TAZERACIN 4.5 GR N1 AMPUL

Dərman formasıİnyeksiya məhlulu üçün toz
Farmakoloji təsirGeniş təsir spektrli antibakterial vasitə, beta-laktamaza inhibitoru ilə penisillin kombinasiyası
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

18,80 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

TAZERASİN venadaxili inyeksiya məhlulu hazırlamaq üçün liofilizəolunmuş toz Beynəlxalq patentləşdirilməmiş adı: Piperacillin + Tazobactam

Tərkibi

Tazerasin 4,5 q Təsiredici maddə: 1 flakonda 4000 mq piperasillinə ekvivalent 4169,88 mq natrium, 500 mq tazobaktama ekvivalent 536,6 mq natrium vardır. Köməkçi maddələr: yoxdur. Tazerasin 2,25 q Təsiredici maddə: 1 flakonda 2000 mq piperasillinə ekvivalent 2084,94 mq natrium, 250 mq tazobaktama ekvivalent 268,3 mq natrium vardır. Köməkçi maddələr: yoxdur.

Təsviri

Şüşə flakonda venadaxili inyeksiya məhlulu hazırlamaq üçün ağ rəngdə steril tozdur. Preparat steril və apirogendir.

Farmakoterapevtik qrupu

Geniş təsir spektrli antibakterial vasitə, beta-laktamaza inhibitoru ilə penisillin kombinasiyası. ATC kodu: J01CR05.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Təsir mexanizmi Piperasillin geniş-təsir spektrli, yarımsintetik penisillin olub, hüceyrə divarı sintezini inhibə etməklə bakterisid təsir göstərir. Tazobaktam ümumilikdə, penisillin və sefalosporinlərə qarşı həsas olan bir çox beta-laktamazaların inhibitorudur, amma AmpC fermenetləri və ya metallo beta-laktamazaları inhibə etmir. Piperasillin ilə monoterapiya zamanı davamlı beta-laktamaza sintez edən bir sıra bakteriyalara qarşı müqavimətdə, tazobaktam onun antibakterial təsirini uzadır. Farmakokinetika/Farmakodinamik əlaqə İnhibəedici qatılığın minimum qiymətinə uyğun gələn vaxt piperasillinin ən yüksək farmakodinamik fəallıq göstərdiyi qiymət hesab edilir. Rezistentliyin (davamlılığın) mexanizmi Piperasillinə/tazobaktama qarşı rezistentliyin iki əsas mexanizmi aşağıdakı kimidir: • Tazobaktam tərəfindən inhibə edilməyən beta-laktamazalar (B, C, D molekulyar səviyyədə beta- laktamazalar) tərəfindən piperasillin komponentlərinin inaktivasiyası. Bundan əlavə, tazobaktam geniş spektrli A molekulyar səviyyəli beta-laktamazalara və D qrup enzimlərinə qarşı qorunma təmin etmir. • Penisillinbirləşdirici zülalların alterasiyası bakteriyaların molekulyar səviyyədə hədəfə alınmasında iştirak edəcək piperasillin quruluşunun oxşarlığında müəyyən fərqlilik nəticələnir. Bunlardan əlavə, bakterial membran keçiriciliyinin alterasiyası, eləcə də müxtəlif efflux pump (Pseudomonas aeruginosa qarşı mikrobəleyhinə dərman vasitələri) dərmanların istifadəsi, bakteriyaların piperasillin/tazobaktama qarşı müqavimətliliyinə səbəb ola və yaxud sürətləndirə bilər (xüsusilə, qrammənfi bakteriyalar). Piperasillin/tazobaktam qarşı həssaslıq baxımından müvafiq qrup növləri Aerob qrammüsbət mikroorqanizmlər Enterococcus faecalis Listeria monocytogenes Staphylococcus aureus, metisillinə həssas £ Staphylococcus species, coagulase negative, metisillinə həssas Streptococcus pyogenes Group B streptococci Aerob qrammənfi mikroorqanizmlər Citrobacter koseri Haemophilus influenza Moraxella