Ronocit 500 mq N20 tablet

Dərman formasıTablet
Farmakoloji təsirPsixostimulyatorlar və nootrop vasitələr

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

30,37 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

RONOSİT örtüklü tabletler Beynəlxalq patentləşdirilməmiş adı: Citicoline

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq və ya 500 mq sitikolin (sitikolin natrium formasında) vardır. Köməkçi maddələr: qarğıdalı nişastası, talk, hidroksipropilsellüloza, mikrokristallik sellüloza, natrium kroskarmelloza, susuz kolloidal silisium dioksid, maqnezium stearat. Örtük: ağ opadri II 85F18422 (qismən hidrolizəolunmuş polivinil spirti, titan dioksid, makroqol, talk).

Təsviri

Hər iki tərəfi qabarıq, ağ rəngli örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Psixostimulyatorlar və nootrop vasitələr. ATC kodu: N06BX06.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Sitikolin hüceyrə membranının (əsasən, fosfolipidlərin) açar ultrastrukturlu komponentlərinin sələfi olub, geniş spektrli təsirə malikdir – zədələnmiş hüceyrə membranını bərpa edir, artıq sərbəst radikalların yaranmasına mane olaraq fosfolipazaların təsirini inhibə edir, eləcə də apoptozun mexanizminə təsir edərək hüceyrələrin məhv olmasının qarşısını alır. İnsultun kəskin dövründə zədələnmiş toxumanın həcmini azaldır, xolinergik keçiriciliyi yaxşılaşdırır. Kəllə-beyin travması zamanı posttravmatik komanın müddətini və nevroloji simptomların təzahürünü azaldır. Baş beynin xroniki hipoksiyası zamanı yaddaşın zəifləməsi, təşəbbüssüzlük, gündəlik fəaliyyətləri yerinə yetirərkən və özünəxidmət zamanı yaranan çətinlik kimi koqnitiv pozulmaların müalicəsində sitikolin effektiv vasitədir. Preparatla üzünmüddətli müalicə mümkündür, belə ki, sitikolin tənəffüs, nəbz və arterial təzyiqə təsir etmir. Farmakokinetikası Sitikolin orqanizmdə toplanan təbii birləşmədir. O, mədə-bağırsaq traktından tam şəkildə sorulur, 5 gün istifadə edildikdən sonra < 1% doza nəcisdə aşkar edilmişdir.Orqanizmdən xaric olması çox ləng baş verir, əsasən, tənəffüs orqanları və sidiklə xaric olunur.

İstifadəsinə göstərişlər

– İşemik insultun kəskin dövrü; – işemik və hemorragik insultun bərpa dövrü; – kəllə-beyin travması (kəskin və bərpa dövrü); – baş beynin degenerativ və damar xəstəliklərinin koqnitiv pozulmaları.

Əks göstərişlər

– Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; – vaqotoniya (vegetativ sinir sisteminin parasimpatik hissəsinin tonusunun artması).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ronosit astma tutmalarının yaranmasına səbəb ola bilər (xüsusilə asetilsalisil turşusuna qarşı allergiyası olan xəstələrdə).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Sitikolin levodopanın effektini gücləndirir. Preparatı tərkibində meklofenoksat olan dərman vasitələri ilə eyni vaxtda istifadə etmək olmaz. Preparatı qankəsici, kəllədaxili antihipertenziv vasitələrlə və adi perfuzion mayelərlə eyni vaxtda istifadə etmək olar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparatın istifadəsi ana üçün olan fayda dölə olan potensial riskdən üstün olduqda mümkündür. Laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olarsa, ana südü ilə qidalandırmanın dayandırılması nəzərdən keçirilməlidir. Pediatriyada istifadəsi Pediatriyada preparat o vaxt təyin edilir ki, gözlənilən terapevtik fayda mümkün riskdən üstün olsun. Yaş həddi və dozalanma rejimi fərdi olaraq həkim tərəfindən müəyyən edilir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir. Ayrı-ayrı hallarda preparatın mərkəzi sinir sisteminə əlavə təsirləri nəqliyyat vasitəsi və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsir edə bilər.

İstifadə qaydası və dozası

Preparat daxilə qəbul edilir. Məsləhət görülən doza sutkada 500-2000 mq təşkil edir. Preparatın dozası və müalicənin müddəti beynin zədələnmə səviyyəsindən asılıdır və hə-kim tərəfindən müəyyən edilir. Yaşlı xəstələrdə dozanın korreksiyası tələb olunmur.

Əlavə təsirləri

Preparatın əlavə təsirləri çox nadir hallarda (< 1/10000) baş verir. Mərkəzi və periferik sinir sisteminə: çox nadir hallarda – yuxusuzluq, başağrısı, başgicəllənmə, oyanıqlıq, tremor, iflic olmuş ətraflarda keyləşmə. Həzm sisteminə: çox nadir hallarda – ürəkbulanma, iştahanın azalması, qaraciyər fermentlərinin aktivliyinin dəyişməsi. Allergik reaksiyalar: çox nadir hallarda – səpgi, dəri qaşınması, anafilaktik şok. Digər: çox nadir hallarda – qızdırma, qısamüddətli hipotenziv təsir, parasimpatik sinir sisteminin stimullaşması.

Doza həddinin aşılması

Preparatın terapevtik dozası aşıldıqda belə az toksikliyi ilə əlaqədar olaraq doza həddinin aşılması halları qeyd edilməmişdir.

Buraxılış forması

Örtüklü tabletlər. 10 tablet, blisterdə. 1 və ya 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsal və qeydiyyat vəsiqəsinin sahibi “World Medicine İlaç San. Ve Tic. A.Ş.”, Türkiyə. Bağçılar İlçesi, Güneşli, Evren Mahellesi, Cami Yolu Cad. No: 50 K. 1B Zemin 4-5-6, İstanbul.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Ronocit 500 mq N20 tablet” üçün ilk rəyi siz yazın.