HIPOTAN PLUS 10/160 N28 TAB

Dərman formasıTablet
Farmakoloji təsirAngiotenzin II-nin antaqonistləri (valsartan), dihidropiridin törəmələri (amlodipin) və tiazid diuretikləri ilə (hidroxlortiazid) kombinasiyaları
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

17,90 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

HİPOTAN PLYUS 10 mq/160 mq/12,5 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Amlodipine + Valsartan + Hydrochlorothiazide

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 13,87 mq (10 mq amlodipinin ekvivalenti) amlodipin bezilat, 160 mq valsartan, 12,5 mq hidroxlortiazid vardır. Köməkçi maddələr: mikrokristllik sellüloza, prejelatinləşdirilmiş nişasta, kolloidal susuz silisium dioksid, maqnezium stearat. Örtük: sarı opadri II 31F32722 (laktoza monohidrat, hipromelloza, titan dioksid, makroqol/PEG 4000, sarı dəmir oksidi).

Təsviri

Uzunsov, açıq sarı rəngli örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Angiotenzin II-nin antaqonistləri (valsartan), dihidropiridin törəmələri (amlodipin) və tiazid diuretikləri ilə (hidroxlortiazid) kombinasiyaları. ATC kodu: C09DX01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Amlodipin/valsartan/hidroxlortiazid tərkibli, hipertenziyalı xəstələrdə arterial təzyiqə əlavə nəzarət mexanizmlərinə malik üç antihipertenziv birləşmə var: amlodipin kalsium antaqonistləri sinfinə, valsartan angiotenzin II-nin antaqonistləri sinfinə, hidroxlortiazid isə tiazid diuritekləri sinfinə aiddir. Bu maddələrin kombinasiyası additiv antihipertenziv təsirə malikdir. HİPOTAN PLYUS arterial hipertenziyalı xəstələrin fəal nəzarət olunan ikiqat kor tədqiqatda öyrənilmişdir. Ümumilikdə orta və ağır arterial hipertenziyalı 2271 xəstə (orta ilkin sistolik- diastolik qan təzyiqi 170/107 mm c.s. olmuşdur) amlodipin/valsartan/hidroxlortiazid 10 mq/320mq/25mq, valsartan/hidroxlortiazid 320 mq/25 mq, amlodipin/valsartan 10mq/320mq və hidroxlortiazid/amlodipinlə 25mq/10mq ilə müalicə almışdır. Tədqiqatın əvvəlində xəstələrə onların kombinasiyasının daha aşağı dozaları təyin edilmiş və 2 həftədən sonra onların titri tam müalicə dozasına qədər müəyyən edilmişdir. 8-ci həftədə sistolik-diastolik arterial təzyiqin orta azalması HİPOTAN PLYUS ilə 39,7/24,7 mm c.s., valsartan/hidroxlortiazid ilə 32,0/19,7 mm c.s., amlodipin/valsartan ilə 33,5/21,5 mm c.s. və hidroxlortiazid/amlodipinlə 31,5/19,5 mm c.s. təşkil etmişdir. Üçqat kombinasiyalı terapiya diastolik və sistolik arterial təzyiqin azalmasında ikiqat kombinasiyalı müalicənin hər üçünün göstəricilərindən statistik yüksək olmuşdur. Amlodipin/valsartan/hidroxlortiazid kombinasiyası ilə sistolik-diastolik arterial təzyiqin azalması valsartan/hidroxlortiazid kombinasiyasından 7,6/5,0 mm c.s., amlodipin/valsartan kombinasiyasından 6.2/3.3 mm c.s., amlodipin/hidroxlortiazidlə 8,2/5,3 mm c.s. çox olmuşdur. Arterial təzyiqin tam azalması effekti amlodipin/valsartan/hidroxlortiazid kombinasiyasının maksimal dozası ilə 2 həftəlik müalicədən sonra əldə edilmişdir. Statistik olaraq, çoxlu sayda xəstələrdə arterial təzyiqə nəzarətə (<140/90 mm c.s.) qarışıq terapiyalı üç ikiqat kursun hər biri ilə müqayisədə (45-54%) (p<0,0001) amlodipin/valsartan/hidroxlortiazid kombinasiyası ilə nail olunmuşdur (71%). 283 xəstədən ibarət yarımqrupda, monitorinq zamanı ambulator arterial təzyiqə diqqət yetirilməklə, 24 saatlıq rejimdə sistolik və diastolik arterial təzyiqin klinik və statistik üstünlük təşkil edən azalmaları valsartan/hidroxlortiazid, valsartan-amlodipin və hidroxlortiazid- amlodipinlə müqayisədə üçlü kombinasiyada müşahidə edilmişdir. Amlodipin HİPOTAN PLYUS-da amlodipin komponenti kalsium ionlarının ürək əzələsinə və damarların saya əzələsinə transmembran nüfuzuna mane olur. Amlodipinin antihipertenziv təsir mexanizmi damarların saya əzələsinə birbaşa boşaldıcı təsiri ilə bağlıdır, bunun nəticəsində periferik damar müqaviməti və arterial təzyiq azalır. Eksperimental məlumatlar təsdiq edir ki, amlodipin həm dihidropiridin sahələri ilə, həm də qeyri-dihidropiridin sahələri ilə rabitəyə girir. Ürək əzələsinin və damarların saya əzələsinin yığılma prosesləri hüceyrədən kənar kalsium ionlarının konkret ion kanalları ilə həmin hüceyrələrə keçməsindən asılıdır. Hipertenziyalı xəstələr terapevtik dozanı qəbul etdikdən sonra amlodipin vazodilatasiyanı həyata keçirir, bu da supinasiyaya və arterial təzyiqin azalmasına gətirib çıxarır. Arterial təzyiqin bu azalması sabit dozalama zamanı ürək nəbzinin və ya katexolaminlərin plazma səviyyəsinin əhəmiyyətli dərəcədə dəyişməsi ilə müşayiət olunmur. Plazmanın konsentrasiyaları həm gənclərdə, həm də yaşlılarda təsirlə korrelyasiya edir. Normal böyrək funksiyası olan hipertenziyalı xəstələrdə amlodipinin terapevtik dozaları böyrəklərin damar müqavimətinin azalmasına və qlomerulyar filtrasiyanın sürətinin artmasına, filtrasiya fraksiyası dəyişmədən və ya proteinuriyasız effektiv böyrək fəaliyyətinə səbəb olur. Valsartan Valsartan angiotenzin II reseptorunun güclü və spesifik antaqonistidir. O, angiotenzin II-nin məlum təsirinə cavabdeh olan AT1 reseptorunun alt tipinə seçici təsir göstərir. Hipertenziyalı xəstələr tərəfindən valsartanın qəbulu nəbzin tezliyinə toxunmadan arterial təzyiqin azalmasına gətirib çıxarır. Əksər xəstələrdə bir dəfəlik peroral dozanın qəbulundan sonra antihipertenziv aktivlik 2 saat ərzində baş verir, arterial təzyiqin azalma pikinə isə 4-6 saat ərzində nail olunur. Antihipertenziv təsir qəbuldan sonra 24 saat ərzində davam edir. Təkrar qəbul zamanı istənilən doza ilə arterial təzyiqin maksimal azalmasına, bir qayda olaraq, 2-4 həftə ərzində nail olunur. Hidroxlortiazid Tiazid diuretiklərin təsir yeri, ilk öncə, böyrəklərin distal qıvrım kanalcıqlarıdır. Göstərilmişdir ki, böyrəklərin qabıq maddəsində tiazid sidikqovucu təsir və distal qıvrım kanalcıqda NaCl-un daşıyıcısının ləngidilməsi üçün əsas rabitə sahəsi kimi yüksək affinli reseptor var. Tiazidlərin təsir – + – mexanizmi Cl sahəsinə görə rəqabət aparan Na Cl simporterinin ləngidilməsi vasitəsilə həyata keçirilir və bununla da elektrolitlərin reabsorbsiya mexanizmlərinə təsir göstərir: bilavasitə natrium və xloridin təqribən eyni dərəcədə çıxarılmasını artırır və dolayısı ilə həmin sidikqovucu təsir vasitəsilə plazmanın həcmini azaldır, sonradan plazmada reninin aktivliyini, aldosteronun sekresiyasını və kaliumun urinal itkisini artırır və qan zərdabında kaliumu azaldır. Farmakokinetikası Ümumi xassələri Amlodipin Absorbsiyası Yalnız amlodipinin terapevtik dozalarının peroral qəbulundan sonra plazmada amlodipinin pik konsentrasiyasına 6-12 saat ərzində nail olunur. Tam biomənimsənilməsi 64% və 80% arasında nəzərdə tutulub. Amlodipinin biomənimsənilməsi qida qəbulundan asılı