Prestans 5 mq / 5 mq N30 tablet

Dərman formasıTablet
İstehsal ölkəsiİrlandiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

18,55 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərman vasitəsinin qəbuluna başlamazdan əvvəl bu içlik vərəqədə verilən təlimatları diqqətlə və sonadək oxuyun. – Bu içlik vərəqəni saxlayın. Onu təkrar oxumağa ehtiyacınız ola bilər. – Əgər suallarınız yaranarsa, öz müalicə həkiminizə və ya əczaçınıza müraciət edin. – Bu dərman preparatı şəxsən sizə təyin edilmişdir. Onu digər şəxslərə vermək olmaz. Əgər hətta onların simptomları sizinki ilə oxşar olsa da, bu preparat onlar üçün zərərli ola bilər. – Əgər əlavə təsirlər ciddi xarakter alarsa və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsir müşahidə etsəniz, bu barədə həkiminizə və ya əczaçınıza məlumat verin. PRESTANS 5 mq/5 mq; 10 mq/5 mq; 5 mq/10 mq; 10 mq/10 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Perindopril arginine /Amlodipine

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 5 mq perindopril arginin və 5 mq amlodipin vardır.Prestans 5 mq / 5 mq: Prestans 10 mq / 5 mq: 1 tabletin tərkibində 10 mq perindopril arginin və 5 mq amlodipin vardır. Prestans 5 mq /10 mq: 1 tabletin tərkibində 5 mq perindopril arginin və 10 mq amlodipin vardır. Prestans 10 mq /10 mq: 1 tabletin tərkibində 10 mq perindopril arginin və 10 mq amlodipin vardır. Köməkçi maddələr: laktoza monohidrat, maqnezium stearat (E470B), mikrokristallik sellüloza (E460), susuz kolloidal silisium dioksid (E551).

Təsviri

Prestans 5 mq / 5 mq: bir tərəfində “5/5” rəqəmləri, digər tərəfində nişanı həkk olunmuş uzunsov formalı ağ tabletlərdir. Prestans 10 mq / 5 mq: bir tərəfində “10/5” rəqəmləri, digər tərəfində nişanı həkk olunmuş üçbucaq formalı ağ tabletlərdir. Prestans 5 mq / 10 mq: bir tərəfində “5/10” rəqəmləri, digər tərəfində nişanı həkk olunmuş kvadrat formalı ağ tabletlərdir. Prestans 10 mq / 10 mq: bir tərəfində “10/10” rəqəmləri, digər tərəfində nişanı həkk olunmuş girdə formalı ağ tabletlərdir.

Farmakoloji xüsusiyyətləri

Prestans iki aktiv komponentin perindopril və amlodipinin kombinasiyasıdır. Perindopril angiotenzinçevirici fermentin (AÇF) inhibitorudur. Amlodipin kalsium kanallarının blokatorudur (dihidropiridinlər adlanan dərman preparatları qrupuna aiddir). Onlar qan damarlarına kombinəedilmiş genişləndirici və boşaldıcı təsir göstərərək, qanın damardan keçməsini və təzyiqlə vurulmasını asanlaşdırır.

İstifadəsinə göstərişlər

Prestans yüksək arterial təzyiqin (hipertenziyanın) müalicəsi və/və ya ürəyin stabil işemik xəstəliyinin (ürəyin qan təchizatının azalması və blokadaya alınması ilə müşayiət olunan xəstəlik) müalicəsi üçün təyin olunur. Ayrı-ayrılıqda perindopril və amlodipin qəbul edən pasiyentlər bu iki tabletin əvəzinə tərkibində hər iki komponent olan Prestans qəbul edə bilərlər.

