Regulaks 7,5 mq 20 ml damcı
| Dərman forması | Damcı |
|---|---|
| Farmakoloji təsir | İşlədici dərman vasitəsi |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
6,88 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu içlik vərəqəsini preparatın qəbulundan əvvəl diqqətlə oxuyun, çünki Sizin üçün orada vacib məlumat vardır. Preparatı istifadə üzrə təlimata ciddi uyğun olaraq və ya həkim tövsiyəsinə uyğun istifadə edin. Bu içlik vərəqəsini saxlayın, ona görə ki, onu təzədən oxumaq istəyə bilərsiniz. Əgər Sizə əlavə məlumat və ya məsləhət lazım olsa əczaçıya müraciət edin. Hər hansı əlavə təsirlər meydana çıxarsa həkimə və ya əczaçıya məlumat verin, hətta, bu içlik vərəqədə qeyd olunmayan əlavə təsirlər olsa belə. Əgər bir neçə gündən sonra vəziyyətiniz pisləşərsə və ya yaxşılaşma olmayıbsa həkimə müraсiət etməlisiz. REQULAKS PİKOSULFAT daxilə qəbul üçün damcı
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində (20 damcı) 7,5 mq natrium pikosulfat monohidrat (7,23 mq natrium pikosulfata nəzərən) vardır. Köməkçi maddələr: 70% sorbitol məhlulu (kristallaşmayan), propilenqlikol, təmizlənmiş su.
Təsviri
Şəffaf, rəngsiz, şirin, bir qədər azca acı dadlı məhluldur.
Farmakoterapevtik qrupu
İşlədici dərman vasitəsi. ATC kodu: А06АВ08.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamiksası Preparatın təsiredici maddəsi – natrium pikosulfat – triarilmetan qrupuna daxil olan işlədici birləşmədir. Yerli işlədici maddə kimi natrium pikosulfat, yoğun bağırsaqda bakterial parçalanmaya məruz qaldıqdan sonra yoğun bağırsağın selikli qişasına stimullaşdırıcı təsir göstərir, peristaltikanı gücləndirir, yoğun bağırsaqda suyun və elektrolitlərin toplanmasına səbəb olur. Bu, defekasiya aktının stimullaşdırılmasına, nəcisin evakuasiya müddətinin qısalmasına və yumşalmasına gətirib çıxarır. Natrium pikosulfat, yoğun bağırsaq səviyyəsində təsir göstərən işlədici preparat olaraq, möhtəviyyatın mədə-bağırsaq traktının aşağı şöbələrindən təbii evakuasiyası prosesini stimullaşdırır. Bu səbəbdən, natrium pikosulfat həzm prosesinə və ya nazik bağırsaqda kalorili qidanın və ya əvəz olunmayan qida maddələrinin sorulmasına heç bir təsir göstərmir. Farmakokinetikası Absorbsiyası Absorbsiyası əhəmiyyət kəsb etmir. Preparat bağırsaq divarında və qaraciyərdə qeyri-aktiv qlükuronidin əmələ gəlməsi ilə nəticələnən demək olar ki, tam metabolizmə məruz qalır. Peroral yolla istifadə edildikdən sonra, natrium pikosulfat yoğun bağırsağa daxil olur; preparatın absorbsiyası əhəmiyyətsizdir ki, bu da onun enterohepatik sirkulyasiyasını istisna edir. Yoğun bağırsağın distal şöbəsində natrium pikosulfatın parçalanması baş verir və bu zaman aktiv metabolit – bis-(p-hidroksifenil)-piridil-2-metan əmələ gəlir. Preparatın işlədici effektinin inkişaf etmə müddəti aktiv metabolitin azadolması sürəti ilə müəyyən edilir və preparatın istifadəsindən sonra, adətən, 6-12 saat (orta hesabla 10 saat) təşkil edir. Sistem qan dövranına preparatın əhəmiyyət kəsb etməyən bir hissəsi daxil olur. Aktiv metabolitin işlədici effekti və qan zərdabında onun konsentrasiyası arasında heç bir qarşılıqlı əlaqə mövcd deyildir. Preparatı 10 mq dozada daxilə istifadə etdikdən 48 saat sonra, onun ümumi dozasının təxminən 10,4 %-i orqanizmdən böyrəklər vasitəsi ilə qlükuronid şəklində xaric olunur. Preparatın daha yüksək dozalarından istifadə etdikdə, onun böyrəklər vasitəsi ilə xaricolması, ümumiyyətlə aşağı düşür. İstifadəsinə gostərişlər Daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısı – işlədici vasitədir. Daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısı qəbizlik zamanı və defekasiyanın yüngülləşdirilməsini tələb edən xəstəliklərdə istifadə üçündür. Digər işlədici vasitələr kimi, daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısını qəbizlik zamanı hər gün və ya həkim nəzarəti olmadan uzun müddət istifadə etmək olmaz.
