Refkon 200 ml suspenziya

Dərman formasıSuspenziya
Farmakoloji təsirMədə xorası, qastro-ezofageal reflüks xəstəliklərinin müaicəsi (QERX) üçün istifadə edilən digər dərman vasitələri
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

7,44 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman preparatını istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəsini diqqətlə oxuyun, çünki orada Sizə lazım olan vacib məlumatlar vardır. ● Bu içlik vərəqəni saxlayın: ola bilər ki, Sizə onu yenidən oxumaq lazım gəlsin. ● Əgər Sizdə əlavə suallar yaranarsa, həkimə və ya əczaçıya müraciət edin. ● Bu dərman vasitəsi yalnız Sizin üçün təyin edilib. Onu digər insanlara vermək olmaz. Bu onların sağlamlığına mənfi təsir göstərə bilər, hətta onların simptomları eyni olduğu hallarda. ● Ciddi əlavə təsirlər meydana çıxarsa və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsir əmələ gələrsə, bu barədə həkimə və ya əczaçıya məlumat verin. REFKON LİKVİD 200 ml oral suspenziya Beynəlxalq patentləşdirilməmiş adı: Sodium alginate + Sodium bicarbonate + Calcium carbonate

Tərkibi

Təsiredici maddə: 1 ml suspenziyanın tərkibində 50 mq natrium alginat, 26,70 mq natrium bikarbonat, 16 mq kalsium karbonat vardır. Köməkçi maddələr: karbomer 974P, natrium hidroksid, natrium saxarin, nanə yağı, metilparaben, propil- paraben (E216), təmizlənmiş su.

Təsviri

Qeyri-şəffaf, ağımtıl krem rəngli, nanə ətirli özlü suspenziyadır.

Farmakoterapevtik qrupu

Mədə xorası, qastro-ezofageal reflüks xəstəliklərinin müaicəsi (QERX) üçün istifadə edilən digər dərman vasitələri. ATX kodu: A02BX13.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Preparat daxilə qəbul olunduqdan sonra mədə turşusu ilə reaksiyaya girərək mədənin içində hərəkət edə bilən və pH-ı mədə möhtəviyatından daha yüksək olan gel əmələ gətirir. Bu gel mexaniki baryer funksiyası yerinə yetirərək mədə reflüksünü azaldır. Ciddi vəziyyətlərdə (qıcqırma zamanı) gel ezofaqusa (qida borusuna) doğru geri gedir və qıcıqlanmış selikli qişanı qoruyaraq iltihabın kəskinləşməsinin qarşısını alır. REFKON LİKVİD mədə turşusu və ödün qida borusuna doğru reflüksü nəticəsində meydana çıxan ağrıları aradan qaldırır. Farmakokinetikası Preparatın təsiri mexaniki xarekter daşıdığından, qan dövranı sisteminə sorulmasından aslı deyil.

İstifadəsinə göstərişlər

● Qastroezofaqeal reflüks və mədə turşuluğunun artması nəticəsində dispeptik vəziyyətlərin simptomatik müalicəsi ● Qastroezofaqeal reflüks (mədə qıcqırması zamanı) ● Yemək qəbulundan sonra mədədə ağırlıq hissi (o cümlədən hamiləlik zamanı) ● Səbəbi reflüks olan bütün epiqastrik və retrosternal narahatlıqlar

Əks göstərişlər

Dərman vasitəsinin təsiredici maddələrinə, həmçinin Hidroksibenzoat (metilparaben (E218), propil paraben (E216)) daxil olmaqla, hər hansı digər köməkçi maddələrinə qarşı yüksək həssaslıq (allergiya). 6 yaşdan aşağı uşaqlarda istifadəsi

