Ridactone 25 mq N30 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Diuretik dərman preparatı |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
6,06 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəni diqqətlə oxuyun, çünki burada Sizin üçün mühüm məlumatlar vardır. Bu içlik vərəqəni saxlayın. Daha sonra onu təkrar oxumağa ehtiyac duya bilərsiniz. Əgər əlavə suallarınız olarsa, lütfən, həkiminizə və ya əczaçınıza müraciət edin. Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. Bu dərmandan istifadə zamanı həkimə və ya xəstəxanaya müraciət etsəniz həkiminizə bu dərmandan istifadə etdiyinizi söyləyin. Bu təlimatda yazılanlara dəqiq əməl edin. Dərmanın Sizə tövsiyə olunan dozasını artıraraq və ya azaldaraq istifadə etməyin. Əlavə təsirlərdən hər hansı biri ciddi xarakter alarsa və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsir meydana çxarsa, lütfən həkiminizə və əczaçınıza bildirin. RİDAKTON 25 mq örtüklü tabletlər RIDACTONE
Tərkibi
Təsiredici maddələr:1 tabletin tərkibində 25 mq spironolakton vardır. Köməkçi maddələr: kalsium sulfat dihidrat, kroskarmelloza natrium, laktoza monohidrat, krospovidon, qarğıdalı nişastası, HPMC 606, natrium laurilsulfat, kolloidal silisium dioksid, maqnezum stearat, Opadry (II).
Təsviri
Ağ rəngli, girdə, ikitərəfli qabarıq örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Diuretik dərman preparatı. ATC kodu: C03DA01.
Farmakoloji xüsusiyyətləri
Ridakton sidikqovucu (diuretik) dərman preparatları qrupuna aiddir. Topuqlarınızda şişkinlik varsa və ya kəsik-kəsik nəfəs alırsınızsa həkimə müraciət edin. Bu vəziyyət orqanizminizdə maye miqdarının artması ilə bağlı olaraq ürəyinizin qanı qovma gücünün (nasos funksiyasının) zəifləməsi ilə əlaqədar ola bilər. Bu vəziyyət durğunluq ürək çatışmazlığı adlandırılır. Çoxlu mayenin orqanizminizdə dövr etməsi ürəyinizin çox işləməsi deməkdir. Həkiminiz orqanizminizdə olan artıq mayeni orqanizminizdən xaric etmək üçün Sizə Ridakton təyin edəcəkdir. Ridakton istifadə etdiyiniz zaman sidiyəgetməyə daha çox ehtiyac duyacaqsınız. Beləliklə, artıq maye sidiyinizlə xaric olacaqdır.
İstifadəsinə göstərişlər
Ridakton əsasən aşağıdakı halların müalicəsi üçün istifadə olunur: Essensial hipertenziya (səbəbi məlum olmayan hipertenziya) Nefrotik sindrom (orqanizmdə çoxlu miqdarda mayenin toplanmasına səbəb olan böyrək xəstəliyi) Assit (məsələn, qarın boşluğunda qaraciyər sirrozunun səbəb olduğu maye toplanması) Birincili aldosteronizm (Aldosteron hormonunun səviyyəsinin yüksək olması ilə əlaqədar olaraq orqanizmdə mayenin toplanması) Diüretiklərlə birlikdə hipokaliemiya/hipomaqneziemiyanın (qanda kaliumun səviyyəsinin norma- dan aşağı düşməsi) kompleks müalicəsində Zəif-orta-ciddi simptomlarla müşahidə olunan ürək çatışmazlığının (NYHA II-IV) müalicəsində standart müalicəyə əlavə kimi
Əks göstərişlər
Spironolaktona və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq Addison xəstəliyi (böyrəküstü vəzilərin funksiyasının zəifləməsi) Spironolakton-a qarşı keçmişdə qeyri-adi və ya allergik reaksiyanın olması Hiperkaliemiya (qanda kaliumun səviyyəsinin yüksəlməsi) Sidiyəgetmədə çətinlik Kəskin və ciddi böyrək çatışmazlığı Laktasiya dövrü Eplerenon (xroniki ürək çatışmazlığının müalicəsi üçün istifadə olunur) ilə birlikdə istifadə Kaliumqoruyucu diüretik tablet və ya kalium əlavəsi tabletlərinin istifadəsi zamanı. Yuxarıda göstərilən hallarda bu dərmandan istifadə etməyin. Xüsusi göstərişlər və ehtiyat tədirləri Böyrək və ya qaraciyər xəstəliyi varsa Hamiləlik dövründə Qanda natriumun səviyyəsinin düşməsinə (hiponatriemiya) səbəb ola biləcək digər diuretik tabletlərlə Ridakton un birlikdə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. Bu xəbərdarlıqlar hətta keçmişdə olsa belə Sizə şamil edilə