Salisil turşusu 2 % 25 ml məhlul Borisov
| Dərman forması | Məhlul |
|---|---|
| Farmakoloji təsir | Yerli istifadə üçün digər göbələkəleyhinə vasitələr. Salisil turşusu |
| İstehsal ölkəsi | Belarusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
0,60 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Dərman vasitəsini istifadə etməzdən əvvəl içlik vərəqəsini diqqətlə oxuyun, belə ki, burada Sizə lazım olan məlumatlar vardır. İçlik vərəqəsini saxlayın. Çünki onu yenidən oxumaq lazım gələ bilər. Sizə əlavə məlumat lazım olarsa, həkimə və ya əczaçıya və ya tibb bacısına müraciət edin. Bu dərman vasitəsi şəxsən Sizə təyin edilib. Onu başqa adamlara verməyin. Hətta onlarda Sizin xəstəliyin simptomları olsa belə preparat onlara ziyan verə bilər. Sizdə hər hansı əlavə təsir yaranarsa, həkimə və ya əczaçıya və ya tibb bacısına müraciət edin. Bu tövsiyə, istənilən mümkün arzuolunmaz təsirə,o cümlədən,içlik vərəqədə “Əlavə təsirləri” bölməsində qeyd edilməyən təsirlərə şamil edilir. SALİSİL TURŞUSU 20 mq/ml xaricə istifadə üçün spirtli məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Salicylic acid
Tərkibi
Təsiredici maddə:1 flakonda (25 ml) 500 mq salisil turşusu vardır. Köməkçi maddə: etil spirti.
Təsviri
Rəngsiz, şəffaf, spirt qoxulu mayedir.
Farmakoterapevtik qrupu
Yerli istifadə üçün digər göbələkəleyhinə vasitələr. Salisil turşusu. ATC kodu: D01АE12.
İstifadəsinə göstərişlər
Aşağıdakı halların kompleks müalicəsi: – Yağlı seboreya; – civzələrin prokfilaktikası və müalicəsi; – piodermiya.
Əks göstərişlər
– Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; – böyrək çatışmazlığı; – 1 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Gözlərə düşməsindən çəkinmək lazımdır. Dərman vasitəsinin selikli qişaların, anadangəlmə xalların, tüklü ziyilin, üz ya genital nahiyələrdə ziyilin üzərinə istifadə etmək olmaz. Uşaqların müalicəsində dərinin bir neçə sahələrinin üzərinə eyni zamanda istifadəsindən çəkinmək lazımdır. Selikli qişalara düşdükdə, müvafiq nahiyə çoxlu miqdarda su ilə yuyulmalıdır. Nəzərə almaq lazımdılr ki, hiperemiya və iltihabla müşayiət olunan dəri xəstəliklərində (o cümlədən, psoriatik eritrodermiya) və ya səthi sulanan zədələnmələrdə, salisil turşusunun sorulması mümkündür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Salisil turşusu yerli istifadə olunan digər dərman vasitələri üçün dərinin keçiciliyini artıra və bununla da onların sorulmasını gücləndirə bilər. Sorulmuş salisil turşusu metotreksat və peroral hipoqlikemik dərman vasitələrinin, sulfonilsidikcövhəri törəmələrinin əlavə təsirini gücləndirə bilər. Məhlul, farmasevtik nöqteyi nəzərdən rezorsinlə (əriyən qarışıqlar əmələ gətirir) və sink oksidi ilə (həll olunmayan sink salisilat əmələ gəlir) uyuşmur. Salisil turşusunun yerli istifadəsini, tərkibində asetilsalisil turşusu və digər qeyri-steroid iltihabəleyhinə vasitələr olan peroral istifadə edilən dərman vasitələrinin eyni vaxtda istifadəsilə qarışdırmaq olmaz. Pasiyent hər hansı dərman vasitəsi istifadə etdikdə, mütləq həkimə məlumat verməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə dərman vasitəsindən istifadə etmək olmaz. Pediatriyada istifadəsi Uşaqlarda istifadəsi ehtiyat tələb edir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Təsir etmir.
İstifadə qaydası və dozası
Xaricə istifadə edilir. Zədələnmiş dəri səthi spirtli məhlulla sutkada 2-3 dəfə işlənir. Böyüklər üçün maksimal sutkalıq doza 20 mq/ml konsentrasiyada 10 ml məhlul; uşaqlar üçün 20 mq/ml konsentrasiyada 1 ml məhlul təşkil edir. Müalicə kursu 1 həftədən artıq olmamalıdır.
Əlavə təsirləri
Dəri tərəfindən baş verən dəyişikliklər mümkündür: quruluq, qabıqvermə, qıcıqlanma, kontakt dermatit, allergik reaksiyaların təzahürü (övrə, qaşınma), bu zaman dərman vasitəsinin istifadəsinin dayandırılması vacibdir. Uzun müddət istifadəsi zamanı dərman vasitəsinin ümumi qan dövranına sorulması və salisilatlara xas olan əlavə təsirlərin inkişafı mümkndür: qulaqlarda küy, başgicəllənmə, epiqastral nahiyədə ağrı, ürəkbulanma, qusma, asidoz, sürətli tənəffüs. İstənilən əlavə təsirin təzahürü zamanı həkimə müraciət etmək vacibdir.
Doza həddinin aşılması
Dərman vasitəsinin yüksək dozalarının istifadəsi zamanı keratolitik təsir və allergik reaksiyalar güclənə bilər. Belə halda dərman vasitəsini su ilə yumaq, məsləhət üçün həkimə müraciət etmək lazımdır. Terapiya simptomatikdir. Salisil turşusunun daxilə düşməsi zamanı mədənin selikli qişasının qıcıqlanması müşahidə edilir, epiqastral nahiyədə ağrı, ürəkbulanma, bəzən qusma yaranır. Daxilə istifadəsi zamanı qələvi məhlulların istifadəsilə bol su ilə mədənin zondla yuyulması vacibdir.
Buraxılış forması
25 ml məhlul, şüşə flakonda. Flakon, uyğun sayda içlik vərəqə ilə birlikdə qrup qablaşmasına qablaşdırılır.
Saxlanma şəraiti
25º C-dən yüksək olmayan temperaturda, işıqdan və oddan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Borisov Dərman Preparatları Müəssisəsi” ASC, Belarus Respublikası Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel.:/Faks: +375 (177) 735612, 731156.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.