MEDRALGIN 10 MG N10 TABLET

Dərman formasıTablet
Farmakoloji təsirQeyri-steroid iltihabəleyhinə və revmatizməleyhinə preparatlar. Sirkə turşusunun törəmələri və oxşar birləşmələr
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

4,99 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

MEDROLGİN örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Ketorolac

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq ketorolak trometamin vardır. Köməkçi maddələr: susuz laktoza, natrium kroskarmelloza, mikrokristallik sellüloza, maqnezium stearat. Örtük: ağ opadri Y-1-7000 (hipromelloza, titan dioksid, makroqol).

Təsviri

Girdə, hər iki tərəfi qabarıq, bir tərəfində “ML” həkk olunmuş, ağ rəngli örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Qeyri-steroid iltihabəleyhinə və revmatizməleyhinə preparatlar. Sirkə turşusunun törəmələri və oxşar birləşmələr. ATC kodu: M01AB15.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Ketorolak trometamin – heyvan modelləri üzərində müəyyən edildiyi kimi, analgetik təsirə malik olan, qeyri-steroid iltihabəleyhinə preparatdır (QSİƏP). Digər QSİƏP-də olduğu kimi, ketorola- kın təsir mexanizmi sona qədər öyrənilməyib, lakin ehtimal olunur ki, həmin mexanizm prosta- qlandin-sintetaza fermentinin inhibə olunması ilə əlaqəli ola bilər. Ketorolak trometamin [-]S- və [+]R-enantiomerlərin rasemik qarışığıdır və preparatın bioloji aktivliyi [-]S-forma ilə əlaqəlidir. Dərman preparatı sedativ və anksiolitik təsirlərə malik deyil. Ketorolak trometaminin istifadəsindən artıq 2-3 saat sonra, maksimal ağrıkəsici effekt qeyd olunur və tövsiyə olunan dozalar diapazonunda statistik əhəmiyyət kəsb edən dərəcədə demək olar ki, dəyişmir. Dərman preparatının yüksək və aşağı dozaları arasında ən əhəmiyyətli fərq – analgeziyanın davametmə müddətidir. Farmakokinetikası Ketorolak trometamin [-]S- və [+]R-enantiomer formaların rasemik qarışığıdır; S-forma analgetik aktivliyə malikdir. Venadaxili (v/d), əzələdaxili (ə/d) yeridilmə və peroral yolla istifadə zamanı, preparatın farmakokinetik parametrlərinin müqayisəli xarakteristikası V/d və ə/d yeridildikdən sonra və tablet formasının peroral qəbulundan sonra, ketorolak trometaminin farmakokinetik parametrləri aşağıda, Cədvəl 1-də göstərilir. Peroral qəbul edildikdən və ə/d yeridildikdən sonra, yetkin yaşlı pasiyentlərdə preparatın biomənimsənilmə dərəcəsi, ketorolak trometaminin bolyus vasitəsi ilə v/d yeridilməsi ilə eynidir. Xətti kinetika Ketorolak trometamini tövsiyə olunan dozalar diapazonunda bir dəfə daxilə qəbul etdikdən, ə/d və ya v/d yeritdikdən sonra, yetkin yaşlı pasiyentlərdə rasematın klirensi dəyişməmişdir. Bu, onu təsdiq edir ki, tövsiyə olunan dozalarda preparatı bir dəfə və ya dəfələrlə təkrar ə/d və v/d yeritdikdən sonra və həmçinin, peroral qəbul etdikdən sonra, yetkin yaşlı pasiyentlərdə ketorolak trometaminin farmakokinetikası, xəttidir. Tövsiyə olunan daha yüksək dozalarda istifadə edildikdə, qan plazmasında həm sərbəst, həm də qan plazması zülalları ilə birləşmiş rasematın konsentrasiyalarının mütənasib yüksəlməsi qeyd olunur. Sorulması Daxilə qəbul etdikdə, ketorolak trometaminin sorulma dərəcəsi 100 % təşkil edir (Cədvəl 1-ə bax). Yağlı qida qəbulundan sonra peroral yolla istifadə edildikdə, qan plazmasında dərman preparatının maksimal konsentrasiyası (C ) aşağı düşmüşdür, C -ın əldə olunması müddətimax max isə, təxminən 1 saat uzanmışdır. Antasidlərdən istifadə etdikdə, preparatın sorulma dərəcəsi dəyişməmişdir. Paylanması Bir dəfə istifadə edildikdən sonra, ketorolak trometaminin zahiri paylanma həcmi təxminən 13 litr təşkil etmişdir. Ketorolak trometaminin rasemik qarışığının, qan plazmasının zülalları ilə birləşmə dərəcəsi yüksəkdir (99 %). Buna baxmayaraq, dərman preparatının qan plazmasında konsentrasiyası 10 mkq/ml-ə çatdıqda, albuminlə birləşmə nahiyələrinin ümumi sayının yalnız 5 %-ni təşkil edir; bu səbəbdən, qan plazması zülalları ilə birləşməmiş hər bir enantiomer fraksiyasının göstəriciləri, dozaların bütün terapevtik diapazonu çərçivəsində dəyişməyəcəkdir. Bu zaman, qan zərdabında albumin səviyyəsinin aşağı düşməsi, qan plazmasında sərbəst dərman preparatının konsentrasiyasının yüksəlməsi ilə müşayiət olunacaqdır. Ketorolak trometamin ana südü ilə xaric olunur. Metabolizmi Ketorolak trometamin qaraciyərdə əhəmiyyətli dərəcədə metabolizmə məruz qalır. Metabolitləri, ilkin dərman preparatının hidroksilləşmiş və konyuqasiya olunmuş formalarıdır. Dərman preparatının müəyyən miqdarı dəyişilməmiş şəkildə və həmçinin, preparatın metabolizm məhsulları orqanizmdən sidiklə birlikdə xaric olunurlar. Cədvəl 1. Dərman preparatının preparatının qəbulundan, ə/d və v/d yeridilməsindən sonra, ketorolak trometaminin farmakokinetik parametrlərinin orta göstəriciləri (orta göstərici ± standart sapma) Farmakokinetik Daxilə Ə/d yeridildikdə** Bolyus vasitəsi ilə v/d parametrləri qəbul yeridildikdə*** (ölçü vahidləri) edildikdə* 10 mq 15 mq 30 mq 60 mq 15 mq 30 mq Biomənimsənilməsi 100 % & T (dəqiqə) 44 ± 34 33 ± 21^ 44 ± 29 33 ± 21^ 1,1 ± 0,7^ 2,9 ± 1,8max # C (mkq/ml) 0,87 ± 0,22 1,14 ± 2,42 ± 0,68 4,55 ± 2,47 ± 4,65 ±max (birdəfəlik yeridilmə) 0,32^ 1,27^ 0,51^ 0,96 C (mkq/ml) 1,05 ± 1,56 ± 3,11 ± İE 3,09 ± 6,85 ±max (tarazlıq vəziyyəti, 0,26^ 0,44^ 0,87^ 1,17^ 2,61 sutkada 4 dəfəlik yeridilmə) ## C (mkq/ml) 0,29 ± 0,47 ± 0,93 ± İE 0,61 ± 1,04 ±min (tarazlıq vəziyyəti, 0,07^ 0,13^ 0,26^ 0,21^ 0,35 sutkada 4 dəfəlik yeridilmə) ### C (mkq/ml) 0,59 ± 0,94 ± 1,88 ± İE 1,09 ± 2,17 ±avg (tarazlıq vəziyyəti, 0,20^ 0,29^ 0,59^ 0,30^ 0,59 sutkada 4 dəfəlik yeridilmə) @ Vd (l/kq) 0,175 ± 0,039 0,210 ± 0,044 Dərman preparatının orqanizmə yeridilən dozasının 50 %-i və daha az miqdarı metabolizmə məruz qalır. Dərman preparatının orqanizmə yeridilən dozasının 91 %-i sidiklə xaric olunur. Dərman preparatının orqanizmə yeridilən dozasının 6 %-i mədə-bağırsaq traktı vasitəsi ilə xaric olunur. Qan plazması zülalları ilə birləşmə dərəcəsi 99 % təşkil edir. * – məlumatlar, dərman preparatını daxilə, acqarına qəbul edən 77 nəfər sağlam könüllünün iştirakı ilə aparılan farmakokinetik tədqiqatlardan əldə olunmuşdur; ** – məlumatlar, dərman preparatı ə/d yeridilən, 54 nəfər sağlam könüllünün iştirakı ilə aparılan farmakokinetik tədqiqatlardan əldə olunmuşdur; *** – məlumatlar, dərman preparatı v/d yeridilən, 24 nəfər sağlam könüllünün iştirakı ilə aparılan farmakokinetik tədqiqatlardan əldə olunmuşdur; & – qan plazmasında preparatın maksimal konsentrasiyasının əldə olunma müddəti; # – qan plazmasında maksimal konsentrasiyası; ## – qan plazmasında minimal konsentrasiyası; ### – qan plazmasında orta konsentrasiyası; @ – paylanma həcmi; İE – 60 mq dozanın yalnız birdəfəlik istifadə üçün tövsiyə olunduğunu nəzərə alaraq, istifadə edilə bilməz; ^ – orta göstərici, dərman preparatının qan plazmasında konsentrasiyası barədə məlumatlar əsasında hesablanır; standart sapma isə, C və T göstəriciləri üçün, faizlə ifadə olunanmax max dəyişmə əmsalı əsasında hesablanmışdır. Xaricolması Ketorolak və onun metabolitləri orqaizmdən əsasən, sidiklə xaric olunurlar, təxminən 92 %-i: təxminən 40 %-i metabolit şəklində və 60 %-i dəyişilməmiş halda. Dərman preparatının orqanizmə daxil olan dozasının təxminən 6 %-i, mədə-bağırsaq traktı (MBT) vasitəsi ilə xaric olunur. Ketorolak trometamini 10 mq dozada 1 dəfə istifadə etdikdə, [+]R-enantiomerə nisbətən, [-]S-enantiomer orqanizmdən təxminən 2 dəfə sürətlə xaric olunmuşdur və bu zaman, klirens, dərman preparatının orqanizmə yeridilmə yolundan asılı olmamışdır (tədqiqatda 9 subyekt iştirak etmişdir). Göstərilən vəziyyət onu təsdiq edir ki, preparatın hər istifadəsindən sonra, qan plazmasında [-]S- və [+]R-enantiomerlərin konsentrasiyalarının nisbəti, zamanla əlaqəli aşağı düşür. İnsan orqanizmində [+]R-formanın [-]S-formaya inversiyası baş vermir və ya əhəmiyyət kəsb etməyən dərəcədə qeyd olunur. Normal subyektlərdə, yaşlı pasiyentlərdə və həmçinin, böyrək və qaraciyər funksiyalarının pozulması qeyd olunan pasiyentlərdə rasematın klirensi barədə məlumatlar, Cədvəl 2-də (aşağıda göstərilənlərə bax) göstərilmişdir. Ketorolak trometaminin [-]S-enantiomeri üçün yarımxaricolma dövrü təxminən 2,5 saat (standart sapma ± 0,4) və [+]R-enantiomeri üçün təxminən 5 saat (standart sapma ± 1,7) təşkil etmişdir. Digər tədqiqatlarda müəyyən olunmuşdur ki, rasematın yarımxaricolma dövrü 5 saatdan 6 saata qədər diapazonda olmuşdur. Toplanması Ketorolak trometamini 5 gün müddətində bolyus vasitəsi ilə hər 6 saatdan bir v/d yeritdikdə, sağlam könüllülərdə C göstəriciləri arasında 1-ci və 5-ci günlərdə əhəmiyyət kəsb edən fərqlərmax aşkar edilməmişdir. Bu zaman, qan plazmasında dərman preparatının minimal konsentrasiyalarının orta göstəriciləri 1-ci və 6-cı günlərdə, müvafiq olaraq, 0,29 mkq/ml (standart sapma ± 0,13) və 0,55 mkq/ml (standart sapma ± 0,23) təşkil etmişdir. Tarazlıq vəziyyəti, 4-cü doza yeridildikdən sonra, qeyd olunmuşdur. Xüsusi pasiyent qruplarında (yaşlı pasiyentlər, uşaqlar, böyrək çatışmazlığından və ya qaraciyər xəstəliklərindən əziyyət çəkən pasiyentlər) ketorolak trometaminin orqanizmdən toplanmasının öyrənilməsi istiqamətində heç bir tədqiqat aparılmamışdır. Xüsusi pasiyent qruplarında preparatın farmakokinetik parametrləri Yaşlı pasiyentlər Ketorolak trometamini bir dəfə istifadə etdikdən sonra, əldə olunan məlumatlar əsasında müəyyən edilmişdir ki, daha gənc (24-35 yaş) sağlam könüllülərdən fərqli olaraq, yaşlı sağlam könüllülərdə (65-78 yaş) rasematın yarımxaricolma dövrü, 5 saatdan 7 saata qədər uzanmışdır (Cədvəl 2-yə bax). Həmin qruplarda C göstəricilərində qeyd olunan fərqlər əhəmiyyət kəsbmax etməmişdir (yaşlı sağlam könüllülərdə – 2,52 ± 0,77 mkq/ml, gəncyaşlı sağlam könüllülərdə – 2,99 ± 1,03 mkq/ml). Uşaqlar Uşaqlarda ketorolak trometaminin farmakokinetikası barədə məhdud məlumatlar mövcuddur. Dərman preparatını 0,5 mq/kq-a dozada bir dəfə bolyus vasitəsi ilə v/d yeritdikdən sonra, 4 yaşdan 8 yaşa qədər 10 uşaqda preparatın yarımxaricolma dövrü 5,8 ± 1,6 saat, orta klirens göstəricisi 0,042 ± 0,01 l/saat/kq, terminal mərhələdə paylanma həcmi 0,34 ± 0,12 l/kq, tarazlıq vəziyyətində paylanma həcmi 0,26 ± 0,08 l/kq təşkil etmişdir. Uşaqlarda ketorolakın paylanma həcminin və klirensinin göstəriciləri, yetkin yaşlı subyektlərdə qeyd olunan analoji göstəricilərə nisbətən, daha yüksək olmuşdur (Cədvəl 1-ə bax). Preparatı ə/d yeritdikdə, uşaqlarda ketorolak trometaminin farmakokinetikası barədə heç bir məlumat yoxdur. Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlər Ketorolak trometamini bir dəfə istifadə etdikdən sonra, əldə olunan məlumatlar əsasında müəyyən edilmişdir ki, böyrək funksiyalarının pozulması müşahidə olunan pasiyentlərdə preparatın yarımxaricolma dövrü orta hesabla 6 saatdan 19 saata qədər təşkil edir və funksional pozğunluqların ağırlıq dərəcəsindən asılıdır. Yaşlı pasiyentlərdə və böyrək funksiyalarının pozulması müşahidə olunan pasiyetlərdə kreatinin klirensi və ketorolak trometaminin ümumi klirensi arasında yalnız əhəmiyyət kəsb etməyən korrelyasiya qeyd olunur (r = 0,5). Cədvəl 2. Preparatı bir dəfə 30 mq dozada ə/d yeritdikdən və ya bir dəfə 10 mq dozada daxilə qəbul etdikdən sonra, yaşın, böyrəklərin və qaraciyərin funksional vəziyyətinin ketorolak trometaminin klirensinə və yarımxaricolma dövrünə təsiri Ümumi klirensin orta Yarımxaricolmanın son dövrünün göstəricisi (diapazonu), orta göstəricisi (diapazonu), saat l/saat/kqSubyektlər qrupu Ə/d Daxilə qəbul Ə/d Daxilə qəbul yeridildikdə edildikdə yeridildikdə edildikdə Normal subyektlər 0,023 0,025 5,3 5,3 (ə/d yeridilmə – n=54, orta yaş (0,010-0,046) (0,013-0,050) (3,5-9,2) (2,4-9,0) – 32 yaş, diapazon – 18-60 yaş; daxilə istifadə – n=77, orta yaş – 32 yaş, diapazon – 20-60 yaş) Yaşlı sağlam könüllülər 0,019 0,024 7,0 6,1 (orta yaş – 72 yaş, diapazon (0,013-0,034) (0,018-0,034) (4,7-8,6) (4,3-7,6) 65-78 yaş; ə/d yeridilmə – n=13; daxilə istifadə – n=12) Qaraciyər funksiyalarının 0,029 0,033 5,4 4,5 pozulması qeyd olunan (0,013-0,066) (0,019-0,051) (2,2-6,9) (1,6-7,6) pasiyentlər (n=7) (orta yaş – 51 yaş, diapazon 43-64 yaş; ə/d yeridilmə və daxilə istifadə – n=7) Böyrək funksiyalarının 0,015 0,016 10,3 10,8 pozulması qeyd olunan (0,005-0,043) (0,007-0,052) (5,9-19,2) (3,4-18,9) pasiyentlər (qan zərdabında kreatininin konsentrasiyası 1,9-5,0 mq/dl) (ə/d yeridilmə – n=25, orta yaş – 54 yaş, diapazon 35-71 yaş; daxilə istifadə – n=9, orta yaş – 57 yaş, diapazon – 39-70 yaş) Dializ proseduraları qəbul 0,016 – 13,6 – edən pasiyentlər (orta yaş – 40 (0,003-0,036) (8,0-39,1) yaş, diapazon 27-63 yaş; ə/d yeridilmə və daxilə istifadə – n=9) Böyrək xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə, hər bir enantiomer üçün “konsentrasiya- zaman” əyrisi altındakı sahə göstəricisi (AUC ), sağlam könüllülərin eyni göstəriciləri ilə∞ müqayisədə, təxminən 100 % yüksəlmişdir. Bu zaman, [-]S-enantiomerin paylanma həcmi 2 dəfə, [+]R-enantiomerin paylanma həcmi isə 1/5 qədər artmışdır. Ketorolak trometaminin paylanma həcminin artması, dərman preparatının qan plazmasının zülalları ilə birləşməmiş fraksiyasının göstəricilərinin yüksəlməsini nəzərdə tutur. Sağlam könüllülərdə ketorolak trometamin enantiomerlərinin AUC göstəricilərinin nisbəti,∞ böyrək funksiyalarının pozulması qeyd olunan pasiyentlərdə eyni göstəricilərlə müqayisə edilə biləcək dərəcədə olmuşdur ki, bu da həmin pasiyentlərdə enantiometlərdən hər hansı birinin xaricolması üçün selektivliyin olmamasını təsdiq edir. Qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlər Qaraciyər xəstəliklərindən əziyyət çəkən 7 pasiyentdə preparatın yarımxaricolma dövrünün, AUC və C göstəriciləri, sağlam könüllülərdə qeyd olunan eyni göstəricilərdən əhəmiyyətli∞ max dərəcədə fərqlənməmişdir (Cədvəl 2-yə bax). İrqi mənsubiyyət Dərman preparatının farmakokinetikasında irqi mənsubiyyətlə əlaqəli heç bir fərq aşkar edilməmişdir. Vena daxilinə yeridilmə Ketorolak trometamini 30 mq dozada v/d yeritdikdən sonra, yetkin yaşlı sağlam könüllülərdə (n=37) preparatın ümumi klirensi 0,03 l/saat/kq-a (0,017-0,051), yarımxaricolmanın son dövrü isə 5,6 saat (4,0-7,9) təşkil etmişdir (yuxarıda göstərilənlərə bax).

