Qlukovans 500 mq / 2,5 mq N30 tablet
| Dərman forması | Tablet |
|---|---|
| İstehsal ölkəsi | Fransa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
8,50 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
QLÜKOVANS örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Metformin hydrochloride + Glibenclamide
Tərkibi
Qlükovans 500 mq/2,5 mq Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq metformin və 2,5 mq qlibenklamid vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, natrium kroskarmelloza, povidon K30, maqnezium stearat. Örtüyü: Opadry OY-L-24808 (çəhrayı) (laktoza monohidrat, hipromelloza, titan di- oksid (E171), makroqol, sarı dəmir oksidi (E172), qırmızı dəmir oksidi (E172), qara dəmir oksidi (E172)). Qlükovans 500 mq/5 mq Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq metformin və 5 mq qlibenklamid vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, natrium kroskarmelloza, povidon K30, maqnezium stearat. Örtüyü: Opadry 31-F-22700 (sarı) (laktoza monohidrat, hipromelloza, titan dioksid (E171), makroqol, sarı dəmir oksidi (E172), qırmızı dəmir oksidi (E172), xinolin sarısı lakı (E104)).
Təsviri
Qlükovans 500 mq/2,5 mq Kapsulabənzər, hər iki tərəfi qabarıq, bir tərəfində “2,5” həkk edilmiş, narıncı rəngli örtüklü tabletlərdir. Qlükovans 500 mq/5 mq Kapsulabənzər, hər iki tərəfi qabarıq, bir tərəfində “5” həkk edilmiş, sarı rəngli örtüklü tabletlərdir. ATC kodu: A10BD02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Metformin – antihiperqlikemik effektə malik biquaniddir. Qan plazmasında həm acqarına, həm də qida qəbulundan sonra qlükozanın səviyəsini aşağı salır. İnsulinin sekresiyasını stimullaşdırmır və bu mexanizmlə əlaqəli hipoqlikemik effektin meydana çıxmasına səbəb olmur. Metformin üç yolla təsir göstərir: − qlükoneogenezin və qlikogenolizin inhibə olunması hesabına, qaraciyərdə qlükozanın hasila- tının aşağı düşməsinə gətirib çıxarır; − əzələlərdə insulinə qarşı həssalığı yaxşılaşdırır ki, bu da qlükozanın periferik tutulmasının və utilizasiyasının yaxşılaşmasına gətirib çıxarır; − bağırsaqda qlükozanın sorulmasını ləngidir. Metformin qlikogensintetaza fermentinə təsir göstərərək, qlikogenin hüceyrədaxili sintezini stimullaşdırır. Məlum olan bütün növ membran qlükoza daşıyıcılarının (GLUT) nəqledici qabiliyyətini artırır. Qanda qlükozanın səviyyəsinə təsirindən asılı olmayaraq, metformin lipidlərin metabolizminə müsbət effekt göstərir. Bu effekt, preparatın terapevtik dozalarının istifadəsi ilə aparılan nəzarət olunan orta- və ya uzunmüddətli klinik tədqiqatlarda təsdiq olunmuşdur: metformin, ümumi xolesterinin, aşağı sıxlıqlı lipoproteinlərin və triqliseridlərin miqdarını aşağı salır. Klinik tədqiqatların gedişində, metformini və qlibenklamidi birlikdə istifadə etdikdə, lipidlərin metabolizminə göstərilən müsbət effekt aşkar edilməmişdir. Qlibenklamid – orta yarımxaricolma dövrünə malik, ikinci nəsil sulfonilkarbamid törəməsidir. Mədəaltı vəzi tərəfindən insulinin hasilatını stimullaşdırı ki, bu da qanda qlükozanın səviyyəsi- nin effektiv aşağı düşməsinə səbəb olur. Bu təsir, β-hüceyrələrin (Langerhans adacıqlarında) mövcudluğundan və fəaliyyətindən asılıdır. Qida qəbuluna cavab olaraq, qlibenklamid tərəfindən insulin sekresiyasının stimullaşdırılmasının böyük əhəmiyyəti var. Şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə qlibenklamidin istifadəsi, qida qəbulu nəticəsində stimullaşdırılmış insulin sekresiyasının artmasına gətirib çıxarır. İnsulinin və C-peptidin yüksək sekresiyası, müalicədən sonra 6 ay müddətində saxlanılır. Metformin və qlibenklamid müxtəlif təsir mexanizmlərinə malikdirlər, lakin, onların təsirləri komplimentardır (bir birini tamalayan). Qlibenklamid mədəaltı vəzini insulin sekresiyası üçün stimullaşdırır, metformin isə hüceyrələrin insulinə qarşı rezistentliyini aşağı salır, yəni, periferik toxumaların (skelet əzələləri) və qaraciyər toxumalarının insulinə qarşı həssaslığını yüksəldir. Pəhriz və fiziki məşqlərlə birlikdə metforminlə və ya qlibenklamidlə monoterapiyaya qeyri- adekvat nəzarət olunan 2-ci tip şəkərli diabetin müalicəsi üçün referent preparatların istifadəsi ilə aparılan nəzarət olunan ikiqat kor klinik tədqiqatların nəticələri göstərmişdir ki, kombinəolunmuş müalicənin istifadəsi, qlükoza səviyyəsinin tənzimlənməsi üçün əlavə təsir göstərir. Uşaqlar Pəhriz və fiziki məşqlərlə birlikdə peroral preparatların istifadəsi ilə və ya onlarsız, 2-ci tip şəkərli diabetdən əziyyət çəkən 9 yaşdan 16 yaşa qədər 167 uşağın iştirakı ilə 26 həftə müddətində aparılan aktiv nəzarət olunan, ikiqat kor klinik tədqiqatın gedişində, 250 mq dozada metformin hidroxloridin və 1,25 mq dozada qlibenklamidin fiksasiya olunmuş kombinasiyası, metformin hidroxloridin və ya qlibenklamidin sərbəst istifadəsinin, ilkin səviyyə ilə müqayisədə HbA1c-nin aşağı salınması istiqamətində, daha yüksək effektivlik nümayiş etdirməmişdir. Beləliklə, Qlükovans preparatını uşaqlarda istifadə etmək olmaz. Farmakokinetikası Kombinasiya ilə əlaqəli Metforminin və qlibenklamidin kombinasiyada biomənimsənilməsi, 1 tablet metforminin və 1 tablet qlibenklamidin eyni zamanda istifadəsində olan göstərici ilə eynidir. Metforminin kombinasiyada biomənimsənilməsi, qida qəbulundan asılı deyil. Qlibenklamidin kombinasiyada biomənimsənilməsi, qida qəbulundan asılı deyil, lakin, qida ilə birlikdə istifadə edildikdə, qlibenklamidin