catarrhalis Proteus mirabilis Anaerob qrammüsbət mikroorqanizmlər Clostridium növləri Eubacterium növləri Peptostreptococcus növləri Anaerob qrammənfi mikroorqanizmlər Bacteroides fragilis group Fusobacterium növləri Porphyromonas növləri Prevotella növləri QAZANILMIŞ REZİSTENTLİK OLA BİLƏCƏK NÖVLƏR Aerob qrammüsbət mikroorqanizmlər β,+ Enterococcus faecium Streptococcus pneumonia Streptococcus viridans group Aerob qrammənfi mikroorqanizmlər β Acinetobacter baumannii Burkholderia cepacia Citrobacter freundii Enterobacter növləri Escherichia coli Klebsiella pneumonia Morganella morganii Proteus vulgaris Providencia ssp. Pseudomonas aeruginosa Serratia növləri MAHİYYƏT ETIBARI İLƏ DAVAMLI MİKROORQANİZMLƏR Aerob qrammüsbət mikroorqanizmlər Corynebacterium jeikeium Aerob qrammənfi mikroorqanizmlər Legionella növləri +,β Stenotrophomonas maltophilia Digər mikroorqanizmlər Chlamydophilia pneumonia Mycoplasma pneumonia β – təbii intervalda həssaslıq göstərən növlər. + – Avropa Birliyi ölkələrindən bir və ya bir neçə ərazidə/ölkədə/regionda daha yüksək həssaslıq göstərən növlər £ – metisillinə həssas bütün stafilokokklar piperasillin/tazobaktama davamlıdırlar. Farmakokinetik xüsusiyyətləri Sorulması 4 q/0,5 q piperasillin və tazobaktamın venadaxili infuziyası zamanı 30 dəqiqədən sonra maksimal qatılıq müvafiq olaraq, 298 μq/ml və 34 μq/ml olur. Paylanması Piperasillin və tazobaktamın təxminən 30%-i plazma zülalları ilə birləşir. Piperasillin və ya tazobaktamın protein birləşməsi digər birləşmələrin iştirakında təsirsizdir. Tazobaktam metabolitinin protein ilə birləşməsi cuzidir. Piperasillin/tazobaktam bağırsaq mukozası, öd kisəsi, ağciyər, öd yolları və sümük daxil olmaqla bədən toxuması və mayesində geniş paylanılır. Əsas toxuma konsentrasiyasının 50%-dən 100%-ə qədəri plazmada paylanır. Digər penisillinlərdə olduğu kimi, onurğa beyni mayesində paylanması qeyri-iltihabi meningitli şəxslərdə aşağıdır. Biotransformasiyası Piperasillin desetil metaboliti şəklində metabolizm olunur ki, bu da mikrobioloji baxımından az aktiv hesab edilir. Tazobaktamın biotransformasiya zamanı əmələ gələn vahid metaboliti isə mikrobioloji cəhətdən qeyri-fəaldır. Xaric olması Piperasillin və tazobaktam böyrəklərdə qlomerulyar filtrasiya və boru sekresiyası yolu ilə xaric edilir. Piperasillin əsasən, dəyişilməmiş şəkildə – qəbul edilmiş dozanın təxminən 68%-i sidiklə xaric olunur. Tazobaktam və onun metaboliti ilkin olaraq, böyrəklər vasitəsilə, qəbul edilmiş dozanın 80%-i dəyişilməmiş şəkildə və təkrar ifraza məruz qalmış metabolit şəklində eliminasiya olunur. Piperasillin, tazobaktam və desetil piperasillin öd ilə də sekresiya edilir. Sağlam şəxslərdə piperasillin/tazobaktamın ardıcıl olaraq, vahid və yaxud bir neçə dozasının qəbulu onun yarımparçalanma dövrünü 0.7 saatdan 1.2 saata qədər dəyişir və infuziyanın dozası və müddəti təsirsiz olur. Piperasillin və tazobaktamın yarımparçalanma dövrü böyrək klirens azaldıqca artır. Tazobaktam ilə əlaqədar olaraq, piperasillinin farmakokinetikasında əhəmiyyətli dəyişikliklər qeydə alınmamışdır. Piperasillin tazobaktam klirensini az da olsa zəiflədir.

