıdır. Flukonazol sutkada 1 dəfə istifadə olunur. Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən uşaqlar üçün preparatın dozalanması aşağıda göstərilir. Böyrək çatışmazlığından əziyyət çəkən uşaqlarda flukonazolun farmakokinetikası tədqiq olunmayıb. Yaşı 12-dən yuxarı olan uşaqlar Uşağın bədən kütləsindən və pubertat inkişafından asılı olaraq, həkim pasiyent üçün (böyüklər üçün və ya uşaqlar üçün) preparatın optimal dozasını seçməlidir. Böyüklərlə müqayisədə uşaqlarda flukonazolun klirensi daha yüksəkdir. Flukonazolun böyüklərdə 100, 200 və 400 mq dozalarda və uşaqlarda bədən kütləsinin hər kq-na 3, 6, 12 mq dozalarda istifadəsi, sistem ekspozisiyanın müqayisə edilə biləcək həddinə gətirib çıxarır. Preparatın uşaqlarda istifadəsi barədə əsaslı məlumatın olmasına baxmayaraq, genital kandidozların müalicəsi üçün preparatın istifadə effektivliyi və təhlükəsizliyi müəyyən edilməyib. Yeniyetmələrdə (12 yaşdan 17 yaşa kimi) prepartın istifadəsi üçün zərurət yarandıqda, böyüklər üçün adi dozalardan istifadə etmək lazımdır. Yaşı 5-dən 12-yə qədər olan uşaqlar Selikli qişaların kandidozları: başlanğıc doza bədən kütləsinin hər kq-na sutkada 6 mq təşkil edir; dəstəkləyici doza bədən kütləsinin hər kq-na sutkada 3 mq-dır. Tarazlıq konsentrasiyasının sürətlə əldə olunması məqsədilə, müalicənin birinci günü başlanğıc dozanı təyin etmək olar. İnvaziv kandidozlar, kriptokok meningit: xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, preparatın dozası bədən kütləsinin hər kq-na sutkada 6-12 mq təşkil edir. Kriptokok meningitin inkişaf etmə riski yüksək olan uşaqlarda residivlərin qarşısının alınması üçün dəstəkləyici terapiya: xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, preparatın dozası bədən kütləsinin hər kq-na sutkada 6 mq təşkil edir. İmmunçatışmazlığından əziyyət çəkən pasiyentlərdə kandidozların profilaktikası: induksiyaolunmuş neytropeniyanın şiddətindən və davam etmə müddətindən asılı olaraq, preparatın dozası bədən kütləsinin hər kq-na sutkada 3-12 mq təşkil edir (böyüklər üçün dozalara bax). Yaşlı pasiyentlər Doza, böyrəklərin funksional vəziyyətindən asılı olaraq seçilir (aşağı bax). Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlər Birdəfəlik istifadə zamanı flukonazolun dozasını korreksiya etmək lazım deyil. Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərə (o cümlədən, uşaqlara) preparatın dəfələrlə təkrar yeridilməsi tələb olunduqda göstərişlərdən asılı olaraq, müalicənin birinci günü 50-400 mq başlanğıc doza istifadə etmək lazımdır. Bundan sonra sutkalıq dozanı (göstərişlərdən asılı olaraq) aşağıdakı cədvələ müvafiq hesablamaq lazımdır: Kreatinin klirensi (ml/dəq) Tövsiyə edilən dozanın faizi > 50 100 % < 50 (dializ aparılmadan) 50% Müntəzəm dializ Hər dializ prosedurasından sonra 100% Müntəzəm dializ müalicəsində olan pasiyentlər, hər dializ prosedurasından sonra tövsiyə olunan dozanın 100 %-ni qəbul etməlidirlər. Dializ aparılmayan gün, kreatinin klirensinin səviyyəsindən asılı olaraq, korreksiya olunmuş dozadan istifadə etmək lazımdır. Qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər Qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərdə flukonazolun istifadəsi barədə kifayət qədər məlumat olmadığını nəzərə alaraq, bu kateqoriyadan olan pasiyentlərə preparatı ehtiyatla təyin etmək lazımdır.
Əlavə təsirləri
Qan və limfa sistemində baş verən pozğunluqlar: anemiya, aqranulositoz, leykopeniya, neytropeniya, trombositopeniya. İmmun sistemdə baş verən pozğunluqlar: anafilaksiya. Metabolik və alimentar pozğunluqlar: iştahanın aşağı düşməsi, hipertriqliseridemiya, hiperxolesterinemiya, hipokaliemiya. Psixikada baş verən pozğunluqlar: yuxusuzluq, yuxuya meyllilik. Sinir sistemində baş verən pozğunluqlar: baş ağrısı, qıcolmalar, başgicəllənmə, paresteziyalar, dadbilmə qabiliyyətinin pozulması, tremor. Eşitmə orqanlarında və vestibulyar aparatda baş verən pozğunluqlar: vertiqo. Ürəkdə baş verən pozğunluqlar: “piruet tipli” paroksizmal mədəcik taxikardiyası, QT intervalının uzanması. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: qarın nahiyəsində ağrı, diareya, ürəkbulanma, qusma, qəbizlik, dispepsiya, meteorizm, ağızda quruluq. Hepatobiliar sistemdə baş verən pozğunluqlar : alaninaminotransferaza (ALT), aspartataminotransferaza (AST), qələvi fosfataza fermentlərinin səviyyəsinin yüksəlməsi, xolestaz, sarılıq, bilirubinin səviyyəsinin yüksəlməsi, qaraciyər çatışmazlığı, hepatosellülyar nekroz, hepatitlər, hepatosellülyar zədələnmə. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: səpgilər, qaşınma, dərman dermatiti, övrə, tər ifrazının artması, toksik epidermal nekroliz, Stivens-Conson sindromu, kəskin generalizəolunmuş ekzantematoz pustulyoz, eksfoliativ dermatit, angionevrotik ödem, üzün nahiyəsinin ödemi, alopesiya. Dayaq-hərəkət aparatında və birləşdirici toxumada baş verən pozğunluqlar: mialgiya. Ümumi pozğunluqlar və yeridilmə nahiyəsində baş verən dəyişikliklər: yüksək yorğunluq, halsızlıq, asteniya, qızdırma. Uşaqlar Əlavə təsirlərin tezliyi və xarakteri və laborator analizlərin nəticələrinin normadan fərqli olmaları böyüklərlə müqayisə oluna biləcək dərəcədədir.
Doza həddinin aşılması
Flukonazolun istifadəsi zamanı doza həddinin aşılması barədə məlumatlar var; eyni zamanda hallyusinasiyalar və paranoidal davranış barədə məlumatlar verilir. Doza həddi aşıldıqda, simptomatik dəstəkləyici müalicə aparmaq və zərurət yarandıqda, mədəni yumaq lazımdır. Flukonazol əhəmiyyətli dərəcədə sidiklə xaric olur; sürətləndirilmiş diurez preparatın xaricolmasını sürətləndirə bilər. 3 saat müddətində davam edən hemodializ seansı, qan plazmasında flukonazolun səviyəsini təxminən 50% aşağı salır.
Buraxılış forması
50 mq və ya 100 mq dozalanmada 10 tablet blisterdə; 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 150 mq dozalanmada 2 tablet blisterdə; 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 150 mq dozalanmada 1 tablet blisterdə; 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30° С-dən aşağı temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Texnoloq” ÖSC, Ukrayna, 20300, Uman şəh., Çerkasskaya vil., Staraya proreznaya küç., 8.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.