udulma sürəti yüksəlir. Metforminlə əlaqəli Absorbsiyası Metforminin qəbulundan sonra C (qan plazmasında maksimal konsentrasiya) 2,5 satdan sonramax əldə olunur, T (maksimal konsentrasiyaya çatma müddəti). Sağlam pasiyentlərdə 500 mq vəmax ya 850 mq dozalarda metformin tabletlərinin biomənimsənilməsi, təxminən 50-60% təşkil edir. Daxilə qəbul edildikdən sonra, təxminən 20-30 %-i dəyişilməmiş şəkildə mədə-bağırsaq traktı vasitəsi ilə xaric olunur. Daxilə qəbul edildikdən sonra, metforminin absorbsiyası doymuş və tamamlanmamışdır. Metformin absorbsiyasının farmakokinetikasının xətti olması ehtimal olunur. Metformini tövsiyə olunan dozalarda və tövsiyə olunan dozalanma rejimlərində istifadə etdikdə, qan plazmasında stabil konsentrasiyaları 24-48 saat müddətində əldə olunur və 1 mkq/ml-dən aşağı olur. Nəzarət olunan klinik tədqiqatların gedişində, hətta maksimal dozalardan istifadə etdikdə belə, metforminin qan plazmasında maksimal səviyyələri (C ) 5 mkq/ml-dən yüksək olmamışdır.max Paylanması Qan plazmasının zülalları ilə birləşməsi əhəmiyyətli dərəcədə deyildir. Metformin eritrositlərin daxilinə nüfuz edir. Qanda maksimal konsentrasiyası, qan plazmasına nisbətən daha aşağıdır və eyni müddət ərzində əldə olunur. Çox böyük ehtimal ilə demək olar ki, eritrositlər ikincili kompartment rolunda iştirak edirlər. Orta paylanma həcmi (V ) 63 l-dən 276 l-ə qədərd diapazonda dəyişir. Metabolizmi Metformin dəyişilməmiş şəkildə sidiklə xaric olunur. İnsan orqanizmində preparatın metabolitləri aşkar olunmamışdır. Xaric olması Metforminin böyrək klirensi > 400 ml/dəqiqədə təşkil edir. Bu onu göstərir ki, metformin yumaqcıq filtrasiyası və borucuq sekresiyası hesabına xaric olunur. Daxilə qəbul edildikdən sonra, yarımxaricolma dövrü təxminən 6,5 saat təşkil edir. Böyrək funksiyaları pozulduqda, böyrək klirensi kreatinin klirensinə proporsional aşağı düşür və bu səbəbdən, yarımxaricolma dövrü uzanır ki, bu da qan plazmasında metforminin səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Qlibenklamidlə əlaqəli Absorbsiyası Daxilə qəbul edildikdən sonra qlibenklamid çox sürətli sorulur (> 95%). Maksimal konsentrasiyanın əldə olunma müddəti 4 saat təşkil edir. Paylanması Qlibenklamid qan plazmasının zülalları ilə aktiv birləşir (99%) ki, bu da onun bəzi dərman preparatları ilə qarşılıqlı təsirinə təzyiq göstərə bilər. Metabolizmi Qlibenklamid qaraciyərdə, iki metabolitin əmələ gəlməsi ilə, tam metabolizmə məruz qalır. Qaraciyər çatışmazlığı qlibenklamidin metabolizmini aşağı salır və onun xaricolmasını əhəmiyyətli dərəcədə ləngidir. Xaric olması Qlibenklamid metabolitlər şəklində ödlə (60%) və sidiklə (40%) xaric olunur. Tam xaricolma 45-72 saatdan sonra müşahidə olunur. Yarımxaricolmanın son dövrü 4-11 saat təşkil edir. Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə, kreatinin klirensi 30 ml/dəqiqəyə çatmadığı halda böyrək funksiyalarının pozulma dərəcəsindən asılı olaraq, metabolitlərin öd vasitəsi ilə xaricolması artır. Beləliklə, kreatinin klirensi 30 ml/dəqiqədən yüksək olduğu halda, mövcud böyrək çatışmazlığı qlibenklamidin xaricolmasına təsir göstərmir. Uşaqlar Müvafiq bədən kütləsinə malik və eyni cinsli uşaqlar və sağlam böyüklər arasında, qlibenklamidin və metforminin farmakokinetikasında heç bir fərq aşkar edilməmişdir.
İstifadəsinə göstərişlər
Böyüklərdə 2-ci tip şəkərli diabetin müalicəsi aparıldıqda, stabil və yaxşı nəzarət olunan qlikemiyalı pasiyentlərdə əvvəlki müalicənin, metformin və qlibenklamid kombinasiyası ilə əvəz olunması.
Əks göstərişlər
− Metformin hidroxloridə, qlibenklamidə, digər sulfonilkarbamid və sulfanilamid preparatlarına və həmçinin, Qlükovans preparatının tərkibində olan digər komponentlərə qarşı yüksək həssaslıq; − 1-ci tip şəkərli diabet (insulindən asılı diabet), diabetik prekoma; − kəskin metabolik asidozun istənilən növü (məsələn, laktoasidoz, diabetik ketoasidoz); − ağır dərəcəli böyrək çatışmazlığı (kreatinin klirensi < 30 ml/dəqiqədə); − böyrək funksiyalarının dəyişməsinə səbəb ola bilən kəskin vəziyyətlər, məsələn, susuzlaşma, ağır dərəcəli infeksiya, şok; − toxumaların hipoksiyasına səbəb ola bilən xəstəliklər (xüsusilə, kəskin xəstəliklər və ya xroniki xəstəliklərin kəskinləşməsi), məsələn, dekompensasiyaolunmuş ürək çatışmazlığı, tənəffüs çatışmazlığı, az müddət əvvəl keçirilmiş miokard infarktı, şok; − qaraciyər çatışmazlığı, kəskin alkoqol intoksikasiyası, alkoqolizm; − porfiriya; − laktasiya dövrü; − mikonazolun istifadəsi (hətta yerli istifadəsi belə) (mikonazol, bəzi göbələk infeksiyalarının müalicəsində istifadə olunur).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Laktoasidoz Laktoasidoz böyrək funksiyaları kəskin pozulduqda, kardiorespirator xəstəliklər və ya sepsis zamanı meydana çıxan, çox nadir, lakin, ciddi metabolik ağırlaşmadır. Böyrək funksiyaları kəskin pisləşdikdə metforminin toplanması baş verir və bu, laktoasidozun inkişaf etmə riskini yüksəldir. Susuzlaşma baş verdiyi halda (ağır dərəcəli diareya və ya qusma, qızdırma və ya maye qəbulunun azalması), preparatın istifadəsini dərhal dayandırmaq və həkimə müraciət etmək lazımdır. Metformindən istifadə edən pasiyentlərə, böyrək funksiyalarının kəskin pisləşməsinə səbəb ola bilən dərman preparatlarını (məsələn, hipotenziv preparatlar, diuretiklər və qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP)) ehtiyatla təyin etmək lazımdır. Digər risk