KASAFIKS 30 MG /1 ML N6 AMP
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) |
| İstehsal ölkəsi | İspaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
8,34 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərman preparatını qəbul etməyə başlamazdan əvvəl içlik vərəqini diqqətlə oxuyun. – Bu içlik vərəqini saxlayın. Onu yenidən oxumağa ehtiyacınız ola bilər. – Əgər Sizin əlavə hər hansı bir sualınız olarsa, o zaman həkiminizdən, yaxud əczaçıdan soruşun. – Bu dərman preparatı, fərdi olaraq, Sizin üçün yazılıb, onu başqalarına verməyin. Onlarda olan xəstəliyin əlamətləri Sizinki ilə eyni olsa belə bu preparat onlara zərərli təsir edə bilər. – Əgər əlavə təsirlərdən hər hansı birinin ciddi şəkil alarsa, yaxud Siz burada qeyd olunmayan əlavə təsirlə qarşılaşarsınızsa, lütfən, bu haqda həkiminizə və ya əczaçıya məlumat verin. KASAFİKS NORMON 30 mq/ml inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Ketorolac trometamol
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 30 mq ketorolak trometamol vardır. Köməkçi maddələr: natrium xlorid, etanol, natrium hidroksid, inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsizdən açıq sarı rəngə qədər məhluldur.
Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP).
İstifadəsinə göstərişlər
Əməliyyatdan sonra orta dərəcəli və yaxud kəskin ağrıların qısamüddətli müalicəsi (2 gündən artıq olmaz).
Əks göstərişlər
Əgər Sizdə aktiv peptik xora varsa (qastroduodenal xora); Əgər Sizin anamnezinizdə xora, qanaxma, yaxud qastrointestinal perforasiya varsa; Əgər Sizdə Ketorolak trometamol preparatına, yaxud bu preparatın hər hansı digər komponentinə qarşı, eləcə də digər QSİƏP-lərə qarşı allergiya (yüksək həssaslıq) varsa; Əgər Siz tam, yaxud hissəvi nazal polip sindromundan (burnun selikli qişası tərəfindən hasil olunan kista şəkilli kütlə), angioödem (suluqlar), yaxud bronxospazmdan (bronxların daralması) əziyyət çəkirsinizsə; Əgər Siz astmadan əziyyət çəkirsinizsə; Əgər Siz ağır ürək xəstəliyindən əziyyət çəkirsinizsə; Əgər Siz orta dərəcəli və ya ağır dərəcəli böyrək xəstəliyindən əziyyət çəkirsinizsə; Əgər Siz ağır dərəcəli qaraciyər xəstəliyindən əziyyət çəkirsinizsə; Əgər Siz hipovolemiyadan (orqanizmdə qanın dövr edən həcminin azalması), yaxud dehidratasiyadan (orqanizmdə suyun azlığı) əziyyət çəkirsinizsə; Əgər Siz qanaxmaya meyillilikdən, qanaxma patologiyalarından (laxtalanmanın pozulması), yaxud beyin hemorragiyasından (beynə qansızmadan) əziyyət çəkirsinizsə; Əgər Sizə yüksək riskli əməliyyat olunacaqsa, yaxud natamam hemostaza maliksinizsə; Gər Siz digər QSİƏP, o cümlədən, asetilsalisil turşusu və Siklooksigenaza-2-nin selektiv inhibitorları qəbul edirsinizsə; Əgər Siz antikoaqulyantlarla müalicə olunursunuzsa; Əgər Siz probenesid, litium duzları, yaxud