EPLERAMED 25MG N20 TAB

Dərman formasıTablet
Farmakoloji təsirDiuretiklər. Kaliumqoruyucu diuretiklər. Aldosteronun antaqonistləri
İstehsal ölkəsiPolşa

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

37,56 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

EPLERAMED 25 mq, 50 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Eplerenone

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq və ya 50 mq eplerenon vardır. Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza, natrium kroskarmelloza, hipromelloza, natrium laurilsulfat, talk, maqnezium stearat. Örtük: hipromelloza, titan dioksid (E171), makroqol 400, polisorbat 80 (E433), sarı dəmir oksidi (E172), qırmızı dəmir oksidi (E172) rəngləyiciləri.

Təsviri

Epleramed 25 mq: girdə, hər iki tərəfi qabarıq, bir tərəfində “25” nişanlı, sarı rəngli, örtüklü tabletlərdir. Epleramed 50 mq: girdə, hər iki tərəfi qabarıq, bir tərəfində “50” nişanlı, sarı rəngli, örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Diuretiklər. Kaliumqoruyucu diuretiklər. Aldosteronun antaqonistləri. ATC kodu: C03DA04.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Təsir mexanizmi Eplerenon insanlarda qlükokortikoid, progesteron və androgen reseptorlarından fərqli olaraq, mineralokortikoid reseptorlara qarşı yüksək selektivliyə malikdir və mineralokortikoid reseptorların, arterial təzyiqin (AT) tənzimlənməsində və ürək-damar xəstəliklərinin patogenezində iştirak edən renin-angiotenzin-aldosteron sistemin (RAAS) əsas hormonu olan aldosteronla birləşməsinin qarşısını alır. Farmakodinamik effektləri Eplerenon qan plazmasında reninin və qan zərdabında aldosteronun konsentrasiyalarının davamlı yüksəlməsinə səbəb olur. Gələcəkdə reninin sekresiyası, əks əlaqə mexanizminə əsasən tormozlanır. Bu zaman reninin aktivliyinin yüksəlməsi və ya dövr edən aldosteronun konsentrasiyasının artması, eplerenonun effektlərinə təsir göstərmir. Eplerenonun klinik tədqiqatlarının nəticələri Eplerenonun effektivliyi kəskin miokard infarktından (Mİ), sol mədəcik disfunksiyasından (SM) (atım fraksiyası (AF) < 40 %) əziyyət çəkən və ürək çatışmazlığının klinik əlamətləri (Killipə görə II-III-cü sinif) müşahidə olunan 6632 pasiyentin iştirakı ilə ikiqat kor plasebo nəzarətli EPHESUS (Eplerenone Postacute myocardial infarction Heart failure Efficacy and Survival Study) tədqiqatında öyrənilmişdir. Kəskin Mİ-dən sonra pasiyentlərə, standart müalicəyə əlavə olaraq, 3-14 gün (orta hesabla 7 gün) müddətində eplerenon və ya plasebo təyin olunmuşdur. Müalicəni sutkada 1 dəfə 25 mq dozadan başlamışdılar və qan zərdabında kaliumun konsentrasiyası 5 mmol/l-dən aşağı qaldığı halda, 4-cü həftənin sonuna qədər sutkada 1 dəfə 50 mq dozaya qədər artırmışdılar. Tədqiqat aparılan müddət ərzində pasiyentlər asetilsalisil turşusunun (92 %), AÇF inhibitorlarının (90 %), β-adrenoblokatorların (83 %), nitratların (72 %), ilgək diuretiklərinin (66 %) və ya HMQ-KoA-reduktaza fermenti inhibitorlarının (60 %) istifadəsi ilə standart müalicə qəbul etmişdirlər. Tədqiqatda başlanğıc son nöqtə ümumi ölüm faizi, kombinəolunmuş son nöqtə isə ölüm faizi və ya ürək-damar xəstəliklərinin meydana çıxması nəticəsində hospitallaşdırılma olmuşdur. Plasebo ilə müqayisədə, eplerenon ilə aparılan müalicə nəticəsində ümumi ölüm faizi riski, əsasən ürək-damar xəstəlikləri nəticəsində ölüm faizinin aşağı düşməsi hesabına, 15 % aşağı düşmüşdür (nisbi risk 0,85; 95 % Eİ: 0,75-0,96; p=0,008). Eplerenondan istifadə etdikdə, letal nəticə və ya ürək-damar xəstəliklərinin meydana çıxması nəticəsində hospitallaşdırılma riski 13 % aşağı düşmüşdür (nisbi risk 0,87; 95 % Eİ: 0,79-0,95; p=0,002). 2 son nöqtə üçün – ümumi ölüm faizi və ölüm faizi/ürək-damar xəstəliklərinin meydana çıxması nəticəsində hospitallaşdırılma – mütləq riskin aşağı düşməsi, müvafiq olaraq, 2,3 % və 3,3 % təşkil etmişdir. EMPHASIS-HF (Eplerenone in Mild Patients Hospitalization And Survival Study in Heart Failure) klinik tədqiqatında, NYHA təsnifatına görə II-ci funksional sinif (FK) XÜÇ-dən (xroniki ürək çatışmazlığı) əziyyət çəkən və şiddətli sistolik disfunksiyalı (tədqiqatda SM atım fraksiyasının (AF) orta göstəricisi 26,1 % təşkil etmişdir) 2737 pasiyent iştirak etmişdir. Orta müşahidə dövrü 21 ay olmuşdur. Eplerenon ilə aktiv müalicə aparılan qrupda, daxil edilməzdən əvvəl pasiyentlər AÇF inhibitorları və ya angiotenzin II reseptorlarının blokatorları (94 %), β- adrenoblokatorlar (86,6 %) ilə müalicə qəbul etmişdirlər. Birincili