Rengalin 100 ml sirop
| Dərman forması | Sirop |
|---|---|
| Farmakoloji təsir | Digər öskürəkəleyhinə preparatlar. |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,20 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
RENQALİN daxilə qəbul üçün homeopatik məhlul Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.
Tərkibi
Təsiredici maddələr:100 ml məhlulun tərkibində vardır: bradikininə qarşı affin təmizlənmiş antitel 0,12 q*, histaminə qarşı affin təmizlənmiş antitel 0,12 q*, morfinə qarşı affin təmizlənmiş antitel 0,12 q*. Köməkçi maddələr: hipromelloza, maltitol, qliserol, kalium sorbat, susuz limon turşusu, təmizlənmiş su. 12 30 50 *müvafiq olaraq 100 , 100 , 100 dəfə durulaşdırılmış üç aktiv maddənin sulu substansiyanın qarışığı şəklində yeridilir.
Təsviri
Rəngsiz və ya demək olar ki, rəngsiz şəffaf mayedir.
Farmakoterapevtik qrupu
Digər öskürəkəleyhinə preparatlar. АТC kodu: R05DB.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Eksperimantal olaraq göstərilmişdir ki, preparatın komponentləri endogen tənzimləyicilərin müvafiq reseptorlarla liqand-reseptor qarşılıqlı təsirinin aktivliyini modifikasiya edir: morfinə (preparatın komponenti) qarşı antitel-opiat reseptorlarla; histaminə qarşı antitel-H1-histamin reseptorları ilə; bradikininə qarşı antitel-bradikinin reseptorları ilə; bu zaman komponentlərin birlikdə istifadəsi öskürəkəleyhinəeffektin güclənməsinə səbəb olur. Oskürəkəleyhinə təsirdən başqa kompleks preparat tərkibinə daxil olan komponentlərin hesabına iltihabəleyhinə, ödeməleyhinə, antiantiallergik, spazmolitik (histaminə qarşı antitel, bradikininə qarşı antitel) və analgeziyaedici təsir (morfinə qarşı antitel) göstərir. Kompleks preparatı olan Renqalin H1-reseptorların histamindən-asılı aktivləşməsinin, B1 və B2- reseptorların bradikinindən-asılı aktivləşməsinin modifikasiyası hesabına seçici şəkildə uzunsov beyində öskürək mərkəzinin oyanıqlığını azaldır, öskürək refleksinin mərkəzi hissəsini tormozlayır. Talamusda ağrıhəssaslığının mərkəzlərini tormozlayaraq, ağrı impulslarının baş beyin qabığına ötürülməsini bloka edir. Toxuma və plazma alqogenlərinin (histamin, bradikinin, prostaqlandinlər və s.) azad olmasını azaltmaqla, periferiyadan ağrı impulslarının axınını inhibə edir. Narkotik analgetiklərdən fərqli olaraq, tənəffüsün zəifləməsinə, dərman asılılığına səbəb olmur, narkogen və yuxugətirici təsirə malik deyil. Bronxospazmı azaldaraq, kəskin faringitin, laringitin və bronxitin təzahürünü yüngülləşdirir. Histaminin və bradikininin sintezinə və tosqun hüceyrələrdən azad olmasına təsir göstərərək, allergik reaksiyaların sistem və yerli simptomlarını aradan qaldırır. Farmakokinetikası Müasir fiziki-kimyəvi analiz üsullarının (qaz-maye xromatoqrafiyası, yüksək effektli maye xromatoqrafiyası, xromato-kütlə-spektrometriya) həssaslığı bioloji mayelərdə, orqan və toxumalarda Renqalin preparatının təsiredici maddələrinin miqdarını qiymətləndirməyə imkan vermir ki, bu da farmakokinetikanı öyrənməyi texniki cəhətdən qeyri-mümkün edir.
İstifadəsinə göstərişlər
Renqalin böyüklərdə və 3 yaşdan yuxarı uşaqlarda göstərişdir. Qrip və KRVİ zamanı produktiv və qeyri-produktiv öskürək, kəskin faringit, larinqotraxeit, kəskin obstruktiv laringit, xroniki bronxit və yuxarı və aşağı tənəffüs yollarının digər infeksion- iltihabi və allergik xəstəlikləri.
