Qlukoza 10 % 400 ml infuziya Biosintez

Dərman formasıİnfüziya məhlulu
Farmakoloji təsirKarbohidrat qidalanma vasitəsi
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,86 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

QLÜKOZA infuziya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: dextrose

Tərkibi

Təsiredici maddə: 100 ml məhlulun tərkibində 5 q və ya 10 q dekstroza (qlükoza) monohidrat (susuz maddə hesabı ilə) vardır. Köməkçi maddələr:natrium xlorid, xlorid turşusu məhlulu 0,1 M, inyeksiya üçün su.

Təsviri

Rəngsiz, şəffaf mayedir.

Farmakoterapevtik qrupu

Karbohidrat qidalanma vasitəsi. ATC kodu: B05CХ01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Qlükoza orqanizmdə oksidləşmə-bərpaolunma proseslərini gücləndirir, qaraciyərin antitoksik funksiyasını yaxşılaşdırır, miokardın yığılma qabiliyyətini gücləndirir, asanlıqla mənimsənilən karbohidratların mənbəyidir. 5 %-li və 10 %-li dekstroza məhlullarının farmakodinamik xüsusiyyətləri, hüceyrə metabolizminin əsas enerji mənbəyi olan qlükozanın xüsusiyyətləri ilə eynidir. 5 %-li dekstroza məhlulu osmolyarlığı 286,4 mOsm/l olan izotonik məhluldur. 5 %-li dekstroza məhlulunun sərf edilən kalorililiyi 200 kkal/l təşkil edir. 10 %-li dekstroza məhlulu osmolyarlığı 563,9 mOsm/l olan hipertonik məhluldur. 10 %-li dekstroza məhlulunun sərf edilən kalorililiyi 400 kkal/l təşkil edir. Parenteral qidalanma çərçivəsində 5 %-li və 10 %-li dekstroza məhlulları orqanizmə karbohidrat mənbəyi kimi yeridilir (sərbəst şəkildə və ya tələb olunduqda, parenteral qidalanmanın bir hissəsi kimi). 5 %-li və 10 %-li dekstroza məhlulları, eyni zamanda ionların yeridilməsi olmadan, maye çatışmazlığını bərpa etmək imkanı verir. Toxumalara daxil olaraq, dekstroza, fosforlaşır və orqanizmin maddələr mübadiləsinin bir çox həlqələrində aktiv iştirak edən qlükoza-6-fosfata çevrilir. Dekstroza məhlullarını parenteral yolla yeridilən dərman preparatlarının durulaşdırılması və həll olunması üçün istifadə etdikdə, məhlulun farmakodinamik xüsusiyyətləri əlavə olunan maddədən asılı olur. Farmakokinetikası Qlükoza iki müxtəlif yolla metabolizmə məruz qalır: anaerob və aerob. Dekstroza, piroüzüm və ya süd turşusuna parçalanaraq (anaerob qlikoliz), enerjinin azadolunması ilə karbon dioksidə və suya qədər metabolizmə məruz qalır. Dekstroza məhlullarını parenteral yolla yeridilən dərman preparatlarının durulaşdırılması və həll olunması üçün istifadə etdikdə, məhlulun farmakodinamik xüsusiyyətləri əlavə olunan maddədən asılı olur.

İstifadəsinə göstərişlər

5 %-li və 10 %-li dekstroza məhlulları üçün Karbohidrat mənbəyi vasitəsi kimi (sərbəst şəkildə və ya tələb olunduqda, parenteral qidalanmanın bir hissəsi kimi); maye itkisi hallarında, xüsusilə karbohidratlara tələbat yüksək olan pasiyentlərdə, rehidratasiya məqsədi ilə; parenteral yolla yeridilən dərman preparatlarının durulaşdırılması və həll olunması üçün istifadə olunur. 10 %-li dekstroza məhlulları üçün əlavə olaraq Hipoqlikemiyanın profilaktikası və müalicəsi üçün.

