XEDERAVEF 100 ML (SIROP) (VEFA ILAC SANAYI VE TICARET LTD STI) (TURCIYA)

Dərman formasıSirop
Farmakoloji təsirBitki mənşəli bəlğəmgətirici vasitə
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

7,27 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəni diqqətlə və axıra qədər oxuyun, belə ki, burada Sizin üçün mühüm məlumat vardır. • Bu içlik vərəqəni saxlayın. Siz onu yenidən oxumalı ola bilərsiniz. • Əgər Sizdə əlavə suallar yaranarsa, lütfən, həkiminizdən və ya əczaçıdan soruşun. • Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. • Bu dərmandan istifadə müddətində həkimə və ya xəstəxanaya getsəniz, bu dərmandan istifadə etdiyinizi həkimə bildirin. • Bu təlimatda yazılanlara dəqiq əməl edin. Dərmanın Sizə tövsiyə olunan dozasından yüksək və ya aşağı doza istifadə etməyin. HEDERAVEF 100 ml şərbət

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 7 mq quru Hedera helix L. folium ekstraktı vardır. Köməkçi maddələr: təmizlənmiş su, ksantan qətranı, limon turşusu (susuz), kalium sorbat, 70%-li sorbitol məhlulu, albalı aromatizatoru.

Təsviri

Qəhvəyi rəngli məhluldur.

Farmakoterapevtik qrupu

Bitki mənşəli bəlğəmgətirici vasitə. ATC kodu: R05.

Farmakoloji xüsusiyyətləri

Öskürəkəleyhinə bitki mənşəli preparat. Bəlğəmgətirici, mukolitik və spazmolitik təsir göstərir. Bəlğəmin qatılığını azaldır və onun xaric olmasını asanlaşdırır.

İstifadəsinə göstərişlər

• Yuxarı tənəffüs yollarının öskürək və bəlğəmlə müşayiət olunan kəskin respirator (qısamüddətli) və xroniki (uzunmüddətli) iltihabi xəstəlikləri, • Böyüklər, yeniyetmələr və uşaqlarda mukolitik bəlğəmgətirici vasitə kimi.

Əks göstərişlər

Preparatın tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq, 2 yaşa qədər uşaqlarda respirator əlamətlərin ağırlaşması səbəbi ilə istifadə olunmur.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

• Mədə xorası (qastrit) varsa, • 2-5 yaş arası uşaqlar. bu hallar keçmişdə və ya hal-hazırda mövcuddursa bu barədə həkiminizə məlumat verin. Preparatın tərkibinə daxil olan bəzi komponentlərə dair vacib məlumat Bu preparatın tərkibində sorbitol vardır və əgər həkiminiz Sizdə bəzi şəkərlərə qarşı həssaslıq olduğunu deyibsə, bu dərmanı qəbul etməzdən əvvəl ona bu barədə məlumat verin. 1ml HEDERAVEF preparatının tərkibində 0.3488mq kalium olması səbəbilə böyrək funksiyası zəif olan xəstələrə ehtiyyatla təyin edilməlidir. Hamiləlik və laktasiya dövründə, 2 yaşdan aşağı uşaqlarda araliya fəsiləsindən olan bitkilərə qarşı həssaslığı olan pasiyentlərdə istifadə edilməməlidir. Tibbi göstəriş olmadan kodein və dekstrometorfan kimi opioid antitussiv maddələrlə eyni vaxtda istifadə edilməməlidir. Tənəffüs problemi və ya qızdırması olan pasiyentlərdə preparatın istifadəsi dayandırılmalı və bu barədə həkimə məlumat verilməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

İstifadəsindən öncə bu barədə həkiminizə məlumat verin. Hamiləlik və laktasiya dövründə preparatın istifadəsinə dair tədqiqat aparılmadığına görə istifadəsi tövsiyə olunmur. Müalicə müddətində hamilə olduğunuzu bilsəniz dərhal bu barədə həkiminizə məlumat verin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə qarşılıqlı təsirinə dair məlumatlar yoxdur. Hər hansı bir reseptli və ya reseptsiz dərman vasitəsi qəbul edirsinizsə bu barədə həkiminizə məlumat verin! Nəqliyyat vəsitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri: Nəqliyyat vəsitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri üzrə tədqiqatlar aparılmamışdır.