İstifadəsinə göstərişlər

Medrolgin preparatının istifadəsi barədə qərar qəbul edtikdə, preparatın istifadəsi ilə əlaqəli potensial faydanın və risklərin nisbətini və həmçinin, digər terapevtik taktikaların istifadə imkanlarını hərtərəfli qiymətləndirmək lazıdmır. Terapevtik strategiyaya müvafiq, dərman preparatını minimal effektiv dozalarda ən qısa müddət ərzində istifadə etmək lazımdır. Yetkin yaşlı pasiyentlərdə kəskin ağrı sindromu Medrolgin preparatı (örtüklü tabletləri), bir qayda olaraq, əməliyyatdan sonrakı dövrdə, opioid analgetiklərin effekti ilə müqayisə olunan ağrıkəsici effektin əldə olunması tələb olunduqda, orta dərəcəli kəskin ağrı sindromunun qısamüddətli (5 gündən artıq olmamaqla) müalicəsi üçün istifadə olunur. Müalicəni, ketorolak trometaminin v/d və ya ə/d yeridilməsindən başlamaq və gələcəkdə, zərurət yarandıqda, ketorolak trometaminin tablet formalarını yalnız, dəstəkləyici müalicə vasitəsi şəklində istifadə etmək olar. Dərman preparatının istifadəsi ilə əlaqəli arzuolunmayan reaksiyaların tezliyinin və ağırlıq dərəcəsinin artmasının potensial riskini nəzərə alaraq, ketorolak trometaminin istifadəsi ilə aparılan müalicənin (v/d və ya ə/d yeridilməsi və tabletlərin daxilə qəbul edilməsi) davametmə müddəti 5 gündən artıq olmamalıdır. Pasiyentləri alternativ analgetik preparatlarla müalicəyə mümkün qədər tez keçirmək lazımdır; ketorolak trometaminlə müalicənin davametmə müddəti 5 gündən artıq olmamalıdır.