son nöqtə: ürək-damar xəstəlikləri nəticəsində ölüm və ya ürək çatışmazlığı nəticəsində hospitallaşdırılma. EMPHASIS- HF klinik tədqiqatı onu nümayiş etdirmişdir ki, NYHA təsnifatına əsasən II-ci FS XÜÇ-dən əziyyət çəkən pasiyentlərdə, eplerenonun orta dozada (39,1±13,8) mq/sutkada (25 mq-50 mq) istifadəsi, ürək-damar xəstəlikləri ilə əlaqəli ölüm faizini 37 % aşağı salır (p < 0,001). Preparatın klinik effektivliyi əsasən, eplerenonu yaşı 75-ə qədər olan pasiyentlərdə istifadə etdikdə, nümayiş etdirilmişdir. Yaşı 75-dən yuxarı olan pasiyentlərdə müalicənin effektivliyi öyrənilməyib. Eplerenon qrupunda xroniki ürək çatışmazlığının (XÜÇ) funksional sinifinin aşağı düşməsi və ya stabilləşməsi, plasebo qrupuna nisbətən əhəmiyyətli dərəcədə çox qeyd olunmuşdur. Eplerenon və plasebo qruplarında hiperkaliemiyanın baş vermə tezliyi müvafiq olaraq, 3,4 % və 2,0 % (p < 0,001), hipokaliemiyanın tezliyi isə müvafiq olaraq, 0,5 % və 1,5 % (p < 0,001) təşkil etmişdir. Elektrokardioqrafiya 147 sağlam könüllünün iştirakı ilə EKQ dinamikanın öyrənilməsi istiqamətində aparılan tədqiqatlarda, eplerenonun ürək yığılmalarının tezliyinə (ÜYT), QRS, RP və ya QT intervallarının uzunluğuna əhəmiyyətli təsiri aşkar edilməmişdir. Farmakokinetikası Sorulması və paylanması Eplerenonu tablet şəklində 100 mq dozada daxilə qəbul etdikdən sonra, eplerenonun mütləq biomənimsənilməsi 69 % təşkil edir. T təxminən 2 saat təşkil edir. 10-dan 100 mq-a qədərmax diapazonda C və AUC göstəriciləri dozadan xətti və 100 mq-dan yüksək dozalarda qeyri xəttimax asılıdırlar. Tarazlıq vəziyyəti 2 gün müddətində əldə olunur. Qida qəbulu preparatın absorbsiyasına təsir göstərmir. Eplerenonun təxminən 50 %-i qan plazmasının zülalları ilə, əsasən, qlikoproteinlərin α -turşu1 qrupu ilə birləşir. Hesablanmiş V (50 ± 7) l təşkil edir. Eplerenon eritrositlərlə birləşmir.ss Metabolzimi və xaricolması Eplerenonun metabolizmi əsasən, CYP3A4 izofermenti vasitəsi ilə həyata keçirilir. Qan plazmasında eplerenonun aktiv metabolitləri identifikasiya edilməmişdir. Dəyişilməmiş şəkildə böyrəklər və bağırsaq vasitəsi ilə eplerenon dozasının 5 %-dən azı xaric olunur. Nişanlanmış eplerenonun daxilə birdəfəlik qəbulundan sonra, dozanın təxminən 32 %-i bağırsaqlar və təxminən 67 %-i böyrəklər vasitəsi ilə xaric olunmuşdur. eplerenonun T -i1/2 təxminən 3-5 saat, qan plazmasından klirensi təxminən 10 l/saat təşkil edir. Xüsusi qruplar Pasiyentin yaşı, cinsi və irqi. Sutkada 1 dəfə 100 mq dozada eplerenonun farmakokinetikası yaşlı pasiyentlərdə (65 yaşdan yuxarı), kişilərdə və qadınlarda öyrənilmişdir. Kişilərdə və qadınlarda eplerenonun farmakokinetikası əhəmiyyətli dərəcədə fərqlənməmişdir. Tarazlıq vəziyyətində cavan pasiyentlərə (18-45 yaş) nisbətən, yaşlı pasiyentlərdə C və AUC göstəriciləri, müvafiqmax olaraq, 22 % və 45 % yüksək olmuşdur. Böyrək çatışmazlığı. Eplerenonun farmakokinetikası, müxtəlif dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə və hemodializ proseduraları qəbul edən pasiyentlərdə öyrənilmişdir. Nəzarət qrupu pasiyentləri ilə müqayisədə, ağır dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə tarazlıq vəziyyətində AUC və C göstəricilərinin müvafiq olaraq, 38 % və 24 %max artması, hemodializ proseduraları qəbul edən pasiyentlərdə isə bu göstəricilərin 26 % və 3 % aşağı düşməsi aşkar olunmuşdur. Qan plazmasından eplerenonun klirensi və kreatinin klirensi arasında korrelyasiya aşkar edilməmişdir. Hemodializ zamanı eplerenon xaric olunmur. Qaraciyər çatışmazlığı. Qaraciyər funksiyalarının orta dərəcəli pozğunluğundan əziyyət çəkən pasiyentlərdə (Çayld-Pyu təsnifatına əsasən 7-9 bal) və sağlam könüllülərdə 400 mq dozada eplerenonun farmakokinetikasını müqayisə etmişdirlər. Tarazlıq vəziyyətində eplerenonun Cmax və AUC göstəriciləri, müvafiq olaraq, 3,6 % və 42 % artmışdır. Ağır dərəcəli qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə eplerenon öyrənilməmişdir, bu səbəbdən, göstərilən qrup pasiyentlərdə preparatı istifadə etmək olmaz. Ürək çatışmazlığı. Eplerenonun 50 mq dozada farmakokinetikası, ürək çatışmazlığından əziyyət (II-IV-cü FS) çəkən pasiyentlərdə öyrənilmişdir. Yaşa, bədən kütləsinə və cinsə görə seçilmiş sağlam könüllülərə nisbətən, ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə tarazlıq vəziyyətində AUC və C göstəriciləri müvafiq olaraq, 38 % və 30 % yüksək olmuşdur. Ürəkmax çatışmazlığından əziyyət çəkən pasiyentlərdə və sağlam yaşlı şəxslərdə eplerenonun klirensi oxşar olmuşdur.