Əks göstərişlər

5 %-li və 10 %-li dekstroza məhlulları üçün – dekompensasiya olunmuş şəkərli diabet; – hiperosmolyar koma; – hemodilyusiya və hüceyrədən kənar hiperhidratasiya, hipervolemiya; – hiperqlikemiya və hiperlaktatemiya; – ağır dərəcəli böyrək çatışmazlığı (oliquriya və ya anuriya ilə); – dekompensasiya olunmuş ürək çatışmazlığı; – generalizəolunmuş ödemlər (o cümlədən, ağciyərlərin ödemi və beyin ödemi) və assit ilə müşayiət olunan qaraciyər sirrozu; – dekstrozaya qarşı dözümsüzlüyün digər məlum növləri (məsələn, metabolik stress); – preparatın tərkibində olan hər hansı komponentə qarşı hiperhəssaslıq; – başın travmasından sonra ilk 24 saat müddətində məhlulun yeridilməsi; – hemoliz və tromboz riskini nəzərə alaraq, hemotransfuziya üçün istifadə olunan eyni infuzion sistemin istifadəsi; – qarğıdalıya və ya qarğıdalı məhsullarına (qarğıdalıdan dekstroza alındıqda) qarşı dözümsüzlüyü məlum olan pasiyentlər; – dekstroza məhluluna əlavə olunan, istənilən preparatlara olan əks göstərişlər. 10 %-li dekstroza məhlulları üçün əlavə olaraq Şəkərsiz diabet.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Kəskinləşməmiş şəkərli diabet, hiponatriemiya, kəllədaxii hipertenziya zamanı preparatı ehtiyatla istifadə etmək lazımdır. Şəkərli diabetdən, böyrək çatışmazlğından əziyyət çəkən pasiyentlərdə və ya kəskin kritik vəziyyətdə olan pasiyentlərdə, qlükozaya (dekstrozaya) qarşı tolerantlıq pozula bilər, bu səbəbdən belə pasiyentlərin klinik-bioloji parametrlərinə, xüsusilə də qan plazmasında elektrolitlərin konsentrasiyasına, o cümlədən maqneziumun və fosforun, qanda qlükozanın konsentrasiyasına xüsusi diqqətlə nəzarət etmək lazımdır. Hiperqlikemiya olduqda, preparatın yeridilmə sürətini korreksiya etmək və ya qısamüddətli təsirə malik insulin yeritmək lazımdır. Adətən qlükoza orqanizm tərəfindən tam mənimsənilir (normada böyrəklər vasitəsi ilə xaric olunmur), bu səbəbdən sidikdə qlükozanın meydana çıxması, patoloji əlamət ola bilər. Davamlı yeridilmə halında və ya dekstrozanı yüksək dozalarda istifadə etdikdə, qan plazmasında kaliumun konsentrasiyasına nəzarət etmək və tələb olunduqda, hipokaliemiyanın qarşısını almaq məqsədi ilə, əlavə kalium yeritmək lazımdır. Kəllədaxili hipertenziya epizodları zamanı, qanda qlükozanın konsentrasiyasına diqqətlə nəzarət etmək lazımdır. Dekstroza məhlullarının istifadəsi hiperqlikemiyaya gətirib çıxara bilər. Bu səbəbdən, kəskin işemik insultdan sonra preparatı yeritmək tövsiyə olunmur, çünki hiperqlikemiya baş beyinin işemik zədələnməsinin güclənməsi ilə bağlıdır və sağalmanın qarşısını alır. Preparatın vena daxilinə yeridilməsinin əvvəlində xüsusilə diqqətli monitorinq tələb olunur. Elektrolit balansın pozulmasının (hiponatriemiya, hipokaliemiya) qarşısını almaq məqsədi ilə regitrasion müalicə üçün karbohidrat məhlullarını elektrolit tərkibli məhlullarla kombinasiyada istifadə etmək lazımdır. Qanda qlükozanın konsentrasiyasına və elektrolitlərin miqdarına, su balansına və həmçinin orqanizmin turşu-qələvi vəziyyətinə nəzarət etmək lazımdır. İstifadə etməzdən əvvəl məhlulu yoxlamaq lazımdır. Yalnız şəffaf, görünən əlavələr olmayan və qablaşmada zədələnmələr olmayan məhluldan istifadə etmək olar. Məhlulu infuzion sistemə birləşdirdikdən bilavasitə sonra yeritmək olar. Məhlulu steril avadanlığın istifadəsi ilə və aseptika və antiseptika qaydalarına riayət edərək yeritmək lazımdır. Hava emboliyasından qaçınmaq məqsədi ilə, məhlul vasitəsi ilə infuzion sistemdən havanı qovmaq lazımdır. Vena daxilinə yeritmək üçün sistemin qazçıxarıcı ilə birlikdə istifadə olunması, qazçıxarıcı açıq olduğu halda hava emboliyasına gətirib çıxara bilər. Əlavə olunan maddələr infuziyadan əvvəl və ya infuziyanın gedişində yeridilmə nahiyəsindən daxil edilə bilər (preparatların yeridilməsi üçün xüsusi port olduqda). Məhlula digər dərman preparatlarının əlavə olunması və ya preparatın yeridilmə texnikasının pozulması, orqanizmə pirogenlərin mümkün daxilolması nəticəsində qızdırmaya səbəb ola bilər. Arzuolunmayan reaksiyalar inkişaf etdikdə, infuziyanı dərhal dayandırmaq lazımdır. Parenteral yolla yeridilmədən əvvəl digər dərman preparatları əlavə edildikdə, alınan məhlulun izotonikliyini yoxlamaq lazımdır. Məhlulun aseptik şəraitdə tam və əsaslı qarışdırılması mütləqdir. Tərkibində əlavə maddələr olan məhlulları dərhal istifadə etmək lazımdır, onların saxlanılmasi qadağandır. Məhlula əlavə qidalandırıcı maddələr yeritdikdə, infuziyaya