KREOFLAT № 60 (TABLETKI) (RECORDATI ILAC) (TURCIYA)

Dərman formasıTablet
Farmakoloji təsirHəzm fermenti preparatı
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

15,60 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KREOFLAT örtüklü tabletlər Tərkibi: Təsiredici maddələr: 1 tabletin tərkibində 170 mq pankreatin (5500 amilaza, 6500 lipaza, 400 proteaza F.I.P vahidləri) və 310 mq quru silikon tozu (80 mq dimetilpolisilikona bərabər) vardır. Köməkçi maddələr: PVP K 90 (Povidon), limon turşusu monohidrat, kollidon VA 64 (kopovidon), mannitol SD 200, aerosil (silisium dioksid), maqnezium stearat. Örtük: hipromelloza, dietil ftalat, titan dioksid, etilsellüloza, talk, polietilenqlikol/makroqol, polivinil spirti.

Təsviri

Ağ və ya ağımtıl rəngli, uzunsov formalı örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Həzm fermenti preparatı. ATC kodu: A09AA02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Kreoflatın tərkibində mədəaltı vəzinin təbii enzimləri olan yüksək miqdarda lipaza, amilaza, proteaza mövcuddur. Bu enzimlər əsas qida olan zülal, karbohidrat və lipidlərin həzmini təmin edir və zülalların həzmində onikibarmaq bağırsağın təbii şirəsi kimi təsir göstərir. Dimetilpolisilikon hava, su, turşu və əsasların təsir göstərə bilmədiyi təbii birləşmədir. Suda və fizioloji məhlulda həll olmur. Mədə-bağırsaq fermentlərinin təsirində dəyişiklik etmir. Aktiv dimetilpolisilikon ən kiçik köpüyü belə sürətlə dağıdır. Farmakoloji və kimyəvi cəhətdən təsirsiz olub, bağırsaqda rezorbsiya olunmur. Farmakokinetikası Pankreatin peroral qəbuldan sonra absorbsiya olunmur və yerli təsirləri mədə-bağırsaq traktında müşahidə olunur. Dərman maddəsinin enzim fəaliyyəti mədə turşuluğundan asılı olur və fərdi olaraq dəyişir.

İstifadəsinə göstərişlər

− Həzm sistemi pozğunluqlarına bağlı köp problemləri, − Dispepsiya, − Aerofagiya (hava udma) müalicəsi, − Yağ-zülal-karbohidratların həzminin pozulması, − Mədəaltı vəzin çatışmazlığı zamanı, − Əməliyyatdan əvvəl və ya sonra yaranan köp problemləri, − Qarın boşluğu orqanlarının rentgenoloji müayinələrindən əvvəl köpü aradan qaldırmaq üçün istifadə olunur.

Əks göstərişlər

Pankreatinə və ya dimetilpolisilikona və ya preparatın tərkibində olan hər hansı bir köməkçi maddəyə qarşı hiperhəssaslıq hallarında dərman maddəsi təyin olunmamalıdır. Allergik reaksiyalara qaşınma, səpgi, üzdə, dodaqlarda, qollarda və ayaqlarda şişkinlik və nəfəsalmada çətinliklər daxildir. Hər hansı bir zülala qarşı həssaslığı olan şəxslərdə preparat istifadə olunmamalıdır.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Kreoflat aktiv fermentlərdən ibarət olduğundan ağızda tablet çeynənilən zaman ağız içərisində yaralara səbəb ola bilər. Buna görə də, tablet bölünmədən və çeynənilmədən bol maye ilə bütöv şəkildə udulmalıdır. Kreoflatın yüksək dozada qəbulu zamanı bəzən əməliyyatla nəticələnən yoğun bağırsaqda fibrotik daralma yarana bilər. Buna görə də dərman maddəsi, mədəaltı vəzin disfunksiyasına səbəb ola biləcək və uşaqlarda irsi xəstəlik olan kistik fibroz zamanı ehtiyatla istifadə edilməlidir. İntranazal və ya tənəffüs yollarının qıcıqlanmasma səbəb ola biləcək toz inhalyasiyasından uzaq olmaq lazımdır. Kəskin pankreatitin erkən mərhələlərində istifadə olunmamalıdır. Qeyd edilən hallar daha əvvəllər və ya hal-hazırda xəstədə mövcud olarsa, həkimlə məsləhətləşmək lazımdır. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Kreoflatın digər dərman maddələri ilə qarşılıqlı təsiri haqda klinik tədqiqatlar mövcud deyil. Dimetilpolisilikonun köpükdağıdıcı effekti antasidlər, xüsusən də alimimum hidroksid və maqnezium karbonatla birgə istifadə zamanı pozula bilər. Birgə istifadə zamanı dəmir preparatlarının absorbsiyası zəifləyə bilər. Resept əsasında və reseptsiz buraxılmasından asılı olmayaraq hazırda və ya son zamanlarda qəbul etdiyiniz preparatlar haqqında da həkimə və ya əczaçıya məlumat verilməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Dərman maddəsini qəbul etməzdən öncə həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Hamiləlik zamanı Kreoflatın qəbulu məsləhət görülmür. Hamiləlik zamanı preparat yalnız həkim tərəfindən mütləq göstəriş olduqda qəbul edilə bilər. Kreoflatla müalicə zamanı hamilə olduğunuz müəyyənləşdirilərsə dərhal həkimə və ya əczaçıya məlumat verilməlidir. Kreoflatın ana südünə keçməyi haqda kifayət qədər məlumat olmadığından laktasiya dövründə dərman maddəsinin istifadəsi məsləhət görülmür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri haqqında məlumat yoxdur.

