KAMETON 20 ML AER.
| Dərman forması | Sprey |
|---|---|
| Farmakoloji təsir | Boğaz xəstəliklərinin müalicəsi üçün preparatlar. Antiseptiklər |
| İstehsal ölkəsi | Moldova |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
3,14 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KAMETON orofaringeal/nazal sprey CAMETON Beynəlxalq patentləşdırılməmış adı: Chlorbutanol hemihydrate + Camphor + Levomenthol + Eucalyptus oil
Tərkibi
Təsiredici maddə: 100 q məhlulun tərkibində 1 q xlorbutanol hidrat, 1 q mentolun sol izomeri, 1 q kamforanın sol izomeri və ya rasemik kamfora, 1 q evkalipt yağı vardır. Köməkçi maddələr: vazelin yağı, emulqator T-2, tvin-80, təmizlənmiş su.
Təsviri
Xarakterik qoxulu, ağ və ya sarımtıl ağ və ya göyümtül rəngdə emulsiyadır. Farmakoterapevtık qrupu Boğaz xəstəliklərinin müalicəsi üçün preparatlar. Antiseptiklər. ATC kodu: R02AA20.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Kameton – kombinəolunmuş preparatdır. İltihabəleyhinə antiseptik və yüngül yerli ağrıkəsici təsirlərə malikdir. Təsir mexanizmində reflektor reaksiyalar (hissi sinir uclarının qıcıqlanması) və ağrı hissini və damarların keçiriciliyini tənzimləyən endorfınlərin, dinorfinlərin və s. bioloji aktiv endogen maddələrin əmələ gəlməsini və azad olmasını stimullaşdırması rol oynayır. Farmakokinetikası Preparat inhalyasiya üçün nəzərdə tutulmuşdur və müalicəvi konsentrasiyası başlıca olaraq, iltihab ocağında yaranır. Preparatın komponentlərinin ümumi absorbsiyası zəifdir.
İstifadəsinə göstərişlər
LOR orqanların iltihabi xəstəlikləri (rinit, faringit, laringit və s.)
Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək fərdi həssaslıq. 5 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın komponentlərinə qarşı allergik reaksiyalar mümkündür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə uyuşur, klinik cəhətdən əhəmiyyət daşıyan qarşılıqlı təsir müəyyən edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsinə aid əks göstəriş müəyyən edilməmişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Kameton sprey nəfəsalma zamanı ağız boşluğuna və ya burun yollarına püskürdülür. Preparatı istifadə etmək üçün flakonu çalxalamaq , şəffaf qoruyucu qapağı çıxarmaq və taxma qurğunu flakona 90° bucaq altında birləşdirmək lazımdır. Qurğunu ağız boşluğuna və ya burun yoluna daxil edib böyüklərdə və 15 yaşdan yuxarı uşaqlarda 2-3 dəfə, 12-15 yaşlı uşaqlarda 1-2 dəfə, 5-12 yaşlı uşaqlarda 1 dəfə püskürdücünü sıxmaq və maye axınını işlənilən nahiyəyə yönəltmək lazımdır. İslatma gündə 3-4 dəfə 2-3 saatdan bir həyata keçirilir. Püskürdücünün tutulmasının qarşısını almaq üçün onu üfürmək və ya qaynadılmış su ilə yumaq lazımdır.
Əlavə təsirləri
Preparatın komponentlərinə qarşı allergik reaksiyalar mümkündür. Doza həddinin aşiıması Daxilə qəbul edildikdə kəskin zəhərlənmənin simptomları, ürəkbulanma, qusma, mədədə ağrı ola bilər. Müalicəsi simptomatikdir.
Buraxılış forması
20 ml preparat, ayırıcı borudan, dozalayıcı nasosdan, və püskürdücü taxma qurğudan ibarət olan dozalayıcı qurğu ilə təchiz olunmuş flakonlarda. Püskürdücü taxma qurğunun üzərinə şəffaf qapaq qoyulur. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
15-25°C temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi FLUMED-FARM ASC. Çetatya Albe küç., 176, Kişinyov., Moldova Respublikası.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.