LAMEZ N100 KAPS
| Dərman forması | Kapsul |
|---|---|
| Farmakoloji təsir | Proton nasosunun inhibitorları |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
15,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu preparatı istifadə etməzdən öncə bu içlik vərəqəni diqqətlə oxuyun, çünki burada Sizin üçün mühüm məlumatlar vardır. • Bu içlik vərəqəsini saxlayın. Siz onu bir daha oxumalı ola bilərsiniz. • Hər hansı sualınız olarsa, lütfən, həkim və ya əczaçıya müraciət edin. • Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. Hətta onlarda olan xəstəlik simptomları Sizinki ilə eyni olsa belə, bu dərman onlar üçün zərərli ola bilər. • Sizdə hər hansı əlavə təsir baş verdikdə, həkimə və ya əczaçıya bu barədə məlumat verin. Bunlara bu iclikdə göstərilməyən hər hansı əlavə təsirlər də aiddir. (“Əlavə təsirlər” bölməsinə baxın) LAMEZ 30 mq uzun müddətli təsirə malik bərk jelatin kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Lansoprazole
Tərkibi
Təsiredici maddə:1 kapsulda 30 mq lansoprazol vardır. Köməkçi maddə: kapsulun örtüyü: jelatin.
Təsviri
İçərisində ağ sferik enterik örtüklü qranulları olan, qırmızı qapaqlı/ ağ gövdəli, “1” ölçülü bərk jelatin kapsullardır.
Farmakoterapevtik qrupu
Proton nasosunun inhibitorları ATC kodu: A02BC03.
Farmakoloji xüsusiyyətləri
Lamez preparatının təsiredici maddəsi proton nasosunun inhibitoru olan lansoprazoldur. Proton nasosunun inhibitorları mədə turşusunun miqdarını azaldır.
İstifadəsinə göstərişlər
− Onikibarmaq bağırsaq və mədə xorasının müalicəsi, − reflüks ezofaqitin müalicəsi, − reflüks ezofaqitin profilaktikası, − qıcqırma və turşunun requrqitasiyasının müalicəsi, − Helicobacter pylori ilə əlaqəli infeksiyaların müvafiq antibiotik terapiyası ilə eyni vaxtda müalicəsi, − davamlı QSİƏP (qeyri-steroid iltihabəleyhinə preparatlar) müalicəsi alan pasiyentlərdə QSİƏP ilə əlaqəli mədə və onikibarmaq bağırsaq xoralarının müalicəsi və profilaktikası, − Zollinqer-Ellison sindromunun müalicəsi. Həkim Lansoprazolu başqa göstəriş üçün və ya bu içlik vərəqəsində göstərilmiş dozadan fərqli olaraq təyin edə bilər. Bu preparatı həkimin göstərişinə uyğun qəbul edin.
Əks göstərişlər
− Lansoprazola və ya preparatın tərkibində olan maddələrdən hər hansı birinə qarşı allergiya (hiperhəssaslıq), − atazanavir (İİV müalicəsində istifadə olunur) tərkibli preparatın qəbulu, − keçmişdə mədə turşusunu azaldan Lansoprazola bənzər preparatın müalicəsindən sonra dəri reaksiyası.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda Lamez preparatını istifadə etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. − Ciddi qaraciyər xəstəlikləri olduqda. Doza tənzimlənməsi tələb oluna bilər. − Müəyyən qan analizi keçirdikdə (Xromoqranin A). Vəziyyəti diaqnoz etmək və/ və ya bədxassəli xəstəliyi istisna etmək üçün həkim əlavə olaraq endoskopiya araşdırması apara bilər. Lansoprazol ilə müalicə zamanı ishal baş verdikdə, dərhal həkimlə əlaqə saxlayın, çünki Lansoprazol infeksion ishalın artması ilə əlaqələndirilmişdir. Lansoprazol Helicobacter pylori infeksiyasının (antibiotiklər) müalicəsi üçün nəzərdə tutulmuş digər