İstifadəsinə göstərişlər

Sol mədəciyin disfunksiyası ilə stabil klinik vəziyyətdə olan (LVEF [sol mədəciyin atım fraksiyası] ≤40%) və yaxınlarda keçirilmiş miokard infarktından sonra ürək çatışmazlığının klinik təzahürləri olan pasiyentlərdə ölüm riskini və ürək-damar xəstəlikləri riskini azaltmaq məqsədi ilə beta-adrenoblokatorların tətbiqi ilə aparılan standart müalicəyə əlavə kimi; xroniki ürək çatışmazlığı (NYHA təsnifatına görə II funksional sinif (FS)) və ürəyin sol mədəciyinin disfunksiyası (LVEF ≤30%) olan böyük xəstələrdə ölüm riskini və ürək-damar xəstəlikləri riskini azaltmaq məqsədi ilə standart müalicənin komponenti kimi.

Əks göstərişlər

– Eplerenona və ya preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq; – klinik əhəmiyyət kəsb edən hiperkaliemiya; – müalicənin əvvəlində qan zərdabında kaliumun miqdarının > 5 mmol/l olması; – ağır dərəcəli böyrək çatışmazlığı (kreatinin klirensi < 30 ml/dəq); – ağır dərəcəli qaraciyər çatışmazlığı (Çayld-Pyu təsnifatına görə 9 baldan yuxarı); – laktozaya qarşı dözümsüzlik, laktaza catışmazlığı və qlükoza-qalaktoza malabsorbsiyası sindromu kimi nadir irsi xəstəliklər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax); – eyni zamanda kaliumqoruyucu diuretiklərin, kalium preparatlarının və ya CYP3A4 izofermentin güclü inhibitorlarının, məsələn, itrakonazolun, ketokonazolun, ritonavirin, nelfinavirin, klaritromisinin, telitromisinin və nefazodonun istifadə olunması (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax); – angiotenzivçevirici fermentin inhibitorlarının və ya angiotenzin II reseptorunun antaqonistinin eyni zamanda istifadəsi; – qan plazmasında kreatininin konsentrasiyasının kişilərdə > 2 mq/dl (> 177 mmol/l) və ya qadınlarda > 1,8 mq/dl (> 159 mmol/l); – 18 yaşa qədər uşaqlarda preparatın istifadə təcrübəsi yoxdur, bu səbəbdən, göstərilən yaş qrupu pasiyentləri üçün bu preparatın təyin olunması tövsiyə olunmur; – qan plazmasında kaliumun səviyyəsi > 5,0 mmol/L, qan plazmasında kreatininin konsentrasiyası > 132 μmol/L (kişilər üçün) və > 115 μmol/L (qadınlar üçün) və/və ya hesablanmış yumaqcıq filtrasiyası sürəti eGFR (estimated Glomerular Filtration Rate) < 50 mL/min/1,73m olan arterial hipertenziyadan əziyyət çəkən pasiyentlər; – eyni zamanda mikroalbuminuriya ilə müşayiət olunan II-ci tip şəkərli diabetli arterial hipertenziyadan əziyyət çəkən pasiyentlər.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıdakı hallarda preparatı ehtiyatla istifadə etmək lazımdır II-ci tip şəkərli diabet və mikroalbuminuriya (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax); yaşlı pasiyentlər; böyrək funksiyalarının pozulması (kreatinin Klirensi 50 ml/dəqiqədən aşağı); CYP3A4 izofermentin güclü induktorlarının, tərkibində litium olan preparatların, siklosporinin və ya takrolimusun, diqoksinin və varfarinin maksimal terapevtikə yaxın dozalarda eyni zamanda istifadəsi (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmlərinə bax). Eplerenon ilə birlikdə AÇF inhibitoru və ARA II üçlü kombinasiyanı istifadə etmək olmaz. Hiperkaliemiya Eplerenonla müalicə aparıldıqda, preparatın təsir mexanizminə əsaslanan hiperkaliemiya inkişaf edə bilər. Müalicənin əvvəlində və dozanı dəyişdirdikdə, bütün pasiyentlərdə qan zərdabında kaliumun konsentrasiyasına nəzarət etmək lazımdır. Gələcəkdə, hiperkaliemiyanın inkişaf etmə riski yüksək olan pasiyentlərdə, məsələn, böyrək çatışmazlığından (“İstifadə qaydası və dozası” bölməsinə bax) və şəkərli diabetdən əziyyət çəkən yaşlı pasiyentlərdə, kaliumun konsentrasiyasının vaxtaşırı nəzarətinin aparılması tövsiyə olunur. Hiperkaliemiyanın inkişaf etməsinin yüksək riskini nəzərə alaraq, eplerenon müalicəsini başladıqdan sonra, kalium preparatlarının təyin olunması tövsiyə olunmur. Eplerenonun dozasının aşağı salınması qan zərdabında kaliumun konsentrasiyasının aşağı düşməsinə gətirib çıxarır. Bir tədqiqatda eplerenona hidroxlortiazidin əlavə olunması, qan zərdabında kaliumun konsentrasiyasının yüksəlməsinin qarşısını almışdır. Böyrək funksiyalarının pozulması Böyrək funksiyalarının pozulmasından, o cümlədən, diabetik mikroalbuminuriyadan əziyyət çəkən pasiyentlərdə qan zərdabında kaliumun konsentrasiyasına müntəzəm nəzarət etmək tövsiyə olunur. Böyrək funksiyaları aşağı düşdükdə, hiperkaliemiyanın inkişaf etmə riski yüksəlir. Tədqiqatda, 2-ci tip şəkərli diabetdən və mikroalbuminuriyadan əziyyət çəkən pasiyentlərin sayının