LORMOKAST 5 MG\ 10 MG N30 TAB
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Leykotrien reseptorlarının antaqonistləri/antihistamin kombinasiyası |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
10,60 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
LORMOKAST 5 mq/10 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Desloratadine+Montelukast.
Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində 5 mq dezloratadin, 10 mq montelukasta ekvivalent olan 10,4 mq montelukast natrium vardır. Köməkçi maddələr: mannitol Parteck Delta M Emprove, kroskarmelloza natrium, hidroksipropilsellüloza 11 (L-HPC LH 11), kolloidal silisium dioksid (Aerosil 200), mikrokristallik sellüloza PH 102, maqnezium stearat, ikiəsaslı kalsium fosfat dihidrat tozu, mikrokristallik sellüloza PH 200, prejelatinləşdirilmiş qarğıdalı nişastası, L-leysin, talk. Örtük: çəhrayı opadri OY 34948 (HPMC 2910/Hipromelloza 5 cP, titan dioksid (E171), makroqol/PEG 400, qırmızı dəmir oksidi (E172)).
Təsviri
Çəhrayı rəngli, oval, ikitərəfli qabarıq, bir üzü çərtikli, örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Leykotrien reseptorlarının antaqonistləri/antihistamin kombinasiyası. ATC kodu: R03DC53.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Montelukast Təsir mexanizmi Sisteinil leykotrienlər (LTC LTD LTE ) tosqun hüceyrələr və eozinofillər daxil olmaqla, müxtəlif4, 4, 4 hüceyrələrdən azad olunan güclü iltihabi eykozanoidlərdir. Bu vacib proastmatik mediatorlar tənəffüs yollarında yerləşən sisteinil leykotrien (CysLT) reseptorları ilə birləşir. CysLT tip-1 reseptorları tənəffüs yollarında (tənəffüs yollarının saya əzələləri və makrofaqlar daxil olmaqla) və digər iltihabi hüceyrələrdə (eozinofil və müəyyən mieloid hüceyrələr daxil olmaqla) yerləşir. Sisteinil leykotrienlər astmanın patofiziologiyası və allergik rinitlə əlaqələndirilir. Astma zamanı leykotrienlərin təsiri ilə yaranan effektlərə bronxokonstriksiya, tənəffüs yollarının selikli qişasında artıq miqdarda seliyin ifraz olunması, damarların keçiriciliyinin artması və eozinofiliya daxildir. Allergik rinit zamanı sisteinil leykotrienlər allergenin təsirindən sonra reaksiyanın erkən və gec fazaları ərzində burnun selikli qişasında ifraz olunur, həmçinin allergik rinitin simptomları ilə assosiasiya olunur. Sisteinil leykotrienlər ilə aparılan intranazal sınaqlar zamanı burun tənəffüs yollarının rezistentliyinin və burun tutulma simptomlarının artması qeyd edilmişdir. Farmakodinamik təsirlər Montelukast peroral qəbul olunan aktiv maddə olub, yüksək affinlik və selektivliklə CysLT -1 reseptorları ilə birləşir. Klinik tədqiqatlarda montelukast 5 mq kimi aşağı dozada LTD ilə inhalyasiya4 nəticəsində yaranan bronxokonstriksiyanı inhibə edir. Bronxodilatasiya preparatın peroral qəbulundan sonra 2 saat ərzində baş verir. β-aqonistlərlə bronxodilatasiya montelukastın effektinə əlavə olunmuşdur. Montelukastla müalicə antigenlə stimulyasiya nəticəsində bronxokonstriksiyanın həm gec, həm də erkən fazalarını inhibə edir. Plasebo ilə