faktorlarına aşağıdakılar aiddir: həddindən artıq alkoqolun istifadəsi, diabetə nəzarətin qeyri-kafi aparılması, ketoz, uzunmüddətli acqalma, qaraciyər çatışmazlığı və hipoksiya ilə müşayiət olunan istənilən vəziyyət. Pasiyentləri və onlara qulluq edən şəxsləri laktoasidozun inkişaf etməsi riski barədə məlumatlandırmaq lazımdır. Diaqnostikası Laktoasidoz asidotik təngnəfəsliyin, qarın nahiyəsində ağrının, əzələ qıcolmalarının, asteniyanın, hipotermiyanın və komanın inkişaf etməsi ilə xarakterizə olunur. Laktoasidoz simptomları meydana çıxdığı halda, pasiyent metforminin istifadəsini dayandırmalı və dərhal həkimə müraciət etməlidir. Diaqnostik laborator göstəricilərə aşağıdakılar aiddir: qanın pH göstəricisinin aşağı düşməsi (< 7,35), qan plazmasında laktat səviyyəsinin yüksəlməsi (> 5 mmol/l) və anion intervalının və laktat/piruvat nisbətinin artması. Hipoqlikemiya Qlükovans preparatının tərkibində sulfonilkarbamid törəməsinin olduğunu nəzərə alaraq, onun istifadəsi, pasiyentdə hipoqlikemiyanın meydana çıxma riski ilə müşayiət olunur. Müalicə başladıqdan sonra dozanın tədricən titrlənməsi, hipoqlikemiyanın meydana çıxmasının qarşısını ala bilər. Bu müalicəni yalnız, pasiyentin adi qida qəbulu rejiminə (səhər yeməyi daxil olmaqla) riayət etdiyi halda təyin etmək olar. Qidanın tərkibində karbohidratların olması vacibdir, çünki, gec qida qəbulu, qidada karbohidratların miqdarının kifayət qədər olmaması və ya karbohidratların istifadəsinin balanslaşdırılmamış olması, hipoqlikemiya riskini yüksəldir. Hipoqlikemiya, aşağı kalorili pəhriz saxladıqda, intensiv və ya uzunmüddətli məşqlərdən sonra, alkoqoldan istifadə etdikdə və ya hipoqlikemik preparatların kombinasiyasından istifadə etdikdə daha tez-tez müşahidə olunur. Diaqnostikası Hipoqlikemiya əlamətləri qəflətən meydana çıxır və onlara aşağıdakılar aiddir: baş ağrısı, aclıq hissi, ürəkbulanma, qusma, güclü yorğunluq, yuxunun pozulması, narahatlıq, qıcıqlanma, aqressiya, diqqət konsentrasiyasının və psixomotor reaksiyaların pozulması, depressiya, şüurun dumanlanması, nitqin pozulması, görmə qabiliyyətinin pozulması, titrəmə, iflic və paresteziya, başgicəllənmə, delirium, qıcolmalar, yuxuya meyllilik, şüursuz vəziyyət, səthi tənəffüs, bradikardiya. Hipoqlikemiyanın səbəb olduğu kompensator reaksiyaların nəticəsində tər ifrazının yüksəlməsi, qorxu hissi, taxikardiya, arterial hipertenziya, ürək döyüntülərinin sürətlənməsi, stenokardiya və aritmiya meydana çıxa bilər. Hipoqlikemiya tədricən inkişaf etdikdə, vegetativ neyropatiya halında və ya pasiyentlər β-blokatorlardan, klonidindən, rezerpindən, quanetidindən və ya simpatomimetiklərdən istifadə etdiyi halda yuxarıda göstərilən simptomlar müşahidə olunmaya bilər. Hipoqlikemiyanın müalicəsi Şüurun itməsi və ya nevroloji simptomatika müşahidə olunmadıqda, hipoqlikemiyanın mülayim simptomlarını dərhal şəkərin qəbulu ilə korreksiya etmək lazımdır. Preparatın dozasını və/və ya qidalanma rasionunu (qəbul edilən qidanın miqdarını) korreksiya etmək lazımdır. Koma, qıcolma tutmaları və ya digər nevroloji təzahürlərlə müşayiət olunan ağır dərəcəli hipoqlikemik reaksiyalar həmçinin, meydana çıxa bilərlər və bu zaman, diqnoz təsdiq olunan kimi və ya ehtimal olunan kimi, pasiyentin təcili hospitalizasiyasından əvvəl dərhal, vena daxilinə qlükozanın yeridilməsi tələb olunur. Hipoqlikemiyanın inkişaf etmə riskini aşağı salmaq üçün əhəmiyyətli yanaşma pasiyentlərin seçilməsi, dozanın korreksiyası və pasiyentlərə müvafiq tövsiyələrin verilməsidir. Pasiyentdə ağır dərəcəli hipoqlikemiya epizodları və ya hipoqlikemiya əlamətlərini bilməməsi ilə əlaqəli epizodlar təkrar meydana çıxdıqda, hipoqlikemik müalicənin digər variantlarını nəzərdən keçirmək lazımdır. Hipoqlikemiyanın səbəbləri: − eyni zamanda alkoqolun istifadəsi, xüsusilə, acqalma zamanı; − həkimin təyinatlarını yerinə yetirməkdən və preparatın tibbi istifadəsi üzrə təlimatda göstərilən tövsiyələrə əməl etməkdən imtina etmək (xüsusilə, yaşlı pasiyentlər) və ya yuxarıda qeyd edilənləri yerinə yetirə bilmək qabiliyyətinin olmaması; − qeyri-müntəzəm qida qəbulu, kifayət qədər qida qəbul etməmək, qida qəbulunun ötürülməsi, acqalma və ya pəhrizdə dəyişikliklər; − fiziki məşqlər və karbohidratların istifadəsi arasında lazımi nisbətin olmaması; − böyrək çatışmazlığı; − ağır dərəcəli qaraciyər çatışmazlığı; − Qlükovans preparatının istifadəsi zamanı doza həddinin aşılması; − qalxanabənzər vəzi funksiyalarının çatışmazlığı, hipofizin və böyrəküstü vəzilərin funksional çatışmazlığı kimi, bəzi hormonal pozğunluqlar; − bəzi dərman preparatlarının eyni zamanda istifadəsi (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Yaşlı pasiyentlər Sulfonilkarbamid preparatlarından istifadə edən pasiyentlərdə 65 və daha yuxarı yaş dövrü, hipoqlikemiyanın inkişaf etməsi üçün risk faktoru kimi müəyyən edilmişdir. Yaşlı pasiyentlərdə hipoqlikemiyanın diaqnostikası çətinlik törədir. Hipoqlikemiyanın inkişaf etmə riskini aşağı salmaq məqsədi ilə, qlibenklamidin başlanğıc və dəstəkləyici dozalarının dəqiq korreksiyasını aparmaq lazımdır (“İstifadə qaydası və dozası” bölməsinə bax). Böyrək və qaraciyər çatışmazlığı Qaraciyər çatışmazlığından və ya ağır dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə preparatın farmakokinetikası və/və ya farmakodinamikası dəyişə bilər. Belə pasiyentlərdə meydana çıxan hipoqlikemiya uzunmüddətli ola bilər və bu halda