VANKO-WM 1GR N1 AMP
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Sistem şəklində istifadə üçün antibakterial maddə. Qlikopeptid antibakterial maddələr. |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
17,62 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
VANKO-VM infuziya üçün məhlulun hazırlanması üçün liofizilat və daxilə qəbul etmək üçün məhlul Beynəlxalq patentləşməmiş adı: Vancomycin
Tərkibi
Təsiredici maddə: 1 flakonda 500 mq (500 000 МЕ) və ya 1000 mq (1 000 000 МЕ) vankomisin (vankomisin hidroxlorid formasında) vardır. Köməkçi maddə: dinatrium ededat.
Təsviri
Sarımtıl-ağ rəngli, liofilizə edilmiş tozdur. Farmakoterapevtik qrup Sistem şəklində istifadə üçün antibakterial maddə. Qlikopeptid antibakterial maddələr. АТC kodu: J01XA01. Farmakoloji xüsusiyyətlər Farmakodinamikası Təsir mexanizmi Vankomisin, trisiklik, qlikopeptik antibiotik kimi təqdim olunur, hansı ki, hüceyrə divarının sələfləri olan strukturlarda, D-alanil-D-alanil qalıqlarının spesifik bağlılığı hesabına hissi mikroorqanizmlərin hüceyrə divarının sintezini inhibə edir. Vankomisin, bölünən mikroorqanizmlərə bakterisid təsir göstərir, o həmçinin bakteriyaların hüceyrə divarının keçiriciliyini və ribonuklein turşusunun (RNT) sintezini pozur. Farmakokinetika və farmakodinamika arasında qarşılıqlı əlaqə Vankamisinin aktivliyi onun qandakı konsentrsiyasından asılı deyil. Əsas proqnostik amil, hansı ki, dərman maddəsinin effektivliyini təyin edir, “konsentrasiya-zaman” (AUC)/təyin olunmuş mikroorqanizm üçün, minimal inhibəedən konsentrasiya (MİK) əyrisi alttında sahənin nisbətidir. Heyvanlar üzərində və in vitro müayinələrinin nəticələrinin əsasında, həmçinin, vankomisinin insanlarda təyinatlarının məhdud məlumatları əsasında və klinik praktikada, dərman maddəsinin keyfiyyətli sərf olunması üçün məqsədli parametrlərdə özündə 400 nəfəri cəmləmişdi. O hallarda ki, mikroorqanizmlər üçün MİK 1,0 mq/l və daha çox təşkil edir, yuxarıda göstərilən məqsədli səviyyəyə çatmaq üçün yüksək dozada vankomisini təyin etmək lazımdır, bu zaman, dərman maddəsinin qanın zərdabında minimal konsentrasiyası 15-20 mq/l çərçivəsində olmalıdır. Mikroorqanizmlərin rezistentliyi mexanizmləri Qlikopeptidlərə qarşı qazanılmış rezistentlik, daha çox enterokoklar üçün xarakterikdir və onlar D-alanil-D- alanil-D-alanil-D-laktat yaxud D-alanil-D-seriyalar modifikasiyası prosesini təmin edir, hansılarla vankomisin nəzərə çarpmayan dərəcədə bağlanır. Bəzi ölkələrdə, mikrorqanizmlərin, əsas da enterokokların vankomisinə qarşı rezistentliyinin yüksəlməsi hallarının artması qeydə alınmışdır; xüsusi təhlükə, çox dərmanlara qarşı davamlı olan Enterococcus faeciumun ştammları ilə əlaqədardır. Van-genlər nadir hallarda Staphylococcus aureusun, ştammlarında tapılır, bu zaman, hüceyrə divarının strukturundakı dəyişikliklər, mikroorqanizmlərin “aralıq” hissiyyatı ilə şərtlənir (daha çox heterogenliklə xarakterizə olunur). Metisillin-rezistent ştammların Staphylococcus aureusin (MRSA) vankomisinə qarşı həssaslığının azalması haqqında məlumatlar var. Hissiyatın azalması mexanizmi yaxud Staphylococcus ştammlarının vankomisinə qarşı rezistentliyinin inkişafı kifayət qədər öyrənilməmişdir (çoxsaylı mutasiyalarla təyin olunan bir çox genetik elementlər daxil edilmişlər). Vankomisinə və başqa siniflərdən olan antibiotiklərə qarşı çarpazlaşan rezistentlik qeyd edilməmişdir. Başqa, teykoplanin kimi qlikopeptud antibiotiklərə qarşı çarpazlaşan rezistentlik haqqında məlumatlar var. Müalicə fonunda, vankomisinə qarşı ikincili rezistentlik nadir hallarda əmələ gəlib. Sinergizm Vankomisinin, aminoqlikozidlər qrupundan olan antibiotiklərlə kombinasiyası, çoxlu midarda Staphylococcus aureus-ə münasibətdə, D qrup streptokoklardan olan (enterokoklar istisna olmaqla) enterokoklar və viridans qrupundan olan streptokoklarla çoxlu miqdarda sinergik təsirə malikdir. Vankomisinin sefalosporinlərlə kombinasiyası Staphyilococcus epidermidis ştammlı oksasillinə qarşı bir qədər sinergik təsirə malikdir, vankomisinin rifampisinlə kombinasiyası Staphylococcus epidermitis-lə münasibətdə sinergik təsirə malikdir və hissəvi olaraq Staphylococcus aureus-un bəzi ştammlarına qarşı münasibətdə sinergik təsirə malikdir. Nə qqədər ki, Vankomisin sefalosporinlə kombinasiyada Staphylococcus epidermidis-in bəzi ştammları ilə münasibətdə antaqonist təsirə malikdir, rifampisinlə kombinasiyada isə Staphylococcus aureus-un bəzi ştammlarına münasibətdə, dərman maddəsinin sinergik təsirini təyin etmək üçün qabaqcadan müayinələr aparmaq məqsədəuyğundur. Xəstəliklərin törədicilərinin identifikasiyasını və mikroorqanizm hüceyrələrinin kultur nümunələrini, ayırmaq məqsədilə və onların vankomisinə qarşı həssaslığını təyin etmək üçün nümunələr götürmək vacibdir. Axırıncı konsentrasiyalar Vankomisin stafilokoklar kimi qrammüsbət, stafilokokklar, streptokokklar, enterokokklar, pnevmokokklar və klostridiyalarla münasibətdə aktivdir, qrammənfi bakteriyalar vankomisinə qarşı rezistentdirlər. Müxtəlif növ bakteriyalarda rezistentliyin yayılması, coğrafi bölgədən və zaman gedişindən asılı olaraq dəyişə bilər. Bununla əlaqədar olaraq, mikroorqanizmlərin rezistentliyi, konkret coğrafi bölgədə müəyyən zaman müddəti haqqında məlumatları bilmək lazımdır. Bəzi hallarda, preparatın təyininin effektivliyi nə vaxt ki, uzaq başı, bəzi tip infeksiyalar zamanı, coğrafi bölgələrdə bakteriyaların ştammlarının rezistentliyi haqqında məlumatı nəzərə alınmaq şübhə yaradırsa, müvafiq mütəxəssisin məsləhətini almaq lazımdır. Yuxarıda göstərilən məlumatlar mikroorqaniazmin vankomisinə qarşı həssaslığı haqqında yalnız təxmini ehtimal yaradır. Antibakterial maddələrə qarşı (EUCAST) həssaslığın təyini üzrə Avropa komitəsinin məlumatlarına əsasən MİK-in, mikroorqanizmlərin həssaslığı və rezistentliyi üçün aşağıdakı sərhəd əhəmiyyətləri qeyd edilmişdir: Həssas Rezisten Patogen mikroorqanizm mikroorqanizmlər mikroorqanizmlər (R) (S) Staphylococcus aureus* ≤ 2 mq/l > 2 mq/l Koaqulazomənfi stafilokokklar* ≤ 4 mq/l > 4 mq/l Enterococcus spp. ≤ 4 mq/l > 4 mq/l Streptokokk qrupları A, B, C, G ≤ 2 mq/l > 2 mq/l Streptococcus pneumoniae ≤ 2 mq/l > 2 mq/l Qrammüsbət anaeroblar ≤ 2 