pentoksifillin ilə müalicə alırsınızsa; Əgər Siz hamiləsinizsə, yaxud körpənizi əmizdirirsinizsə; Yaşınız 16-dan azdırsa; Trombositlərin aqreqasiyasını inhibə etdiyinə görə və əməliyyat müddətində yüksək qanaxma riski olduğundan əməliyyatdan əvvəl istifadəsi əks göstərişdir. Tərkibində alkoqol olduğu üçün, inyeksiya üçün Kasafiks Normon preparatı epidural və ya spinal yolla təyin olunmamalıdır (onurğa beyni, yaxud beyin mayesinə).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Kasafiks Normon inyeksiya üçün məhlul ilə əlaqəli aşağıdakılar baş verərcə, xüsusi tədbirlər görülməlidir. Əgər Siz qastrointestinal qanaxmadan, xoradan və/yaxud perforasiyadan əziyyət çəkirsinizsə, yaxud nə zamansa belə hallar Sizdə olubsa. Bu preparat ağır qastrointestinal toksikiliyə, o cümlədən, qastrointestinal qıcıqlanmaya, qanaxmaya, xora əmələ gəlməsinə və perforasiyaya səbəb ola bilər. Əgər Siz bağırsağın iltihabi xəstəliklərindən (xoralı kolit, yaxud Kron xəstəliyi) əziyyət çəkirsinizsə, yaxud belə hallar əvvəllər Sizdə olubsa. Əgər Siz böyrək xəstəliklərindən əziyyət çəkirsinizsə, o zaman həkiminiz bu preparatla müalicə müddətində Sizə lazım olacaq testlərin həyata keçirilməsi haqda qərar qəbul edəcək. Əgər Sizdə ürək problemləri, yüksək qan təzyiqi, yaxud oxşar xəstəliklər varsa. Əgər Siz Heparin, trombositlərin aqreqasiyasına qarşı antiaqreqantlar, pentoksifilin, kortikosteroidlər, trombolitiklər və antidepressantlar (serotoninin, yaxud noradrenalinin geriyə tutulmasının selektiv inhibitorları) kimi qastrointestinal xora və ya qanaxma riskini artıran dərman preparatları qəbul edirsinizsə. Əgər Siz antikoaqulyantlarla (dikumarinlərlə və ya heparinlə) müalicə alırsınızsa. Yaşlı xəstələrdə bütün ehtiyat tədbirləri nəzərdə tutulmalıdır və Kasafiks Normon preparatının minimum effektiv dozası istifadə olunmalıdır. Ketorolakın istifadəsindən dəridə kəskin dəyişikliklər baş verə bilər – multiformalı eritema (dərinin qızarması), kəpəklənən dermatit, Stivens-Conson sindromu və toksik epidermal nekroliz. Onların meydana çıxması çox zaman müalicənin başlanğıcına təsadüf edir. Preparatın istifadəsi səpgilər və ya selikli qişaların zədələnməsi, yaxud digər yüksək həssaslıq hallarının ilk əlamətləri ortaya çıxan kimi dayandırılmalıdır. Əgər bu preparatla müalicə müddətində Sizdə qaşınma və dərinin qızarması kimi qaraciyər disfunksiyasının sistem əlamətləri meydana çıxarsa, Siz dərhal preparatın qəbulunu dayandırmalı və tez bir zamanda həkimə müraciət etməlisiniz. Əgər Sizdə hamilə qalmaq çətinliyi varsa, yaxud nəsil artımı ilə əlaqəli müalicə alırsınızsa. Əgər Sizdə dəri qızarması, selikli qişaların zədələnməsi, eləcə də hipertenziyanın, yaxud anafilaktik reaksiyaların digər əlamətləri varsa Siz dərhal preparatın qəbulunu dayandırmalı