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əgər Sizdə aşağıda sadalanan problemlərdən hər hansı biri varsa, müalicə həkim tərəfindən ehtiyatla apralmalıdır. • Həkim tərəfindən kalsium və natrium səviyəsinin aşağı salınması tövsiyə edilirsə, • Böyrək və ya ürək xəstəliyiniz varsa və ya keçmişdə olubsa (bəzi duzlar bu tipli vəziyyətlərə təsir göstərə bilər) • Mədə turşusu aşağı olan pasiyentlərdə dərman vasitəsinin aktivliyinin zəifləməsi mümkündür. • Ağır böyrək çatışmazlığı və ya qanda fosfor səviyyəsinin aşağı olması (hipofosfatemiya) varsa, • Dərman vasitəsinin qəbulundan yeddi gün sonar xəstəliyin əlamətləri yaxşılaşmadıqda, Əgər bu xəbərdarlıqlardan hətta keçmişdə olmuş olsa belə hər hansı biri Sizin üçün keçərlidirsə, bu barədə həkimə məlumat verin. REFKON LİKVİD-in bəzi komponentləri barədə mühüm məlumat Hər bir 10 ml-lik dozanın tərkibində 149,45 mq natrium vardır. Məhdud pəhriz saxlayan pasiyentlər bu preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir. Preparatın tərkibində olan metilparaben (E218) və propilparaben (E216) (mümkün gecikmiş) allergik reaksiyalara səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

REFKON LİKVİD və ya hər hansı başqa dərman vasitəsinin təsiri digər dərman vasitələri ilə qarşılıqlı istifadəsi zamanı dəyişə bilər. Aşağıda qeyd edilmiş preparatlarla birikdə istifadəsi zamanı hər bir dərman vasitəsinin qəbulu arasında 2 saat interval olmalıdır. • Tetrasiklinlər, norfloksasin kimi xinolon qrupu antibiotiklər (infeksion xəstəliklərin müalicəsi zamanı), • Tərkibində dəmir olan dərman vasitələri, • Penisilamin (sidiklə mis ifrazını artıran ion tənzimləyicisi) • Ketokonazol (göbələk əleyhinə dərman vasitəsi), • Atenolol, metoprolol, propanolol və digoksin kimi β-blokatorlar (ürək xəstəliklərin müalicəsi üçün), • Neyroleptiklər (sinir xəstəlikləri üçün) • Qlükokortikoid (hormon preparatı) • Xloroxin (malyariya üçün) • Bifosfonatlar (sümük rezorbsiyası üçün) • Estramustin (prostat vəzi xərçəngin müalicəsi zamanı) • Antihistaminlər (allergiya və qaşınmaəleyhinə dərman vasitələri) REFKON LİKVİD ilə Levotroksin tərkibli dərman vasitələrinin birlikdə qəbulu zamanı, sonuncunun orqanizmdə mənimsənilməsi prosesinin pozulması səbəbi ilə iki dərman vasitəsi ən azı 2 saat fasilə ilə qəbul edilməlidir. Əgər respt əsasında və ya reseptsiz buraxılan hər hansı dərman vasitəsi istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə, lütfən, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Müalicə dövründə hamiləlik baş verərsə bu barədə həkimə məlumat verin. Laktasiya dövründə istifadəsi Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Laktasiya dövründə istifadəsi mümkündür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

REFKON LİKVİD nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir mənfi təsir göstərmir.