Əks göstərişlər

– Ketorolak trometaminə və ya preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq; – kəskin peptik xora, az müddət əvvəl mədə-bağırsaq qanaxması və ya perforasiya, anamnezdə xora və ya mədə-bağırsaq qanaxmalarının mövcudluğu; – bronxial astma, övrə kimi hiperhəssaslıq reaksiyaları və ya anamnezdə asetilsalisil turşusuna (AST) və digər QSİƏP-ə qarşı allergik reaksiyaların digər növlərinin mövcudluğu (QSİƏP-dən istifadə edildikdə, ağır dərəcəli, bəzən ölümlə nəticələnən anafilaktik reaksiyaların inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur); – böyrək funksiyalarının ağır dərəcəli pozğunluqları və ya dövr edən qanın həcminin (DEQH) aşağı düşməsi fonunda böyrək çatışmazlığının meydana çıxması riski ilə əlaqəli vəziyyətlər; – hamiləlik dövrü və doğuş zamanı (prostaqlandinlərin sintezinin inhibə olunması, dölün qan dövranına neqativ təsir göstərə bilər və bu zaman, uşaqlığın yığılma qabiliyyətinin aşağı düşməsi nəticəsində, uşaqlıq qanaxmasının inkişaf etmə riski yüksəlir); – serebrovaskulyar qanaxma (təsdiq olunmuş və ya ehtimal edilən), hemorragik diatez, qanın laxtalanma qabiliyyətinin pozulması və qanaxmanın meydana çıxma riskinin yüksəlməsi (ketorolak trometamin trombositlərin funksiyalarına pozucu təsir göstərir); – AST və ya digər QSİƏP ilə aparılan müalicə (QSİƏP ilə əlaqəli ağır dərəcəli arzuolunmayan reaksiyaların meydana çıxmasının kumulyativ riski); – eyni zamanda probenesidin istifadəsi; – eyni zamanda pentoksifillinin istifadəsi. Ağır dərəcəli cərrahi müdaxilələrdən əvvəl, ağrı sindromunun profilaktikası məqsədi ilə, Medrolgin preparatını istifadə etmək olmaz. Koronar şuntlama cərrahi əməliyyatları aparıldıqda, Medrolgin preparatını istifadə etmək olmaz.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ümumi göstərişlər Medrolgin preparatı (tərkibində aktiv maddə şəklində ketorolak trometamin olan, örtüklü tabletlər) QSİƏP qrupundan olan dərman preparatlarına aiddir. Preparat, opioid analgetiklərin effekti ilə müqayisə olunan ağrıkəsici effektin əldə olunması tələb olunduqda və yalnız, ketorolak trometamini v/d və ya ə/d dəstəkləyici müalicə vasitəsi şəklində yeritdikdən sonra, orta dərəcəli kəskin ağrı sindromunun qısamüddətli (5 gündən artıq olmamaqla) müalicəsi üçün istifadə olunur. Ketorolak trometaminin istifadəsi ilə aparılan müalicənin ümumi davametmə müddəti 5 gündən artıq olmamalıdır. Medrolgin preparatını uşaqlarda və yüngül dərəcəli və ya xroniki ağrı sindromunun müalicəsi üçün istifadə etmək olmaz. Yetkin yaşlı pasiyentlərdə ketorolak trometaminin 40 mq maksimal sutkalıq dozasını aşan dozalarda istifadə etdikdə, preparatın istifadəsi ilə aparılan müalicənin effektivliyi yüksəlmir; lakin bu zaman, ağır dərəcəli arzuolunmayan reaksiyaların inkişaf etmə riski yüksəlir. MBT-də baş verən arzuolunmayan reaksiyaların meydana çıxması riski Ketorolak trometamindən istifadə etdikdə, peptik xoralar inkişaf edə bilər; bəzi hallarda, ölümlə nəticələnə bilən mədə-bağırsaq qanaxmaları və/və ya mədə və bağırsaq perforasiyaları meydana çıxa bilərlər. Oxşar arzuolunmayan reaksiyalar müalicənin müxtəlif mərhələlərində və əvvəlcədən heç bir simptom qeyd olunmadan inkişaf edə bilərlər. Bu səbəbdən, kəskin peptik xora, az müddət əvvəl mədə-bağırsaq qanaxması və ya perforasiya müşahidə olunan pasiyentlərdə və anamnezlərində xora və ya mədə-bağırsaq qanaxmaları qeyd olunan pasiyentlərdə Medrolgin preparatının istifadəsi əks göstərişdir. Yaşlı pasiyentlərdə MBT-də baş verən ağır dərəcəli arzuolunmayan halların meydana çıxma riski yüksəlir. Ürək-damar sistemində qeyd olunan trombotik ağırlaşmalar QSİƏP-in istifadəsi ilə müalicə aparıldıqda, bəzən ölümlə nəticələnən, miokard infarktı və insult daxil olmaqla, ürək-damar sistemində trombotik ağırlaşmaların meydana çıxma riski yüksəlir; həmin risk, müalicənin erkən mərhələsində müşahidə oluna bilər və müalicənin davametmə müddəti uzandıqda, daha da yüksələ bilər. Koronar şuntlama cərrahi əməliyyatları aparılan pasiyentlərdə, Medrolgin preparatının istifadəsi əks göstərişdir. Böyrəklərdə baş verən arzuolunmayan reaksiyaların meydana çıxması riski Böyrək funksiyalarının ağır dərəcəli pozğunluqları qeyd olunan pasiyentlərdə və DEQH-nin aşağı düşməsi fonunda böyrək çatışmazlığının meydana çıxması riski ilə əlaqəli vəziyyətlərdə, Medrolgin preparatının istifadəsi əks göstərişdir. Qanaxmaların meydana çıxması riski Ketorolak trometaminin trombositlərin funksiyalarına pozucu təsir göstərməsini nəzərə alaraq, serebrovaskulyar qanaxma (təsdiq olunmuş və ya ehtimal edilən), hemorragik diatez, qanın laxtalanma qabiliyyətinin pozulması və qanaxmanın meydana çıxma riskinin yüksəlməsi qeyd olunan pasiyentlərdə Medrolgin preparatının istifadəsi əks göstərişdir. Preparatın hamiləlik dövründə və doğuş zamanı istifadəsi ilə əlaqəli risk Ketorolak trometaminin dölün qan dövranına mənfi təsir göstərməsi və uşaqlığın yığılma qabiliyyətini aşağı salma ehtimalını nəzərə alaraq, hamiləlik dövründə və doğuş zamanı Medrolgin preparatının istifadəsi əks göstərişdir. Digər QSİƏP ilə birlikdə istifadəsi QSİƏP ilə əlaqəli ağır dərəcəli arzuolunmayan reaksiyaların kumulyativ riskinin meydana çıxmasını nəzərə alaraq, Medrolgin preparatının AST ilə və ya digər QSİƏP-lə birlikdə istifadəsi əks göstərişdir. Xüsusi pasiyent qrupları Yaşı 65 və daha yuxarı olan pasiyentlərdə, bədən kütləsi 50 kq-a (110 funta) qədər olan pasiyentlərdə və qan zərdabında kreatinin konsentrasiyasının mülayim yüksəlməsi qeyd olunan pasiyentlərdə preparatın dozasını korreksiya etmək tələb olunur. Ağır dərəcəli cərrahi müdaxilələrdən əvvəl, ağrı sindromunun profilaktikası məqsədi ilə, Medrolgin preparatını istifadə etmək olmaz. Xəbərdarlıqlar Yetkin yaşlı pasiyentlərdə ketorolak trometaminin istifadəsi ilə aparılan müalicənin (v/d və ya ə/d yeridilməsi və tabletlərin daxilə qəbul edilməsi) ümumi davametmə müddəti 5 gündən artıq olmamalıdır. Uşaqlarda Medrolgin preparatını istifadə etmək olmaz. Ketorolak trometaminin istifadəsi ilə əlaqəli ən çox əhəmiyyət kəsb edən risklər MBT-də qeyd olunan reaksiyalar – xoraların, mədə-bağırsaq qanaxmalarının və perforasiyaların meydana çıxması riski Anamnezlərində peptik xoraların və/və ya mədə-bağırsaq qanaxmalarının meydana çıxmasının sənədlə təsdiq olunmuş epizodları qeyd olunan pasiyentlərdə Medrolgin preparatının istifadəsi əks göstərişdir. Ketorolak trometamindən istifadə etdikdə, mədədə, nazik və yoğun bağırsaqda bəzən ölümlə nəticələnən qanaxmaların, xoraların və perforasiyaların əmələ gəlməsi daxil olmaqla, MBT-də ağır dərəcəli arzuolunmayan reaksiyalar inkişaf edə bilərlər. Oxşar arzuolunmayan reaksiyalar, əvvəlcədən simptomların mövcudluğundan asılı olmayaraq, ketorolak trometaminin istifadəsi ilə aparılan müalicənin müxtəlif mərhələlərində qeyd oluna bilərlər. QSİƏP-dən istifadə etdikdə, beş pasiyentdən yalnız birində MBT-nin yuxarı şöbələrində ağır dərəcəli arzuolunmayan reaksiyalar, klinik simptomların inkişaf etməsi ilə müşayiət olunmuşdur. MBT-nin yuxarı şöbələrində dispepsiya kimi, yüngül dərəcəli arzuolunmayan reaksiyalar tez-tez qeydə alınır və QSİƏP-in istifadəsi ilə aparılan müalicənin istənilən mərhələsində meydana çıxa bilərlər. Preparatın dozasının artırılması və ketorolak trometaminin istifadəsi ilə müalicənin davametmə müddətinin uzanması ilə, MBT-də baş verən arzuolunmayan reaksiyaların tezliyi və ağırlıq dərəcəsi artır. Ketorolak trometamini 5 gündən artıq istifadə etmək olmaz, lakin, hətta qısamüddətli müalicə aparıldıqda belə, arzuolunmayan reaksiyaların meydana çıxma riski mövcuddur. QSİƏP-in istifadəsi ilə müalicə qəbul edən pasiyentlərin anamnezlərində, xora ilə yanaşı, peroral qlükokortikosteroidlərin (QKS) və ya antikoaqulyantların eyni zamanda istifadəsi, QSİƏP-in uzunmüddətli istifadəsi, tütün istifadəsi, alkoqolun istifadəsi, yaşlılıq dövrü və pasiyentin sağlamlığının ümumi vəziyyətinin qeyri-kafi olması daxil olmaqla, digər faktorlar da mədə-bağırsaq qanaxmalarının inkişaf etmə riskini yüksəldə bilərlər. MBT-də baş verən ölümlə nəticələnən ən tez-tez müşahidə olunan arzuolunmayan reaksiyalar yaşlı pasiyentlərdə və ya zəifləmiş pasiyentlərdə qeyd olunmuşdur və bu səbəbdən, həmin pasiyentlərdə Medrolgin preparatından istifadə etdikdə, xüsusilə ehtiyatlı olmaq lazımdır. Preparatı minimal effektiv dozada ən qısa müddət ərzində istifadə etməklə, MBT-də baş verən arzuolunmayan reaksiyaların meydana çıxmasının potensial riskini minimuma endirmək olar. QSİƏP-dən istifadə etdikdə, pasiyentlər və həkimlər, mədə-bağırsaq xoralarının və qanaxmalarının inkişaf etməsini göstərən əlamətlərin və simptomların meydana çıxmasına diqqətlə nəzarət etməlidirlər; MBT-də baş verən ağır dərəcəli arzuolunmayan reaksiyaların meydana çıxması ehtimal edildikdə, dərhal müvafiq müayinə aparmaq və zərurət yarandığı halda, müalicəyə başlamaq lazımdır. MBT-də baş verən ağır dərəcəli arzuolunmayan reaksiyalar istisna edilməyənə qədər, ketorolak trometaminin istifadəsini dayandırmaq lazımdır. Yüksək risk qeyd olunan pasiyentlərdə, QSİƏP-in istifadəsini istisna edən alternativ müalicə üsullarını nəzərdən keçirmək lazımdır. Anamnezlərində bağırsağın iltihabi xəstəlikləri (xoralı kolit, Kron xəstəliyi) qeyd olunan pasiyentlərdə QSİƏP-dən ehtiyatla istifadə edilməlidir; bu zaman, nəzərə almaq lazımdır ki, həmin preparatların istifadəsi, yuxarıda qeyd olunan xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Qanaxmalar Prostaqlandinlərin hemostaz sistemində mühüm əhəmiyyətə malik olmasını və QSİƏP-in trombositlərin aqreqasiyasına təsir göstərməsini nəzərə alaraq, qanın laxtalanma qabiliyyətinin pozulması qeyd olunan pasiyentlərdə ketorolak trometamini ehtiyatla istifadə etmək və həmin pasiyentlərin hərtərəfli müşahidəsini təmin etmək lazımdır. Terapevtik dozalarda antikoaqulyantları (məsələn, heparini və ya dikumarol törəmələrini) ketorolak trometaminlə birlikdə istifadə edən pasiyentlərdə, qanaxmalar zamanı ağırlaşmaların baş vermə riski yüksəlir; bu səbəbdən, preparatların oxşar kombinasiyalarını xüsusi ehtiyatla istifadə etmək lazımdır. Ketorolak trometaminin profilaktik aşağı dozalarda heparin (hər 12 saatdan bir 2500-5000 vahid), varfarin və dekstranlar daxil olmaqla, hemostaza təsir göstərən dərman preparatları ilə birlikdə istifadəsi öyrənilməmişdir; bununla belə, preparatların oxşar kombinasiyalarından istifadə etdikdə, qanaxmaların inkişaf etməsi riski yüksələ bilər. Bu səbəbdən, qeyd olunan kombinasiyaları, fayda/risk nisbətini hərtərəfli qiymətləndirdikdən sonra, xüsusi ehtiyatla istifadə etmək lazımdır. Hemostaza təsir göstərən dərman preparatlarının istifadəsi ilə müalicə qəbul edən pasiyentlərdə, hərtərəfli tibbi müşahidənin aparılmasının təmin olunması vacibdir. Postmarketinq dövründə, ketorolak trometaminin (v/d və ya ə/d