məhdud olmasına baxmayaraq, bu kiçik seçimdə hiperkaliemiyanın tezliyinin artması qeyd olunmuşdur. Bununla əlaqəli, belə pasiyentlərin müalicəsini ehtiyatla aparmaq lazımdır. Hemodializ zamanı eplerenon xaric olunmur və ağır dərəcəli böyrək çatışmazlığı zamanı onun istifadəsi əks göstərişdir (“Əks göstərişlər” bölməsinə bax). Qaraciyər funksiyalarının pozulması Yüngül və ya orta dərəcəli qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə (Çayld-Pyu təsnifatına əsasən 5-6 və 7-9 bal) qan zərdabında kaliumun konsentrasiyasının 5,5 mmol/l-dən yüksək səviyyəsi aşkar edilməmişdir. Belə pasiyentlərdə elektrolit konsentrasiyasına nəzarət etmək lazımdır. Qaraciyər funksiyalarının ağır dərəcəli pozğunluğundan əziyyət çəkən pasiyentlərdə eplerenonun istifadəsi öyrənilməyib, bu səbəbdən, onun istifadəsi əks göstərişdir (“Əks göstərişlər” bölməsinə bax). CYP3A4 izofermentin induktorları Eplerenonun CYP3A4 izofermentin güclü induktorları ilə eyni zamanda istifadəsi tövsiyə olunmur (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Siklosporin, takrolimus, litium, tərkibində yod olan preparatlar Eplerenon ilə aparılan müalicə müddətində göstərilən preparatların istifadəsindən çəkinmək lazımdır (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Laktoza Tabletlərin tərkibində laktoza vardır, bu səbəbdən, preparatı laktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı (Lapp laktaza çatışmazlığı) və qlükoza-qalaktoza malabsorbsiyası sindromu kimi, nadir irsi xəstəlikləri olan pasiyentlərdə istifadə etmək olmaz.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Farmakodinamik qarşılıqlı təsirləri Kaliumqoruyucu diuretiklər və kalium preparatları Hiperkaliemiyanın inkişaf etməsinin yüksək riskini nəzərə alaraq, eplerenonu kaliumqoruyucu diuretiklərdən və tərkibində kalium olan preparatlardan istifadə edən pasiyentlərə təyin etmək olmaz (“Əks göstərişlər” bölməsinə bax). Kaliumqoruyucu diuretiklər antihipertenziv preparatların və digər diuretiklərin effektlərini gücləndirə bilərlər. Tərkibində litium olan preparatlar Eplerenonun litium preparatları ilə qarşılıqlı təsiri öyrənilməmişdir. Lakin, litium preparatlarını digər diuretiklərlə və AÇF inhibitorları ilə birlikdə qəbul edən pasiyentlərdə, litiumun konsentrasiyasının yüksəlməsi və litium intoksikasiyası halları təsvir edilmişdir. Göstərilən kombinasiyanın istifadəsi tələb olunduqda, qan plazmasında litiumun konsentrasiyasına nəzarət etmək məqsədəuyğundur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Siklosporin, takrolimus Bu preparatlar böyrək funksiyalarının pozulmasına səbəb ola bilər və hiperkaliemiyanın inkişaf etmə riskini yüksəldə bilərlər. Eplerenonun siklosporinlə və ya takrolimusla eyni zamanda istifadəsindən çəkinmək lazımdır. Eplerenonla aparılan müalicə müddətində siklosporinin və ya takrolimusun istifadəsi tələb olunduqda, qan plazmasında kaliumun konsentrasiyasına və böyrək funksiyalarına diqqətlə nəzarət etmək tövsiyə olunur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). QSİƏP (qeyri-steroid iltihabəleyhinə preparatlar) QSİƏP ilə aparılan müalicə, yumaqcıq filtrasiyasının bilavasitə tormozlanması hesabına, xüsusilə risk qrupu pasiyentlərində (yaşlı pasiyentlər və/və ya dehidratasiyalı pasiyentlər) kəskin böyrək çatışmazlığına gətirib çıxara bilər. Bu preparatları birlikdə istifadə etdikdə, müalicədən əvvəl və müalicə müddətində müvafiq su rejimini təmin etmək və böyrək funksiyalarına nəzarət etmək vacibdir. Trimetoprim Trimetoprimin eplerenon ilə eyni zamanda istifadəsi, hiperkaliemiyanın inkişaf etmə riskini yüksəldir. Qan zərdabında kaliumun konsentrasiyasına və böyrək funksiyalarına nəzarət etmək tövsiyə olunur, xüsusilə böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə və yaşlı xəstələrdə. AÇF inhibitorları (AÇFi) və angiotenzin II reseptorlarının antaqonistləri Eplerenonu AÇF inhibitorları və ya angiotenzin II reseptorlarının antaqonistləri ilə istifadə etdikdə, qan zərdabında kaliumun konsentrasiyasına diqqətlə nəzarət etmək lazımdır. Göstərilən kombinasiya, xüsusilə böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərdə, o cümlədən yaşlı pasiyentlərdə hiperkaliemiyanın inkişaf etmə riskinin yüksəlməsinə gətirib çıxara bilər. Eplerenon ilə AÇFi və ARA II üçlü kombinasiyanı istifadə etmək olmaz. α -adrenoblokatorlar (prazozin, alfuzozin)1 α -adrenoblokatorları eplerenon ilə eyni zamanda istifadə etdikdə, hipotenziv təsirin