müvafiq müalicəyə başlamaq lazımdır. Pasiyent üçün məlumat Pasiyentləri və onların yaxınlarını hipoqlikemiyanın inkişaf etməsi, onun simptomları və müalicəsi və həmçinin, onun inkişafına səbəb olan faktorlar barədə məlumatlandırmaq lazımdır. Həmçinin, əzələ qıcolmaları, həzm pozğunluqları, qarın nahiyəsində ağrı, şiddətli asteniya, asidotik təngnəfəslik, hipotermiya və koma kimi qeyri-spesifik simptomlar müşahidə olunduqda, laktoasidozun inkişaf etmə riskini nəzərə almaq lazımdır. Xüsusilə, pasiyent müntəzəm fiziki məşqlər və qlikemiyaya nəzarət proqramını həyata keçirdikdən sonra, pəhrizə riayət etməsinin mühüm əhəmiyyəti barədə məlumatlandırılmalıdır. Qanda qlükoza səviyyəsinin disbalansı Cərrahi müdaxilələr aparıldığı halda və ya şəkərli diabetin dekompensasiyasının digər səbəbləri mövcud olduqda, müvəqqəti insulin müalicəsinin aparılmasını nəzərdə saxlamaq lazımdır. Hiperqlikemiya simptomları: sidik ifrazının tezləşməsi, şiddətli susuzluq, dəridə quruluq. Ürək fəaliyyəti Ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə hipoksiyanın və böyrək çatışmazlığının inkişaf etmə riski daha yüksəkdir. Stabil xroniki ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə metformini, ürək və böyrək funksiyalarına müntəzəm monitorinqin aparılması ilə istifadə etmək olar. Kəskin və qeyri-stabil ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə metforminin istifadəsi əks göstərişdir (“Əks göstərişlər” bölməsinə bax). Böyrək funksiyaları YFS müalicəyə başlamazdan əvvəl və müntəzəm qaydada müalicənin gedişatında və müalicədən sonra qiymətləndirilməlidir (bax: “İstifadə qaydası və dozalama” bölməsi). YFS < 30 ml/dəqiqədə olan pasiyentlərdə metforminin istifadəsi əks göstərişdir və böyrək funksiyalarını dəyişən xəstəliklər mövcud olduqda, preparatın istifadəsi müvəqqəti dayandırılmalıdır (“Əks göstərişlər” bölməsinə bax). Yod-tərkibli rentgenkontrast preparatlar Yod-tərkibli rentgenkontrast preparatların damardaxili yeridilməsi, kontrast preparatın istifadəsi nəticəsində nefropatiyanın meydana çıxmasına səbəb ola bilər. Bu, metforminin kumulyasiyasına və laktoasidozun inkişaf etməsinə gətirib çıxara bilər. Pasiyentlədə tədqiqata başlamazdan əvvəl və ya tədqiqat müddətində metforminin istifadəsini dayandırmaq və tədqiqat sona çatdıqda, müalicəni yalnız böyrək funksiyalarını təkrar qiymətləndirdikdən və onların stabil vəziyyətini müəyyən etdikdən sonra, 48 saatdan tez olmamaqla yenidən başlamaq olar (“İstifadə qaydası və dozası” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə bax). Qlibenklamidin digər dərman preparatları ilə eyni zamanda istifadəsi Qlibenklamidin alkoqolla, fenilbutazonla və ya danazolla eyni zamanda istifadəsi tövsiyə olunmur (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Cərrahi əməliyyatlar Ümumi, spinal və ya epidural anesteziyanın istifadəsi ilə həyata keçirilən cərrəhi müdaxilə aparıldıqda, preparatın istifadəsini dayandırmaq və böyrək funksiyalarını təkrar qiymətləndirmək lazımdır; həmin funksiyalar stabil olduğu halda, əməliyyat sona çatdıqdan sonra 48 saatdan tez olmamaqla və ya peroral qidalanma bərpa olunduqdan sonra, müalicəni yenidən başlamaq olar. Əlavə tövsiyələr Pasiyentlər pəhrizə riayət etməli, gün ərzində karbohidratların istifadəsini düzgün bölüşdürməlidirlər. Artıq çəkidən əziyyət pasiyentlərə pəhriz saxlamaq mütləqdir. Preparatın istifadəsi ilə aparılan müalicə müddətində, müntəzəm fiziki məşqlərlə məşğul olmaq lazımdır. Laborator göstəricilərin (qlikemiya və qlikolizəolunmuş hemoqlobin – HbA1c səviyyəsinin) monitorinqini müntəzəm həyata keçirmək lazımdır. Metformin qan zərdabında B vitamininin səviyyəsini azalda bilər.12 Metforminin dozası, müalicənin müddəti artdıqca və/və ya B vitamini çatışmazlığına səbəb12 olan risk faktorları olan pasiyentlərdə B vitamini səviyyəsinin aşağı olması riski də yüksəlir.12 B vitamini çatışmazlığına şübhə olduğu halda (məsələn, anemiya və ya neyropatiya zamanı)12 qan zərdabında B vitaminin səviyyəsi nəzarət altında saxlanılmalıdır.12 B vitaminin vaxtaşırı monitorinqi B vitamini çatışmazlığının risk faktorları olan pasiyentlərdə12 12 zəruri ola bilər. Metforminlə müalicə onun yaxşı mənimsənildiyi və əks göstərişlər olmadığı halda davam etdirilməli, B vitamini çatışmazlığının müvafiq tənzimləyici müalicəsi isə mövcud klinik12 təlimatlara uyğun olaraq aparılmalıdır. Qlükoza-6-fosfatdehidrogenaza ferment çatışmazlığından əziyyət çəkən pasiyentlərdə sulfonilkarbamid preparatlarının istifadəsi ilə aparılan müalicə, hemolitik anemiyanın inkişaf etməsinə gətirib çıxara bilər. Qlibenklamidin bu preparatlar sinifinə daxil olmasını nəzərə alaraq, qlükoza-6-fosfatdehidrogenaza ferment çatışmazlığından əziyyət çəkən pasiyentlərdə Qlükovans preparatını xüsusi ehtiyatla istifadə etmək və sulfonilkarbamid törəmələri olmayan preparatlarla alternativ müalicəyə keçidi nəzərə almaq lazımdır. Qalaktoza dözümsüzlüyünün nadir irsi problemləri, laktazanın ümumi çatışmazlığı və ya qlükozo-qalaktozanın sorulmasının pozulması ilə pasiyentlər qeyd olunan dərman preparatını qəbul etməməlidir. Qeyd olunan dərman preparatının qabıq örtüklü 1 tabletinin tərkibində <1 mmol (23 mq) natrium vardır, yəni demək olar ki tərkibində natrium yoxdur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əks göstəriş olan qarşılıqlı təsirlər Qlibenklamidlə əlaqəli Mikonazol (sistem istifadə üçün, ağız boşluğu üçün gel): hipoqlikemiyanın