LATREN 200 ML
| Dərman forması | İnfüziya məhlulu |
|---|---|
| Farmakoloji təsir | Periferik vazodilatatorlar. Purin törəmələri |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,60 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
LATREN infuziya üçün məhlul
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,5 mq pentoksifillin vardır. Köməkçi maddələr: natrium xlorid, kalium xlorid, kalsium xlorid dihidrat, natrium laktat, inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz və ya zəif-sarımtıl rəngli mayedir.
Farmakoterapevtik qrupu
Periferik vazodilatatorlar. Purin törəmələri. ATC kodu: C04A D03.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Pentoksifillin metilksantin törəməsidir. Pentoksifillinin təsir mexanizmini fosfodiesteraza fermentinin tormozlanması və damarların saya əzələlərinin hüceyrələrində, qan hüceyrələrində və həmçinin, digər toxuma və orqanlarda 3,5-AMF-in toplanması ilə əlaqələndirirlər. Pentoksifillin trombositlərin və eritrositlərin aqreqasiyasını tormozlayır, onların elastikliyini yüksəldir, qan plazmasında fibrinogenin yüksəlmiş konsentrasiyasını aşağı salır və fibrinolizi gücləndirir ki, bu da qanın qatılığını aşağı salır və onun reoloji xüsusiyyətlərini yaxşılaşdırır. Bundan əlavə, pentoksifillin zəif miotrop damargenişləndirici təsir göstərir, ümumi periferik damar müqavimətini bir qədər aşağı salır və müsbət inotrop effekt göstərir. Pentoksifillinin istifadəsi nəticəsində əsasən – ətraflarda, mərkəzi sinir sistemində (MSS-də), bir qədər mülayim dərəcədə – böyrəklərdə mikrosirkulyasiya və toxumaların qanla təchizatı yaxşılaşır. Preparat əhəmiyyət kəsb etməyən dərəcədə koronar damarları genişləndirir. Farmakokinetikası Preparatın əsas farmakoloji cəhətdən aktiv metaboliti 1-(5-hidroksiheksil)-3,7-dimetilksantinin (metabolit I), qan plazmasında dəyişilməmiş maddənin konsentrasiyasından 2 dəfə yüksək olan konsentrasiyada müəyyən edilir və onunla əks biokimyəvi tarazlıq vəziyyətindədir. Bununla əlaqəli, pentoksifillin və onun metaboliti aktiv vahid kimi nəzərə almaq lazımdır. Pentoksifillinin yarımxaricolma dövrü 1,6 saat təşkil edir. Pentoksifillin metabolizmə tam məruz qalır, preparatın 90 %-dən çoxu böyrəklər vasitəsi ilə konyuqasiyaya məruz qalmamış suda həll olunan polyar metabolitlər şəklində orqanizmdən xaric olunur. Yeridilən dozanın 4 %-dən azı nəcislə xaric olunur. Böyrək funksiyalarının ağır dərəcəli pozğunluğu müşahidə olunan pasiyentlərdə metabolitlərin ekskresiyası ləngiyir. Qaraciyər funksiyalarının pozğunluğundan əziyyət çəkən pasiyentlərdə pentoksifillinin yarımxaricolma dövrünün uzanması qeyd olunmuşdur.
İstifadəsinə göstərişlər
İşemik serebral insult; aterosklerotik və ya diabetik mənşəli periferik arteriyaların okklyuzion xəstəliyi (fasiləli axsama, diabetik angiopatiya), iltihab nəticəsində periferik qan dövranı pozğunluqları; venaların zədələnməsi və ya mikrosirkulyasiyanın pozulması (posttromboflebitik sindrom, trofik xoralar, qanqrena, donvurma) ilə əlaqəli toxumalarda trofik pozğunluqlar; obliterasiyaedici endarteriit; angioneyropatiyalar (Reyno xəstəliyi); gözdə müşahidə olunan qan dövranı pozğunluqları (gözün torlu və damar qişalarında kəskin, yarımkəskin, xroniki qan dövranı çatışmazlığı); eşitmə qabiliyyətinin aşağı düşməsi ilə müşayiət olunan, daxili qulaq funksiyalarının damar mənşəli pozğunluqları.