güclənməsi1 və/və ya ortostatik hipotenziya riskinin yüksəlməsi baş verə bilər; bununla əlaqəli bədən vəziyyətini dəyişdirdikdə, AT-ə nəzarət etmək tövsiyə olunur. Trisiklik antidepressantlar, neyroleptiklər, amifostin, baklofen Bu preparatları eplerenon ilə eyni zamanda istifadə etdikdə, antihipertenziv effekt güclənə bilər və ya ortostatik hipotenziyanın inkişaf etmə riski yüksələ bilər. QKS (qlükokortikosteroidlər), tetrakozaktid Bu preparatların eplerenon ilə eyni zamanda istifadəsi, antihipertenziv effektin zəifləməsinə (natriumun və mayenin orqanizmdə ləngiməsi) gətirib çıxara bilər. Farmakokinetik qarşılıqlı təsirləri İn vitro şəraitdə aparılan tədqiqatlar onu göstərir ki, eplerenon CYP1A2, CYP2C19, CYP2C9, CYP2D6 və CYP3A4 izofermentləri inhibə etmir. Eplerenon P-gp-in (qlikoprotein P) substratı və ya inhibitoru deyil. Diqoksin Eplerenon ilə eyni zamanda istifadə edildikdə, diqoksinin AUC göstəricisi 16 % artmışdır (90 % Eİ: 4 %-30 %). Diqoksini maksimal terapevtik dozaya yaxın dozalarda istifadə etdikdə, ehtiyatlı olmaq lazımdır. Varfarin Varfarin ilə klinik əhəmiyyətli farmakokinetik qarşılıqlı təsiri aşkar edilməmişdir. Varfarini maksimal terapevtik dozaya yaxın dozalarda istifadə etdikdə, ehtiyatlı olmaq lazımdır. Antasidlər Farmakokinetik klinik tədqiqata əsaslanaraq demək olar ki, eyni zamanda istifadə edildikdə, antasidlərin eplerenon ilə əhəmiyyətli qarşılıqlı təsiri ehtimal edilmir. CYP3A4 izofermentin substratları. Xüsusi tədqiqatlarda eplerenonun CYP3A4 izofermentin substratları, məsələn midazolam və sizaprid ilə farmakokinetik qarşılıqlı təsirin əlamətləri aşkar edilməmişdir. CYP3A4 izofermentin inhibitorları CYP3A4 izofermentin güclü inhibitorları Eplerenonu CYP3A4 izofermenti inhibə edən preparatlarla istifadə etdikdə, əhəmiyyətli farmakokinetik qarşılıqlı təsir ehtimal edilir. CYP3A4 izofermentin güclü inhibitoru (sutkada 2 dəfə 200 mq dozada ketokonazol) eplerenonun AUC göstəricisinin 441 % artmasına səbəb olmuşdur. Eplerenonun ketokonazol, itrakonazol, ritonavir, nelfinavir, klaritromisin, telitromisin və nefazodon kimi, CYP3A4 izofermentin güclü inhibitorları ilə eyni zamanda istifadəsi əks göstərişdir (“Əks göstərişlər” bölməsinə bax). CYP3A4 izofermentin zəif və mülayim inhibitorları Eritromisin, sakvinavir, amiodaron, diltiazem, verapamil və flukonazol ilə eyni zamanda istifadəsi, əhəmiyyətli farmakokinetik qarşılıqlı təsirlərlə müşayiət olunmuşdur (AUC göstəricisinin artması 98 %-dən 187 %-ə qədər dəyişmişdir). Bu preparatları eplerenon ilə eyni zamanda istifadə etdikdə, sonuncunun dozası 25 mq-dan artıq olmamalıdır (“İstifadə qaydası və dozası” bölməsinə bax). CYP3A4 izofermentin induktorları Tərkibində dəlikli dazıotu (St John’s Wort, CYP3A4 izofermentin güclü induktoru) olan preparatların, eplerenon ilə eyni zamanda istifadəsi, sonuncunun AUC göstəricisinin 30 % aşağı düşməsinə səbəb olmuşdur. Rifampisin kimi, CYP3A4 izofermentin daha güclü induktorlarından istifadə etdikdə, eplerenonun AUC göstəricisinin daha şiddətli aşağı düşməsi mümkündür. Eplerenonun effektivliyinin aşağı düşmə ehtimalını nəzərə alaraq, CYP3A4 izofermentin güclü induktorlarının (rifampisin, karbamazepin, fenitoin, fenobarbital, tərkibində dəlikli dazıotu olan preparatlar) eyni zamanda istifadəsi tövsiyə olunmur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınlarda preparatın istifadəsi barədə heç bir məlumat yoxdur. Preparatı yalnız ana üçün gözlənilən faydası döl/uşaq üçün ehtimal edilən riskdən əhəmiyyətli dərəcədə yüksək olduğu hallarda, ehtiyatla təyin etmək olar. Daxilə qəbul edildikdən sonra, eplerenonun ana südü ilə xaricolması barədə heç bir məlumat yoxdur. Ana südü ilə qidalanan yenidoğulmuşlarda eplerenonun ehtimal edilən arzuolunmayan effektləri məlum deyil, bu səbəbdən, ana üçün əhəmiyyət dərəcəsindən asılı olaraq, ana südü ilə qidalanmanı dayandırmaq və ya preparatın istifadəsini dayandırmaq məqsədəuyğundur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə Epleramed preparatının effektləri öyrənilməmişdir. 25 və 50 mq tövsiyə olunan dozalarda eplerenon, başgicəllənməyə və/və ya bayğınlıq vəziyyətinə gətirib çıxarmır, yuxuya meyllik və/və ya koqnitiv funksiyanın pozulmasına səbəb olmur. Lakin, başgicəllənmənin və ya bayğınlıq vəziyyətinin baş verməsinin potensial ehtimalını nəzərə alaraq, preparatın qəbulu fonunda, nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri ehtiyatla idarə etmək lazımdır.