və ya hətta komanın ehtimal olunan təzahürləri ilə müşayiət olunan hipoqlikemik təsirin güclənməsi (“Əks göstərişlər” bölməsinə bax). Tövsiyə olunmayan qarşılıqlı təsirlər Sulfonilkarbamid preparatları ilə əlaqəli Alkoqol Alkoqoldan və xlorpropamiddən, qlibenklamiddən, qlipiziddən, tolbutamiddən eyni zamanda istifadə etdikdə, antabus effekti (alkoqola qarşı dözümsüzlük) müşahidə oluna bilər. Hipoqlikemik reaksiyaların inkişaf etmə riskinin yüksəlməsi (kompensator reaksiyaların inhibə olunması yolu ilə), hipoqlikemik komaya gətirib çıxara bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Alkoqolun və spirt-tərkibli dərman preparatlarının istifadəsindən çəkinmək lazımdır. Fenilbutazon (sistem istifadə üçün) Sulfonilkarbamid törəmələrinin hipoqlikemik effektini gücləndirir (onların plazma proteinləri ilə birləşmələrdə əvəz edir və/və ya onların xaricolmasını aşağı salır). Daha az qarşılıqlı təsirə malik digər iltihabəleyhinə dərman preparatından istifadə etmək və ya pasiyenti xəbərdar etmək və özünənəzarəti gücləndirmək tövsiyə olunur. İltihabəleyhinə preparatlardan istifadə müddətində və ya onların istifadəsi dayandırıldıqdan sonra, zərurət yarandıqda, preparatın dozasını korreksiya etmək lazımdır. Bütün hipoqlikemik preparatlarla əlaqəli Danazol Bu kombinasiyanın istifadəsi zəruri olduğu halda, pasiyenti qanda qlükoza səviyyəsi göstəricilərinə özünənəzarətin aparılmasının mütləq olduğu barədə məlumatlandırmaq lazımdır. Danazoldan istifadə etdikdə və onun istifadəsi dayandırıldıqdan sonra, zərurət yarandıqda, preparatın dozasını korreksiya etmək lazımdır. Metforminlə əlaqəli Alkoqol Alkoqol intoksikasiyası, xüsusilə, acqalma zamanı, kifayət qədər qida qəbul etmədikdə və ya qaraciyər çatışmazlığı zamanı laktoasidozun inkişaf etmə riskinin yüksəlməsi ilə assosiasiya olunur. Yod-tərkibli rentgenkontrast preparatlar Tədqiqata başlamazdan əvvəl və ya tədqiqat müddətində preparatın istifadəsini dayandırmaq və tədqiqat sona çatdıqda, müalicəni yalnız böyrək funksiyalarını təkrar qiymətləndirdikdən və onların stabil vəziyyətini müəyyən etdikdən sonra, 48 saatdan tez olmamaqla yenidən başlamaq olar (“İstifadə qaydası və dozası” və “Əks göstərişlər” bölmələrinə bax). Aşağıda göstərilən kombinasiyaları ehtiyatla istifadə etmək lazımdır Bütün hipoqlikemik preparatlarla əlaqəli Xlorpromazin Yüksək dozalarda (sutkada 100 mq xlorpromazin) istifadə edildikdə, qanda qlükoza səviyyəsi yüksəlir (insulin hasilatı aşağı düşür). Pasiyenti xəbərdar etmək və qanda qlükoza səviyyəsinin göstəricilərinə özünənəzarəti gücləndirmək lazımdır. Neyroleptiklərdən istifadə etdikdə və onların istifadəsi dayandırıldıqdan sonra, zərurət yarandıqda, preparatın dozasını korreksiya etmək lazımdır. Kortikosteroidlər (qlükokortikoidlər) və tetrakozaktid (sistem və yerli təsirli) Qanda qlükoza səviyyəsinin yüksəlməsi bəzən ketozla (karbohidratlara qarşı tolerantlığın aşağı düşməsi) müşayiət olunur. Pasiyenti xəbərdar etmək və qanda qlükoza səviyyəsinin göstəricilərinə özünənəzarəti gücləndirmək lazımdır. Kortikosteroidlərdən istifadə etdikdə və onların istifadəsi dayandırıldıqdan sonra, zərurət yarandıqda, preparatın dozasını korreksiya etmək lazımdır. β -aqonistlər2 Qanda qlükoza səviyyəsini yüksəldirlər. Pasiyenti xəbərdar etmək və qanda qlükoza səviyyəsinə nəzarəti gücləndirmək, zərurət yarandıqda, pasiyenti insulin müalicəsinə keçirmək lazımdır. Metforminlə əlaqəli Bəzi dərman preparatları, məsələn, siklooksigenaza-II (SOG) fermentinin selektiv inhibitorları daxil olmaqla, qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP), angiotenzinçevirən fermentin (AÇF) inhibitorları, angiotenzin II reseptorlarının antaqonistləri və diuretiklər, xüsusilə, ilgək diuretikləri böyrək funksiyalarına neqativ təsir göstərə bilərlər ki, bu da laktoasidozun meydana çıxmasına səbəb ola bilər. Yuxarıda sadalanan dərman preparatları ilə müalicənin əvvəlində və ya onları metforminlə kombinasiyada istifadə etdikdə, böyrək funksiyalarına diqqətlə nəzarət etmək vacibdir. Üzvi kation nəqlediciləri (OCT) Metformin hər iki nəqledicinin OCT1-in və OCT2-nin substratıdır. Metforminin digər preparatlarla birlikdə istifadəsi: − OCT1 inhibitorları (məsələn, verapamil) – metforminin effektivliyini aşağı sala bilərlər; − OCT1 induktorları (məsələn, rifampisin) – metforminin mədə-bağırsaqda sorulmasını və effektivliyini artıra bilərlər; − OCT2 inhibitorları (məsələn, simetidin, doluteqravir, ranolazin, trimetoprim, vandetanib, izavukonazol) – metforminin böyrəklər vasitəsi ilə xaricolmasını aşağı sala bilərlər ki, bu da daha sonra qan plazmasında metforminin konsentrasiyasının yüksəlməsinə səbəb ola bilər; − hər iki OCT1-in və OCT2-nin inhibitorları (məsələn, krizotinib, olaparib) – metforminin effektivliyinə və böyrəklər vasitəsi ilə xaric olmasına təsir göstərə bilərlər. Bu səbəbdən, qan plazmasında metforminin konsentrasiyalarının yüksəlməsini nəzərə alaraq, xüsusilə, böyrək funksiyalarının pozulması müşahidə olunan pasiyentlərdə göstərilən preparatları metforminlə eyni zamanda olduqca ehtiyatla istifadə etmək tövsiyə olunur. OCT inhibitorlarının/induktorlarının metforminin effektivliyinə təsir göstərməsi ehtimalını nəzərə alaraq, zərurət yarandıqda, metforminin dozasının korreksiyasını nəzərdən keçirmək lazımdır. Qlibenklamidlə əlaqəli β-blokatorlar Hipoqlikemiyanın bəzi simptomlarını maskalayırlar: ürək çırpınmasını