Ribatran N20 tablet

Dərman formasıTablet
Farmakoloji təsirFerment preparatı
İstehsal ölkəsiMisir

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

18,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

RİBATRAN örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Trypsin, ribonuclease, chymotrypsinogen

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 4,2 mikrokatal tripsin, 0,33 mikrokatal ribonukleaza, 93,4 mikrokatal ximotripsinogen vardır. Koməkçi maddələr: susuz kolloidal silisium dioksid, prejelatinləşdirilmiş nişasta, mikrokristallik sellüloza, maqnezium stearat, krospovidon, laktoza monohidrat Örtük: narıncı Aceyl-EZE 93A0007, trietil sitrat, dimetikon.

Təsviri

Yumru, iki tərəfdən qabarıq narıncı rəngli örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Ferment preparatı. ATC kodu: M09AB52.

Farmakoloji xüsusiyyətləri

Ribatran iltihabəleyhinə, ödeməleyhinə, fibrinolitik təsirlərə malikdlr. Preparat iltihab ocağında toksik mübadilə məhsullarının və məhv olmuş toxumaların lizisini sürətləndirir. Hematoma və ödemin sorulmasını yaxşılaşdırır. Tripsin endogen proteolitik ferment olub, zülal molekulunda peptid rabitələrini qırır. İltihab ocağında nekrotik toxumaları və fibrinoz törəmələri parçalayır, qatı sekret, ekssudat va qan laxtalarını duruldur. Pankreatik ribonukleaza nuklein turşularını (RNT) parçalayan fermentdir. İrin, selik, qatı bəlğəmi durulaşdırır, həmçinin, iltihabəleyhinə təsir gostərir. Ximotripsinogen tripsinin təsiri altında ximotripsinə çevrilir. Ximotripsin də proteolitik ferment olub iltihab əleyhinə, ödeməleyhinə və fibrinolitik təsirlərə malikdir.

İstifadəsinə göstərişlər

Travma və cərrahi əməliyyatdan sonra ödemin profilaktikası.

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Dərman vasitəsinin tərkibində laktoza vardır. Müxtəlif səbəblərdən laktoza dözümsüzlüyü olan xəstələrə təyin edilməməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Qan plazmasında va iltihab ocağında antibiotiklərin konsentrasiyasını artırır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ehtiyat tədbiri olaraq, hamiləlik zamanı preparatın istifadə edilməməsi məsləhət görülür. Laktasiya dövründə preparatın istifadəsindən çəkinmək lazımdır. Hamiləlik və laktasiya dövründə preparat həkim nəzarəti altında istifadə olunmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

barədə məlumat yoxdur.

İstifadə qaydası və dozası

Gündə 3 dəfə 1 tablet daxilə qəbul edilir. Mualicə müddəti xəstəliyin növünə və ağırlıq dərəcəsinə əsasən təyin olunur.

Əlavə təsirləri

Bəzi hallarda dərman vasitəsi allergik reaksiyalara səbəb ola bilər. Bu zaman onun qəbulu dayandırılmalıdır.

Buraxılış forması

10 örtüklü tablet, blisterlərdə. 2 blister (20 tablet), içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Saхlanma şəraiti 25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

AMOUN Pharmaceutical Co., Misir. st 1 İndustrial Zone, El-obour city, Cairo, Egypt.

Qeydiyyat vəsiqəsinin sahibi

Laboratories FRILAB SA, İsveçrə. 17, rue des Pierres du Niton, 1207 Geneva, Switzerland.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Ribatran N20 tablet” üçün ilk rəyi siz yazın.