mq/l > 2 mq/l *Vankomisin üçün MİK əhəmiyyəti, 2 mq/l-ə bərabərdir, MİK əhəmiyyətinin Staphylococcus aureus-un vəhşi tip ştammları üçün bölünmə sərhədindədir, bu zaman müalicəyə klinik cavabın aşağı əhəmiyyəti qeyd edilə bilər. Mikroorqanizmlərin adi həssas ştammları – qrammənfi mikroorqanizmlər – Enterococcus faecalis, Staphylococcus aureus (metisillin-rezistent ştammlar daxil olmaqla), koaqulazoomənfi stafilokokklar, Streptococcus spp., Streptococcus pneumoniae, Enterococcus spp., Staphylococcus spp.; – anaerob mikroorqanizmlər – Clostridium spp., Clostridium innocuum, Eubacterium spp., Peptostreptococcus spp istisna olmaqla. Rezistentliyə malik ola biləcək mikroorqanizmlərin ştammlar (müalicənin effektivliyi aşağı düşə bilər): – Enterococcus faecium. Təbii rezistentlikli mikroorqanizmlərin ştammları: – bütün qrammənfi mikroorqanizmlər; – aerob qrammüsbət mikroorqanizmlər Erysipelothrix rhusiopathiae, heterofermentli ştammlar Lactobacillus, Leuconostoc spp., Pediococcus spp. – anaerob mikroorqanizmlər – Clostridium innocuum. Mikroorqanizmlərin vankomisinə qarşı rezistentliyi müxtəlif stasionarlarda dəyişir, buna görə lazımi məlumatı almaq üçün bölgədəki yerli mikrobioloji laboratoriyaya müraciət etmək lazımdır. Farmakokinetikası Sorulması Sistemli infeksiyaları müalicə etmək üçün vankomisin vena daxilinə yeridilir. Normal funksiyalı böyrəkləri olan xəstələrə, 1,0 q (15 mq/kq) dozada, infuziya şəklində, vankomisinin çoxsaylı yeridilməsi zamanı, davamiyyəti 60 dəqiqə, qanın plazmasında dərman maddəsinin orta konsetrasiyası 50-60 mq/l olmuşdu, 20-25 mq/l (infuziyadan 2 saat sonra) və 5-10 mq/l (infuziyadan 11 saat sonra). Çoxsaylı yeridilmələrdən sonra qanın plazmasında vankomisinin konsentrasiyası müqayisədə bir dəfə yeridilənlə eynidir. Daxilə qəbul edilərkən vankomisin, bir qayda olaraq, qan dövranı sisteminə keçmir. Lakin, dərman maddəsinin , daxilə qəbul edildikdən sonra, mədə-bağırsaq yolundan (MBY) sorulmasından sonra, xəstələrdə psevdomembranoz kolit kimi təzahür edə bilər, belə xəstələrdə, böyrəklərin funksiyasının pozulması varsa, vankomisin orqanizmdə toplana bilər. Paylanması Vankomisinin bölünmə həcmi, 60 d/1,73 m -ə yaxın təşkil edir. Qanın plazması ilə bağlılıq dərəcəsi 30-55%- dir (ultrafiltrasiya zamanı alınan məlumatlara əsasən) dərman maddəsinin qanın zərdabında konsentrasiyasının 10-100 mq/l olanda. Vankomisin, ciftdən tez daxil olur və göbək ciyəsinin qanına düşür. Beyin qişalarının iltihabı yoxdursa, vankomisin, hematoensrfalik baryerə yalnız nəzərə çarpmayan dərəcədə keçir. Metabolizmi Vankomisin orqanizmdə nəzərə çarpmayan dərəcədə metabolizə olunur. Dərman maddəsinin vena daxilinə yeridilməsindən sonra, birləşmələr şəklində, hansılar ki, antibakterial aktivliyə malikdirlər (24 saat ərzində yeridilmiş dozanın təxminən 75-90%-i). praktik olaraq demək olar ki, tamamilə, yumaqcıq filtraiyası yolu ilə böyrəklərdən xaric olur. Xaric olması Vankomisinin yarımparçalanma dövrü, böyrək funksiyası normal olan xəstələrdə 4-6 saat təşkil edir, uşaqlarda isə, 2,2-3 saatdır. Dərman maddəsinin plazma 0,058 l/kq/s-ə yaxın təşkil edir, böyrək klirensi – 0,048 l/kq/s-a yaxın olur. İlk 24 saat ərzində tətbiq olunan vankomisinin dozasının təxminən 80%-i yumaqcıq filtrasiya yolu ilə sidiklə xaric olur. Böyrəklərin funksiyası pozulan zaman, vankomisinin orqanizmdən xaric olma sürəti azalır. Böyrəklərin funksiyası pozulan xəstələrdə vankomisinin yarımparçalanma dövrü 7,5 sutka təşkil edir, müvafiq hallarda, ototoksik təsir riski ilə əlaqədar, qanın plazmasında dərman maddəsinin konsentrasiyasının monitorinqini aparmaq lazımdır. Vankomisin, orqanizmdən nəzərə çarpmayan dərəcədə ödlə xarıc olur (yeridilmiş dozadan 5%-dən az). Dərman maddəsi, nəzərə çarpmayan dərəcədə, orqanizmdəm hemodializ yaxud peritoneal dializ vasitəsilə xaric olur, lakin, məlumatlar var ki, vankomisinin klirensi, hemoperfuziya və hemofiltrasiya zamanı artır. Daxilə qəbuldan sonra, vankomisinin verilmiş dozasının yalnız cüzi hissəsi sidiklə xaric olur, bu zaman dərman maddəsi yüksək konsentrasiyada nəcisdə tapılır (sutkalıq doza 2,0 olduqda 3100 mq/kq-dan çox). Xəttlilik/qeyri-xəttlilik Vankomisinin qanda konsentrasiyası, bir qayda olaraq, yeridilən doza ilə düz münasibətlə artır. Vankomisinin çoxsaylı yeridilməsindən sonra, qanın plazmasında onun konsentrasiyası birdəfəlik yeridildiyi kimi oldu. Xüsusi qrup xəstələr Böyrəklərin funksiyasının pozulması ilə xəstələr Vankomisin orqanizmdən daha çox yumaqcıq filtrasiyası yolu ilə xaric olur. Böyrək funksiyasının pozulması olan xəstələrdə vankomisinin yarımparçalanma dövrü artır, belə xəstələrdə dərman maddəsinin dozalanması rejiminə “qəbul qaydası və dozaları” bölməsində bax. Qaraciyər funksiyasının pozulması ilə xəstələr Qaraciyərin funksiyasının pozulması ilə olan xəstələrdə, vankomisinin farmakokinetikası dəyişmir. Qadınlar hamiləlik dövründə Qadınlarda hamiləlik dövründə təyin edildikdə, ola bilər ki, qanın zərdabında terapevtik konsentrasiyaya çatmaq üçün, vankomisinin dozasını kifayət qədər artırmaq lazım gəlsin. Artıq bədən kütləsi olan xəstələr Artıq bədən kütləsi olan xəstələrdə, orqanizmdə vankomisinin parçalanması, parçalanmanının həcminin artması ilə, böyrək klirensi və ola bilər ki, qanın plamasının zülalları ilə bağlılıq dərəcəsinin dəyişməsi ilə əlaqədar dəyişə bilər. Artıq bədən kütləsi olan xəstələrdə, qanın plazmasında dərman maddəsinin konsentrasiyası, yaşlı kişi cinsindən olan sağlam könüllülərdə olduğundan üstün olur. Uşaqlar Vankomisinin farmakokinetik parametrləri üçün, vaxtında doğulmuş və vaxtından tez doğulmuş yenidoğulmuş uşaqlar arasında nəzərə çarpan fərdiarası mütəhərriklik xarakterikdir. Yeni doğulmuş uşaqlarda, dərman maddəsinin venadaxili yeridilməsindən sonra, paylanma həcmi 0,38-0,97 l/kq təşkil edir (müqayisədə göstəricilər böyüklərdə olduğu kimidir), klirens 0,63-1,4 ml/kq/dəq təşkil edir, yarımparçalanma dövrü 3,5-10 saat təşkil edir (göstərici böyüklərdə olduğundan yüksəkdir, bu da yeni doğulmuş uşaqlarda daha aşağı klirensin olduğuna dəlalət edir). Kiçik və böyük yaşlı uşaqlarda, vankomisinin bölünmə həcmi 0,26-1,05 l/kq, vankomisinin klirensi 0,33- 1,87 ml/kq/dəq təşkil edir.