Əks göstərişlər

– Əgər sizdə perindoprilə və ya AÇF-in hər hansı digər inhibitoruna, amlodipinə və ya hər hansı kalsium kanallarının digər antaqonistinə, yaxud Prestans -ın komponentlərindən hər hansı birinə qarşı allergiya varsa (“Tərkibi” bölməsində sadalanan); – Əgər siz hamiləsinizsə və hamiləliyin müddəti 3 aydan artıqdırsa (həmçinin hamiləliyin erkən dövrlərində də Prestans -ın qəbulundan çəkinmək lazımdır – bax: Hamiləlik bölməsi); – Əgər daha əvvəl sizdə AÇF inhibitoru qəbulu zamanı fitverici tənəffüs, sifətin və dilin ödemi, güclü qaşınma və ya dəridə səpgi baş veribsə, yaxud sizdə və ya hər hansı ailə üzvünüzdə hər hansı başqa şəraitdə bu simptomlar (angioödem) meydana çıxıbsa; – Əgər arterial təzyiqi aşağı salmaq üçün aliskiren tərkibli dərman preparatı qəbul edirsinizsə və eyni zamanda şəkərli diabet və ya böyrəklərin funksiya pozulması probleminiz varsa; – Əgər sizdə aortal qapaqda daralma (aortal stenoz) və ya kardiogen şok (bu xəstəlik zamanı ürək bədəni kifayət qədər qanla təmin edə bilmir) varsa; – Əgər arterial təzyiqiniz kəskin aşağıdırsa (hipotenziya); – Əgər siz miokard infarktından sonra ürək çatışmazlığından əziyyət çəkirsinizsə; – Əgər siz dializ və ya başqa hemofiltrasiya prosedurları keçirirsinizsə; – Qan təchizatı azalması nəticəsində ağır böyrək xəstəliyi (böyrək arteriyasının stenozu); – Ürək çatışmazlığın müalicəsində istifadə olunan sakubitril / valsartan dərman vəsitələri.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıda sadalanan hallardan hər hansı biri sizə aiddirsə, Prestans qəbuluna başlamazdan əvvəl həkiminizlə məsləhətləşin: – hipertrofik kardiomiopatiya (ürək əzələsinin xəstəliyi), yaxud böyrək arteriyasının stenozu (böyrəyi qanla təchiz edən arteriyanın daralması), – ürək çatışmazlığı, – qan təzyiqinin kəskin artması (hipertonik kriz), – hər hansı digər ürək xəstəliyi, – qaraciyər problemləri, – böyrək problemləriniz varsa, yaxud dializ qəbul edirsinizsə, – qanda aldosteron hormonunun səviyyəsinin anomal artması (ilkin hiperaldosteronizm), – sistem qırmızı qurdeşənəyi, yaxud sklerodermiya kimi kollagen damar xəstəlikləri (birləşdirici toxuma xəstəliyi), – diabet, – əgər siz duzun miqdarı azaldılmış pəhriz saxlayırsınızsa, yaxud tərkibində kalium olan duz əvəzedicilərindən istifadə edirsinizsə (qanda kaliumun yaxşı balanslaşdırılmış səviyyəsi çox vacibdir), – ahıl yaşlısınızsa və ya dozanın artırılmasına ehtiyac varsa, – yüksək arterial təzyiqin müalicəsi üçün aşağıdakı preparatlardan hər hansı birini qəbul edirsinizsə: – angiotenzin II reseptorun blokatoru (ARB) (bunlara sartanlar da deyilir, məsələn, valsartan, telmisartan, irbesartan) – xüsusilə də, əgər şəkərli diabetlə əlaqədar böyrək çatışmazlığından əziyyət çəkirsinizsə. – aliskiren. Həkiminiz sizdə böyrəklərin funksiyalarını, arterial təzyiq və qanda elektrolitlərin (məs., kalium) miqdarını mütamadi intervallarda yoxlaya bilər. Həmçinin Prestans preparatının “Əks göstərişlər” bölməsində verilən məlumatlara nəzər salın. – aşağıdakı dərmanlardan hər hansı birini qəbul edirsinizsə angioödem riski artır: • rasekadotril (diareyanın müalicəsində istifadə edilir); • sirolimus, everolimus, temsirolimus və mTor inhibitorları sinifinə aid olan digər dərman vasitələri (transplantasiya olunmuş orqanların rədd edilməməsi üçün istifadə edilir); • ürək çatışmazlığın müalicəsində istifadə olunan sakubitril / valsartan dərman vəsitələri; – qara dərilisinizsə, sizdə angioödem riski daha yüksək olur və bu preparat digər dəri rəngindən olan pasiyentlərə nisbətən sizdə qan təzyiqinin azaldılmasında daha az effektiv ola bilər; Angioödem Prestans da daxil olmaqla, AÇF inhibitorları ilə müalicə edilən xəstələrdə angioödem (üz, dodaqlar, dil və boğazın şişməsi, udqunma və nəfəsalmanın çətinləşməsilə gedən ağır dərəcəli allergik reaksiya) hallarının baş verməsi qeydə alınmışdır. Bu hal müalicə müddətində istənilən vaxt baş verə bilər. Əgər qeyd edilən simptomlar varsa, dərhal həkimə müraciət edin. (“Əlavə təsirləri” bölməsində verilən məlumatlara baxın). Hamilə olduğunuzu (yaxud ola biləcəyinizi) düşünürsünüzsə, həkiminizi bu barədə mütləq xəbərdar etməlisiniz. Hamiləliyin erkən dövrlərində Prestans-ın qəbulu tövsiyə edilmir. Preparat hamiləliyin 3 aydan artıq müddətlərində qəbul edilməməlidir, çünki bu uşağın sağlamlığına ciddi zərər vura bilər (baxın: “Hamiləlik” bölməsi). Prestans qəbul edərkən öz müalicə həkiminizi, yaxud tibbi heyəti aşağıdakılar barədə də məlumatlandırmalısınız: – əgər sizi qarşıda anesteziya və ya ciddi cərrahi əməliyyat gözləyirsə, – əgər sizdə son vaxtlarda ishal və ya qusma olubsa, yaxud orqanizminiz susuzlaşıbsa, – əgər siz ASLP aferez (xolesterinin qandan aparat vasitəsilə çıxarılması) qəbul edirsinizsə, – əgər siz arı və ya eşşəkarısı sancmalarına qarşı allergik reaksiyaların azaldılması məqsədilə desensibilizasiya kursu