deyil. Paylanması Paylanma həcmi təxminən 21 l/kq təşkil edir. Amlodipinlə in vitro tədqiqatlar göstərib ki, sirkulyasiya edən preparatın təxminən 97,5%-i plazma zülalları ilə rabitəyə girir. Biotransformasiyası Amlodipin qaraciyərdə ekstenziv şəkildə (təxminən 90%) qeyri-aktiv metabolitlərə mübadilə edir. Xaric olması Amlodipinin plazmadan çıxarılması iki fazalıdır, son yarımparçalanma dövrü təxminən 30-50 saatdır. Plazmanın sabit vəziyyətinin səviyyələri 7-8 gün ərzində fasiləsiz qəbuldan sonra əldə olunur. İlkin amlodipinin on faizi və amlodipin metabolitlərinin 60%-i orqanizmdən sidiklə çıxarılır. Xəttilik/qeyri-xətti hal Amlodipin xətti farmakokinetika göstərir. Valsartan Absorbsiyası Yalnız valsartanın terapevtik dozalarının peroral qəbulundan sonra plazmada valsartanın pik konsentrasiyasına 2-4 saat ərzində nail olunur. Orta tam biomənimsənilmə 23% təşkil edir. Qidalanma valsartanın çıxarılmasını təxminən 40% (bu, (AUC) əyrisi altındakı sahə vasitəsi ilə ölçülür), plazmada maksimal konsentrasiyasını (C ) isə təxminən 50% azaldır, halbukimax dozalamadan 8 saat sonra plazmada valsartanın konsentrasiyası qida qəbul edənlər və yedirilməmiş qruplar üçün eynidir. Lakin AUC-nin bu azalması terapevtik effektin klinik əhəmiyyətli azalması ilə müşayiət olunmur, buna görə də valsartanı həm yeməklə, həm də yeməksiz qəbul etmək olar. Paylanması Damar daxilinə yeridildikdən sonra valsartanın sabit paylanma həcmi təxminən 17 litr təşkil edir. Nəzərə almaq lazımdır ki, toxumalara geniş yayılmır. Valsartan plazma zülalları, əsas etibarilə zərdab albumini ilə yüksək rabitəyə girir (94-97%). Biotransformasiyası Valsartan yüksək yayılmaya məruz qalmır, çünki dozanın yalnız təxminən 20%-i metabolit şəklində bərpa olunur. Hidroksil metabolit plazmada aşağı konsentrasiyalarda müəyyən edilmişdir (Valsartanın AUC-nin 10%-dən az). Bu metabolit farmakoloji cəhətdən qeyri-aktivdir. Xaric olması Valsartan çox eksponensial azalma kinetikası nümayiş etdirir (t α <1 s və t ß təxminən 9 s).½ ½ Valsartan əsasən nəcislə (dozanın təxminən 83%-i) və sidiklə (dozanın təxminən 13%-i), əsasən dəyişməmiş şəkildə çıxarılır. Vena daxilinə yeridildikdən sonra valsartanın plazma klirensi təxminən 2 l/s, onun böyrək klirensi isə 0,62 l/s (ümumi klirensin təxminən 30%-i) təşkil edir. Valsartanın yarımparçalanma dövrü 6 saatdır. Xəttilik/qeyri-xəttilik Valsartan xətti farmakokinetika göstərir. Hidroxlortiazid Absorbsiyası Peroral dozadan sonra hidroxlortiazidin absorbsiyası sürətlidir (T təxminən 2 saatdır). Orta AUC-max nin artması xəttidir və terapevtik diapazondakı dozaya mütənasibdir. Qidanın hidroxlortiazidin absorbsiyasına təsiri, mövcud olduqda, aşağı klinik qiymətlə xarakterizə olunur. Peroral qəbuldan sonra hidroxlortiazidin tam biomənimsənilməsi 70% təşkil edir. Paylanması Görünən paylanma həcmi 4-8 l/kq təşkil edir. Sirkulyasiya hidroxlortiazidi qan zərdabının zülalları (40-70%), əsasən zərdab albumini ilə rabitəyə girir. Hidroxlortiazid həmçinin eritrositlərdə yığılır, bu, plazmadakı səviyyənin təqribən 3 mislidir. Biotransformasiyası Hidroxlortiazid əsasən dəyişməz birləşmə kimi çıxarılır. Xaric olması Hidroxlortiazid plazmadan terminal eliminasiya fazasında orta hesabla 6-15 saat yarımçıxarılma dövrü ilə çıxarılır. Təkrar dozalama zamanı hidroxlortiazidin kinetikasında heç bir dəyişiklik qeyd olunmur və akkumulyasiya gündə bir dəfə doza ilə minimaldır. Absorbsiya olunmuş dozanın 95%- dən çoxu dəyişməmiş birləşmə kimi sidiklə çıxarılır. Böyrək klirensi renal kanallarda passiv filtrasiyadan və aktiv sekresiyadan ibarətdir. Terminal eliminasiya fazası 6-15 saat təşkil edir. Xəttilik/qeyri-xəttilik Hidroxlortiazid xətti farmakokinetika göstərir. Amlodipin/valsartan/hidroxlortiazid Amlodipin/valsartan/hidroxlortiazid kombinasiyasının peroral qəbulundan sonra normal sağlam böyüklərdə amlodipin, valsartan və hidroxlortiazidin plazma konsentrasiyasının piki müvafiq olaraq, 6-8 saat, 3 saat və 2 saat sonra əldə olunur. Amlodipin/valsartan/hidroxlortiazid kombinasiyasından amlodipin, valsartan və hidroxlortiazidin udulma surəti və dərəcəsi ayrı-ayrı dərman vasitələri şəklində qəbulu zamanı olduğu kimidir. Xüsusi qruplar Pediatrik populyasiyalar Pediatrik populyasiyaya dair farmakokinetik məlumat yoxdur. Heriatrik populyasiya Qan plazmasında amlodipinin konsentrasiyasının pik vaxtı cavan və yaşlı xəstələrdə eynidir. Yaşlı xəstələrdə amlodipinin klirensi azalmaya meyillidir, bunun nəticəsində əyri (AUC) altındakı sahə və yarımçıxarılma dövrü artır. Valsartanın orta sistem AUC cavanlarla müqayisədə yaşlılarda 70% yüksəkdir, buna görə də dozanı artırarkən ehtiyatlı olmaq lazımdır. Valsartanın sistem təsiri cavanlara nisbətən yaşlılarda bir qədər yüksəkdir, lakin heç bir klinik təsir göstərmir. Məhdud məlumatlar göstərir ki, hidroxlortiazidin sistem klirensi cavan sağlam könüllülərlə müqayisədə həm sağlam, həm də yaşlı hiperintenziv şəxslərdə azalır. Hər üç komponent həm cavan, həm də yaşlı xəstələr tərəfindən yaxşı keçirildiyinə görə normal dozalama rejimləri tövsiyə olunur. Böyrək çatışmazlığı Amlodipinin farmakokinetikası böyrək çatışmazlığına əhəmiyyətli təsir göstərmir. Gözlənildiyi kimi, böyrək klirensi ümumi plazma klirensinin 30%-ni təşkil edən birləşmə üçün böyrək funksiyası ilə valsartanın sistem təsiri arasında heç bir korrelyasiya qeydə alınmamışdır. Buna görə də yüngül və orta dərəcəli böyrək çatışmazlığı olan xəstələr adi ilkin dozanı qəbul edə bilər. Böyrək çatışmazlığı zamanı plazmanın orta pik səviyyələri və hidroxlortiazidin AUC qiymətləri artır, sidik ekskresiyasının sürəti isə azalır. Yüngül və orta dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə hidroxlortiazidin orta eliminasiya müddətinin 2 dəfə artması qeydə alınır. Normal böyrək klirensinə malik hidroxlortiazid böyük həcmə malik xəstələrlə müqayisədə böyrək funksiyasında 300 ml/dəq təşkil edir, hansı ki, təxminən müəyyən olunmuş klirensə qədər azalır. Beləliklə, amlodipin/valsartan/hidroxlortiazid kombinasiyası ağır böyrək çatışmazlığı (YFS <30 ml/dəq) ilə xarakterizə olunur və onu xəstələr arasında ehtiyatla istifadə etmək lazımdır. Qaraciyər çatışmazlığı Qaraciyər çatışmazlığı olan xəstələrdə amlodipinin qəbuluna dair çox məhdud sayda klinik məlumat var. Qaraciyər çatışmazlığı olan xəstələrdə amlodipinin klirensi azalır, bu da AUC-də təxminən 40- 60% artıma gətirib çıxarır. Orta hesabla, yüngül və zəif xroniki formalı qaraciyər xəstəliyi olan xəstələrdə valsartanın təsiri (orta AUC qiymətləri vasitəsilə ölçülmüş) sağlam könüllülərdə qeydə alınmış göstəricilərdən (yaşa, cinsə və çəkiyə görə müqayisə olunan) yüksəkdir. Valsartan komponentinə görə amlodipin/valsartan/hidroxlortiazid kombinasiyası qaraciyər çatışmazlığı olan xəstələrə əks göstərişdir.