müqayisədə montelukast böyüklərdə və uşaqlarda periferik qanda eozinofillərin səviyyəsini azaldır. Ayrı tədqiqatda montelukastla müalicə tənəffüs yollarında və periferik qanda eozinofillərin sayını əhəmiyyətli dərəcədə azaldaraq (bəlğəm analizi üzrə müəyyən edilib), astma üzərində klinik nəzarəti yaxşılaşdırıb. Dezloratadin Təsir mexanizmi Dezloratadin qeyri-sedativ, uzunmüddətli təsirə malik, periferik H -histamin reseptorlarının selektiv1 blokatorudur. Peroral qəbuldan sonra mərkəzi sinir sisteminə daxil olmadığından periferik H -histamin1 reseptorlarını selektiv olaraq blokadaya alır. Dezloratadin in vitro tədqiqatlar zamanı antiallergik xüsusiyyətlər nümayiş etdirmişdir. Bura insan orqanizminin tosqun hüceyrələrindən və bazofillərdən İL-4, İL-6, İL-8 və İL-13 kimi iltihab sitokinlərinin və endotel hüceyrələrində adheziya molekulu P-selektinin azad olmasının inhibə edilməsi daxildir. Bu tədqiqatların klinik əhəmiyyəti təsdiq edilmişdir. Farmakokinetikası Montelukast Sorulması Montelukast daxilə qəbuldan sonra tez sorulur. Böyüklərdə 10 mq-lıq örtüklü tabletlərin acqarına qəbulundan 3 saat sonra (T ) plazmada preparatın maksimal konsentrasiyası (C ) qeyd olunur.max max Peroral istifadə zamanı biomənimsənilməsi 64%-dir. Adi qidanın qəbulu peroral istifadə zamanı biomənimsənilməsinə və C göstəricisinə təsir etmir. 10 mq-lıq örtüklü tabletlərin təhlükəsizliyi vəmax effektivliyi qida qəbulunun vaxtından asılı olmadığı klinik tədqiqatlarda nümayiş olunub. 5 mq çeynəlinən tablet üçün C böyüklərdə acqarına qəbul edildikdən 2 saat sonra əldə edilir.max Paylanması Montelukast plazma zülalları ilə 99% birləşir. Stabil tarazlıq vəziyyətində montelukastın paylanma həcmi orta hesabla 8-11 litrdir. Radioaktiv nişanlı montelukastın istifadəsi ilə siçovullar üzərində keçirilən tədqiqatlar hematoensefalik baryerdən keçdikdə minimal paylandığını göstərir. Bundan əlavə, dozanın qəbulundan sonra radioaktiv nişanlı maddənin konsentrasiyası 24 saatdan sonra digər toxumalarda minimal olub. Biotransformasiyası Montelukast aktiv şəkildə metabolizm olunur. Müalicəvi dozaların istifadəsinə dair tədqiqatlarda montelukastın metabolitlərinin qan plazmasında konsentrasiyası böyüklərdə və uşaqlarda stabil tarazlıq vəziyyətində aşkar olunmur. Sitoxrom P 2C8 montelukastın metabolizmində əsas fermentdir. Əlavə olaraq CYP3A4 və 2C9-un450 yüngül təsiri ola bilər, lakin CYP3A4 inhibitoru itrakonazol sağlam insanlarda montelukastın gündə bir dəfə 10 mq qəbulu zamanı farmakokinetikasına təsir göstərməmişdir. İnsanın qaraciyər mikrosomları üzərində in vitro tədqiqatlara əsaslanaraq, montelukastın qan plazmasında terapevtik konsentrasiyaları P 3A4, 2A6, 2C9, 1A2, 2C19 və 2D6 sitoxromlarını inhibə etmir. Montelukastın450 müalicəvi effektində metabolitlərin rolu minimaldır. Eliminasiyası Sağlam yetkin insanlarda montelukastın plazma klirensi orta hesabla 45 ml/dəq təşkil edir. Radioaktiv nişanlı montelukastın peroral qəbulundan sonra 86%-i 5 gün ərzində nəcislə və <0,2%-i sidiklə xaric olunur. Montelukastın peroral