Ringer 500 ml infuziya Hemofarma
| Dərman forması | İnfüziya məhlulu |
|---|---|
| Farmakoloji təsir | Elektrolit balansını bərpa edən vasitələr |
| İstehsal ölkəsi | Serbiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,66 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
RİNGER MƏHLULU infuziya üçün məhlul RINGERˈS SOLUTION Beynəlxalq patentləşdirilməmiş adı: compound solution of sodium chloride (potassium chloride + calcium chloride + sodium chloride)
Tərkibi
Təsiredici maddə: 1000 ml məhlulun tərkibində 8,60 q natrium xlorid, 0,33 q kalsium xlorid, 0,30 q kalium xlorid vardır. Köməkçi maddələr: natrium hidroksid (pH 5,0-7,0), xlorid turşusu (pH 5,0-7,0), inyeksiya üçün + + su vardır ki, bu da, müvafiqdir: natrium (Na ) 147,00 mmol/l, kalium (K ) 2+ – 4,00 mmol/l, kalsium (Ca ) 2,25 mmol/l, xlorid (Cl ) 155,60 mmol/l. Nəzəri osmolyarlıq: 309 mOsm/l.
Təsviri
Şəffaf, rəngsiz məhluldur.
Farmakoterapevtik qrupu
Elektrolit balansını bərpa edən vasitələr. ATC kodu: B05BB01.
Farmakoloji xüsusiyyətləri
Rehidratasiyaedici vasitədir, dezintoksikasiyaedici təsir göstərir, qanın su və elektrolit tərkibini stabilləşdirir. Dövr edən qanın həcminin bərpa edilməsi məqsədilə istifadəsi zamanı, qan dövranından ekstravazal boşluğa sürətli xaric olduğuna görə effekt, yalnız 30-40 dəqiqə ərzində saxlanır (bununla əlaqədar məhlul, dövr edən qanın həcminin, yalnız qısa müddətli bərpası üçün yararlıdır).
İstifadəsinə göstərişlər
Eritrositlərin əvəz edilməsi vacib olmadıqda plazmaəvəzedici vasitə qismində, o cümlədən, şok, kollaps, yanıqlar, donma, uzun müddətli qusma, diareya zamanı. Su və elektrolit balansın korreksiyası üçün kəskin yayılmış peritonit və bağırsaq keçməzliyi, bağırsaq fistulu zamanı; müxtəlif etiologiyalı dehidratasiya; maye itkisilə müşayiət edilən metabolik alkaloz.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, hipernatriemiya, hiperxloremiya, asidoz, xroniki ürək çatışmazlığı, ağciyər ödemi, beyinin ödemi, xroniki böyrək çatışmazlığı, hipervolemiya, qlükokortikosteroidlərlə yanaşı terapiya.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Uzun müddət istifadəsi zamanı plazmada elektrolitlərin konsentrasiyasına və sutkalıq diurezə nəzarət etmək lazımdır. Xlorid ionlarının yüksək səviyyəsinə görə preparatın uzun müddət istifadəsi məsləhət görülmür. Preparatın artıq həcmdə sürətli yeridilməsi zamanı turşu-əsas vəziyyətinə və elektrolitlərin səviyyəsinə nəzarət etmək vacibdir. Qanın pH-nın dəyişməsi (turşulaşma) kalium ionlarının yenidən paylanmasına səbəb olur (pH-ən enməsi qan zərdabında kalium ionlarının miqdarının artmasına səbəb olur). Yalnız içərisində şəffaf məhlul olan zədələnməmiş flakonu istifadə etmək olar.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aşağıdakı dərman vasitələrilə eyni vaxtda istifadəsi zamanı orqanizmdə natriumun ləngiməsinin artması mümkündür: qeyri-steroid iltihabəleyhinə preparatlar, androgenlər, anabolik hormonlar, estrogenlər, kortikotropin, mineralokortikoidlər, vazodilatatorlar və ya qanqlioblokatorlar. Kaliumqoruyucu diuretiklərlə, angiotenzinçevirici fermentin (AÇF) inhibitorları və kalium preparatları ilə istifadəsi zamanı hiperkaliemiyanın inkişafı riski güclənir. Ürək qlikozidlərilə kombinasiyada onların toksik effektinin ehtimalı artır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə o zaman istifadə edilir ki, ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olsun. Müvafiq klinik məlumatların olmadığı üçün preparatdan istifadə zamanı ana südü ilə qidalandırmadan çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Venadaxili, 60-80 damcı/dəqiqə sürətlə damcı və ya şırnaq üsulu ilə yeridilir. Böyüklər üçün sutkalıq doza 5- 20 ml/kq təşkil edir, ehtiyac olduqda, 30-50 ml/kq-a qədər artırıla bilər. Uşaqlar üçün sutkalıq doza 5-10 ml/kq təşkil edir, yeridilmə sürəti 30-60 damcı/dəqiqədir, şok dehidratasiyası zamanı ilkin yeridilmə 20-30 ml/kq-dır. Müalicə kursu 3-5 gündür.
Əlavə təsirləri
Hiperhidratasiya, hipokaliemiya, allergik reaksiyalar.
Buraxılış forması
İnfuziya üçün məhlul. 500 ml məhlul, damcısalanın tutacağı olan, şkala ilə işarələnmiş, aşağı sıxlıqlı rezin və polietilen qapaqla bağlanmış, ilkin açılmaya nəzarət halqası olan aşağı sıxlıqlı polietilen flakonda. 10 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır (stasionar üçün qablaşma).
Saxlanma şəraiti
15-25ºС temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. Yalnız tibb müəssisələrində istifadəsinə icazə verilir. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Hemofarm A.D., Serbiya. 26300, Vrşas ş., Beoqrad yolu bb, Serbiya. Tel.: 13/803100. Faks: 13/803424. İradları qəbul edən təşkilat Rusiya, 603950, Nijniy Novqorod ş., Salqanskaya k., ev 7. Tel.: (495) 221-70-40. Faks: (495) 221-70-46.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.