İstifadəsinə göstərişlər
Venadaxili yeritmə Vanko-VM bütün yaş qruplarında, aşağıdakı infeksiyaların müalicəsi üçün götərişdir: – dəri və yumşaq toxumaların fəsadlaşmış infeksiyaları; – sümük və oynaqların infeksiyaları; -xəstəsanadankənar pnevmoniya; – xəstəxanadaxili pnevmoniya, ağciyərlərinn süni tənəffüsləndirilməsi ilə olan pnevmoniya daxil olmaqla (AST-assosiasiyaolunmuş pnevmoniya); – infeksion endokardit. Vanko-VM həm də əməliyyatönü dövrdə, bütün yaş qruplarında, bakterial endokarditin yüksək inkişafı riski olan xəstələrdə antibakterial profilaktika üçün miqyaslı cərrahi əməliyyatlar aparılarkən göstərişdir. Daxilə qəbul Vanko-VM bütün yaş qruplarında olan xəstələrdə Clostridium difficile ilə törənən infeksiyaların müalicəsi üçün göstərişdir. Antibakterial maddələrin istifadəsinə aid rəsmi dərsliklərdəki məlumatları diqqətə almaq lazımdır.
Əks göstərişlər
Vankomisinə qarşı, yaxud preparatın yardımçı maddələrindən istəniləninə qarşı hiperhəssaslıq. Yeridildiyi yerdə toxuma nekrozu törətmək riski ilə əlaqədar vankomisini əzələ daxilinə yeritmək məsləhət görülmür.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Hiperhəssaslıq reaksiyaları Vankomisini təyin edərkən, ola bilər ki, ağır yaxud ölümlə nəticələnən hiperhəssaslıq reaksiyaları inkişaf edə bilər. Hiperhəssaslıq reaksiyaları ortaya çıxdıqda, dərman maddəsindən istifadəni ləngimədən saxlamaq və müvafiq təxirəsalınmaz müalicəyə başlamaq lazımdır. Uzun müddət ərzində vankomisin qəbul edən yaxud, neytropeniya və ya aqranulositoz törədən başqa dərman maddələrindən istifadə edən xəstələrdə, mütəmadi olaraq qanda leykositlərin miqdarına nəzarət etmək lazımdır. Vankomisin müalicəsi qəbul edən bütün xəstələrdə, mütəmadi olaraq, qanın və sidiyin müayinəsinin göstəricilərini, həmçinin qaraciyərin və böyrəklərin funksional göstəricilərini nəzarət altında saxlamaq lazımdır. Vankomisindən istifadə edərkən, anamnezində teykoplaninə qarşı allergik reaksiyası olan xəstələr hökmən ehtiyatlı olmaq lazımdır, belə ki, bu cür vəziyyətlərdə, ölümlə nəticələnən anafilaktik şok da daxil olmaqla, çarpaz hiperhəssaslıq reaksiyaları meydana çıxa bilər. Mikroba qarşı aktivlik spektri Vankomisinin mikroba qarşı aktivlik spektri qrammüsbət mikroorqanizmlərlə məhdudlaşmışdır. Vanko- VM-dən, bəzi növ infeksion xəstəliklərin müalicəsində monoterapiya kimi istifadə etmək məsləhət görülür, o hallar istisna olmaqla ki, infekiyanın törədicisi təyin olunmuşdur və onun vankomisinə qarşı həssaslığı təsdiq edilmişdir yaxud böyük ehtimal var ki, vankomisin ehtimal olunan törədici(-lər)ə qarşı aktiv olacaq. Vankomisindən səmərəli istifadə, onun mikroba qarşı aktivlik spekrinin qiymətləndirilməsinə, təhlükəsizlik profilinə və konkret xəstənin standart antibakterial müalicəsi zamanı istifadəsinin məqsədəuyğunluğyna əsaslanır. Ototoksiklik Müvəqqəti yaxud daimi xarakter daşıyan ototoksiklik halları, karlığı olan xəstələrdə, hansılar ki, yüksək dozada vankomisinlə venadaxili müalicə almış yaxud aminoqlikozid kimi başqa ototoksik dərmanlarla eyni zamanda müalicə almış xəstələrdə ototoksiklik hallarının yaranması haqqında məlumat verilmişdi. Vanko- VM-i, anamnezində eşitmə qabiliyyətini itirmə olmuş xəstələrə təyin etmək olmaz. Qulaqlarda küy karlığın inkişafına səbəb ola bilər. Başqa antibakterial maddələrin təyinatının klinik təcrübəsinə əsasən, vankomisinlə müalicənin saxlanmasına baxmayaraq karlıq inkişaf edə bilər. Dərmanın ototoksik təsiri riskinin azalması məqsədilə, vaxtaşırı olaraq vankomisinin qanda konsentrasiyasını və eşitmə funksiyasını yoxlamaq lazımdır. Ahıl yaşlı xəstələr, xüsusən eşitmə funksiyasının pozulmasının meydana çıxmasına meyillidirlər. Ahıl yaşlı xəstlərdə, vankomisinlə müalicə zamanı və müalicədən sonra eşitmə və müvazinət funksiyalarına nəzarət etmək lazımdır, belə xəstələrdə, eyni zamanda və sonradan başqa ototoksik dərman maddələrindən istifadə etmək məsləhət görülmür. İnfuziyanın yeridilməsi ilə əlaqədar reaksiyalar Vankomisinin nisbətən tez yeridildiyi zaman (bir neçə dəqiqə ərzində), şok daxil olmaqla, nəzərə çarpan arterial hipotoniya, nadir hallarda ürəyin dayanması meydana çıxa bilər, histaminəbənzər reaksiyalar və makulopapulyoz yaxud eritematoz səpgi («qırmızl adam sindromu» yaxud «qırmızı boyun sindromu») baş verə bilər. İnfuziyanın tez yeridilməsi ilə əlaqədar reaksiyaların inkişafının qarşısını almaq məqsədilə, vankomisinin durulaşdırılmış məhlulu (2,5-5,0mq dərman maddəsi və 1ml məhlul) tədricən, 10 mq/dəq-dən tez olmamaqla 60 dəqiqədən az olmamaqla yeritmək laımdır. İnfuziya saxlandıqdan sonra, bir qayda olaraq, yuxarıda göstərilən reaksiyalar tez yox olur. Vankomisin infuziyasının yeridilməsi ilə əlaqədar reaksiyaların meydana çıxmasının tezliyi, (arterial hipotenziya, istilənmələr, eritema, məxmərək və qaşınma), eyni zamanda anesteziyaedici maddələrdən istifadə edərkən artır. Vankomisinin infuzion yeridilməsi zaman azı 60 dəqiqə ərzində, anesteziyaedici maddəlrdən istifadəyə qədər yuxarıda göstərilən reaksiyaların inkişafının tezliyi azala bilər. Arzuolunmaz ağır dəri reaksiyaları Vankomisinlə müalicə zamanı arzuolunmaz ağır dəri reaksiyaları qeyd olunmuşdur, Stivens-Conson sindromu (SCS), toksiki epidermal nekroliz (TEN), eozinofiliya və sistemli simptomlarla (DRESS) və kəskin generalizəolunmuş ekzantematoz pustulyoz (AGEP), hansılar ki, həyat üçün təhlükəli hala gətirib çıxara bilər yaxud ölümlə nəticələnə bilər. Yuxarıda göstərilən reaksiyalar daha çox bir neçə gün ərzində və vankomisinlə müalicə başlayandan səkkiz həftəyə qədər keçdikdən sonraya qədər inkişaf edir. Dərman maddəsi ilə müalicəyə başlamaqdan qabaq, dəri tərəfdən ola biləcək əlamətlər və təzahürlər haqqında xəstələr məlumatlandırılmalıdırlar və onlarda aşkarlanacaq müvafiq reaksiyalara dərindən nəzarətla təmin olunmalıdırlar. Belə reaksiyaların əlamət və təzahürlərinin inkişafı zamanı, ləngimədən vankomisinin təyinatını saxlamaq lazımdır və alternativ müalicə haqqında düşünmək lazımdır. Vankomisinlə müalicə fonunda arzuolunmaz ağır dəri reaksiyaları qeyd edilmiş xəstələrə sonradan vankomisindən istifadə etməkdən uzaqlaşmaq lazımdır. Yeridilən yerində reaksiya Vankomisin venadaxili yeridildikdə, yeridildiyi yerdə ağrı və tramboflebit yarana bilər, hansılar ki, bəzi hallarda ağır xarakter daşıya bilər. Vankomisinin durulaşdırılmış məhlulu ləng yeridilərsə və yeridilmə yeri növbələşdirilərsə, tromboflebitin yaranma tezliyi və ağırlığı minimal ola