Refkon double action 200 ml suspenziya

Dərman formasıSuspenziya
Farmakoloji təsirMədə xorası, qastro-ezofageal reflüks xəstəliklərinin müalicəsi (QERX) üçün istifadə edilən digər dərman vasitələri
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

7,66 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəni diqqətlə və axıra qədər oxuyun, belə ki, burada Sizin üçün mühüm məlumat vardır. – Bu içlik vərəqəni saxlayın. Siz onu yenidən oxumalı ola bilərsiniz. – Əgər Sizdə əlavə suallar yaranarsa, həkiminizdən və ya əczaçıdan və ya tibb bacısından soruşun. – Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. – Bu dərmandan istifadə müddətində həkimə və ya xəstəxanaya getsəniz, bu dərmandan istifadə etdiyinizi həkimə bildirin. – Bu təlimatda yazılanlara dəqiq əməl edin. Dərmanın Sizə tövsiyə olunan dozasından yüksək və ya aşağı doza istifadə etməyin. ”. REFKON DABL AKŞN oral suspenziya REFCON DOUBLE ACTION Beynəlxalq patentləşdirilməmiş adı: Sodium alginate + Sodium bicarbonate + Calcium carbonate

Tərkibi

Təsiredici maddələr: 1 ml suspenziyanın tərkibində 50, 00 mq natrium alginat, 21, 30 mq natrium bikarbonat, 32,50 mq kalsium karbonat vardır. Köməkçi maddələr: karbomer 974 P, natrium saxarin, metilparaben (E 218), propilparaben (E 216), nanə yağı 957675, natrium hidroksid, təmizlənmiş su.

Təsviri

Qeyri-şəffaf, ağımtıl krem rəngli, nanə ətirli özlü suspenziyadır.

Farmakoterapevtik qrupu

Mədə xorası, qastro-ezofageal reflüks xəstəliklərinin müalicəsi (QERX) üçün istifadə edilən digər dərman vasitələri. ATC kodu: A02BX13.

Farmakoloji xüsusiyyətləri

Preparat tərkibcə iki antasid maddə ilə bir alginatın kombinasiyasından ibarətdir. Dərmanın təsiri tamamilə fiziki təsirdir. REFKON DABL AKŞN qəbul edildikdən sonra mədə turşusu ilə reaksiyaya girir. Bu reaksiya nəticəsində mədə turşusunun neytrallaşması baş verir, neytral pH-a malik gel yaranır. Beləliklə, mədə möhtəviyyatının qida borusuna geri qayıtmasının tezliyi azalır. Ağır hallarda bu gel qida borusuna keçərək mədə möhtəviyyatı ilə qida borusunun kontaktının qarşısını alır, selikli qişanı bürüyərək onun qıcıqlanmasının qarşısını alır və sağalma başlayır. REFKON DABL AKŞN reflüksü birbaşa tormozlamaqla və turşunu azaltmaqla, mədə turşusu və ödün qida borusuna münasibətdə reflüksü ilə bağlı ağrını sağaldır.