bilərsə, lütfən bu barədə həkiminizə məlumat verin. Ridaktonun tərkibində olan bəzi köməkçi maddələr barədə mühüm məlumatlar Ridakton un tərkibində olan köməkçi maddələrə qarşı yüksək həssaslığınız yoxdursa, bu maddələrlə bağlı qeyri-adi təsir gözlənilməz. Böyrək çatışmazlığı olan hipertenzivli pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. Pediatrik pasiyentlərdə hiperkaliemiya riski səbəbindən ehtiyatla təyin edilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər Sizin üzərinizdə anesteziyaedici preparatdan istifadə edilməklə cərrahi əməliyyat keçiriləcəksə, həkiminizə Ridakton qəbul etdiyiniz barədə məlumat verin. Əgər aşağıdakı dərmanlardan hər hansı birini qəbul edirsinizsə həkiminizin Ridakton un dozasına düzəliş etməsi lazım gələ bilər. Diqoksin və ya karbenoksolon, Yüksək qan təzyiqinin müalicəsi üçün istifadə olunan dərmanlar, Digər diuretiklər, Aspirin və ya ibuprofen kimi qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP), Kalium əlavələri Qanın laxtalanmasının qarşısını almaq üçün istifadə olunan heparin və ya aşağımolekullu heparin Əgər resept əsasında və ya reseptsiz buraxılan hər hansı digər dərman istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə, lütfən bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Hamiləsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya hamilə qalmağı planlaşdırırsınızsa, bunu həkiminizə bildirin. Həkiminiz lazım bilərsə, Ridaktonu istifadə edə bilərsiniz. Müalicə müddətində hamilə qaldığınızı hiss etsəniz, bunu dərhal həkiminizə və ya əczaçıya bildirin. Laktasiya Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər südəmər uşağınız varsa Ridakton istifadə etməyin. Əgər laktasiya dövründə Ridakton un istifadəsi üçün zərurət yaranarsa, o zaman südəmər uşağınızın qidalanması üçün alternativ yolların təyin edilməsi üçün həkiminizlə məsləhətləşin. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Ridakton nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər (yuxululuq və başgicəllənmə kimi əlamətlər yarandığı üçün). Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən ehtiyatlı olmaq lazımdır.
İstifadə qaydası və dozası
Ridakton daxilə qəbul edilir. Həkiminiz və ya əczaçı başqa cür tövsiyə verməzsə, aşağıdakı təlimatlara əməl edin. Həkiminiz Sizə hansı dozada Ridakton lazım olduğunu müəyyən edəcək. Bu doza müxtəlifdir və həkiminiz Sizin üçün uyğun olan dozanı seçəcəkdir. Böyüklər preparatı gündə 1 dəfə birdəfəlik doza şəklində və ya dozanı bölünmüş şəkildə gündə bir neçə dəfəyə qəbul edə bilərlər. Qida ilə birlikdə qəbul edilməlidir. Böyüklər üçün doza 25 mq-la 200 mq Ridakton arasında dəyişə bilər. Preparatı hansı dozada qəbul edəcəyinizə əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Müxtəlif yaş qrupları Uşaqlarda istifadəsi Uşaqlar üçün doza (tabletlərin sayı) onların bədən kütləsindən asılı olaraq təyin edilir. Həkiminiz uşağınız üçün lazım olan tabletlərin sayını Sizə bildirəcəkdir. Yaşlılarda istifadəsi Həkiminiz Sizin müalicənizi aşağı doza ilə başlayacaq və lazım olan effekt əldə edilənə qədər dozanı tədricən artıracaqdır. Xüsusi hallarda istifadəsi Böyrək çatışmazlığı Kəskin böyrək çatışmazlığı və böyrək funksiyalarının zəifləməsi və ya pozğunluğu hallarında bu dərman preparatı istifadə olunmamalıdır. Qaraciyər çatışmazlığı Qaraciyərin dərmanın metabolizmini və orqanizmdən xaric olmasını dəyişdirə biləcək ağır çatışmazlığı zamanı preparat ehtiyatla istifadə olunmalıdır. Əgər Ridakton un təsirinin çox güclü və ya çox zəif olduğunu hiss edirsinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Ridaktonu istifadə etməyi unutduqda Əgər bir dozanın qəbulunu unutmusunuzsa və növbəti dozanın vaxtına çox qalmışdırsa, onu xatırlayan kimi qəbul edin. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Ridakton ilə müalicə qurtardıqdan sonra meydana çıxa biləcək təsirlər Hətta özünüzü yaxşı hiss etsəniz həkiminiz dərmanın qəbulunu dayandırmağınız barədə qərar verməyənə qədər dərmanın qəbulunu davam etdirin. Əgər dərmanın qəbulunu lazım olduğundan tez dayandırsanız, vəziyyətiniz pisləşə bilər. Dərmanın qəbuluna dair suallarınız olarsa, həkiminizlə məsləhətləşin Ridaktonun qida və içkilərlə birlikdə istifadəsi Ridakton qida ilə birlikdə qəbul edilə bilər.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, Ridaktonun tərkibində olan maddələrə qarşı həssas olan insanlarda əlavə təsirlər meydana çıxa bilər. Əlavə təsirlər tezliyinə görə aşağıdakı kimi sadalanır. Çox tez-tez: 10 xəstədən ən azı birində rast gələ bilər. Tez-tez:10 xəstənin birindən azında, lakin 100 xəstənin birindən çoxunda rast gələ bilər. Bəzən rast gəlinən:100 xəstənin birindən azında, lakin 1000 xəstənin birindən çoxunda rast gələ bilər. Nadir: 1000 xəstənin birindən azında rast gələ bilər. Çox nadir: 10000 xəstənin birindən azında rast gələ bilər. Məlum deyil: əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil Aşağıdakı əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa, Ridaktonu istifadə etməyi dayandırın və DƏRHAL həkiminizə və ya ən yaxın xəstəxananın təcili yardım şöbəsinə müraciət etmək lazımdır. Məlum deyil Dodaqlarda və bədənin digər hissələrində qaşınma və qabar (Stivens-Conson sindromu) Dərinin və gözlərin saralması (sarılıq), Ridakton qaraciyərin funksional pozğunluğuna səbəb ola bilər. Ürəyin aritmiyası, sancma hissi, tənəffüsün tormozlanması və ya nəfəsalmanın çətinləşməsi, qanda kaliumun səviyyəsinin yüksəlməsini göstərən simptomlar meydana çıxa bilər. Həkiminiz kaliumun və digər elektrolitlərin səviyyəsinə nəzarət etmək üçün müntəzəm olaraq qan analizləri vermənizi istəyəcəkdir. Əgər lazım bilərsə, müalicənizi dayandıra bilər. Bunların hamısı çox ciddi əlavə təsirlərdir. Əgər bunlardan hər hansı biri Sizdə mövcuddursa, təcili tibbi müdaxiləyə və ya xəstəxanaya yerləşdirilməyinizə ehtiyac yarana bilər. Aşağıdakı əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa, həkimə müraciət etmək lazımdır: Məlum deyil Ürəkbulanma, dispepsiya Yuxululuq, başgicəllənmə Qadınlarda menstruasiya ilə bağlı problemlər Qadın və kişilərdə cinsi həvəsin (libido) dəyişməsi Orqanizmdə elektrolitlərin səviyyəsində nizamsızlıq (qanda kalsiumun səviyyəsinin yüksəlməsi) Leykositlərin sayının azalması (leykopeniya); qanın laxtalanması prosesində iştirak edən qan hüceyrələrinin (trombositlərin) sayının azalması (trombositopeniya) Kişilərdə döşlərin böyüməsi (ginekomastiya) (bu vəziyyət müalicə qurtardıqdan sonra keçir), sinədə yumrulaşma, sinədə ağrı Qadınlarda səsin qalınlaşması Dəridə qızartı, ümumi qaşınma Övrə və qaşınmanın inkişafı ilə dəridə allergik reaksiya; həddindən artıq tüklənmə (hipertrikoz) Saçların tökülməsi Ümumi yorğunluq, əzələ spazmları Kəskin böyrək çatışmazlığı Bunlar Ridaktonun zəif əlavə təsirləridir. Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı bir əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Doza həddinin aşılması
Lazım olduğundan artıq Ridakton qəbul etmisinizsə, həkimlə və ya əczaçı ilə məsləhətləşin. Doza həddinin aşılmasının simptomları keyləşmə və başgicəllənmədir. Ürəkbulanma, qusma və ya diareya və başgicəllənmə baş verə bilər.
Buraxılış forması
15 tablet, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, öz qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Gen İlac ve Sağlık Ürünleri San.ve Tic. A.Ş. ASO 2 ve 3. OSB Alcı OSB Mah. 2013 Cad.No.24 Sincan/Ankara/Türkiyə. Lisenziyanın sahibi Gen İlac ve Sağlık Ürünleri San. Ve Tic. A.Ş. Mustafa Kemal Mah.2119 Sok.N:3 D:2-3 06520, Çankaya/Ankara/Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.