Raunatin 2 mq N10 tablet

Dərman formasıTablet
Farmakoloji təsirHipotenziv preparatlar. Mərkəzi təsir mexanizminə malik antiadrenergik preparatlar. Rauvolfiya alkaloidləri
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

0,72 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

RAUNATİN-ZDOROVYE örtüklü tabletlər

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 2 mq rauvolfiya ekstraktı (rauvolfiya alkaloidlərinin məcmusu) (qusdurucu rauvolfiya köklərinin quru ekstraktı (31 – 33:1) (ekstagent: metanol)) vardır. Köməkçi maddələr: şəkər tozu, qarğıdalı nişastası, qlükoza monohidrat, kalsium stearat, stearin turşusu, mineral yağ, yüngül maqnezium karbonat, titan dioksid (E 171), povidon, talk, susuz kolloid silisium dioksid, sarı mum, tərkibində xinolin sarısı (E 104) və patentləşdirilmiş göy V (E 131) olan rəngləyici sikovit Green Z2755.

Təsviri

Hər iki tərəfi qabarıq, açıq yaşıl rəngli örtüklü tabletlərdir. Tabletlərin üzərində xalların mövcudluğu yolveriləndir. Köndələn kəsikdə üç qat görünür.

Farmakoterapevtik qrupu

Hipotenziv preparatlar. Mərkəzi təsir mexanizminə malik antiadrenergik preparatlar. Rauvolfiya alkaloidləri. ATC kodu: C02AA04.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Dərman preparatının tərkibinə kəndirkimilər fəsiləsindən olan ilan rauvolfiyası köklərinin və ya qusdurucu rauvolfiya köklərinin qabıqlarının alkoloidlərinin məcmusu daxildir. Həmin alkaloidlərə rezerpin, serpentin, aymalin aiddir. Alkoloidlərin ümumi miqdarı 90%-dən az deyildir. Raunatin hipotenziv effekt göstərir ki, bu da mərkəzi sinir sistemində (MSS-də) (kortiko- hipotalamik strukturlarda, xüsusilə, hipotalamusun arxa hissəsində) biogen monoaminlərin (noradrenalinin, dofaminin, serotoninin) miqdarının azalması ilə əlaqəlidir. Periferik adrenergik sinir sonluqlarının presinaptik membranının vezikullarında, damar divarlarında, böyrəküstü vəzilərin beyin maddəsində mediatorun depolaşması proseslərinə pozucu təsir göstərərək, preparat adrenergik keçiriciliyi blokadaya alır ki, bu da arterial təzyiqin tədricən aşağı düşməsinə gətirib çıxarır. Rezerpindən fərqli olaraq, preparatın hipotenziv effekti nisbətən tədricən inkişaf edir, lakin, şiddət baxımından rezerpindən əhəmiyyətli dərəcədə geri qalmır. Böyrəklərdə yumaqcıq filtrasiyasının güclənməsi – preparatın xüsusiyyətidir və bu da, böyrək qan dövranının yüksəlməsinə gətirib çıxarır. Bundan əlavə, preparatın aritmiyaəleyhinə effekti və MSS-ə sakitləşdirici təsiri də vardır. Preparatın sedativ təsiri, rezerpinlə müqayisədə daha aşağıdır. Preparatın terapevtik effekti, istifadəsinə başladıqdan sonra 10-14-cü günə qədər tədricən inkişaf edir və 2-3 ay müddətində saxlanılır. Bir sıra hallarda, rezerpinlə müqayisədə raunatin pasiyentlər tərəfindən daha yaxşı keçirilir. Farmakokinetikası Preparatın tərkibinə daxil olan alkaloidlər mədə-bağırsaq traktından yaxşı sorulur – qanda C -ımax (maksimal konsentrasiyası), istifadə edildikdən 1-3 saat sonra müşahidə olunur. Qan zülalları ilə birləşməsi 40-50 % təşkil edir. T (yarımxaricolma dövrü) 50-170 saatdır; bağırsaqda və½ qaraciyərdə metabolizmə məruz qalır və əsasən nəcislə və eləcədə, sidiklə xaric olunur.

İstifadəsinə göstərişlər

Yüngül və orta dərəcəli arterial hipertenziya.