İstifadəsinə göstərişlər

REFKON DABL AKŞN mədə turşusunun artıqlığı və turşunun requrqitasiyası (turşunun mədədən ağız boşluğuna daxil olması və dispepsiya) və mədə möhtəviyyatının qida borusuna qayıtması (qastroezofaqeal reflüks) ilə bağlı yaranan qıcqırma və döş qəfəsində yanma kimi şikayətlərin müalicəsi üçün istifadə olunur. Əks-göstərişlər Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. (Xüsusi göstərişlər və ehtiyat tədbirləri bölməsinə baxın).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əgər Sizdə aşağıda sadalanan problemlərdən hər hansı biri varsa, Sizin müalicəniz həkiminiz tərəfindən ehtiyatla aparılacaqdır. • Əgər Siz duz tərkibi məhdudlaşdırılmış pəhriz saxlayırsınızsa, • Əgər Sizdə böyrək və ya qaraciyər xəstəliyi varsa və ya keçmişdə olmuşdursa (bəzi duzlar bu tipli vəziyyətlərə təsir göstərə bilər) • Mədə turşusu çox aşağı olan pasiyentlərdə bu dərmanın aktivliyinin aşağı düşməsi mümkündür. • Əgər Sizdə ağır böyrək çatışmazlığı və ya hipofosfatemiya varsa, • Əgər yeddi gündən sonra simptomların yaxşılaşması baş verməzsə, • Əgər uşaqlarda qastroenteritin və ya böyrək çatışmazlığının olmasına şübhə olarsa, klinik vəziyyət həkim tərəfindən nəzərdən keçirilməlidir. Preparat, tərkibində olan metilparabenin (E218) və ya propilparabenin (E216) hesabına allergik reaksiya törədə bilər. REFKON DABL AKŞN-ın bəzi komponentləri barədə mühüm məlumat Hər bir 10 ml-lik dozanın tərkibində 124,33 mq natrium və 130,12 mq kalsium vardır. Məhdud pəhriz saxlayan pasiyentlər bu preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir. Preparatın tərkibində olan metilparaben (E218) və propilparaben (E216) allergik reaksiyalar törədə bilər (ola bilsin ki, gecikmiş). Bir qayda olaraq, 12 yaşdan kiçik uşaqların müalicəsində istifadə etmək tövsiyə edilmir. İstifadə etməli olduğun müddətdən artıq müddət ərzində istifadə etməyin. Digər antasidlər kimi, REFKON DABL AKŞN-dan istifadə ciddi tibbi vəziyyətlərin mövcudluğunu maskalaya bilər. Əgər bu xəbərdarlıqlar hətta keçmişdə hər hansı dönəmdə olsa belə Sizin üçün keçərlidirsə, lütfən, həkiminizlə məsləhətləşin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Daxilə qəbul edilən digər dərmanların təsirini dəyişə bildiyindən, preparatın qəbulundan sonra 2 saat müddətində aşağıda qeyd edilmiş digər dərman vasitələrini qəbul etməyin. • Tetrasiklinlər, norfloksasin kimi xinolon qrupu antibiotiklər (infeksion xəstəliklərin müalicəsi zamanı), • Tərkibində dəmir olan dərman vasitələri, • Penisilamin (sidiklə mis ifrazını artıran ion tənzimləyicisi) • Ketokonazol (göbələkəleyhinə dərman vasitəsi), • Atenolol, metoprolol, propanolol və digoksin kimi β-blokatorlar (ürək xəstəliklərin müalicəsi üçün), • Neyroleptiklər (sinir xəstəlikləri üçün) • Qlükokortikoid (hormon preparatı) • Xlorokin (malyariya üçün) • Bifosfonatlar (sümük rezorbsiyası üçün) • Estramustin (prostat vəzi xərçəngin müalicəsi zamanı) • Antihistaminlər (allergiya və qaşınmaəleyhinə dərman vasitələri) REFCON DABL AKŞN ilə Levotroksin tərkibli dərman vasitələrinin birlikdə qəbulu zamanı, sonuncunun orqanizmdə mənimsənilməsi prosesinin pozulmasına səbəb ola bilər; iki dərman vasitələri ən azı 4 saat fasilə ilə qəbul edilməlidir. Əgər respt əsasında və ya reseptsiz buraxılan hər hansı dərman vasitəsi istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə, lütfən, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Hamiləlik və laktasiya dövründə REFKON DABL AKŞN həkim tövsiyəsi ilə istifadə edilə bilər. Hamiləlik dövründə digər dərman vasitələri ilə birlikdə uzun zaman həkim tərəfindən təyin edilmiş müddətdən artıq istifadə etmək tövsiyə edilmir. Əgər müalicə dövründə hamiləlik baş verərsə, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

REFKON DABL AKŞN nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir mənfi təsir göstərmir.

İstifadə qaydası və dozası

Həmişə REFKON DABL AKŞN-ı həkiminizin göstərişlərinə uyğun olaraq qəbul edin. Müntəzəm olaraq və hər gün qəbul edin. Preparatın qəbulu ilə bağlı nəyəsə əmin olmasanız, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin. Daxilə qəbul edilir. Yüksək özlülüyə malikdir. İstifadə etməzdən bilavasitə əvvəl yaxşı çalxalamaq lazımdır. Yaşlılar daxil olmaqla böyüklər həmçinin 12 yaş və böyük uşaqlar: yeməkdən sonra və yatan zaman 10-20 ml (gündə 4 doza). Müxtəlif yaş qrupları Uşaqlarda istifadəsi 12 yaşdan kiçik uşaqlar: yalnız tibbi tövsiyə əsasında verilməlidir. Yaşlılarda istifadəsi Heç bir doza dəyişikliyi tələb olunmur. Xüsusi hallarda istifadəsi Böyrək/ Ürək çatışmazlığı REFKON DABL AKŞN-ın tərkibində kalsium və natrium olduğundan, hiperkalsiemiya, nefrokalsinoz və təkrarlanan kalsium böyrək daşlarından müalicə olunan xəstələrdə və tərkibində natrium olduğu üçün ciddi duz tərkibi məhdudlaşdırılmış pəhriz tövsiyə edildiyi hallarda ehtiyatla istifadə edilməlidir. Qaraciyər çatışmazlığı Qaraciyər çatışmazlığı olan xəstələrdə istifadəsinə dair məlumatlar yoxdur.