və tez bir zamanda həkimə müraciət etməlisiniz. Əgər Sizdə sistem qırmızı qurdeşənəyi varsa, aseptik meningitin riski artır. Əgər Siz Kasafiks Normon ilə yanaşı metotreksat preparatı qəbul dirsinizsə, Ketorolak tərəfindən ikincinin təsiri dəyişə bilər. Yuxarıda toxunulmuş hər hansı hal, hətta, əvvəllər Sizdə baş veribsə, həkiminizlə məsləhətləşin. Kasafiks Normon inyeksiya üçün məhlulun bəzi komponentləri haqda vacib məlumatlar Bu preparatın tərkibində 12,25% etanol (alkoqol) vardır; bu kiçik miqdar 98 mq/ampula bərabərdir. Bu preparatın tərkibində (bir ampulda) 23 mq-dan (1 mmol) az natrium vardır ki, bu da yox kimi, yəni “natriumdan azad” preparat sayılır. Digər dərman preparatları ilə qarşılıqlı təsiri Reseptsiz əldə etdiyiniz dərman preparatları da daxil olmaqla, qəbul etdiyiniz, yaxud son zamanlar qəbul etdiyiniz preparatlar haqqında həkiminizə, yaxud əczaçıya məlumat verin. Aşağıdakı dərman preparatlarının eyni vaxtda qəbulu əks göstərişdir: digər QSİƏP, o cümlədən, asetilsalisil turşusu: onlar qastrointestinal qanaxma, xora əmələ gəlmə riskini artıra bilirlər. Antikoaqulyantlar (dikumarinlər və ya heparin) qanaxma vaxtını artıra bilirlər. Antiaqreqantlar (aspirin, tiklopidin və yaxud klopidoqrel): qastrointestinal qanaxma riskini artıra bilirlər. Pentoksifilin, Probenesid Litium (maniakal-depressiv patologiyanın müalicəsində istifadə olunan dərmanlar). Aşağıdakı preparatlarla müalicə olunduqda xüsusi ehtiyat tədbirləri görülməlidir: Kortikosteroidlər (iltihab əleyhinə dərmanlar) Trombolitiklər (qan laxtasını “əridən” dərmanlar). Antidepressantlar. Metotreksat (antirevmatik dərman) Antihipertenzivlər. Furosemid (artıq mayeni orqanizmdən kənar edən preparat olub qan təzyiqinin aşağı salınması üçün istifadə edilir). Siklosprin Takrolimus Ürək qlikozidləri Xinolonlar Zidovudin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hər hansı bir dərman preparatını istifadə etməzdən əvvəl həkiminizlə, yaxud əczaçı ilə məsləhətləşin. Kasafiks Normon preparatının hamiləlik müddətində istifadəsi əks göstərişdir. Kasafiks Normon preparatının laktasiya dövründə istifadəsi əks göstərişdir. Doğuş zamanı istifadəsi Hər hansı bir dərman preparatını istifadə etməzdən əvvəl həkiminizlə, yaxud əczaçı ilə məsləhətləşin. Kasafiks Normon preparatının doğuş müddətində istifadəsi əks göstərişdir, çünki o, prostoqlandinlərin sintezini tormozlayaraq dölün qan sirkulyasiyasına mənfi təsir göstərir və eləcə də, uşaqlığın yığılmasını ləngidir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Kasafiks Normon preparatı bəzi xəstələrdə yuxululuq, başgicəllənmə, yuxusuzluq, yaxud depressiya baş verir. Odur ki, əsasən də müalicənin başlanğıcında, sürücülük və mexanizmlərin idrə olunması zamanı ehtiyat tədbirlərinin görülməsi məsləhətdir.