istifadəsindən sonra biomənimsənilməsi ilə birlikdə nəzərə alınaraq, bu, montelukast və onun metabolitlərinin demək olar ki, tam ödlə xaric olunmasını göstərir. Dezloratadin Sorulması Böyüklərdə və yeniyetmələrdə dezloratadinin plazma konsentrasiyası qəbuldan sonrakı 30 dəqiqə ərzində təyin edilə biləcək səviyyəyə gəlir. Dezloratadin yaxşı sorulur, maksimum plazma konsentrasiyası təqribən 3 saat sonra əldə edilir, yarımxaricolmanın terminal fazası 27 saatdır. Dezloratadinin kumulyasiya dərəcəsi yarımxaricolma vaxtına (təqribən 27 saat) və təkrar dozalanma tezliyinə müvafiqdir. Biomənimsənilməsi 5-20 mq doza diapazonuna mütənasibdir. Xəstələrin demoqrafik xüsusiyyətləri ümumi mövsumi allergik rinit populyasiyası ilə uyğun olan farmakokinetik tədqiqatda, xəstələrin 4%-də dezloratadinin yüksək konsentrasiyası yaranmışdır. Bu faiz etnik mənsubiyyətindən asılı olaraq dəyişə bilər. Dezloratadinin maksimal konsentrasiyası təqribən 7 saatda əldə edilmiş və 3 dəfə yüksək olmuş, yarımxaricolmanın terminal fazası isə təqribən 89 saat olmuşdur. Təhlükəsizlik profili ümumi əhalidən fərqli deyil. Paylanması Plazma zülalları ilə orta dərəcədə birləşir (83-87%). 14 gün ərzində gündə bir dəfə 5-20 mq doza təyin etdikdə, klinik əhəmiyyətli kumulyasiya halı müşahidə edilməmişdir. Biotransformasiyası Dezloratadinin metabolizmini həyata keçirən ferment hələ müəyyən edilmədiyindən, digər dərman maddələri ilə qarşılıqlı təsiri istisna edilməməlidir. In vivo tədqiqatlar zamanı CYP3A4 fermentini, in vitro tədqiqatlar zamanı isə CYP2D6-nı blokada etmədiyi müşahidə edilmişdir, eyni zamanda, P- qlikoprotein substratı və ya blokatoru deyildir. Eliminasiyası Birdəfəlik doza tədqiqatı zamanı dezloratadin 7,5 mq dozada təyin edildikdə qida qəbulu (yağlı və yüksək kalorili səhər yeməkləri) dezloratadinin paylanmasına təsir etməmişdir. Başqa bir tədqiqatda isə qreypfrut şirəsi dezloratadinin paylanmasına təsir etməmişdir. Böyrək çatışmazlığı olan xəstələr Xronik böyrək çatışmazlığı (XBÇ) olan xəstələrdə dezloratadinin farmakokinetikası sağlam şəxslər ilə birdəfəlik və təkrarlanan dozalar ilə aparılmış tədqiqatda müqayisə olunmuşdur. Birdəfəlik doza ilə aparılmış tədqiqatda, dezloratadinin konsentrasiyası yüngül-orta və ağır dərəcəli xronik böyrək çatışmazlığı olan xəstələrdə təxminən sağlam şəxslərdən müvafiq olaraq 2 və 2,5 dəfə artıq olmuşdur. Təkrarlanan doza ilə aparılmış tədqiqatda, tarazlıq vəziyyətinə 11-ci gündən sonra nail olunmuşdur və sağlam şəxslərlə müqayisədə dezloratadinin konsentrasiyası yüngül və orta dərəcəli xronik böyrək çatışmazlığı (XBÇ) olan xəstələrdə ~1,5 dəfə və ağır dərəcəli xronik böyrək çatışmazlığı (XBÇ) olan xəstələrdə isə ~2,5 dəfə artıq olmuşdur. Hər iki tədqiqatda dezloratadin və 3-hidroksidezloratadinin təsirində (AUC və C ) dəyişiklər klinik cəhətdən əhəmiyyət kəsb etməmişdir.max
İstifadəsinə göstərişlər
Böyüklərdə və 15 yaş və yuxarı yeniyetmələrlə yanaşı astma olan və ya olmayan allergik rinitlə əlaqəli simptomların müalicəsi və aradan qaldırılması üçün göstərişdir.