İstifadə qaydası və dozası

Daxilə. Qida qəbulu Epleramed preparatının sorulmasına təsir göstərmir. Dozanın fərdi seçilməsi üçün 25 mq və 50 mq dozalanmalardan istifadə etmək mümkündür. Keçirilmiş miokard infarktından sonra ürək çatışmazlığı olan pasiyentlər Epleramed preparatı ilə müalicəni adətən, kəskin miokard infarktından sonra, 3-14 gün müddətində, sutkada 1 dəfə 25 mq dozadan başlamaq və 4 həftədən sonra, qan zərdabında kaliumun konsentrasiyasını nəzərə almaqla, dozanı sutkada bir dəfə 50 mq-a qədər artırmaq lazımdır (cədvəl 1-ə bax). Preparatın tövsiyə olunan dəstəkləyici dozası sutkada 1 dəfə 50 mq təşkil edir. Xroniki ürək çatışmazlığı, II-ci funksional sinifdən başlayaraq Müalicəni həmçinin, sutkada 1 dəfə 25 mq dozadan başlamaq və 4 həftədən sonra, qan zərdabında kaliumun konsentrasiyasını nəzərə almaqla, dozanı sutkada 1 dəfə 50 mq-a qədər artırmaq lazımdır (cədvəl 1-ə bax). Maksimal sutkalıq doza 50 mq təşkil edir. Qan zərdabında kaliumun konsentrasiyasının 5 mmol/l-dən yuxarı olan pasiyentlərdə eplerenonla müalicəyə başlamaq olmaz. Qan zərdabında kaliumun konsentrasiyası < 5 mmol/l təşkil etdikdə, preparatla aparılan müalicəni günaşırı 25 mq dozada yenidən başlamaq olar. Cədvəl 1. Müalicə başladıqdan sonra dozanın seçilməsi Qan zərdabında Təsiri Dozanın dəyişdirilməsi kaliumun konsentrasiyası (mmol/l) Dozanın artırılması Günaşırı 25 mq-dan sutkada 25 mq-a qədər < 5,0 Sutkada bir dəfə 25 mq-dan sutkada 50 mq-a qədər 5,0 – 5,4 Dəstəkləyici doza Əvvəlki doza saxlanılır 5,5 – 5,9 Dozanın aşağı Sutkada bir dəfə 50 mq-dan sutkada 25 mq-a salınması qədər Sutkada bir dəfə 25 mq-dan günaşırı 25 mq-a qədər Günaşırı 25 mq-dan – preparatın istifadəsinin müvəqqəti dayandırılması ≥ 6,0 Preparatın İstifadə etmək olmaz istifadəsinin dayandırılması Qan zərdabında kaliumun konsentrasiyasının ≥ 6,0 mmol/l-dən yüksək olması ilə əlaqədar olaraq eplerenonun ləğv edilməsindən sonra eplerenonun günaşırı 25 mq dozada istifadəsi yalnız kaliumun konsentrasiyası 5,0 mmol/l-dən aşağı düşdükdən sonra bərpa edilə bilər. Ümumi tövsiyələr Epleramed preparatını təyin etməzdən əvvəl, müalicənin 1-ci həftəsi müddətində və müalicəyə başladıqdan 1 ay sonra və ya preparatın dozasını dəyişdikdə, qan zərdabında kaliumun konsentrasiyasını müəyyən etmək lazımdır. Gələcəkdə həmçinin, qan zərdabında kaliumun konsentrasiyasına vaxtaşırı nəzarət etmək lazımdır. Yaşlı pasiyentlər. Yaşlı pasiyentlərdə başlanğıc dozanın korreksiyası tələb olunmur. Yaşlı pasiyentlərdə, böyrək funksiyalarının yaşla əlaqəli aşağı düşməsini nəzərə alaraq, hiperkaliemiyanın inkişaf etmə riski yüksəlir; xüsusilə, qan zərdabında eplerenon konsentrasiyasının yüksəlməsinə