bilər. Vankomisinin intratekal, intralumbal və mədəcikdaxili yeridilməsi zamanı effektivlik və təhlükəsizlik təyin olunmamışdır. Nefrotoksiklik Anuriya daxil olmaqla, böyrək çatışmazlığı olan xəstələrdə vankomisindən ehtiyatla istifadə etmək lazımdır, belə ki, ehtimal olunur ki, toksiki effektlərin inkişafı, o hallarda nəzərə çarpan dərəcədə artır ki, dərman maddəsinin qanda yüksək konsentrasiyası uzun müddət ərzində saxlanılır. Toksiki təsirin yaranma riski, vankomisinlə müalicə uzun müddət davam edərsə və o hallarda ki, qanda dərman maddəsinin dəstək dozasının konsentrasiyası yüksəkdir. Yüksək dozada və uzun müddət istifadə edərkən qanda vankomisinin konsentrasiyasının mütəmadi monitorinqini aparmaq lazımdır, xüsusən, böyrəklərin və eşitmənin pozulması olan xəstələrdə, həmçinin, nefrotoksik və ototoksik dərman maddələrindən eyni zamanda istifadə edən zaman. Uşaqlar Vankomisinin məsləhət görülən dozaları, kifayət qədər uşaqlarda, xüsusən 12 yaşdan aşağı uşaqlarda, qanda dərman maddəsinin subterapevtik konsentrasiyası qeyd edilə bilər. Vankomisinin daha yüksək dozalarda lazımi qaydada istifadəsinin təhlükəsizliyi qiymətləndirilməmişdir, ona görə, dərman maddəsindən 60 mq/kq/sut-dan artıq dozada istifadəsi, bir qayda olaraq, məsləhət görülməmişdir. Vankomisin, erkən yeni doğulmuş uşaqlarda və böyrəklərin yetişməməsi olan kiçik yaşlı uşaqlarda və qanın zərdabında vankomisinin konsentrasiyasının artması ehtimalı olanlarda xüsusi ehtiyatla istifadə olunmalıdır. Uşaqlarda, eyni zamanda vankomisin və anesteziyaedici dərman maddəsindən istifadə olunursa, eritema və histaminəbənzər reaksiyalar, məsələn istilənmələr baş verə bilər. Nefrotoksik təsirin meydana çıxmasının riski, vankomisinin nefrotoksik təsirli dərman maddələri ilə, məsələn aminoqlikozidlər qrupundan olan antibiotiklərlə, qeyri steroid iltihabəleyhinə dərmanlarla (məsələn, ibuprofen, hansı ki, açıq arterial axının bağlanması üçün istifadə olunur) yaxud amfoteritin В artır. Belə hallarda, qanın zərdabında vankomisinin konsentrasiyasının və böyrəklərin funksiyasının monitorinqini daha tez-tez aparmaq lazımdır. Ahıl yaşlı xəstələr Ahıl yaşlı xəstələrdə, lazım olan korreksiyada vankomisinin konsentrasiyasının dozaları, qanın zərdabında, yaşla əlaqədar olan YFS-nun aşağı enməsi ilə əlaqədardır. Anesteziyaedici maddələrlə qarşılıqlı dərman təsiri Anesteziyaedici maddələrin miokardın funksiyasına üzücü təsiri, vankomisindən istifadə fonunda güclənə bilər. Əgər, anesteziya zamanı vankomisin hökmən istifadə olunmalıdırsa, dərman maddəsi lazımi qaydada durulaşdırılmalıdır və onu tədricən, ürəyin funksiyasına dərindən nəzarət etmək lazımdır. İnfuziyanın aparılması qurtarana qədər xəstənin bədəninin vəziyyəti dəyişdirilməməlidir. Psevdomembranoz enterokolit Ağır persistəedən ishal meydana çıxarsa, psevdomembranoz enterokolitin inkişafı riskini nəzərə almaq lazımdır, hansı ki, həyat üçün təhlükəli xarakter daşıya bilər. Belə hallarda ishala qarşı maddələrdən istifadə etmək məsləhət görülmür. Superinfeksiya Vankomisinin davamiyyətli istifadəsində, rezistent mikrorqanizmlərin ifrat artması qeyd oluna bilər, belə hallarda, xəstələr üzərində ciddi nəzarət aparılmalıdır. Superinfeksiyanın inkişafı zamanı, vankomisinin müalicəsi fonunda müvafiq müalicə aparılmalıdır. Görmə orqanı tərəfindən pozulmalar Kameradaxili yaxud intravitreal yeridilmələr, həmçinin endoftalmitin profilaktikası üçün vankomisinin təyinatı təsdiq olunmuş üsul deyildir. Ayrı-ayrı hallarda vankomisinin kameradaxili yaxud intravetrial yeridilməsi zamanı yaxud kataraktanın götürülməsi əməliyyatından sonra, hemorragik okkluzion retinal vaskulit (HORV)-in inkişafı haqqında məlumat var, hansı ki, həmçinin görmənin geridönməyən itirilməsi ilə müşayiət olunur. Daxilə qəbul Vankomisin venadaxili yeridilərkən Clostridium difficile-ün törətdiyi infeksiyanın müalicəsində yaxşı effekt göstərmir, belə hallarda, dərman maddəsini daxilə qəbul etmək lazımdır. 1 yaşa qədər uşaqlarda Clostridium difficile-nin toksini yaxud müstəqilləşdirilməsinə aid müayinələr aparmaq məsləhət görülmür, çünki, belə xəstələrdə əlamətsiz müstəqilləşdirmələr, nəzərə çarpan ishal və koprostazın inkişafı riskinin amilləri var (Qirşprunq xəstəliyi, arxa keçidin atreziyasına görə əməliyyat yaxud bağırsağın başqa motorika pozulmaları). Bu cür hadisələrin hamısında alternativ etioloji amillər haqqında məsələlərə baxılmalıdır; Clostridium difficile, tərəfindən törədilən enterokolit diaqnozu varsa təsdiq tələb edir. Sistemli absorbsiya riski Bağırsağın selikli qişasının iltihabı yaxud Clostridium difficile-lə törədilmiş psevdomembranoz kolit olan xəstələrdə, vankomisinin MBY-dan sorulması güclənə bilər. Ona görə belə xəstələrdə, arzuolunmaz reaksiyaların inkişafı riski yaranır, hansı ki, vankomisinin parenteral yeridilməsi zaman qeyd olunur, xüsusən böyrək funksiyalarının pozulması olduqda; böyrəklərin funksiyasının pozulması nə qədər çoxdursa, müvafiq arzuolunmaz reaksiyaların yaranması riski artır. Bağırsağın selikli qişasının iltihabı olan xəstələrdə, qanın zərdabında vankomisinin konsentrasiyasının monitorinqini aparmaq lazımdır. Nefrotoksiklik Böyrəklərin funksiyasının pozulması olan xəstlərdə, hanslar ki, eyni zamanda aminoqlikozidlə yaxud başqa nefrotoksik dərman maddələri ilə müalicə alırlar, onlarda müntəzəm olaraq böyrəklərin funksiyasının monitorinqini aparmaq lazımdır. Ototoksiklik Artıq eşitmə pozulmaları olan yaxud eyni zamanda ototoksik dərman maddələri aminoqlikozidlər kimi qəbul edən xəstələrdə, ototoksik təsirin yaranması riskini mainmal həddə endirmək məqsədilə, eşitmə funksiyasının mütəmadi nəzarəti məqsədəuyğun sayıla bilər. Bağırsaqların hərəkətini azaldan və proton pompasının inhibitoru olan maddələrlə dərman qarşılıqlı təsiri vankomisini, MBY-nun motorikasını ləngidən dərman maddələri ilə eyni zamanda təyin etmək məsləhət görülmür; həmçinin, proton pompasının inhibitorunun, vankomisin müalicəsi fonunda təyinatı məsəlsinə baxmaq lazımdır. Rezistent mikroorqanizmlərin artması Vankomisini daxilə qəbul edərkən, dərman maddəsinə rezistent olan, MBY-da enterokokkların ştammları artır, ona görə, vankomisinin peroral qəbulunda ehtiyatlı olmaq məsləhətdir. Köməkçi maddələr Vanko-VM-də bir flakonda 1 mmol-dan az (23mq) natrium var, yəni ki, praktik olaraq «tərkibində natrium yoxdur». Uyuşmazlığı Vankomisin məhlulunda pH-ın göstəricisi aşağıdır, bu da başqa dərmanlarla qarışdıqda, kimyəvi yaxud fiziki qeyri-stabillik