başlamazdan əvvəl alınan qarışığın osmolyarlığını müəyyən etmək lazımdır. Alınan qarışığı, son osmolyarlıqdan asılı olaraq, mərkəzi və ya periferik venoz kateter vasitəsi ilə yeritmək lazımdır. Əlavə yeridilən dərman preparatlarının uyğunluğunu, onları məhlula əlavə etməzdən əvvəl qiymətləndirmək lazımdır (digər parenteral məhlulların istifadəsinə müvafiq). Əlavə yeridilən dərman preparatlarının durulaşdırılmasına görə tövsiyələrə, onların istifadəsi üzrə təlimata müvafiq, riayət etmək lazımdır. Alınan məhlulun rənginin dəyişməsini və/və ya çöküntünün, həll olunmayan komplekslərin və ya kristalların əmələ gəlməsini yoxlamaq lazımdır. Preparatın əlavə yeridilən dərman vasitələri ilə uyğunluğunun qiymətləndirilməsi, həkimin səlahiyyətlərinə daxildir. Mikrobioloji nəzər nöqtəsinə görə, durulaşdırılmış preparatı təxirəsalmadan yeritmək lazımdır. Nəzarət olunan və aseptik şəraitdə hazırlanan durulaşdırılmalar istisna təşkil edir. Əks halda, məhlul hazırlandıqdan sonra, onun yeridilməsindən əvvəl saxlanma müddətlərinə və şəraitlərinə görə məsuliyyəti istifadəçi daşıyır. Uşaqlar Yenidoğulmuşlarda, xüsusilə vaxtından əvvəl doğulmuşlarda və ya aşağı kütlə ilə doğulmuşlarda, hipo- və ya hiperqlikemiyanın inkişaf etmə riski yüksəkdir, bu səbəbdən, dekstroza məhlullarını vena daxilinə yeritməzdən əvvəlki müddətdə, gecikmiş arzuolunmayan nəticələrdən qaçınmaq məqsədi ilə, qanda qlükozanın konsentrasiyasına diqqətlə nəzarət etmək vacibdir. Yenidoğulmuşlarda hipoqlikemiya uzunmüddətli qıcolmalara, komaya və baş beyinin zədələnməsinə gətirib çıxara bilər. Hiperqlikemiyanı mədəcikdaxili qansızma ilə, gecikmiş bakterial və göbələk infeksion xəstəliklərlə, vaxtından əvvəl doğulmuşların retinopatiyası ilə, nekrotik enterokolitlə, bronx-ağciyər displaziyası ilə, davamlı hospitalizasiya ilə və ölümlə əlaqələndirirlər. Yenidoğulmuşlarda vena daxilinə yeridilən preparatların istifadəsi zamanı potensial letal doza həddinin aşılmasından qaçınmaq məqsədi ilə, preparatın istifadə qaydasına xüsusi diqqət yetirmək lazımdır. İnfuzion nasosdan istifadə zamanı, nasosdan sistemi xaric etdikdən və ya onu kəsdikdən əvvəl, sistemdə mayenin sərbəst axınına mane olan qurğunun mövcudluğundan asılı olmayaraq, sistemin bütün sıxaclarını bağlamaq lazımdır. Vena daxilinə yeritmək üçün qurğulara və ya preparatların yeridilməsi üçün digər avadanlığa müntəzəm nəzarət etmək lazımdır. Preparatın tərkibində qarğıdalıdan alınan dekstroza olduqda, qarğıdalıya və ya qarğıdalı məhsullarına qarşı məlum dözümsüzlük olan pasiyentlər üçün preparatın istifadəsi əks göstərişdir, çünki bu zaman hiperhəssaslığın aşağıdakı təzahürləri mövcuddur: anafilaktik reaksiyalar, yüksək həssaslıq, titrətmə və qızdırma. Digər dərman vasitələrilə qarşılıqlı təsiri Katexolaminlərlə və steroidlərlə birlikdə istifadə dekstrozanın (qlükozanın) mənimsənilməsini aşağı salır. Digər dərman preparatları ilə qarışdırıldıqda, onların uyuşmazlığına nəzarət etmək lazımdır. Digər dərman preparatlarını durulaşdırmaq və ya həll etmək üçün, preparat yalnız göstərilən dərman preparatının istifadəsi üçün təlimatda dekstroza məhlulu ilə durulaşdırılması barədə göstərişlər olduqda istifadə oluna bilər. Uyğunluq barədə məlumat olmadıqda, preparatı digər dərman preparatları ilə qarışdırmaq olmaz. Hər hansı dərman vasitəsini əlavə etməzdən əvvəl əmin olmaq lazımdır ki, əlavə olunan vasitə preparatın pH diapazonunda suda həll olunur və stabildir. Uyğun olan dərman vasitəsini preparata əlavə etdikdən sonra, alınmış məhlulu dərhal yeritmək lazımdır. Uyuşmazlıqları məlum olan dərman preparatlarını istifadə etmək olmaz. Dekstroza məhlullarını, hemotransfuziya üçün eyni infuzion sistem vasitəsi ilə yeritdikdə, hemoliz və tromboz riskinin baş verməsi mümkündür.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə 5 %-li dekstroza məhlulu, digər dərman preparatlarından istifadə etdikdə hidratasiyaedici və nəqledici vasitə kimi istifadə olunur. Hamiləlik dövründə, doğuş zamanı və laktasiya dövründə 5 %-li dekstroza məhlulunun istifadəsinin nəsilə arzuolunmayan effektləri yoxdur. Orqanizmin elektrolit balansı və maye balansı nəzarət olunduqda və fizioloji çərçivələrdə olduğu hallarda, 10 %-li dekstroza məhlulunu hamiləlik və laktasiya dövründə istifadə etmək olar. Digər dərman preparatlarını əlavə etdikdə, əlavə olunan maddənin hamiləliyə və ana südü ilə qidalanmaya təsirini, ayrıca nəzərdən keçirmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