səbəb olan xəstəliklər, o cümlədən yüngüldən orta dərəcəliyə qədər qaraciyər funksiyalarının pozulması mövcud olduqda. Qan zərdabında kaliumun konsentrasiyasını vaxtaşırı müəyyən etmək tövsiyə olunur (cədvəl 1-ə və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Böyrək funksiyalarının pozulması. Böyrək funksiyalarının yüngül pozulmasından əziyyət çəkən pasiyentlərdə başlanğıc dozanın korreksiyası tələb olunmur. Böyrək funksiyaları pisləşdikdə, hiperkaliemiya dərəcəsi yüksəlir. Qan zərdabında kaliumun miqdarını vaxtaşırı müəyyən etmək tövsiyə olunur (cədvəl 1-ə və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Epleramed preparatı hemodializ zamanı xaric olunmur. NYHA təsnifatına əsasən II-ci FS XÜÇ-dən əziyyət çəkən və böyrək funksiyalarının orta dərəcəli pozulması (kreatinin CL 30-60 ml/dəqiqədə) olan pasiyentlərdə müalicəni günaşırı 25 mq dozadan başlamaq və daha sonra, qan zərdabında kaliumun konsentrasiyasından asılı olaraq, dozanı korreksiya etmək lazımdlır (cədvəl 1-ə bax). Ağır dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə (kreatinin CL < 30 ml/dəqiqədə) preparatın istifadəsi əks göstərişdir (“Əks göstərişlər” bölməsinə bax). Keçirilmiş miokard infarktından sonra və kreatinin klirensinin göstəricisi < 50 ml/dəqiqədə olduqda, ® ® Epleramed preparatının istifadə təcrübəsi yoxdur. Belə pasiyentlərdə Epleramed preparatını ehtiyatla istifadə etmək lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Kreatinin klirensi < 50 ml/dəqiqədə olan pasiyentlərdə Epleramed preparatının sutkada 1 dəfə 25 mq-dan artıq dozada istifadəsi tədqiq olunmamışdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Qaraciyər funksiyalarının pozulması. Yüngüldən orta dərəcəliyə qədər qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərdə başlanğıc dozanın korreksiyası tələb olunmur. Belə pasiyentlərdə eplerenon konsentrasiyasının yüksəlməsini nəzərə alaraq, xüsusilə yaşlı pasiyentlərdə qan zərdabında kaliumun konsentrasiyasına müntəzəm nəzarət etmək tövsiyə olunur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Qaraciyər funksiyalarının ağır dərəcəli pozğunluğundan əziyyət çəkən pasiyentlərdə Epleramed preparatının istifadəsi əks göstərişdir (“Əks göstərişlər” bölməsinə bax). Birlikdə aparılan müalicə. CYP3A4 izofermentinə zəif və ya mülayim inhibəedici təsir göstərən preparatlardan, məsələn eritromisindən, sakvinavirdən, amiodarondan, diltiazemdən, verapamildən və flukonazoldan eyni zamanda istifadə etdikdə, Epleramed preparatı ilə müalicəni sutkada 1 dəfə 25 mq dozadan başlamaq olar, bu zaman sonuncunun dozası sutkada 1 dəfə 25 mq-dan artıq olmamalıdır (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax).