İstifadəsinə göstərişlər

Böyüklərdə və yeniyetmələrdə – Xəstəxanadaxili pnevmoniya və ventilyasiya ilə əlaqəli pnevmoniya daxil olmaqla kəskin pnevmoniyalar zamanı; – Sidik yollarının ağırlaşmış infeksiyaları (pielonefrit daxil olmaqla); – Ağırlaşmış abdominal (qarın boşluğu) infeksiyalar; – Dərinin və yumşaq toxumaların ağırlaşmış infeksiyaları (diabetik ayaq infeksiyası daxil olmaqla). Dərman vasitəsi bakteriemiyalı xəstələrin müalicəsində, yuxarıda göstərilmiş infeksiyalardan hər hansı biri ilə birbaşa əlaqəli və yaxud bunlardan hər hansı birinə şübhə olduqda istifadə edilir. TAZERASİN bakterial infeksiyanın mövcudluğuna şübhə yaradan qızdırmalı neytropenik xəstələrin müalicəsi zamanı da istifadə edilə bilər. 2 yaşdan 12 yaşa qədər uşaqlarda Ağırlaşmış intra-abdominal (qarın boşluğu) infeksiyalar. TAZERASİN bakterial infeksiyanın mövcudluğuna şübhə yaradan qızdırmalı neytropenik xəstələrin müalicəsi zamanı da istifadə edilə bilər. Müvafiq antibakterial agentlərin istifadəsi zamanı aparıcı məlumatlara diqqət verilməlidir.

