XARTIL-D 5/25MG N28

Dərman formasıTablet
İstehsal ölkəsiMacarıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

11,51 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman preparatını istifadə etməzdən əvvəl içlik vərəqəsini diqqətlə və sona qədər oxuyun. Çünki, burada Sizin üçün vacib məlumatlar vardır. – İçlik vərəqəsini saxlayın, belə ki, onu yenidən oxumalı ola bilərsiniz. – Preparatın istifadəsinə dair əlavə suallarınız yaranarsa, həkiminizə və ya əczaçıya müraciət edin. – Bu dərman vasitəsi yalnız Sizə təyin edilmişdir, onu başqa şəxslərə verməyin. Onların xəstəliyinin simptomları Sizin simptomlarınızla eyni olsa belə, bu dərman preparatı onlar üçün zərərli ola bilər. Əgər əlavə təsirlərdən hər hansı biri ciddi xarakter alarsa və ya bu içlik vərəqədə qeyd olunmayan hər hansı digər əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə və ya əczaçınıza məlumat verin (bax: “Əlavə təsirləri”). HARTİL -D 2,5mq/12,5mq; 5mq/25mq tabletlər

Tərkibi

Təsiredici maddə: Hartil -D 2,5mq/12,5mq:1 tərkibində 2,5 mq ramipril və 12,5 mq hidroxlorotiazid vardır. Hartil -D 5mq/25mq: 1 tərkibində 5 mq ramipril və 25 mq hidroxlortiazid vardır. Köməkçi maddələr: laktoza monohidrat, hipromelloza, krospovidon, mikrokristallik sellüloza, natrium stearilfumarat.

Təsviri

Hartil®-D 2,5mq/12,5mq: Oval, ağ, ikitərəfli bölmə xətti olan tabletlər; tabletin bir səthində, bölmə xəttindən əks tərəflərdə «2.5» və «12.5» yazılı rəqəm. Hartil®-D 5mq/25mq: Oval, ağ, ikitərəfli bölmə xətti olan tabletlər; tabletin bir səthində, bölmə xəttindən əks tərəflərdə «5» və «25» yazılı rəqəm. Bölmə xəttinin köməyi ilə tabletləri iki bərabər dozaya bölmək olar. ATC kodu: C09BA05. Farmakoterapevtik xüsusiyyətləri Hartil®-D tərkibində, yüksək arterial təzyiqi endirən, ramipril və hidroxlorotiazid aktiv maddəlırin kombinasiyası vardır. Ramipril uzuntəsirli AÇF (angiotezinçevirici ferment) inhibitorudur və: • Arterial təzyiqi artıran maddələrin əmələ gəlməsini azaldır • Qan damarlarının boşalmasını və genişləməsini saxlayir • Ürəyin işini yüngülləşdirir Hidroxlorotiazid «tiazid diuretik», yəni sidikqovucudur. Hidroxlorotiazid sidik ifrazaının həcmini artırır və arterial təzyiqi aşağı salır.

İstifadəsinə göstərişlər

Hartil®-D preparatı yüksək arterial təzyiqin müalicəsində istifadə edilir. İki maddənin birgə təsiri daha effektivdir. Komponentlərin ayrılıqda istifadəsi qeyri-effektivdirsə, bu maddələrin bir arada qəbulu müm-kündür.

