Simespasmil 300 mq / 60 mq N40 kapsul

Dərman formasıKapsul
Farmakoloji təsirMədə-bağırsağın funksional pozuntularında istifadə edilən digər vasitələr. Alverin, kombinasiyada
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

9,60 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

SİMESPAZMİL yumşaq jelatin kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Alverine citrate + Simeticone

Tərkibi

Təsiredici maddə: 1 kapsulda 60 mq alverin sitrat, 300 mq simetikon vardır. Köməkçi maddələr: jelatin, qliserin, titan dioksid.

Təsviri

№ 6 ölçülü, uzunsov formalı, açıq-sarı rəngli, möhtəviyyatı ağ rəngdən demək olar ki, ağ rəngə qədər özlü suspenziya olan yumşaq jelatin kapsullardır.

Farmakoterapevtik qrupu

Mədə-bağırsağın funksional pozuntularında istifadə edilən digər vasitələr. Alverin, kombinasiyada. ATC kodu: A03AX58.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Simespazmil kombinəolunmuş preparat olub, təsiri tərkibinə daxil olan komponentlərlə əlaqədardır. Spazmolitik təsir göstərir, bağırsaqda qazəmələgələməni azaldır. Alverin spazmolitik olub, həzm sisteminin saya əzələsinə birbaşa təsir edir. Təsir mexanizmi fosfodiesterazanın inhibə olunması və sonradan saya əzələlərin hüceyrələrində kalsium kanallarının blokada olunması ilə hüceyrədə siklik adenozinmonofosfatın toplanması ilə əlaqədardır. Alverin papaverinə nisbətən daha effektli vasitədir və daha az arzuolunmayan reaksiyalar yaradır. Klinikayaqədərki tədqiqatlar alverinin antixolinergik effektini (atropinin arzuolunmayan reaksiyaları olmadan) göstərmişdir. Simetikon bağırsaqda qazəmələgəlməni azaldan və həzm sisteminin divarını qoruyucu pərdə ilə örtən aşağı sıxlıqlı səthi gərilməyə malik hidrofob polimer maddədir. Simetikon qaz qovuqlarının səthi gərilməsini azaldaraq, onların parçalanmasına səbəb olur. Azadolan qazlar tədricən bağırsaq tərəfindən udulur, eləcə də, bağırsağın peristaltikasının hesabına orqanizmdən xaric olur. Farmakokinetikası Alverin sitrat Alverin sitrat mədə-bağırsaq sistemindən çox ləng sorulur və daxilə qəbul edildikdən sonra kiçik absorbsiyaya malikdir. Qəbul edilən dozadan 0,15% maddə üçün qan plazmasında maksimal konsentrasiya müəyyən edilir. Qan plazmasında konsentrasiyası 6 saat ərzində daimi qalır. Simetikon Simetikon fizioloji və kimyəvi inertliyinin nəticəsində orqanizmdə sorulmur və dəyişilməmiş şəkildə mədə-bağırsaq sistemindən xaric olur. Preparat daxilə qəbul edildikdən sonra effekti 30-60 dəqiqədən sonra inkişaf edir və 3-4 saat ərzində davam edir.

İstifadəsinə göstərişlər

Meteorizmlə müşayiət olunan funksional bağırsaq xəstəliklərinin simptomatik müalicəsi.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Bağırsaq keçməzliyi. Hamiləlik və laktasiya. Uşaqlar və 18 yaşa qədər yeniyetmələr.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Bağırsaq keçməzliyinin əlamətləri (ürəkbulanma, qusma, qarın nahiyəsində ağrı, qaz və qarınişləmənin ləngiməsi) yarandıqda, ehtiyatlı olmaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Simespazmil preparatının digər dərman vasitələrilə qarşılıqlı təsiri halları qeyd edilməyib.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə Simespazmilin istifadəsi əks göstərişdir. Pediatriyada istifadəsi Preparatı uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə əks göstərişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini və ya digər mexanizmləri idarə etmək məsləhət görülməyib, belə ki, preparatın bu funksiyalara təsirini öyrənən tədqiqatlar aparılmayıb.

İstifadə qaydası və dozası

Kapsullar bütövlükdə, kifayət qədər su içməklə daxilə qəbul edilir. Preparat 3-4 həftə ərzində sutkada 2-3 dəfə yeməkdən əvvəl 1 kapsul təyin edilir. Həkim nəzarəti olmadan müalicənin müddəti 7 gündən artıq olmamalıdır.

Əlavə təsirləri

Simespazmil bir qayda olaraq, pasiyentlər tərəfindən yaxşı qəbul edilir. Əlavə təsirlər nadir hallarda baş verir və müvəqqəi xarakter daşıyır. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). İmmun sistemdə baş verən pozğunluqlar: nadir hallarda-səpgi, qaşınma, üzün, dilin, qırtlağın ödemi, tənəffüsün pozulması (təngnəfəslik və/ya xışıltılı nəfəsalma) kimi hiperhəssaslıq reaksiyaları, allergik reaksiyalar, anafilaktik şok. Sinir sistemində baş verən pozğunluqlar: nadir hallarda-ürəkbulanma, qəbizlik. Qaraciyər və ödçıxarıcı yollarda baş verən pozğunluqlar: nadir hallarda-qaraciyər funksiyasının pozulması, hepatitlə əlaqədar sarılıq, bir qayda olaraq, əlavə təsirlər preparatın istifadəsi dayandırıldıqdan sonra itir. Dəri və dərialtı toxumada baş verən pozğunluqlar: nadir hallarda-qaşınma, övrə.

Doza həddinin aşılması

Alverinin doza həddinin aşılması hipotenziyaya və atropinəbənzər toksik effektlərə səbəb ola bilər. Müalicəsi Atropinlə zəhərlənmədə olduğu kimi hipotenziya zamanı dəstəkləyici müalicə aparılır. Simetikonun doza həddinin aşılması az ehtimal edilir. Müalicəsi Simptomatikdir.

Buraxılış forması

10 kapsul, blisterdə. 4 blisterç içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Vörld Medisin İlaç San. ve Tic. A.Ş.”, Türkiyə. Ünvan Bağçılar İlçesi, Güneşli, 15 Temmuz Mahallesi, Cami Yolu Cad. No:50K, 1B Zemin 4-5-6, İstanbul.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Simespasmil 300 mq / 60 mq N40 kapsul” üçün ilk rəyi siz yazın.