Əks göstərişlər

Dərman vasitəsinin komponentlərinə, penisillin qrupu antibiotiklərinə qarşı yüksək həssaslıq. Aktiv substansiyası beta-laktam həlqəsi olan digər komponentlərə (məs. sefalosporin, monobaktam və ya karbapenem) qarşı əvvəllər yüksək allergik reaksiyalar müşahidə edilmiş şəxslərdə preparatın istifadəsi əks göstərişdir. Hemodializdə olan pasiyentlərdə, mukovissidoz və hipokaliemiya zamanı istifadə etmək olmaz.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Fərdi şəxslərin müalicəsi zamanı piperasillin/tazobaktamın seçilməsi infeksiyanın ağırlıq dərəcəsi və digər müvafiq antibakterial agentlərlərə qarşı davamlılıq xüsusiyyətlərinə əsaslanaraq, geniş təsir spektrli yarımsintetik penisillinlərin istifadəsinin nə dərəcədə məqsədəuyğunluğu nəzərə alınmalıdır. TAZERASİN ilə müalicəyə başlamamışdan öncə, xəstənin daha əvvəllər penisillinlər, digər beta-laktam agentlərə (məsələn, sefalosporin, monobaktam və ya karbapenem) və digər allergenlərə qarşı yüksək həssaslıq reaksiyası müşahidə edildiyi araşdırılmalıdır. Penisillinlər, piperasillin/tazobaktam ilə müalicə zamanı ciddi və çox nadir hallarda anafilaksiya, anafilaktik şok kimi hallar daxil olmaqla, hiperhəssaslıq reaksiyaları qeydə alınmışdır. Müxtəlif formalı allergenlərə qarşı həssaslıq nümayiş etdirmiş şəxslərdə bu cür reaksiyaların qeydə alınma halı daha çox qiymətləndirilir. Yüksək həssaslıq reaksiyaları müşahidə edilmiş şəxslərdə dərman vasitəsinin qəbulu dayandırılmalı, epinefrin və digər təcili tədbirlər həyata keçirilməlidir. TAZERASİN Stivens-Conson sindromu, toksik epidermal nekroliz, eozinofiliya və ümumi simptomlu dərman reaksiyaları və kəskin yayılmış purtulyoz ekzentema kimi dəri reaksiyaları da inkişaf edə bilər. Əgər xəstədə dəri səpgiləri inkişaf edərsə, onlar daim nəzarət altında olmalı və tələb olunduğu halda, TAZERASİN qəbulu dayandırılmalıdır. Psevdomembranoz kolit kəskin, müvəqqəti diareya şəklində özünü biruzə verə bilər ki, bu da həyati təhlükəli hal kimi qiymətləndirilir. Psevdomembranoz kolitin simptomları antibakterial müalicə zamanı və ya müalicədən az müddət sonra özünü biruzə verir. Belə hallarda, TAZERASİN-in qəbulu dayandırılmalıdır. TAZERASİN ilə müalicə zamanı davamlı mikroorqanizmlər meydana çıxarsa, bu, infeksiyanın ağırlaşmasına səbəb olar. Bəzi xəstələrdə beta-laktam antibiotiklərin qəbulu qanaxma kimi əlamətlərlə təzahür edilir. Bu reaksiyalar bəzi hallarda özünü – laxtalanma vaxtı, trombositlərin aqreqasiyası və protrombin vaxtı kimi koaqulyasiya testində müəyyən qeyri-standard nəticələrin alınması kimi göstərir. Əgər qanaxma müşahidə edilərsə, antibiotik qəbulu dayandırılmalı və müvafiq terapiya aparılmalıdır. Uzunmüddətli terapiya zamanı leykopeniya və neytropeniya müşahidə edilə bilər, buna görə də, hematopoitik funksiyanın dövri olaraq qiymətləndirilməsi həyata keçirilməlidir. Digər penisillinlərlə müalicədə olduğu kimi, xüsusilə, böyrək çatışmazlığı olan xəstələrdə yüksək dozanın qəbulu zamanı qıcolmalar kimi nevroloji şikayətlər meydana çıxa bilər. Kalium çatışmazlığı olan xəstələrdə və ya kalium səviyyəsini aşağı sala bilən dərman vasitələrinin qəbulu zamanı, hipokaliemiyanın inkişafı mümkündür; belə xəstələrdə periodik olaraq, elektrolitlərin qəbulu məqsədəuyğun hesab edilir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər penisillinlərdə olduğu kimi, probenesid və piperasillin/tazobaktam kompleksinin birlikdə istifadəsi piperasillin və tazobaktamın yarımparçalanma dövrünü uzadır və böyrək klirensini aşağı salır; amma buna baxmayaraq, hər iki substansiyanın plazma səviyyəsindəki qatılığı təsirsiz olur. Piperasillin/tazobaktam və vankomisin preparatlarının kompleks şəklində istifadəsi zamanı hər hansı farmakokinetik əlaqə qeyd edilməmişdir. Piperasillinin vekuronium ilə birlikdə istifadə edildikdə vekoroniumun sinir-əzələ blokadaedici xüsusiyyətini daha uzunmüddətli edir. Onların təsir mexanizminin oxşar olması baxımından, piperasillin iştirakı fonunda istənilən qeyri-polyar əzələ relaksantların istifadəsi zamanı sinir-əzələ blokadaedici təsirinin uzanması gözlənilir. Piperasillin metotreksatın ifrazını zəiflədir; ona görə də, substansiyanın toksik təsirini aşağı salmaq üçün xəstələrdə metotreksatın serum səviyyəsinə nəzarət edilməlidir. Dərman vasitəsinin heparin, peroral antikoaqulyantlar və trombositlərin funksiyası daxil olmaqla qanın laxtalanma sisteminə təsir edən digər substansiyalarla birgə qəbulu zamanı daha tez-tez müvafiq laxtalanma testləri aparılmalı və müntəzəm şəkildə nəzarət edilməlidir. Uyuşmazlığı TAZERASİN digər antibiotiklərlə (məsələn, aminoqlikozid qrup antibiotiklər) birlikdə istifadəsi zamanı hər dərman vasitəsi ayrı-ayrılıqda qəbul edilməlidir. In vitro tədqiqatlarda aminoqlikozid qrup antibiotiklərlə beta-laktam nüvəli antibiotiklərin qarışdırılması zamanı aminoqlikozid qrup antibiotiklərin fəallığının əhəmiyyətli dərəcədə azalması qeydə alınmışdır. Uyğunluğu müəyyən edilmədiyinə görə, TAZERASİN şprisdə və ya infuziya flakonlarında digər substansiyalarla qarışdırılmamalıdır. Kimyəvi davamsızlığına görə, TAZERASİN tərkibində yalnız natrium bikarbonat olan məhlullarda istifadə edilməməlidir. TAZERASİN qan preparatları və ya albumin hidrolizatlarına əlavə edilməməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