preparatlara əlavə olaraq və ya ağrı və revmatik xəstəliyin müalicəsi üçün iltihab əleyhinə preparatlarla birlikdə təyin edildikdə, bu dərman vasitələrinin içlik vərəqələrini diqqətlə oxumaq tövsiyə olunur. Lansoprazolun uzunmüddətli (1 ildən çox) qəbulu zamanı, mütəmadi həkim nəzarəti lazım ola bilər. Həkimə hər hansı yeni simptomlar və hallar barədə məlumat vermək tövsiyə olunur. Dəridə, xüsusən günəşə məruz qalan bölgələrdə səpgi yarandıqda, dərhal həkimə bildirin, Lansoprazol ilə müalicəni dayandırmaq lazım ola bilər. Oynaqlarda ağrı kimi digər əlavə təsirləri də həkimə bildirmək vacibdir. Lansoprazol kimi proton nasosunun inhibitorunun qəbulu, xüsusən bir ildən çox müddət ərzində, omba, bilək və ya onurğa sınığının riskini artıra bilər. Osteoporoz xəstəliyi zamanı və ya kortikosteroidlər qəbul etdikdə (osteoporoz riskini artıra bilər) həkimlə məsləhətləşin. Lamez qida və içkilərlə birlikdə istifadəsin Preparatın daha yaxşı təsirini əldə etmək üçün, Lansoprazol yeməkdən ən azı 30 dəqiqə əvvəl qəbul edilməlidir. Köməkçi maddələr haqqında xüsusi məlumat Preparatın tərkibində saxaroza vardır, bu səbəbdən hər hansı şəkərə qarşı dözümsüzlüyü olan pasiyentlərə, preparatı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq, hər hansı digər dərman vasitəsi istifadə edirsinizsə və ya bu yaxınlarda istifadə etmisinizsə, lütfən həkim və ya əczaçıya bu barədə məlumat verin. Lansoprazolun bu dərman vasitələrinin effektinə təsir göstərdiyi səbəbindən aşağıda sadalanan tərkibli dərman preparatlarını qəbul etdikdə həkimə bu barədə məlumat verin: − ketokonazol, itrakonazol, rifampisin (infeksiyanı müalicəsində istifadə olunur), − diqoksin (ürək problemlərinin müalicəsində istifadə olunur), − teofillin (astma müalicəsində istifadə olunur), − takrolimus (transplantantın ayrılmasının qarşısının alınması), − fluvoksamin (depressiya və digər psixiatrik xəstəliklərin müalicəsində istifadə olunur), − antasidlər (qıcqırma və ya turşunun requrqitasiyasında istifadə olunur), − sukralfat (xoraların müalicəsi), − Dazıotu preparatları (Hypericum perforatum) (yüngül depresiyanın müalicəsində istifadə olunur).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər siz hamiləsiniz və ya körpəni ana südü ilə qidalandırırsınız, yaxud hamilə ola biləcəyinizi ehtimal edirsiniz və ya hamiləliyi planlaşdırırsınız, bu dərman preparatını qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Lansoprazol qəbul edən pasiyentlərdə bəzən başgicəllənmə, vertiqo, yorğunluq və görmə pozğunluğu kimi əlavə təsirlər yarana bilər. Bu cür əlavə təsirlər hiss etdikdə, ehtiyatlı olun, çünki cavab reaksiya qabiliyyəti azala bilər. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə üçün uyğun vəziyyətdə olmağına pasiyent yalnız özü qərar verə bilər. Preparatın təsiri və ya əlavə təsirlərin nəticəsində nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyəti azala bilər. Bu təsirlər “Əlavə təsirlər” bölməsində təsvir olunub. Bu preparatı istifadə etməzdən öncə bu içlik vərəqədə olan bütün məlumatları diqqətlə oxuyun. Əmin olmadıqda, həkim, əczaçı və ya tibb bacısı ilə məsləhətləşin.