yeridilməsi) istifadəsi ilə əlaqəli, əməliyyatdan sonrakı hematomaların meydana çıxması və perioperasion dövrdə yaralardan qanaxmaların digər əlamətlərinin inkişaf etməsi halları qeydə alınmışdır. Bu səbəbdən, perioperasion dövrdə Medrolgin preparatından istifadə etmək olmaz; bununla belə, hemoztazın vəziyyəti kritik ola bilən əməliyyatdan sonrakı dövrdə preparatdan istifadə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır (aşağıda qeyd olunanlara bax). Böyrəklərdə müşahidə olunan reaksiyalar QSİƏP-dən uzun müddət ərzində istifadə etdikdə, böyrəklərin papillyar nekrozu və digər böyrək zədələnmələri inkişaf edə bilər; nefrotoksik təsir həmçinin, böyrək qan axınının dəstəklənməsində böyrəklərdə prostaqlandinlərinin köməkçi rol oynayan pasiyentlərdə qeyd olunur. Həmin pasiyentlərdə QSİƏP-dən istifadə etdikdə, dozadan asılı olaraq, prostaqlandinlərin sintezi və nəticə kimi, böyrəklərdə qan axını aşağı düşə bilər ki, bu da böyrək funksiyalarının dekompensasiya əlamətlərinin inkişaf etməsinə səbəb ola bilər. Bu zaman, ən yüksək risk ürək çatışmazlığından əziyyət çəkən pasiyentlər, böyrək və qaraciyər funksiyalarının pozulması qeyd olunan pasiyentlər, diuretiklərdən və angiotenzinçevirən fermentin (AÇF) inhibitorlarından istifadə edən və həmçinin, yaşlı pasiyentlər üçün xarakterikdir. QSİƏP-in istifadəsi dayandırıldıqda, böyrək funksiyaları müalicədən əvvəlki səviyyəyə qədər bərpa olunur. Ketorolak trometamin və onun metabolitləri orqanizmdən əsasən böyrəklər vasitəsi ilə xaric olunurlar və bu səbəbdən, kreatinin klirensi aşağı olan pasiyentlərdə dərman preparatının klirensi aşağı düşür. Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərdə Medrolgin preparatını ehtiyatla istifadə etmək və bu zaman, pasiyentləri ciddi tibbi müşahidə altında saxlamaq lazımdır. Ketorolak trometamindən istifadə etdikdə, kəskin böyrək çatışmazlığının, interstisial nefritin və nefrotik sindromun inkişaf etmə halları qeydə alınmışdır. Böyrək funksiyalarının pozulması Qan zərdabında kreatinin konsentrasiyaları, böyrək funksiyalarının ağır dərəcəli pozulmasını nümayiş etdirən pasiyentlərdə Medrolgin preparatının istifadəsi əks göstərişdir. Preparatın prostaqlandinlərin sintezini əhəmiyyətli dərəcədə inhibə etməsini nəzərə alaraq, anamnezlərində böyrək funksiyalarının pozulması və ya böyrək xəstəlikləri qeyd olunan pasiyentlərdə Medrolgin preparatını ehtiyatla istifadə etmək lazımdır. Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərdə kəskin böyrək çatışmazlığının və ya böyrək funksiyalarının dekompensasiyasının inkişaf etmə riski yüksəlir; bu səbəbdən, həmin pasiyentlərdə Medrolgin preparatını istifadə etməzdən əvvəl, fayda/risk nisbətini qiymətləndirmək lazımdır. Anafilaktoid reaksiyalar Digər QSİƏP-in istifadəsi zamanı olduğu kimi, əvvəllər dərman preparatını istifadə etməyən pasiyentlərdə və ya anamnezlərində preparata qarşı hiperhəssaslıq qeyd olunan pasiyentlərdə ketorolak trometamini istifadə etdikdə, anafilaktoid reaksiyalar inkişaf edə bilərlər. Aspirin triadası qeyd olunan pasiyentlərdə Medrolgin preparatını istifadə etmək olmaz. Göstərilən simptomlar kompleksi adətən, burun polipləri ilə və ya onlarsız rinitin meydana çıxması müşahidə olunan və ya AST-nin və ya digər QSİƏP-in istifadəsindən sonra, potensial ölümə səbəb ola bilən ağır dərəcəli bronxospazm inkişaf edən bronxial astmadan əziyyət çəkən pasiyentlərdə qeyd olunur (aşağıda gösrərilənlərə bax). Anafilaksiya kimi, anafilaktoid reaksiyalar meydana çıxdıqda, qeyd olunan vəziyyət ölümlə nəticələnə bilər. Anafilaktoid reaksiyalar meydana çıxan fövqəladə hallarda, dərhal təcili yardım tədbirlərini həyata keçirmək lazımdır. Ürək-damar effektləri Ürək-damar sistemində qeyd olunan trombotik ağırlaşmalar 3 ilə qədər davam edən klinik tədqiqatların nəticələri onu təsdiq edir ki, müəyyən 2-ci tip siklooksigenaza fermentinin selektiv inhibitorlarından (SOG-2) və qeyri-selektiv QSİƏP-dən istifadə etdikdə, bəzi hallarda ölümlə nəticələnən miokard infarktı və insult daxil olmaqla, ağır dərəcəli ürək-damar sistemində trombotik ağırlaşmaların inkişaf etmə riski yüksəlir. Əldə olunan məlumatlar əsasında, ürək-damar sistemində trombotik ağırlaşmalar riskinin bütün QSİƏP-də eyni olub-olmadığı məlum deyil. QSİƏP-dən istifadə etdikdə, ağır dərəcəli ürək-damar trombotik ağırlaşmalar tezliyinin ilkin səviyyə ilə müqayisədə, nisbi yüksəlməsini xarakterizə edən göstəricilər, həm ürək-damar sisteminin təsdiq olunmuş xəstəliklərindən əziyyət çəkən və ya ürək-damar xəstəliklərinin inkişafı üçün risk faktorları qeyd olunan, həm də bunlar qeyd olunmayan pasiyentlərdə oxşardır. Lakin, ürək-damar sisteminin təsdiq olunmuş xəstəliklərindən əziyyət çəkən və ya onların inkişafı üçün risk faktorları qeyd olunan pasiyentlərdə ağır dərəcəli ürək-damar sistemində trombotik ağırlaşmaların baş vermə tezliyinin daha yüksək mütləq göstəriciləri qeyd olunmuşdur, çünki, həmin pasiyentlərdə bu göstəricilərin ilkin qiymətləri yüksək olmuşdur. Bəzi observasiya tədqiqatları onu təsdiq edir ki, ürək-damar sistemində trombotik ağırlaşmaların inkişaf riski, müalicənin artıq ilk həftələrində yüksəlir. QSİƏP-dən yüksək dozalarda istifadə etdikdə, ürək-damar trombotik sistemində ağırlaşmaların inkişaf riskinin daha tez-tez yüksəlməsi aşkar edilmişdir. QSİƏP-i minimal effektiv dozalarda ən qısa müddət ərzində istifadə etməklə, ürək-damar sistemində trombotik ağırlaşmalarının meydana çıxmasının potensial riskini minimuma endirmək mümkündür. Ürək-damar sistemində əvvəlcədən heç bir simptom qeyd olunmadıqda belə, müalicə kursu tam sona çatana qədər, həkimlər və pasiyentlər oxşar ağırlaşmaların meydana çıxmasına diqqətlə nəzarət etməlidirlər. Pasiyentləri ağır dərəcəli ürək-damar trombotik ağırlaşmaların simptomları və oxşar simptomlar meydana çıxdığı halda, aparılacaq tədbirlər barədə məlumatlandırmaq vacibdir. AST-dən istifadə etdikdə, QSİƏP-in istifadəsi ilə əlaqəli ağır dərəcəli ürək-damar trombotik ağırlaşmalar riskinin aşağı düşməsini təsdiq edən heç bir məlumat yoxdur. AST-dən və ketorolak trometamin kimi, QSİƏP-dən birlikdə istifadə etdikdə, MBT-də baş verən ağır dərəcəli arzuolunmayan reaksiyaların inkişaf etmə riski yüksəlir (yuxarıda qeyd olunanlara bax). Koronar şuntlama cərrahi əməliyyatı aparıldıqdan sonrakı vəziyyət İki irimiqyaslı nəzarətolunan klinik tədqiqatda koronar şuntlama cərrahi əməliyyatı aparıldıqdan sonra, ilk 10-14 gün müddətində ağrı sindromunun müalicəsi üçün SOG-2 fermentinin selektiv inhibitorları qrupundan olan QSİƏP-dən istifadə etdikdə, pasiyentlərdə miokard infarktının və insultun inkişaf etmə tezliyinin yüksəlməsi müəyyən edilmişdir. Koronar şuntlama cərrahi əməliyyatı aparıldıqda, QSİƏP-in istifadəsi əks göstərişdir. Keçirilmiş miokard infarktından sonrakı vəziyyət Observasiya tədqiqatlarından əldə olunan məlumatlar onu təsdiq edir ki, keçirilmiş miokard infarktından sonrakı dövrdə QSİƏP-dən istifadə edən pasiyentlərdə, müalicənin 1-ci həftəsindən başlayaraq, həm ürək-damar səbəbli, həm də bütün digər səbəblərlə əlaqəli təkrar miokard infarktının inkişaf etməsi və ölümün baş verməsi riski yüksəlir. Bu zaman, keçirilmiş miokard infarktından sonra, 1-ci il müddətində ölüm nəticəsinin baş vermə tezliyinin göstəricisi, QSİƏP- dən istifadə edən pasiyentlərdə 100 insan-ilinə 20 və QSİƏP-dən istifadə etməyən pasiyentlərdə isə 100 insan-ilinə 12 təşkil etmişdir. Keçirilmiş miokar infarktından 1 il keçdikdən sonra, pasiyentlərdə ölüm göstəricisinin mütləq səviyyəsinin aşağı düşməsinə baxmayaraq, QSİƏP-dən istifadə edən pasiyentlərdə ölüm nəticəsinin baş verməsinin nisbi riski, müşahidənin minimum növbəti 4 ili müddətində yüksək səviyədə qalmışdır. Müalicənin göslənilən faydası ürək-damar sistemində təkrar baş verən trombotik ağırlaşmaların meydana çıxması riskindən üstün olduğu hallar istisna olmaqla, az müddət əvvəl miokard infarktı keçirən pasiyentlərdə Medrolgin preparatını istifadə etmək olmaz. Miokardın işemiyası əlamətlərini aşkar etmək məqsədi ilə, az müddət əvvəl miokard infarktı keçirən Medrolgin preparatından istifadə edən pasiyentlərin monitorinqini təmin etmək vacibdir. Arterial hipertenziya Ketorolak trometamin daxil olmaqla, QSİƏP-dən istifadə edən pasiyentlərdə, ilk dəfə meydana çıxan arterial hipertenziya və ya artıq mövcud arterial hipertenziyanın dərinləşməsi qeyd oluna bilər; hər iki halda, ürək-damar sistemində ağırlaşmaların inkişaf etmə tezliyi yüksəlir. QSİƏP- dən istifadə edən pasiyentlərdə tiazid və ya ilgək diuretikləri ilə aparılan müalicəyə qarşı cavabın dəyişməsi qeyd oluna bilər. Digər QSİƏP kimi, arterial hipertenziyadan əziyyət çəkən pasiyentlərdə ketorolak trometamini ehtiyatla istifadə etmək lazımdır. Həm QSİƏP ilə aparılan müalicənin əvvəlində, həm də müalicə müddətində sona qədər, arterial təzyiqə diqqətlə nəzarət etmək lazımdır. Ürək çatışmazlığı və ödemlər SOG-2 fermentinin selektiv inhibitorları və ya qeyri-selektiv QSİƏP ilə müalicə qəbul edən pasiyentlərin iştirakı ilə aparılan randomizəolunmuş nəzarət olunan tədqiqatlardan əldə olunan məlumatların meta-analizinin nəticələrinə əsasən, plasebo qəbul edən pasiyentlərlə müqayisədə, ürək çatışmazlığının inkişaf etməsi ilə əlaqəli hospitalizasiyaların sayı, təxminən 2 dəfə yüksəlmişdir. Klinik tədqiqatlarda müəyyən olunmuşdur ki, ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə QSİƏP-dən istifadə etdikdə, ürək çatışmazlığının dərinləşməsi ilə əlaqəli hospitalizasiya riski və həmçinin, miokard infarktının inkişaf etməsi və ölüm nəticəsinin baş verməsi riski yüksəlir. QSİƏP-dən istifadə etdikdə, bəzi pasiyentlərdə orqanizmdə mayenin ləngiməsi və ödemlərin inkişaf etməsi qeyd olunmuşdur. Ketorolak trometamindən istifadə etdikdə, yuxarıda göstərilən vəziyyətlərin müalicəsində istifadə olunan, ürək-damar sisteminə təsir göstərən bəzi dərman preparatlarının (məsələn, diuretiklərin, AÇF inhibitorlarının və ya angiotenzin reseptorlarının blokatorlarının (ARB)) effektivliyi aşağı düşə bilər. Müalicənin gözlənilən faydası ürək çatışmazlığının ağırlaşmalarının riskindən üstün olduğu hallar istisna olmaqla, ağır dərəcəli ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə Medrolgin preparatını istifadə etmək olmaz. Ürək çatışmazlığının dərinləşməsi əlamətlərinin mövcudluğunun aşkar olunması məqsədi ilə, Medrolgin preparatı ilə müalicə qəbul edən ağır dərəcəli ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərin monitorinqini təmin etmək vacibdir. Dəri reaksiyaları Ketorolak trometamin daxil olmaqla, QSİƏP-dən istifadə etdikdə, eksfoliativ dermatit, Stivens- Conson sindromu və toksik epidermal nekroliz kimi, ağır dərəcəli, o cümlədən, bəzi hallarda ölümlə nəticələnən arzuolunmayan dəri reaksiyaları inkişaf edə bilər. Oxşar ağır dərəcəli arzuolunmayan reaksiyalar, əvvəlcədən heç bir simptom qeyd