Əlavə təsirləri

EPHESUS tədqiqatında eplerondan istifadə etdikdə, meydana çlxan arzuolunmayan halların ümumi tezliyi (78,9 %), plasebonun (79,5 %) istifadəsi ilə eyni olmuşdur. Preparatla və plasebo ilə əlaqəli arzuolunmayan halların meydana çıxması nəticəsində, pasiyentlərin müvafiq olaraq, 4,4 % və 4,3 %-də müalicə dayandırılmışdır. EMPHASIS-HF tədqiqatı göstərmişdir ki, eplerenon müalicəsi ginekomastiyanın inkişaf etməsini sürətləndirmir və böyrək funksiyalarının pozulması ilə müşayiət olunmur – hətta bu hallar, aktiv müalicə qəbul edən pasiyentlərə (1,9 %) nisbətən, plasebo qrupunda (2,3 %) daha tez-tez müşahidə olunmuşdur. Qeyd etmək vacibdir ki, plasebo qrupunda olan pasiyentlərdə + hipokaliemiya epizodları (K < 3,5 mmol/l) səhih daha tez-tez (7,5 %-ə qarşı 11,0 %, p=0,002) meydana çıxmışdır ki, bu da, məlum olduğu kimi, XÜÇ-dan əziyyət çəkən pasiyentlərdə ölüm riskini yüksəldir. Beləliklə, EMPHASIS-HF tədqiqatında eplerenonun təhlükəsizlik profili çox yüksək olmuşdur və arzuolunmayan effektlərin inkişaf etməsinə görə protokoldan çıxarılmış pasiyentlərin sayına görə plasebodan fərqlənməmişdir: eplerenon – 188 (13,8 %), 222 (16,2 %) – plasebo. Aşağıda göstərilən, müalicə ilə əlaqəli ola bilən arzuolunmayan halların, o cümlədən ciddi arzuolunmayan halların tezliyi, plasebo qrupunda arzuolunmayan və ciddi arzuolunmayan halların tezliyi ilə müqayisə edilə bilər. Arzuolunmayan hallar orqanizmin sistemlərinə və tezliyinə müvafiq aşağıdakı kimi təsnif olunmuşdur: tez-tez – ≥ 1/100, < 1/10; bəzən – ≥ 1/1000, < 1/100; məlum deyil (əldə olunan məlumatlara əsasən hesablanması mümkün deyil). Qan və limfa sistemində baş verən pozğunluqlar: bəzən – eozinofiliya. Metabolizmdə və qidalanmada baş verən pozğunluqlar: tez-tez – hiperkaliemiya, dehidratasiya, hiperxolesterinemiya, hipertriqliseridemiya; bəzən – hiponatriemiya, hipotireoz. Psixikada baş verən pozğunluqlar: bəzən – yuxusuzluq. Nevroloji pozğunluqlar: tez-tez – başgicəllənmə, ürəkgetmə, başağrı; bəzən –hipesteziya. Ürəkdə baş verən pozğunluqlar: tez-tez – miokard infarktı, qulaqcıqların fibrillyasiyası, sol mədəcik çatışmazlığı; bəzən –taxikardiya. Damarlarda baş verən pozğunluqlar: tez-tez – AT-in şiddətli aşağı düşməsi; bəzən – ortostatik hipotenziya, aşağı ətraf arteriyalarının trombozu. Tənəffüs sistemində, döş qəfəsi və divararası orqanlarda baş verən pozğunluqlar: tez-tez – öskürək; bəzən – faringit. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: tez-tez – diareya, ürəkbulanma, qəbizlik, qusma; bəzən – meteorizm. Qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozğunluqlar: bəzən – xolesistit. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: tez-tez – dəridə qaşınma, səpgi; bəzən – tər ifrazının artması, angionevrotik ödem. Dayaq-hərəkət sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar: tez-tez – ayaqların baldır əzələlərində qıcolmalar, əsələ-skelet ağrıları, bel nahiyəsində ağrı. Böyrəklərdə və sidik-ifrazat yollarında baş verən pozğunluqlar: tez-tez – böyrək funksiyalarının pozulması. Reproduktiv sistemdə baş verən pozğunluqlar: bəzən-ginekomastiya. Ümumi və yerli dəyişikliklər: bəzən – asteniya, əzginlik. Laborator göstəricilər: tez-tez- sidik cövhərinin qalıq azotunun, kreatininin konsentrasiyasının yüksəlməsi; bəzən –epidermal böyümə faktoru reseptorunun ekspressiyasının aşağı düşməsi, qan zərdabında qlükoza konsentrasiyasının yüksəlməsi. İnfeksiyalar: bəzən – pielonefrit, infeksiya.

Doza həddinin aşılması

Eplerenondan istifadə etdikdə, insanda doza həddinin aşılması halları təsvir edilməmişdir. Simptomları Doza həddinin aşılmasının ən çox ehtimal edilən təzahürləri AT-in şiddətli aşağı düşməsi və hiperkaliemiya ola bilər. Müalicəsi AT-in şiddətli aşağı düşməsi inkişaf etdikdə, dəstəkləyici müalicə təyin etmək lazımdır. Hiperkaliemiya inkişaf etdiyi halda, standart müalicə aparmaq lazımdır. Eplerenon hemodializ vasitəsi ilə xaric olunmur. Müəyyən edilmişdir ki, eplerenon aktivləşdirilmiş kömürlə aktiv birləşir.

Buraxılış forması

25 mq və ya 50 mq dozada örtüklü tabletlər. 10 tablet, PVX/alüminium folqa blisterdə. 2 və ya 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° C-dən aşağı temperaturda, sərin, quru, işığın və istinin bilavasitə təsirindən uzaq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman preparatlarını məişət tullantıları ilə və ya axar sularla birlikdə tullamaq olmaz. İstifadə olunmamış preparatların utilizasiyası barədə suallarla provizora/əczaçıya müraciət etmək lazımdır. Göstərilən yanaşma, ətraf mühitin daha yaxşı qorunmasına və təhlükəsizləşdirilməsinə imkan yaradır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi göstərilən ayın son gününə şamil edilir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Adamed Pharma S.A. Marşal J. Pilsudskiy k., 5, Pabyanitse 95-200, Polşa.

Qeydiyyat vəsiqəsinin sahibi

Adamed Pharma S.A. Pienkow, ul. Mariana Adamkiewicza 6A, 05-152 Czosnow, Poland.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“EPLERAMED 25MG N20 TAB” üçün ilk rəyi siz yazın.