ZEEL T 50 GR MELHEM

Dərman formasıMəlhəm
Farmakoloji təsirHomeopatik dərman vasitəsi. Dayaq-hərəkət sistemi pozulmaları üçün digər dərman vasitələri
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

14,56 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ZEL T xaricə istifadə olunan məlhəm ZEEL T

Tərkibi

Təsiredici maddələr: 100 q tərkibində: Cartilago suis D2 0,001 q; Funiculus umbilicalis suis D2 0,001 q; Embryo suis D2 0,001 q; Placenta suis D2 0,001 q; Toxicodendron quercifolium D2 0,27 q; Arnica montana D2 0,3 q; Solanum dulcamara D2 0,075 q; Symphytum officinale D8 0,75 q; Sanguinaria canadensis D2 0,225 q; Sulfur D6 0,27 q; Nadidum D6 0,01 q; Coenzymum A D6 0,01 q; Acidum alpha-liponicum D6 0,01 q; Natrium diethyloxalaceticum D6 0,01 q; Acidum silicicum D6 1 q. Köməkçi maddələr: setilstearil spirti (tip A) emulqasiya edən, maye parafin, ağ yumşaq parafin, təmizlənmiş su, etanol (96%).

Təsviri

Ağdan sarı ağ rəngə qədər dəyişən yumşaq məlhəmdir.

Farmakoterapevtik qrupu

Homeopatik dərman vasitəsi. Dayaq-hərəkət sistemi pozulmaları üçün digər dərman vasitələri. ATC kodu: M09.

İstifadəsinə göstərişlər

Artroz (xüsusən də qonartroz); poliartroz, spondiloartroz, kürək-çiyin periartriti.

Əks göstərişlər

Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq). 12 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Setilstearil spirti lokal dəri reaksiyalarına səbəb ola bilər (məs., kontakt dermatiti). Preparat yalnız tamlığı pozulmamış dəridə istifadə edilməlidir. Gözlə təmasdan, selikli qişalarda və dərin yaralarda istifadədən çəkinmək laızmdır. Əgər simptomlar yüngülləşməzsə və ya kəskinləşərsə, o zaman həkiminizlə və ya tibb mütəxəssisi ilə məsləhətləşin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Müşahidə olunmayıb.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu preparatda təqdim olunan homeopatik durulaşmış maddələrin hamiləlik və laktasiya müddətində toksiki təsiri haqda məlumat yoxdur. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin.

İstifadə qaydası və dozası

Ümumiyyətlə, zədələnmiş nahiyələrə səhər və axşam sürtülməlidir, məs., məlhəmin 4-5 sm-lik zolağını ehtiyatla diz oynağına sürtün.

Əlavə təsirləri

Çox nadir hallarda hiperhəssaslıq və/və ya allergik dəri reaksiyaları baş verə bilər.

Buraxılış forması

50 q məlhəm, tublarda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Açıldıqdan sonra 12 ay ərzində istifadə edilə bilər. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Biologische Heilmittel Heel GmbH Dr.-Reckeweg-Strasse 2-4 76532 Baden-Baden, Germany. Azərbaycanda rəsmi distribyuter Planeta PCC.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“ZEEL T 50 GR MELHEM” üçün ilk rəyi siz yazın.