ZEEL T N50 TB
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Homeopatik dərman vasitəsi. Dayaq-hərəkət sisteminin pozulmaları üçün digər preparatlar |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,04 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ZEEL T tabletlər ZEEL T
Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində vaedır: Cartilago suis D4 0,30 mq; Coenzym A D6 0,03 mq; Embryo totalis suis D4 0,30 mq; Funiculus umbilicalis suis D4 0,30 mq; Nadidum D6 0,03 mq; Placenta totalis suis D4 0,30 mq; Rhus toxicodendron D2 0,54 mq; Sanguinaria canadensis D3 0,45 mq; Solanum dulcamara D2 0,15 mq; Sulfur D6 0,54 mq; Symphytum officinale D8 0,15 mq; Arnica montana D1 0,60 mq; Acidum silicicum D6 3,00 mq; Acidum thiocticum D6 0,03 mq; Natrium diethyloxalaceticum D6 0,03 mq. Köməkçi maddələr: laktoza monohidrat, maqnezium stearat.
Təsviri
Ağdan sarı ağ rəngə qədər dəyişən tabletlətdir.
Farmakoterapevtik qrupu
Homeopatik dərman vasitəsi. Dayaq-hərəkət sisteminin pozulmaları üçün digər preparatlar. ATC kodu: M09AX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Tək təsiredici maddələrin klinik təsvirinə əsaslanan homeopatik dərman maddələrinin və dərman vasitələrinin təsir mexanizmi, təbii özünü tənzimləmə proseslərin dəstəklənməsi və ya modulyasiyası ilə izah edilə bilər. Farmakokinetikası Homeopatik dərman vasitələrində, adətən, potensəolunmuş təsiredici maddələr olur. Homeopatik təsiredici maddələrin və homeopatik preparatların dozadan asılı təsirləri olmadığından, farmakologiya ilə əlaqəli farmakokinetik profili haqqında məlumat yoxdur.
İstifadəsinə göstərişlər
Artroz (xüsusən də qonartroz); poliartroz, spondiloartroz, kürək-çiyin periartriti.
Əks göstərişlər
Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bu preparatın tərkibində laktoza var. Əgər Sizdə bəzi şəkərlərə dözümsüzlük müşahidə olunmuşdursa, bu preparatı qəbul etməzdən əvvəl öz həkiminizlə məsləhətləşin. Əgər simpomlar davam edərsə və ya daha da pisləşərsə, həkimə müraciət etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Heç bir qarşılıqlı təsir qeydə alınmamışdır və homeopatik durulaşdırılmalar səbəbilə hər hansı qarşılıqlı təsir gözlənilmir. Həkiminiz son vaxtlarda qəbul etdiyiniz bütün dərman vasitələri ilə bağlı (hətta onlar reseptsiz buraxılan dərman vasitələri olsalar da) məlumatlandırılmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatda təqdim olunmuş maddələrin homeopatik həll edilmiş məhlullarının hamiləlik və laktasiya müddətində toksiki olmaları məlum deyil. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir və homeopatik durulaşdırılmalar səbəbilə heç bir təsiri gözlənilmir.
İstifadə qaydası və dozası
Digər təyinat yoxdursa Standart doza Böyüklər və 12 yaşdan yuxarı uşaqlar 1 tablet gündə 3 dəfə. Uşaqlar 6–11 yaş: 1 tablet gündə 2 dəfə. Kəskin və ya başlanğıc doza Böyüklər və 12 yaşdan yuxarı uşaqlar 1 tablet hər 30 dəq. yaxud 1 saatdan bir – gündə 12 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. Uşaqlar 6–11 yaş: 1 tablet hər 1, yaxud 2 saatdan bir – gündə 8 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. Qəbul qaydası Tableti ağızda həll edərək udmaq olar. Uşaqlar üçün tabletin əzilərək az miqdar suya əlavə edilməsi mümkündür. Bu preparat qida qəbuluna yaxın saatlarda qəbul edilməməlidir.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi bu dərman vasitəsinin də əlavə təsirləri ola bilər, lakin bu hamıda müşahidə olunmur. Ayrı-ayrı hallarda keçici dəri allergiyaları müşahidə edilmişdir.
Doza həddinin aşılması
Doza həddinin aşılması haqqında məlumat yoxdur və homeopatik durulaşdırılmalar səbəbilə heç bir hadisə gözlənilmir. Əgər tövsiyə olunan dozanı aşmısınızsa, həkimə müraciət edin.
Buraxılış forması
50 tablet, plastik flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Biologische Heilmittel Heel GmbH Dr.-Reckeweg-Str. 2-4 76532 Baden-Baden, Germany. Azərbaycanda rəsmi distribyutor Planeta PCC.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.