Əks göstərişlər
Aşağıdakı hallarda Latren preparatının istifadəsi əks göstərişdir: – pentoksifillinə, digər metilksantinlərə və ya Latren preparatının tərkibində olan hər hansı köməkçi maddəyə qarşı yüksək həssaslıq müşahidə olunan pasiyentlərdə; – şiddətli qanaxama müşahidə olunan pasiyentlərə (qanaxmanın güclənməsi riski); – gözün torlu qişasında geniş qanaxma müşahidə olunan pasiyentlərdə, beyin qanaxması baş verdikdə (qanaxmanın güclənməsi riski). Pentoksifillinlə müalicə müddətində gözün torlu qişasına qansızma baş verdikdə, dərman preparatının istifadəsini dərhal dayandırmaq lazımdır; – miokard infarktının kəskin dövründə, ağır aritmiya; – mədə xorasından və/və ya bağırsaq xoralarından əziyyət çəkən pasiyentlərdə; – hemorragik diatezdən əziyyət çəkən pasiyentlərdə.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Anafilaktik/anafilaktoid reaksiyanın inkişaf etməsinin ilk əlamətləri müşahidə olunduqda, infuziya üçün Latren preparatının istifadəsini dərhal dayandırmaq və həkimə müraciət etmək lazımdır. Xroniki ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə Latren preparatını istifadə etdikdə, əvvəlcədən qan dövranının kompensasiya mərhələsinə nail olmaq lazımdır. İnsulinlə və ya peroral antidiabetik preparatlarla müalicə qəbul edən şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə Latren preparatını yüksək dozalarda istifadə etdikdə, həmin preparatların qanda şəkərin miqdarına təsiri güclənə bilər (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Belə hallarda insulinin və ya peroral antidiabetik preparatların dozalarını aşağı salmaq və pasiyentlərə xüsusi diqqətlə nəzarət etmək lazımdır. Sistem qırmızı qurdeşənəyindən (SQQ) və ya digər birləşdirici toxuma xəstəliklərindən əziyyət çəkən pasiyentlərə pentoksifillini yalnız, mümkün riskləri və faydaları hərtərəfli qiymətləndirdikdən sonra təyin etmək olar. Pentoksifillinlə aparılan müalicə müddətində aplastik anemiyanın inkişaf etməsi riskini nəzərə alaraq, qanın ümumi analizinə müntəzəm nəzarət etmək vacibdir. Böyrək çatışmazlığından (kreatinin klirensi 30 ml/dəqiqədən aşağı) və ya ağır dərəcəli qaraciyər disfunksiyasından əziyyət çəkən pasiyentlərdə pentoksifillinin orqanizmdən xaricolması ləngiyə bilər. Müvafiq monitorinqin aparılması tələb olunur. Aşağıda göstərilən pasiyent kateqoriyalarına xüsusi diqqətlə nəzarət etmək lazımdır: – ağır dərəcəli ürək aritmiyalarından əziyyət çəkən pasiyentlərə; – arterial hipotenziyadan əziyyət çəkən pasiyentlərə; – xüsusilə arterial hipertenziya və ürək ritminin pozulması ilə müşayiət olunan, serebral və koronar damarların şiddətli aterosklerozu müşahidə olunan pasiyentlərə. Bu kateqoriyadan olan pasiyentlərdə preparatdan istifadə etdikdə, stenokardiya tutmaları, aritmiyalar və arterial hipertenziya meydana çıxa bilər; – böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərə (kreatinin klirensi 30 ml/dəqiqədən aşağı); – ağır dərəcəli qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərə; – antikoaqulyantlarla aparılan müalicə və ya qan laxtalanmasının pozulması ilə əlaqəli, qanaxmaların baş verməsinə yüksək meyllilik müşahidə olunan pasiyentlərə. Qanaxmalara dair məlumat “Əks göstərişlər” bölməsində göstərilmişdir; – az müddət əvvəl operativ müdaxiləyə məruz qalmış pasiyentlərə (qanaxmaların baş verməsinin yüksək riski, bununla əlaqəli hemoqlobin səviyyəsinə və hematokritə sistematik nəzarətin aparılması tələb olunur); – arterial təzyiqin aşağı düşməsi yüksək riskə səbəb olan pasiyentlərə (məsələn, ağır dərəcəli ürəyin işemik xəstəliyindən və ya beyini qanla təchiz edən damarların stenozundan əziyyət çəkən pasiyentlərə); – pentoksifillinlə və K antivitaminləri və ya trombositlərin aqreqasiyasının inhibitorları ilə eyni zamanda müalicə qəbul edən pasiyentlərə (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax); – pentoksifillinlə və diabetəleyhinə preperatlarla eyni zamanda müalicə qəbul edən pasiyentlərə (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax); – pentoksifillinlə və siprofloksasinlə eyni zamanda müalicə qəbul edən pasiyentlərə (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax); – pentoksifillinlə və teofillinlə eyni zamanda müalicə qəbul edən pasiyentlərə (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