yarada bilər. Vankomisinin məhlulunu qələvi məhlullarla qarışdırmaq olmaz. Vankomisin məhlulu və β-laktam antibiotiklər fiziki uyğun gəlmirlər. Çöküntünün yaranma ehtimalı, vankomisinin məhlulda konsentrasiyasının yüksəlməsi ilə artır. Yuxarıda göstərilən antibiotiklərin yeridilmələri arası dərman maddələrinin venadaxili yeridilməsi üçün sistem lazımi qaydada yuyulmalıdır. Həmçinin vankomisinin durulaşdırılmış konsentrasiyasını 5 mq/ml-ə yaxud daha aşağı endirmək lazımdır. Gözdaxili yeridilmə, vankomisinin təyinatı üçün təsdiq edilmiş üsul deyil, lakin endoftalmil zamanı vankomisinin və seftazidimin gözdaxili yeridilməsindən sonra başqa şpris və iynələrdən istifadə etməklə presipitatların yaranması haqqında məlumatlar var. Presipitatlar tədricən əriyirdilər, şüşəvari cismin boşluğu iki ay ərzində tam təmizlənmiş, görmə itiliyinin kəskinliyi artmışdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Vankomisini, anesteziya edici maddələrlə eyni zamanda təyin etdikdə, eritema, histaminəbənzər reaksiyalar, məsələn istilənmələr və anafilaktoid reaksiyalar qeyd olunmuşdur. Məlumatlar var ki. anesteziya edici maddələrlə eyni zammanda təyin edildikdə, vankomisinin infuziyasının yeridilməsi ilə əlaqədar olan reaksiyaların meydana çıxma tezliyi, artır. Yuxarıda göstərilən reaksiyaların tezliyi, vankomisin infuziyası ləng yeridildikdə, ən azı 60 dəqiqəyə, minimal ola bilər, anesteziya edici maddələr istifadə olunana qədər. Anesteziya zamanı, vankomisinin istifadəsinə tələbat vacib olarsa, dərman maddəsinin məhlulda konsentrasiyası 5 mq/ml-i keçməməlidir; bu zaman məhlul tədricən yeridilməlidir və ürəyin funksiyasını dərindən nəzarətdə saxlamaq lazımdır. İnfuziyanın yeridilməsi qurtarana qədər xəstənin bədəninin vəziyyəti dəyişməməlidir. Eyni vaxtda yaxud ardıcıl olaraq, sistemli yaxud yerli, ototoksikliyə və nefrotoksikliyə potensialı olan başqa dərman maddələri, (məsələn, amfoterisin B, aminoqlikozidlər, basitrasin, polimiksin B, kolistin, viomisin, sisplatin, ilgək diuretikləri, piperasillin/tazobaktam kombinasiyası və qeyri steroid iltihabəleyhinə maddələr), vankomisinin toksiki təsirinin meydana çıxması riski arta bilər; əgər göstərilən dərman maddələrinin kombinasiyalarının təyinatı vacib olarsa, həddən ziyadə ehtiyatlı olmaq gərəkdir vəxəstələrin lazım olan monitorinqini aparmaq lazımdır. Daxilə qəbul Vankomisindən peroral istifadənin və MBY-nun hərəkətini ləngidən dərman maddələrinin təyinatının dyandırılması məsələsinə baxmaq lazımdır (Clostridium difficile törədən infeksiyaların müalicəsi üzrə milli dərslikdə qeyd olunan məsləhətlər nəzərə alınmalıdır).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Siçanlar və dovşanlar üzərində teratogen potensialı müayinə edərkən, hansılarda ki, insanlara yeridiləndən üstün olub, müvafiq olaraq 3 və 5 dəfə vankomisin vurulmuşdu, nəticədə dölə neqativ təsir əlamətləri qeyd olunmamışdı. Vankomisin hidroxloridin potensial ototoksik və nefrotoksik effektlərinin, nəzarət edilən klinik müayinələrində, qiymətləndirilmə uşaqlarda, anada, hansılar ki, hamiləlik müddətində, narkotik maddələrin venadaxili yeridilməsi zamanı fəsadlaşmış ağır stafilokokk infeksiyalarına görə dərman maddələri ilə müalicə almış analarda aparılmışdır. Vankomisin hidroxlorid göbək ciyəsində qanda tapılmışdır, lakin, vankomisinin təsiri altında neyrosensor eşitmə zəifliyi və nefrotoksiklik təsir qeyd edilməmişdir. Yalnız hamiləliyin III trimestrində, dərman maddəsi ilə müalicə almış ananın uşağında, eşitmənin konduktiv itirilməsi qeydə alınmışdır, hansı ki, vankomisinin təsiri ilə əlaqədar deyil. Vankomisin hamilələrə, yalnız II və III trimestrdə təyin edilmişdir, ona görə də məlum deyil ki, dərman maddəsi, dölə neqativ təsir göstərir ya yox. Vanko-VM qadınlarda, yalnız ən vacib olan hallarda istifadə olunmalıdır; bu zaman, vankomisinin qandakı konsentrasiyasını, fetotoksik təsirin meydana gəlməsi riskinin minimalizasiyası məqsədilə, tam dərindən nəzarət altında saxlamaq lazımdır. Məlumat var ki, hamiləlik dövründə qadınlarda, qanın zərdabında vankomisinin müalicəvi konsentrasiyasına çatmaq üçün, dərman maddəsinin dozasının kifayət qədər qaldırılmasına tələbat ola bilər. Süd vermə dövrü Vankomisin hidroxlorid ana südü ilə xaric olur. Qadınlarda, südlə qidalandırma dövründə, Vanko-VM ehtiyatla təyin olunmalıdır. Az ehtimal var ki, ana südü ilə qidalanan uşaqda, vankomisinin nəzərə çarpan dərəcədə miqdarı, MBY-u vasitəsilə qan dövranı sisteminə düşə bilər. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Vanko-VM avtonəqliyyatdan istifadə etməyə və mexanizmləri idarə etməyə təsir göstərmir. İstifadə qaydaları və dozaları Dozalanması Vanko-VM vacib olarsa, başqa antibakterial dərmanlarla kombinasiyada istifadə etmək lazımdır. Venadaxili yeridilməsi Vankomisinin başlanğıc dozası, xəstənin bədən kütləsini nəzərə almaqla hesablanır. Sonradan, qanın zərdabında dərman maddəsinin məqsədli müalicəvi konsentrasiyaya çatması məqsədilə dozanı korreksiya edirlər, bu zaman yeridilmələr arası intervalın davamiyyətini və böyrəklərin funksional vəziyyətini nəzərə almaq lazımdır. Böyüklər və 12 yaş və daha artıq yaşda olan uşaqlar Vankomisinin məsləhət görülən dozası 15-20 mq/kq hər 8-12 saatdan bir (birdəfəlik doza 2,0q-ı aşmamalıdır) təşkil edir. Ağır vəziyyətdə olan xəstələrdə, qanın zərdabında, minimal məqsədli konsentrasiyaya çatmaq məqsədilə vankomisindən yüklənmə dozasından istifadə etmək lazımdır-25-30 mq/kq. 1 aydan 11 yaş daxil olmaqla olan yaşlarda Vankomisinin məsləhət görülən dozası, hər 6 saatdan bir 15-20 mq/kq təşkil edir. Vaxtında yenidoğulmuş uşaqlar (doğulandan 27 günə qədər) və erkən yenidoğulmuş uşaqlar (doqulandan sonra təxmini 27 gün keçənə qədər) Vankomisinin dozalanma rejimini seçərkən, yenidoğulmuş uşaqlarda, yenidoğulmuş uşaqlarla iş təcrübəsi olan həkimlərlə məsləhətləşmək lazımdır. Aşağıda göstərilən, yenidoğulmuş uşaqlarda dərman maddəsinin, postkonseptual yaşı nəzərə almaqla (qadında birinci menstrual sikldən sonra və uşağın doğulması (qestasion yaş) + uşağın doğulduğundan sonra keçən zaman (postnatal yaş)) ehtimal olunan dozalanma rejimləridir: – postkonseptual yaş 29 həftədən az – 15 mq/kq hər 24 saatda; – postkonseptual yaş 29-35 həftə – 15 mq/kq hər 12 saatda; – postkonseptual yaş 35 həftədən çox – 15 mq/kq hər 8 saatda. Bütün yaş qruplarında,bakterial endokarditli xəstələrin profilaktikası üçün əməliyyatətrafı dövrdə təyinatı Anesteziyadan