Əks göstərişlər

Rauvolfiya alkaloidlərinə qarşı yüksək həssaslıq; arterial hipotenziya, ürək çatışmazlığı, ürəyin üzvi zədələnmələri, bradikardiya, aorta qüsurları, ağır dərəcəli serebral ateroskleroz, depressiya, epilepsiya, parkinsonizm, mədə və onikibarmaq bağırsaq xora xəstəliyinin kəskinləşmə mərhələsi, xoralı kolit, nefroskleroz, bronxial astma, feoxromositoma, elektroqıcolma terapiyası (dərman preparatının istifadəsini, elektroqıcolma terapiyasının aparılmasına başlamazdan minimun 7 gün əvvəl dayandırmaq lazımdır), 18 yaşdan aşağı şəxslərdə istifadəsi, hamiləlik və laktasiya dövründə istifadəsi, qlükoza-qalaktoza malabsorbsiyası.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın istifadəsi ilə müalicə, həkim nəzarəti altında aparılmalıdır. Stenokardiyadan əziyyət çəkən pasiyentlərdə ürək nahiyəsində ağrının güclənməsi müşahidə oluna bilər. Planlaşdırılmış operativ müdaxilələrdən əvvəl preparatın istifadəsi, əməliyyatdan bir neçə gün qabaq dayandırılmalıdır. Raunatindən istifadə edən pasiyentlərdə ümumi narkozun istifadəsi ilə təcili əməliyyatın aparılması üçün zərurət yarandığı halda, atropinlə premedikasiyanın həyata keçirilməsi tələb olunur. Elektroimpuls terapiya seansından əvvəl preparat istifadə edilməməlidir. Rauvolfiya alkaloidləri həzm traktının hərəki fəallığını və sekresiyasını yüksəldir və bu səbəbdən, preparatı, anamnezlərində xora xəstəliyi barədə məlumat qeyd olunan pasiyentlərdə istifadə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Bundan əlavə, zəifləmiş pasiyentlərdə və yaşlı pasiyentlərdə, böyrək çatışmazlığı, öd daşı xəstəliyi, aritmiyalar qeyd olunan pasiyentlərdə, az müddət əvvəl miokard infarktı keçirmiş pasiyentlərdə preparat ehtiyatla istifadə edilməlidir. Pasiyentdə bəzi şəkər növlərinə qarşı dözümsüzlük müəyyən edildiyi halda, göstərilən preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Pediatriyada istifadəsi Preparatın uşaqlarda istifadəsi barədə heç bir məlumat yoxdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Monoaminooksidaza (MAO) fermentinin inhibitorları ilə eyni zamanda istifadə edildikdə, oyanıqlıq və arterial hipertenziya inkişaf edə bilər. Digər antihipertenziv preparatlarla (məsələn, tiazid diuretiklərlə, β-adrenoblokatorlarla, angiotenzinçevirən fermentin (AÇF) inhibitorları və kalsium ionlarının antaqonistləri ilə) eyni zamanda istifadə edildikdə, raunatinin antihipertenziv təsiri güclənir. Alkoqolun, barbituratların, antidepressantların MSS-ə tormozlayıcı təsirlərini gücləndirir. Raunatin ilə eyni zamanda istifadə edildikdə, üskükotu preparatları və ya xinidin, quanetidin aritmiyanın meydana çıxmasına səbəb ola bilər. Raunatin parkinsonizməleyhinə preparatların və simpatomimetiklərin effektivliyini aşağı salır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Rezerpin alkaloidinin plasentadan keçməsini və ana südünə nüfuz etməsini nəzərə alaraq, hamiləlik və ya laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir. Laktasiya dövründə preparatın istifadəsi üçün zərurət yarandığı halda, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Dərman preparatı, xüsusilə, müalicənin əvvəlində reaksiyalar sürətini aşağı sala bilər və bu səbəbdən, pasiyentlər yüksək diqqət konsentrasiyası və sürətli psixomotor reaksiyalar tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinməlidirlər.

İstifadə qaydası və dozası

Dərman preparatı böyüklərə yeməkdən sonra daxilə qəbul etmək üçün nəzərdə tutulmuşdur. Başlanğıc doza müalicənin 1-ci günü gecə 1 tablet, 2-ci günü – sutkada 2 dəfə 1 tablet, 3-cü günü – sutkada 3 dəfə 1 tablet təşkil edir və daha sonra preparatın ümumi dozası sutkada 4-6 tabletə qədər çatdırılmalıdır. Davamlı terapevtik effekt əldə olunduqdan sonra (bir qayda olaraq, 10-14 gündən sonra), preparatın dozası tədricən sutkada 1-2 tabletə qədər aşağı salına bilər. Müalicə kursu – 3-4 həftə təşkil edir, lakin, bəzi hallarda göstərişlərə əsasən, preparat uzun müddət ərzində dəstəkləyici dozada (sutkada 1 tablet) istifadə edilməlidir.