İnsulinə və ya peroral diabetəleyhinə preparatlara xas olan, qanda şəkərin səviyyəsinin aşağı salınması effekti güclənə bilər. Bu səbəbdən, medikamentoz müalicə qəbul edən şəkərli diabetdən əziyyət çəkən pasiyentlər, diqqətli nəzarət altında olmalıdırlar. Postmarketinq dövründə, pentoksifillinlə və K antivitaminləri ilə eyni zamanda müalicə qəbul edən pasiyentlərdə, antikoaqulyant aktivliyin yüksəlməsi halları barədə məlumatlar daxil olmuşdur. Bu qrup pasiyentlərə pentoksifillin təyin olunduqda və ya onun dozalanması dəyişdirildikdə, antikoaqulyant aktivliyin nəzarətinin aparılması tövsiyə olunur. Latren preparatı, antihipertenziv preparatların və arterial təzyiqin aşağı düşməsinə səbəb ola bilən digər preparatların hipotenziv təsirini gücləndirə bilər. Pentoksifillinin və teofillinin eyni zamanda istifadəsi, bəzi pasiyentlərdə qanda teofillinin səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər. Bu səbəbdən, teofillinin istifadəsi ilə əlaqəli əlavə reaksiyaların tezliyinin yüksəlməsi və təzahürlərinin güclənməsi baş verə bilər. Preparatın siprofloksasinlə eyni zamanda istifadəsi, bəzi pasiyentlərdə qan zərdabında pentoksifillinin konsentrasiyasının yüksəlməsinə gətirib çıxara bilər. Nəticədə, eyni zamanda istifadə olunan preparatlarla əlaqəli əlavə reaksiyaların tezliyi və şiddət dərəcəsi yüksələ bilər. Trombositlərin aqreqasiyasının inhibitorları ilə potensial additiv effekt: qanaxmaların baş verməsinin yüksək riskini nəzərə alaraq, pentoksifillinin və trombositlərin aqreqasiyasının inhibitorlarının (məsələn, klopidoqrelin, eptifibatidin, tirofibanın, epoprestenolun, iloprostun, absiksimabın, anaqrelidin, SOG-2 fermentin selektiv inhibitorları istisna olmaqla qeyri-steroid iltihabəleyhinə preparatların (QSİƏP), asetilsalisilatların (AST/LAS), tiklopidinin, dipiridamolun) eyni zamanda istifadəsini ehtiyatla həyata keçirmək lazımdır. Preparatın simetidinlə eyni zamanda istifadəsi, qan plazmasında pentolsifillinin və metabolit I-in konsentrasiyalarını yüksəldə bilər. Uyuşmalıq Preparatı digər dərman preparatları ilə bir həcmdə qarışdırmaq olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövrü Hamilə qadınlarda preparatın istifadə təcrübəsi barədə kifayət qədər məlumat mövcud deyil. Bu səbəbdən, hamiləlik dövründə Latren preparatının istifadəsi tövsiyə olunmur. Laktasiya dövrü Pentoksifillin ana südünə əhəmiyyət kəsb etməyən miqdarda nüfuz edir. Laktasiya dövründə preparatla müalicə təyin olunduqda, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat yalnız stasionar şəraitdə istifadə olunduğu üçün, onun nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə heç bir məlumat yoxdur.
İstifadə qaydası və dozası
Venadaxili infuziyalar, preparatın parenteral yeridilməsinin ən yaxşı keçirilən effektiv formalarıdır. Preparatın dozalanma rejimi həkim tərəfindən müəyyən olunur və sirkulyator pozğunluqların ağırlıq dərəcəsindən, bədən kütləsindən və müalicəyə qarşı tolerantlıqdan asılıdır. İnfuziyanı, yalnız məhlul şəffaf olduğu halda həyata keçirmək olar. Böyüklər üçün aşağıda göstərilən müalicə sxemləri tövsiyə olunur: 1. Pentoksifillinin sutkada 1-2 dəfə 100-600 mq dozada venadaxili infuziyası. Damcı üsulu ilə aparılan venadaxili infuziyanın davametmə müddəti 60-360 dəqiqə təşkil edir, yəni, 100 mq pentoksifillinin yeridilməsi minimum 60 dəqiqə davam etməlidir. 2. Pasiyentin vəziyyəti ağır olduqda (xüsusilə, daimi ağrı, qanqrena və ya trofik xoralar müşahidə olunduqda), pentoksifillinin infuziyasının 24 saat müddətində aparılması mümkündür. Belə yeridilmə sxemi təyin edildikdə, dozanı 0,6 mq/kq/saatda hesabı ilə müəyyən etmək lazımdır. Bu qayda ilə hesablanmış sutkalıq doza, bədən kütləsi 70 kq olan pasiyent üçün 1000 mq, bədən kütləsi 80 kq olan pasiyent üçün 1150 mq təşkil edir. Pasiyentin bədən kütləsindən asılı olmayaraq, preparatın maksimal sutkalıq dozası 1200 mq təşkil edir. İnfuziya üçün məhlulun həcmi, eyni zamanda müşayiət olunan xəstəliklərin, pasiyentin vəziyyətinin nəzərə alınması ilə fərdi qaydada hesablanır və orta hesabla sutkada 1-1,5 l təşkil edir. Parenteral müalicə kursunun davametmə müddəti, müalicəni təyin edən həkim tərəfindən müəyyən olunur. Təzyiqi aşağı olan pasiyentlərdə, eləcə də, qan təzyiqinin mümkün azalması səbəbindən risk altında olan şəxslərdə müalicə kiçik dozalarla başlanmalıdır, bu halda, doza, yalnız tədricən artırıla bilər. Uşaqlar Preparatın uşaqlarda istifadə təcrübəsi barədə heç bir məlumat yoxdur.