İstifadə olunmur (müstəsna olaraq, preparatın stasionarda istifadəsi ilə bağlı).

İstifadə qaydası və dozası

Vena daxilinə (damcı üsulu ilə). Preparat, adətən, periferik və ya mərkəzi venaya yeridilir. Yeridilən dekstroza məhlulunun konsentrasiyası və dozası pasiyentin yaşından, bədən kütləsindən və klinik vəziyyətindən asılıdır. Preparatın istifadəsini müntəzəm tibbi müşahidə altında həyata keçirmək lazımdır. Klinik və bioloji parametrlərə, xüsusilə qanda dekstrozanın konsentrasiyasına, həmçinin su-duz balansına diqqətlə nəzarət etmək lazımdır. 5 %-li dekstroza məhlulu Karbohidrat mənbəyi kimi tövsiyə olunan doza (sərbəst şəkildə və ya tələb olunduqda, parenteral qidalanmanın bir hissəsi kimi): Böyüklər üçün (bədən kütləsi təxminən 70 kq olduqda): sutkada 500dən 3000 ml-ə qədər. Uşaqlar, o cümlədən, yenidoğulmuşlar üçün: – bədən kütləsi 0-10 kq – bədən kütləsinin hər kq-na sutkada 100 ml; – bədən kütləsi 10 kq-dan 20 kq-a qədər – 1000 ml + bədən kütləsinin 10 kq-dan artıq hər kq-na sutkada əlavə 50 ml; – bədən kütləsi 20 kq-dan artıq olduqda – 1500 ml + bədən kütləsinin 20 kq-dan artıq hər kq-na sutkada əlavə 20 ml. İnfuziyanın sürəti və həcmi pasiyentin yaşından, bədən kütləsindən, klinik vəziyyətindən və metabolizmindən, həmçinin birlikdə aparılan müalicədən asılıdır. Uşaqlarda bütün bunları, göstərilən kateqoriyadan olan pasiyentlərdə vena daxilinə yeridilən preparatların istifadə təcrübəsinə malik həkim müəyyən etməlidir. Hiperqlikemiyadan qaçınmaq üçün, orqanizmdə dekstrozanın utilizasiya qapısnın həddini aşmaq olmaz, bu səbəbdən dekstrozanın maksimal dozası böyüklər üçün bədən kütləsinin hər kq-na dəqiqədə 5 mq-dan və yenidoğulmuşlar və uşaqlar üçün yaşdan və ümumi bədən kütləsindən asılı olaraq, bədən kütləsinin hər kq-na dəqiqədə 10-18 mq-dan dəyişir. Parenteral yolla yeridilən dərman preparatlarının durulaşdırılması və həll olunması üçün istifadə etdikdə, tövsiyə olunan doza – yeridilən dərman preparatının bir dozası üçün 50 ml-dən 250 ml-ə qədərdir, lakin tələb olunan həcmi, əlavə olunan dərman preparatlarının istifadəsi üzrə təlimatlara əsasən müəyyən etmək lazımdır. Bu zaman məhlulun dozasını və yeridilmə sürətinı, durulaşdırılan dərman preparatının xüsusiyyətlərinə və dozalanma rejiminə əsasən müəyyən etmək lazımdır. 10 %-li dekstroza məhlulu Böyüklər və yaşlı pasiyentlər Cədvəl 1-də göstərilən tövsiyə olunan dozalar, bədən kütləsi təqribən 70 kq olan böyüklərdə istifadə etmək üçün oriyentir kimi istifadə edilir. Cədvəl 1. Böyüklərdə dozalanmaya aid tövsiyələr (70 kq)* İstifadəsinə göstərişlər Başlanğıc İnfuziyanın sürəti Tövsiyə olunan istifadə sutkalıq doza müddəti Karbohidrat mənbəyi Sutkada 500 – İnfuziyanın tövsiyə Müalicənin davametmə kimi (sərbəst şəkildə və 3000 ml (bədən olunan maksimal sürəti, müddəti pasiyentin klinik ya tələb olunduqda, kütləsinin hər pasiyentin orqanizmində vəziyyətindən asılıdır parenteral qidalanmanın kq-da sutkada 7- qlükozanın utilizasiya bir hissəsi kimi) 40 ml) qapısnın həddini aşmamalıdır, çünki buHipoqlikemiyanın hiperqlikemiyaya gətiribprofilaktikası və çıxara bilər: 5 mq/kq/dəqmüalicəsi (3 ml/kq/saat)Maye itkisi halında rehidratasiya