Əlavə təsirləri

Bütün dərmanlar kimi, REFKON DABL AKŞN-ın komponentlərinə həssaslığı olan pasiyentlərdə əlavə təsirlər meydana çıxa bilər. Əgər aşağıdakı əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa, REFKON DABL AKŞN-dan istifadəni dayandırmaq və dərhal həkimə və ya yaxınlıqdakı xəstəxananın təcili yardım şöbəsinə müraciət etmək lazımdır: Bədənin hər hansı hissəsini əhatə edən dəri səpgisi. Əllərdə, ayaqlarda, biləklərdə, üzdə və dodaqlarda şişkinlik. Üzdə, dodaqlarda, dildə və ya boğazda tənəffüsün çətinləşməsinə səbəb olan şişkinlik Bunlar çox ciddi əlavə təsirlərdir. Əgər bunlardan hər hansı biri baş verərsə, bu, o deməkdir ki, Sizin REFKON DABL AKŞN-a qarşı allergiyanız var. Sizin təcili tibbi yardıma və ya xəstəxanaya yerləşdirilməyinizə ehtiyac yarana bilər. Əlavə təsirlərin rast gəlmə tezliyi aşağıdakı kimidir. çox tez-tez (≥ 1/10), tez-tez (<1/10 və ≥1/100), bəzən (<1/100 və ≥1/1000), nadir (<1/1000 və ≥1/10,000), çox nadir (<1/10,000) rast gəlmə tezliyi məlum deyil (mövcud məlumatlar əsasında rast gəlmə tezliyini müəyyən etmək mümkün deyil). İmmun sisteminin pozğunluqları Çox nadir: dərman vasitəsinin tərkibində olan hər hansı komponentlərinə qarşı həssas olan xəstələrdə çox nadir hallarda səpgi, anafilaktik və ya anafilaktoid reaksiyalar kimi allergik reaksiyalar inkişaf edə bilər. Qidalanma və maddələr mübadiləsi pozğunluğu Rast gəlmə tezliyi məlum deyil: həddindən artıq kalsium karbonat qəbulu alkaloz (qanda turşu miqdarının azalması nəticəsində qanın qələviləşməsi), hiperkalsiemiya (qanda kalsiumun səviyyəsinin yüksəlməsi), qida qəbulundan sonra mədədə turşuluğun artması (rebond turşuluğ), süd qələvi sindromu (laborator analizlər zamanı qanda kalsiumun səviyyəsinin yüksəlməsi, turşu səviyyəsinin azalması, qanda azotun artması və sidik daşlarının formalaşması), qəbizliyə səbəb ola bilər. Ümumiyyətlə, bu əlavə təsirlər dərman vasitəsini təyin edilmiş dozadan artıq qəbul edildikdə baş verə bilər. Respirator, torakal və medistinal pozğunluqlar Çox nadir hallarda: bronxospazm Mədə-bağırsaq pozğunluğu Rast gəlmə tezliyi məlum deyil: qəbizlik Əgər hər hansı əlavə təsir meydana çıxarsa, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Dərman vasitəsinin dövlət qeydiyyatından sonra içlik vərəqədə qeyd edilməyən hər hansı şübhəli əlavə təsirlər barədə məlumat vermək vacibdir. Bu, dərman vasitəsinin fayda/risk nisbətinin davamlı monitorinqinə imkan verir. Tibb işçiləri hər hansı şübhəli əlavə təsirlər barədə Türkiyə Farmakonəzarət Mərkəzinə (TUFAM) məlumat verməlidirlər. (www.titck.gov.tr; e-mail: [email protected]; tel: 0 800 314 00 08; faks: 0312 218 35 99).

Doza həddinin aşılması

Əgər Siz, lazım olduğundan artıq REFKON DABL AKŞN qəbul etmisinizsə, əlavə təsirlərin başvermə tezliyi arta və ağırlığı yüksələ bilər. Əgər Siz, lazım olduğundan artıq REFKON DABL AKŞN qəbul etmisinizsə, lütfən, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.

Buraxılış forması

200 ml ağ polietilen qapaqlı kəhrəba rəngli şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30°C otaq temperaturunda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Quru və sərin yerdə (dondurmaq olmaz) saxlayın. İstifadə müddəti bitmiş və ya istifadə olunmamış dərman vasitələri qaydalara uyğun olaraq tullanılmalıdır. Dərmanları orijinal qablaşdırmada atmaq olmaz. Dərmanları qutudan çıxarıb kağıza bükmək və zibil vedrəsinə atmaq lazımdır və ya dərman şüşəsinin üzərindən dərmanın adını qopartmaq lazımdır. Uşaqlar və heyvanların onları udmaması üçün həmin dərmanları əvvəlcədən diqqətçəkməyən bir şeylə qarışdırmaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonar istifadə etmək olmaz. Qablaşdırma açıldıqdan sonar 6 ay müddətində istifadə edilməlidir. Əgər preparatda və ya qablaşdırmada hər hansı defect hiss etsəniz, REFKON DABL AKŞN-ı istifadə etməyin.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Vefa İlaç San. ve Tic. A.Ş., Türkiyə. Beylikdüzü OSB Mah. 2. Cadde No:3/2 Beylikduzu/İstanbul/Turkey. Tel.: +90 212 438 70 85. Faks: +90 212 438 70 87.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Refkon double action 200 ml suspenziya” üçün ilk rəyi siz yazın.