Əlavə təsirləri
Klinik tədqiqatlar aparıldıqda və postmarketinq dövründə meydana çıxan əlavə reaksiyalar aşağıda göstərilir. Həmin əlavə reaksiyaların baş vermə tezliyi məlum deyil. Orqan sistemləri Əlavə reaksiyalar Laborator göstəricilər Transaminazaların səviyyəsinin yüksəlməsi Ürəkdə baş verən Aritmiya, taxikardiya, stenokardiya, arterial təzyiqin aşağı düşməsi, pozğunluqlar arterial təzyiqin yüksəlməsi. Qanyaradıcı və Trombositopenik purpura ilə müşayiət olunan trombositopeniya və limfatik sistemdə baş ölümlə nəticələnə bilən aplastik anemiya (bütün qan hüceyrələrinin verən pozğunluqlar əmələ gəlməsinin qismən və ya tam dayanması, pansitopeniya), leykopeniya/neytropeniya. Sinir sistemində baş Başgicəllənmə, baş ağrısı, aseptik meningit, tremor, paresteziya, verən pozğunluqlar qıcolmalar. Mədə-bağırsaq Mədə-bağırsaq pozğunluqları, mədədə təzyiq hissi, meteorizm, traktında baş verən ürəkbulanma, qusma, diareya, qəbizlik, hipersalivasiya. pozğunluqlar Dəridə və dərialtı Qaşınma, dərinin qızarması və övrə, toksik epidermal nekroliz və toxumalarda baş verən Stivens-Conson sindromu, səpgilər. pozğunluqlar Damarlarda baş verən İstilik hissi (qan axınları), qanaxmalar, periferik ödemlər. pozğunluqlar İmmun sistemdə baş Anafilaktik reaksiyalar, anafilaktoid reaksiyalar, angionevrotik ödem, verən pozğunluqlar bronxospazm və anafilaktik şok. Qaraciyərdə və Qaraciyərdaxili xolestaz. ödçıxarıcı yollarda baş verən pozğunluqlar Psixikada baş verən Oyanıqlıq və yuxu pozğunluqları, hallyusinasiyalar. pozğunluqlar Görmə orqanında baş Görmə qabiliyyətinin pozulması, konyuktivit, gözün torlu qişasına verən pozğunluqlar qansızmalar, torlu qişanın qopması. Digər pozğunluqlar Hipoqlikemiyanın, tər ifrazının yüksəlməsinin, bədən temperaturunun yüksəlməsinin meydana çıxması barədə məlumatlar daxil olmuşdur.
Doza həddinin aşılması
Pentoksifillinin istifadəsi zamanı müşahidə olunan doza həddinin kəskin aşılamsının başlanğıc simptomlarına ürəkbulanma, zəiflik, başgicəllənmə və ya arterial təzyiqin aşağı düşməsi aiddir. Bundan əlavə, qızdırma, oyanıqlıq, istilik hissi (qan axınları), taxikardiya, şüurun itməsi, arefleksiya, aritmiya, toniki-kloniki qıcolmalar və mədə-bağırsaq qanaxması əlaməti kimi baş verən “qəhvə çöküntüsü” şəklində qusma kimi simptomlar inkişaf edir. Doza həddinin aşılmasının müalicəsi Doza həddinin kəskin aşılamsının müalicəsi və ağırlaşmaların meydana çıxmasının qarşısının alınması məqsədi ilə, ümumi və spesifik intensiv tibbi müşahidənin aparılması və terapevtik tədbirlərin görülməsi tələb olunur.
Buraxılış forması
100 ml və ya 200 ml və ya 400 ml məhlul şüşə flakonlarda. Müvafiq sayda flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Yuriya-Farm” MMC. Ünvan Ukrayna, 18030, Çerkassı şəh., Kobzarskaya küç., 108, tel.: +38 (044) 281-01-01. Tel.:/Faks: (0472) 73-47-87, 43-23-75.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.