və karbohidratlara tələbat yüksək olan pasiyentlərdə dehidratasiya zamanı Parenteral yolla yeridilən Yeridilən Durulaşdırılan dərman Durulaşdırılan dərman dərman preparatlarının dərman preparatından asılı olaraq preparatından asılı olaraq durulaşdırılması və həll preparatının bir olunması üçün dozasına 50-250 ml * Hemodilyusiyadan qaçınmaq üçün, tövsiyə olunan dozalar çərçivələrində maksimal həcmlərı 24 saat müddətində yeritmək lazımdır. Uşaqlar və yeniyetmələr İnfuziyanın sürəti və həcmi pasiyentin yaşından, bədən kütləsindən, klinik vəziyyətindən və metabolizmindən, həmçinin birlikdə aparılan müalicədən asılıdır. Bütün bunları, uşaqlarda vena daxilinə yeridilən preparatların istifadə təcrübəsinə malik həkim müəyyən etməlidir. Cədvəl 2-də göstərilən tövsiyə olunan dozalar, uşaqlarda və yeniyetmələrdə istifadə etmək üçün oriyentir kimi istifadə edilir və bədən kütləsindən və yaşdan asılıdır. Cədvəl 2. Uşaqlarda və yeniyetmələrdə dozalanmaya aid tövsiyələr İstifadəsinə göstərişlər Başlanğıc İnfuziyanın sürəti* sutkalıq doza Yenidoğulmuşlar Südəmər Uşaqlar Yeniyetmələr və vaxtından körpələr və (2-11 yaş) (12 yaşdan əvvəl doğulmuş erkən yaşlı 16-18 yaşa körpələr uşaqlar (1- qədər) 23 ay) Karbohidrat mənbəyi kimi – bədən kütləsi 0- 6-11 ml/kq/saatda 5-11 4-8 4 (sərbəst şəkildə və ya tələb 10 kq – sutkada (10-18 ml/kq/saatd ml/kq/saatd ml/kq/saatda olunduqda, parenteral 100 ml/kq; mq/kq/dəq) a (9-18 a (7-14 n başlayaraq qidalanmanın bir hissəsi – bədən kütləsi 10 mq/kq/dəq) mq/kq/dəq) (7-8,5 kimi) kq-dan 20 kq-a mq/kq/dəq) qədər – 1000 ml + bədən kütləsinin 10 kq-dan artıq hər kq-na sutkada əlavə 50 ml; Hipoqlikemiyanın – bədən kütləsi 20 profilaktikası və müalicəsi kq-dan artıq – 1500 ml + bədən Maye itkisi halında kütləsinin 20 kq- rehidratasiya və dan artıq hər kq- karbohidratlara tələbat na sutkada əlavə yüksək olan pasiyentlərdə 20 ml dehidratasiya zamanı Parenteral yolla yeridilən Başlanğıc doza: yeridilən dərman preparatının bir dozasına 50-100 ml. dərman preparatlarının Yaşdan asılı olmayaraq. durulaşdırılması və həll İnfuziyanın sürəti: durulaşdırılan dərman preparatından asılıdır. olunması üçün Yaşdan asılı olmayaraq. * İnfuziyanın sürəti, həcmi və müalicənin müddəti pasiyentin yaşından, bədən kütləsindən, klinik vəziyyətindən və metabolizmindən, həmçinin birlikdə aparılan müalicədən asılıdır. Bütün bunları, uşaqlarda vena daxilinə yeridilən preparatların istifadə təcrübəsinə malik həkim müəyyən etməlidir. Qeyd: Hemodilyusiyadan qaçınmaq üçün, tövsiyə olunan dozalar çərçivələrində maksimal həcmlərı 24 saat müddətində yeritmək lazımdır. İnfuziyanın tövsiyə olunan maksimal sürəti, pasiyentin orqanizmində dekstrozanın utilizasiya qapısnın həddini aşmamalıdır, çünki bu hiperqlikemiyaya gətirib çıxara bilər. Osmotik diurezin baş vermə riskini aşağı salmaq məqsədi ilə, pasiyentin klinik vəziyyətindən asılı olaraq, preparatın yeridilmə sürətini aşağı salmaq mümkündür. İnfuzion yolla yeritmək üçün dərman preparatlarının durulaşdırılması və həll olunması üçün istifadə edildikdə, tələb olunan həcmi, əlavə olunan dərman preparatlarının istifadəsi üzrə təlimatlara əsasən müəyyən etmək lazımdır.