İstifadə qaydası və dozası
Əgər həkiminiz başqa cür təyin etməyibsə, təlimatda yazılanlara əməl edin. Kasafiks Normon preparatı ilə müalicəyə xəstəxanada başlamaq lazımdır. Müalicənin maksimum müddəti 2 gündən çox olmamalıdır. Sonralar oral müalicəyə keçilən halda Kasafiks Normon preparatı ilə müalicənin ümumi müddəti 5 gündən çox olmamalıdır. Kasafiks Normon preparatının dozası ağrının intensivliyinə, xəstənin preparata cavab reaksiyasına görə tənzimlənib, ən kiçik effektiv dozanın təyin edilməsindən ibarətdir. İlkin məsləhət görülən doza 10 mq Kasafiks Normon olub, sonralar ağrının tələb olunan nəzarətinə müvafiq, preparatın 10-30mq dozasının hər 4-6 saatdan bir ə/d və ya v/d yeridilməsindən ibarətdir. İntensiv, yaxud çox intensiv ağrı hallarında ilkin məsləhət görülən doza 30 mq Ketorolakdan ibarətdir. Maksimum məsləhət görülən doza yaşlı olmayanlar üçün gündəlik 90 mq, yaşlılar və bədən çəkisi 50 kq-dan az olan pasiyentlər üçün isə gündəlik 60 mq-dır. Parentral Ketorolak almış xəstələr və oral müalicəyə keçmiş xəstələr üçün oral və parenteral formalardan ibarət kombinasiya zamanı gündəlik ümumi doza böyüklər üçün 90mq-ı və yaşlılar üçün 60mq-ı keçməməlidir. Əzələdaxili inyeksiya asta sürətlə və əzələnin dərinliyinə yeridilməlidir. Morfinlə birgə təyini Çox hallarda Ketorolakın ə/d və ya v/d təyini adekvat analgeziyaya səbəb olur. Ancaq, ağrının intensivliyinın çox olması səbəbindən Ketorolakın maksimum məsləhət görülmüş dozası kifayət etmədiyi halda, yaxud opiat təlabatı azaltmağa cəhd edən zaman onu opiat analgetiklərlə birgə istifadə etmək olar. Morfini Ketorolakla yanaşı təyin etdikdə Morfinin tələb olunan gündəlik dozası nəzərəçarpacaq qədər azaldılır. Yaşlılar (> 65 yaş) Ketorolakın eliminasiyası yaşlılarda zəif olduğundan və onlar QSİƏP-ın ikincili effektinə qarşı həssas olduqları üçün məsləhət görülür ki, belə vəziyyətdə bütün ehtiyat tədbirləri görülsün və yaşlılarda ən aşağı dozalar tətbiq olunsun (məsləhət görülmüş doza intervalının ən aşağı sərhəddi). Gündəlik ümumi doza 60 mq-dan çox olmamalıdır. Uşaqlar və yeniyetmələr (< 16 yaş) Kasafiks Normon uşaqlara və yeniyetmələrə təyin olunmamalıdır. Böyrək çatışmazlığı Ketorolakın orta və ağır dərəcəli böyrək çatmazlığında istifadəsi əks göstərişdir. Daha aşağı dərəcəli böyrək dəyişiklikləri olan xəstələrə Ketorolakın nisbətən aşağı dozalarını təyin etmək olar (məsləhət görülmüş dozanı yarısı və total gündəlik doza 60 mq-dan çox olmamaqla) və müntəzəm olaraq böyrək funksiyaları yoxlanmalıdır. Kasafiks Normon 15 saniyədən tez olmamaqla venadaxili fraksiya (bolyus) şəklində təyin oluna bilər. İnyeksiya üçün olan bu məhlul 0,9%-li natrium xlorid məhlulu, 5% dekstroza məhlulu, Ringer məhlulu, Ringer laktat məhlulu, yaxud Plazmalit məhlulu ilə uyuşur (istifadə edilə bilər). Kasafiks Normon Aminofillin, Lidokain hidroxlorid, Morfine sulfat, Meperidin hidroxlorid, Dopamin hidroxlorid, Insulin və Heparin Natrium duzu butulkalarda və xüsusi plastik qablarda olan vena daxilinə standart infuziya məhlulları ilə qarışdırılaraq v/d təyin oluna bilər. Ketorolak Morfin sulfat, Meperidin, Prometazin hidroxlorid və ya Hidroksizin hidroxloridlə eyni şprisdə qarışdırılmamalıdır: əks halda Ketorolak məhlulda çökür.