İstifadəsinə göstərişlər

HİPOTAN PLYUS arterial təzyiqə ya üç ədəd birkomponentli, ya da ikikomponentli və birkomponentli tərkib şəklində götürülmüş amlodipin, valsartan və hidroxlortiazid kombinasiyası ilə adekvat şəkildə nəzarət olunan yaşlı xəstələrdə hipertenziya xəstəliyinin müalicəsi üçün əvəzedici terapiya kimi istifadə olunur.

Əks göstərişlər

• Amlodipin, valsartan, hidroxlortiazidin aktiv substansiyalarına, sulfonamidin digər törəmələrinə və ya “Tərkibi” bölməsində sadalanan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. • Qaraciyər çatışmazlığı, qaraciyər sirrozu və ya xolestaz. • Kəskin böyrək çatışmazlığı, anuriya və dializ xəstələrində istifadəsi. • HİPOTAN PLYUS-un angiotenzin II-nin reseptorlarının blokatorları ilə yaxud şəkərli diabet və böyrək çatışmazlığı (YFS<60 ml/dəq/1,73m ) olan xəstələrdə aliskiren tərkibli preparatlarla birgə qəbulu. • Miokard infarktından sonra hemodinamik olaraq stabil olmayan ürək çatışmazlığı. • Güclü hipotenziya. • Şok (o cümlədən, kardiogen şok) • Sol mədəciyin çıxışında hər hansı obstruksiyanın olması (məs, hipertrofik, obstruktiv kardiomiopatiya, ciddi aorta stenozu) • Ciddi hipokaliemiya, hiponatriemiya, hiperkalsiemiya, simptomatik hiperurikemiya). • Hamiləlik zamanı əks göstərişdir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Susuzlaşmış və ya natrium çatışmazlığı olan xəstələr: Orta və ağır ağırlaşmamış arterial hipertenziyası olan xəstələr arasında aparılan nəzarət olunan tədqiqat çərçivəsində, valsartan/hidroxlortiazid (320 mq/25 mq) qəbul edən xəstələrin 1.8%, amlodipin/valsartan (10 mq/320 mq) qəbul edən xəstələrin 0,4% və hidroxlortiazid/amlodipin (25 mq/10 mq) qəbul edən xəstələrin 0,2% ilə müqayisədə, HİPOTAN PLYUS preparatının ən yüksək dozasını (10 mq/320 mq/25 mq) alan xəstələrin 1,7%-də hədsiz hipotoniya, o cümlədən, ortostatik hipotoniya qeydə alınırdı. Susuzlaşmış və ya natrium çatışmazlığı olan, xüsusilə diuretiklərin yüksək dozalarını qəbul edən xəstələrdə simptomatik hipotoniya HİPOTAN PLYUS preparatı ilə müalicə başlayandan sonra əmələ gələ bilər. HİPOTAN PLYUS, yalnız mövcud natriumun tükənməsi və/və ya çatışmazlığı vəziyyəti düzəldikdən sonra istifadə edilməlidir. HİPOTAN PLYUS preparatının istifadəsi zamanı hədsiz hipotoniya əmələ gəldikdə xəstə uzandırılmalı və lazım gəldikdə normal fizioloji məhlulun venadaxili köçürülməsi həyata keçirilməlidir. Təzyiq sabitləşən kimi müalicə davam etdirilə bilər. Qan zərdabında elektrolitlərin dəyişiklikləri: Amlodipin/valsartan/hidroxlortiazid: HİPOTAN PLYUS preparatının nəzarət olunan tədqiqatında 320 mq valsartanın və 25 mq hidroxlortiazidin qanda olan kaliuma göstərdikləri bir-birinə əks xarakterli təsirləri bir çox xəstələrdə demək olar ki, bir-birini tarazlayır. Bəzi xəstələrdə bu və ya digər təsir digərlərindən üstün ola bilər. Müvafiq fasilələrdən sonra mümkün ola bilən elektrolit disbalansının aşkar edilməsi üçün vaxtaşırı olaraq qan zərdabında elektrolitlərin səviyyəsi müəyyənləşdirilməlidir. Müvafiq fasilələr verilməklə xüsusilə, böyrək funksiyalarının pozulması, başqa dərman vasitələri ilə müalicə və ya bundan əvvəlki elektrolit disbalansının tarixçəsi kimi başqa təhlükə amilləri olan xəstələrdə mümkün elektrolit disbalansının aşkar edilməsi üçün vaxtaşırı olaraq qan zərdabında elektrolitlərin və kaliumun səviyyələri müəyyənləşdirilməlidir Valsartan Eyni zamanda kalium əlavələrindən, kaliumqoruyucu diuretiklərdən, kalium tərkibli duz əvəzedicilərindən və ya kaliumun səviyyəsini artıra bilən başqa dərman vasitələrindən (heparin və s.) istifadə etmək tövsiyə olunmur. Lazım olduqda kaliumun monitorinqi həyata keçirilməlidir. Hidroxlortiazid HİPOTAN PLYUS ilə müalicə yalnız hipokaliemiyanın və istənilən yanaşı hipomaqniemiyanın korreksiyasından sonra başlanılmalıdır. Tiazidli diuretiklərlə, o cümlədən, hidroxlortiazidlə müalicə hiponatriemiya və hipoxloremik alkaloz ilə əlaqəli idi. Tiazidlər, o cümlədən, hidroxlortiazid, hipomaqniemiya səbəbindən maqniumun sidiklə ifrazını artırır. Tiazidli diuretiklərdən istifadə zamanı kalsiumun ifrazı azalır. Bu isə hiperkalsiemiyaya səbəb ola bilər. Tiazidli diuretiklər yeni hipokaliemiyanın meydana gəlməsini sürətləndirə və ya artıq mövcud olan hipokaliemiyanı şiddətləndirə bilərlər. Tiazidli diuretiklər güclü kalium itkisi, məsələn nefropatiya və böyrək funksiyalarının prerenal (kardiogen) pozuntusu zamanı duzun itirilməsi ilə müşayiət olunan şəraitdə olan xəstələr tərəfindən ehtiyatla qəbul etməlidir. Hipokaliemiya hidroxlortiazidlə müalicə zamanı inkişaf etdikdə HİPOTAN PLYUS preparatının qəbulu kaliumun balansı sabitləşənə qədər davam etdirilməlidir. Tiazidli diuretiklər yeni hiponatriemiyanın və hipoxloremik alkalozun yaranmasını sürətləndirə yaxud artıq mövcud olan hiponatriemiyanı şiddətləndirə bilər. Nevroloji simptomlarla (ürəkbulanma, şiddətlənən çaşqınlıq, süstlük) müşayiət olunan hiponatriemiya qeydə alınır. Tiazidlli diuretiklər qəbul edən bütün xəstələr xüsusilə kalium, natrium və maqnezium kimi elektrolitlərin disbalansına dair vaxtaşırı nəzarət olunmalıdır. Böyrək çatışmazlığı Ağır böyrək çatışmazlığı (yumaqcıq filtrasiyasının sürəti (YFS)<30 ml/dəq/1,73 m ) olan xəstələrdə, hidroxlortiazidin miqdarı səbəbindən, amlodipin/valsartan/hidroxlortiazid kombinasiyasının qəbulu ehtiyatla aparılmalıdır. Tiazidli diuretiklər xroniki böyrək xəstəliyi olan xəstələrdə azotemiyanı sürətləndirə bilərlər. Tiazidli diuretiklər ağır böyrək çatışmazlığı zamanı (YFS <30 ml/dəq/1,73m ) monoterapiya kimi qeyri effektivdir, lakin onlar eyni vaxtda ilgək diuretikləri ilə ehtiyatla istifadə olunduqda bu YFS <30 ml/dəq/1,73m xəstələr üçün effektiv ola bilər. HİPOTAN PLYUS preparatı böyrək çatışmazlığı olan xəstələr üçün istifadə olunduqda zərdabda elektrolitlərin (o cümlədən, kaliumun), qan zərdabında kreatinin və sidik turşusunun vaxtaşırı monitorinqinin aparılması tövsiyə olunur. Yüngül dərəcədən orta dərəcəyədək böyrək funksiyalarının pozğunluqları (YFS ≥ 30 ml/dəq/ 1,73m ) olan xəstələr üçün dozanın təshihi tələb olunmur. Böyrək arteriyasının stenozu HİPOTAN PLYUS preparatı böyrək arteriyalarının birtərəfli və ya ikitərəfli stenozu və ya yeganə böyrəyin stenozu olan xəstələrdə hipertenziyanın müalicəsi üçün ehtiyatla istifadə edilməlidir, çünki belə xəstələrdə qanda sidik cövhərinin və qan zərdabında kreatinin miqdarı arta bilər. Böyrək transplantasiyası Yaxın keçmişdə böyrək transplantasiyası əməliyyatını keçirmiş xəstələrdə HİPOTAN PLYUS preparatının təhlükəsiz istifadəsi təcrübəsi bu günədək yoxdur. Böyrək çatışmazlığı Valsartan əsasən şəkli dəyişməmiş halda ödlə birlikdə xaric olur. Amlodipinin böyük hissəsi qaraciyərdə metabolizm olunur. Yüngül və orta qaraciyər çatışmazlığı olan xəstələr üçün xolestazsız tövsiyə olunan ən yüksək doza 80 mq valsartan təşkil edir, bu səbəbdən HİPOTAN PLYUS bu qrupa aid xəstələr üçün yararlı deyil. Renin-anqiotenzin-aldosteron sisteminin (RAAS) ikiqat blokadası Bu kombinasiyanın interoseptiv, xüsusilə sistem dəyişiklikləri olan və özündən bayılmaya, insulta, hiperkaliemiyaya və böyrək