KARVIDIL 12,5 IU 28 TB.
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Alfa- və beta-adrenoreseptorların blokatoru |
| İstehsal ölkəsi | Latviya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,92 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KARVİDİL 6,25 mq; 12,5 mq; 25 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Carvidil
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 6,25 mq, 12,5 mq və ya 25 mq karvedilol vardır. Köməkçi maddələr:laktoza monohidrat, mikrokristallik sellüloza, krospovidon, susuz kolloidal silisium dioksid, maqnezium stearat, sarı dəmir oksidi E 172 (6,25 mq və 12,5 mq-lıq tabletlər), qırmızı dəmir oksidi E 172 (12,5 mq-lıq tabletlər).
Təsviri
Karvidil 6,25 mq Dairəvi formalı, hər iki tərəfi qabarıq, üzərində tünd sarı ərp və bir tərəfində xətt olan sarı rəngli tabletlərdir. Karvidil 12,5 mq Dairəvi formalı, hər iki tərəfi qabarıq, üzərində tünd çəhrayı ərp və bir tərəfində xətt olan çəhrayı rəngli tabletlərdir. Karvidil 25 mq Dairəvi formalı, hər iki tərəfi qabarıq, bir tərəfində xətt olan ağ rəngli tabletlərdir.
Farmakoterapevtik qrupu
Alfa- və beta-adrenoreseptorların blokatoru. ATC kodu: C07AG02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Karvedilol müxtəlif təsirli adrenoblokatordur və α -, β – və β -adrenoreseptorlarına qarşı blokator1 1 2 xüsusiyyətlərinə malikdir. Karvedilolun orqanlara qoruyucu təsiri təsdiq edilmişdir. Karvedilol güclü antioksidantdır və kimyəvi cəhətdən fəal oksigen radikallarını bağlayan maddədir. Karvedilol rasemik qarışıqdır; hər iki (R(+) və S(-)) enantiomer α -adrenoreseptorlara blokadaedici təsir1 göstərir və antioksidant xüsusiyyətlərə malikdir. Karvedilol insanın qan damarlarının saya əzələlərinin hüceyrələrinə antiproliferativ təsir göstərir. Klinik tədqiqatlarda pasiyentlərin karvedilol ilə uzunmüddətli müalicəsi zamanı oksidləşmə stressinin aşağı düşməsi sübut olunmuşdur. Karvedilolun β-adrenoreseptorlara blokadaedici təsiri β – və β -adrenoreseptorlara qarşı qeyri-1 2 selektivdir və S(-) enantiomerlə əlaqəlidir. Karvedilol üçün daxili simpatomimetik təsir və (propranolola oxşar) membran sabitləşdirici xüsusiyyətlər xarakterik deyil. Karvedilol renin-angiotenzin-aldosteron sisteminin β- adrenoreseptorlarını blokadaya almaqla, reninin azad olmasını zəiflədir və bununla da mayenin orqanizmdə ləngiməsi prosesi nadir hallarda baş verir. Karvedilol, α -adrenoreseptorlarını selektiv blokada edərək, periferik qan damarlarının1 müqavimətini zəiflədir. Karvedilol, α -adrenoreseptorların aqonisti olan fenilefrinin yüksəltdiyi qan1 təzyiqini aşağı salır, lakin angiotenzin II-nin təsiri səbəbindən yüksəlmiş qan təzyiqinə təsir etmir. Karvedilol lipidlərin səviyyəsinə təsir etmir (yüksək və aşağı sıxlıqlı lipoproteinlərin normal nisbəti (YSLP/ASLP) saxlanılır). Farmakokinetikası Sorulması Daxilə qəbulundan sonra karvedilol sürətlə sorulur və təxminən 1,5 saatdan (T ) sonra qanmax plazmasında maksimal konsentrasiyası (C 21mq/l) əldə olunur. C göstəriciləri dozadan xəttimax max asılıdır. Daxilə qəbulundan sonra karvedilol intensiv ilk keçid metabolizminə məruz qalır, bu səbəbdən klinik cəhətdən sağlam kişilərdə preparatrın mütləq biomənimsənilməsi təxminən 25% təşkil edir. Karvedilol rasemik qarışıqdır; preparatın S(-) enantiomeri R(+) enantiomerə nisbətən daha tez metabolizmə uğrayır, bu səbəbdən S(-) enantiomerin peroral biomənimsənilməsi 31% R (+) enantiomerlə müqayisədə 15% təşkil edir. Qan plazmasında R-karvedilolun maksimal konsentrasiyası S-karvedilolun konsentrasiyasından təxminən 2 dəfə yüksəkdir. İn vitro tədqiqatlarda karvedilolun nəqledici proteini olan P-qlikoproteinin azad olmasının substratı olduğu sübut olunmuşdur. Karvedilolun çevrilməsində P-qlikoproteinin rolu həmçinin, in vivo klinik cəhətdən sağlam insanlarda sübut edilmişdir. Paylanması Karvedilol lipofil birləşmədir. Karvedilolun 95%-i qan plazmasının zülalları ilə birləşir. Karvedilolun paylanma həcmi 1,5 l/kq- 2 l/kq təşkil edir. Biotransformasiyası İnsan orqanizmində karvedilol qaraciyərdə oksidləşmə və konyuqasiya yolları ilə ekstensiv metabolizmə uğrayır, müxtəlif metabolitlərə parçalanır və sonra bu metabolitlər