olunmadan meydana çıxa bilərlər. Pasiyentləri, ağır dərəcəli arzuolunmayan dəri reaksiyalarının əlamətləri və simptomları barədə məlumatlandırmaq lazımdır. Dəri səpgiləri, selikli qişaların zədələnməsi və ya hiperhəssaslıq reaksiyaları ilə əlaqəli digər simptomlar meydana çıxdığı halda, Medrolgin preparatının istifadəsini dərhal dayandırmaq lazımdır. Hamiləlik dövrü Ketorolak trometamin daxil olmaqla, QSİƏP-i hamiləlik dövrünün son mərhələlərində istifadə etmək olmaz; bu halda nəzərə almaq lazımdır ki, döldə arterial axacağın vaxtından əvvəl bağlanması müşahidə oluna bilər. Ehtiyat tədbirləri Ümumi tövsiyələr Ketorolak trometaminin istifadəsi, QKS-in istifadəsi ilə aparılan müalicəni əvəz etmir və böyrəküstü vəzilərin çatışmazlığının müalicəsi üçün effektiv deyil. QKS-in istifadəsinin kəskin dayandırılması, xəstəliyin kəskinləşməsinə gətirib çıxara bilər. Pasiyentlərdə QKS-in istifadəsi ilə aparılan uzunmüddətli müalicənin dayandırılması barədə qərar qəbul edildiyi halda, QKS-in dozalarının tədricən aşağı salmaq vacibdir. Ketorolak trometamin iltihab əlamətlərini azaldır ki, bu da ağrı sindromu ilə müşayiət olunan qeyri-infeksion xəstəliklərin ağırlaşmalarının diaqnostikasının çətinləşməsinə səbəb ola bilər. Qaraciyərdə qeyd olunan reaksiyalar Qaraciyər funksiyalarının pozulması müşahidə olunan və ya anamnezlərində qaraciyər xəstəlikləri qeyd olunan pasiyentlərdə ketorolak trometamini istifadə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Ketorolak trometamin daxil olmaqla, QSİƏP-dən istifadə edən pasiyentlərin 15 %-də qan plazmasında qaraciyər fermentlərindən birinin və ya bir neçəsinin səviyyələrinin sərhəd göstəricilərə qədər yüksəlməsi qeyd oluna bilər. Qaraciyərin funksional göstəricilərinin oxşar pozğunluqları müvəqqəti və ya daimi xarakter daşıya bilər və həmçinin, müalicə davam etdirildiyi halda, həmin vəziyyət proqressivləşə bilər. Nəzarət olunan klinik sınaqlarda pasiyentlərin 1 %-dən azında, qan plazmasında alaninaminotransferaza (ALT) və ya aspartataminotransferaza (AST) fermentlərinin səviyyələrinin əhəmiyyətli dərəcədə yüksəlməsi (normal göstəricilərdən 3 dəfədən artıq yüksəlməsi) qeyd olunmuşdur. Nadir hallarda, qaraciyərdə, sarılıq, fulminant hepatit, qaraciyər sirrozu və qaraciyər çatışmazlığı daxil olmaqla, bəzən ölümlə nəticələnən ağır dərəcəli reaksiyalar qeyd olunmuşdur. Medrolgin preparatından istifadə etdikdə, pasiyentlərdə qaraciyər funksiyalarının pozulmasını təsdiq edən əlamətlər və/və ya simptomlar inkişaf etdiyi və ya qaraciyərin funksional göstəricilərində pozğunluqlar qeyd olunduğu halda, qaraciyərdə daha ağır dərəcəli arzuolunmayan reaksiyaların meydana çıxma riskini qiymətləndirmək vacibdir. Qaraciyər funksiyalarının pozulmasını göstərən klinik əlamətlər və ya simptomlar inkişaf etdiyi və ya digər sistem təzahürlər (məsələn, eozinofiliya, səpgilər və s.) meydana çıxdığı halda, Medrolgin preparatının istifadəsini dayandırmaq lazımdır. Hematoloji effektlər Ketorolak trometamin daxil olmaqla, QSİƏP-in istifadəsi ilə müalicə qəbul edən pasiyentlərdə bəzən anemiya inkişaf edir ki, bu da orqanizmdə mayenin ləngiməsinin, mədə-bağırsaq qanaxması zamanı gizli və ya əhəmiyyətli qan itkisinin və ya QSİƏP-in eritropoezə təsirinin (kifayət qədər öyrənilməyən) nəticəsi ola bilər. Uzun müddət ərzində ketorolak trometamin daxil olmaqla, QSİƏP-in istifadəsi ilə müalicə qəbul edən pasiyentlərdə anemiya əlamətləri və ya simptomları meydana çıxdığı halda, qanda hemoqlobinin konsentrasiyasını və ya hematokriti qiymətləndirmək vacibdir. QSİƏP-in trombositlərin aqreqasiyasını inhibə etməsini nəzərə alaraq, bəzi pasiyentlərdə həmin preparatlardan istifadə etdikdə, qanaxma müddətinin uzanması qeyd olunmuşdur. AST-dən fərqli olaraq, digər QSİƏP-in trombositlərin funksiyalarına təsiri kəmiyyət baxımından daha aşağı, daha qısamüddətli və müvəqqətidir. Medrolgin preparatından istifadə etdikdə, preparatın trombositlərin funksiyalarına təsiri neqativ nəticələrə səbəb ola bilən pasiyentlərin, məsələn, qanın laxtalanma qabiliyyətinin pozulması qeyd olunan və ya antikoaqulyantlarla müalicə qəbul edən pasiyentlərin hərtərəfli nəzarətini təmin etmək vacibdir. Əvvəllər diaqnozu təsdiq olunmuş bronxial astma Bronxial astmadan əziyyət çəkən pasiyentlərdə həmçinin, aspirinlə induksiya olunmuş bronxial astma qeyd oluna bilər. Aspirinlə induksiya olunmuş bronxial astma qeyd olunan pasiyentlərdə AST-dən istifadə etdikdə, bəzən ölümlə nəticələnən ağır dərəcəli bronxospazm inkişaf etmişdir. Həmin pasiyentlərdə AST və digər QSİƏP-lər arasında bronxospazm daxil olmaqla, həmçinin çarpaz hiperhəssaslıq reaksiyaları qeydə alınmışdır. Bu səbəbdən, aspirinlə induksiya olunmuş bronxial astma qeyd olunan pasiyentlərdə Medrolgin preparatını istifadə etmək olmaz; artıq mövcud bronxial astmadan əziyyət çəkən pasiyentlərdə preparatı ehtiyatla istifadə etmək lazımdır. Laborator tədqiqatlar QSİƏP-dən istifadə etdikdə, ağır dərəcəli mədə-bağırsaq qanaxmalarının və xoraların əvvəlcədən heç bir simptom qeyd olunmadan inkişaf etməsini nəzərə alaraq, mədə-bağırsaq qanaxması əlamətlərinin və ya simptomlarının mövcudluğunu aşkar etmək məqsədi ilə, Medrolgin preparatı ilə müalicə qəbul edən pasiyentlərin monitorinqini həyata keçirmək vacibdir. Uzun müddət ərzində QSİƏP ilə müalicə qəbul edən pasiyentlərdə qanın ümumi və biokimyəvi analizlərinə vaxtaşırı nəzarət etmək lazımdır. Qaraciyərin və ya böyrəklərin funksional pozğunluqlarını göstərən klinik əlamətlər və ya simptomlar inkişaf etdikdə, digər sistem təzahürlər (məsələn, eozinofiliya, səpgilər və s.) meydana çıxdıqda və ya qaraciyərin funksional göstəricilərinin pozğunluqları daimi xarakter daşıdığı və ya proqressivləşdiyi hallarda, Medrolgin preparatının istifadəsini dayandırmaq lazımdır. Uşaqlar Ketorolak trometaminin tablet formasının 17 yaşa qədər uşaqlarda istifadəsinin təhlükəsizliyinin və effektivliyinin müəyyən edilməməsini nəzərə alaraq, Medrolgin preparatını göstərilən yaş qrupunda istifadə etmək olmaz. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə ketorolak trometaminin orqanizmdən daha ləng xaricolması qeyd oluna bilər; həmçinin, həmin pasiyentlərdə QSİƏP-dən istifadə etdikdə, dozadan asılı arzuolunmayan reaksiyalar daha tez-tez inkişaf edir. Yaşlı pasiyentlərdə Medrolgin preparatını xüsusi ehtiyatla istifadə etmək lazımdır; eyni zamanda, preparatın dozalanmasını aşağı salmaq və həmin pasiyentlərin hərtərəfli tibbi müşahidəsini təmin etmək vacibdir. Pasiyentlər üçün məlumat Ketorolak trometamin güclü təsirə malik QSİƏP-dir; preparatdan istifadə etdikdə, mədə-bağırsaq qanaxmaları və ya böyrək çatışmazlığı kimi, ağır dərəcəli arzuolunmayan reaksiyalar inkişaf edə bilərlər və həmin reaksiyaların meydana çıxması nəticəsində pasiyentlərin hospitalizasiyası tələb oluna bilər və ya ölüm nəticəsi baş verə bilər. Medrolgin preparatını təyin etdikdə, həkimlər pasiyentləri və ya onlara qulluq edən şəxsləri, ketorolak trometaminin istifadəsi ilə əlaqəli potensial risklər barədə məlumatlandırmalıdırlar. Medrolgin preparatının istifadəsi ilə aparılan müalicə nəticəsində arzuolunmyan reaksiyalar inkişaf etdiyi halda, pasiyentlər tibbi yardıma müraciət etməlidirlər; istifadə olunmamış dərman preparatını ailənin digər üzvlərinə vermək və ya tullamaq olmaz. Yetkin yaşlı pasiyentlərdə ketorolak trometaminin istifadəsi ilə aparılan müalicənin (v/d və ya ə/d yeridilməsi və tabletlərin daxilə qəbul edilməsi) ümumi davametmə müddəti 5 gündən artıq olmamalıdır. Medrolgin preparatını uşaqlarda istifadə etmək olmaz. QSİƏP-in istifadəsi ilə aparılacaq müalicədən əvvəl, həm də bütün müalicə müddətində vaxtaşırı, pasiyentləri aşağıda göstərilənlər barədə məlumatlandırmaq lazımdır (pasiyentlər həmçinin, resept ilə birlikdə buraxılan, QSİƏP-in istifadəsi üzrə təlimatda yerləşdirilən məlumatla tanış olmalıdırlar): – pasiyentlər, döş qəfəsində ağrı, təngnəfəslik, nitqin zəifləməsi və ya pozulması daxil olmaqla, ürək-damar sistemində trombotik ağırlaşmaların inkişaf etməsini göstərən simptomların meydana çıxmasına qarşı diqqətli olmalı və həmin simptomlardan hər hansı birinin meydana çıxması barədə dərhal həkimi məlumatlandırmalıdırlar (yuxarıda göstərilənlərə bax); – digər QSİƏP-in istifadəsi zamanı olduğu kimi, ketorolak trometamindən istifadə etdikdə, MBT- də diskomfort və nadir hallarda, MBT-də xora və qanaxma kimi, ağır dərəcəli arzuolunmayan reaksiyalar inkişaf edə bilər ki, bunun nəticəsində də pasiyentlərin hospitalizasiyası tələb oluna bilər və ya ölüm nəticəsi baş verə bilər. QSİƏP-dən istifadə etdikdə, ağır dərəcəli mədə-bağırsaq qanaxmalarının və xoraların əvvəlcədən heç bir simptom qeyd olunmadan meydana çıxmasına baxmayaraq, pasiyentlər, xoraların və qanaxmanın inkişaf etməsini göstərən əlamətlərin və simptomların meydana çıxmasına diqqət yetirməlidirlər. Epiqastral nahiyədə ağrı, dispepsiya, melena və qanla qusma daxil olmaqla, istənilən indikator əlamətlər və ya simptomlar aşkar olunduğu halda, pasiyentlər mütləq tibbi yardıma müraciət etməlidirlər. Gələcəkdə müşahidənin zəruri olması barədə pasiyentləri məlumatlandırmaq lazımdır (yuxarıda göstərilənlərə bax); – digər QSİƏP-in istifadəsi zamanı olduğu kimi, ketorolak trometamindən istifadə etdikdə, eksfoliativ dermatit, Stivens-Conson sindromu və toksik epidermal nekroliz kimi, ağır dərəcəli arzuolunmayan dəri reaksiyaları inkişaf edə bilər ki, bunun nəticəsində də pasiyentlərin hospitalizasiyası tələb oluna bilər və ya ölüm nəticəsi baş verə bilər. Oxşar ağır dərəcəli dəri reaksiyalarının əvvəlcədən heç bir simptom qeyd olunmadan meydana çıxmasına baxmayaraq, pasiyentlər, dəri üzərində səpgilər, suluqlar, bədən temperaturunun yüksəlməsi, qaşınma kimi əlamətlərin və simptomların və ya digər hiperhəssaslıq əlamətlərinin meydana çıxmasına diqqət yetirməlidirlər. Bunlara oxşar indikator əlamətlər və ya simptomlar aşkar olunduğu halda, pasiyentlər həkimlə məsləhətləşməlidirlər. Dəri üzərində istənilən növ səpgi meydana çıxdığı halda, Medrolgin preparatının istifadəsini dayandırmaq və dərhal həkimə müraciət etmək lazımdır; – pasiyentlər təngnəfəslik, bədən kütləsinin izahedilməz artması, ödemlər daxil olmaqla, durğunluq ürək çatışmazlığının inkişaf etməsini göstərən simptomlara diqqət yetirməli və həmin simptomlardan hər hansı biri meydana çıxdığı halda, həkimi məlumatlandırmalıdırlar (yuxarıda göstərilənlərə bax); – pasiyentlər, qaraciyər zədələnməsini göstərən əlamətlər və simptomlar (məsələn, ürəkbulanma, yorğunluq, apatiya, qaşınma, sarılıq, sağ qabırğaaltı nahiyədə ağrı hissi və qripəbənzər simptomlar) barədə məlumatlandırılmalıdırlar. Oxşar simptomlar meydana çıxdığı hallarda, pasiyentlər Medrolgin preparatının istifadəsini dayandırmalı və dərhal tibbi yardıma müraciət etməlidirlər (yuxarıda göstərilənlərə bax); – pasiyentlər, anafilaktoid reaksiyaların əlamətləri (məsələn, tənəffüsün çətinləşməsi, üz nahiyəsinin və ya qırtlağın ödemi) barədə məlumatlandırılmalıdırlar. Oxşar simptomlar meydana çıxdığı hallarda, pasiyentlər dərhal təcili tibbi yardıma müraciət etməlidirlər; – digər QSİƏP kimi, ketorolak trometamini hamiləlik dövrünün son mərhələlərində istifadə etmək olmaz; bu halda nəzərə almaq lazımdır ki, döldə arterial axacağın vaxtından əvvəl bağlanması müşahidə oluna bilər. Köməkçi maddələr Medrolgin preparatının tərkibində laktozanın olmasını nəzərə alaraq, qalaktozaya qarşı dözümsüzlüklə, laktaza çatışmazlığı ilə və ya qlükoza-qalaktoza malabsorbsiyası ilə xarakterizə olunan nadir irsi xəstəliklərdən əziyyət çəkən pasiyentlərdə, bu dərman preparatını istifadə etmək olmaz. Medrolgin preparatının 1 tabletinin tərkibində 1 mmol-dan (23 mq-dan) az natrium vardır, yəni, demək olar ki, “preparatın tərkibində natrium yoxdur”.