funksiyalarının dəyişikliklərinə (o cümlədən, kəskin böyrək çatışmazlığına) (YFS <60 ml/dəq/1,73m ) meyilli olan xəstələrdə hipertenziya zamanı istifadəsi haqqında məlumat verilmişdir. Aliskirenin ARB ilə və ya AÇF inhibitorlarının şəkərli diabet və ya böyrək çatışmazlığı olan xəstələrdə istifadəsi əks göstərilib. Anqionevroz ödemi Tənəffüs yollarının obstruksiyasına və/və ya üzün, dodaqların, qırtlağın və/və ya dilin ödeminə səbəb olan anqionevroz ödemi, o cümlədən, qırtlağın və səs yarığının ödemi valsartan qəbul edən xəstələrdə izlənilir. Həmin xəstələrin bəzilərində AÇF inhibitorları daxil olmaqla, digər dərman vasitələrinə əvvəllər anqionevrotik ödem qeydə alınırdı. Anqionevrotik ödem inkişaf etmiş xəstələrdə amlodipin/valsartan/hidroxlortiazidlə müalicə dərhal dayandırılmalı və yenilənməməlidir. Ürəyin orta çatışmazlığı və işemik xəstəliyi/miokard infarktından sonrakı dövr Renin-anqiotenzin-aldosteron sisteminin dayandırılması (inhibition) nəticəsində buna meyilli şəxslərdə böyrək funksiyasında dəyişikliklər gözlənilə bilər. Böyrək funksiyası renin-anqiotenzin- aldosteron sisteminin fəallığından asılı ola biləcək ağır ürək çatışmazlığı olan xəstələrdə AÇF inhibitorları və anqiotenzin reseptorlarının antaqonistləri ilə müalicə oliquriya və/və ya inkişaf edən azotemiya və (nadir hallarda) kəskin böyrək çatışmazlığı ilə və/və ya ölümlə əlaqəli idi. Oxşar nəticələr valsartanla qeydə alınmışdır. Ürək çatışmazlığı olan və ya miokard infarktı keçirmiş xəstələrin qiymətləndirilməsinə hər zaman böyrək funksiyasının qiymətlədirilməsi də daxil olmalıdır. NYHA (Nyu-York kardiologiya assosiasiyasının) təsnifatına görə III və IV dərəcəli etiologiyalı qeyri işemik ürək çatışmazlığı olan xəstələr arasında uzun müddətli plasebo-nəzarətli tədqiqatda (PRAISE-2) amlodipin ağciyər problemi üzrə hesabatların artması ilə bağlı idi. Ürək çatışmazlığı və ürəyin işemik xəstəliyi olan xəstələrdə, xüsusilə HİPOTAN PLYUS preparatının 10 mq/320 mq/25 mq kimi yüksək dozada ehtiyatlı olmaq tövsiyə olunur, çünki həmin xəstə qrupları üzrə olan məlumatlar məhduddur. Aorta və mitral klapanın stenozu, obstruktiv hipertrofik kardiomiopatiya Bütün digər vazodilatatorlarla olduğu kimi aorta və mitral klapanın stenozu və ya obstruktiv hipertrofik kardiomiopatiyası olan xəstələrdə də amlodipinin istifadəsinə xüsusi diqqət yetirilməlidir. Hamiləlik Anqiotenzin II-nin reseptorlarının antaqonistlərinin (AIIRA) qəbulu hamiləlik dövründə başlanılmamalıdır. Lakin AIIRA-müalicə zəruridirsə hamiləliyi planlaşdıran xəstələr hamiləlik dövründə istifadə üçün müəyyən olunmuş təhlükəsizlik profili olan alternativ antihipertenziv müalicəyə keçməlidilər. Hamiləlik diaqnozu qoyulduqda AIIRA müalicəsi dərhal dayandırılmalı və lazım olduqda alternativ müalicə başlanılmalıdır. İlkin hiperaldosteronizm İlkin hiperaldosteronizmi olan xəstələr valsartanla – anqiotenzin II-nin antaqonisti ilə müalicə olunmamalıdır, çünki onların renin-anqiotenzin sistemi aktiv deyil. Beləliklə, HİPOTAN PLYUS preparatı əhalinin bu qrupu üçün tövsiyə olunmur. Sistem qırmızı qurdeşənəyi Məlumat verildiyi kimi, tiazidli diuretiklər, o cümlədən, hidroxlortiazid sistem qırmızı qurdeşənəyini şiddətləndirir və ya aktivləşdirirlər. Başqa metabolik pozğunluqlar Tiazidli diuretiklər, o cümlədən, hidroxlortiazid qlükozada tolerantlığı dəyişdirib zərdabda xolesterinin, triqliseridlərin və sidik turşusunun səviyyələrini qaldıra bilərlər. Diabet xəstələrində insulin dozasının və ya peroral hipoqlikemik vasitələrin korreksiyası tələb oluna bilər. Hidroxlortiazid komponenti səbəbindən HİPOTAN PLYUS preparatı simptomatik hiperurikemiya zamanı əks göstərilib. Hidroxlortiazid sidik turşusunun klirensinin aşağı düşməsi ilə əlaqədar qan zərdabında sidik turşusunun səviyyəsini artıra bilər və hiperurikemiyanı doğura və ya şiddətləndirə, həmçinin buna meyilli xəstələrdə podaqranı doğura bilər. Tiazidlər kalsiumun sidiklə ekskresiyasını aşağı salır, bu isə kalsium metabolizminin məlum pozqunluqları olmayanda qan zərdabında kalsiumun səviyyəsinin residiv və ya cüzi artımına səbəb ola bilər. HİPOTAN PLYUS preparatı hiperkalsiemiyası olan xəstələrə əks göstərilib və yalnız mövcud olan istənilən hiperkalsiemiyanın korreksiyasından sonra istifadə olunmalıdır. Müalicə zamanı hiperkalsiemiya inkişaf etdikdə HİPOTAN PLYUS preparatının qəbulu dayandırılmalıdır. Tiazidlərlə müalicə zamanı kalsium zərdabının səviyyələrinə vaxtaşırı nəzarət olunmalıdır. Tiazidlərin qəbulunun dayandırılmasına dair reaksiya və ya 12 mq/dl yüksək səviyyə qeydə alınmadıqda aşkar hiperkalsiemiya gizli hiperparatireozun olmasına dəlalət adə bilər. Tiazidlərin qəbulu qalxanvarı ətraf (paratireod) vəzilərin funksiyasına dair testlər aparılmayana qədər dayandırılmalıdır. Hiperkalsiemiyası və hipofosfatemiyası olan xəstələrdə qalxanvarı ətraf vəzilərin dəyişiklikləri bəzi xəstələrdə, uzunmüddətli tiazidli terapiya çərçivəsində izlənilirdi. Hiperkalsiemiya izlənildikdə diaqnostik tədqiqatlar davam etdirilməlidir. İşığa qarşı həssaslıq Tiazidli diuretiklərin qəbulu zamanı işığa qarşı həssaslıq reaksiyalarının olması haqqında məlumat verilir. İşığa qarşı həssaslıq reaksiyaları amlodipin/valsartan/hidroxlortiazidlə müalicə zamanı meydana gəldikdə müalicə dayandırılmalıdır. Diuretiklərin təkrar qəbulu zəruri olduqda açıq nahiyələr günəş və ya süni UBŞ şüalarından qorunmalıdır. Kəskin qapalıbucaqlı qlaukoma: Hidroxlortiazid, sulfonamid kəskin keçici miopiyaya və kəskin qapalıbucaqlı qlaukomaya gətirib çıxardan idiosinkrazik reaksiya ilə bağlı idi. Simptomlara iti görmə qabiliyyətinin kəskin surətdə zəifləməsi və göz ağrısının əmələ gəlməsi daxildir, hansılar ki adətən müalicə başlandıqdan sonra bir neçə saatdan bir həftəyə qədər müddət ərzində keçirlər. Müalicə olunmayan kəskin qapalıbucaqlı qlaukoma görmə qabiliyyətinin həmişəlik itirilməsinə səbəb ola bilər. Əsas müalicə hidroxlortiazidin qəbulunun mümkün qədər tez dayandırılmasından ibarətdir. Gözdaxili təzyiqə nəzarət yenə də mümkün olmadıqda təcili tibbi və ya cərrahi müalicə məsələsinin baxılması tələb oluna bilər. Kəskin qapalıbucaqlı qlaukomanın inkişafı təhlükəsinin amillərinə sulfonamid və ya penisillin allergiyasının tarixçəsi daxil ola bilər. Ümumi müddəalar Anqiotenzin II-nin reseptorlarının başqa antaqonistlərinə qarşı əvvəlcədən hiperhəssaslıq nümayiş etdirmiş xəstələrə qarşı ehtiyatlı olmaq lazımdır. Hidroxlortiazidə qarşı hiperhəssaslıq reaksiyaları çox güman ki, allergiyası və astması olan xəstələrdə yaranırlar. Yaşa dolmuş şəxslər (65 yaşda və daha yaşlı) Diqqət, həmçinin yaşa dolmuş şəxslər arasında, xüsusilə amlodipin/valsartan/hidroxlortiazidin 10 mq/320 mq/25 mq kimi ən yüksək dozası zamanı arterial təzyiqin daha tez-tez monitorinqi tövsiyə olunur, çünki xəstələrin bu populyasiyası üzrə olan məlumatlar məhduddur. Digər dərman vasitələri ilə qarşiliqli təsiri Amlodipin/valsartan/hidroxlortiazid üzrə digər dərman preparatları ilə qarşılıqlı təsirə dair heç bir rəsmi tədqiqat aparılmayıb. Beləliklə, bu fəsildə yalnız ayrı-ayrı aktiv maddələr üçün məlum olan digər