alırsınızsa. Prestans-ın uşaqlara və yeniyetmələrə təyini tövsiyyə edilmir. Prestans preparatının tərkibində olan bəzi komponentlər barədə vacib məlumat: Prestans-ın tərkibində laktoza monohidrat vardır. Əgər həkiminiz sizdə bəzi şəkərlərə qarşı dözülməzliyin olduğunu deyibsə, bu dərman preparatını qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Reseptsiz əldə etdiyiniz dərmanlar da daxil olmaqla, həmişə, hazırda, yaxud son günlərdə qəbul etdiyiniz preparatlar barədə həkiminizə və ya əczaçınıza məlumat verin. Prestans-ın aşağıdakı preparatlarla birgə qəbulundan çəkinin: – litium (maniya və ya depressiya müalicəsi üçün istifadə olunur), – estramustin (xərçəngin müalicəsində istifadə olunur), – kaliumqoruyucu dərman vasitələri (məs., triamteren, spironolakton, amilorid), kalium əlavələri və ya tərkibində kalium olan duz əvəzediciləri, və orqanizmdə kalium səviyyəsini artıran diqər preparatlar (heparin, ko-trimoksazol ya da trimetoprim/sulfometoksazol). – ürək çatışmazlığının müalicəsi üçün nəzərdə tutulan kaliumqoruyucu sidikqovucular: eplerenon və spironolakton, gündə 12.5 mq – 50mq dozada. Prestans ilə müalicəyə digər preparatların qəbulu təsir edə bilər. Həkiminiz dərmanın dozasını dəyişə və/və ya digər ehtiyat tədbirləri görə bilər. Əgər siz aşağıdakı preparatların hər hansı birini qəbul edirsinizsə, bu barədə müalicə həkimizə mütləq məlumat verin, çünki onların qəbulu zamanı xüsusən diqqətli olmaq lazımdır: – yüksək arterial təzyiqin müalicəsi üçün nəzərdə tutulan digər dərman vasitələri, o cümlədən angiotenzin II reseptoru blokatorları (ARB), aliskiren, diuretiklər (böyrəklər tərəfindən ifraz olunan sidiyin həcmini artıran preparatlar); – tez-tez diareyanın müalicəsi üçün istifadə edilən dərmanlar (rasekadotril) və ya transplantasiya olunmuş orqanların rədd edilməməsi üçün dərmanlar (Sirolimus, everolimus, temsirolimus və mTor inhibitorları sinifinə aid olan digər dərman vasitələri); – ürək çatışmazlığın müalicəsində istifadə olunan sakubitril / valsartan dərman vəsitələri; – ağrı sindromunu aradan qaldırmaq üçün təyin olunan iltihaba qarşı qeyri-steroid preparatlar (məsələn, ibuprofen) və aspirinin yüksək dozaları; – diabetin müalicəsi üçün preparatlar (məsələn, insulin, qliptinlər); – depressiya, həyəcan, şizofreniya və s. kimi mental pozğunluqların müalicəsi üçün preparatlar (məsələn, trisiklik antidepressantlar, antipsixotik preparatlar, imipraminəbənzər preparatlar, neyroleptiklər); – autoimmun pozğunluqların müalicəsi üçün və transplantasiyadan sonra təyin olunan immunodepressiv preparatlar (məsələn, siklosporin, takrolimus); – allopurinol (podaqranın müalicəsi üçün); – prokainamid (qeyri-müntəzəm ürək ritminin müalicəsi üçün); – nitratlar da daxil olmaqla, damargenişləndirici preparatlar); – aşağı qan təzyiqinin, şokun və ya astmanın müalicəsi üçün istifadə olunan preparatlar (məs., efedrin, noradrenalin və ya adrenalin); – baklofen və ya dantrolen (infuziya), bəzi xəstəliklər, məsələn, sklerozlar zamanı müşahidə olunan əzələlərin sərtliyinin müalicəsində istifadə olunan preparatlar; dantrolen bundan başqa, anesteziya zamanı (onun simptomları arasında bədənin yüksək temperaturunu və əzələlərin sərtliyi göstərmək olar) bədxassəli müalicəsi üçün istifadə olunur; – infeksiyaların müalicəsi üçün istifadə olunan bəzi antibiotiklər, məsələn, rifampisin, eritromisin, klaritromisin (bakteriyaların səbəb olduğu infeksiya üçün); – Dazıotu (Hypericum perforatum – depressiyanın müalicəsi üçün istifadə olunan bitki mənşəli dərman vasitəsi) – simvastatin (xolesterinin səviyyəsini aşağı salan dərman vasitəsi); – karbamazepin, fenobarbital, fenitoin, fosfenitoin, primidon kimi antiepileptik preparatlar; – itrakonazol, ketokonazol (göbələk xəstəliklərinin müalicəsi üçün istifadə olunan dərmanlar); – böyümüş prostat vəzin müalicəsi üçün istifadə olunan alfa-blokatorlar (prazozin, alfuzozin, doksazozin, tamsulozin, terazozin); – amifostin (xərçəng xəstəliklərinin müalicəsi zamanı şüa müalicəsinin və ya digər dərmanların səbəb olduğu əlavə təsirlərin profilaktikası və ya azaldılması); – ağır astma və revmatoid artrit də daxil olmaqla, bir sıra xəstəliklərin müalicəsi üçün istifadə olunan kortikosteroidlər; – xüsusilə də venadaxili təyin olunan qızıl duzları (revmatoid artritin simptomlarının müalicəsi üçün istifadə edilir); – ritonavir, indinavir, nelfinavir (HİV müalicəsi zamanı istifadə olunan proteaza inhibitorları). Prestansın su və qida ilə qəbulu Prestans yeməkdən əvvəl qəbul olunur. Prestans qəbul edən şəxslər qreypfrut şirəsi və ya qreypfrut yeməməlidir. Çünki qreypfrut şirəsi və ya qreypfrut aktiv maddə olan amlodipinin qanda səviyyəsinin artmasına gətirib çıxara bilər ki, bu da Prestans-ın təsirindən qan təzyiqinin öncədən ehtimal edilə bilməyən dərəcədə aşağı düşməsi ilə nəticələnə bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