İstifadə qaydası və dozası
Kapsul bir stəkan su ilə udulmalıdır. Udmaqda çətinlik çəkən pasiyentlərə, həkim preparatın alternativ qəbul etmə yolları barədə məsləhət verə bilər. Kapsulu və ya onun boşaldılmış tərkibini əzmək və ya çeynəmək olmaz, bu preparatın effektivliyini azaldır. Lansoprazolu gündə bir dəfə qəbul etdikdə, hər gün eyni vaxta qəbul etməyə çalışın. Preparatın səhər ac qarnına qəbulu ilə yaxşı nəticələr əldə olunur. Lansoprazol preparatı gündə iki dəfə təyin olduqda, ilk doza səhər, ikinci doza axşam qəbul edilməlidir. Lansoprazolun dozası pasiyentin vəziyyətindən asılıdır. Böyüklər üçün Lansoprazolun adi dozası aşağıda göstərilib. Həkim bəzən fərqli doza təyin edə bilər və pasiyentə müalicənin müddətini bildirməlidir. Qıcqırma və turşu requrqitasiyasının müalicəsi Gündəlik doza 15 mq və ya 30 mq 4 həftə ərzində. Simptomlar davam edərsə, həkimə bu barədə məlumat verin. Simptomlar 4 həftə ərzində yüngülləşmirsə, həkimlə əlaqə saxlayın. Onikibarmaq bağırsaq xorasının müalicəsi Gündəlik doza 30 mq 2 həftə ərzində. Mədə xorasının müalicəsi Gündəlik doza 30 mq 4 həftə ərzində. Ezofaqeal iltihabın müalicəsi (reflüks ezofaqit) Gündəlik doza 30 mq 4 həftə ərzində. Reflüks ezofaqitin uzunmüddətli profilaktikası Adi gündəlik doza 15 mq lansoprazol, həkim dozanı gündə 30 mq qədər artıra bilər. Helicobacter pylori infeksiyasının müalicəsi Adi doza 30 mq lansoprazol səhər və axşam iki fərqli antibiotik ilə birlikdə. Müalicə adətən 7 gün davam edilir. Antibiotiklərin tövsiyə olunan birləşmələri aşağıdakılardır: 30 mq Lansoprazol, 250-500 mq klaritromisin və 1000 mq amoksisillin ilə birlikdə. 30 mq Lansoprazol, 250 mq klaritromisin və 400-500 mq metronidazol ilə birlikdə. Xoraların müalicəsi zamanı, infeksiya müvəffəqiyyətli müalicə olduqda, xoranın geri dönməsinin ehtimalı azdır. Preparatın effektivliyini əldə etmək üçün, onu vaxtında qəbul etmək və dozanı qaçırmamaq tövsiyə olunur. Davamlı QSİƏP müalicəsini alan pasiyentlərdə mədə və onikibarmaq bağırsaq xoralarının müalicəsi Gündə 30 mq kapsul 4 həftə. Davamlı QSİƏP müalicəsini alan pasiyentlərdə mədə və onikibarmaq bağırsaq xoralarının profilaktikası Adi gündəlik doza 15 mq lansoprazol, həkim dozanı gündə 30 mq qədər artıra bilər. Zollinqer-Ellison sindromu Adi gündəlik doza 2 kapsul, sonra pasiyentin müalicəyə cavabından asılı olaraq doza tənzimlənməlidir. Uşaqlar Lansoprazol uşaqlarda istifadə edilmir. Lansoprazol həmişə həkimin təyinatına uyğun qəbul edilməlidir. Əmin olmadıqda, həkim və ya əczaçıyla dəqiqləşdirin. Lansoprazol preparatının istifadəsi unudularsa Dozanı qəbul etmək unutduqda, növbəti dozanı xatırladıqda qəbul edin. Növbəti dozanın qəbul vaxtı yaxınlaşdıqda, buraxılmış dozanı atın və preparatın qəbulunu adi qaydada davam edin. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir. Lansoprazol ilə müalicə dayandırılarsa Simptomlar yaxşılaşdıqda preparatın qəbulunu vaxtından əvvəl dayandırmayın. Müalicə kursu başa çatmamış, preparatın qəbulunu dayandırdıqda, xəstəlik ağırlaşa bilər. Bu preparatın istifadəsi ilə bağlı hər hansı bir sual yarandıqda, həkim və ya əczaçıdan soruşun.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, bu dərman da hamıda olmasa da əlavə təsirlərin yaranmasına səbəb ola bilər. Aşağıdakı ciddi əlavə təsirlərdən hər hansı biri yarandıqda dərhal həkimə bu barədə məlumat verin – təcili tibbi müalicəyə ehtiyac yarana bilər. − Dəri altında yanma və ya iynəbatma hissi, qançırlar, qızartı və həddindən artıq tərləmə kimi reaksiyalar. − Anqioödem: anqioödem simptomları, məsələn, üz, dil və ya boğazın şişkinliyi, udmaqda çətinlik, udma və nəfəs almaqda çətinlik çəkdikdə dərhal həkimə müraciət edin. − Şok daxil olmaqla ağır hiperhəssaslıq reaksiyaları. Hiperhəssaslıq reaksiyalarının