İstifadə qaydası və dozası

Həmişə REFKON LİKVİD-i həkiminizin göstərişlərinə uyğun olaraq qəbul edin. Müntəzəm olaraq və hər gün qəbul edin. Preparatın qəbulu ilə bağlı nəyəsə əmin olmasanız, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin. Daxilə qəbul edilir. Yüksək özlülüyə malikdir. İstifadə etməzdən bilavasitə əvvəl yaxşı çalxalamaq lazımdır. Böyüklər və 12 yaşdan yuxarı uşaqlar 10-20 ml (2-4 çay qaşığı) gündə 4 dəfədən çox olmadan, yеməkdən sonra və yatmazdan əvvəl. 6-12 yaş uşaqlar 5-10 ml (1-2 çay qaşığı) yеməkdən sonra və yatmazdan əvvəl. 6 yaşa qədər uşaqlarda istifadəsi tövsiyə edilmir. Müxtəlif yaş qrupları Uşaqlarda istifadəsi 6 yaşa qədər uşaqlarda istifadəsi tövsiyə edilmir. 12 yaş və aşağı uşaqlarda yalnız həkim təyinatı ilə verilməlidir. Yaşlılarda istifadəsi Heç bir doza dəyişikliyi tələb olunmur. Xüsusi hallarda istifadəsi Qraciyər çatışmazlığı REFKON LİKVİD-in tərkibində kalsium və natrium olduğundan, qaraciyər çatışmazlığı olan xəstələrdə ehtiyyatlı olmaq tələb olunur. Böyrək/Ürək çatışmazlığı REFKON LİKVİD-in tərkibində kalsium və natrium olduğundan, hiperkalsiemiya, nefrokalsinoz və təkrarlanan kalsium böyrək daşlarından müalicə olunan xəstələrdə və tərkibində natrium olduğu üçün ciddi duz tərkibli məhdudlaşdırılmış pəhriz tövsiyə edildiyi hallarda ehtiyatla istifadə edilməlidir. Əgər Siz REFKON LİKVİD-in təsirinin lazım olduğundan zəif və ya güclü olduğunu düşünürsünüzsə, həkiminizə müraciət edin. Qida ilə qəbulu REFKON LİKVİD qida qəbulundan sonra oral şəkildə istifadə olunur.

Əlavə təsirləri

Digər dərman vasitələri kimi, REFKON LİKVİD-in tərkibindəki komponentlərə qarşı həssaslığı olan xəstələrdə əlavə təsirlərin yaranması mümkündür. Əgər aşağıdakı əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa, REFKON LİKVİD –dən istifadəni dayandırmaq və dərhal həkimə və ya yaxınlıqdakı xəstəxananın təcili yardım şöbəsinə müraciət etmək lazımdır: • bədənin hər hansı hissəsində müşahidə olunan dəri səpgləri • tənəffüsün pisləşməsi • başgicəllənmə • üzdə, dodaqlarda, dildə və ya boğazda şişkinlik Bunlar çox ciddi əlavə təsirlərdir. Əgər bunlardan hər hansı biri baş verərsə, bu, o deməkdir ki, Sizin REFKON LİKVİD-ə qarşı allergiyanız var. Sizin təcili tibbi yardıma və ya xəstəxanaya yerləşdirilməyinizə ehtiyac yarana bilər. Dərman vasitəsinin dövlət qeydiyyatından sonra içlik vərəqədə qeyd edilməyən hər hansı şübhəli əlavə təsirlər barədə məlumat vermək vacibdir. Bu, dərman vasitəsinin fayda/risk nisbətinin davamlı monitorinqinə imkan verir. Tibb işçiləri hər hansı şübhəli əlavə təsirlər barədə Türkiyə Farmakonəzarət Mərkəzinə (TUFAM) məlumat verməlidirlər. (www.titck.gov.tr; e-mail: [email protected]; tel: 0 800 314 00 08; faks: 0312 218 35 99).

Doza həddinin aşılması

REFKON LİKVİD-i təyin edildiyindən daha çox qəbul etmisinizsə, heç bir ciddi əlavə təsirlərin yaranması gözlənilmir. Doza həddi aşıldıqda şişkinlik yarana bilər. REFKON LİKVİD-i qəbul etməyi unutmsunuza unudulmuş dozanı bərpa etmək üçün ikiqat doza qəbul etməyin.

Buraxılış forması

200 ml məhlul flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30°C-dən aşağı otaq temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Soyuducuda saxlamaq və ya dondurmaq olmaz. Sərin, quru yerdə saxlanılmalıdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Vefa İlac San. ve Tic. A.Ş. Beylikduzu / İstanbul / Turkey. Lisenziya sahibi Vefa İlac San. ve Tic. A.Ş. Beylikdüzü OSB Mah. 2. Cadde No:3/2 Beylikduzu / İstanbul / Turkey.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Refkon 200 ml suspenziya” üçün ilk rəyi siz yazın.