və taxikardiyanı. Qeyri- kardioselektiv β-blokatorların əksəriyyəti hipoqlikemiyanın baş vermə tezliyini və ağırlıq dərəcəsini yüksəldirlər. Pasiyent, xüsusilə müalicənin əvvəlində, qanda qlükozanın səviyyəsinə nəzarət etməlidir. AÇF inhibitorları (məsələn, kaptopril, enalapril) AÇF inhibitorlarının istifadəsi, qanda qlükozanın miqdarının aşağı düşməsinə səbəb olur. AÇF inhibitorlarından istifadə etdikdə və onların istifadəsi dayandırıldıqdan sonra, zərurət yarandıqda, Qlükovans preparatının dozasını korreksiya etmək lazımdır. Flukonazol Qlikemiyanın mümkün təzahürləri ilə sulfonilkarbamidin yarımxaricolma dövrünün uzanmasına səbəb olur. Pasiyenti xəbərdar etmək və qanda qlükoza səviyyəsinin göstəricilərinə özünənəzarəti gücləndirmək lazımdır. Flukonazoldan istifadə etdikdə və onun istifadəsi dayandırıldıqdan sonra, zərurət yarandıqda, preparatın dozasını korreksiya etmək lazımdır. Bozentan Bozentan qan plazmasında qlibenklamidin konsentrasiyasını aşağı salır və qlibenklamidin hipoqlikemik təsirinin aşağı düşməsi riski meydana çıxır. Eyni zamanda istifadə edildidkə, qaraciyər fermentləri səviyyələrinin yüksəlməsi riski mövcuddur. Pasiyenti qanda qlükoza səviyyəsinin və qaraciyər fermentləri səviyyələrinin monitorinqinin aparılması zərurəti barədə məlumatlandırmaq vacibdir. Zərurət yarandıqda, preparatın dozalanmasını korreksiya etmək lazımdır. Öd turşularının sekvestrantları Eyni zamanda istifadə edildikdə, qan plazmasında qlibenklamidin konsentrasiyası aşağı düşür ki, bu da preparatın hipoqlikemik effektinin aşağı düşməsinə gətirib çıxara bilər. Preparatların istifadəsi arasında müəyyən olunmuş untervala riayət etdikdə, göstərilən effekt müşahidə olunmur. Qlükovans preparatını, öd turşularının sekvestrantlarının istifadəsindən minimum 4 saat əvvəl qəbul etmək tövsiyə olunur. Aşağıda göstərilən qarşılıqlı təsirləri nəzərə almaq tələb olunur Qlibenklamidlə əlaqəli Desmopressin Qlükovans preparatı desmopressinin antidiuretik effektini aşağı sala bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövrü Hamiləlik dövründə metformin və qlibenklamid kombinasiyasının istifadəsinə dair heç bir preklinik və klinik məlumatlar yoxdur. Şəkərli diabetlə əlaqəli risk Hamiləlik dövründə nəzarət olunmayan diabet (gestasion və ya daimi), anadangəlmə qüsurların inkişaf etməsi riskini və perinatal ölüm göstəricisini artırır. Anadangəlmə qüsurların inkişaf etmə riskini aşağı salmaq məqsədi ilə, mayalanma dövründə şəkərli diabetə nəzarət etmək vacibdir. Metforminlə əlaqəli risk Heyvanlar üzərində aparılan tədqiqatlarda hamiləliyin gedişinə, embrional inkişafa və dölün inkişafına, doğuşun gedişinə və postnatal inkişafa neqativ təsirin olması aşkar edilməmişdir. Metforminin hamilə qadınlarda istifadəsi ilə əlaqəli mövcud məhdud məlumatlar, anadangəlmə qüsurların baş vermə riskinin yüksəlməsini göstərmirlər. Qlibenklamidlə əlaqəli risk Heyvanlar üzərində aparılan tədqiqatlarda teratogen təsirlər aşkar edilməmişdir. Heyvanlarda teratogen təsirin meydana çıxmamasını nəzərə alaraq, insanlarda istifadə edildikdə döldə inkişaf qüsurlarının inkişaf etməsi gözlənilmir; çünki, hal hazırda, iki növ heyvanlar üzərində müvafiq qaydada aparılan nəzarət olunan tədqiqatların gedişində müəyyən edilmişdir ki, insanlarda malformasiyanın inkişaf etməsinə gətirib çıxarması məlum olan maddələr, teratogen aktivliyə malikdirlər. Hal hazırda klinik təcrübədə hamiləlik dövründə qlibenklamidin istifadəsi ilə əlaqəli malformasiyaların və ya fetotoksikliyin inkişaf etməsinin potensial riskini qiymətləndirmək üçün istifadə oluna bilən heç bir məlumat yoxdur. Müalicəsi Qanda qlükoza səviyyəsinin müvafiq nəzarətinin aparılması, hamiləliyin normal gedişini təmin edir. Hamiləlik dövründə diabetin müalicəsi üçün Qlükovans preparatını istifadə etmək olmaz. Hamiləlik müddətində qanda qlükoza səviyyəsinin müvafiq nəzarətinə nail olmaq məqsədi ilə, insulinin istifadə olunması vacibdir. Hamiləlik planlaşdırıldığı halda və həmçinin, hamiləlik baş verdiyi halda, qanda qlükoza səviyyəsini norma göstəricisinə maksimal yaxın səviyyədə saxlamaq məqsədi ilə, peroral hipoqlikemik müalicədən insulin müalicəsinə keçmək tövsiyə olunur. Yenidoğulmuş körpədə qanda qlükoza səviyyəsinin monitorinqini keçirmək tövsiyə olunur. Laktasiya dövrü Metformin ana südü ilə xaric olunur. Metformindən istifadə etdikdə, ana südü ilə qidalanan yenidoğulmuşlarda/südəmər körpələrdə və ya analarda arzuolunmayan reaksiyalar qeyd edilməmişdir. Qlibenklamidin ana südünə nüfuz etməsi barədə heç bir məlumatın olmamasını və həmçinin, yenidoğulmuş körpədə neonatal hipoqlikemiyanın inkişaf etməsi riskini nəzərə alaraq, laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir. Fertilliyi 600 mq/kq/sutkada dozada metforminin yeridilməsi fonunda, siçovulların dişi və etkək fərdlərinin reproduktiv funksiyası heç bir dəyişikliklərə məruz qalmamışdır ki, bu da bədən səthi sahəsinin nəzərə alınması ilə hesablanmış maksimal tövsiyə olunan dozadan təxminən 3 dəfə çoxdur. 100 və 300 mq/kq/sutkada dozada qlibenklamidin peroral yeridilməsi fonunda, siçovulların dişi və etkək fərdlərinin reproduktiv funksiyası heç bir dəyişikliklərə məruz qalmamışdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Hipoqlikemiya simptomlarının inkişaf etmə riskini nəzərə alaraq, nəqliyyat vasitələrini və ya digər potensial təhlükəli mexanizmləri xüsusi ehtiyatla idarə etmək lazımdır.
