Psilo-Balzam 1 % gel

Dərman formasıGel
Farmakoloji təsirAllergiyaəleyhinə vasitə - H1-histamin reseptorlarının blokatoru
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,54 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PSİLO-BALZAM 1% xaricə istifadə üçün gel Beynəlxalq patentləşdirilməmiş adı: Diphenhydramine

Tərkibi

Təsiredici maddə: 1 q gelin tərkibində 10 mq difenhidramin hidroxlorid vardır. Köməkçi maddələr: setilpiridin xlorid, makroqol qliserilkaprilokaprat, karbomer, trometamol, təmizlənmiş su.

Təsviri

Rəngsiz, şəffaf bircinsli geldir.

Farmakoterapevtik qrupu

Allergiyaəleyhinə vasitə – H1-histamin reseptorlarının blokatoru. ATC kodu: D04АА32.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Psilo-Balzam® preparatının allergiyaəleyhinə təsiri onun tərkibində H -histamin reseptorlarının1 blokatoru olan difenhidramin hidroxloridin olması ilə bağlıdır və bunun nəticəsində qaşınmanı tezliklə azaldır, ağrını, hiperemiyanı azaldır, kapilyarların yüksəlmiş keçiriciliyini, toxumaların ödemini azaldır; yerli anesteziyaya səbəb olur ki, bunun sayəsində Psilo-Balzam® xoş sərinləşdirici təsirə malikdir. Xüsusi gel əsası dərini qoruyur və gözə görünən iz saxlamır. Farmakokinetikası Yerli istifadə zamanı absorbsiyası əhəmiyyətsizdir, dəri örtüklərinin tamlığının pozulması preparatın sorulmasını artırır.

İstifadəsinə göstərişlər

Günəş yanıqları və I dərəcəli yanıqlar; həşərat sancmaları; övrə; müxtəlif mənşəli dəri qaşınmaları (xolestaz zamanı olan qaşınma istisna olmaqla): qaşınan dermatozlar, ekzema, suçiçəyi, dərinin allergik qıcıqlanmaları, bitkilərlə təmas səbəbindən yaranan kontakt dermatitlər.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq; tərkibində difenhidramin olan istənilən preparatlarla eyni zamanda istifadə; dərinin geniş səthlərində istifadə; 2 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Psilo-Balzamı® yaxdıqdan dərhal sonra (1-2 saat ərzində) fotodermatozların inkişafı riskinə yol verməmək üçün günəşdə uzun müddət qalmaqdan çəkinmək lazımdır. Psilo-Balzam® preparatı ilə müalicə zamanı alkoqol qəbulundan çəkinmək lazımdır. Ehtiyatla İstifadə nahiyəsində dəri örtüklərinin zədələnməsi, selikli qişalarda istifadəsi. Digər dərman preparatları ilə qarşılıqlı təsiri Difenhidraminin xaricə istifadə olunan dərman formalarının istifadəsi zamanı digər dərman vasitələrilə qarşılıqlı təsir və ya uyuşmazlığı təsvir edilməyib.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamiləlik və laktasiya dövründə istifadəsi, ana üçün gözlənilən potensial faydanın dölə və ya körpəyə olan riski qiymətləndirildikdən sonra mümkündür. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

məlum deyil.

İstifadə qaydası və dozası

Xaricə istifadə edilir. Böyüklər və 2 yaşdan böyük uşaqlara Psilo-Balzam® dərinin zədələnmiş nahiyəsinə (ovuc boyda zədələnmiş sahəyə gelin 3-5 sm uzunluğunda zolağı) gündə 3-4 dəfə yaxılır və yüngül masaj hərəkətləri ilə yayılır.

Əlavə təsirləri

Nadir hallarda-dərinin hiperhəssaslıq reaksiyaları (ekzema, kontakt dermatit). Preparatın xaricə istifadəsi zamanı sistem xarakterli əlavə təsirlər qeyd edilməyib.

Doza həddinin aşılması

Simptomları Qızartı, preparatın yaxıldığı dəri sahəsinin orta dərəcəli ödemi. Müalicəsi Preparatın yaxıldığı dəri sahəsi su ilə yuyulmalıdır.

Buraxılış forması

Xarici istifadə üçün gel 1%. 20 q və ya 50 q gel, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°С-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi/İradları qəbul edən təşkilat “Nijfarm” SC, Rusiya. 603950, Nijniy Novqorod, Salqanskaya k., 7. Tel.: (831) 278-80-88. Faks: (831) 430-72-28. E-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Psilo-Balzam 1 % gel” üçün ilk rəyi siz yazın.