orqanizmdən, əsasən, ödlə xaric olunur. Heyvanlarda prodərman enterohepatik sirkulyasiyası sübut olunub. Demetilləşmə və hidroksilləşmə nəticəsində fenol halqasında β-adreneroreseptorları blokadaya alan 3 metabolit əmələ gəlir. Klinikaya qədər tədqiqatlara əsasən 4’-hidroksifenol metaboliti karvediloldan təxminən 13 dəfə güclü β-blokatordur. Karvedilolla müqayisədə hər üç aktiv metabolit zəif vazodilatator təsirə malikdir. İnsanlarda üç aktiv metabolitin konsentrasiyası preparatdan 10 dəfə aşağıdır. Karvedilolun hidroksikarbazol metabolitlərindən ikisi çox güclü antioksidantdır və karvediloldan 30-80 dəfə güclüdür. İnsanlar üzərində aparılan farmakokinetik tədqiqatlar onu göstərir ki, karvedilolun oksidativ metabolizmi stereoselektivdir. İn vitro tədqiqatların nəticələrinə əsasən, oksidləşmə və hidroksilləşmə proseslərində sitoxrom P 450-in müxtəlif izofermentləri, o cümlədən CYP2D6, CYP3A4, CYP2E1, CYP2C9 və həmçinin CYP1A2 iştirak edə bilər. Klinik cəhətdən sağlam könüllülərin və pasiyentlərin iştirak etdiyi tədqiqatlar göstərir ki, R- enantiomer, əsasən, CYP2D6 vasitəsilə metabolizmə məruz qalır. Öz növbəsində, S-enantiomeri əsasən CYP2D6 və CYP2C9 vasitəsilə metabolizmə uğrayır. Genetik polimorfizm İnsanlarda klinik farmakokinetik tədqiqatların nəticələri onu göstərir ki, R- və S- karvedilolun metabolizmində əsas rol CYP2D6 izofermentinə məxsusdur. Bu səbəbdən, CYP2D6-nın ləng metabolizatorlarında R- və S- karvedilolun qan plazmasında konsentrasiyası yüksəkdir. CYP2D6 genotipinin R- və S-karvedilolun farmakokinetikasında əhəmiyyəti populyasion farmakokinetik tədqiqatlarda təsdiqlənib, digər tədqiqatlarda bu hal təkrar müşahidə edilməyib və bundan belə bir nəticə çıxarmaq olar ki, CYP2D6-nın genetik polimorfizminin klinik əhəmiyyəti məhduddur. Xaric olması 50 mq dozada karvedilolun daxilə birdəfəlik qəbulundan sonra dozanın təxminən 60%-i orqanizmdən ödlə və 11 gün müddətində metabolit şəklində nəcislə xaric olur. Daxilə birdəfəlik qəbulundan sonra dozanın təxminən yalnız 16%-i karvedilol və ya metabolit şəklində orqanizmdən sidiklə xaric olur. Dəyişməz halda sidiklə 2%-dən az karvedilol xaric olur. Sağlam könüllülərə 12,5 mq dozada venadaxili infuziyadan sonra karvedilolun plazma klirensi təxminən 600 ml/dəq-yə çatır və yarımxaricolma dövrü təxminən 2,5 saat təşkil edir. Tədqiqatın eyni iştirakçılarında 50 mq preparatın yarımxaricolma dövrü 6,5 saat olub ki, bu da kapsulların sorulma dövrünün yarısına müvafiqdir. Daxilə qəbul edildikdən sonra S- karvedilolun ümumi klirensi R- karvedilolun klirensindən 2 dəfə çox olur. Xüsusi pasiyent qruplarında farmakokinetikası Böyrək funksiyasının pozğunluğu Hipertenziya və böyrək çatışmazlığı olan pasiyentlərdə preparatın “konsentrasiya-zaman” əyrisi altındakı sahəsi, yarımxaricolma dövrü və qan plazmasında maksimal konsentrasiyası əhəmiyyətli dərəcədə dəyişmir. Böyrək çatışmazlığı olan pasiyentlərdə preparatın dəyişməz halda böyrəklər vasitəsilə xaric olması azalır; lakin, farmakokinetik parametrlərdə dəyişikliklər orta səviyyədə qalır. Ehtimal olunur ki, karvedilol plazma zülalları ilə möhkəm bağlanır və bu səbəbdən dializ membranından keçə bilmədiyi üçün, orqanizmdən dializ zamanı xaric olmur. Qaraciyər funksiyasının pozğunluğu “Əks göstərişlər” və “Xüsusi pasiyent qruplarında istifadəsi” bölmələrinə baxın. Ürək çatışmazlığı Ürək çatışmazlığından əziyyət çəkən Yaponiyadan olan 24 pasiyentin iştirakı ilə aparılan klinik tədqiqatda R- və S-karvedilolun klirensi sağlam könüllülərin klirensindən əhəmiyyətli dərəcədə aşağı olmuşdur. Bu nəticələr onu göstərir ki, ürək çatışmazlığı R- və S-karvedilolun farmakokinetikasına əhəmiyyətli dərəcədə təsir edir. Yaşlı pasiyentlər (65 yaşdan yuxarı) Hipertenziyası olan pasiyentlərdə, yaş dövrü karvedilolun farmakokinetikasına statistik əhəmiyyətli təsir göstərmir. Pediatrik populyasiya Pediatrik populyasiyada aparılan tədqiqatlar onu göstərir ki, uşaqlarda bədən çəkisinə görə standartlaşdırılmış klirens yetkin pasiyentlərin klirensindən əhəmiyyətli dərəcədə çoxdur.
İstifadəsinə göstərişlər
– Arterial hipertenziya. – Xroniki stabil stenokardiya. – Simptomatik xroniki ürək çatışmazlığının (XÜÇ) kompleks terapiyası.