İstifadə qaydası və dozası

HEDERAVEF preparatının istifadəsi hər zaman həkiminizin təlimatlarına uyğun olmalıdır. Əgər HEDERAVEF preparatının təsirinin çox güclü və ya zəif olduğunu müşahidə etsəniz, bunu həkiminizə və ya əczaçınıza bildirin. Həkiminiz tərəfındən fərqli şəkildə təyin edilməyibsə HEDERAVEF, aşağıdakı şəkildə istifadə edin. Yalnız oral şəkildə daxilə qəbul olunur. • Yeniyetmələr: Gündə 3 dəfə 5 ml (gündəlik 15 ml doza həddini aşmadan) • 6-12 yaş arası uşaqlar: Gündə 2 dəfə 5 ml (gündəlik 10 ml doza həddini aşmadan) • 2-5 yaş arası uşaqlar: Gündə 2 dəfə 2.5 ml. • 2 yaşdan aşağı uşaqlarda istifadəsi tövsiyə olunmur. HEDERAVEF preparatının qəbulu ilə əlaqədar hər-hansı şikayətiniz və ya istifadəsi zamanı vəziyyət yaxşılaşmazsa və ya əksinə pisləşərsə, preparatın qəbulunu dayandırın və həkimə bu barədə məlumat verin! Preparat daxilə ağızdan qəbul olunur. Hər qəbuldan əvvəl flakon yaxşıca çalxalanmalıdır Fərqli yaş qrupları Uşaqlarda istifadəsi 2-5 yaşlı uşaqlarda ehtiyatla istifadə edilməlidir 2 yaşa qədər uşaqlarda istifadə olunmur Yaşlılarda istifadəsi HEDERAVEF preparatının yaşlılarda istifadəsinə dair xüsusi bir göstərişlər yoxdur. Böyrək və qaraciyər çatışmazlığı HEDERAVEF preparatının böyrək və qaraciyər çatışmazlığı olan xəstələrda istifadəsinə dair yetərli məlumat yoxdur. Qida və içki ilə qəbulu HEDERAVEF preparatının qida və içkilər ilə qəbulu üzrə yetərincə məlumat yoxdur. Əgər preparatı qəbul etməyi unutmusunuzsa Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin.

Əlavə təsirləri

Digər dərman vasitələri kimi, HEDERAVEF də hər kəsdə müşahidə edilməsə belə, bəzi əlavə təsirlər meydana çıxa bilər. Preparatın qəbulu zamanı hər-hansı bir əlavə təsir yaranarsa, bu barədə həkimə və ya əczaçıya məlumat verin! • Qurd eşənəyi, dəridə səpgilər, təngənəfəslik, allergik reaksiyanın əlamətləri Qeyd olunmuş əlavə təsirlərin hamısı çox ciddi əlavə təsirlərdir. Əgər bunlardan hər hansı biri Sizdə varsa, demək Sizdə HEDERAVEF preparatına qarşı allergiya var. Bu əlavə təsirlər çox nadir hallarda rast gəlinir: • Ürəkbulanma, qusma, ishal kimi mədə-bağırsaq pozğunluqları Bunlar HEDERAVEF preparatının yüngül əlavə təsirləridir Müalicə dayandırıldıqda yarana bilən əlavə təsirlər HEDERAVEF ilə aparılan müalicə bitdikdən vəya dayandırıldıqdan sonra yarana biləcək əlavə təsirlər haqda məlumat yoxdur. Hər-hansı bir əlavə təsir yaranarsa bu barədə həkimə və ya əczaçıya məlumat verin! Əgər bu içlik vərəgədə göstərilmiş və ya göstəriməmiş hər-hansı bir əlavə təsir yaranarsa dərhal bu barədə həkimə və ya əczaçıya məlumat verin!

Doza həddinin aşılması

Doza həddinin aşılması baş verərsə, bu barədə həkimə və ya əczaçıya məlumat verin! Göstərilmiş gündəlik dozanı əhəmiyyətli dərəcədə aşan (3 dəfədən çox) dozada qəbul etmək ürəkbulanma, qusma və diareya törədə bilər.

Buraxılış forması

100 ml şərbət, kəhraba rəngli (3 tip) şüşə flakonda. 1 flakon, üzərində 2,5 ml, 3 ml, 5 ml, 7,5 ml, 10 ml və 15 ml ölçü xətləri olan ölçülü qab v\ vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan otaq temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır! Flakon açıldıqdan sonra 25°C-dən yüksək olmayan otaq temperaturda 3 ay müddətində saxlanıla bilər. Əgər preparatın və ya qablaşdırmanın zədələndiyini görsəniz HEDERAVEF preparatını qəbul etməyin

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsal sahəsi Vefa İlaç San. ve Tic. Ltd. Şti. Mermerciler San. Sit. 2. Cadde No:3. Beylikdüzü/İSTANBUL. Lisenziya sahibi Vefa İlaç San. ve Tic. Ltd. Şti. Mermerciler San. Sit. 2. Cadde No:3. Beylikdüzü/İSTANBUL. Telefon: (0212) 438 70 85. Faks : (0212) 438 70 87.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“XEDERAVEF 100 ML (SIROP) (VEFA ILAC SANAYI VE TICARET LTD STI) (TURCIYA)” üçün ilk rəyi siz yazın.