İstifadə qaydası və dozası
Preparat peroral yolla istifadə olunur. Bu preparat yalnız, yetkin yaşlı pasiyentlərin istifadəsi üçün nəzərdə tutulmuşdur. Digər hipoqlikemik preparatların istifadəsi zamanı olduğu kimi, Qlükovans preparatının dozası, fərdi metabolik reaksiyadan (qlikemiya və HbA1c səviyyəsindən) asılı olaraq, fərdi qaydada müəyyən olunur. ® ® Qlükovans 500 mq/5 mq preparatı əsasən, Qlükovans 500 mq/2,5 mq preparatı qəbul etdikdə, qlikemiyanın müvafiq nəzarəti əldə olunmayan pasiyentlərdə istifadə olunur. Böyrək funksiyaları normal olan (YFS ≥ 90 ml/dəqiqədə) yetkin yaşlı pasiyentlər Kombinəolunmuş preparatın istifadəsi ilə müalicəni, metforminin və qlibenklamidin əvvəlki fərdi dozalarına ekvivalent olan dozadan başlamaq lazımdır. Qlikemiya səviyyəsinin nəticələrindən asılı olaraq, dozanı tədricən artırmaq lazımdır. Dozanın titrlənməsi Müalicəyə başladıqdan sonra, qlikemiyanın səviyyəsindən asılı olaraq, hər 2 həftədən bir və ya daha gec, preparatın dozasını korreksiya etmək lazımdır (dozanı 1 tablet artırmaq). Dozanın tədricən artırılması, həzm traktında müşahidə olunan əlavə effektlərin azalmasına səbəb olur və hipoqlikemiyanın inkişaf etməsinin qarşısını alır. Maksimal tövsiyə olunan sutkalıq doza Qlükovans 500 mq/5 mq preparatının maksimal tövsiyə olunan dozası 3 tablet təşkil edir. Qlükovans 500 mq/2,5 mq preparatının maksimal tövsiyə olunan dozası 6 tablet təşkil edir. İnsulinin istifadəsi ilə kombinəolunmuş müalicə Qlükovans preparatının insulinlə birlikdə aparılan müalicəsi barədə heç bir klinik məlumat yoxdur. Böyrək çatışmazlığı Metformin-tərkibli dərman preparatları ilə müalicəyə başlamazdan əvvəl və müalicəyə başladıqdan sonra, hər il YFS-i qiymətləndirmək lazımdır. Böyrək çatışmazlığının gələcəkdə proqressivləşməsi riski yüksək olan pasiyentlərdə və yaşlı pasiyentlərdə, böyrək funksiyalarının hərtərəfli monitorinqini daha tez-tez, məsələn hər 3-6 aydan bir, aparmaq lazımdır. Metforminin maksimal sutkalıq dozasını 2-3 sutkalıq dozalara bölmək tövsiyə olunur. YFS < 60 ml/dəqiqədə olan pasiyentlərdə metforminin istifadəsinə başlamazdan əvvəl, laktoasidozun inkişaf etməsi riskini yüksəldə bilən faktorları nəzərdən keçirmək lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Kombinəolunmuş Qlükovans preparatının kifayət qədər effketivliyi müşahidə olunmadıqda, fiksasiya olunmuş dozaların kombinasiyaları əvəzinə, monokomponentlərdən istifadə etmək lazımdır. YFS (ml/dəqiqədə) Metformin Qlibenklamid 60 – 89 Maksimal sutkalıq doza 3000 mq-dır. Dozanın aşağı salınması tələb olunmur. Böyrək funksiyaları aşağı düşdüyü halda, dozanın aşağı salınmasını nəzərdən keçirmək tövsiyə olunur. 45 – 59 Maksimal sutkalıq doza 2000 mq-dır. Maksimal sutkalıq doza 10,5 mq-dır. Başlanğıc doza, maksimal dozanın yarısından çox olmamalıdır. 30 – 44 Maksimal sutkalıq doza 1000 mq-dır. Maksimal sutkalıq doza 10,5 mq-dır. Başlanğıc doza, maksimal dozanın Hipoqlikemiyanın inkişaf etməsi riskini yarısından çox olmamalıdır. nəzərə alaraq, preparatla müalicəyə başlamaq tövsiyə olunmur. < 30 Metforminin/qlibenklamidin istifadəsi əks göstərişdir. Yaşlı pasiyentlər Böyrək funksiyalarının parametrlərindən asılı olaraq, dozalanmanı korreksiya etmək lazımdır (Qlükovans 500 mq/2,5 mq preparatının başlanğıc dozası 1 tablet təşkil edir). Böyrək funksiyalarını müntəzəm qiymətləndirmək lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Yaşı 65 və daha yuxarı olan pasiyentlər: hipoqlikemiya riskini aşağı salmaq üçün, qlibenklamidin başlanğıc və dəstəkləyici dozalarını dəqiq seçmək lazımdır. müalicəni ən aşağı əldə olunan dozadan başlamaq və onu tədricən artırmaq lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Uşaqlar Uşaqlarda preparatı istifadə etmək tövsiyə olunmur. İstifadə qaydası Dozalanma rejimi fərdi təyinatlardan asılıdır: − gündə 1 tablet təyin edildikdə – tableti səhər (səhər yeməyi zamanı) qəbul etmək lazımdır; − gündə 2-4 tablet təyin edildikdə – tabletləri səhər (səhər yeməyi zamanı) və axşam (şam yeməyi zamanı) qəbul etmək lazımdır; − gündə 3 tablet təyin edildikdə – tabletləri səhər (səhər yeməyi zamanı), günorta (nahar vaxtı) və axşam (şam yeməyi zamanı) qəbul etmək lazımdır. Tabletləri yemək zamanı qəbul etmək lazımdır. Preparatın istifadə rejimini fərdi qida rejiminə müvafiq korreksiya etmək vacibdir. Hipoqlikemiyanın meydana çıxmasının qarşısını almaq məqsədi ilə, preparatın hər bir qəbulu, kifayət qədər yüksək karbohidrat-tərkibli quda qəbulu ilə müşayiət olunmalıdır. Qlükovans preparatının sorulmasının aşağı düşməsi riskini istisna etmək məqsədi ilə, öd turşularının sekvestrantları ilə eyni zamanda istifadə edildikdə, Qlükovans preparatını, öd turşularının sekvestrantlarının istifadəsindən ən azı 4 saat əvvəl təyin etmək tövsiyə olunur (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax).