Əks göstərişlər
– Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; – qeyri-stabil/dekompensasiyalı ürək çatışmazlığı; – klinik təzahürlə qaraciyər funksiyasının pozulması; – ürəyin II və III dərəcəli atrioventrikulyar blokadası (daimi kardiostimulyator olmadıqda); – ağır bradikardiya (dəqiqədə < 50 vurğu); – sinus düyününün zəifliyi sindromu (eləcə də sinuatrial blokada); – ağır hipotenziya (sistolik qan təzyiqi < 85 mm civə sütunu); – kardiogen şok; – ağciyərlərin obstruktiv xəstəlikləri; – anamnezdə bronxospazm və ya bronxial astma.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Xroniki ürək çatışmazlığı Ürək çatışmazlığı olan pasiyentlərdə karvedilolun dozası artırıldıqda ürək çatışmazlığı güclənə bilər və ya orqanizmdə mayenin ləngiməsi baş verə bilər. Belə simptomların yaranması zamanı diuretik vasitənin dozasını artırmaq lazımdır, klinik vəziyyət sabitləşməyənə qədər karvedilolun dozasını artırmaq olmaz. Bəzən karvedilolun dozasını aşağı salmaq, nadir hallarda isə preparatın istifadəsini qısamüddətli dayandırmaq tələb oluna bilər. Bu cür epizodlar karvedilolun dozasını gələcəkdə uğurla artırıla bilməyəcəyini göstərmir. Karvedilol preparatını üskükotu qlikozidləri ilə eyni zamanda ehtiyatla istifadə etmək lazımdır, çünki hər iki preparat atrioventrikulyar keçiriciliyin müddətini ləngidir. Durğunluq ürək çatışmazlığı zamanı böyrəklərin fəaliyyəti Aşağı qan təzyiqi (sistolik QT < 100 mm c. s.), ürəyin işemik xəstəliyi və damarların diffuz xəstəliyi və/və ya əsas xəstəlik – böyrək çatışmazlığı ilə müşayiət olunan xroniki ürək çatışmazlığının, karvedilol ilə müalicə müddətində böyrək fəaliyyətinin müvəqqəti, geridönən pisləşməsi müşahidə olunur. Kəskin miokard infarktından sonra sol mədəciyin disfunksiyası Karvedilol ilə müalicəyə başlamazdan əvvəl pasiyent klinik cəhətdən stabil olmalıdır və ən azı əvvəlki 48 saat müddətində AÇF inhibitorlarını qəbul etməlidir və qəbul edilən AÇF inhibitorunun dozası ən azı əvvəlki 24 saat müddətində sabit olmalıdır. Atrioventrikulyar keçiriciliyin pozulması Karvedilol, ləng atrioventrikulyar keçiricilik olan pasiyentlərə ehtiyatla təyin olunmalıdır, xüsusilə I-ci dərəcəli atrioventrikulyar blokada zamanı. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi Karvedilol preparatı, bronxospazmla müşayiət olunan ağciyərin xroniki obstruktiv xəstəliyindən (AXOX) əziyyət çəkən pasiyentlərə, daxilə və ya inhalyasion yolla dərman preparatları qəbul etmədikdə və yalnız preparatın gözlənilən müalicəvi təsiri potensial riskdən yüksək olduğu hallarda ehtiyatla təyin edilə bilər. Bronxospazmın yaranmasına meyilli olan pasiyentlərdə tənəffüs yollarının müqavimətinin mümkün yüksəlməsi ilə əlaqədar tənəffüs distressi baş verə bilər. Karvedilol ilə müalicəyə başlayaraq və həmçinin preparatın dozasını artırdıqda pasiyentlərin vəziyyətinə ciddi nəzarət etmək lazımdır və müalicə müddətində bronxospazm müşahidə olunduqda karvedilolun dozasını aşağı salmaq lazımdır. Şəkərli diabet Şəkərli diabeti olan pasiyentlərdə karvedilol preparatı ehtiyatla təyin olunmalıdır, çünki erkən kəskin hipoqlikemiyanın əlamət və simptomları zəifləyə və ya maskalaya bilər. Xroniki ürək çatışmazlığı və ya şəkərli diabeti olan pasiyentlərdə karvedilolun istifadəsi qanda qlükozanın səviyyəsinə nəzarətin pisləşməsi ilə əlaqələndirilir. Bu səbəbdən, karvedilolun istifadəsinə başladıqda və dozasını artırdıqda mütəmadi olaraq qanda qlükozanın səviyyəsinə nəzarət etmək lazımdır. Periferik qan damarlarının xəstəlikləri Beta-blokatorlar arterial çatışmazlığın simptomlarının inkişaf etməsini sürətləndirə bilər və ya bu simptomları kəskinləşdirə bilər, bu səbəbdən periferik qan damarların xəstəlikləri olan pasiyentlərə karvedilol ehtiyatla təyin olunmalıdır. Bununla belə, karvedilolun həmçinin alfa-blokator xüsusiyyətləri olduğundan bu təsir əksər hallarda tarazlaşdırılır. Reyno sindromu Periferik qan dövranı pozğunluğu olan pasiyentlərdə (məsələn, Reyno sindromu), simptomların kəskinləşməsi baş verə bilər, bu səbəbdən belə pasiyentlərə karvedilol ehtiyatla təyin olunmalıdır. Tireotoksikoz Karvedilol tireotoksikozun simptomlarını maskalaya bilər. Bradikardiya Karvedilol bradikardiyaya səbəb ola bilər. Pasiyentin nəbzi dəqiqədə 55 dəfədən az olduqda, karvedilolun dozasını aşağı salmaq lazımdır. Yüksək həssaslıq Beta-blokatorlar allergenlərə qarşı həssaslığı və anafilaktik reaksiyanın ağırlıq dərəcəsini gücləndirə bildiyi üçün, anamnezdə ağır dərəcəli hiperhəssaslıq reaksiyaları və ya allergik xəstəliklər olduqda, həmçinin desensibilizasiyaedici müalicə qəbul edən pasiyentlərə karvedilol ehtiyatla təyin olunmalıdır. Adrenalinin yeridilməsinə qarşı cavab reaksiya zəifləyə bilər. Ağır dəri əlavə təsirləri Karvedilolla müalicə zamanı dəridə baş verən çox ağır əlavə təsirlər barədə məlumatlar vardır, məsələn toksik epidermal nekroliz və Stivens-Conson