TAZERASİN-in hamilə qadınlarda istifadəsinə dair kifayət qədər elmi məlumatlar yoxdur. Heyvanlar üzərində aparılmış tədqiqatlar zamanı onun teratogen təsirinə dair hər hansı məlumat əldə olunmamasına baxmayaraq, toksik xüsusiyyətlərin inkişaf etməsi müəyyən edilmişdir. Piperasillin və tazobaktam plasentanı keçir. Ona görə də piperasillin/tazobaktam hamilə qadınlarda, yalnız həyati vacib hallarda, məsələn, ana üçün yaranacaq fayda döl üçün yarana biləcək təhlükədən üstün olduğu hallarda və həkim təyinatı əsasında istifadə edilə bilər. Piperasillin ana südünə aşağı konsentrasiyada da nüfuz edir; tazobaktamın ana südünə nüfuz etməsi ilə bağlı dəqiq məlumatlar yoxdur. Ona görə də laktasiya dövründə olan qadınlara dərman vasitəsi yalnız çox vacib hallarda, məsələn, ana üçün yaranacaq fayda körpə üçün yarana biləcək təhlükədən üstün olduğu hallarda və həkim təyinatı əsasında istifadə edilə bilər. Dölvermə qabiliyyətinə malik olan dovşanlar üzərində aparılmış tədqiqatlar zamanı tazobaktam və ya piperasillin/tazobaktam kombinasiyasının intraperiton (peritondaxili) qəbulundan sonra onların nəsilartırma qabiliyyətinə hər hansı təsir etmədiyi məlum olmuşdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir göstərmir.

İstifadə qaydası və dozası

Venadaxili 3-5 dəqiqə ərzində və ya infuziya şəklində 20-30 dədiqə ərzində yeridilir. Böyüklər və 12 yaşlı və ya yuxarı yeniyetmələr üçün istifadəsi Adi doza: hər 6-8 saatdan bir piperasillin 4 q/0,5 q/tazobaktam venadaxili istifadə olunur. 2-12 yaş arası uşaqlar Qarın infeksiyaları olan uşaqlar üçün adi doza: görə hər 8 saatdan bir 100 mq/12,5 mq/kq bədən kütləsinə piperacillin/tazobaktam venadaxili istifadə olunur. Ağ qan hüceyrələrinin sayı aşağı olan uşaqlar üçün adi doza: hər 6 saatdan bir 80 mq/10mq/kq bədən kütləsi piperasillin/tazobaktam venadaxili istifadə olunur. Uşağın bədən kütləsindən asılı olaraq doza hesablanır, lakin hər bir fərdi doza 4 q/TAZERASİN 0,5 q-dan artıq olmayacaq. İnfeksiya əlaməti (5-14 gün) tamamilə geçənə qədər TAZERASİN istifadə olunur. Böyrək çatışmazlığı Böyrək çatışmazlığı olan və ya hemodializdə olan pasiyentlərdə venadaxili dozanı böyrək funksiyasının pozulmasının səviyyəsindən asılı olaraq korreksiya etmək lazımdır. Aşağıdakı sutkalıq doza tövsiyə edilir. Kreatininin klirensi (ml/dəqiqə) Tazerasin üçün tövsiyə edilən doza >40 Dozanın korreksiyası tələb edilmir 20-40 Məsləhət görülən maksimal doza: hər 8 saatdan bir 4 q/0,5q <20 Məsləhət görülən doza: hər 12 saatdan bir 4 q/0,5 q Hemodializde olan pasiyentlərə 2 q/0,25 q piperasillin/tazobaktamın əlavə bir dozasını yeritmək lazımdır, belə ki, hemodializ 4 saat ərzində piperasillinin 30-50%-ni xaric edir. TAZERASİN üçün uyğun həlledicilər – İnyeksiya üçün 0,9%-li (9 mq / ml) natrium xlorid məhlulu. – İnyeksiya üçün steril su. – Dekstroza 5%.