İstifadə qaydası və dozası

Kreoflat örtüklü tablet daxilə qəbul edilməlidir. Gündə 1-2 tablet yemək vaxt maye ilə udulmalıdır. Rentgen müayinəsi zamanı köpü aradan qaldırmaq üçün müayinədən 2 gün əvvəl gündə 3-4 dəfə 2 tablet və müayinə günü səhər ac qarına 2 tablet qəbul edilməlidir. Həkim tərəfindən xüsusi təyinat olmadıqda preparat qeyd olunan şəkildə qəbul edilə bilər. Uşaqlarda istifadəsi Kreoflat örtüklü tabletin 12 yaşdan kiçik uşaqlarda istifadəsi məsləhət görülmür. Böyrək/qaraciyər çatışmazlığı olan xəstələrdə istifadə Qaraciyər çatışmazlığı olan xəstələrdə dozanın azaldılması müşahidə olunmur. Böyrək çatışmazlığı olan xəstələrdə preparat ehtiyatla istifadə olunmalıdır. Kreoflatın qida və içkilərlə qəbulu Kreoflat yemək zamanı su ilə qəbul edilməlidir. Dərman maddəsini bölmək, çeynəmək və ya sormaq olmaz. Preparat rentgen müayinəsindən əvvəl ac qarına qəbul edilə bilər. Preparatın təsirinin çox güclü və ya çox zəif olduğu halda həkimlə məsləhətləşmək lazımdır.

Əlavə təsirləri

Bütün digər preparatlar kimi Kreoflat da tərkibində olan maddələrə qarşı həssaslığı olan xəstələrdə əlavə təsirlər yarada bilər. Kreoflatın istifadəsi zamanı aşağıda qeyd olunan əlavə təsirlər yarana bilər. Əlavə təsirlər başvermə tezliyinə görə aşağıdakı şəkildə qruplaşdırılır. Çox tez-tez: 10 xəstədən ən azı 1-də. Tez-tez: 10 xəstədən 1-dən daha az, amma 100 xəstədən 1-dən daha çoxunda. Gec-gec baş verən əlavə təsirlər: 100 xəstədən 1-dən daha az, amma 1000 xəstədən 1-dən daha çox. Nadir halda baş verən əlavə təsirlər: 1000 xəstədən 1-də və daha az. Çox nadir halda baş verən əlavə təsirlər: 10000 xəstədən 1-də və daha az. Çox tez-tez baş verən əlavə təsirlər (10 xəstədən ən azı 1-də) − Başağrı − Abdominal nahiyədə ağrılar Tez-tez: (10 xəstədən 1-dən daha az amma 100 xəstədən 1-dən daha çoxunda) − Nazofaringit − Mədə və bağırsaqda aşırı köp − Toxluq hissi − Çəkinin itməsi − Qusma − Yuxarı abdominal nahiyədə ağrı − Diareya − Nəcisdə qeyri-normallıq Gec-gec baş verən əlavə təsirlər: (100 xəstədən 1-dən daha az amma 1000 xəstədən 1-dən daha çox) − Müvəqqəti neytropeniya (qanda neytofillərin anormal dərəcədə düşməsi) − Allergik reaksiyalar − Anafilaksiya − Şəkərli diabet xəstəliyinin şiddətlənməsi − Hiperqlikemiya (qanda şəkərin miqdarının normal səviyyədən qalxması) − Görmədə bulanıqlıq − Astma − Qəbizlik − Distal intestinal obstruksiya sindromu (DIOS) (bağırsaq keçməzliyinin bir növü) − Duodenit (onikibarmaq bağırsağın iltihabı) − Fibroz kolonopatiya − Qastrit (mədənin selikli qişasının iltihabı) − Ürəkbulanma − Təkrarlanan karsinoma − Xora − Qaşınma − Əzələ spazmları − Əzələ agrıları − Hiperurikemiya (qanda sidik cövhərinin artması) − Qan analizlərində transaminazaların artması (asimptomatik) İçlik vərəqində qeyd olunmayan hər hansı bir əlavə təsir baş verərsə həkim və ya əczaçıya müraciət olunmalıdır.

Doza həddinin aşılması

Kreoflatın istifadəsində doza həddinin aşılması haqda kifayət qədər məlumat mövcud deyil. Bununla belə preparatın yüksək doza ilə qəbulu zamanı qanda sidik cövhərinin artması, podaqra xəstəliyi və böyrək daşlarının yaranması müşahidə olunmuşdur. Dozanı qəbul etməyi unutduqda növbəti doza ikiqat qəbul edilməməlidir. Preparatın istifadəsi zamanı doza həddini aşdıqda həkim vəıya əczaçıya müraciət etmək lazımdır. Müalicəni dayandırdıqdan sonra əlavə təsirlər müşahidə olunmamışdır.

Buraxılış forması

12 tablet, blisterdə. 5 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı otaq temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddəti bütöv və açılmamış qablaşdırmaya aid edilir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır

İstehsalçı

Recordati İlaç San. ve Tic. A.Ş. Ç.O.S.B. Karaağaç Mahallesi, Atatürk Cd. No: 36 Kapaklı/TEKİRDAĞ, Türkiyə. Marketinq üzrə səlahiyyətli sahibkar Recordati İlaç San. ve Tic. A.Ş, Ç.O.S.B. Karaağaç Mahallesi, Atatürk Cd. No: 36 Kapaklı/TEKIRDAG, Türkiyə.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“KREOFLAT № 60 (TABLETKI) (RECORDATI ILAC) (TURCIYA)” üçün ilk rəyi siz yazın.