sindromu. Karvedilolun istifadəsi ilə əlaqəli, dəridə ağır əlavə təsirlər yarandıqda, preparatın istifadəsi tamamilə dayandırılmalıdır. Psoriaz Psoriazı olan pasiyentlərə karvedilol ehtiyatla təyin olunmalıdır. Anamnezdə, beta-blokatorların istifadəsi ilə əlaqəli psoriaz olduqda, karvedilol yalnız “fayda-risk” nisbəti qiymətləndirildikdən sonra istifadə oluna bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə bir çox əhəmiyyətli farmakokinetik və farmakodinamik qarşılıqlı təsirlər xarakterikdir ( məsələn, diqoksin, siklosporin, rifampisin, anesteziyaedici və antiaritmik vasitələrlə). Feoxromositoma Feoxromositomadan əziyyət çəkən pasiyentlər beta-blokator qəbuluna başlamazdan əvvəl alfa- blokatordan istifadə etməlidirlər. Karvedilolun həm alfa-, həm də beta-blokator təsirlərinin olmasına baxmayaraq, feoxromositoma zamanı preparatın istifadə təcrübəsi yoxdur. Bu səbəbdən, feoxromositomanın mövcudluğu ehtimal edilən pasiyentlərə, karvedilol ehtiyatla təyin olunur. Prinsmetal stenokardiyası Prinsmetal stenokardiyası qeyd olunan pasiyentlərdə qeyri-selektiv beta-blokatorların istifadəsi sinədə ağrıların yarnamsına səbəb ola bilər. Bu pasiyentlərdə karvedilolun klinik istifadə təcrübəsinin olmamasına baxmayaraq, preparatın alfa-adrenoreseptorlara blokadaedici təsiri xəstəliyin əlamətlərini aradan qaldıra bilər. Lakin, Prinsmetal stenokardiyanın mövcudluğuna şübhə olduqda, karvedilol ehtiyatla təyin olunur. Kontakt linzalar Kontakt linzalardan istifadə edən pasiyentlər göz yaşı ifrazının azalmasını nəzərə almalıdırlar. İstifadənin dayandırılması sindromu Digər beta-blokatorların istifadəsində olduğu kimi, karvedilolun istifadəsini qəfil dayandırmaq olmaz, xüsusilə ürəyin işemik xəstəliyi olan pasiyentlərdə. Stenokardiyası olan pasiyentlərdə ağır dərəcəli stenokardiya tutmalarının kəskinləşməsi, miokard infarktı hallarının meydana çıxması və vertikulyar aritmiyanın əmələ gəlməsi barədə məlumatlar vardır. Həmçinin, beta-blokatorlarla müalicə qəfil dayandırıldıqdan sonra tireotoksikozdan əziyyət çəkən pasiyentlərdə xəstəliyin simptomlarının güclənməsi barədə məlumat verilir. Karvedilolun istifadəsinin dayandırılması tədricən aparılmalıdır (iki həftə müddətində). Lakin, stenokardiyanın simptomları yenidən ağırlaşadıqda, karvedilol ilə müalicəni dərhal bərpa etmək tövsiyə olunur (müvəqqəti olsa belə). Doza, pasiyentin ehtiyaclarından asılı olaraq, fərdi şəkildə seçilməlidir. Köməkçi maddələr haqqında xüsusi məlumat Karvidil tabletlərinin tərkibində laktoza vardır. Anadangəlmə qalaktoza dözümsüzlüyü, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi xəstəlikləri olan pasiyentlərdə preparat istifadə edilməməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Farmakokinetik qarşılıqlı təsirlər Karvedilolun digər dərman vasitələrinin farmakokinetikasına təsiri Karvedilol P-qlikoproteinin substratı və inhibitorudur. Bu səbəbdən, karvedilolun istifadəsi zamanı P-qlikoprotein vasitəsilə nəql olunan dərman vasitələrinin biomənimsənilməsi yüksələ bilər. Həmçinin, P-qlikoproteinin induktorları və inhibitorları karvedilolun biomənimsənilməsini dəyişə bilər. Diqoksin Diqoksin və karvedilolun birlikdə istifadəsi zamanı diqoksinin konsentrasiyası təxminən 15% yüksəlir. Həm diqoksin, həm də karvedilol atrioventrikulyar keçiriciliyi ləngidir. Karvedilol ilə müalicəyə başlayanda və ya preparatı seçəndə və ya preparatla müalicəni dayandırdıqda qanda diqoksinin səviyyəsinə nəzarəti gücləndirmək tövsiyə edilir. Beta-blokatorlar diqoksinin səbəb olduğu bradikardiyanı gücləndirə bilərlər. Siklosporin Böyrək və ürək transplantasiyasını keçirən və daxilə siklosporin qəbul edən pasiyentlərin iştirakı ilə aparılan iki tədqiqatda, karvedilol ilə müalicəyə başladıqdan sonra, qanın plazmasında siklosporinin konsentrasiyasının yüksəlməsi müəyyən olunub. Pasiyentlərin təxminən 30% üçün qanda siklosporinin terapevtik konsentrasiyasını saxlamaq üçün siklosporinin dozasını azaltmaq tələb olur, lakin pasiyentlərin qalan hissəsinə doza seçiminə ehtiyac olmur. Bu pasiyentlərdə siklosporinin dozası orta hesabla 20% aşağı salınmışdır. Fərdi dozaların seçilməsinin vacibliyinin geniş fərqini nəzərə alaraq, karvedilolla müalicəyə başladıqdan sonra qanda siklosporinin konsentrasiyasına və siklosporinin dozasının düzgün seçilməsinə ciddi şəkildə nəzarət etmək lazımdır. Siklosporini venadaxili yeridilməsi zamanı karvedilolla heç bir qarşılıqlı təsir gözlənilmir. Digər dərman vasitələrinin karvedilolun farmakokinetikasına təsiri CYP2D6 və CYP2C9 fermentlərinin inhibitorları və induktorları qanın plazmasında R- və S- karvedilolun konsentrasiyalarını artıraraq və ya azaldaraq karvedilolun sistem və/və ya presistem metabolizmini stereoselektiv şəkildə dəyişdirə bilər (“Farmakokinetikası” və “Biotransformasiyası” bölmələrinə baxın). Aşağıda, bəzi pasiyentlərdə və ya sağlam insanlarda müşahidə