dərman vasitələri ilə qarşılıqlı təsir haqqında məlumat təqdim olunub. Buna baxmayaraq, nəzərə almaq lazımdır ki, Amlodipin/valsartan/hidroxlortiazid birləşməsi digər antihipertenziv preparatların hipotenziv təsirini artıra bilər. Birgə qəbulu tövsiyə olunmur: Valsartan və Hidroxlortiazid kombinasiyası Litium Qan zərdabında litiumun və zəhərliliyin geri dönən artması barədə litiumun AÇF inhibitorları ilə, angiotenzin II reseptorlarının antaqonistləri ilə, o cümlədən valsartan və ya tiazidlərlə yanaşı qəbulu zamanı baş vermişdir. Litiumun böyrək klirensi tiazidlərlə azaldığına görə, litiumun zəhərlilik riski amlodipin/valsartan/hidroxlortiazid kombinasiyası ilə daha da arta bilər. buna görə də yanaşı istifadə zamanı qan zərdabında litiumun konsentrasiyasının dəqiq monitorinqi tələb olunur Valsartan Aliskirenlə birgə qəbulu: Şəkərli diabet və ya böyrək çatışmazlığı olan səxtələrdə aliskirenin ARB yaxud АÇF inhibitorları ilə birgə istifadəsi əks göstərişdir (YFS <60 ml/dəq/1,73 m ). Sabitləşdirici kalium diuretiklər, kalium əlavələri, kalium tərkibli duz əvəzediciləri və kaliumun səviyyəsini artıra bilən digər maddələr: Kaliumun səviyyəsinə təsir göstərən dərman preparatının valsartanla birgə qəbulu zəruri hesab olunursa, o zaman plazmada kaliumun səviyyəsinin tez-tez monitorinqinin aparılması tövsiyə olunur. Daşıyıcılar İnsan qaraciyəri toxumasının in vitro tədiqatlarının nəticələri göstərir ki, valsartan qaraciyərin uducu daşıyıcısı OATP1B1-in və qaraciyərin efflüks daşıyıcısı MRP2-nin substratıdır. Uducu daşıyıcı inhibitorların (rifampisin, siklosporin) yaxud efflüks daşıyıcının (ritonavir) birgə qəbulu valsartanın sistem təsirini gücləndirə bilər. Birgə qəbul zamanı diqqətli olmaq lazımdır Amlodipin Simvastatin Bir neçə 10 mq amlodipin və 80 mq simvastatin dozasının birgə qəbulu ayrılıqda simvastatinlə müqayisədə simvastatinin təsirinin 77% artmasına gətirib çıxarır. Amlodipin qəbul edən xəstələrdə simvastatinin dozasını gündəlik 20 mq-a qədər azaltmaq lazımdır. CYP3A4 inhibitorları (yəni, ketokonazol, itrakonazol, ritonavir): 180 mq diltiazemin və 5 mq amlodipinin gündəlik qəbulu hipertenziyalı yaşlı xəstələrdə amlodipinin sistem təsirini 1.6 dəfə artırır. Buna baxmayaraq, güclü CYP3A4 inhibitorları (məsələn, ketokonazol, itrakonazol, ritonavir) amlodipinin plazmada konsentrasiyasını daha çox artıra bilər, nəinki diltiazemin. Beləliklə, amlodipinin və CYP3A4 inhibitorlarının yanaşı qəbulu zamanı diqqətli olmaq lazımdır. CYP3A4 induktorları (qıcolma əleyhinə vasitələr [məsələn, karbamazepin, fenobarbital, fenitoin, “lisa”, primidon], rifampisin, adi dazıotu: CYP3A4 induktorlarının amlodipinə təsiri haqqında kəmiyyət məlumatı yoxdur. Amlodipin CYP3A4 induktorları ilə birgə qəbul edildikdə xəstələr adekvat klinik təsirə görə yoxlanılmalıdır. Valsartan və Hidroxlortiazid kombinasiyası Qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP), o cümlədən, siklooksigenaza-2-nin selektiv inhibitorları (COX-2 inhibitorları), asetilsalisil turşusu (> 3 q/gün) və qeyri-selektiv QSİƏP: QSİƏP birgə qəbul zamanı hən angiotenzin II-nin, həm də hidroxlortiazidin antihipertenziv təsirini zəiflədə bilər. Bundan başqa, amlodipin/valsartan/hidroxlortiazid kombinasiyasının və QSİƏP-in birgə qəbulu böyrək funksiyasının pisləşməsinə və zərdabda kaliumun artmasına gətirib çıxara bilər. beləliklə, müalicənin əvvəlində böyrək funksiyalarına nəzarət, həmçinin xəstənin kifayət qədər hidratasiyası tələb olunur. Hidroxlortiazidin hipokaliemik təsiri kaliumuretik diuretiklərin, kortikosteroidlərin, işlədici preparatların, adrenokortikotrop hormonun (AKTH), amfoterisinin, karbenoksolonun, penisilin G- nin və salisi turşusu törəmələrinin yaxud antiaritmik vasitələrin yanaşı qəbulu zamanı arta bilər. Kaliumun səviyyəsinin tənzimlənməsi üçün istifadə olunan dərman vasitələri: Diuretiklərin hipokaliemik təsir: – IA sinfindən antiaritmik vasitələr (məsələn, xinidin, hidroxinidin, dizopiramid) – III sinifdən antiaritmik vasitələr (məsələn, amiodaron, sotalol, defotilid, ibutilid) – Neyroleptiklər (məsələn, tioridazin, xlorpromazin, levomepromazin, triftorperazin, siamemazin, sulpirid, sultoprid, amisulprid, tiaprid, pimozid, haloperidol, droperidol, metadon). Hipokaliemiya riski səbəbindən iki istiqamətli taxikardiyanın (torsades de pointes) yaranmasına gətirib çıxara bilən dərman vasitələri ilə birgə qəbul zamanı hidroxlortiazid ehtiyatla qəbul edilməlidir. Digər preparatlar (məsələn, bepridil, zisaprid, difenil, eritromisin IV, halofantrin, ketanserin, mizolastin, pentamidin, moksifloksasin, terfenadin, vinkamin V/D). Hidroxlortiazid Alkoqol, barbituratlar və ya narkotiklər: Tiazid diuretiklərin arterial təzyiqi azaldan digər maddələrlə birgə qəbulu ortostatik hipotenziyaya səbəb ola bilər. Amantadin Tiazidlər, o cümlədən, hidroxlortiazid, amantadinin səbəb olduğu yanaşı reaksiyalar riskini artıra bilər. Antixolinergik vasitələr (məsələn, atropin, biperiden): Tiazid diuretiklərin biomənimsənilməsi antixolinergik vasitələr (məsələn, atropin, biperiden) yolu ilə, yəqin ki, MBT motorikasının və mədənin boşalması sürətinin azalması səbəbindən artırıla bilər. Digər tərəfdən, ehtimal olunur ki, sizaprid kimi prokinetik maddələr tiazid diuretiklərin biomənimsənilməsini azalda bilər. Diabet əleyhinə vasitələr (məsələn, insulin və diabet əleyhinə vasitələr) [metformin]): Tiazidlər qlükozaya qarşı tolerantlığı dəyişə bilər. Diabet əleyhinə dərman vasitəsinin dozasına düzəliş edilməsi tələb oluna bilər. Hidroxlortiazidlə bağlı mümkün funksional böyrək çatışmazlığından irəli gələn laktoasidoz səbəbindən metformin ehtiyatla qəbul edilməlidir. Beta-blokatorlar və diazoksid: Tiazid diuretiklərin, o cümlədən, hidroxlortiazidin β-blokatorlarla birgə qəbulu hiperqlikemiya riskini artıra bilər. Tiazid diuretiklər, o cümlədən, hidroxlortiazid, diazoksidin hiperqlikemik təsirini artıra bilər. Siklosporin Siklosporinlə yanaşı müalicə hiperurikemiya və podaqra kimi ağırlaşmalar riskini artıra bilər. Sitostatiklər Tiazidlər, o cümlədən, hidroxlortiazid, sitotoksik agentlərin (məsələn, siklofosfamid, metotreksat) böyrək ekskresiyasını azalda və onların mielosupressiv təsirlərini gücləndirə bilər. Üskükotu qlikozidləri Tiazidlə əlaqədar hipokaliemiya və ya hipomaqniemiya arzuolunmaz təsir kimi yarana və üskükotu qlikozidlərinin yaratdığı ürək aritmiyasına səbəb ola bilər. Yod tərkibli kontrast agentlər Diuretiklə əlaqədar susuzlaşma zamanı, xüsusilə də yüksək dozada yod tərkibli preparatlar qəbul edildikdə kəskin böyrək çatışmazlığı riski yüksəkdir. İstifadədən əvvəl xəstələr təkrar hidratasiya olunmalıdır. İon mübadiləsi qətranları Tiazid diuretiklərin, o cümlədən, hidroxlortiazidin absorbsiyası, xolestiramin və ya xolestipol vasitəsilə azaldılır. Bu, tiazid diuretiklərin subterapevtik təsirlərinə gətirib çıxara bilər. Lakin hidroxlortiazid qatranın qəbuluna ən azı 4 saat qalmış yaxud qatranın qəbulundan 4-6 sonra qəbul edildikdə, onların qarşılıqlı təsiri minimuma endirilə bilər. Qan zərdabında kaliumun səviyyəsinə təsir göstərən dərman