Əlavə təsirləri
Müalicənin əvvəlində ən tez-tez müşahidə olunan əlavə reaksiyalara ürəkbulanma, qusma, diareya, qarın nahiyəsində ağrı, iştahanın olmaması aiddir. Əksər hallarda bu simptomlar sərbəst şəkildə aradan qalxırlar. Yuxarıda sadalanan əlavə reaksiyaların meydana çıxmasının qarşısını almaq məqsədi ilə, sutkalıq dozanı gün ərzində 2-3 dəfəyə qəbul etmək və dozanı tədricən artırmaq tövsiyə olunur. Qanda qlükozanın miqdarının aşağı düşməsi ilə əlaqəli, müalicənin əvvəlində görmə qabiliyyətinin qısamüddətli pozğunluqlarının inkişaf etməsi mümkündür. Qlükovans preparatından istifadə etdikdə, aşağıda göstərilən arzuolunmayan reaksiyalar müşahidə oluna bilərlər. Baş vermə tezliyinə əsasən, arzuolunmayan reaksiyalar aşağıdakı kateqoriyalara görə təsnif olunurlar: çox tez-tez (>1/10), tez-tez (>1/100 və <1/10), bəzən (>1/1000 və <1/100), nadir hallarda (>1/10000 və <1/1000), çox nadir hallarda (<1/10000). Qan və limfa sistemində baş verən pozğunluqlar – preparatın istifadəsi dayandırıldıqdan sonra, göstərilən arzuolunmayan reaksiyalar aradan qalxırlar: nadir hallarda – leykopeniya, trombositopeniya; çox nadir hallarda – aqranulositoz, hemolitik anemiya, sümük iliyinin aplaziyası, pansitopeniya. Metabolizmdə baş verən pozğunluqlar: hipoqlikemiya (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax); tez-tez rast gəlinən – B vitamininin azalması/çatışmazlığı (bax: “Xüsusi12 göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax); bəzən – kəskin qaraciyər porfiriyası, dəri porfiriyası; çox nadir hallarda – laktoasidoz (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Alkoqolun istifadəsi nəticəsində disulfiramabənzər reaksiya müşahidə oluna bilər. Sinir sistemində baş verən pozğunluqlar: tez-tez – dadbilmə qabiliyyətinin pozulması. Görmə orqanında baş verən pozğunluqlar: qanda qlükozanın miqdarının aşağı düşməsi nəticəsində, müalicənin əvvəlində görmə qabiliyyətinin müvəqqəti pozulması. Həzm traktında baş verən pozğunluqlar: çox tez-tez – ürəkbulanma, qusma, diareya, qarın nahiyəsində ağrı, iştahanın olmaması daxil olmaqla, həzm sistemində pozğunluqlar. Əksər hallarda, göstərilən əlavə reaksiyalar müalicənin əvvəlində meydana çıxırlar və bir qayda olaraq, sərbəst aradan qalxırlar. Həzm sistemində əlavə reaksiyaların meydana çıxmasının qarşısını almaq məqsədi ilə, preparatı 2 və ya 3 dəfəyə qəbul etmək tövsiyə olunur; dozanın tədricən artırılması həmçinin, preparatın pasiyent tərəfindən qəbul edilməsini yaxşılaşdırır. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar – sulfonamidlərə və onların törəmələrinə qarşı çarpaz reaksiyaların meydana çıxması mümkündür: nadir hallarda – qaşınma, övrə, makulo-papullyoz səpgilər kimi, dəri reaksiyaları; çox nadir hallarda – dəri və visseral allergik angiit, multiform eritema, eksfoliativ dermatit, fotohəssaslıq, şokun inkişaf etməsinə gətirib çıxaran övrə. Hepatobiliar pozğunluqlar: çox nadir hallarda – qaraciyərin funksional göstəricilərinin dəyişməsi və ya hepatit; bu zaman müalicənin dayandırılması tələb olunur. Laborator tədqiqatların nəticələri: bəzən – qanda sidik turşusu və kreatinin konsentrasiyalarının orta dərəcəli və ya mülayim yüksəlməsi; çox nadir hallarda – hiponatriemiya.
Doza həddinin aşılması
Preparatın tərkibində sulfonilkarbamidin olmasını nəzərə alaraq, doza həddinin aşılması hipoqlikemiyanın inkişaf etməsinə gətirib çıxara bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Metforminlə əlaqəli doza həddinin əhəmiyyətli dərəcədə aşılması və ya eyni zamanda risk faktorlarının mövcudluğu, laktoasidozun inkişaf etməsinə gətirib çıxara bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Laktoasidoz təxirəsalınmaz vəziyyətdir və bu vəziyyəti stasionar şəraitdə müalicə etmək lazımdır. Ən effektiv müalicə üsulu – laktatın və metforminin hemodializ vasitəsi ilə xaric olunmasıdır. Qaraciyər xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə qlibenklamidin klirensi uzana bilər. Zülallarla sıx əlaqə hesabına, qlibenklamid hemodializ vasitəsi ilə xaric olunmur.
Buraxılış forması
15 tablet, alüminium folqa və PVX blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Merck Sante s.a.s., France. Centre de production Semoy, 2 rue du Presoir Vert – 45400 Semoy, France.
Qeydiyyat vəsiqəsinin sahibi
Merck Sante s.a.s., France. Azərbaycan Respublikasının ərazisində məhsulların (malların) keyfiyyətinə dair istehlakçılardan iradları qəbul edən təşkilatın ünvanı: “Asino Farma AQ” (“Acino Pharma AG”), şirkətinin Azərbaycan nümayəndəliyi Bakı şəh., Azərbaycan, İzmir küçəsi, 1033. HYATT Tower II. 1-ci mərtəbə. Tel.: + 994 (12) 504 00 44. Elektron ünvan: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.