Əks göstərişlər

• Ramiprilə, hidroxlorotiazidə və ya preparatın tərkibində olan köməkçi maddələrdən (bax: “Tərkibi”) hər hansı birinə qarşı yüksək həssaslıq (allergiya). • Hartil®-D-ə oxşar dərman vasitələrinə allergiya (angioteozinçevirici fermentin digər inhibitorlarına və ya sulfonamid qrupu dərmanlarına). Allergik reaksiyaların əlamətlərinə dəri səpgisi, udqunmada və tənəffüsdə çətinlik, dodaqların, üzün, boğazın və ya dilin ödemi aiddir. • «Angionevrotik ödem» adlanan ağır allergik reaksiya əvvəllər sizdə müşahidə edilmişsə. Simptomları: qaşınma, övrə, əl, ayaq və boğazda qırmızı ləkələr, dilin, boğazın övrəsi, udqunmada və tənəffüsdə çətinlik. • Əgər Siz hemodializ və ya qanın digər tipli filtrasiyasından keçirsinizsə. İstifadə olunan avadanlıqdan asılı olaraq Hartil®-D ilə müalicə sizə uyğun olmaya bilər. • Əgər Sizdə qaraciyər funksiyasının ağır pozulması mövcuddursa. • Əgər qanınızda bəzi duzların (kalsium, kalium, natrium) miqdarı dəyişibsə. • Böyrək qan dövranının zəifləməsi ilə müşayiət olunan xəstəliklər (böyrək arteriyasının stenozu). • 3 aydan yuxarı hamiləlik (Hartil®-D preparatını hamiləliyin erkən dövründə qəbul etməyin (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi”). • Laktasiya dövründə (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi”). • Şəkərli diabet zamanı, böyrək funksiyasının pozulmasında aliskiren tərkibli arterial təzyiqi aşağı salan preparatlardan istifadə edirsinizsə. Yuxarıda göstərilən halların hər hansı biri sizdə mövcuddursa, Hartil®-D preparatını qəbul etməyin. Şübhələndikdə, dərman vasitəsinin qəbulundan öncə həkiminizə müraciət edin.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Hartil® tabletlərin istifadəsindən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Aşağıdakı hallar mövcud olarsa, mütləq həkiminizə məlumat verin: • Ürək, qaraciyər və böyrək xəstəlikləri. • Orqanizmin böyük miqdarda duz və ya maye itirməsi (məs.: qusma, diareya, güclü tərləmə, duz miqdarı az olan pəhriz, sidikqovucu vasitələrin uzunmüddətli qəbulu, hemodializ). • Həşərat dişləməsindən yaranan allergiyaya qarşı aparılan desensebilizəedici terapiya. • Cərrahi əməliyyat və ya stomotoloqun qəbulu zamanı anestetik vasitələrin istifadəsi planlaşdırılırsa. Hartil®-D preparatının qəbulu manipulyasiyadan bir gün əvvəl dayandırıla bilər. Müalicə həkiminizlə məsləhətləşin. • Qanda kaliumun səviyyəsinin artması (laborator testlər əsasında). • Qanda natrium səviyyəsinin azalmasına gətirə bilən xəstəlik və ya hər hansı preparatın qəbulu. Bu halda həkim Sizi, natriuma nəzarət məqsədi ilə, müntəzəm olaraq qan analizlərinə göndərə bilər. Yaşlılarda olduqca vacibdir. • Kollagen damar xəstəlikləri, məs. skleroderma və ya sistem qırmızı qurdeşənəyi . • Hamilə olduğunuzu təxmin edirsinizsə və ya hamiləlik ehtimalı varsa, həkiminizə bildirin. Hartil®-D preparatının hamiləliyin erkən dövründə qəbulu tövsiyə olunmur; 3 aydan yuxarı hamiləlikdə istifadəsi qadağandır, çünki doğulan uşağa ciddi zərər verə bilər.