Qlukoza 40 % 10 ml N10 inyeksiya Eskom
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Parenteral qidalanma üçün məhlullar |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,42 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
QLÜKOZA-ESKOM venadaxili yeridilmə üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Dextrose
Tərkibi
Təsiredici maddə: 100 ml məhlulun tərkibində 400 mq dekstroza monohidrat (100% maddə hesabı ilə) vardır. Köməkçi maddələr:0,1 M xlorid turşusu (pH 3,0-4,0), natrium xlorid, inyeksiya üçün su.
Təsviri
Şəffaf rəngsiz və ya azacıq rəngli mayedir.
Farmakoterapevtik qrupu
Parenteral qidalanma üçün məhlullar. ATC kodu: B05BA03.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Orqanizmdə maddələr mübadiləsinin müxtəlif proseslərində iştirak edir, orqanizmdə oksidləşmə- reduksiya proseslərini bərpa edir, qaraciyərin antitoksik funksiyasını yaxşılaşdırır. Dekstroza məhlulunun yeridilməsi qismən su çatışmazlığını bərpa edir. Dekstoza toxumaya daxil olaraq qlükoza-6-fosfota çevrilərək, fosforlaşır ki, bu da, orqanizmin maddələr mübadiləsinin bir çox sahələrinə aktiv şəkildə daxil olur. 5%-li dekstroza məhlulu dezintoksikasiyaedici, metabolik təsir göstərir, asan mənimsənilən qida maddəsi mənbəyidir. Dekstrozanın metabolizmi zamanı toxumalarda orqanizmin həyat fəaliyyəti üçün vacib olan əhəmiyyətli dərəcədə enerji ayrılır. Hipertonik məhlullar (10%, 20%, 40%) qanın osmotik təzyiqini yüksəldir, maddələr mübadiləsini yaxşılaşdırır; miokardın yığılmasını yüksəldir; qaraciyərin antitoksik funksiyasını yaxşılaşdırır; damarları genişləndirir, diurezi artırır. Farmakokinetikası Orqanizm tərəfindən tamamilə mənimsənilir, böyrəklər vasitəsilə xaric olur (sidikdə aşkar edilməsi patoloji əlamətdir).
İstifadəsinə göstərişlər
Hipoqlikemiya, karbohidratlı qida çatışmazlığı, toksikoinfeksiya, qaraciyər xəstəlikləri zamanı intoksikasiya (hepatit, qaraciyər distrofiyası və atrofiyası, o cümlədən, qaraciyər çatışmazlığı), dehidratasiya (qusma, diareya, əməliyyatdan sonrakı dövr); intoksikasiya; kollaps, şok. Müxtəlif qanəvəzedicilər və şokəleyhinə mayelərin komponenti qismində; venadaxili yeridilən dərman vasitələrinin məhlulunun hazırlanması üçün.
Əks göstərişlər
Hiperhəssaslıq, hiperqlikemiya, diabetik koma, hiperlaktasidemiya, hiperhidratasiya, qlükozanın utilizasiyasının əməliyyatdan sonrakı pozuntusu; beyin və ağciyər ödemi təhlükəsi olan qan dövranı pozuntular; beyinin ödemi, ağciyərlərin ödemi, kəskin sol mədəcik çatışmazlığı, hiperosmolyar koma.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Dekstrozanın daha tam və sürətli mənimsənilməsi üçün 4-5 q dekstrozaya 1 TV insulin hesabı ilə dərialtı 4-5 TV insulin yeritmək olar. Ehtiyatla Dekompensasiyalı xroniki ürək çatışmazlığı (XÜÇ), xroniki böyrək çatışmazlığı (XBÇ) (oliqouriya, anuriya), hiponatriemiya, şəkərli diabet, qan dövranı pozğunluqları, hamiləlik və laktasiya dövrü.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələrilə kombinasiyası zaman qarışıq vizual olaraq yoxlanılmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Məlumat yoxdur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
məlum deyil.