preparatları Hidroxlortiazidin hipoqlikemik təsiri kaliumuretik diuretiklərin, kortikosteroidlərin, işlədici dərmanların, adrenokortikotrop hormonun (AKTH), amfoterisinin, karbenoksolonun, penisillin G- nin və salisil turşusunun törəmələrinin və ya antiaritmik vasitələrin yanaşı qəbulu zamanı arta bilər. Əgər bu dərman vasitələri amlodipin/valsartan/hidroxlortiazid kombinasiyası ilə birgə təyin edilməlidirsə, plazmada kaliumun səviyyəsinin monitorinqinin aparılması tövsiyə olunur. Qan zərdabında natriumun səviyyəsinə təsir göstərən dərman preparatları Diuretiklərin hiponatriemik təsiri antidepressantlar, neyroleptiklər, antiepileptiklər və s. bu kimi dərman preparatlarının yanaşı qəbulu ilə güclənə bilər. Bu dərman vasitələrinin uzunmüddətli qəbulu zamanı ehtiyatlı olmaq lazımdır. İki istiqamətli taxikardiyaya (Torsades de Pointes) səbəb ola biləcək dərman vasitələri Hipokaliemiya riski səbəbindən iki istiqamətli taxikardiyaya səbəb ola biləcək dərman preparatları, xüsusilə Ia və III sinfindən olan antiaritmik preparatlarla və bəzi neyroleptiklərlə birgə qəbul zamanı hidroxlortiazid ehtiyatla qəbul edilməlidir. Podaqranın müalicəsi zamanı istifadə olunan dərman preparatları (probenesid, sulfinpirazon və allopurinol) Urikozurik dərman vasitələrinin dozasına düzəliş edilməsi tələb oluna bilər, belə ki, hidroxlortiazid qan zərdabında sidik turşusunun səviyyəsini artıra bilər. Probenesidin və ya sulfinpirazonun dozasının artırılmasına ehtiyac yarana bilər. Tiazid diuretiklərin, o cümlədən, hidroxlortiazidin birgə qəbulu allopurinola qarşı hiperhəssaslıq reaksiyalarının tezliyini artıra bilər. Metildopa Hidroxlortiazidin və metildopanın istifadəsi zamanı yaranan hemolitik anemiya haqqında ayrı-ayrı məlumatlar mövcuddur. Qeyri-depolyarlaşmış skelet əzələlərinin relaksantları (məsələn, tubokurarin) Tiazidlər, o cümlədən hidroxlortiazid kurare törəmələrinin təsirini gücləndirir. Digər antihipertenziv dərman vasitələri Tiazidlər digər antihipertenziv preparatların (məsələn, quanetidinin, metildopanın, β-blokatorların, vazodilatatorların, kalsium kanalının blokatorlarının, AÇF inhibitorlarının, angiotenzin I reseptorlarının blokatorlarının, reninin birbaşa inhibitorlarının) antihipertenziv təsirini gücləndirir. Pressor aminlər (məsələn, noradrenalin, adrenalin) Hidroxlortiazid noradrenalin kimi pressor aminlərin reaksiyasını azalda bilər. Bu təsirin klinik əhəmiyyətliliyi onların istifadəsindən imtina etmək üçün qeyri-müəyyəndir və kifayətsizdir. D vitamini və kalsium duzları Hidroxlortiazid D vitamini və ya kalsium duzları ilə qan zərdabında kalsiumun artmasını gücləndirə bilər. Tiazid diuretiklərin birgə qəbulu kalsiumun kanal reabsorbsiyasının qrtması hesabına hiperkalsiemiyaya meyilli xəstələrdə hiperkalsiemiyaya gətirib çıxara bilər. Qarşılıqlı təsiri mövcud deyil Valsartan Digər preparatlar (simetidin, varfarin, furosemid, diqoksin, atenolol, indometasin, hidroxlortiazid, amlodipin, qlibenklamid): Valsartanla monoterapiya zamanı aşağıda qeyd olunan maddələrlə klinik əhəmiyyətli təsir aşkar edilməmişdir: simetidin, varfarin, furosemid, diqoksin, atenolol, indometasin, hidroxlortiazid, amlodipin, qlibenklamid. Bu maddələrin bəziləri amlodipin/valsartan/hidroxlortiazid kombinasiyasında hidroxlortiazid inqrediyenti ilə qarşılıqlı təsir göstərə bilər (bax: Hidroxlortiazidlə qarşılıqlı təsir).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ümumi tövsiyələr Hamiləliyin kateqoriyası: D. Reproduktivlik, kontrasepsiya Amlodipin/valsartan/hidroxlortiazidin mənfi farmakokinetik nəticələri hamiləlik zamanı və/və ya döl/yeni doğulmuş üçün qeydə alınır. HİPOTAN PLYUS preparatı zəruri olmadıqda hamiləlik zamanı qəbul edilməməlidir. Hamiləlik Amlodipin Hamiləliklə bağlı məhdud məlumatlar göstərir ki, amlodipin və kalsium reseptorlarının digər antaqonistləri dölün sağlamlığına mənfi təsir göstərmirlər. Doğuşun gecikməsi riski müşahidə oluna bilər. Valsartan Hamiləliyin birinci üç aylığında angiotenzin II (AIIRA) reseptorlarının antoqonistlərinin istifadəsi tövsiyə olunmur. AIIRA-nın hamiləliyin ikinci və üçüncü üç aylığında istifadəsi əks göstərişdir. Hamiləliyin birinci üç aylığında AÇF inhibitorlarının təsirindən sonra teratogen riskə dair epidemioloji məlumatlar inandırıcı olmamışdır; lakin riskin bir qədər artması istisna deyil. Angiotenzin II (AIIRA) reseptorlarının antoqonistlərinin riski haqqında nəzarət olunan epidemioloji məlumatların olmamasına baxmayaraq, bu sinifdən olan preparatlar üçün bu cür risklər ola bilər. Əgər AIIRA terapiyası yenə də zəruri hesab olunarsa, hamiləliyi planlaşdıran xəstələr hamiləlik zamanı istifadə üçün müəyyən olunmuş təhlükəsizlik profilinə malik alternativ antihipertenziv müalicəyə keçməlidir. Hamiləlik müəyyən olunduqda, AIIRA ilə müalicə dərhal dayandırılmalı və zərurət olduqda alternativ müalicəyə başlanılmalıdır. Məlumdur ki, AIIRA terapiyasının təsiri ikinci və üçüncü üç aylıqlarda insanda fetotoksiklik (qaraciyər funksiyasının azalması, suyun azalması, kəllənin sümükləşməsinin yavaşıması) və neonatal toksiklik (qaraciyər çatışmazlığı, arterial hipotenziya, hiperkaliemiya) yaradır. AIIRA-nın təsiri hamiləliyin ikinci üç ayığından başlayaraq baş veribsə, qaraciyər funksiyalarının və kəllənin USM-müayinəsi tövsiyə olunur. Anaları AIIRA qəbul edən körpələr hipotoniyaya görə diqqətlə müayinə olunmalıdır. Hidroxlortiazid Hamiləlik zamanı, xüsusilə də birinci üç aylıqda, hidroxlortiazidin istifadəsinə dair məhdud təcrübə mövcuddur. Heyvanlar üzərində tədqiqatlar kifayət qədər deyil. Hidroxlortiazid cift vasitəsilə keçir. Hidroxlortiazidin farmakoloji təsir mexanizmi nəzərə alınaraq, onun ikinci və üçüncü üç aylıqda istifadəsi feto-plasentar perfuziyanı təhlükə altında qoya və döl və yeni doğulmuş üçün sarılıq, elektrolit balansın pozulması və trombositopeniya kimi təsirlərə səbəb ola bilər. Amlodipin/valsartan/hidroxlortiazid HİPOTAN PLYUS-un hamilə qadınlarda istifadəsi təcrübəsi mövcud deyil. Komponentlərə dair mövcud olan məlumatlar nəzərə alınmaqla, HİPOTAN PLYUS-un hamiləliyin birinci üç aylığında istifadəsi tövsiyə olunmur, ikinci və üçüncü üç aylıqlarda əks göstərişdir. Laktasiya Döşlə əmizdirmə zamanı valsartanın və/və ya amlodipinin istifadəsinə dair məlumat mövcud deyil. Hidroxlortiazid orqanizmdən ana südü ilə az miqdarda çıxarılır. HİPOTAN PLYUS-un döşlə əmizdirmə zamanı istifadəsi tövsiyə olunmur. Döşlə əmizdirmə, xüsusilə də yeni doğulmuşların və ya vaxtından qabaq doğulmuşların əmizdirilməsi zamanı yaxşı müəyyən olunmuş təhlükəsizlik profillərinə malik alternativ müalicə metodları tövsiyə olunur. Fertillik Amlodipinin, hidroxlortiazidin və ya valsartanın fertilliyə təsirinə dair klinik tədqiqatlar aparılmayıb. Siçanlar üzərində də amlodipinin, hidroxlortiazidin və ya valsartanın fertilliyə təsirinə dair tədqiqatlar aparılmayıb.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə təsirə dair tədqiqatlar aparılmayıb. Nəzərə almaq lazımdır ki, preparat başgicəllənmə, ürəkbulanma və nəqliyyat vasitələrini və mexanizmləri idarə edərkən yorğunluq yarada bilər.