(bax: “Hamiləlik və laktasiya dövündə istifadəsi”) ; • Miopiya (yaxındangörmə) və ya qlaukoma (yüksək gözdaxili təzyiq); Arterial təziyqi aşağı salan iki müxtəlif tipli preparatın istifadəsi; • Aşağıdaki peparatların istifadəsi: o Sartanlar kimi bilinən, angiotenzin reseptorlarının blokatorları: valsartan, telmisartan, irbesartan, xüsusilə, diabetlə əlaqəli böyrək xəstəliklərindən əziyyət çəkirsinizsə o aliskiren Həkiminiz mütəmadi olaraq sizin qan təzyiqinizə, böyrək funksiyasına, qanda elektrolit (kalium) səviyyəsinə nəzarət edə bilər. Əlavə olaraq, “Əlavə təsirlər” bölməsindəki məlumatlarla tanış olun. Yuxarıda qeyd olunan hallardan hər hansı biri Sizə aiddirsə, Hartil®-D preparatının qəbulundan öncə həkiminizlə məsləhətləşin. Hartil®-D preparatının tərkibində laktoza monohidrat vardır. Bunu, laktaza çatışmazlığı və maddələr mübadiləsinin digər nadir pozğunluqları (qalaktozemiya və ya qlükoza/qalaktoza malabsorbsiya sindromu) olan pasiyentlərin müalicəsi zamanı nəzərə almaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Yaxın zamanlarda qəbul etdiyiniz, hazırda qəbul etdikləriniz və qəbul etməyi planlaşdırdığınız hər bir (reseptsiz buraxılan preparatlar və fitopreparatlar da daxil olmaqla) dərman preparatı barədə müalicə həkiminizi məlumatlandırmaq lazımdır. Bu olduqca vacibdir, çünki Hartil®-D və digər dərman vasitələri qarşılıqlı olaraq bir birinin effektinə təsir edə bilər. Həkiminiz preparatın dozasını dəyişdirə və ya aşağıda qeyd olunan digər ehtiyat tədbirlərini həyata keçirə bilər: -angiotenzin reseptorlarının blokatorları və ya aliskiren (bax: “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”). Aşağıda qeyd olunan preparatları qəbul edirsinizsə, həkiminizə məlumat verin, çünki onlar Hartil®-D preparatının effektivliyinə zərər verə bilər: • İltihabəleyhinə və ağrıkəsici preparatlar (məs. qeyri-steroid iltihabəleyhinə preparatlar: ibuprofen, indometasin, aspirin). • Aşağı arterial təzyiq, şok, ürək çatışmazlığı, astma və ya allergiya zamanı istifadə edilən dərman vasitələri, məs. efedrin, noradrenalin, adrenalin. Müalicə həkiminiz sizin arterial təzyiqinizə nəzarət edəcək. Aşağıda qeyd olunan preparatları qəbul edirsinizsə, həkiminizə məlumat verin, çünki onlarHartil®- D ilə bərabər qəbul edildikdə əlavə təsir riski arta bilər: • İltihabəleyhinə və ağrıkəsici preparatlar (məs. qeyri-steroid iltihabəleyhinə preparatlar: ibuprofen, indometasin, aspirin) • Qanda kaliumun miqdarını azalda bilən preparatlar, məs. qəbizliyin müalicəsində istifadə edilən dərmanlar, sidikqovucu, amfoterisin B (göbələk infeksiyasının müalicəsi üçün) və AKTH (böyrəküstü vəzilərin funksiyalarının testi üçün) • Şiş əleyhinə preparatlar (kimyaterapiya) • Ürək xəstəliklərinin, o cümlədən ürək ritminin pozuntularının müalicəsində istifadə edilən preparatlar • Köçürülən orqanların dəf edilməsinə qarşı preparatlar, məs. siklosporin • Sidikqovucular, məs. furosemid • Qanda kalsiumun miqdaqrını artıra bilən