İstifadə qaydası və dozası
5%-li məhlul damcı yolu ilə venadaxili maksimal sürət 7 ml/dəqiqə olmaqla (150 damcı/dəqiqə) (400 ml/saat) yeridilir; böyüklər üçün maksimal sutkalıq doza 1 litrdir. 10%-li məhlul 60 damcı/dəqiqə (3 ml/dəqiqə) sürətlə yeridilir; böyüklər üçün maksimal sutkalıq doza 1 litrdir. 20%-li məhlul 30-40 damcı/dəqiqə (1,5-2 ml/dəqiqə) sürətlə yeridilir; böyüklər üçün maksimal sutkalıq doza 500 ml-dir. 40%-li məhlul 30 damcı/dəqiqə (1,5 ml/dəqiqə) sürətlə yeridilir; böyüklər üçün maksimal sutkalıq doza 250 ml-dir. 5 və 10%-li məhlullar 10-15 ml venadaxili şırnaq yolu ilə yeridilir. Maddələr mübadiləsi normal olan böyüklərdə yeridilən dekstrozanın sutkalıq dozası 4-6 q/kq-ı aşmamalıdır, daha dəqiq 250-450 q-a qədər (maddələr mübadiləsinin intensivliyinin azalması zamanı sutkalıq doza 200-300 q-a qədər azaldılır), bu zaman yeridilən mayenin sutkalıq həcmi 30-40 ml/kq-dır. Uşaqlara parenteral qida üçün yağlar və aminturşularla yanaşı ilk gün 6 q dekstroza/kq/sutka, sonrakı gün 15 q/kq/sutka dozaya qədər yeridilir. 5 və ya 10%-li dekstroza məhlulunun yeridilməsi zamanı dekstrozanın dozasının hesablanması zaman yeridilən mayenin yolverilən həcmini nəzərə almaq lazımdır: bədən çəkisi 2-10 kq olan uşaqlara 100-165 ml/kq/sutka, bədən çəkisi 10-40 kq olan uşaqlara 45-100 ml/kq/sutka. Yeridilmə sürəti: maddələr mübadiləsinin norml vəziyyətində böyüklərdə dekstrozanın maksimal yeridilmə sürəti 0,25-0,5 q/kq/saat; maddələr mübadiləsinn intensivliyinin azalması zamanı yeridilmənin sürəti 0,125-0,25 q/kq/saata qədər azaldılır. Uşaqlarda dekstrozanın yeridilmə sürəti 0,5 q/kq/saatı aşmamalıdır ki, bu da, 5 %-li məhlul üçün 10 ml/dəqiqə və ya 200 damcı/dəqiqə (20 damcı = 1 ml) olmalıdır. Dekstrozanın yüksək dozalarda daha yaxşı mənimsənilməsi üçün onunla eyni vaxtda 4-5 q dekstrozaya 1TV hesabı ilə insulin təyin edilir. Diabetli pasiyentlərə dekstroza onun qanda və sidikdə miqdarına nəzarət edilməklə yeridilir.
Əlavə təsirləri
Metabolizm və qidalanma pozğunluqları: hipokaliemiya, hipomaqneziemiya, hipofosfatiemiya, hipervolemiya, hiperqlikemiya, dehidratasiya. İmmun sistem pozğunluqları: yüksək həssaslıq, anafilaktik reaksiyalar. Damar sistemi pozğunluqları: venaların trombozu, tromboflebit. Böyrək və sidikçıxarıcı yolların pozğunluqları: poliuriya. Kəskin sol mədəcik çatışmazlığı. Yeridilmə nahiyəsində infeksiyanın inkişafı.
Doza həddinin aşılması
Simptomları Hiperqlikemiya, qlükozuriya, hiperqlikemik hiperosmolyar koma, hiperhidratasiya, su-elektrolit balansının pozulması. Müalicəsi Qlükozanın yeridilməsini dayandırmaq, simptomatik terapiya.
Buraxılış forması
Venadaxili yeridilmə üçün 400 mq/ml məhlul. 10 ml məhlul, neytral şüşə ampulda. 5, 10, 30, 50 və ya 100 ampul, ampul skarifikatoru və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 5 və ya 10 ampul, ampul skarifikatoru və içlik vərəqə ilə birlikdə karton konturlu-yuvalı və ya polivinilxlorid örtüklü qablaşmada. 1, 2, 3, 4, 5, 6, 10, 15, 20 və ya 30 konturlu-yuvalı qablaşma, ampul skarifikatoru və içlik vərəqə ilə birlikdə xrom və ya xrom-erzas markalı istehlakçı qablaşması üçün karton qutuya qablaşdırılır. 10, 15, 20, 30, 40, 50, 60 və ya 100 konturlu-yuvalı qablaşma 5-10 ampul skarifikatoru və 5-10 içlik vərəqə ilə birlikdə büzməli karton karton qutuya qablaşdırılır (stasionar üçün). Açma nişanı və ya sınma halqası ollan ampulların istifadəsi zamanı skrarifikator qoyulmur.
Saxlanma şəraiti
30ºС temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Eskom” elmi-istehsalat konserni ASC. Rusiya, 355107, Stavropol ş., Staromaryevskoye şosse, 9Q. Tel.: (8652) 94-68-08. e-mail: [email protected]
Qeydiyyat vəsiqəsinin sahibi
“Mir” kimya əczaçılıq konserni MMC. Rusiya, 355035, Stavropol ş., Staromaryevskoye şosse, 9Q, sahə 43. Tel.: (8652) 94-68-14. e-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.