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Ketorolak insan qan plazmasının zülalları ilə yüksək birləşmə qabiliyyətinə malikdir (orta hesabla 99,2 %). Heyvanlar üzərində və insanların iştirakı ilə aparılan tədqiqatların nəticələri onu təsdiq edir ki, ketorolak trometamin dərman preparatının özünün və ya digər preparatların metabolizmində iştirak edən qaraciyər fermentlərinin nə induksiyasında, nə də inhibə olunmasında iştirak etmir. Varfarin, diqoksin, salisil turşusu və heparin İn vitro şəraitdə ketorolak trometamin 5-10 mkq/ml konsentrasiyalarda varfarinin qan plazmasının zülalları ilə birləşməsini əhəmiyyət kəsb etməyən dərəcədə (99,5 %-dən 99,3 %-ə qədər) aşağı salır. Ketorolak trometamin diqoksinin qan plazmasının zülalları ilə birləşmə dərəcəsinə heç bir təsir göstərmir. İn vitro şəraitdə aparılan tədqiqatlarda aşkar edilmişdir ki, salisil turşusu terapevtik konsentrasiyalarda (300 mkq/ml) ketorolak trometaminin qan plazmasının zülalları ilə birləşmə dərəcəsini 99,2 %-dən 97,5 %-ə qədər aşağı salır; oxşar vəziyyətdə qan plazmasında birləşməmiş dərman preparatının konsentrasiyası potensial olaraq, 2 dəfə yüksəlir. Terapevtik konsentrasiyalarda diqoksin, varfarin, ibuprofen, naproksen, piroksikam, asetaminofen, fenitoin və tolbutamid ketorolak trometaminin qan plazmasının zülalları ilə birləşmə dərəcəsinə heç bir təsir göstərməmişdir. Ketorolak trometamini və varfarini (25 mq dozada 1 dəfə) eyni zamanda istifadə edən 12 nəfər yetkin yaşlı sağlam könüllünün iştirakı ilə aparılan tədqiqatda, sonuncunun farmakokinetikasında və farmakodinamikasında əhəmiyyət kəsb edən heç bir dəyişiklik aşkar edilməmişdir. Ketorolak trometamini v/d və ya ə/d heparinlə (2 dəfə 5000 vahid) birlikdə istifadə edən 11 sağlam könüllünün iştirakı ilə aparılan digər tədqiqatda, qanaxma müddətinin orta göstəricisi 6,4 dəqiqə (3,2 dəqiqədən 11,4 dəqiqəyə qədər) təşkil etdiyi halda, həmin müddət heparin üçün 6 dəqiqə (3,4 dəqiqədən 7,5 dəqiqəyə qədər) və plasebo üçün 5,1 dəqiqə (3,5 dəqiqədən 8,5 dəqiqəyə qədər) olmuşdur. Göstərilən məlumatların ketorolak trometamin və varfarin və ya heparin arasında əhəmiyyət kəsb edən qarşılıqlı təsirin olmamasını təsdiq etməsinə baxmayaraq, antikoaqulyantların istifadəsi ilə müalicə qəbul edən pasiyentlərdə Medrolgin preparatını xüsusi ehtiyatla istifadə etmək və həmçinin, həmin pasiyentlərin hərtərəfli müşahidəsini təmin etmək vacibdir (yuxarıda göstərilənlərə bax). Ümumiyyətlə, varfarin və QSİƏP mədə-bağırsaq qanaxmasının inkişaf etməsinə sinergetik təsir göstərirlər; bu səbəbdən, varfarini və ya QSİƏP-i sərbəst şəkildə istifadə edən pasiyentlərə nisbətən, oxşar kombinasiyalardan istifadə edən pasiyentlərdə ağır dərəcəli mədə-bağırsaq qanaxmalarının meydana çıxma riski daha yüksəkdir. AST ilə eyni zamanda istifadə edildikdə, ketorolak trometaminin qan plazmasının zülalları ilə birləşmə dərəcəsi aşağı düşür; bu zaman, sərbəst ketorolak trometaminin klirensi dəyişmir. Göstərilən qarşılıqlı təsirin klinik əhəmiyyəti məlum deyil; bununla belə, arzuolunmayan reaksiyaların meydana çıxma riskinin potensial yüksəlməsini nəzərə alaraq, digər QSİƏP-də olduğu kimi, ketorolak trometamini AST ilə birlikdə istifadə etmək, bir qayda olaraq, tövsiyə olunmur. Diuretiklər Klinik tədqiqatlarda və həmçinin, postmarketinq dövründə aşkar edilmişdir ki, ketorolak trometaminlə birlikdə istifadə edildikdə, bəzi pasiyentlərdə furosemidin və tiazid diuretiklərin natriumuretik effekti aşağı düşə bilər ki, bu da böyrəklərdə prostaqlandinlərin sintezinin inhibə olunması ilə əlaqədardır. Diuretikləri QSİƏP ilə kombinasiyada istifadə etdikdə, böyrək çatışmazlığı əlamətlərinin mövcudluğunun aşkar olunması məqsədi ilə pasiyentlərin hərtərəfli monitorinqini həyata keçirmək və həmçinin, diuretiklərin istifadəsi ilə aparılan müalicənin effektivliyini qiymətləndirmək vacibdir. Probenesid Probenesidlə eyni zamanda istifadə edildikdə, ketorolakın klirensi və paylanma həcmi aşağı düşdüyü halda, qan plazmasında preparatın konsentrasiyası əhəmiyyətli dərəcədə yüksəlmişdir (AUC göstəriciləri təxminən 3 dəfə artmışdır 5,4 mkq/saat/ml-dən 17,8 mkq/saat/ml-ə qədər), yarımxaricolmanın son dövrü həmçinin, təxminən 2 dəfə uzanmışdır – 6,6 saatdan 15,1 saata qədər. Medrolgin preparatının probenesidlə kombinasiyada istifadəsi əks göstərişdir. Litium-tərkibli preparatlar QSİƏP-i litium-tərkibli preparatlarla birlikdə istifadə etdikdə, qan plazmasında sonuncunun konsentrasiyaları yüksəlmişdir, böyrək klirensi isə aşağı düşmüşdür – qan plazmasında litiumun orta minimal konsentrasiyası 15 % yüksəlmişdir, böyrək klirensi isə təxminən 20 % aşağı düşmüşdür. Yuxarıda qeyd olunan dəyişikliklər, QSİƏP-dən istifadə etdikdə, böyrəklərdə prostaqlandinlərin sintezinin inhibə olunması ilə əlaqəlidir. Bu səbəbdən, QSİƏP-i litium-tərkibli preparatlarla eyni zamanda istifadə etdikdə, litiumun toksik təsirinin əlamətlərinin mövcudluğunun aşkar edilməsi məqsədi ilə, pasiyentlərin hərtərəfli monitorinqini həyata keçirmək lazımdır. Metotreksat Müəyyən edilmişdir ki, evdovşanlarında QSİƏP metotreksatın böyrəklərdə toplanmasını rəqabətli aşağı salırlar və bu səbəbdən, QSİƏP-i metotreksatla kombinasiyada istifadə etdikdə, sonuncunun toksik təsiri güclənə bilər. QSİƏP-i metotreksatla birlikdə ehtiyatla istifadə etmək lazımdır. AÇF inhibitorları/ARB Medrolgin preparatını AÇF inhibitorları və/və ya ARB ilə eyni zamanda istifadə etdikdə, xüsusilə, susuzlaşma qeyd olunan pasiyentlərdə, böyrək funksiyalarının pozulmasının meydana çıxma riski yüksələ bilər. QSİƏP ilə birlikdə istifadə edildikdə, AÇF inhibitorlarının və/və ya ARB-nin hipotenziv təsirinin aşağı düşməsi ehtimalı barədə məlumatlar mövcuddur. QSİƏP-i AÇF inhibitorları və/və ya ARB ilə kombinasiyada istifadə etdikdə, göstərilən vəziyyəti nəzərə almaq lazımdır. Epilepsiyaəleyhinə preparatlar Ketorolak trometamini epilepsiyaəleyhinə preparatlarla (fenitoin, karbamazepin) eyni zamanda istifadə etdikdə, qıcolmaların inkişaf etməsinin tək-tək halları qeyd olunmuşdur. Psixotrop preparatlar Ketorolak trometaminin və psixotrop preparatların (fluoksetin, tiotiksen, alprazolam) eyni zamanda istifadəsi ilə müalicə qəbul edən pasiyentlərdə hallyusinasiyaların meydana çıxması halları qeydə alınmışdır. Pentoksifillin Ketorolak trometamini pentoksifillinlə kombinasiyada istifadə etdikdə, qanaxmaların baş verməsinə meylliliyin yüksəlməsi qeyd olunur. Antidepolyarizəedici miorelaksantlar Preparatın öyrənilməsinin postmarketinq dövründə, ketorolak trometamin (v/d və ya ə/d yeridildikdə) və antidepolyarizəedici miorelaksantlar arasında, tənəffüsün dayanmasına səbəb olan, qarşılıqlı təsir ehtimalı barədə məlumatlar əldə olunmuşdur. Ketorolak trometaminin və miorelaksantların kombinəolunmuş təsirinin öyrənilməsi istiqamətində formal olaraq, heç bir tədqiqat aprılmamışdır. Serotoninin geri tutulmasının selektiv inhibitorları (SGTSİ) QSİƏP-i və SGTSİ-ni birlikdə istifadə etdikdə, mədə-bağırsaq qanaxmalarının meydana çıxması riski yüksəlir və bu səbəbdən, preparatların oxşar kombinasiyalarından istifadə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü və doğuş müddəti QSİƏP-in dölün ürək-damar sisteminə məlum effektlərini (arterial axacağın vaxtından əvvəl bağlanmasını) nəzərə alaraq, hamiləlik dövründə (xüsusilə, son mərhələlərdə) qadınlarda Medrolgin preparatını istifadə etmək olmaz. Ketorolak trometaminin hamilə qadınlarda istifadəsinin öyrənilməsi istiqamətində müvafiq, yaxşı nəzarət olunan tədqiqatları aparılmamışdır. Hamiləlik dövründə qadınlarda Medrolgin preparatını yalnız, ana üçün faydası döl üçün potensial riskdən üstün olduğu hallarda istifadə etmək olar. Doğuş müddətində, preparatın prostaqlandinlərin sintezinə inhibəedici təsiri ilə əlaqəli, Medrolgin preparatının istifadəsi əks göstərişdir; çünki bu vəziyyət, dölün qan dövranına neqativ təsir göstərə bilər və bu zaman, uşaqlığın yığılma qabiliyyətinin aşağı düşməsi nəticəsində, uşaqlıq qanaxmasının inkişaf etmə riski yüksələ bilər. Laktasiya dövrü Dərc olunmuş bir tədqiqatda, 10 qadında doğuşdan sonra 2-6-cı gün ana südündə ketorolakın aşağı konsentrasiyalarının olduğunu göstərən məhdud məlumatlar yerləşdirilmişdir; həmin qadınların dördündə, preparatın konsentrasiyaları aşkarlanma həddindən aşağı olmuşdur (5 nq/ml-dən aşağı). Preparatın 10 mq dozada birdəfəlik peroral qəbulundan sonra, ana südündə ketorolakın maksimal konsentrasiyası 7,3 nq/ml olmuşdur, dərman preparatının ana südündə və qan plazmasında konsentrasiyalarının maksimal nisbəti isə 0, 037 təşkil etmişdir. Preparatı sutka ərzində (hər 6 saatdan bir 10 mq dozada) istifadə etdikdən sonra, ketorolakın ana südündə maksimal konsentrasiyası 7,9 nq/ml, ana südündə və qan plazmasında konsentrasiyalarının maksimal nisbəti isə 0, 025 təşkil etmişdir. Südəmər körpənin gün ərzində ana südünü 400-1000 ml qəbul etməsini, ananın bədən kütləsinin isə 60 kq olmasını nəzərə alaraq, dərman preparatının hesablanmış maksimal dozası 0,00263 mq/kq/sutkada (bədən kütləsinin nəzərə alınması ilə, ananın qəbul etdiyi dozanın 0,4 %-i) təşkil edir. Laktasiya dövründə qadınlarda Medrolgin preparatını ehtiyatla istifadə etmək lazımdır. Mövcud məlumatlara əsasən, ana südü ilə qidalanan uşaqlarda hər hansı spesifik arzuolunmayan reaksiyalar qeyd olunmamışdır; buna baxmayaraq, pasiyentləri xəbərdar etmək lazımdır ki, südəmər körpədə istənilən arzuolunmayan reaksiyaların meydana çıxması barədə həkimi məlumatlandırmaq vacibdir. Fertillik Digər istənilən SOG/prostaqlandinlərin sintezinin inhibitoru kimi, ketorolak trometamin fertilliyə neqativ təsir göstərə bilər; bu səbəbdən, hamilə olmağı planlaşdıran qadınlarda Medrolgin preparatını istifadə etmək tövsiyə olunmur. Hamilə ola bilməyən qadınlarda, preparatın istifadəsinin dayandırılması məsələsini nəzərdən keçirmək lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir.