qabaq, vankomisinin məsləhət görülən başlanğıc dozası 15 mq/kq təşkil edir, əməliyyatın davamiyyətindən asılı olaraq, dərman maddəsinin təkrar yeridilməsinə ehtiyac ola bilər. Müalicənin davamiyyəti Preparatın təyinatının davamiyyəti, infeksion xəstəliyin ağırlıq dərəcəsi və tipi və xəstənin müalicəyə klinik cavabı nəzərə alınmaqla təyin olunur: – dəri və yumşaq toxumaların, nekrozsuz fəsadlaşmış infeksiyaları – 7-14 gün; – dəri və yumşaq toxumaların nekrozlaşdırıcı fəsadlaşmış infeksiyaları – 4-6 həftə (müalicəni o vaxta qədər aparırlar ki, yaranın sonrakı cərrahi işlənməsinin aparılmasına hələlik ehtiyac olmasın, xəstənin klinik statusu yaxşılaşsın və bədənin temperaturu 48-72 saat ərzində qalxmasın); – sümüklərin və oynaqların infeksiyaları – 4-6 həftə (protezləşmiş oynaqların infeksiyalarında, daha uzunmüddətli peroral supressiv müalicənin aparılması məsələsinə baxılmalıdır); – xəstəxanadankənar pnevmoniya – 7-14 gün; – xəstəxanadaxili pnevmoniya, ASH daxil olmaqla-assosiasiyaolunmuş pnevmoniya – 7-14 gün; – infeksion endokardit – 4-6 həftə (müalicənin davamiyyəti və kombinəolunmuş müalicənin vacibliyi zədələnmiş qapağın tipini və mikroorqanizmin növünü nəzərə almaqla təyin olunur). Xüsusi qrup xəstələr Ahıl yaşlı xəstələr Ahıl yaşlı xəstəlrdə, yaşla əlaqıdar, böyrəklərin funksiyalarının zəifləməsi ilə əlaqədar vankomisinin istifadəsində daha aşağı dəstəkləyici dozaya keçməyə ehtiyac olsun. Böyrəklərin funksiyalarının pozulması ilə olan xəstələr Böyrəklərin funksiyalarının pozulması olan böyüklərdə və uşaqlarda, xüsusən ağır böyrək çatışmazlığı olanlarda yaxud əvəzedici böyrək müalicəsi alan xəstələrdə, o səbəbdən ki, nəzərə çarpan miqdarda amillər qanın plazmasında vankomisinin konsentrasiyasina təsir edə bilər, daha çox nəzərə almaq laımdır ki, başlanğıc dozanın seçilməsinə diqqət yetirilsin və qanın plazmasında yeridildikdən sonra, nəinki dozalanmanın planlı rejimində, dərman maddəsinin gözlənilən minimal konsentrasiyasına yetmək lazımdır. Yüngül yaxud orta dərəcəli böyrəklərin funksiyasının pozulmaları olan xəstələrdə, vankomisinin başlanğıc dozasını azaltmağa ehtiyac olmur. Ağır böyrək çatışmazlığı olan xəstələrdə daha yaxşı olar ki, sutkalıq dozanı azaltmağa nisbətən yeridilən dərman maddələrinin arasındakı intervalı artırmaq məsləhətdir. Ehtiyac olan şəkildə, eyni zamnda başqa dərman maddələrinin təyininin vacibliyi məsələsinə baxmaq lazımdır, hansılar ki, vankomisinin klirensini azalda bilər və/yaxud onun arzuolunmaz reaksiyasını azalda bilər. Vaxtaşırı hemodializ keçirərkən, vankomisin orqanizmdən nəzərə çarpmayan dərəcədə xaric olur. Lakin, yüksəkaxınlı membranların istifadəsi zamanı və böyrəklərin fasiləsiz əvəzedici müalicəsi zamanı, vankomisinin klirensi yüksəlir və bir qayda olaraq, əvəzedici dozanın təyin olunmasına ehtiyac yaranır (bir qayda olaraq, vaxtaşırı hemodializ seansından sonra). Böyrəklərin funksiyalarının pozulması olan böyüklərdə vankomisinin dozasını, aşağıdakı formula üzrə, yumaqcıq filtrasiyasının sürətini (YFS) nəzərə almaqla korreksiya etmək olar Bədən kütləsi (kq) х (140 – yaş (il)) Kişilər: 72 х qanın zərdabında kreatinin konsentrasiyası (mq/dl) Qadınlar: 0,85 х yuxarıdakı formula üzrə hesablamada alınan nəticə Yaşlı xəstələrdə, 20-49 ml/dəq kreatinin klirensi (Cl ) olarsa, vankomisinin başlanğıc dozası, bir qaydacr olaraq, hər 24 satda 15-20 mq/kq təşkil edir. Ağır böyrək çatışmazlığı olan xəstələrdə (Cl 20 ml/dəq-dəncr az) yaxud böyrəklərin əvəzedici müalicəsini qəbul edən, yeridilmələr arası interval və sonrakı dozaların miqdarı, əhəmiyyətli dərəcədə böyrəklərin əvəzedici müalicəsinin növündən, qanın zərdabında vankomisinin konsentrasiyasından və böyrəklərin qalıq funksiyasından asılıdır. Klinik vəziyyəti nəzərə alaraq dərman maddəsinin növbəti dozasının yeridilməsini, qanın zərdabında, vankomisinin konsentrasiyasının təyini üzrə müayinələrin nəticəsi alınana qədər təxirə salınması məqsədəuyğun ola bilər. Kritik vəziyyətdə böyrək çatışmazlığı olan xəstələrdə, vankomisinin başlanğıc yüklənmə dozasını (25- 30 mq/kq) azaltmaq lazım deyil. Böyrəklərin funksiyalarının pozulmaları olan 1 yaşlı və böyük uşaqlarda vankomisinin dozasını, Şvartsın modifikasiya olunmuş formulasına əsaslanmış, YFS-nı nəzərə almaqla korreksiya etmək olar boy (sm) х 0,4132 YFS (ml/dəq/1,73 m ) = Qanın zərdabında kreatininin konsentrasiyası (mq/dl) boy (sm) х 36,22 YFS (ml/dəq/1,73 m ) = Qanın zərdabında kreatininin konsentrasiyası (mkmol/l) Böyrəklərin funksiyalarının pozulmaları olan, yenidoğulmuşlarda və 1 yaşa qədər uşaqlarda, vartsın modifikasiyaolunmuş formulası, vankomisinin dozasını korreksiya etmək üçün işlədilmir, belə vəziyyətlərdə, yenidoğulmuş uşaqlarla iş təcrübəsi olan mütəxəssislə məsləhətləşmək vacibdir. Uşaqlarda vankomisinin dozalanması üzrə, Aşağıda adları çəkilən bələdlənmiş məslhətlər, hansılar ki, böyüklərdə olduğu kimi həmin prinsiplərə əsalandərəlmışdır: – YFS-li xəstələr 30-50 ml/dəq/1,73 m – 15 mq/kq hər 12 saatda; – YFS-li xəstələr 10-29 ml/dəq/1,73 m – 15 mq/kq hər 24 saatda; – YFS-li xəstələr 10 ml/dəq/1,73 m -dən az və vaxtaşırı hemodializdə olan yaxud peritoneal dializdə – 10-15 mq/kq (qanın plazmasında vankomisinin konsentrasiyasından asılı olaraq dərman maddəsinin təkrar yeridilməsi*); – xəstələr, hansılar ki, fasiləsiz əvəzedici böyrək müalicəsi alırlar, – 15 mq/kq (qanın plamasında vankomisinin konsentrasiyasından asılı olaraq dərman maddəsinin təkrar yeridilməsi*). *Yeridilmələr arasında interval və sonrakı dozaların miqdarı əvəzedici böyrək müalicəsinin növündən, qanın zərdabında vankomisinin konsentrasiyasından və böyrəklərin qalıq funksiyalarından əhəmiyyətli dərəcədə asılıdır; klinik vəziyyəti nəzərə alaraq, sonrakı dozanın yeridilməsini, qanın zərdabında vankomisinin konsentrasiyasının təyini üzrə müayinənin nəticəsinin alınmasına qədər təxirə salınması məqsədəuyğun ola bilər. Qaraciyərin funksiyasının pozulmaları ilə olan xəstələr Qaraciyər çatışmalığı olan xəstələrdə. Vankomisinin dozasının korreksiyası tələb olunmur. Hamiləlik dövründə qadınlar Hamiləlik dövründə, qadınlarda təyin olunduqda, qanın zərdabında müalicəvi konsentrasiyaya çatmaq üçün, dozanın əhəmiyyətli dərəcədə artırılmasına ehtiyac ola bilər. Bədən çəkisi çox olan qadınlar Bədən kütləsi çox olan xəstələrdə, bədən kütləsi artıq olmayan xəstələrdə olduğu kimi, fərdi olaraq, ümumi bədən kütləsini nəzərə almaqla, vankomisinin başlanğıc dozasını seçmək laımdır. Daxilə qəbul Böyüklər və 12 yaş və ondan böyük uşaqlar Vankmisinin məsləhət görülən dozası, hər 6 saatda 125mq təşkil edir, 10 gün ərzində, əgər, Clostridium difficile ilə törənmiş ağır olmayan gedişli hallar olarsa, ağır hallarda yaxud dərman preparatının doza fəsadlanmasının meydana çıxması zamanı , doza 10 gün ərzində, hər 6 saatda 500mq-a qədər artırıla bilər. Vankomisinin maksimal dozası 2,0 q-ı keçməməlidir. Çoxsaylı residivləri olan xəstələrdə, Clostridium difficile, ilə törənmiş infeksiyanın cari epizodda, müalicəsi haqqında məsələyə baxmaq olar, vankomisin 10 gün müddətində sutkada 4 dəfə 125 mq dozasında verilə bilər, sonradan dərman maddəsinin dozasını təricən sutkada 125 mq-a qədər azaltmaqla yaxud nəbz-müalicə aparılması (3 həftədən az olmayaraq, hər 2-3 gün ərzində, sutkada 125-500 mq vankomisin). 