Əlavə təsirləri

Ən çox rast gəlinən əlavə təsirlər diareyadır (10 xəstədən 1-də müşahidə edilmişdir). Çox ciddi əlavə təsirlər sırasında psevdomembranoz kolitlər və toksik epidermal nekrolizis (10 000 xəstədən 1-dən 10-a qədər müşahidə edilmişdir) qeydə alınmışdır. Hazırda mövcud olan tədqiqatlara əsasən, pansitopeniya, anafilaktik şok və Stivens-Conson sindromunun rastgəlmə tezliyi haqqında dəqiq nəticə söyləmək mümkün deyildir. Aşağıdakı cədvəldə MeDRA tərəfdən təklif edilmiş və orqanlar sisteminə əsasən, əlavə təsirlər qruplaşdırılmışdır. Hər rastgəlmə qrupunda əlavə təsirlər ciddilik dərəcəsinin azalması istiqamətində təqdim edilmişdir. Məlum deyil Çox tez- (mövcud Az hallarda Nadir hallarda Orqanlar tez Tez-tez hallarda məlumatlara əsasən, (≥1/1 000 ˂ (≥1/10 000 ˂ sistemi hallarda (≥1/100 ˂ 1/10) rastgəlmə tezliyi 1/100) 1/1000) (≥1/10) müəyyən edilməmişdir Infeksiyalar Candida infeksiyaları* Qan və limfa Trombositopeniya, Leykopeniya, Aqranulositoz, Pansitopeniya*, sistemi anemiya*, Kumbs protrombinin epistaksiya – neytropeniya, xəstəlikləri testinin birbaşa uzunmüddətli burun qanaxması hemolitik anemiya*, müsbət nəticəsi, təsiri qızartılar, tromboplastinin uzunmüddətli müvəqqəti qanaxma, uzunmüddətli trombositoz*, fəallaşması eozinofiliya* Immun Anafilaktik sistemi reaksiyalar*, xəstəlikləri anafilatik şok*, hiperhəssaslıq* Maddələr Qanda albuminin Hipokaliemiya, mübadiləsi azalması, proteinin qanda pozğunluqları ümumi miqdarının qlükozanın azalması azalması MSS Baş ağrısı, Qıcolma xəstəlikləri yuxusuzluq Damar Hipotenziya, xəstəlikləri tromboflebitlər, flebitlər, isti basma, qançır şəkilli çatlamalar Mədə- Diareya Abdominal ağrı, Psevdomembranoz bağırsaq ürəkbulanma, kolitlər, stomatit sistemi qusma, qəbizlik, xəstəlikləri dispepsiya Hepatobiliar Aspartat Qanda bilirubin Hepatit*, sarılıq, γ- (qaraciyər aminotransferazanın səviyyəsinin qlutamiltransferazanın xəstəlikləri) artması, alanin yüksəlməsi artması aminotransferazanın artması, qanda alkalin fosfatazanın yüksəlməsi Dəri və Səpgi, qaşınma Eritemanın Toksik epidermal Stivens-Conson dərialtı müxtəlif nekrolizis* sindromu*, DRESS* toxuma formaları*, sindromu (drug xəstəlikləri övrə, reaction with makulopapulyar eosinophilia and səpgilər* systemic symptoms) – eozinofiliya və ümumi simptomlu dərman reaksiyaları, AGEP* (acute generalised exanthematous pustulosis) – kəskin yayılmış ekzentema pustulası, dermatit bulyozlar Dayaq- Artralgiya, hərəkət mialgiya sistemi və əlaqəli toxuma xəstəlikləri Sidik- Qanda kreatinin Böyrək çatışmazlığı, cinsiyyət səviyyəsinin tubulointerestitial sistemi yüksəlməsi, qanda nefritlər* (böyrəyin xəstəlikləri sidik cövhərinin hüceyrəarası yüksəlməsi toxumasının iltihabı) Ümumi Pireksiya – Titrəmə xəstəliklər və inyeksiya yerində inyeksiya hərarətin yerində şərait yüksəlməsi, inyeksiya yerində ağrı *Əlavə təsirlər post-marketing tədqiqatlar zamanı müəyyən edilmişdir. Kistik fibroz olan xəstələrdə piperasillin ilə müalicə zamanı qızdırma və səpgilər əlavə təsirlər kimi müəyyən edilmişdir. ƏGƏR HƏR HANSI ARZUOLUNMAZ TƏSİR MÜŞAHİDƏ EDİLƏRSƏ, BU HAQDA HƏKİMİ