preparatlar, məs. spironolakton, triamteren, amilorid, kalium duzları və heparin (qanı duruldan vasitə) • İltihabəleyhinə steroid preparatlar, məs. prednizolon • Kalsium tərkibli qida əlavələri • Allopurinol (qanda sidik turşusunun miqdarını azaldan preparat) • Prokainamid (ürək ritmi pozuntularında istifadə edilən preparat) • Xolestiramin (qanda yağların miqdarının azaldılması üçün) • Karbamazepin (eplepsiyanın müalicəsi üçün) Aşağıda qeyd olunan preparatları qəbul edirsinizsə, həkiminizə məlumat verin, çünki Hartil®-D preparatı onların effektivliyinə təsir edə bilər: • Diabetin müalicəsi üçün istifadə edilən səkərsalıcı vasitələr: vildaqliptin (daxilə) və insulin. Hartil®-D qan səkərini artıra bilər. Müalicə müddətində qan şəkərinin səviyyəsinə mütəmadi olaraq nəzarət etməlisiniz. • Litium preparatları (psixiatrik xəstəliklərin müalicəsi üçün). Hartil®-D qanda litiumun miqdarını artıra bilər. Həkiminiz qanda litiumun səviyyəsinə diqqətlə nəzarət edəcək. • Əzələləri boşaldan preparatlar • Xinidin (malyariyanın müalicəsi üçün) • Yod tərkibli rentgenkontrast preparatlar; radioloji müayinədə istifadə edilir. • Penisillin (müəyyən infeksiyaların müalicəsi üçün) • Qan duruldan preparatlar, məs. varfarin (daxilə) və ya heparin (inyeksiya). Yuxarıda qeyd olunan hallardan biri sizə aiddirsə, Hartil®-D preparatının qəbulundan öncə həkiminizlə məsləhətləşin. Test nəticələri Hartil®-D preparatının qəbulundan öncə həkiminizlə məsləhətləşin: • Əgər Sizə qalxanabənzər ətraf vəzinin laborator testi keçiriləcəkdirsə, Hartil®-D preparatı nəticəyə təsir edə bilər. • Əgər Siz idmançısınızsa və antidopinq kontrolu keçirsinizsə, Hartil®-D müsbət reaksiya verə bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə, hamiləliyə şübhə olduqda, hamiləlik planlaşdırıldıqda, bu barədə həkimə məlumat vermək lazımdır. Hamiləlikdən əvvəl və ya hamilə olduğunuzu öyrəndiyiniz zaman həkiminiz Hartil®-D preparatı ilə müalicəni ləğv edib Sizə digər preparatı tövsiyə edəcək. Hartil®-D preparatını hamiləliyin erkən dövründə qəbulu tövsiyə edilmir; 3 aydan yuxarı hamiləlikdə istifadəsi qadağandır, çünki doğulan uşağa ciddi zərər verə bilər ; Əgər Siz uşağınızı ana südü ilə qidalandırırsınızsa və yaxud hazırlaşırsınızsa, həkiminizə məlumat verin. Hartil®-D laktasiya dövründə analara tövsiyə olunmur və həkiminiz Sizə digər preparatı təyin edəcək. Yeni doğulmuş və erkən doğulmuş uşaqlar üçün bu olduqca vacibdir. Hamiləlik və laktsiya dövründə hər hansı dərman vasitəsinin istifadəsindən əvvəl həkiminizlə məsləhətləşin. Pediatriyada istifadəsi 18 yaşa qədər uşaq və yeniyetmlərə Hartil®-D tabletlərinin istifadəsi əks göstərişdir, çünki preparatın bu yaş qrupunda istifadəsinin təhlükəsizliyinə və effektivliyinə dair məlumat yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Hartil®-D preparatının istifadəsi zamanı başgicəllənmə yarana bilər. Bu hal müalicənin əvvəlində və doza artımından sonra daha çox rast gəlinir. Nəqliyyat və mexanizmlərin idarə edilməsi tövsiyə edilmir.