12 yaşdan aşağı uşaqlar Vankomisinin məsləhət görülən dozası, 10 gün ərzində hər 6 saatda 10 mq/kq təşkil edir, sutkalıq maksimal doza 2,0 q-ı keçməməlidir. Vankomisinin təyinatının davamiyyəti, fərdi şəkildə xəstənin klinik vəziyyətini nəzərə almaqla təyin oluna bilər, mümkün olarsa, antibakterial dərmanın istifadəsini dayandırmaq lazımdır, hansı ki, güman edilir ki, Clostridium difficile-lə törənən infeksiyanın inkişafı ilə şərtlənir. Xəstələrdə, mayenin və elektrolitlərin yerini lazımi qaydada doldurmaq lazımdır. Qanın zərdabında vankomisinin konsentrasiyasının monitorinqi Qanın zərdabında, vankomisinin konsentrasiyasının ölçülməsinin tezliyi, fərdi qaydada təyin olunur və klinik vəziyyətdən və xəstənin müalicəyə cavabından asılıdır. Tezlik, qanın plazmasında dərman maddəsinin səviyyəsinin gündəlik təyinindən asılı olaraq dəyişə bilər. Qeyri stabil hemodinamikası olan xəstələrdə, ən azı, qanın plazmasında, müalicəyə cavab verən stabil vəziyyətli xəstələrdə, qanın zərdabında dərman maddəsinin konsentrasiyasının səviyyəsinin həftəlik təyininə qədər. Böyrəklərin normal funksiyası olan xəstələrdə, vankomisinin qanın zərdabındakı konsentrasiyasını, müalicənin ikinci günü, növbəti dozanın yeridilməsi önüncə yoxlamaq lazımdır. Vaxtaşırı hemodializdə olan xəstələrdə, qanın zərdabında vankomisinin konsentrasiyasını hemodializ seansı başlanana qədər təyin etmək vacibdir. Peroral qəbul zamanı qanın zərdabında, vankomisinin konsentrasiyasının monitorinqini, bağırsağın iltihabı olan xəstələrdə aparmaq lazımdır. Bir qayda olaraq, qanın zərdabında vankomisinin minimal müalicəvi konsentrasiyası infeksiyanın lokalizasiyasından və mikroorqanizmin hissiyyatından asılı olaraq 10-20 mq/l təşkil etməlidir, bunlara görə MİK 1,0 mq/l və daha çox təşkil edir, qanda vankomisinin minimal konsentrsiyasını 15-20 mq/l səviyyəsində saxlamaq lazımdır. Dərman maddəsinin fərdi dozasını hesablamaq üçün, AUS-un əhəmiyyətli göstəricilərinə çatmaq məqsədilə, modelləşdirmə üsullarından istifadə etmək məqsədəuyğundur. Modelləşdirmə üsullarından istifadə, fərdi başlanğıc dozasının hesablanması üçün, eləcə də, qanın zərdabında, vankomisinin konsentrasiyasının monitorinqi məlumatlarının hesablanması ilə dozanın korreksiyası üçün, olar. Təyinat üsulları Venadaxili yeridilmə Bir qayda olaraq, vankomisin, fasiləli infuziya şəklində, dərman maddəsinin dozalanması münasibətində, buna görə yeridilmə yolları yuxarıda göstərilmişdir, müvafiq məsləhətlərlə yeridilir. Vankomisin, venadaxili. yalnız ləng infuziya şəklində, ən azı 1 saat ərzində yaxud maksimal sürət 10 mq/dəq (asılıdır ki zamana görə hansı daha uzundur) olur. Preparat kifayət dərəcədə həll edilmiş olmalıdır (minimum, 100ml həlledici 500mq toza yaxud, minimum həlledici 1000 mq toza). Tələb olunan mayeyə məhdudiyyəti olan xəstələrdə, 500 mq tozu 50 ml həlledicidə, yaxud1000 mq tozu 100ml həlledicidə; lakin, vankomisinin daha yüksək konsentrasiyalı həlledici istifadə olunan zaman, infuziyaların aparılması ilə əlaqələnən arzuolunmaz reaksiyaların meydana çıxması riskinin artması ola bilər. Vankomisinin qeyri stabil klirensi olan xəstələrdə, fasiləsiz infuziyanın aparılması məqsədəuyğun ola bilər. Venadaxili yeridilmə üçün həlledicinin hazırlanması üzrə təlimat Tozun həll edilməsi Vanko-VM, hansı ki, tərkibində 500 mq liofilizə edilmiləşmiş toz var, onu 10 ml inyeksiya üçün steril suda həll edirlər, Vanko-VM isə, hansının ki tərkibində 1000 mq liofilizləşmiş toz var, onu 20 ml inyeksiya üçün steril suda həll edirlər, bu zaman 1ml məhlulda (şəffaf, rəngsizdən açıq qəhvəyiyə qədr rəngli, çöküntüsüz) 50 mq vankomisin olacaq. Alınmış məhlulu durulaşdırmaq lazımdır, yararlı məhlullar – 0,9%-li venadaxili yeritmək üçün natrium xlorid məhlulu yaxud venadaxili yeritmək üçün 5%-li dekstroza məhlulu. Məhlulun durulaşdırılması Fasiləli infuziya (yeridilmənin daha əlverişli üsulu) Tərkibində 500 mq vankomisin olan məhlul, minimum 100 ml həlledicidə durulaşdırılmalıdır. Tərkibində 1000 m1 vankomisin olan məhlul, minimum 200 ml durulaşdırıcıda durulaşdırılmalıdır. Lazım olan dozada vankomisinin məhlulunu, venadaxili infuziya şəklidə, minimum 60 dəqiqə ərzində yeritmək laımdır. Məhlulun daha az yeridilməsi zamanı yaxud daha yüksək konsentrasiyada yeridilərkən, nəzərə çarpan arterial hipertenziya yaxud tromboflebit xəstəliklərinin inkişafı riski yaranır. Məhlul tez yeridilərsə, istilənmələr və boyunda və çiyilərdə tranzitor səpgi qeyd oluna bilər. Fasiləsiz infuziya (bu müalicə üsulundan yalnız fasiləli infuziyanın keçirilməsi mümkün olmayan hallarda aparmaq olar) Tərkibində 1000-2000 mq vankomisin olan məhlulu, kifayət qədər həvmdə durulaşdırıcı ilə durulaşdırmaq olar. Tərkibində lazımi sutkalıq dozada vankomisini, tədricən, damcı şəklinda infuziya kimi, 24 saat ərzində yeritmək olar. Dərman maddəsinin parenteral yeridilməsində qabaq, məhlulun tərkibində hissəciklərin olmamasını və rənginin dəyişməməsini yoxlamaq lazımdır. Daxilə qəbul Tozu həll etdikdən sonra alınan məhlul, (yuxarıda, venadaxili yeritmək üçün məhlulun hazırlanması üzrə təlimata bax), daxilə qəbul üçün istifadə oluna bilər. Lazım olan dozadakı məhlul 30ml suda durulaşdırıla bilər. Hazırlanmış məhlul daxilə qəbul edilə bilər yaxud burun-mədə zondu vasitəsilə yeridilə bilər. Dadı yaxşılaşdırmaq üçün, qəbul vaxtı ətirli siroplardan əlavə etmək olar. Saxlama şərtləri Tozu həll etdikdən sonra alınan məhlul (yuxarıdakı venadaxili yeridilmə üçün məhlulun hazırlanması təlimatına bax), soyuducuda 2-8°C temperaturda saxlanıla bilər, əgər venadaxili yeritmək üçündürsə 24 saat, əgər daxilə qəbulüçündürsə 96 saat saxlanıla bilər.