Əlavə təsirləri
Bütün digər dərman preparatları ilə baş verə bildiyi kimi, Kasafiks Normon preparatının istifadəsi zamanı əlavə təsirlər baş verə bilər, baxmayaraq ki, bunlara hər bir adamda rast gəlinməyə bilər. Əgər əlavə təsirlərdən hər hansı birinin ciddi şəkil almasını düşünürsünüzsə, yaxud Siz burada qeyd olunmayan əlavə təsirlə qarşılaşarsınızsa, lütfən, bu haqda həkiminizə və ya əczaçıya məlumat verin. Qastrointestinal patologiyalar: tezliyinə görə ən çox rast gəlinən əlavə təsirlər qastrointestinal olması müşahidə olunub. Peptik xora, perforasiya, bəzən ölümlə nəticələnən (xüsusən də yaşlılarda) qastrointestinal qanaxma, baş verə bilər. Ürəkbulanma, qusma, ishal, metiorizm, qəbizlik, həzm pozulmaları,mədənin selikli qişasının iltihabı, abdominal ağrı, nəcisdə qan, qanlı qusma, xoralı stomatit (ağızda yaralar), xoralı kolit və Kron xəstəliyinin (bağırsağın iltihabi xəstəliyi) kəskinləşməsi, abdominal diskomfort, gəyirmə, toxluq hissi, ezofagit, pankreatit, rektal qanaxma, dadbilmənin dəyişilməsi. Metabolizm və qidalanma patologiyaları: iştahanın itməsi, kaliumun qanda artması və natriumun azalması. Sinir sistemi və sümük-əzələ sisteminin patologiyaları: aseptik meningit (beynin yumşaq qişasının iltihabı), qıcolma tutmaları, başgicəllənmə, yuxululuq, ağızda quruluq, başağrısı, həddən çox aktivlik, fikri cəmləməyin azalması, insomniya, əzələ ağırısı, əsəbilik, hissiyyatın itməsi, tərləmə. Psixatrik patologiyalar: qeyri-normal yuxular, düşüncənin dəyişilməsi, narahatçılıq, depressiya, eyforiya, halüsinasiya, psixatrik reaksiyalar. Böyrək və sidik yollarının patologiyaları: kəskin böyrək çatışmazlığı, hematuriya (sidikdə qan) ilə müşayiət olunan “böyrək ağrısı” və qanda azot qalıqlarının yüksək olması, az miqdara tez-tez sidik ifrazı, sidik ifrazının ləngiməsi, interstitial nefrit (böyrək iltihabı), nefrotik sindrom (sidiklə qeuri-normal zülal sekresiyası), sidik əmələ gəlməsinin azalması. Digər prostaqlandin sintezinin inhibitorları ilə olduğu kimi Ketorolac trometamol NORMON dozası təyin edildikdən sonra böyrək çatmazlığı əlamətləri (məsələn, kreatinin və kaliumun konsentrasiyasının artması) baş verə bilər. Kardiovaskulyar patologiyalar: ödem (maye toplanması ilə bağlı şiş), yüksək qan təzyiqi və ürək çatmazlığı. Ürək döyüntülərinin azalması, pörtmə, fibrilyasiya, qan təzyiqinin enməsi, döş qəfəsində ağrı, avazıma. Reproduktiv sistem və süd vəzisi patologiyaları: sonsuzluq. Respirator, döş qəfəsi və mediastinal patologiyalar: bronxial astma, tənəffüsün çətinləşməsi, ağ ciyər ödemi (ağciyərlərdə mayenin toplanması), bronxospazm (bronxların yığılıb daralması), burun qanaxması. Hepatobiliar patologiyalar: qaraciyərin funksional testlərində dəyişikliklər, qaraciyərin iltihabı, xolestatik sarılıq (dərinin saralması), qara ciyər çatmazlığı (qara ciyərdə dəyişikliklər). Dəri və dərialtı toxumaların patologiyaları: çox nadir hallarda vezikulo-bulloz yüksək həssaslıq reaksiyaları (allergiya) baş verə bilər, o cümlədən toksik epidermal nekroliz (Layl xəstəliyi) və Stivens-Conson sindromu (dəri və selikli qişaların