İstifadə qaydası və dozası

Daxilə • qəbul üçün tabletlər. • Hartil®-D gündə bir dəfə səhərlər qəbul edilməlidir. • Tabletləri çeynəmədən, bütöv halda, kifayət qədər su ilə içərək udmaq lazımdır. • Hartil®-D tabletlərini qida qəbulundan asılı olmayaraq qəbul etmək olar. • Tabletləri bölmə xətti ilə iki bərabər dozaya bölmək olar. Dozalanma rejimi Həkimin tövsiyələrinə əməl etməklə qəbul edin. Nəyəsə əmin olmadıqda mütləq həkimlə və ya əczaçı ilə məsləhətləşin. Yüksək arterial təzyiqin müalicəsi Arterial təzyiqə nəzarət üçün lazım olan doza həkiminiz tərəfindən müəyyən ediləcəkdir. Xüsusi pasiyent qrupları Yaşlı pasiyentlər Yaşlılar üçün başlanğıc dozalar adi dozalardan aşağıdır və həkim tərəfindən fərdi olaraq müəyyən edilir, sonradan həkim tələb olunan dozanı müəyyən edib təyin edəcək. 18 yaşa qədər uşaq və yeniyetmələr 18 yaşa qədər uşaq və yeniyetmlərə Hartil®-D tabletlərinin istifadəsi qadağandır, çünki preparatın bu yaş qrupunda istifadəsinin təhlükəsizliyinə və effektivliyinə dair məlumat yoxdur Hartil®-D tabletlərini vaxtında qəbul etməyi unutmusunuzsa • Dozanı buraxmısınızsa, növbəti tableti adi cədvəl üzrə qəbul edin • Buraxılan dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Hartil®-D taletlərinin qəbulunu dayandırırsınızsa Hartil®-D preparatının qəbulunu özbaşına ləğv etməyin və dayandırmayın, əks təqdirdə xəstəliyiniz yenidən pisləşə bilər. Preparatın istifadəsi ilə bağlı Sizdə əlavə sual yaranarsa, müalicə həkiminizə və ya əczaçıya müraciət edin.. Hartil®-D tabletlərinin qida və alkoqol ilə qəbulu • Hartil®-D ilə müalicə müddətində alkoqol qəbulu başgicəllənmə yarada bilər. Qəbul edəcək spirtli içkinin miqdarından əmin deyilsinizsə, həkiminizə müraciət edin, çünki arterial təzyiqi aşağı salan preparatlar və alkoqol qarşılıqlı olaraq təsiredici effekti gücləndirir. • Hartil®-D tabletlərini acqarına və qida ilə qəbul etmək olar.

Doza həddinin aşılması

Təyin olunmuş dozadan artıq Hartil®-D tabletlərini qəbul etmisinizsə, dərhal həkiminizə və ya ən yaxın xəstəxananın təcili yardım şöbəsinə müraciət edin. Avtomobil idarə etməyin, xəstəxanaya çatdırılmanızı kimdənsə xahiş edin və ya təcili yardım çağırın. Bu içlik vərəqəsini və qalan tabletləri həkimə göstərmək üçün özünüzlə götürün.