Əlavə təsirləri

Arzuolunmayan reaksiyalar (AR) MedDRA lüğətinə və ÜST-nın AR-ın inkişaf etmə tezliyinin təsnifatına müvafiq sistem və orqanlara görə aşağıdakı kimi qruplaşdırılıb: çox tez-tez (≥ 1/10), tez-tez (≥ 1/100-dən < 1/10-ə qədər), bəzən (≥ 1/1000-dən < 1/100-ə qədər), nadir hallarda (≥ 1/10000-dən < 1/1000-ə qədər), çox nadir hallarda (< 1/10000), məlum deyil (kifayət qədər məlumat olmadığından əlavə təsirlərin başvermə tezliyini müəyyən etmək mümkün deyil). İmmun sistemdə baş verən pozğunluqlar: məlum deyil – anafilaktik reaksiyalar, yüksək həssaslıq. Maddələr mübadiləsində və qidalanmada baş verən pozğunluqlar: məlum deyil – su-elektrolit balansının pozulması (hipokaliemiya, hipomaqneziemiya və hipofostatemiya), hiperqlikemiya, hemodilyusiya, dehidratasiya, hipervolemiya. Damarlarda baş verən pozğunluqlar: məlum deyil – venoz tromboz, flebit. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: məlum deyil – tər ifrazının yüksəlməsi. Böyrəklərdə və sidik-ifrazat sistemində baş verən pozğunluqlar: məlum deyil – poliuriya. Ümumi pozğunluqlar və yeridilmə nahiyəsində baş verən dəyişikliklər: məlum deyil – titrətmə, qızdırma, inyeksiya nahiyəsində infeksiya, ekstravazasiya, inyeksiya nahiyəsində ağrı hissi. Laborator və instrumental tədqiqatlardan alınan məlumatlar: məlum deyil – qlükozuriya. Arzuolunmayan reaksiyalar, həmçinin məhlula əlavə olunan preparatlarla əlaqədar ola bilər. Digər arzuolunmayan reaksiyaların baş vermə ehtimalı, əlavə olunan konkret dərman preparatının xüsusiyyətlərindən asılıdır. Arzuolunmayan reaksiyalar meydana çıxdıqda, məhlulun yeridilməsini dayandırmaq, pasiyentin vəziyyətini qiymətləndirmək və müvafiq tədbirlər görmək lazımdır.