Doza həddinin aşılması

Simptomları Piperasillin/tazobaktamın doza həddinin aşılması ilə bağlı post-marketinq tədqiqatlar mövcuddur. Ürəkbulanma, qusma və diareya kimi əlamətlər adi gündəlik dozadan daha yüksək miqdarda istifadə edildiyi zaman qeydə alınmışdır. Venadaxili yeridilmə zamanı doza həddinin aşılması zamanı sinir-əzələ oyanıqlığının artması və ya qıcolmalar qeydə alına bilər (xüsusilə, böyrək çatışmazlığı olan xəstələrdə). Müalicəsi Piperasillin/tazobaktam ilə müalicədə doza həddinin aşılması zamanı dərman vasitəsinin qəbulu dayandırılmalıdır. Xüsusi spesifik antidot müəyyən edilməmişdir. Xəstənin klinik vəziyyətinə uyğun olaraq, simptomatik və dəstəkləyici müalicə aparılmalıdır. Piperasillin və ya tazobaktamın doza həddinin aşılması zamanı qanda qatılığını hemodializ ilə azaltmaq olar.

Buraxılış forması

Venadaxili inyeksiya məhlulu hazırlamaq üçün liofilizəolunmuş toz flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°С-dən yüksək olmayan temperaturda, sərin, quru, orijinal qablaşdırmasında, bağlı şəkildə və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.  Həll edildikdən sonra alınmış infuziya üçün məhlulun fiziki-kimyəvi stabilliyi 25 C temperaturda 24  saat və soyuducuda (2-8 C temperaturda) 48 saat müəyyən edilmişdir.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə edilməməlidir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Menarini Health and Pharmaceuticals İndustry Trade İnc., Turkey. Davutpaşa Cad. No: 12 34010 Topkapı, İstanbul, Turkey.

Qeydiyyat vəsiqəsinin sahibi

Menarini Health and Pharmaceuticals İndustry Trade İnc., Turkey. Maslak Mah. Sümer Sok. No:4 Maslak Office Building Sarıyer/İstanbul, Turkey.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“TAZERACIN 4.5 GR N1 AMPUL” üçün ilk rəyi siz yazın.