İstənilən dərman preparatının qəbuluna başlamazdan öncə həkiminizlə məsləhətləşin. Hamiləlik Hamilə olduğunuzu (və ya ola biləcəyinizi) düşünürsünüzsə, bu preparatın qəbuluna başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Həkim sizə hamiləliyə qədər və ya hamiləlik faktı təsdiq edildikdən dərhal sonra Prestans qəbulunu dayandırmağı məsləhət görməli və Prestans-ın əvəzinə digər preparat təyin etməlidir. Hamiləliyin erkən dövrlərində Prestans-ın qəbulu tövsiyə edilmir. Preparat hamiləliyin 3 aydan artıq müddətlərində qəbul edilməməlidir, çünki bu uşağın sağlamlığına ciddi zərər vura bilər. Laktasiya dövrü Amlodipinin ana südünə az miqdarda keçdiyi göstərilmişdir. Əgər uşaq əmizdirirsinizsə və ya planlaşdırırsınızsa həkiminizi mütləq xəbərdar edin. Prestans uşaq əmizdirən analara tövsiyə edilmir. Əgər uşağınızı əmizdirməyi davam etdirmək istəyirsinizsə, körpə yenidoğulan və ya vaxtından qabaq doğulandırsa, onda həkim sizə digər preparat təyin edəcək.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Prestans nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər. Əgər Prestans qəbul etdikdən sonra özünüzü zəif, ya yorğun hiss edirsinizsə, başınız gicəllənirsə, yaxud başağrısı meydana çıxırsa, avtomobil və digər mexanizmləri idarə etməyin və dərhal həkiminizlə əlaqə saxlayın.