Doza həddinin aşılması

Simptomları: 5 %-li dekstroza məhlulunun uzunmüddətli istifadəsi və ya infuziyanın böyük həcmlərinin yüksək yeridilmə sürəti hiperosmolyarlığa, dehidratasiyaya, hiperqlikemiyaya, osmotik diurezə (hiperqlikemiya nəticəsində) gətirib çıxara bilər. Uzunmüddətli istifadə və infuziyanın yüksək yeridilmə sürəti ödemlə və ya su intoksikasiyası (hiponatriemiya ilə birlikdə) ilə müşayiət olunan maye toplanmasına gətirib çıxara bilər. 10 %-li dekstroza məhlulunun uzunmüddətli infuziyası hiperqlikemiyaya, qlükozuriyaya, hiperosmolyarlığa, osmotik diurezə və susuzlaşmaya gətirib çıxara bilər. Sürətli infuziya orqanizmdə hemodiyusiya və hipervolemiya ilə müşayiət olunan maye toplanmasına səbəb ola bilər, orqanizmdə qlükozanın oksidləşmə qabiliyyəti aşıldığı halda preparatın sürətlə yeridilməsi hiperqlikemiyaya səbəb ola bilər. Həmçinin, qan plazmasında kaliumun və qeyri-üzvi fosfatın konsentrasiyası aşağı düşə bilər. Dekstroza məhlullarını infuziya üçün dərman preparatlarının durulaşdırılması və həll olunması üçün istifadə etdikdə, doza həddinin aşılmasının əlamətləri və simptomları, istifadə olunan dərman preparatlarının xüsusiyyətləri ilə əlaqədar ola bilər. Müalicəsi: doza həddinin aşılması simptomları meydana çıxdıqda, məhlulun yeridilməsini dayandırmaq, pasiyentin vəziyyətini qiymətləndirmək, qısamüddətli təsirə malik insulin yeritmək və zərurət yarandıqda, dəstəkləyici simptomatik müalicə aparmaq lazımdır.

Buraxılış forması

5 %-li və 10 %-li infuziya üçün məhlul. Rezin tıxacla bağlanmış, alüminium və ya kombinəolunmuş qapaqla sıxılmış 200 və ya 400 ml-lik şüşə flakonlar. 200 ml-lik 24 flakon və ya 400 ml-lik 12 flakon, eyni miqdarda içlik vərəqə ilə birlikdə ümumi qablaşmaya – büzmələnmiş karton qutulara qablaşdırılır.

Saxlanma şəraiti

5-30° C-ə qədər temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Flakonun germetikliyinin saxlanılması şərti ilə məhlulun dondurulması, preparatın istifadəsi üçün əks göstəriş deyil. Məhlul bulanıq olduqda, onu istifadə etmək olmaz. Mənfi temperaturlar şəraitində daşındıqdan sonra, flakonları daşıyıcı tarada 15° С -dən 25° C-ə qədər temperaturda ən azı 24 saat saxlamaq lazımdır. Flakonun daxili səthinin islanmaması, preparatın istifadəsi üçün əks göstəriş deyil.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Biosintez” İSC, Rusiya Federasiyası, 440033, Penza şəh., Drujba küç., 4. Telefon/faks: (8412) 57-72-49. Ünvan “Biosintez” İSC, Rusiya Federasiyası, 440033, Penza şəh., Drujba küç., 4. Telefon/Faks: (8412) 57-72-49.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Qlukoza 10 % 400 ml infuziya Biosintez” üçün ilk rəyi siz yazın.