Əks göstərişlər
Pikosulfat natriuma qarşı, triarilmetan törəmələrinə və ya preparatın digər komponentlərinə qarşı (bax: “Tərkibi”) allergiya. Bağırsaq kütləsinin keçməsinin çətinləşməsi ilə bağırsağın daralması zamanı, bağırsaq keçməzliyi, kəskin abdominal vəziyyətlərdə (məsələn, appendisit), ürəkbulanma və qusma ilə müşaiyət olunan intensiv qarın ağrıları, mədə-bağırsaq traktının kəskin iltihabi xəstəlikləri, orqanizmin ağır dehidratasiyası. 4 yaşdan kiçik uşaqlara daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısını qəbul etmək olmaz. Qarında ağrı, qusma və temperaturun yüksəlməsi ilə müşaiyət olunan qəbizlik, ciddi xəstəlik əlaməti ola bilər (bağırsaq keçməzliyi, qarın boşluğu orqanlarının kəskin iltihabı). Belə şikayətlər zamanı daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısını və ya digər dərmanları qəbul etmək olmaz, ancaq həkimə müraciət etmək lazımdır. Su-elektrolit balansının pozğunluqları ilə müşayiət olunan xəstəliklər zamanı (məsələn, böyrəklərin məhdud funksiyaları) daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısını ancaq həkim nəzarəti altında qəbul etmək olar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısını qəbul etməzdən əvvəl həkimlə məsləhətləşin. – 4 yaşdan böyük uşaqlar daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısını ancaq həkim təyinatına əsasən istifadə edə bilər. Əgər qəbizlik birdən-birə yaranıbsa, uzunmüddətli qəbizlikdə və/və ya nəcisdə qan olduqda və ya qəbizlik yüksək temperaturla müşaiyət olunursa, Siz daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısını qəbul etməzdən əvvəl həkimlə məsləhətləşməli və müayinədən keçməlisiniz. Çünki nəcisdə pozğunluq ciddi xəstəliyin əlaməti ola bilər. Daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısını qəbizlik vaxtı hər gün istifadə etmək olmaz və ya həkimlə məsləhətləşmədən uzunmüddətli istifadə etmək olmaz. Daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısının qəbulunu dayandırdıqdan sonra simptomlar yenidən meydana çıxa bilər. Xronik qəbizlik zamanı uzun müddət qəbul edildikdən sonra simptomların yenidən meydana çıxması qəbizliyin ağırlaşması ilə bağlı ola bilər. Tərkibində natrium pikosulfat olan digər preparatlar qəbul edən pasiyentlər baş ağrıları və bayılma halları barədə məlumat verilmişdi. Lakin, mövcud məlumatlar göstərir ki, bayılma halları defekasiya zamanı gərginlik və ya ürək-damar sisteminin qarında baş verən ağrıya reaksiyası nəticəsində törənmişdir. Daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısının bəzi komponentləri barədə məlumat Bu prepartaın tərkibində sorbit vardır. Əgər Sizdə şəkərə qarşı dözümsüzlük varsa, daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısını istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Şəkərli diabeti olan xəstələr üçün göstərişlər Preparat şəkərli diabet xəstələrinə uyğundur. Preparatın tərkibində şəkərəvəzedici vardır (1 ml 0,03 ÇV (çörək vahidi) uyğundur).