İstifadə qaydası və dozası

Medrolgin preparatının istifadəsi ilə bağlı qərar qəbul etdikdə, preparatın istifadəsi ilə əlaqəli potensial fayda və risklərin nisbətini və həmçinin, digər terapevtik taktikaların istifadə ehtimalını hərtərəfli qiymətləndirmək vacibdir. Dərman preparatını terapevtik strategiyaya müvafiq, minimal effektiv dozalarda ən qısa müddət ərzində istifadə etmək lazımdır. Yetkin yaşlı pasiyentlərdə ketorolak trometaminin istifadəsi ilə aparılan müalicənin (v/d və ya ə/d yeridilməsi və tabletlərin daxilə qəbul edilməsi) ümumi davametmə müddəti 5 gündən artıq olmamalıdır. Ketorolak trometaminin tablet formalarının istifadəsi yalnız, ketorolak trometaminin v/d və ya ə/d yeridilməsindən sonra, dəstəkləyici müalicə vasitəsi şəklində göstərişdir. Ketorolak trometaminin v/d və ya ə/d (birdəfəlik və ya çoxsaylı istifadə) istifadəsindən sonra, preparatın tablet formalarına (çoxsaylı istifadə) keçid: – 17-64 yaşlı pasiyentlər – 1 dəfə 20 mq dozada daxilə və gələcəkdə, zərurət yarandıqda, hər 4 saatdan bir 10 mq dozada; ketorolak trometaminin sutkalıq dozası 40 mq-dan artıq olmamalıdır; – yaşı 65 və daha yuxarı olan pasiyentlər, böyrək funksiyalarının pozulması qeyd olunan və/və ya bədən kütləsi 50 kq-dan aşağı olan pasiyentlər – 1 dəfə 10 mq dozada daxilə və gələcəkdə, zərurət yarandıqda, hər 4 saatdan bir 10 mq dozada; ketorolak trometaminin sutkalıq dozası 40 mq-dan artıq olmamalıdır. Medrolgin preparatını 17 yaşa qədər uşaqlarda istifadə etmək olmaz. Qeyd Ketorolak trometaminin peroral formalarını başlanğıc müalicə vasitəsi şəklində istifadə etmək olmaz. Preparatı, hər bir pasiyent üçün fərdi müəyyən edilən, minimal effektiv dozalarda istifadə etmək lazımdır. Preparatı 4-6 saatdan qısa intervalla istifadə etmək olmaz. Yetkin yaşlı pasiyentlərdə ketorolak trometaminin istifadəsi ilə aparılan müalicənin (v/d və ya ə/d yeridilməsi və tabletlərin daxilə qəbul edilməsi) ümumi davametmə müddəti 5 gündən artıq olmamalıdır.