Əks göstərişlər
3 yaşa qədər uşaqlar. Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Fruktozaya qarşı irsi dözümsüzlük (tərkibində maltitol olduğu üçün).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla Şəkərli diabet. Ehtiyac olduqda, mukolitiklərlə eyni vaxtda istifadəsi mümkündür. Şəkərli diabetli pasiyentlər preparatın hər 5 ml-də (1 çay qaşığı) 0,3 q maltiol olduğunu nəzərə almalıdırlar ki, bu da, 0,02 çörək vahidinə (ÇV) müvafiqdir. Maltitolun metabolizmi üçün insulin vacibdir, lakin mədə-bağırsaq traktında ləng hidroliz və sorulma hesabına insulina tələbat azdır. Maltitolun energetik dəyəri 10 kC və ya 2,4 kkal/q təşkil edir ki, bu da, saxarozadan əhəmiyyətli dərəcədə azdır. 1 çay qaşığı preparatın energetik dəyəri təqribən 5,7 kC (1,37 kkal) təşkil edir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aparılan klinik tədqiqatların gedişatında Renqalin preparatının yanaşı terapiya qismində istifadəedilən dərman vasitələrilə qarşılıqlı təsiri barədə məlumat alınmamışdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Renqalin preparatının hamilə qadınlarda və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir. Hamiləlik və laktasiya dövründə preparat, yalnız ana üçün gözlənilən fayda dölə və uşağa olan potensial riskdən üstün olduğu halda istifadə edilir. Fayda/risk nisbəti həkim tərəfindən müəyyən edilir. Pediatriyada istifadəsi Renqalin 3 yaşdan yuxarı uşaqlarda göstərişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Öyrənilməyib.
İstifadə qaydası və dozası
Daxilə qəbul edilir. Yemək vaxtı olmamaq şərtilə bir qəbula 1-2 çay qaşığı (5-10 ml) təyin edilir.Preparatın maksimal effekt verməsi üçün məhlulu udmazdan əvvəl ağızda saxlamaq tövsiyə edilir. Sutkada 3 dəfə 1-2 çay qaşığı istifadə olunur. Pasiyentin vəziyyətinin ağılıq dərəcəsindən asılı olaraq, ilk 3 gün qəbulun tüzliyi sutkada 4-6 dəfəyə qədər artırıla bilər. Terapiyanın müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılıdır və həkim tərəfindən müəyyən edilir.
Əlavə təsirləri
Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq reaksiyaları mümkündür. Qeyd edilən əlavə təsirlər dərinləşdikdə və ya təlimatda göstərilməyən istənilən digər əlavə təsirlər aşkar etdikdə, bu barədə həkimə məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı preparatın tərkibinə daxil olan köməkçi maddələrlə (maltitol, qliserol) əlaqədar dispepsik təzahürlərin (ürəkbulanma, qusma, diareya) yaranması mümkündür. Müalicəsi simptomatikdir.
Buraxılış forması
Daxilə qəbul üçün homeopatik məhlul. 100 ml məhlul, polietilen damcısalanlı ilkin açılmaya nəzarəti olan qapaqla bağlanmış OC markalı şüşə və ya rəngli şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. Qeydiyyat vəsiqəsinin sahibi/İstehlakçılardan iradları qəbul edən təşkilat “EİŞ “Materia Medika Holdinq” MMC. Rusiya, 127473, Moskva ş., 3-cü Samotyoçnıy döngəsi, ev 9. Tel.:/Faks: +7 (495) 684-43-33. Qaynar xətt telefonları: +7 (495) 681-09-30; +7 (495) 681-93-00. E-mail: [email protected] Ünvan Rusiya, 454139, Çelyabinsk ş., Buquruslanskaya k., ev 54. Azərbaycan Respublikası ərazisində iradları qəbul edən təşkilat “Materia Medika Holdinq “EİŞ” MMC nümayəndəliyi. Azərbaycan Respublikası, AZ 1025, Bakı ş., Xətai r., Nobel pr., ev 15, məhəllə 1212. Tel.: +994 124886892. E-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.