İstifadə qaydası və dozası

Həkimlə məsləhətləşmədən qəbul etmək olmaz. İstifadədən əvvəl təlimatı diqqətlə oxumaq lazımdır. HİPOTAN PLYUS-un tövsiyə olunan dozası gündə bir tabletdir. Səhər qəbul etmək daha yaxşıdır. HİPOTAN PLYUS-a keçməzdən əvvəl xəstələri eyni zamanda qəbul edilən monokomponentlərin sabit dozaları ilə yoxlamaq lazımdır. HİPOTAN PLYUS-un dozası keçid zamanı kombinasiyanın fərdi komponentlərinə əsaslanmalıdır. HİPOTAN PLYUS-un maksimum tövsiyə olunan dozası 10 mq /320 mq/25 mq təşkil edir. İstifadə qaydası HİPOTAN PLYUS qida ilə birgə və ya qidasız qəbul etmək olar. Tabletlər bütöv şəkildə, az miqdarda su ilə, günün eyni saatında, ən yaxşısı səhər qəbul edilməlidir. Əhalinin xüsusi kateqoriyaları Böyrək çatışmazlığı Hidroxlortiazid komponentinə görə HİPOTAN PLYUS-un anuriyalı xəstələrdə və ağır böyrək çatışmazlığı (yumaq filtrasiyasının sürəti (YFS) <30 ml/dəq/1,73m ) olan xəstələrdə istifadəsi əks göstərişdir. Ağır böyrək pozğunluqları üçün (YFS) <30 ml/dəq/1,73m ) tiazid diuretiklər monoterapiya kimi qeyri-effektivdir, lakin onlar ilgəkli diuretiklərlə birgə istifadə edildikdə, bu, YFS <30 ml/dəq/1,73m olan xəstələr üçün effektiv ola bilər. Zəif böyrək çatışmazlığı olan xəstələrdə kalium və kreatinin səviyyəsi yoxlanılmalıdır. Yüngül-orta formalı böyrək çatışmazlığı olan xəstələrdə dozaya düzəliş edilməsi tələb olunmur. Qaraciyər çatışmazlığı Valsartan komponentinə görə HİPOTAN PLYUS ağır qaraciyər çatışmazlığı olan xəstələr üçün əks göstərişdir. Xolestazsız yüngül və orta qaraciyər çatışmazlığı olan xəstələrdə maksimal tövsiyə olunan doza 80 mq Valsartan təşkil edir və nəticə etibarilə, HİPOTAN PLYUS bu qrup xəstələrə yaramır. Ürək çatışmazlığı və ürəyin işemik xəstəliyi HİPOTAN PLYUS-un istifadə təcrübəsi məhduddur, xüsusilə də ürək çatışmazlığı və ürəyin işemik xəstəliyi olan xəstələrdə maksimal doza ilə. Ürək çatışmazlığı və ürəyin işemik xəstəliyi olan xəstələrə münasibətdə, xüsusilə, HİPOTAN PLYUS-un 10 mq/320 mq/25 mq maksimal dozası ilə ehtiyatlı olmaq lazımdır. Pediatrik qrup HİPOTAN PLYUS-un pediatrik populyasiyada (18 yaşdan aşağı xəstələrdə) hipertonik xəstələrdə müvafiq istifadəsinə dair məlumat yoxdur. Heriatrik qrup Yaşlı xəstələrdə, xüsusilə də HİPOTAN PLYUS-un 10 mq/320 mq/25 mq maksimal dozası ilə ehtiyatlı olmaq, o cümlədən, tez-tez arterial təzyiqin monitorinqini keçirmək lazımdır, belə ki, bu əhali üzrə məlumat məhduddur. 65 yaşdan yuxarı xəstələr üçün dozaya düzəliş edilməsi tələb olunmur.

Əlavə təsirləri

Amlodipin/valsartan/hidroxlortiazid kombinasiyasının aşağıda təqdim edilən təhlükəsizlik profili amlodipin/valsartan/hidroxlortiazid kombinasiyası ilə aparılan klinik tədqiqatlara və amlodipin, valsartan və hidroxlortiazidin ayrı-ayrı komponentlərinin məlum təhlükəsizlik profilinə əsaslanır. Amlodipin/valsartan/hidroxlortiazid kombinasiyası haqqında məlumat: Amlodipin/valsartan/hidroxlortiazid kombinasiyasının təhlükəsizliyi 2271 xəstə arasında nəzarət olunan qısamüddətli (8 həftə) bir klinik tədqiqat zamanı 10 mq/320 mq/25 mq maksimal doza ilə qiymətləndirilmişdir. Xəstələrdən 582 nəfəri valsartanı amlodipin və hidroxlortiazid kombinasiyasında qəbul etmişdir. Yanaşı reaksiyalar, bir qayda olaraq, yüngül və müvəqqəti xarakter daşıyırdı və yalnız bəzi hallarda terapiyanın dayandırılması tələb olunurdu. Bu aktiv, nəzarət olunan klinik tədqiqatlarda ilə müalicənin dayandırılmasına ən geniş yayılmış səbəb başgicəllənmə və hipotoniya olmuşdur (0,7%). 8-həftəlik nəzarət olunan klinik tədqiqat ərzində üçqat terapiya ilə müalicə zamanı komponentlərin monoterapiyası və ya ikiqat terapiyası ilə müqayisədə əhəmiyyətli yeni və ya gözlənilməz yanaşı reaksiya müşahidə edilməmişdir. 8-həftəlik nəzarət olunan klinik tədqiqat ərzində amlodipin/valsartan/hidroxlortiazid kombinasiyası zamanı müşahidə edilən laborator göstəricilərin dəyişikliyi cüzi olmuş və monoterapiyanın farmakoloji təsir mexanizminə uyğun olmuşdur. Üçqat kombinasiyada valsartanın olması hidroxlortiazidin hipokaliemik təsirini zəiflədir. MedDRA-nın Sistem orqanların və tezliklərin təsnifatlarında sadaladığı aşağıdakı yanaşı reaksiyalar amlodipin/valsartan/hidroxlortiazid kombinasiyası və ayrılıqda amlodipin, valsartan və hidroxlortiazidlə bağlıdır. Son dərəcə tez-tez (≥1/10), tez-tez (≥1/100-dən <1/10-a qədər), bəzən (≥1/1000-dən <1/100-ə qədər), nadir hallarda (≥1/10000-dən <1/1000-ə qədər), çox nadir hallarda (<1/10000) məlum deyil (mövcud məlumatlar əsasında qiymətləndirilə bilməz). Amlodipin/valsartan/hidroxlortiazid kombinasiyasına dair Maddələr mübadiləsinin və qidalanmanın pozulması Tez-tez: hipokaliemiya Bəzən: anoreksiya, hiperkalsiemiya, hiperqlikemiya, hiperurikemiya, hiponatriemiya Psixi pozğunluqlar Bəzən: yuxusuzluq/Yuxunun pozulması Sinir sisteminin pozğunluqları Tez-tez: başgicəllənmə, baş ağrısı Bəzən: anomal koordinasiya, başgicəllənmə, fiziki iş zamanı başgicəllənmə, iştahanın korlanması, süstlük, paresteziya, periferik nevropatiya, nevropatiya, yuxululuq, bayılma Göz pozğunluqları Bəzən: görmə qabiliyyətinin pozulması Qular və labirint pozğunluqları Bəzən: qulaqlarda cingilti Ürək xəstəlikləri Bəzən: taxikardiya Damar pozğunluqları Tez-tez: hipotoniya Bəzən: ortostatik hipotoniya, flebit, tromboflebit Respirator, torakal və mediastinal pozğunluqlar Bəzən: öskürək, təngnəfəslik, boğaz qıcıqlanması Mədə-bağırsaq pozğunluqları Tez-tez: dispepsiya Bəzən: qarında narahatlıq, qarnın yuxarı hissəsində ağrılar, tənəffüs zamanı qoxu, diareya, ağızda quruluq, ürəkbulanma, qusma Dəri və dərialtı toxumanın xəstəlikləri Bəzən: hiperhidroz, qaşınma Dayaq-hərəkət aparatının və birləşdirici toxumanın pozğunluğu Bəzən: kürəkdə ağrılar, oynaqların şişməsi, əzələ spazmı, əzələ zəifliyi, mialgiya, ətraflarda ağrılar Böyrək və urinal pozğunluqlar Tez-tez: pollakiuriya Bəzən: qanda kreatininin çoxalması, kəskin böyrək çatışmazlığı Ümumi pozğunluqlar və istifadə yerində vəziyyət Tez-tez: yorğunluq, ödem Bəzən: abaziya, yerişin pozulması, asteniya, narahatlıq, halsızlıq, sinədə qeyri-ürək ağrısı Laborator müayinələr Bəzən: qanda sidik cövhərinin azotunun artması, qanda sidik turşusunun artması, qanda kaliumun səviyyəsinin azalması, çəkinin artması Sidik-cinsiyyət sisteminin pozğunluqları Bəzən: impotensiya Amlodipin Qan və limfatik sistemin pozğunluqları Çox nadir hallarda: leykopeniya, trombositopeniya, İmmun sistemi tərəfindən Çox nadir hallarda: hiperhəssaslıq Maddələr mübadiləsinin və qidalanmanın pozulması Çox nadir hallarda: hiperqlikemiya Psixi pozğunluqlar Çox nadir hallarda: yuxusuzluq/yuxunun pozulması, əhval-ruhiyyənin dəyişməsi, o cümlədən, narahatlıq Sinir sisteminin pozğunluqları Tez-tez: başgicəllənmə, baş ağrısı, yuxululuq Bəzən: iştahanın pozulması, paresteziya, özündən getmə, tremor Çox nadir hallarda: hipertrofiya, periferik nevropatiya, nevropatiya Göz pozğunluqları Bəzən: vizual pozğunluqlar, görmə qabiliyyətinin pozulması Qulaq və labirint pozğunluqları Bəzən: qulaqlarda cingilti Ürək xəstəlikləri Tez-tez: palpitasiya Çox nadir hallarda: aritmiya (o cümlədən, bradikardiya, mədəcik taxikardiyası, atrial fibrillyasiya), miokard infarktı Damar pozğunluqları Tez-tez: yığılmalar Bəzən: hipotoniya Çox nadir hallarda: vaskulit Respirator, torakal və mediastinal pozğunluqlar Bəzən: təngnəfəslik, rinit Çox nadir hallarda: öskürək Mədə-bağırsaq pozğunluqları Tez-tez: qarında narahatlıq, qarnın yuxarı hissəsində ağrılar, ürəkbulanma Bəzən: bağırsaq alışqanlığının dəyişdirilməsi, diareya, ağız quruluğu, dispepsiya, qusma Çox nadir hallarda: qastrit, damarların hiperplaziyası, pankreatit Hepatobiliar pozğunluqlar Çox nadir hallarda: qaraciyərin fəaliyyətinə, o cümlədən qanda bilirubinin artmasına görə anomal test, hepatit, qaraciyər daxili xolestaz, sarılıq Dəri və dərialtı toxumanın xəstəlikləri Bəzən: dazlaşma, ekzantema, hiperhidroz, qaşınma səpgi, dəri rənginin dəyişməsi Çox nadir hallarda: angiodema, multiform etirema, örə, Stivens-Conson sindromu Dayaq-hərəkət aparatının və birləşdirici toxumanın pozğunluqları Bəzən: artralgiya, kürəkdə ağrı, əzələ spazmı, mialgiya Böyrək və urinal pozğunluqlar Bəzən: sidik ifrazının pozulması, nokturiya, pollakiuriya Ümumi pozğunluqlar və yerli şərait Tez-tez: yorğunluq, ödem Tədqiqatlar Bəzən: çəkinin artması, çəkinin azalması Çox nadir hallarda: qaraciyər fermentlərinin (əsasən xolestazla uyğunlaşan) artması Sidik-cinsiyyət sisteminin pozğunluqları Bəzən: erektial disfunksiya, impotensiya, ginekomastiya Valsartan Qan və limfatik sistemin pozğunluqları Məlum deyil: hemoqlobin və hematokritin azalması, neytropeniya İmmun sistemin pozğunluqları Məlum deyil: hiperhəssalıq, o cümlədən, zərdab xəstəliyi Qulaq və labirint pozğunluqları Məlum deyil: vertiqo Damar pozğunluqları Məlum deyil: vaskulit Respirator, torakal və mediastinal pozğunluqlar Bəzən: öskürək Mədə-bağırsaq pozğunluqları Bəzən: qarında narahatlıq Hepatobiliar pozğunluqlar Məlum deyil: qaraciyərin fəaliyyətinə, o cümlədən, qanda bilirubinin artmasına görə anomal test Dəri və dərialtı toxumanın xəstəlikləri Məlum deyil: angiodema, qaşınma, səpgi Dayaq-hərəkət aparatının və birləşdirici toxumanın pozğunluqları Məlum deyil: mialgiya Böyrək və urinal pozğunluqlar Məlum deyil: qanda kreatinin artması, böyrək çatışmazlığı və pozğunluqlar Ümumi pozğunluqlar və yerli şərait Bəzən: yorğunluq Müayinələr Məlum deyil: qanda kalium səviyyəsinin artması Hidroxlortiazid Qan və limfatik sistemin pozğunluqları Nadir hallarda: trombositopeniya, bəzən donuz vəbası ilə Çox nadir hallarda: aqranulositoz, sümük iliyinin çatışmazlığı, hemolitik anemiya, leykopeniya Məlum deyil: aplastik anemiya İmmun sistemin pozğunluqları Çox nadir hallarda: hiperhəssalıq, tənəffüs çatışmazlığı, o cümlədən, pnevmoniya və ağciyər ödemi Maddələr mübadisənin və qidalanmanın pozulması Son dərəcə tez-tez: hipokaliemiya, qanda lipidlərin artması Tez-tez: hiperurikemiya, hipomaqniemiya, hiponatriemiya Nadir hallarda: hiperkaliemiya, hiperqlikemiya, qlükozuriya və diabetik metabolik vəziyyətin pisləşməsi Çox nadir hallarda: hipoxloremik alkaloz Psixi pozğunluqlar Nadir hallarda: depressiya, yuxusuzluq/yuxunun pozulması Sinir sisteminin pozğunluqları Nadir hallarda: paresteziya, baş ağrısı, başgicəllənmə, yuxunun pozulması, depressiya Göz pozğunluqları Görmə qabiliyyətinin pozulması, xüsusilə müalicənin ilk üç həftəsində Məlum deyil: kəskin qapalı bucaqlı qlaukoma Ürək xəstəlikləri Nadir hallarda: aritmiya (o cümlədən, bradikardiya, mədəcik taxikardiyası, atrial fibrillyasiya) Damar pozğunluqları Tez-tez: ortostatik hipotoniya Respirator, torakal və mediastinal pozğunluqlar Çox nadir hallarda: tənəffüs çatışmazlığı, ağciyərlərin ödemi, pnevmoniya Mədə-bağırsaq pozğunluqları Tez-tez: iştahanın pozulması, ürəkbulanma, qusma Nadir hallarda: qarında narahatlıq, qəbizlik, diareya Çox nadir hallarda: pankreatit Hepatobiliar pozğunluqlar Nadir hallarda: qaraciyərdaxili xolestaz, sarılıq Dəri və dərialtı toxumanın xəstəlikləri Tez-tez: səpgi, övrə və digər səpgi növləri Nadir hallarda: işığa qarşı həssaslıq reaksiya Çox nadir hallarda: qırmızı qurdeşənəyinə bənzər reaksiyalar, nekrotik vaskulit və toksiki epidermal nekroliz Məlum deyil: multiformalı eritema Dayaq-hərəkət aparatının və birləşdirici toxumanın pozğunluğu Məlum deyil: əzələ spazmı Böyrək və urinar pozğunluqlar Böyrək disfunksiyası, böyrək çatışmazlığı Məlum deyil: böyrək disfunksiyası, kəskin böyrək çatışmazlığı Sidik-cinsiyyət sisteminin pozğunluqları Tez-tez: impotensiya Ümumi pozğunluqlar və yerli şərait Məlum deyil: abaziya, yerişin pozulması, pireksiya, asteniya Tədqiqatlar Son dərəcə tez-tez: lipidlərin artması Nadir hallarda: qlükozuriya GÖZLƏNİLMƏZ TƏSİRLƏR BAŞ VERDİKDƏ HƏKİMƏ MÜRACİƏT EDİN.