olunan hallar göstərilir, lakin verilən siyahı tamamlanmış deyil. Rifampisin 12 sağlam insanın iştirakı ilə aparılan tədqiqatda, karvedilol və rifampisin preparatlarının eyni zamanda istifadəsi nəticəsində karvedilolun təsiri təxminən 60% zəifləyir və sistolik qan təzyiqinə təsirinin aşağı düşməsi qeyd olunur. Qarşılıqlı təsirin mexanizmi məlum deyil, lakin rifampisinin bağırsaqlarda törətdiyi P-qlikoproteinin induksiyası ilə əlaqədar ola bilər. Karvedilol və rifampisin preparatlarından eyni zamanda istifadə edən pasiyentlərdə β-blokator təsirə ciddi nəzarət etmək lazımdır. Amiodaron İnsan mikrosomları ilə aparılan in vitro tədqiqatlar onu göstərir ki, amiodaron və dezetilamiodaron R- və S-kardvedilolun oksidləşməsinin sürətini aşağı salırlar. Karvedilolu amiodaronla eyni zamanda istifadə edən ürək çatışmazlığı olan pasiyentlərdə, karvedilolla monoterapiya qəbul edən pasiyentlərə nisbətən R- və S-karvedilolun minimal konsentrasiyası təxminən 2,2 dəfə artır. S- karvedilola təsiri CYP2C9 fermentinin güclü inhibitoru olan amiodaronun metaboliti, dezetilamiodaronla əlaqədardır. Karvedilol və amiodaron preparatları ilə kombinəedilmiş müalicə alan pasiyentlərə β-blokator təsirin monitorinqini aparmaq tövsiyə olunur. Fluoksetin və paroksetin Ürək çatışmazlığı olan 10 pasiyentin iştirakı ilə aparılan randomizəolunmuş çarpaz tədqiqat zamanı, CYP2D6 fermentinin güclü inhibitoru olan fluoksetinin istifadə olunması, R(+) enantiomerin orta AUC göstəricisini 77% artıraraq, karvedilolun metabolizmini stereoselektiv şəkildə inhibə etmişdir. Lakin, terapevtik qruplarda əlavə təsirlərdə, təzyiqdə və ya ürək fəaliyyətinin sürətində fərq aşkarlanmamışdır. CYP2D6 fermentinin güclü inhibitoru olan paroksetin preparatının bir dozasının daxilə birdəfəlik istifadəsindən sonra, karvedilolun farmakokinetikasına təsiri 12 yetkin sağlam insanlarda tədqiq edilmişdir. R- və S-kardvedilolun təsirinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, sağlam fərdlərdə heç bir klinik simptom müşahidə edilməmişdir. Farmakodinamik qarşılıqlı təsirlər İnsulin və peroral hipoqlikemik dərman vasitələri Beta-blokator xüsusiyyətlərinə malik dərman vasitələri qanda şəkərin miqdarını aşağı salan insulinin və peroral hipoqlikemik preparatların təsirini artıra bilər. Hipoqlikemiyanın əlamətləri maskalana bilər və ya azala bilər (xüsusilə taxikardiya). Bu səbəbdən, insulin və peroral hipoqlikemik preparatlar qəbul edən pasiyentlərdə, mütəmadi olaraq qanda qlükozanın səviyyəsinə nəzarət etmək lazımdır. Katexolaminlərin səviyyəsini aşağı salan preparatlar Beta-blokator təsirlərə malik və katexolaminlərin səviyyəsini aşağı salan (məsələn, rezerpin və monoaminooksidaza fermentinin inhibitorları) dərman vasitələri qəbul edən pasiyentlər, hipotenziyanın və/və ya bradikardiyanın əlamətlərinin meydana çıxmamasına diqqətlə nəzarət etməlidilər. Diqoksin Beta-blokatorları və diqoksini eyni zamanda istifadə etdikdə, atrioventrikulyar (AV) keçiriciliyin müddətinin uzanması baş verə bilər. Kalsium kanallarının qeyri-dihidropiridin blokatorları, amiodaron və digər antiaritmik vasitələr Karvedilolla eyni zamanda istifadə edildikdə, AV-keçiriciliyin riski yüksəlir. Karvedilol və diltiazem preparatlarının eyni zamanda istifadəsi nəticəsində ayrı-ayrı keçiricilik pozğunluğu halları (nadir hallarda hemodinamikanın pozulması ilə) müşahidə olunmuşdur. Beta-blokator xüsusiyyətlərinə malik olan digər preparatlarda olduğu kimi, karvedilolu verapamil və ya diltiazem kimi kalsium kanallarının qeyri-dihidropiridin blokatorları, amiodaron və ya digər antiaritmik preparatlarla birlikdə istifadə etdikdə EKQ-ya və qan təzyiqinə nəzarət etmək tövsiyə olunur. Klonidin Klonidin preparatının və beta-blokator xüsusiyyətlərinə malik dərman vasitələrinin eyni zamanda istifadəsi qan təzyiqinə və ürək fəaliyyətinin sürətinə göstərilən tormozlayıcı təsiri gücləndirə bilər. Karvedilolu klonidinlə eyni zamanda istifadə etdikdə qan təzyiqinə nəzarət etmək lazımdır. Beta-blokator xüsusiyyətlərinə malik dərman vasitələri və klonidinlə eyni zamanda aparılan müalicəni dayandırmaq tələb olunduğu hallarda, əvvəl beta-blokatorun istifadəsini dayandırmaq lazımdır. Klonidinlə müalicəni bir neçə gündən sonra, dozanı tədricən aşağı salaraq, dayandırmaq olar. Antihipertenziv dərman vasitələri Beta-blokator təsirə malik digər preparatlar kimi, karvedilol da eyni zamanda istifadə olunan digər antihipertenziv preparatların (məsələn, alfa -reseptorların antaqonistləri) və ya əlavə təsirlərindən1 biri hipotenziya olan preparatların təsir gücünü artıra bilər. Qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP) Beta-blokatorların QSİƏP-lə eyni zamanda istifadəsi qan təzyiqini yüksəldə bilər və qan təzyiqinə nəzarəti zəiflədə bilər. Kortikosteroidlər Kortikosteroidlər karvedilolun hipotenziv təsirini zəiflədə bilərlər. Bronxların genişlənməsinə