Əlavə təsirləri

Hər bir dərman vasitəsi kimi, bu preparat da bəzi pasiyentlərdə əlavə təsir törədə bilər. Aşağıda qeyd olunan əlavə təsirlərin hər hansı biri yaranarsa, dərhal həkimə müraciət edin-Sizə təcili tibbi yardım tələb oluna bilər: • Boğazın, üzün, dodaqların tənəffüsü və ya udqunmanı çətinləşdirən ödemi, dəridə qaşınma və səpgi. Bunlar ağır allergik reaksiya əlamətləri ola bilər. • Dəri tərəfindən ağır reaksiyalar: səpgi, ağız boşluğunun xoraları, mövcud dəri xəstəliyinin ağırlaşması, dəri qızartısı, suluqlar və ya dərinin soyulması (Stivens-Conson sindromu, toksik epidermal nekroliz, multiformalı eritema) Aşağıdaki hallar inkişaf edərsə, dərhal həkiminizə məlumat verin: • Ürəyin tez-tez döyünməsi, qeyri-ritmik ürək döyüntüləri, ürəyin bərk döyünmə hissi, döş qəfəsində ağrı və sıxılma hissi, miokard infarktı və insult kimi ağır xəstəliklər. • Halsızlıq hissi və ya öskürək , 2-3 gün davam edən qızdırma, iştahanın zəifləməsi; bunlar ağciyər xəstəliklərinin (sətəlcəm daxil olmaqla) əlamətləri ola bilər. • Asan baş verən qansızmalar, uznmüddətli qanaxmalar və ya qanaxmalara işarət edən əlamətlər (məs. diş əti qanamaları), dəridə əmələ gələn tünd bənövşəyi nöqtəvari ləkələr, infeksion xəstəliklərin asan inkişafı, boğaz ağrısı və bədən hərarətinin yüksəlməsi, yorğunluq, zəiflik, başgicəllənmə, dərinin solğunluğu. Bu simptomlar sümük iliyinin və qanyaradıcı orqanlarının funksiyalarının pozulması əlamətləri ola bilər. • Mədə nahiyəsindən belə vuran ağrı. Mədəaltı vəzinin iltihabı (pankreatit) əlaməti ola bilər. • Qızdırma, titrəmə, iştahasızlıq, mədə ağrısı, ürəkbulanma, dərinin və gözlərin saralması (sarılıq). Bunlar hepatit (qaraciyərin iltihabı) və ya qaraciyərin zədələnməsi əlaməti ola bilər. Aşağıda qeyd edilən əlavə təsirlərdən hansısa biri ağırlaşarsa və ya bir neçə gündən artıq davam edərsə, həkiminizə məlumat verin: Tez-tez rast gələn ( 1 – 10 / 100) • Başağrısı, zəiflik, yorğunluq • Başgicəllənmə-bu hal müalicənin əvvəlində və ya doza artımından sonra daha çox rast gəlinir. • Quru öskürək və ya bronxit • Qanda qlükozanın miqdarının artması. Şəkərli diabet xəstələrinin diabetini ağırlaşdıra bilər. • Qanda sidik cövhərinin və yağların artması • Oynaqların qızarması, şişkinliyi, ağrılığı Bəzən rast gələn ( 1 – 10/1000) • Dəri üzərində qabaran və ya qabarmayan dəri səpgiləri • Istilik hissi, bayılma, arterial hipotenziya (qeyri-normal aşağı təzyiq), xüsusilə şaquli vəziyyət alanda və ya üfuqi vəziyyətdən oturaq vəziyyətə keçəndə. • Tarazlığın pozulması(vertiqo) • Dəridə qaşınmalar və qeyri-adi hisslər: keyimələr, iynəbatma hissi, yanma və ya qıcıqlanmalar (paresteziya) • Dadbilmə qabiliyyətinin dəyişməsi və ya pozulması • Yuxunun pozulması • Depressiya, həyəcan, əsəbilik, titrəmə • Burun tutulması, sinusit, tənginəfəslik • Diş ətinin iltihabı (qinqivit), ağızın şişkinliyi • Gözlərin qızarması, qaşınması, gözətrafı şişkinlik, gözlərin sulanması • Qulaqlarda cingilti • Dumanlı görmə • Saçın tökülməsi • Döş ağrısı • Əzələ ağrıları • Qəbzlik, mədə və ya bağırsaq ağrıları • Qidanın həzm edilməməsi və ya ürəkbulanma • Sutkada sidiyin normadan artıq ifrazı • Artıq tərləmə və ya susuzluq hissi • İştahanın zəifləməsi və ya itməsi (anoreksiya), aclıq hissinin azalması • Tez-tez və qeyri-müntəzəm ürək yığılmaları • Əl və ayaqlarda ödem (orqanizmda maye yığılmasının əlaməti ola bilər) • Qızdırma • Kişilərdə impotensiya • Laborator analizdə qanda ağ və qırmızı qan