Əks göstərişlər
Təsiredici maddələrə və ya tərkibindəki hər hansı bir köməkçi maddəyə qarşı yüksək həssaslığı olan xəstələrə əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Montelukast Xəstələr bilməlidir ki, peroral qəbul edildikdə montelukast astmanın kəskin tutmalarının müalicəsi üçün istifadə olunmur və bu məqsədlə onların yanında həmişə istifadə etdikləri təcili yardım üçün müvafiq preparat olmalıdır. Kəskin tutmalarda qısamüddətli təsiri olan inhalyasion β-aqonistlər istifadə etmək lazımdır. Əgər xəstələrdə qısamüddətli təsiri olan β-aqonistlərin daha yüksək dozasına ehtiyac varsa, onlar mümkün qədər tez bir vaxtda həkimləri ilə məsləhətləşməlidir. Montelukast inhalyasion və ya peroral kortikosteroidləri əvəz etmir. Montelukastla eyni zamanda peroral kortikosteroidlərin qəbulu, dozaların azaldılmasını təsdiq etmir. Montelukast daxil olmaqla, astma əleyhinə preparatlarla müalicə qəbul edən xəstələrdə nadir hallarda sistem eozinofiliya, bəzən Çarq-Strauss sindromuna uyğun vaskulitin klinik əlamətləri müşahidə oluna bilər. Bu vəziyyət tez-tez sistem kortikosteroidlərlə müalicə olunur. Belə hallar adətən, lakin hər zaman deyil, peroral kortikosteroidlərin azalması və ya dayandırılması ilə əlaqədardır. Leykotrien reseptorlarının antaqonistləri ilə səbəb-nəticə əlaqəsi müəyyən edilməsə də, həkimlər öz xəstələrində eozinofiliyanın, vaskulyar səpgilərin, ağciyər simptomlarının kəskinləşməsinin, kardioloji ağırlaşmaların və/və ya neyropatiyanın əmələ gəlməsini nəzərə almalıdır. Bu simptomlar xəstələrdə əmələ gələrsə, onların təkrar müayinəsi aparılmalı və müalicə sxemi yenidən qiymətləndirilməlidir. Montelukastla müalicə aspirinə həssas xəstələrdə aspirin yaxud digər qeyri-steroid iltihab əleyhinə vasitələrin (QSİƏV) qəbulunda heç bir dəyişiklik yaratmır. Montelukast qəbul edən böyüklərdə, yeniyetmələrdə və uşaqlarda neyropsixiatrik hallar müşahidə olunmuşdur. Xəstələr və həkimlər neyropsixiatrik hallara qarşı diqqətli olmalıdırlar. Xəstələr və/və ya baxıcılar, bu dəyişikliklər baş verərsə, həkimlərini xəbərdar etməlidirlər. Montelukast təyin edən həkimlər, belə hadisələr baş verərsə, montelukastla müalicənin davam etdirilməsinin risklərini və faydalarını diqqətlə qiymətləndirməlidirlər. Dezloratadin Ağır böyrək çatışmazlığı vəziyyətində dezloratadin ehtiyatla istifadə olunmalıdır. Dezloratadin, tibbi və ya ailə anamnezində tutması olan xəstələrdə və əsasən gənc uşaqlarda, ehtiyatla tətbiq olunmalıdır ki, onlar yeni tutmalara daha meyilli olurlar. Tibbi xidmət göstərənlər, müalicə zamanı tutma keçirən xəstələrdə dezloratadinin verilməsini dayandırmağı düşünə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Montelukast Montelukast digər müalicə üsulları ilə birgə xronik astmanın müalicəsi və profilaktikası üçün rutin olaraq təyin oluna bilər. Digər dərman preparatları ilə qarşılıqlı təsirlərin tədqiqatları zamanı montelukastın tövsiyə edilən klinik dozası aşağıdakı dərman maddələrinin farmakokinetikasına əhəmiyyətli dərəcədə klinik təsir göstərməyib: teofillin, prednizolon, prednizon, peroral kontraseptivlər (etinil estradiol/noretindron 35/1), terfenadin, diqoksin və varfarin. Eyni zamanda fenobarbital qəbul etmiş xəstələrdə montelukastın plazmada konsentrasiya-zaman əyrisi altındakı sahəsi (AUC) təxminən 40% azalıb. Nəzərə alaraq ki, montelukast CYP3A4, 2C8 və 2C9 vasitəsilə metabolizm olunur, montelukast, xüsusən uşaqlarda, fenitoin, fenobarbital və rifampisin kimi CYP3A4, 2C8 və 2C9 induktorları ilə birlikdə ehtiyatla təyin edilməlidir. In vitro tədqiqatlar göstərmişdir