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər Siz digər dərman vasitələri qəbul edirsinizsə və ya bu yaxınlarda qəbul etmisinizsə və ya planlaşdırırsınızsa, bu barədə həkiminizi xəbərdar edin. Antibiotiklər (bakteriyaların artımına mane olan dərman vasitələri) daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısının təsirini zəiflədə və ya tamamilə neytrallaşdıra bilər. Daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısını yüksək dozalarda istifadə edərkən qanda kaliumun və elektrolitlərin disbalans riski yaranır. Əgər Siz orqanizmdən kaliumu xaric edən preparatlar, məsələn, bəzi diuretiklər (sidikqovucu vasitələr) və kortikosteroidlər (böyrəküstü vəzin qabıq maddəsinin hormonları) qəbul edirsinizsə, bu, ürəyin funksional pozğunluğu və əzələ zəifliyi ilə hipokaliemiyaya və ürək fəaliyyətini stimulə edən ürək qlikozidlərinə qarşı yüksək həssaslıq yarada bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər Siz hamiləsinizsə, uşaq əmizdirirsizsə və ya Sizə elə gəlir ki, hamiləsiz və ya hamilə olmağı planlaşdırırsınızsa preparatı qəbul etməzdən əvvəl bu barədə həkiminizə və əczaçıya xəbər verin. Hamiləlik Natrium Pikosulfatın hamiləlik dövründə istifadəsinə dair klinik məlumat yoxdur. Natrium Pikosulfatdan hamiləlik dövründə imtina etmək tövsiyə olunur. Laktasiya Tədqiqatlar göstərdi ki, təsiredici maddə ana südünə keçmir. Buna baxmayaraq daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısını laktasiya dövründə ehtiyatla istifadə etmək lazımdır. Nəqliyyat vasitələrini və digər potensal təhlükəli mexanizimləri idarəetmə qabiliyyətinə təsiri Adətən, daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısını tövsiyə olunan dozalarda qəbul etsəniz xüsusi ehtiyat tədbirlərinə ehtiyac yoxdur. Amma, başgicəllənmə, qısamüddətli şüurun itməsi və ya qarında spazmlar nəqliyyat vasitələrini idarə etmək və mexanizmlərlə işləmək qabiliyətini zəiflədə bilər.
İstifadə qaydası və dozası
Daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısını, həmişə bu istifadəyə dair təlimata müvafiq olaraq istifadə etmək lazımdır. Əgər Sizdə hər hansı bir sual meydana çıxarsa həkiminizə və ya əczaçıya müraciət edin. Tövsiyə olunan doza (əgər həkim başqa təyinat verməyibsə): Böyüklər və yeniyetmələr 14-27 damcı Requlaks® Pikosulfat (5-10 mq natrium pikosulfata müvafiqdir) qəbul edirlər. 4 yaş və 4 yaşdan böyük uşaqlar Requlaks® Pikosulfatı yalnız həkim təyinatı üzrə 7-14 damcı (2,5- 5 mq natrium pikosulfata müvafiqdir) qəbul edirlər. Daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısını axşam qəbul etmək məsləhətdir. Damcını tək və ya su ilə içmək olar. Preparatın işlədici təsiri adətən 10-12 saatdan sonra meydana çıxır. Qəbulun davamlılığı Həkimin təyini olmadan daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısını uzunmüddətli hər gün qəbul etməyin və ya həkim məsləhəti olmadan uzun müddət istifadə etməyin. Əgər Sizdə belə bir fikir yaransa ki, daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısı həddindən çox güclü və ya həddindən artıq zəifdir, bunu həkiminizlə və ya əczaçı ilə müzakirə edin.