VENOSMIL 60 GR GEL
| Dərman forması | Gel |
|---|---|
| Farmakoloji təsir | Flebotonik dərman vasitəsi |
| İstehsal ölkəsi | Portuqaliya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
12,79 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
VENOSMİL GEL yerli istifadə üçün gel Beynəlxalq patentləşdirilməmiş adı: Hidrosmin
Tərkibi
Təsiredici maddə: 100 q gelin tərkibində 2 q hidrosmin vardır. Köməkçi maddələr: karbopol, trietanolamin, metilparaben, propilparaben, distillə olunmuş su.
Təsviri
Sarımtıl rəngli qatı geldir.
Farmakoterapevtik qrupu
Flebotonik dərman vasitəsi. ATC kodu: C05CA05.
Farmakoloji xüsusiyyətləri
Venosmil flebotonik dərman vasitəsi olub, qan dövranına aktivləşdirici təsir göstərir. Pre- paratın təsiredici maddəsi sadə kimyəvi qurulaşa malik olub, FAES FARMA,A.S. tərəfin- dən sintez edilmiş və onun venoz hemodinamikanı yaxşılaşdırdığı, kapilyarların müqa- vimət qabiliyyətini artırdığı sübut edilmişdir.Venosmil vaskulyar homeostazı yaxşılaşdı- rır,kapilyar keçiriciliyi azaltmaqla hemorragik (qansızma) riski azaldır.
İstifadəsinə göstərişlər
Təzahür edən venoz çatışmazlığın yerli müalicəsi.
Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Sağalmamış yaraya istifadə etmək olmaz. Ürək, böyrək, qaraciyər ödeminin müalicəsində istifadə edilməməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Məlumat yoxdur.
İstifadə qaydası və dozası
Gel, gündə 3 dəfə nazik təbəqə şəklində yüngül əl hərəkətləri ilə xəstə nahiyəyə sürtülür.
Əlavə təsirləri
Məlumat yoxdur. Dəridə allergik reaksiyalar baş verə bilər. Preparatdan istifadə edərkən hər hansı lokal reaksiya müşahidə edilərsə, bu barədə həkimə və ya əczaçıya məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Preparatdan istifadə zamanı doza həddinin aşılması əlamətləri müşahidə edilməmişdir. Əgər belə hal müşahidə edilərsə, Toksikoloji Məlumat Xidmətinə məlumat vermək lazımdır.
Buraxılış forması
60 q gel, alüminium tubda. 1 tub içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır. Digər buraxılış forması Venosmil 200 mq, 20 və 60 kapsul, içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30ºC –dən yuxarı olmayan temperaturda, havası təmiz olan, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti tubun və qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Laboratorios Vitoria, S.A. (Faes Group) Portugal Rua Elias Garcia, 28 2700- 327 Amadora FAES FARMA,S.A.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.