KLIMAKT HEEL N50 TB

Dərman formasıTablet
Farmakoloji təsirHomeopatik dərman vasitəsi. Digər ginekoloji vasitələr
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

9,30 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KLİMAKT-HEL tabletlər

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində vardır: Sanguinaria canadensis D3 30 mq; Sepia officinalis D4 30 mq; Sulfur D4 30 mq; Strychnos ignatii D4 30 mq; Simarouba cedron D4 30 mq; Stannum metallicum D12 60 mq; Lachesis mutus D12 90 mq. Köməkçi maddələr: maqnezium stearat.

Təsviri

Ağdan narıncı-ağ rəngə qədər dəyişən, sporadik olaraq qara və ya narıncı nöqtələr müşahidə edilən tabletlərdir.

Farmakoterapevtik qrupu

Homeopatik dərman vasitəsi. Digər ginekoloji vasitələr. ATC kodu: G02CX.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Tək təsiredici maddələrin klinik təsvirinə əsaslanan homeopatik dərman maddələrinin və dərman vasitələrinin təsir mexanizmi, təbii özünü tənzimləmə proseslərin dəstəklənməsi və ya modulyasiyası ilə izah edilə bilər. Farmakokinetikası Homeopatik dərman vasitələrində, adətən, potensiya olunmuş təsiredici maddələr olur. Homeopatik təsiredici maddələrin və homeopatik preparatların dozadan asılı təsirləri olmadığından, farmakologiya ilə əlaqəli farmakokinetik profili haqqında məlumat yoxdur.

İstifadəsinə göstərişlər

Klimakterik pozulmalar.

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Bu preparatın tərkibində laktoza vardır. Əgər Sizdə bəzi şəkərlərə qarşı dözümsüzlük müşahidə olunmuşdursa, bu preparatı qəbul etməzdən əvvəl öz həkiminizlə məsləhətləşin. Əgər simptomlar davam edərsə və ya pisləşərsə, həkimə müraciət etmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Heç bir qarşılıqlı təsir qeydə alınmamışdır və homeopatik durulaşdırılmalar səbəbilə hər hansı qarşılıqlı təsir gözlənilmir. Həkiminiz son vaxtlarda qəbul etdiyiniz bütün dərman vasitələri ilə bağlı (hətta onlar reseptsiz buraxılan dərman vasitələri olsalar da) məlumatlandırılmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu preparatda təqdim olunan homeopatik durulaşmış maddələrin hamiləlik və laktasiya dövründə toksik təsiri haqda məlumat yoxdur. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsirlə bağlı məlumat bildirilməmişdir və homeopatik durulaşdırılmalar səbəbilə heç bir təsiri gözlənilmir.

İstifadə qaydası və dozası

Əsasən, gündə 3 dəfə 1 tableti ağızda həll etmək lazımdır.

Doza həddinin aşılması

Doza həddinin aşılması haqqında məlumat yoxdur və homeopatik durulaşdırılmalar səbəbilə heç bir hadisə gözlənilmir. Əgər tövsiyə olunan dozanı aşmısınızsa, həkimə müraciət edin.

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi, bu homeopatik dərman vasitəsinin də əlavə təsirləri ola bilər, lakin bu hamıda müşahidə olunmur. Ayrı-ayrı hallarda qısa müddətli dəri allergik reaksiyalarının olması bildirilmişdir.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Buraxılış forması

50 tablet, plastik flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Biologische Heilmittel Heel GmbH. Dr.-Reckeweg-Str. 2-4 76532 Baden-Baden, Germany. Azərbaycanda rəsmi distribyuter Planeta PCC.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“KLIMAKT HEEL N50 TB” üçün ilk rəyi siz yazın.