səbəb olan beta-aqonistlər Qeyri-kardioselektiv beta-blokatorlar beta-aqonistlərin bronxgenişləndirici təsirinə qarşı təsir edirlər. Bu zaman pasiyentlərə ciddi nəzarət etmək vacibdir. Erqotamin və ya erqometrin Karvedilolu erqotamin və erqometrinlə eyni zamanda istifadə etdikdə periferik qan damarlarının yığılması yüksəlir. Malyariya əleyhinə vasitələr Malyariya əleyhinə vasitələr bradikardiyanın inkişaf etmə riskini yüksəldir. Simpatomimetik vasitələr Karvedilol adrenalinin (epinefrinin) pressor effektini yüksəldə və ya aşağı sala bilər. Beta- adrenoblokatorların uzunmüddətli qəbulu desensibilizasiya müalicəsi zamanı adrenalinin (epinefrinin) effektini aşağı sala bilər. Xlorpromazin Beta-blokatorların və xlorpromazinin eyni zamanda istifadə edilməsi qanın plazmasında hər iki preparatın konsentrasiyasının yüksəlməsinə səbəb ola bilər. Anesteziya üçün vasitələr Anesteziya zamanı, karvedilolda və anesteziya törədən preparatlarda sinergetik mənfi inotrop və hipotenziv təsirlərin olmasını nəzərə alaraq, orqanizmin həyati vacib göstəricilərinə ciddi nəzarət etmək lzaımdır. AÇF inhibitorları, diuretik vasitələr və alprostadil Hipotenziv effektin ehtimal edilən yüksəlməsini nəzərə alaraq, qan təzyiqinə vaxtaşırı nəzarət etmək lazımdır. Karvedilol preparatı ilə müalicəyə başlamazdan əvvəl hər hansı preparatın qəbulu barədə həkimi məlumatlandırmaq lazımdır. Uyuşmazlığı İstifadə edilmir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Karvedilolun hamilə qadınlarda istifadəsinə dair klinik təcrübə yoxdur. Preparatın hamiləliyə, embrionun/dölün inkişafına, döğuşa və doğuşdan sonrakı inkişafa təsirinin qiymətləndirilməsi üçün heyvanlar üzərində aparılan tədqiqatlar kifayət etmir. İnsan üçün potensial riski məlum deyil. Karvedilol preparatının hamiləlik dövründə istifadəsi, yalnız müalicənin potensial faydası mümkün riskdən üstün olduğu hallarda mümkündür. Beta-adrenoblokatorlar plasentanın qanla təchizatını aşağı salırlar ki, bu da dölün bətndaxili tələf olmasına və vaxtından əvvəl döğuşun baş verməsinə səbəb ola bilər. Bundan başqa, döldə və yenidoğulmuş körpədə əlavə təsirlər meydana çıxa bilər (xüsusilə hipoqlikemiya və bradikardiya). Doğuşdan sonrakı dövrdə yenidogulmuşda ürək və ağciyər fəsadlarının riski yüksələ bilər. Heyvanlar üzərində aparılan təcrübələrdə karvedilolun teratogen təsiri təsdiqlənməyib. Laktasiya dövrü Heyvanlar üzərində aparılan tədqiqatlarda karvedilolun və onun metabolitlərinin ana südünə nüfuz etməsi sübüt olunmuşdur. İnsanlarda karvedilolun ana südünə nüfuz etməsi məlum olmadığı üçün, karvedilolun istifadəsi zamanı körpələrin ana südü ilə qidalandırılması tövsiyə edilmir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Karvedilolun nəqliyyat vasitələrini idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətinə təsirini öyrənən tədqiqatlar aparılmamışdır. Fərdi fərqləndirici reaksiyaların (məsələn, başgicəllənmə, yorğunluq) nəticəsində nəqliyyat vasitələrini idarə etmək, mexanizmlərlə işləmək və ya güclü dəstək olmayan şəraitdə işləmək qabiliyyəti pozula bilər. Bu xüsusilə terapiyanın əvvəlində, dozanın artırılması və ya preparatın əvəz edilməsi, eləcə də alkoqolla eyni vaxtda istifadəsi zamanı vacibdir.
İstifadə qaydası və dozası
Dozalar Arterial hipertenziya Arterial hipertenziya zamanı başlanğıc doza ilk 2 gün müddətində gündə 1 dəfə 12,5 mq, sonra doza gündə 1 dəfə 25 mq təşkil edir, doza 2 həftədən az olmayan intervalla, tədricən artırıla bilər. Maksimal sutkalıq doza 1 və ya 2 qəbula 50 mq təşkil edir. Yaşlı pasiyentlər Bəzi hallarda yaşlı pasiyentlərə təyin olunan 12,5 mq doza lazımi terapevtik effekti təmin edir. Cavab reaksiya zəif olduqda, dozanı tövsiyə edilən maksimal 50 mq dozaya qədər yüksəltmək olar, dozanı gündə 1-2 dəfə qəbul etmək lazımdır. Xroniki stabil stenokardiya İlk 2 gün müddətində, gündə 2 dəfə 12,5 mq, sonra gündə 2 dəfə 25 mq. Sonra, tələb olunduqda, iki həftədən az olmayan interval müddəti ilə dozanı tədricən yüksəltmək olar (maksimal olaraq gündə 2 dəfə 100 mq). Yaşlı pasiyentlər Tövsiyə edilən başlanğıc doza, ilk 2 gün müddətində gündə 2 dəfə 12,5 mq təşkil edir. Sonra müalicəni gündə 2 dəfə 25 mq-la davam etmək lazımdır. Bu doza tövsiyə edilən maksimal sutkalıq dozadır. Simptomatik xroniki ürək çatışmazlığı (XÜÇ) Müalicəyə yalnız stasionarda, pasiyentin vəziyyətini dəqiq qiymətləndirdikdən sonra, həkim nəzarəti altında başlamaq olar. Doza, pasiyentin ehtiyacından asılı olaraq fərdi seçilməlidir. Ürək çatışmazlığı şiddətləndikdə və ya dekompensə edilmiş qeyri-stabil ürək çatışmazlığı əlamətləri meydana çıxdıqda dozanı artırmaq olmaz. Üskükotu preparatları, diuretiklər və angiotenzin-çevirici fermentinin inhibitorları ilə seçilmiş müalicə fonunda, karvedilol ilə müalicəyə 2 həftə müddətində gündə 2 dəfə 3,125 mq dozadan başlamaq lazımdır, sonra (preparat yaxşı keçirildikdə) doza gündə 2 