Doza həddinin aşılması

Amlodipin/valsartan/hidroxlortiazid kombinasiyası ilə dozanın aşılması təcrübəsi mövcud deyil. Valsartanın dozasının aşılmasının əsas simptomu başgicəllənmə ilə güclü hipotoniya ola bilər. Amlodipinin dozanın aşılması həddindən artıq periferik vazodilatasiyaya və yəqin ki, reflektor taxikardiyaya gətirib çıxara bilər. Amlodipinlə bağlı güclü və potensial uzadılmış sistem hipotenziya, o cümlədən ölümlə nəticələnən şok barədə məlumat verilir. Amlodipin/ valsartan /hidroxlortiazid Amlodipin/valsartan/hidroxlortiazid kombinasiyasının dozasının aşılması səbəbindən klinik əhəmiyyətli hipotoniya aktiv ürək-damar dəstəyi, o cümlədən ürək və tənəffüs funksiyasının, ətrafların hündürlükdə yerləşməsinin tez-tez yoxlanılmasını və sirkulyasiya edən mayenin həcminə və sidik ifrazına diqqəti tələb edir. İstifadəsinə dair əks göstəriş olmadıqda, vazokonstriktor damar tonusunun və arterial təzyiqin bərpasında faydalı ola bilər. Kalsium qlükonatın damar daxilinə yeridilməsi kalsium kanallarının blokadasının nəticələrinin aradan qaldırılması zamanı faydalı ola bilər. Daxilə yenicə qəbul edildikdə qusdurma və ya mədənin yuyulması nəzərdən keçirilə bilər. Sağlam könüllülərdə aktivləşmiş kömürün qəbulu amlodipinin absorbsiyasının dərhal və ya amlodipinin qəbulundan 2 saat sonra azaldığını göstərmişdir. Amlodipin və valsartanın hemodializ köməyi ilə çıxarılması ehtimalı azdır. Hidroxlortiazid Hidroxlortiazidin dozasının aşılması elektrolitin deplesiyası (hipokaliemiya, hipoxloremiya) və həddindən artıq diurez nəticəsində hipovolemiya ilə bağlıdır. dozanın aşılmasının ən yayılmış əlamətləri və simptomları ürəkbulanma və yuxululuqdur. Hipokaliemiya əzələ spazmlarına gətirib çıxara və üskükotu qlikozidlərinin və ya müəyyən antiaritmik dərman preparatlarının yanaşı istifadəsi ilə əlaqədar aritmiyanı gücləndirə bilər. Hidroxlortiazidin hemodializ vasitəsilə çıxarılma dərəcəsi müəyyən olunmayıb.

Buraxılış forması

7 tablet, Al/Al (alüminium) folqa blisterdə. 4 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Digər formalari HİPOTAN PLYUS 5mq/160mq/12,5mq, 28 örtüklü tablet HİPOTAN PLYUS 5mq/160mq/25mq, 28 örtüklü tablet HİPOTAN PLYUS 10mq/160mq/25mq, 28 örtüklü tablet

Saxlanma şəraiti

25°С-dən aşağı otaq temperaturunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Aptekdən buraxılış şərti Resept əsasında buraxılır.

İstehsalçı

Sanovel İlaç San. ve Tic. A.Ş., Turkey. Balaban Mahallesi, Cihaner Sokağı, No:10, 34580 Silivri/İstanbul/TÜRKİYƏ.

Qeydiyyat vəsiqəsinin sahibi

Sanovel İlaç San. ve Tic. A.Ş., Turkey. İstinye Mahallesi, Balabandere Caddesi, No:14, 34460 Sarıyer, İstanbul/TÜRKİYƏ.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“HIPOTAN PLUS 10/160 N28 TAB” üçün ilk rəyi siz yazın.