İstifadə qaydası və dozası

Prestans-ın qəbulu zamanı həkimin göstərişlərinə həmişə ciddi riayət edin. Əgər siz dərmanın qəbulunun düzgünlüyünə şübhə edirsinizsə, onda həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Tabletləri həmişə eyni vaxtda, səhər yeməyindən əvvəl bir stəkan su ilə birlikdə qəbul edin. Həkiminiz sizin üçün düzgün dozanı seçəcək. Bu, adətən, gündə bir tablet təşkil edir. Prestans adətən ayrı-ayrı tabletlər şəklində perindopril və amlodipin qəbul edən pasiyentlərə təyin olunur. Əgər siz Prestans-ı qəbul etməyi unutmusunuzsa Preparatı hər gün qəbul etmək vacibdir, çünki müntəzəmlik müalicəni daha effektiv edir. Buna baxmayaraq, əgər siz Prestans-ın bir dozasını qəbul etməyi unutmusunuzsa, növbəti dozanı həmişəki vaxtda qəbul edin. Unudulmuş dozanın əvəzini çıxmaq üçün növbəti dozanı iki dəfə artırmayın. Əgər siz Prestans-ın qəbulunu dayandırırsınızsa Adətən, hipotenziv müalicə ömür boyu davam etdiyi üçün siz preparatın qəbulunu dayandırmazdan əvvəl öz həkiminizlə məsləhətləşməlisiniz. Preparatın qəbulu ilə bağlı əlavə suallarınız yaranarsa, müalicə həkiminizə, əczaçınıza müraciət edin.