dəfə 12,5-25 mq çatdırılır (bədən çəkisi 85 kq-dan aşağı olduqda, maksimal doza gündə 2 dəfə 25 mq, bədən çəkisi 85 kq-dan yuxarı olduqda, maksimal doza gündə 2 dəfə 50 mq təşkil edir). Dozanın gündə 2 dəfə 50 mq qədər artırılması ehtiyatla, həkimin ciddi nəzarəti altında aparılmalıdır. Müalicə 2 həftədən artıq müddətə dayandırıldıqda, müalicənin bərpasını yenidən gündə 2 dəfə 3,125 mq-dan başlamaq və sonra dozanı tədricən artırmaq lazımdır. Qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlər Qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlərə preparatın dozasını aşağı salmaq lazımdır. Qaraciyər funksiyasının ağır pozuntuları olan pasiyentlərə Karvedilol preparatının istifadəsi əks göstərişdir. Böyrək funksiyasının pozğunluğu Böyrək funksiyasının pozuntuları olan pasiyentlərə preparatın dozasını dəyişmək lazım deyil (sistolik qan təzyiqi 100 mm c. s. yüksək olduqda). Uşaqlar və 18 yaşa qədər yeniyetmələr Bu yaş qrupunda karvedilolun effektivliyi və təhlükəsizliyi kifayət qədər öyrənilməmişdir. İstifadə qaydası Preparat böyüklərə, daxilə yemək zamanı, kifayət qədər su ilə birlikdə təyin olunur.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi, başgicəllənməsi, görmənin pozğunluğu və bradikardiya istisna olmaqla, dozadan asılı deyil. Əlavə təsirlərin başvermə tezliyi, MedDRA-nın orqan sistemləri qruplarına müvafiq olaraq, aşağıdakı kimi təsnif edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). İnfeksiyalar və invaziyalar: Tez-tez – bronxit, pnevmoniya, yuxarı tənəffüs yollarının infeksiyaları, sidik yollarının infeksiyaları. Qan və limfa sisteminin pozuntuları Tez-tez – anemiya. Nadir hallarda – trombositopeniya. Çox nadir hallarda – leykopeniya. İmmun sisteminin pozuntuları Çox nadir hallarda – yüksək həssaslıq (allergik reaksiya). Maddələr mübadiləsi və qidalanma pozuntuları Tez-tez – bədən çəkisinin artması, hiperxolesterinemiya, şəkərli diabeti olan pasiyentlərdə qanda qlükozanın miqdarının dəyişməsi (hiperqlikemiya, hipoqlikemiya). Psixikanın pozuntuları Tez-tez – depressiya, bədbinlik hissi. Bəzən – yuxu pozğunluğu. Sinir sisteminin pozuntuları Çox tez-tez – başgicəllənmə, başağrı. Tez-tez – bayılmadan əvvəlki vəziyyət, bayılma. Bəzən – paresteziya, şüurun itməsi. Görmə orqanının pozuntuları Tez-tez – görmə fəaliyyətinin pozulması, göz yaşı ifrazının azalması, gözlərin qıcıqlanması. Ürək pozuntuları Çox tez-tez – ürək çatışmazlığı. Tez-tez – bradikardiya, hipervolemiya, orqanizmdə mayenin həddən artıq toplanması, ödem. Bəzən – atrioventrikulyar blokada, stenokardiya. Qan-damar sisteminin pozuntuları Çox tez-tez – hipotenziya. Tez-tez – ortostatik hipotenziya, periferik qan dövranının pozulması (soyuq ətraflar, periferik qan damarlarının xəstəlikləri, fasiləli axsama simptomlarının şiddətlənməsi, Reyno sindromu), hipertenziya. Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarIn pozuntuları Tez-tez – tənəffüs çatışmazlığı; ağciyər ödemi, meylli olan pasiyentlərdə – bronxial astma. Nadir hallarda – burun tutulması, asqırma, qripəbənzər simptomlar. Mədə-bağırsaq traktının pozuntuları Tez-tez – ürəkbulanma, diareya, qusma, dispepsiya, qarın nahiyəsində ağrı. Bəzən – qəbizlik. Nadir hallarda – ağızda quruluq hissi. Qaraciyər və/və ya ödçıxarıcı sisteminin pozuntuları Çox nadir hallarda – alaninaminotransferaza (ALAT), aspartataminotransferaza (ASAT), qammaqlütamiltransferaza (QQT) fermentlərinin səviyyəsinin yüksəlməsi. Dəri və dərialtı toxumaların pozuntuları Bəzən – dəri reaksiyaları (məsələn, allergik ekzantema, dermatit, tər ifrazının yüksəlməsi, övrə, qaşınma, psoriaza və dəmrova bənzər dəri zədələnməsi), saçların tökülməsi. Psoriazın kəskinləşməsi baş verə bilər. Çox nadir hallarda – dəridə meydana çıxan ağır dərəcəli əlavə təsirlər (məsələn, multiformalı eritema, Stivens-Conson sindromu, toksik epidermal nekroliz). Skelet-əzələ sisteminin və birləşdirici toxumaların pozuntuları Tez-tez – ətraflarda ağrılar. Böyrəklər və sidik-ifrazat sisteminin pozuntuları Tez-tez – böyrək çatışmazlığı və diffuz damar xəstəliyi və/və ya böyrək çatışmazlığı olan pasiyentlərdə böyrək fəaliyyətinin pozulması, sidik ifrazının pozulması. Çox nadir hallarda – qanın analizində aşkarlanan, böyrək fəaliyyətinin pozulması, qadınlarda sidiyi saxlaya bilməmək. Cinsiyyət orqanları və süd vəzinin pozuntuları Bəzən – erektil funksiyanın pozulması. Ümumi və yeridilmə nahiyəsində pozğunluqlar Çox tez-tez – asteniya. Tez-tez – ağrılar, ödem. Tədqiqatlar Qaraciyərin funksional göstəricilərinin dəyişməsi, ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə qanda xolesterinin miqdarı bir qədər yüksələ bilər. Seçilmiş əlavə təsirlərin təsviri Müalicənin əvvəlində, adətən yüngül formada başgicəllənmə, şüurun itməsi, başağrı və asteniya meydana çıxa bilər. Durğunluq ürək çatışmazlığı olan pasiyentlərdə karvedilolun dozasını artırdıqda ürək çatışmazlığı