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısının da əlavə effektləri ola bilər, amma bu bütün pasiyentlərdə olmaya da bilər. Aşağıda qeyd olunan əlavə reaksiyaların tezliyi belə qiymətləndirilir: Çox tez-tez: 10 pasiyentdən 1-dən çoxunda Tez-tez: 100 pasiyentdən 1-dən 10-a qədərində Bəzən: 1000 pasiyentdən 1-dən 10-a qədərində Nadir: 10000 pasiyentdən 1-dən 10-a qədərində Çox nadir: 10 000 pasiyentdən 1-dən azında Məlum deyil: əlavə təsirlərin tezliyini əldə olan məumatlara görə təyin etmək olmaz. Mümkün əlavə reaksiyalar İmmun sisteminə Məlum deyil: allergik reaksiyalar (həmçinin dəri reaksiyaları və dəri ödemi/ və/və ya selikli qişanın (angionevrotik ödem), məsələn, üz və udlaq nahiyəsində, tənəffüsün çətinləşməsi ola bilər). Sinir sisteminə Bəzən: başgicəllənmə Məlum deyil: bayılma. Mövcud məlumatlar göstərir ki, bu nasazlıq defekasiya zamanı gərginliyin və ya ürək-damar sisteminin qarın nahiyəsindəki ağrıya olan reaksiyasının nəticəsidir. Mədə-bağırsaq traktına Çox tez-tez: diareya, Tez-tez: meteroizm, abdominal ağrı və ya abdominal sancılar, Bəzən: ürəkbulanma, qusma. Requlaks® Pikosulfat daxilə qəbul üçün damcının uzun müddət və ya yüksək dozalarda istifadəsi tez-tez suyun, kaliumun və digər duzların orqanizmdən xaric olmasının artması ilə müşayiət olunur. Bu, ürək funksiyasının pozulmasına və əzələ zəifliyinə gətirib çıxara bilər, xüsusilə sidikqovucu vasitələrlə və ya kortikosteroidlərlə birlikdə istifadə zamanı. Qeyd edilən əlavə təsirlərdən hər hansı biri ciddiləşərsə və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa, bu barədə həkimə və ya əczaçıya məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Yüksək dozaların qəbulu diareya, qarın nahiyəsində narahatlıq, susuzlaşma, kalium və mineralların itirilməsinə gətirib çıxara bilər. Müalicə simptomatikdir. Doza həddinin kəskin aşılması zamanı preparatın qəbulundan sonra qısa müddət ərzində qusma törətməklə və ya mədəni yumaqla preparatın absorbsiyasını azaltmaq və ya qarşısını almaq olar. Böyük maye və elektrolit itkisini bərpa etmək üçün həkimin göstərişlərinə müvafiq olaraq tədbirlər görmək lazımdır. Bəzi hallarda spazmolitik vasitələrin istifadəsi də bir məna kəsb edə bilər. Bundan başqa, Pikosulfat natriumun qəbizliyin müalicəsi üçün tövsiyə olunan dozalardan əhəmiyyətli dərəcədə yüksək dozalarda qəbulu zamanı tək-tək hallarda yoğun bağırsağın qan təchizatının azalması və ya kəsilməsi barədə məlumatlar olmuşdur. Qeyd Ümumi məlumdur ki, işlədici vasitələrin xroniki doza həddinin aşılması həmçinin daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısı da xroniki diareyaya, abdominal ağrılara, hipokaliemiyaya, ikincili hiperaldosteronizmə və böyrəklərdə daşlara gətirib çıxara bilər. İşlədici vasitələrdən xroniki sui-istifadə ilə bağlı hipokaliemiya nəticəsində həmçinin böyrək kanalcıqlarının zədələnməsi, metabolik alkaloz və əzələ zəifliyi təsvir edilmişdir. Buraxılış fomrası 20 ml preparat, flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qutuda göstərilən ayın son günüdür. Flakon açıldıqdan sonra yararlılıq müddəti Flakon açıldıqdan sonra daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısının yararlılıq müddəti 6 aydır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Krevel Moyzelbax GmbH, Almaniya. Krevelştrasse 2, 53783 Aytorf, Almaniya. Tel.: + 49 (0) 2243 – 87-0. Faks: + 49 (0) 2243 – 87-175. Е-mayl: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.