Əlavə təsirləri

Əlavə reaksiyaların baş vermə tezliyi aşağıda göstərilən parametrlərə əsasən müəyyən edilir:çox tez-tez (≥ 1/10), tez-tez (≥ 1/100, ≤ 1/10), bəzən (≥ 1/1000, ≤ 1/100), nadir hallarda (≥ 1/10000, ≤ 1/1000), çox nadir hallarda (< 1/10000), məlum deyil (mövcud məlumatlar əsasında tezliyin qiymətləndirilməsi mümkün deyil). Preparat pasiyentlər tərəfindən adətən, yaxşı keçirilir. Bəzi hallarda aşağıda göstərilən əlavə reaksiyalar müşahidə oluna bilər. Ürək-damar sistemində baş verən pozğunluqlar: məlum deyil – ödem, qanaxını, bradikardiya, stenokardiyadan əziyyət çəkən pasiyentlərdə ürək nahiyəsində ağrının güclənməsi mümkündür; uzun müddət ərzində istifadə edildikdə – stenokardiya tutmalarının tezliyinin yüksəlməsi qeyd oluna bilər. Sinir sistemində baş verən pozğunluqlar: məlum deyil – baş ağrısı, yuxuya meyillilik, tər ifrazının yüksəlməsi, depressiya, ümumi zəiflik; uzun müddət ərzində istifadə edildikdə – gecələr dəhşətli yuxugörmələrin meydana çıxması, parkinsonizm simptomlarının inkişaf etməsi. Görmə orqanlarında baş verən pozğunluqlar: məlum deyil – mioz. Həzm traktında baş verən pozğunluqlar: məlum deyil – ürəkbulanma, qusma, diareya, qarın nahiyəsində ağrı, iştahanın güclənməsi və ya zəifləməsi, ağız suyunun axması, ağızda quruluq, mədə şirəsinin sekresiyasının yüksəlməsi. Hepatobiliar sistemdə baş verən pozğunluqlar: məlum deyil – yüksək dozalarda uzun müddət ərzində istifadə edildikdə – qaraciyər funksiyalarının pozulması mümkündür. Sidik-cinsiyyət sistemində baş verən pozğunluqlar: məlum deyil – dizuriya, impotensiya. Endokrin sistemdə və maddələr mübadiləsində baş verən pozğunluqlar: məlum deyil – libidonun zəifləməsi, natriumun orqanizmdə ləngiməsi, prolaktinin sekresiyasının yüksəlməsi, qalaktoreya, ginekomastiya, süd vəzilərinin şişməsi, bədən kütləsinin artması. Allergik reaksiyalar: məlum deyil – dəri üzərində səpgilər, qaşınma, selikli qişalarda quruluq, burunun selikli qişasının ödemi. Qan sistemində baş verən pozğunluqlar: məlum deyil – trombositopenik purpura. Doza aşağı salındıqda və ya preparatın istifadəsinə qısamüddətli (1-3 gün) fasilə verildiyi halda, əlavə reaksiyalar aradan qalxır.

Doza həddinin aşılması

Simptomları: tər ifrazının yüksəlməsi, ümumi zəiflik və şiddətli arterial hipotenziya. Ağır vəziyyətlərdə qısamüddətli eyforiya dövründən sonra yuxuya meyillilik, hipodinamiya, ağır dərəcəli (suisidə gətirib çıxara bilən) depressiya, ağır dərəcəli parkinsonizm təzahürləri, şüurun itməsi, koma, qıcolmalar, tənəffüsün tormozlanması, hipotermiya inkişaf edir. Müalicəsi: mədənin yuyulması, aktivləşdirilmiş kömürün təyin edilməsi. Sürətləndirilmiş diurezin aparılması göstərişdir. Arterial təzyiq şiddətli aşağı düşdükdə, kollaps vəziyyətində pasiyenti uzatmaq və ayaqlarını bir qədər yuxarı vəziyyətdə yerləşdirmək lazımdır; zərurət yarandığı halda, vena daxilinə reopoliqlükinin və ya angiotenzinamid əlavə edilən mezatonun və ya 2 %-li noradrenalin hidrotartrat məhlulunun yeridilməsi göstərişdir. Ağciyər ödeminin inkişaf etmə riskini nəzərə alaraq, adrenomimetik preparatlar xüsusi ehtiyatla təyin edilməlidir. Dəri altına 10 %-li kofein-benzoat natrium məhlulu yeridilə bilər. Tənəffüsün kəskin tormozlanması və ya onun ləngiməsi qeyd olunduğu halda, tənəffüs yollarından seliyin sorularaq çıxarılması, intubasiyanın və ağciyərlərin süni tənəffüsünün aparılması, oksigenoterapiyanın həyata keçirilməsi tələb olunur. Raunatinlə və digər rauvolfiya preparatları ilə zəhərlənmə zamanı spesifik antidotlar yoxdur.

Buraxılış forması

10 tablet blisterdə. 10 tablet blisterdə. 5 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° C-dən yuxarı olmayan temperaturda, orijinal qablaşmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Zdorovye” Əczaçılıq şirkəti” MMC. Ünvan Ukrayna, 61013, Xarkov vilayəti, Xarkov şəhəri, Şevçenko küçəsi, ev 22.

Qeydiyyat vəsiqəsinin sahibi

“Zdorovye” Əczaçılıq şirkəti” MMC. Ünvan Ukrayna, 61013, Xarkov vilayəti, Xarkov şəhəri, Şevçenko küçəsi, ev 22.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Raunatin 2 mq N10 tablet” üçün ilk rəyi siz yazın.