ki, montelukast CYP2C8 və minimal dərəcədə 2C9 və 3A4 substratıdır. Dərman preparatları ilə qarşılıqlı təsir tədqiqatlarında montelukast və gemfibrozil (CYP2C8 və 2C9 inhibitorları) montelukastın sistem təsirini 4,4 dəfə artırmışdır. Gemfibrozil yaxud digər CYP2C8-in güclü inhibitorları ilə birgə təyini zamanı montelukastın dozasının tənzimlənməsinə ehtiyac yoxdur, lakin həkim əlavə təsirlərin arta biləcəyindən xəbərdar olmalıdır. In vitro məlumatlara əsaslanaraq, montelukastın CYP2C8-in daha zəif inhibitorları (trimetoprim) ilə klinik əhəmiyyətli dərəcədə qarşılıqlı təsiri gözlənilmir. Montelukastın CYP3A4-ün güclü inhibitoru itrakonazolla birgə təyini, montelukastın sistem ekspozisiyasının əhəmiyyətli dərəcədə artması ilə nəticələnməmişdir. Dezloratadin Klinik tədqiqatlar zamanı dezloratadin tabletini eritromisin və ya ketokonazol ilə birlikdə təyin etdikdə klinik əhəmiyyətli qarşılıqlı təsir müşahidə edilməmişdir. Klinik farmakoloji tədqiqat zamanı dezloratadin tableti alkoqolla birlikdə təyin edildikdə, alkoqolun zərərli (tormozlayıcı) təsirlərini gücləndirməmişdir. Lakin postmarketinq istifadə zamanı alkoqola dözümsüzlük və intoksikasiya halları qeyd olunmuşdur. Buna görə də, alkoqolla birlikdə qəbul etdikdə ehtiyatlı olmaq məsləhətdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Montelukast Hamiləlik Heyvanlar üzərində aparılmış tədqiqatlar hamiləliyə və ya dölə zərərli təsirləri göstərməyib. Hamilə qadınlarda montelukast istifadəsi ilə ciddi doğuş qüsurlarını qiymətləndirən dərc edilmiş prospektiv və retrospektiv kohort tədqiqatlardan əldə edilmiş mövcud məlumatlar dərmanla əlaqəli bir risk göstərməmişdir. Montelukast hamiləlik dövründə yalnız aydın şəkildə vacib hesab edildiyi hallarda istifadə edilə bilər. Laktasiya Siçovullar üzərində aparılmış tədqiqatlar göstərmişdir ki, montelukast ana südünə keçir. Montelukastın/metabolitlərin insanlarda ana südünə keçməsi məlum deyil. Montelukast laktasiya dövründə yalnız aydın şəkildə vacib hesab edildiyi hallarda istifadə edilə bilər. Dezloratadin Hamiləlik Hamilə qadınlarda istifadəsi ilə bağlı geniş məlumat (1000-dən çox hamiləlik nəticəsi) dezloratadinin malformativ və ya feto/neonatal toksikliyini göstərmir. Heyvan tədqiqatları reproduktiv toksikliklə əlaqəli birbaşa və ya dolayı zərərli təsirləri göstərmir. Ehtiyat tədbiri olaraq, hamiləlik dövründə dezloratadinin istifadəsindən çəkinmək tövsiyə olunur. Laktasiya Müalicə olunan qadınların ana südü ilə qidalandırılan yenidoğulmuş və körpələrinə dezloratadin təyin olunmuşdur. Dezloratadinin yenidoğulmuşlara və körpələrə təsiri məlum deyil. Ana südü ilə qidalandırmanın və dezloratadin ilə müalicənin dayandırılması ilə bağlı müalicədən imtina olunması haqqında qərar, körpəyə ana südünün və ya anaya müalicənin faydası nəzərdən keçirilərək qərar verilməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Montelukast Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir və ya cüzi təsir göstərir. Lakin, fərdi olaraq başgicəllənmə və yuxululuq barədə məlumatlar verilmişdir. Dezloratadin Klinik tədqiqatlara əsasən, dezloratadin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir və ya cüzi təsir göstərir. Xəstələrə məlumat verilməlidir ki, insanların əksəriyyətində yuxululuq müşahidə olunmur. Buna baxmayaraq, nəzərə alsaq ki, bütün dərman vasitələrinə qarşı fərdi, fərqli cavab müşahidə olunur, xəstənin dərman vasitəsinə qarşı fərdi cavabı təyin olunana qədər nəqliyyat vasitələrini idarə etməsi və ya digər potensial təhlükəli mexanizmlərin istifadəsi tövsiyə olunmur.