Əlavə təsirləri

Ketorolak trometaminin dozasının artırılması ilə, arzuolunmayan reaksiyaların meydana çıxma tezliyi yüksəlir. Medrolgin preparatını təyin etdikdə, pasiyentdə mədə-bağırsaq qanaxması, xora və perforasiya, əməliyyatdan sonrakı qanaxma, kəskin böyrək çatışmazlığı, anafilaktik və anafilaktoid reaksiyalar və qaraciyər çatışmazlığı kimi, ağır dərəcəli arzuolunmayan reaksiyaların inkişaf etməsinə, həkim diqqət yetirməlidir. Ketorolak trometamindən istifadə etdikdə, bəzi pasiyentlərdə QSİƏP-in istifadəsi nəticəsində baş verən yuxarıda göstərilən arzuolunmayan reaksiyalar həyat üçün təhlükəli ola bilərlər; xüsusilə, dərman preparatını tələb olunan qaydada istifadə etmədikdə. Arzuolunmayan reaksiyalar MedDRA təsnifatına əsasən, struktur-orqan siniflərinə müvafiq, aşağıda göstərilmişdir. Klinik tədqiqatlar zamanı əldə olunan məlumatlar Ketorolak trometamindən və ya digər QSİƏP-dən istifadə etdikdə, ən tez-tez qeyd olunan arzuolunmayan reaksiyalar (pasiyentlərin təxminən 1-10 %-də qeydə alınmışdır; * – pasiyentlərin 10 %-dən çoxunda qeyd olunmuşdur). Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: abdominal ağrı*, meteorizm, əhəmiyyət kəsb edən mədə-bağırsaq qanaxması/perforasiya, stomatit, qəbizlik/diareya, dolğunluq hissi, qıcqırma, qusma, dispepsiya*, mədə-bağırsaq xoraları (mədə/onikibarmaq bağırsq), ürəkbulanma*. Qan və limfa sistemində baş verən pozğunluqlar: anemiya, purpura. Sinir sistemində baş verən pozğunluqlar: yuxuya meyillilik, baş ağrısı*, başgicəllənmə. Eşitmə orqanında və labirintdə baş verən pozğunluqlar: qulaqlarda küy. Böyrəklərdə və sidik-ifrazat yollarında baş verən pozğunluqlar: böyrək funksiyalarının pozulması. Damarlarda baş verən pozğunluqlar: arterial hipertenziya, ödemlər. Qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozğunluqlar: qan plazmasında qaraciyər fermentlərinin səviyyələrinin yüksəlməsi. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: səpgilər, qaşınma, tər ifrazının yüksəlməsi. Ümumi pozğunluqlar və yeridilmə nahiyəsində baş verən dəyişikliklər: yeridilmə nahiyəsində ağrı. Laborator və instrumental tədqiqatların nəticələri: qanaxma müddətinin uzanması. Ketorolak trometamindən və ya digər QSİƏP-dən istifadə etdikdə, bəzən qeyd olunan arzuolunmayan reaksiyalar (pasiyentlərin 1 %-dən azında qeyd olunmuşdur). Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: ağızda quruluq, gəyirmə, ezofagit, qastrit, qlossit, qanla qusma, melena, düz bağırsaqdan qanaxma. İnfeksion və parazitar xəıstəliklər: infeksiya, sepsis. Qan və limfa sistemində baş verən pozğunluqlar: eozinofiliya, leykopeniya, trombositopeniya. Maddələr mübadiləsində və qidalanmada baş verən pozğunluqlar: anoreksiya, iştahanın yüksəlməsi. Psixikada baş verən pozğunluqlar: qeyri-normal yuxugörmələr, təfəkkürün pozulması, həyəcan, şüurun dumanlanması, depressiya, eyforiya, hallyusinasiyalar, diqqət konsentrasiyası qabiliyyətinin pozulması, yuxusuzluq, əsəbilik, yuxuya meyllilik, stupor. Sinir sistemində baş verən pozğunluqlar: ekstrapiramid pozğunluqlar, hiperkinezlər, paresteziya, tremor, dadbilmə qabiliyyətinin pozulması. Görmə orqanında baş verən pozğunluqlar: görmə qabiliyyətinin pozulması, görmə aydınlığının pozulması. Eşitmə orqanında və labirintdə baş verən pozğunluqlar: vertiqo, eşitmə qabiliyyətinin pozulması. Böyrəklərdə və sidik-ifrazat yollarında baş verən pozğunluqlar: sistit, dizuriya, hematuriya, sidik ifrazı tezliyinin artması, interstisial nefrit, oliquriya/poliuriya, proteinuriya, böyrək çatışmazlığı, nefrotik sindrom, sidik ifrazının ləngiməsi. Ürəkdə baş verən pozğunluqlar: durğunluq ürək çatışmazlığı, palpitasiya, taxikardiya. Damarlarda baş verən pozğunluqlar: dəri örtüyünün solğunluğu, bayğınlıq. Cinsiyyət orqanlarında və süd vəzilərində baş verən pozğunluqlar: qadınlarda dölsüzlük. Tənəffüs sistemində, döş qəfəsi və divararası orqanlarda baş verən pozğunluqlar: bronxial astma, öskürək, təngnəfəslik, ağciyər ödemi, rinit, burun qanaxması. Qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozğunluqlar: hepatit, sarılıq. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: ekximoz, alopesiya, övrə, fotosensibilizasiya. Ümumi pozğunluqlar və yeridilmə nahiyəsində baş verən dəyişikliklər: bədən temperaturunun yüksəlməsi, çox güclü susuzluq hissi, asteniya, halsızlıq, bətən kütləsinin dəyişməsi. Postmarketinq dövründə əldə olunan məlumatlar Ketorolak trometamindən və ya digər QSİƏP-dən istifadə etdikdə, nadir hallarda qeyd olunan arzuolunmayan reaksiyalar. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: xoralı stomatit, kəskin pankreatit, bağırsağın iltihabi xəstəliklərinin (xoralı kolitin, Kron xəstəliyinin) kəskinləşməsi. İnfeksion və parazitar xəıstəliklər: aseptik meningit. Qan və limfa sistemində baş verən pozğunluqlar: aqranulositoz, aplastik anemiya, hemolitik anemiya, limfoadenopatiya, pansitopeniya. İmmun sistemdə baş verən pozğunluqlar: angionevrotik ödem; anafilaksiya, anafilaktoid reaksiyalar daxil olmaqla, ö cümlədən ölümlə nəticələnə bilən hiperhəssaslıq reaksiyaları; udlağın ödemi, dil nahiyəsinin ödemi. Maddələr mübadiləsində və qidalanmada baş verən pozğunluqlar: hiperqlikemiya, hiperkaliemiya, hiponatriemiya. Psixikada baş verən pozğunluqlar: koma, psixoz. Sinir sistemində baş verən pozğunluqlar: qıcolmalar. Görmə orqanında baş verən pozğunluqlar: konyuktivit. Böyrəklərdə və sidik-ifrazat yollarında baş verən pozğunluqlar: hemolitik-uremik sindrom, hematuriya və/və ya azotemiya ilə müşayiət olunan və ya onlarsız qeyd olunan bel nahiyəsində ağrı. Ürəkdə baş verən pozğunluqlar: aritmiya, bradikardiya, döş nahiyəsində ağrı, miokard infarktı. Damarlarda baş verən pozğunluqlar: arterial hipotenziya, qan axınları, vaskulit, əməliyyatdan sonrakı yaranan qanaxma (nadir hallarda, qan köçürülməsi üçün zərurət yaranmışdır). Tənəffüs sistemində, döş qəfəsi və divararası orqanlarda baş verən pozğunluqlar: bronxospazm, tənəffüsün tormozlanması, pnevmoniya. Qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozğunluqlar: qaraciyər çatışmazlığı. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: eksfoliativ dermatit, multiform eritema, Layell sindromu, Stivens-Conson sindromu və toksik epidermal nekroliz daxil olmaqla, bullyoz reaksiyalar. Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar: mialgiya. Ehtimal edilən arzuolunmayan reaksiyalar barədə məlumatlar Dərman preparatının qeydiyyatından sonra, ehtimal edilən arzuolunmayan reaksiyalar barədə məlumatların mühüm əhəmiyyəti var. Pasiyentdə dərman preparatına qarşı ciddi arzuolunmayan reaksiya aşkar olunduqda və ya göstərilən bölmədə təsvir olunmayan, təzə arzuolunmayan reaksiya meydana çıxdıqda, Milli farmakonəzarət sisteminə müvafiq, məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Simptomları və əlamətləri QSİƏP-in istifadəsi nəticəsində doza həddinin kəskin aşılması simptomlarına adətən, apatiya, yuxuya meyllilik, ürəkbulanma, qusma və epiqastral nahiyədə ağrı aiddir; dəstəkləyici müalicə aparıldığı halda, həmin simptomlar, bir qayda olaraq, müvəqqəti xarakter daşıyırlar. Mədə- bağırsaq qanaxması meydana çıxa bilər. Nadir hallarda, arterial hipertenziya, kəskin böyrək çatışmazlığı, tənəffüsün tormozlanması və koma inkişaf edə bilər. QSİƏP-dən terapevtik dozalarda istifadə etdikdə, anafilaktoid reaksiyaların inkişaf etməsi halları qeyd olunmuşdur; həmin reaksiyalar həmçinin, QSİƏP-in istifadəsi nəticəsində doza həddinin aşılması baş verdikdə meydana çıxa bilər. Müalicəsi QSİƏP-in istifadəsi nəticəsində doza həddinin aşılması baş verdiyi halda, simptomatik və dəstəkləyici müalicə həyata keçirmək lazımdır. Heç bir spesifik antidot yoxdur. QSİƏP-in istifadəsindən sonra, 4 saat müddətində doza həddinin aşılması simptomları inkişaf etdikdə və ya preparatın yüksək dozasından (adətən istifadə olunan dozadan 5-10 dəfə yüksək) istifadə edildiyi halda, qusma törətmək, aktivləşdirilmiş kömür qəbul etmək (böyüklər üçün 60 q-dan 100 q-a qədər və uşaqlar üçün 1 q/kq-dan 2 q/kq-a qədər) və/və ya osmotik təsirli işlədici preparatlar təyin etmək olar. QSİƏP-in qan plazmasının zülalları ilə yüksək dərəcədə birləşməsini nəzərə alaraq, sürətləndirilmiş diurez, sidiyin qələviləşdirilməsi, hemodializ və ya hemoperfuziya qeyri- effektiv ola bilər. Ketorolak trometaminin istifadəsi nəticəsində 1 dəfə doza həddinin aşılması baş verdiyi halda, qarın nahiyəsində ağrı, ürəkbulanma, qusma və hiperventilyasiya kimi simptomlar qeyd olunmuşdur, peptik xora və/və ya eroziv qastrit və böyrək funksiyalarının pozğunluqları inkişaf etmişdir ki, bunlar da, dərman preparatının istifadəsi dayandırıldıqdan sonra aradan qalxmışdırlar.

Buraxılış forması

Örtüklü tabletlər. 10 tablet, blisterdə. 1, 2 və ya 10 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° C-dən yuxarı olmayan temperaturda, işıqdan və nəmdən qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“World Medicine İlaҫ San. ve Tİc. A.Ş.”, Turkey. 15 Temmuz Mah. Cami Yolu Cad. No: 50 Güneşli Bağcılar / İstanbul.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“MEDRALGIN 10 MG N10 TABLET” üçün ilk rəyi siz yazın.