zədələnməsi). Qabıqlanan dermatit, makulo- papular səpgilər (dəridən bir qədər qalxmış kiçik qırmızı səpkilər), qaşınma, övrə, purpura, üzdə eritema (üzün qızarması), tərləmə, multiformalı eritema, fotohəssaslıq. İmmun sistemin patologiyaları: yüksək həssaslıq reaksiyaları, anafilaksiya (ciddi allergik reaksiyalar), laringeal ödem (larinksin iltihabı), angioödem (suluqlar), anafilaktoid reaksiyalar (kəskin allergik reaksiyalar). Anafilaksiya kimi anafilaktoid reaksiyalar letal sonluqla nəticələnə bilər. Qan və limfa siteminin patologiyaları: dəridə qansızmalar, qanda trombositlərin miqdarının azalması, uremik-hemolitik sindrom (anaemiya və nəcisdə qan), solğunluq, neytropeniya, aqranulositoz. Okulyar patologiyalar: görmədə dəyişikliklər. optic nevrit. Qulaq və labirint patologiyaları: qulaqlarda küy, eşitmə qabiliyyətinin zəifləməsi, başhərlənmə. Ümumi patologiyalar və təyinolunan nahiyədə dəyişikliklər: asteniya (zəiflik), yorğunluq, halsızlıq, mialgiya, ödem (maye toplanması nəticəsində şişmə), inyeksiya nahiyəsində reaksiyalar, hərarət, artmış susuzluq. Əlavə müayinələr: zərdabda sidik cövhərinin və kreatinin miqdarının, kaliumun səviyyəsinin artması; çəkinin artması, qanaxma vaxtının uzanması. Travma zədələri, intoksikasiyalar, müalicə proseduralarının fəsadları: hematoma və cərrahi əməliyyatdan sonra qanaxma. Əgər əlavə təsirlərdən hər hansı birinin ciddi şəkil almasını düşünürsünüzsə, yaxud Siz burada qeyd olunmayan əlavə təsirlə qarşılaşarsınızsa, lütfən, bu haqda həkiminizə və ya əczaçıya məlumat verin.
Doza həddinin aşılması
İstifadəsinə xəstəxanada başlandığından, Sizə Kasafiks Normon preparatının həddindən çox təyin edilməsi ehtimalı yoxdur. Amma, əgər bu baş verərsə, tez bir zamanda həkiminizlə, yaxud əczaçı ilə əlaqə saxlayın. Doza həddinin aşılması, yaxud təsadüfən udulması halında Toksikoloji məlumat xidməti ilə əlaqə saxlayın. Doza həddinin aşılması, yaxud təsadüfən udulması qarın ağrısına, ürəkbulanmaya, qusmaya, hiperventilasiyaya (ağciyər ventilyasiyasının artması), qastroduodenal xora, eroziv qastrit və renal disfunksiyaya səbəb ola bilər ki, belə halda dərman preparatının qəbulu dayandırılmalıdır. Müalicə simptomatikdir. Dializ vasitəsilə xaric edilməsi effektiv deyil.
Buraxılış forması
1 ml məhlul, ampulda. 6 və ya 100 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, işıqdan qorumaq üçün öz orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman preparatları çirkab sularına axıdılmamalı, yaxud məişət tullantıları ilə atılmamalıdır. Artıq istifadə olunmayan dərman preparatlarının necə atılması haqda əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühiti qorumağa köməklik edəcək.
Yararlılıq müddəti
Yararlılıq müddəti qutunun üzərində “EXP.” işarəsindən sonra qeyd edilir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Son istifadə tarixi qeyd edilən ayın sonuncu gününə şamil edilir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
LABORATORIOS NORMON, S.A. Ronda de Valdecarrizo, 6-28760 Tres Cantos -Madrid (Spain).
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.