cismciklərinin, trombositlərin, hemoqlobinin miqdarının azalması • Laborator analizdə qaraciyər, mədəaltı vəz və böyrək funksiyalarının dəyişilməsi • Laborator analizdə qanda kaliumun miqdarının azalması Çox nadir rast gələn (˃ 1/10 000) • ürəkbulanma, diareya və ya qıcqırma • Qırmızı, şişkin dil və ya ağızın quruması • Qanda kaliumun artması Naməlum(mövcud məlumatlar əsasında tezliyini müəyyən etmək mümkün deyil) • Diqqəti toplama qabiliyyətinin pisləşməsi, narahatçılıq, şüurun qarışması • Soyuqda əl və ayaq barmaqlarının rənginin dəyişməsi, isidərkən iynəbatma və ağrı hissi (Reyno xəstəliyinin simptomları ola bilər) • Kişilərdə süd vəzisinin böyüməsi • Damarlarda qan laxtaları • Eşitmənin pozulması • Gözlərdə quruluq • Ətraf əşyaları sarı rəngdə görmək • Kəskin göz ağrısı, görmənin dumanlanması, intensiv göz yaşı axması, işıq mənbəyi ətrafında ağ bulanıq ləkələrin görülməsi, həmçinin ürəkbulanma və qusma, qlaukoma (yüksək gözdaxili təzyiq) inkişafına işarə ola bilər • Bədənin susuzlaşması • Yanaqların şişkinliyi, qızarması və ağrısı (tüpürcək vəzinin iltihabı) • Bağırsağın «angionevrotik sindrom» adlanan və qarın ağrısı, qusma və diareya ilə müşayiət olunan ödemi • Günəş işığına yüksək həssaslıq • Dərinin soyulması və ayrılması, dəri üzərində qabaran və qaşınan səpgilər, üz və ya alında dərinin digər reaksiyaları • Dəri səpgisi və ya göyərmələr • Ətrafların soyuması və dəridə ləkələr • Dırnaqlarda dəyişiklər (dırnağın tərpənməsi və ya yatağından ayrılması) • Skelet-əzələ məhdudiyyəti və ya çənə hərəkətinin məhdudluğu (tetaniya) • Əzələ zəifliyi və ya spazmı • Kişi və qadınlarda cinsi meyilliyin azalması • Sidikdə qanın olması böyrək xəstəliyinin əlaməti ola bilər (interstisial nefrit) • Sidikdə şəkərin normadan artıq olması • Qanda müəyyən ağ qan cismciklərinin (eozinofiliya) artması • Qanda ağ qan cismciklərinin kəskin azalması (pansitopeniya) • Qanda duzların (natrium, kalsium, maqnezium və xlorid) miqdarının dəyişməsi • Reaksiyaların yavaşıması və ya pozulması • İybilmənin dəyişməsi • Tənəffüsün çətinləşməsi və ya astmanın ağırlaşması Əlavə təsirlər haqqında məlumatın verilməsi Bu içlik vərəqəsində yer almayan hər hansı bir əlavə təsir meydana çıxarsa, həkimə və ya əczaçıya müraciət edin. Məlumatı, dərman vasitələrinin əlavə təsirlərinin milli qeydiyyat sistemindən verə bilərsiniz. Əlavə təsirlər barədə məlumat verməklə, Siz bu dərmanın təhlükəsizliyi haqqında daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz.

Buraxılış forması

14 tablet, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25˚C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Keyfiyyət dəyişikliyi əlamətləri (məs. rəngin dəyişməsi) aşkar olunduqda, Hartil®-D tabletlərinin istifadəsi qadağandır. Dərman preparatlarını məişət tullantılarının içərisinə və ya çirkab sularına atmayın. Lazım olmayan preparatın hara və necə atılmalı olduğu barədə əczaçı ilə məsləhətləşin. Bu tədbirlər ətraf mühitin çirklənməsinin qarşısını alar.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd olunan ayın son gününə şamil edilir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı və marketinq lisenziyasının sahibi ZAO “ EGİS ƏCZAÇILIQ ZAVODU”. 1106 Budapeşt, Кеrеsturi küç., 30-38, Macarıstan.

İstehsalçı

Alfamed Farbil Artsnaymittel GmbX, Almaniya. Gildebrans k., 10-12, Qottingrn 37081, Almaniya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“XARTIL-D 5/25MG N28” üçün ilk rəyi siz yazın.