Əlavə təsirləri

İstənilən digər dərman preparatı kimi Prestans də bütün xəstələrdə olmasa da, əlavə təsirlərə səbəb ola bilər. Sizdə aşağıdakı hallardan hər hansı biri baş verərsə, verilən tibbi preparatın qəbulunu dərhal dayandırın və öz müalicə həkiminizlə əlaqə saxlayın: – qəfil fitverici tənəffüs, sinədə ağrı, təngnəfəslik, yaxud tənəffüsün çətinləşməsi, – üzün, dodaqların, yaxud göz qapaqlarının şişməsi, – tənəffüsün çətinləşməsi ilə nəticələnən, dilin və boğazın şişməsi, – dəridə qəfil yaranmış səpgi, bütün bədəndə dərinin qızarması, kəskin qaşınma, suluqların əmələ gəlməsi, dərinin soyulması və şişməsi, selikli qişaların iltihabı (Stivens-Conson sindromu, toksik epidermal nekroliz) və ya digər allergik reaksiyalar daxil olmaqla, kəskin dəri reaksiyaları, – kəskin başgicəllənmə və ya bayılma, – miokard infarktı, ürək ritminin pozğunluqları, çox sürətli və ya anormal ürək döyünməsi, və ya ağrı, – mədəalti vəzin iltihabı (qarında və kürəkdə kəskin ağrıya səbəb ola bilər). Aşağıda göstərilən yayılmış əlavə təsirlər barədə məlumat verilmişdir. Bunlardan hər hansı sizin üçün problem yaradarsa, yaxud onlar bir həftədən çox davam edərsə, həkiminizlə əlaqə saxlamalısınız. – cox tez-tez (10 pasiyentdən birindən çoxuna təsir edə bilər): ödem (maye tutma) – tez-tez (10 pasiyentdən birinə qədər təsir edə bilər): başağrı, başgicəllənmə, yuxululuq (xüsusən, müalicənin başlanğıcında), vertiqo, ətraflarda keyimə və ya iynəbatma hissi, görmənin pozulması (ikigörmə də daxil olmaqla), qulaqda küy, ürəkdöyünmə (ürəyin döyünməsini hiss etmək), istigəlmə, qan təzyiqinin aşağı olması nəticəsində yüngül başgicəllənmə; öskürək, təngnəfəslik, ürəkbulanma, qusma, qarında ağrı, dad hissiyyatının pozulmaları, dispepsiya və ya həzmin çətinləşməsi, ishal, qəbizlik, allergik reaksiyalar (dəridə səpgi, qaşınma kimi), əzələ qıcolmaları, yorğunluq hissi, zəiflik, topuqda şişkinlik (periferik ödem). Haqqında məlumat verilmiş digər əlavə təsirlərə aşağıdakılar aiddir. Əgər bu təsirlərdən hər hansı biri ciddi xarakter alarsa, yaxud burada göstərilməmiş əlavə təsirlər müşahidə etsəniz, bu barədə həkiminizə və ya əczaçınıza məlumat verin. • Bəzən (100 pasiyentdən birinə qədərinə təsir edə bilər): əhval-ruhiyyənin tez-tez dəyişməsi, həyəcan, depressiya, yuxu pozulmaları, titrəmə, bayılma, ağrı hissiyyatının itməsi, qeyri-normal ürəkdoyüntüsü, rinit (zökəm), , saçtökülmə, purpura (dəridə qırmızı ləkələr), dərinin rənginin dəyişməsi, döş qəfəsində ağrı, kürəkdə ağrı, artralgiya, mialgiya, sidik ifrazında dəyişikliklər, gecələr sidiyə getmənin tezləşməsi, sidik ifrazı sayının artması, əzginlik, bronxospazm (sinədə sıxılma, fitverici tənəffüs və təngnəfəslik), ağızda quruluq, angioödem (fitverici tənəffüs, üzün və dilin şişməsi), dəri üzərində ocaqlı suluqların yaranması, eozinofillərin (leykositlərin növü) sayının artması, böyrək problemləri, impotensiya, həddindən artıq tərləmə, kişilərdə süd vəzilərində böyümə və ya diskomfort, bədən çəkisinin artması və ya azalması, taxikardiya, vaskulit (qan damarlarının iltihabı), fotohəssaslıq (işığa reaksiya), istilik, laborator parametrlərin dəyişməsi: qanda kalium səviyyəsinin yüksəlməsi, müalicə dayandırılıqdan sonra azalan, natrium səviyyəsinin aşağı enməsi, şəkərli diabeti olan xəstələrdə hipoqlikemiya baş verə bilər (qanda şəkərin aşağı enməsi), qanda sidik cövhəri və kreatinin yüksəlməsi. • Nadir əlavə təsirlər (1000 pasiyentdən birinə qədərinə təsir edə bilər): huşun dumanlanması, psoriaz kəskinləşməsi, qaraciyər fermentlərinin yüksəlməsi, qanda bilirubin səviyyəsinin yüksəlməsi. • Çox nadir əlavə təsirlər (10 000 pasiyentdən birinə qədərinə təsir edə bilər): ürək-damar pozğunluqları (ürək tutması, insult), eozinofil pnevmoniya (pnevmoniyanın nadir növü), göz qapaqlarının, üzün və ya dodaqların şişməsi, tənəffüsün çətinləşməsinə səbəb ola biləcək dilin və boğazın şişməsi, kəskin qaşınma, suluqların əmələ gəlməsi, dərinin soyulması və şişməsi, selikli qişaların iltihabı (Stivens Conson sindromu), multiform eritema (üzdə, qollarda və ayaqlarda qaşınan qırmızı ləkələrlə başlayan dəri xəstəliyi) daxil olmaqla, kəskin dəri reaksiyaları, işığa qarşı həssaslıq, qan tərkibinin dəyişməsi leykositlərin və eritrositlərin azalması, hemoqlobinin səviyyəsinin aşağı enməsi, trombositlərin azalması, qan pozğunluqları, mədəaltı vəzin iltihabı (həddindən artıq güclü qarın və kürək ağrılarına səbəb ola bilər), kəskin böyrək çatışmazlığı, qaraciyər funksiyasının pozulması, qaraciyər iltihabı (hepatit), dərinin saralması (sarılıq), bəzi tibbi sınaqların nəticələrinə təsir edə biləcək qaraciyər fermentlərinin aktivliyinin artması, qarında köp, qastrit, sinir pozğunluqları (zəiflik, keyimə və iyna batma hissinə səbəb olur), əzələ tonusunun artması, diş ətinin şişməsi, qanda şəkərin miqdarının çox olması (hiperqlikemiya). • tezliyi məlum deyil: tremor, riqidlik, hərəkət pozğunluqları, maska kimi üz, yavaş hərəkətlər, balanssız yeriş, əl və ayaq barmaqlarda rəngsizləşmə, solğunlaşma, keyimə və ağrı hissləri (Reyno sindromu). Sidiyin konsentrasiyasının (tündləşməsi) artması, nasazlıq, əzələ tutmaları, çaşqınlıq simptomları – antidiuretik hormonun (ADH) qeyri-adekvat sekresiya nəticəsində yarana bilər. Əlavə təsirlər barədə məlumatın verilməsi Hər hansı əlavə təsir müşahidə etsəniz, bu barədə həkiminizə, əczaçıya və ya tibb bacısına məlumat verin. Bura bu içlik vərəqədə sadalanmayan istənilən arzuolunmaz təsir də aiddir. Əlavə təsirlər barədə məlumat verməklə siz pasiyentlərin bu dərmanın təhlükəsizliyinə dair daha çox məlumatla təmin edilməsinə kömək edə bilərsiniz. Əgər bu əlavə təsirlərdən hər hansı biri ciddi xarakter alarsa, yaxud burada göstərilməmiş əlavə təsirlər müşahidə etsəniz, bu barədə həkiminizə və ya əczaçınıza məlumat verin.