İstifadə qaydası və dozası
Dozalanma Astma və ya astma ilə yanaşı gedən mövsümi allergik rinitli böyüklərdə və 15 yaş və yuxarı yeniyetmələrdə gündə 1 tablet (5 mq dezloratadin/10 mq montelukast) axşam təyin olunur. Rejimə uyğun olaraq ayrı-ayrı tabletlər şəklində dezloratadin və montelukast qəbul edən xəstələr eyni dozada komponentləri olan Lormokast -a keçə bilərlər. Fasiləli (intermittəedici) allergik rinit (simptomların mövcudluğu həftədə 4 gündən az və ya 4 həftədən az olduqda) xəstəlik anamnezi dəyərləndirilməsinə uyğun olaraq müalicə olunmalı, simptomlar keçdikdən sonra müalicəsi dayandırılmalı, yenidən simptomlar əmələ gəldikdə davam etdirilməlidir. Davamlı (persistəedici) allergik rinitin (simptomların həftədə 4 gün və ya daha artıq olması və 4 həftədən artıq olması) allergenin təsiri olan dövrdə müalicə olunması məsləhət görülür. Qəbul qaydası Daxilə qəbul olunur.
Əlavə təsirləri
Əlavə təsirlər orqan sistemlərinə və rastgəlmə tezliyinə uyğun olaraq göstərilmişdir. Əlavə təsirlərin rastgəlmə tezliyi aşağıdakı kimi təsnif edilmişdir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100-dən < 1/10-a qədər); bəzən (≥ 1/1000-dən < 1/100-ə qədər); nadir (≥ 1/10000-dən < 1/1000-ə qədər); çox nadir (< 1/10000) və məlum deyil (mövcud olan məlumatlar əsasında qiymətləndirmək mümkün deyil. Montelukast İnfeksiyalar və invaziyalar Çox tez-tez: yuxarı tənəffüs yollarının infeksiyası. Qan və limfa sistemində pozulmalar Nadir: qanaxmaya meyilliliyin yüksəlməsi. Çox nadir: trombositopeniya. İmmun sistemində pozulmalar Bəzən: anafilaksiya daxil olmaqla yüksək həssaslıq reaksiyaları. Çox nadir: qaraciyərin eozinofil infiltrasiyası. Psixi pozulmalar Bəzən: kabuslar daxil olmaqla yuxu pozulmaları, yuxusuzluq, somnambulizm, həyəcan, aqressiv davranış və ya düşmənçilik daxil olmaqla oyanıqlıq, depressiya, psixomotor hiperaktivlik (qıcıqlanma, narahatlıq, tremor daxil olmaqla). Nadir: diqqətin pozulması, yaddaşın pozulması, tik. Çox nadir: hallüsinasiya, dezorientasiya, suisidal fikirlər və davranış (intihar), obsessiv-kompulsiv simptomlar, disfemiya. Sinir sistemində pozulmalar Bəzən: başgicəllənmə, yuxululuq, paresteziya və ya hipoesteziya, qıcolma tutması. Ürək tərəfindən pozulmalar Nadir: palpitasiya. Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarında pozulmalar Bəzən: burun qanaxması. Çox nadir: Çarq-Strauss sindromu. Mədə-bağırsaq yolunda pozulmalar Tez-tez: diareya, ürəkbulanma, qusma. Bəzən: ağızda quruluq, dispepsiya. Hepatobiliar pozulmalar Tez-tez: zərdab transaminazlarının (ALT, AST) yüksəlməsi. Çox nadir: hepatit (xolestatik, hepatosellülar və qarışıq qaraciyər zədələnməsi daxil olmaqla). Dəridə və dərialtı toxumada pozulmalar Tez-tez: səpgi. Bəzən: göyərmə, övrə, qaşınma. Nadir: angioödem. Çox nadir: düyünlü eritema, multiformalı eritema. Sümük-əzələ sistemində və birləşdirici toxumada pozulmalar Bəzən: artralgiya, əzələ spazmları daxil olmaqla mialgiya. Böyrəklər və sidikçıxarıcı orqanlarda pozulmalar Bəzən: uşaqlarda enurez. Ümumi pozulmalar və yeridilmə yerində reaksiyalar Tez-tez: pireksiya. Bəzən: asteniya/yorğunluq, halsızlıq, ödem. Dezloratadin Metabolizm və qidalanmada pozulmalar Məlum deyil: iştahanın artması. Psixi pozulmalar Çox nadir: hallüsinasiya. Məlum deyil: anormal davranış, aqressiya. Sinir sistemində pozulmalar Tez-tez: baş ağrısı Çox nadir: başgicəllənmə, yuxululuq, yuxusuzluq, psixomotor hiperaktivlik, qıcolma tutmaları. Ürək tərəfindən pozulmalar Çox nadir: tахikardiya, ürəkdöyünmə. Məlum deyil: QT intervalının uzanması. Mədə-bağırsaq yolunda pozulmalar Tez-tez: ağızda quruluq. Çox nadir: qarın nahiyəsində ağrı, ürəkbulanma, qusma, dispepsiya, ishal. Hepatobiliar pozulmalar Çox nadir: qaraciyər fermentləri səviyyəsinin artması, bilirubin səviyyəsinin artması, hepatit. Məlum deyil: sarılıq. Dəri və dərialtı toxumada pozulmalar Məlum deyil: işığa həssaslıq. Sümük-əzələ sistemində və birləşdirici toxumada pozulmalar Çox nadir: mialgiya. Ümumi pozulmalar və yeridilmə yerində reaksiyalar Tez-tez: yorğunluq. Çox nadir: allergik reaksiyalar (anafilaksiya, angioödem, dispnoe, qaşınma, səpgi, övrə). Məlum deyil: asteniya. Müayinələr: Məlum deyil: bədən çəkisinin artması. DƏRMAN QƏBULU ZAMANI GÖZLƏNİLMƏZ ƏLAVƏ TƏSİRLƏR YARANDIQDA HƏKİMİNİZƏ MÜRACİƏT EDİN!
Doza həddinin aşılması
Montelukast Simptomlar Simptomlar tez-tez baş verən əlavə təsirlərə uyğun olaraq qarında ağrı, yuxululuq, susuzluq, baş ağrısı, qusma və psixomotor hiperaktivlik olmuşdur. Müalicə Montelukastın doza həddinin aşılmasının müalicəsinə dair xüsusi məlumat yoxdur. Hemodializ və ya peritoneal dializ zamanı montelukastın orqanizmdən xaric olub-olmaması məlum deyil. Dezloratadin Simptomlar Çoxsaylı dozaların istifadəsi ilə keçirilmiş klinik tədqiqat zamanı dezloratadin 45 mq dozada (terapevtik dozadan 9 dəfə artıq) təyin edildikdə klinik əhəmiyyətli effektlər müşahidə edilməmişdir. Müalicə Doza həddinin aşılması zamanı aktiv substansiyanın sorulmayan hissəsi orqanizmdən kənarlaşdırılır. Simptomatik və dəstəkləyici müalicə təyin edilməsi məsləhətdir. Dezloratadin hemodializ vasitəsilə eliminasiya edilmir; peritoneal dializ vasitəsilə eliminasiya edilməsi haqqında məlumat yoxdur.
Buraxılış forması
5 mq/10 mq örtüklü tabletlər. 10 tablet, blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Sancaklar 81100 Düzce/Türkiye.
Qeydiyyat vəsiqəsinin sahibi
Ümraniye 34768 İstanbul/Türkiye.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.