pisləşə bilər və orqanizmdə mayenin ləngiməsi baş verə bilər. Həm plasebo, həm karvedilol qəbul edən pasiyentlərdə ürək çatışmazlığı barədə məlumatlar var (müvafiq olaraq 14,5% və 15,4% pasiyentlərdə, miokard infarktından sonra sol mədəciyin disfunksiyası). Karvedilolla müalicə müddətində, xroniki ürək çatışmazlığından və aşağı qan təzyiqindən, ürəyin işemik xəstəliyindən və diffuz damar xəstəliyindən və/və ya böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə, böyrəklərin fəaliyyətinin müvəqqəti, geridönən ağırlaşması müşahidə olunmuşdur. Beta-blokatorlar latent şəkərli diabeti aşkara çıxara, mövcud şəkərli diabeti kəskinləşdirə və qanda qlükozanın səviyyəsini tənzimləmə mexanizmini tormozlaya bilər. Dəridə baş verən ağır dərəcəli əlavə təsirlər (toksik epidermal nekroliz, Stivens-Conson sindromu). Karvedilolun istifadə müddətində qadınlarda sidiyi saxlaya bilməmək kimi, simptom meydana çıxa bilər. Preparatın istifadəsi dayandırıldıqdan sonra bu əlamət aradan qalxır. Preparatın qeydiyyatıdan sonrakı dövrdə müşahidə edilən əlavə təsirlər Aşağıda sadalanan əlavə təsirlər karvedilolun qeydiyyatdan sonrakı nəzarət müddətində meydana çıxıb. Bu əlavə təsirlər barədə məlumatlar sayı müəyyən edilməmiş populyasiyadan alındığına görə, həmin əlavə təsirlərin baş vermə tezliyini və/və ya dərman preparatı ilə səbəb-nəticə əlaqəsini hər zaman təsdiqləmək mümkün deyil. Böyrəklər və sidik-ifrazat sisteminin pozuntuları Qadınlarda sidiyi saxlaya bilməmək barədə ayrı-ayrı məlumatlar vardır. Bu hal, preparatın istifadəsi dayandırıldıqdan sonra aradan qalxır. Dəri və dərialtı toxumaların pozuntuları Saçların tökülməsi. Dəridə baş verən ağır dərəcəli əlavə təsirlər (toksik epidermal nekroliz, Stivens-Conson sindromu). Maddələr mübadiləsi və qidalanma pozuntuları Beta-blokatorlar latent şəkərli diabeti aşkara çıxarda bilər, mövcud olan şəkərli diabeti kəskinləşdirə bilər və qanda qlükozanın səviyyəsini tənzimləmə mexanizmini tormozlaya bilərlər.
Doza həddinin aşılması
Simptomları Doza həddinin aşılması zamanı ağır dərəcəli hipotenziya, bradikardiya, ürək çatışmazlığı, kardiogen şok və ürək fəaliyyətinin dayanması baş verə bilər. Həmçinin, tənəffüs pozuntuları, bronxospazm, qusma, şüurun pozulması və generalizəolunmuş qıcolmalar ehtimal edilir. Müalicəsi Mədənin yuyulması və qusmanın törədilməsi yalnız zəhərlənmənin ilk saatlarında effektiv ola bilər. İntensiv terapiya şəraitində, tələb olunduqda ümumi dəstəkləyici müalicəyə əlavə olaraq orqanizmin həyati vacib funksiyalarının göstəricilərinə nəzarət və korreksiya etmək lazımdır. Pasiyenti uzanıq vəziyyətə gətirmək lazımdır. Ağır dərəcəli bradikardiyanın aradan qaldırılması üçün venadaxili 0,5-2 mq atropin və/və ya 1-10 mq qlükaqon (tələb olunduqda, 2-5 mq/saat dozada aramla venadaxili infuziya şəklində yeridilməni davam etdirmək lazımdır) yeridilir. Mədəciklərin fəaliyyətinin dəstəklənməsi üçün venadaxili qlükaqon yeritmək və simpatomimetik vasitələrdən (dobutamin, izoprenalin) istifadə etmək lazımdır. Müsbət inotrop təsir tələb olunduqda fosfodiesteraza (FDE) fermentinin inhibitorlarının istifadə olunmasını qiymətləndirmək lazımdır. Zəhərlənmə mənzərəsində periferik vazodilatasiya üstünlük təşkil edərsə, qan dövranın vəziyyətinə fasiləsiz nəzarət edərək, norepinefrin və ya noradrenalin yeritmək lazımdır. Dərman preparatlarına qarşı rezistent bradikardiya müşahidə olunduqda, kardiostimulyatorla müalicəni istifadə etmək lazımdır. İfadəolunmuş hipotenziya zamanı venadaxili məhlullar yeritmək lazımdır. Qan təzyiqinə nəzarət edərək, venadaxili əlavə 5-10 mkq norepinefrin yeritmək olar və orqanizmin cavab reaksiyasından asılı olaraq bu dozanı təkrarlamaq və ya 5 mikroqram/dəqiqədə sürətlə venadaxili infuziya şəklində yeritmək olar. Bronxospazm zamanı salbutamol və ya aerozol şəklində digər beta -aqonistlərindən istifadə etmək2 olar və ya tələb olunduqda bu preparatları venadaxili yeritmək lazımdır və ya vena daxilinə yavaş inyeksiya və ya infuziya şəklində aminofillin yeritmək olar. Qıcolmalar zamanı venadaxili yavaş diazepam və ya klonazepam yeritmək tövsiyə olunur. Şok simptomları ilə meydana çıxan doza həddinin aşılmasının ağır hallarında, karvedilolun yarımxaricolma dövrünün uzanmasını və daha dərin qatlardan preparatın yenidən paylanmasını nəzərə alaraq, dəstəkləyici terapiyanı uzun müddət, pasiyentin vəziyyəti sabitləşənə qədər davam etmək lazımdır.
Buraxılış forması
14 tablet blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Utilizasiyası zamanı xüsusi tədbirlər Xüsusi göstəriş yoxdur.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti qeyd edilən ayın son gününə şamil edilir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “Qrindeks” SC. Krustpils k. 53, Riqa, LV-1057, Latviya. Tel.: +371 67083205. Faks: +371 67083505. Elektron ünvan: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.