Doza həddinin aşılması

Həddindən çox tablet qəbul etdikdə, dərhal yaxındakı təcili yardım məntəqəsinə müraciət edin və ya həkiminizlə əlaqə saxlayın. Dozanın artıq qəbulunun ən çox qeyd olunan nəticəsi başgicəllənmə və bayılma ilə müşayiət olunan arterial təzyiqin aşağı düşməsidir. Belə hal müşahidə olunarsa, uzanıb ayaqlarınızı qaldırın, bu sizin səhhətinizin yaxşılaşmasına kömək edə bilər.

Buraxılış forması

30 tablet, konteynerdə. 1 konteyner iclik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30ºС temperaturdan yüksək olmayan, orijinal qutusunda, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Rütübətdən qorumaq üçün konteynerin ağzını kip bağlamaq lazımdır. Dərmanları çirkab sularına və ya məişət tullantılarının içərisinə atmaq olmaz. Qəbulu dayandırılmış preparatlarla nə etmək lazım olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin mühafizəsinə yardım edəcək.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır

İstehsalçı

Servier (Ireland) Industries Ltd Gorey Road Arklow – Co. Wicklow – İrlandiya. Satış icazəsinin sahibi Le Laboratuar Servye – Fransa 50, rue Carnot 92284 Suresnes cedex – Fransa.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Prestans 5 mq / 5 mq N30 tablet” üçün ilk rəyi siz yazın.