simptomları qızdırma, səpgi, şişkinlik və bəzən qan təzyiqinin düşməsi ola bilər. − Qızartı, suluqluqlar, ağır iltihab və dəri itkisi ilə çox ağır dəri reaksiyaları. − Çox nadir hallarda Lansoprazol ağ qan hüceyrələrinin sayının azalmasına səbəb ola bilər və bu səbəbdən infeksiyaya qarşı müqavimət azala bilər. Qızdırma və ümumi vəziyyətinizin ciddi şəkildə pisləşməsi və ya boğaz/ udlaq / ağız və ya sidik problemləri kimi yerli infeksiya əlamətləri olduqda, dərhal həkimə müraciət edin. Ağ qan hüceyrələrinin mümkün azalmasını (aqranulositoz) yoxlamaq üçün qan analizi aparılmalıdır. − Lansoprazolun üç aydan çox qəbulu, qanda maqneziumun səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. Maqneziumun aşağı səviyyədə olması zamanı yorğunluq, əzələlərin qeyri-ixtiyari yığılması, dizorientasiya, konvulsiyalar, başgicəllənmə, ürək dərəcəsinin artması kimi simptomlar yarana bilər. Bu simptomlardan hər hansı biri olduqda, dərhal həkimə bildirin. Maqneziumun aşağı səviyyəsi qanda kalium və ya kalsium səviyyəsinin azalmasına da səbəb ola bilər. Maqnezium səviyyəsini izləmək üçün mütəmadi olaraq qan analizi aparıla bilər. Aşağıdakı əlavə təsirlər tez-tez baş verir (100 pasiyentdən 1-dən çoxunda): − mədədə xoşxassəli poliplər − baş ağrısı, başgicəllənmə − ishal, qəbizlik, mədə ağrısı, ürəkbulanma və ya qusma, köp, ağız və ya boğazda ağrı və ya quruluq − dəri səpgisi, qaşınma − qaraciyər funksiyasını təyin edən analizlərin nəticələrində dəyişikliklər − yorğunluq. Aşağıdakı əlavə təsirlər bəzən baş verir (100 pasiyentdə 1-dən az): − depressiya − oynaq və əzələ ağrısı − mayenin yığılması və ya şişkinlik − qan hüceyrələrinin sayında dəyişiklik − omba, bilək və ya onurğada sınıqlar. Aşağıdakı əlavə təsirlər nadir hallarda baş verir (1000 xəstədə 1-dən az): − qızdırma − narahatlıq, yuxululuq, konfuziya, halüsinasiyalar, yuxusuzluq, görmə pozğunluğu, vertiqo − dadın dəyişməsi, iştahsızlıq, dilin iltihabı (qlossit) − işığa həssaslıq − saçın tökülməsi − uyuşma və keyləmə (paresteziya), titrəmə − anemiya (solğunluq) − böyrək problemləri − pankreatit − qaraciyərin iltihabı (dəri və ya göz ağının saralması kimi siptomlar yarana bilər) − ginekomastiya, impotensiya − kandidoz (göbələk infeksiyası, dəri və ya selikli qişalara təsir göstərə bilər). Aşağıdakı əlavə təsirlər çox nadir hallarda baş verir (10000 xəstədə 1-dən az): − ağız boşluğunun iltihabı (stomatit) − kolit (bağırsaq iltihabı) − natrium, xolesterin və triqliserid səviyyəsi kimi analizlərin nəticələrində dəyişikliklər. Aşağıdakı əlavə təsirlərin tezliyi məlum deyil: − səpgi, bəzən oynaqlarda ağrı ilə, − vizual halüsinasiyalar, − hipomaqneziemiya, − eritema. Əlavə təsirlərin bildirilməsi Hər hansı bir əlavə təsir yarandıqda, həkim, tibb bacısı və ya əczaçıyla məlumat verin. Bunlara bu iclikdə göstərilməyən hər hansı əlavə təsirlər də aiddir. Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət Şöbəsinə verilməlidir (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh., Cəfər Cabbarlı küç., 34.; Faks: (99412) 596-07-16 ; e-mail: [email protected]; Tel.:(99412)596-05-20 Qaynar xətt (99412) 596-07-12). Əlavə təsirlər haqqında məlumat verməklə, Siz, bu dərmanın təhlükəsizliyi barədə daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz.
Doza həddinin aşılması
Preparatı təyin olunduğundan daha çox qəbul etdikdə, dərhal həkimə və ya toksikoloji mərkəzə müraciət etmək tövsiyə olunur.
Buraxılış forması
10 kapsul, alüminium PVX blisterdə. 10 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Qutunun və etiketin üzərində qeyd olunan son istifadə tarixindən (“EXP” ) sonra istifadə etmək olmaz.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi 13, N.I.T, INDUSTRIAL AREA, FARIDABAD-121001
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.