Əlavə təsirləri
Təhlükəsizlik profilinin qısa məzmunu Bədənin yuxarı hissəsində flebit, psevdoallergik reaksiyalar və qanın istilənmələri («qırmızı boyun sindromu») daha çox rast gəln arzuolunmaz reaksiyalardır, hansılar ki, vankomisinin çox tez yeridilməsi ilə əlaqədardır. Vankomisinlə müalicə zamanı, arzuolunmaz ağır dəri reaksiyaları, Stivens-Conson sindromu (SCS), toksiki epidermal nekroliz (TEN), eozinofiliya ilə dərman reaksiyası və sistemli əlamətlər (DRESS) və kəskin generalizə olunmuş ekzantematoz pustulez (AGEP) daxil olmaqla baş verə bilər. Daxilə qəbul edilən zaman vankomisin, nəzərə çarpmayan dərəcədə MBY ilə xaric olur, lakin, bağırsağın nəzərəçarpan dərəcədə iltihabı zamanı, xüsusilə, böyrək çatışmazlığı olan xəstələrdə, arzuolunmaz reaksiyalar qeyd edilə bilər, hansılar ki, dərman maddəsinin venadaxili yeridilməsi zamanı qeyd edilir. Arzuolunmaz reaksiyaların siyahısı Aşağıda adları çəkilən arzuolunmaz reaksiyalar MedDRA üzrə sistem-orqan sinifləri ilə müvafiqdirlər. Arzuolunmaz reaksiyaların tezliyinin parametrləri aşağıdakı kimi təyin edilir: çox tez (≥ 1/10); tez-tez (≥ 1/100, lakin < 1/10); bəzən (≥ 1/1000, lakin < 1/100); nadir (≥ 1/10000, lakin < 1/1000); çox nadir (< 1/10000); tezliyi məlum deyil (əldə olan məlumata görə qiymətləndirilə bilmir). Hər tezlik qrupunun çərçivəsində arzuolunmaz reaksiyalar, onların ağırlığının azalması qaydasında göstərilir. Qan və limfa sistemi pozğunluqları: nadir – neytropeniya (qayıdan), aqranulositoz, eozinofiliya, trombositopeniya, pansitopeniya. İmmun sistem pozğunluqları: nadir – hiperhəssəslıq reaksiyaları, anafilaktik reaksiyalar. Eşitmə orqanları və labirint pozulmalar: seyrək – eşitmənin itməsi (müvəqqəti yaxud daimi); nadir – vertiqo, qulaqlarda küy, başgicəllənmə. Ürək tərəfindən: çox nadir – ürəyin dayanması. Damar pozğunluğu: tez-tez – arterial təzyiqin enməsi; nadir – vaskulit. Tənəffüs sistemi, döş qəfəsi orqanları və divararalığı pozğunluqları: tez-tez – təngnəfəslik, stridor. Mədə-bağırsaq sistemi pozğunluqları: nadir – ürəkbulanma; çox nadir – psevdomembranoz enterokolit; tezliyi məlum deyil – qusma, ishal. Dəri və dərialtı toxuma pozğunluqları: tez-tez – bədənin yuxarı hissələrinə qan axını («qırmızı adam sindromu»), ekzantema və selikli qişaların iltihabı, qaşınma, məxmərək; çox nadir – eksfoliativ dermatit, Stivens-Cons sindromu (SCS), toksik epidermal nekroliz (TEN), xətti IgА-asılı bullyoz dermatoz; tezliyi məlum deyil – eozinofiliya və sistemli simptomlarla (DRESS), kəskin generalizə olunmuş ekzantematoz pustulez (AGEP). Böyrəklər və sidikçıxarıcı yolların funksiyasının pozğunluqları: tez-tez – tez-tez böyrək çatışmazlığı (daha çox qanın plazmasında, kreatininin, sidik cövhərinin artması ilə təzahür edir); nadir – interstisial nefrit, kəskin böyrək çatışmazlığı; tezliyi məlum deyil – kəskin tubulyar nekroz. Ümumi pozğunluqlar və istifadə qaydası ilə şərtlənən pozulmalar: tez-tez – flebit, bədənin yuxarı hissəsinin və üzün qızarması; nadir – dərman əsməsi, titrəmə və döş qəfəsi və kürək əzələlərində ağrı və spazmlar. Ayrı-ayrı arzuolunmaz reaksiyaların təsviri Qayıdan neytropeniya, bir qayda olaraq, venadaxili müalicə başlayandan bir həftə yaxud daha çox keçəndən sonra yaxud vankomisinin ümumi yeridilmiş dozası 25,0 q-dan artıq olduqda. Vankomisin məhlulu sürətli yeridildikdə yaxud bu cür yeridilmədən qısa müddət keçdikdən sonra anafilaktik/anafilaktoid reaksiyalar, fit verən tənəffüs daxil olmaqla yarana bilər. Yuxarıda göstərilən reaksiyalar, infuziya saxlandıqdan sonra, bir qayda olaraq, 20-120 dəqiqə keçdikdən sonra itir. Vankomisin tədrici venadaxili infuziya üsulu ilə yeridilməlidir. Əzələdaxili inyeksiyadan sonra, yeridilən yerdə, toxumaların nekrozu qeyd oluna bilər. Qulaqlrda küy, hansından sonra ki, eşitmənin itməsi ola bilər, bunu vankomisinlə müalicənin saxlanmasına göstəriş kimi baxmaq lazımdır. Ototoksik təsiri, daha çox o xəstələrdə qeyd olunur ki, hansılar vankomisini yüksək dozalarda qəbul ediblər yaxud eyni zamanda başqa ototoksik, aminoqlikozidlər kimi dərman maddələri qəbul etmişlər, yaxud artıq əvvəldən böyrəklərin yaxud eşitmənin funksiyasının pozulması olmuşdur. Uşaqlar Uşaqlarda vankomisinin təhlükəsizlik profili, bir qayda olaraq, dərman maddəsinin böyüklərdə təhlükəsizlik profilinə uyğun gəlir. Nefrotoksik təsir o uşaqlarda qeyd olunmuşdur ki, bir qayda olaraq, onlar vankomisinlə eyni zamanda aminoqlikozid kimi, başqa nefrotoksik təsirli dərman maddələrindən istifadə etmişlər. Şübhəli arzuolunmaz reaksiyalar haqqında məlumatlar Dərman maddəsinin qeydiyyatından sonra şübhəli arzuolunmaz reaksiyalar haqqında məlumatlar vacib sayılır. Xəstədə, dərman maddəsinə qarşı ciddi arzuolunmaz reaksiya meydana çıxarsa yaxud mövcud bölmədə qeyd edilməmiş yeni arzuolunmaz reaksiya meydana çıxarsa, xahiş edirik, müvafiq Milli sistemli farmakonəzarətə məlumat verəsiniz.
Doza həddinin aşılması
Vankomisinin dozasıartıq verilərsə, dəstək müalicəsini təyin etmək lazımdır, YFS dəstəyi daxil olmaqla. Dərman maddəsi az dərəcədə orqanizmdən hemodializ vasitəsilə yaxud peritoneal dializ vasitəsilə xaric olur. XAD-4 amberlit smolunda istifadə etməklə hemoperfuziyaların məhdud üstünlüyü haqqında məlumatlar var.
Buraxılış forması
İnfuziya üçün məhlulun hazırlanması üçün liofilizat və daxilə qəbul etmək üçün məhlul, brombutil tıxacla tıxanmış və flip-off tipli qapaqla kombinə olunmuş rəngsiz şüşə flakonda. 1, 5 və ya 10 flakon, içlik vərəqi ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°С-dən yuxarı olmayan temperaturda, rütubətdən və işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti keçdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Mefar İlaç Sanayii A.Ş.”, Turkey. Ramazanoğlu Mah. Ensar Cad. No: 20, 34906 Kurtköy-Pendik/İstanbul. Ticarət nişanının və qeydiyyat vəsiqəsinin sahibi “WORLD MEDICINE İLAÇ SAN. VE TİC. А.Ş.”, TURKEY. Bağcılar İlçesi, Güneşli, 15 Temmuz Mahallesi, Cami Yolu Cad. No:50 K. 1B Zemin 4-5-6,İstanbul.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.