GRAMMIDIN DETSKI 112 DOZ SPREY

Dərman formasıSprey
Farmakoloji təsirAntibiotik + antiseptik vasitə
İstehsal ölkəsiNiderland

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

20,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

QRAMMİDİN UŞAQLAR ÜÇÜN yerli istifadə üçün dozalanmış sprey Beynəlxalq patentləşdirilməmiş adı: Gramicidin C + Cetylpyridinium chloride

Tərkibi

Təsiredici maddələr:1 dozada 0,0319 mq qramisidin C dihidroxlorid (Qramisidin C-yə nəzərən 0,03 mq), 0,1 mq setilpiridinium xlorid vardır. Köməkçi maddələr: etanol 96 %, sukraloza, qliserol, moruq aromatizatoru, limon turşusu monohidratı, natrium sitrat, polisorbat 80, metilparahidroksibenzoat (metilparaben), propilparahidroksibenzoat (propilparaben), təmizlənmiş su.

Təsviri

Səciyyəvi moruq qoxusu olan şəffaf və ya opalessent, rəngsiz və ya sarımtıl məhluldur.

Farmakoterapevtik qrupu

Antibiotik + antiseptik vasitə. ATC kodu: R02АА20.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Boğazda və ağız boşluğunda infeksion-iltihabi xəstəliklərin müalicəsi üçün kombinə edilmiş preparat. C – mikrob əleyhinə vasitə və antiseptik vasitə olan setilpiridinPreparatın tərkibinə qramisidin xlorid daxildir. Qramisidin C-nin təsir mexanizmi mikrob hüceyrəsinin sitoplazmatik membranının keçiriciliyinin artması ilə əlaqədardır ki, bu da onun davamlılığını pozur və məhvinə səbəb olur. Qramisidin C qrammüsbət və qrammənfi mikroorqanizmlərin geniş spektrinə münasibətdə antibakterial təsir göstərir. Setilpiridinium xlorid antiseptik vasitələrə aiddir, ağız boşluğunda və boğazda infeksion xəstəlik törədicilərinin böyüməsinə və çoxalmasına mane olur. Preparat mikrobəleyhinə təsir göstərir, iltihabı azaldır, boğazda xoşagəlməz hissi azaldır və udqunmanı yüngülləşdirir. Farmakokinetikası Yerli istifadə üçün preparat. Klinikayaqədərki farmakokinetika tədqiqatlarının məlumatlarına əsasən sorulma praktiki olaraq yoxdur.

İstifadəsinə göstərişlər

Ağız boşluğunun və boğazın infeksion-iltihabi xəstəliklərinin simptomatik müalicəsi: faringit, tonzillit, paradontit, gingivit, stomatit. Əks-göstərişlər − Qramisidin C-yə, setilpiridinium xloridə və preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq; − Laktasiya dövrü; − 3 yaşadək uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Birbaşa preparatın istifadəsindən sonra 1 saat ərzində qida və içki qəbulundan qaçınmaq lazımdır. Ağız boşluğunda açıq yaralar olduqda preparatdan istifadə olunmamalıdır, belə ki, setilpiridinium xlorid yaraların sağalmasını ləngidir. Preparatın tərkibində etanol mövcuddur. Preparatın maksimal birdəfəlik dozasında etanolun miqdarı 0,04 qr-a qədər təşkil edir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hazırda digər dərman vasitələri ilə klinik əhəmiyyət daşıyan qarşılıqlı təsir qeydə alınmamışdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləsinizsə və ya hamilə olduğunuzu ehtimal edirsinizsə, yaxud hamiləlik planlaşdırırsınızsa, preparatın istifadəsindən əvvəl həkimlə məsləhətləşməyiniz vacibdir. Hamiləlik dövründə preparatın istifadəsi, onun ana üçün potensial faydası döl üçün potensial riskdən üstün olduğu hallarda mümkündür. Laktasiya dövrü Preparatın komponentlərinin ana südünə keçməsinə dair məlumat mövcud deyil. Laktasiya müddətində preparatın istifadəsi zəruri olduqda əmizdirməyi dayandırmaq lazımdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat xüsusi diqqət və çevik reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növlərini (avtomobil və digər nəqliyyat vasitələrini idarə etmək, hərəkət edən mexanizmlərlə iş, dispetçer və operator işi və s.) yerinə yetirmək qabiliyyətinə təsir göstərmir.

İstifadə qaydası və dozası

Yerli, ağız boşluğunun və boğazın selikli qişasına püskürtməklə. Yeməkdən sonra istifadə olunur. İlk dəfə istifadə zamanı flakonu çalxalayın və pompaya 2 dəfə basın. Uşaqların istifadəsi üçün nəzərdə tutulub. 3-5 yaş arası uşaqlar üçün dozalama: bir istifadədə 2 dəfə püskürtməklə gündə 3 dəfə, 7 gün ərzində. 6-18 yaş arası uşaqlar üçün dozalama: bir istifadədə 4 dəfə püskürtməklə gündə 3 dəfə, 7 gün ərzində. Müalicədən sonra yaxşılaşma olmadıqda və ya simptomlar şiddətləndikdə, yaxud yeni simptomlar baş qaldırdıqda həkimlə məsləhətləşmək vacibdir. Preparatdan, yalnız təlimatlarda qeyd olunan göstərişlərə, istifadə qaydasına əsasən və dozalarda istifadə edin.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1000 – <1/100); nadir hallarda (≥1/10000 – <1/1000); çox nadir hallarda (<1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Tezliyi məlum deyil: Preparatın komponentlərinə qarşı allergik reaksiyalar mümkündür. Metilparahidroksibenzoat, propilparahidroksibenzoat (həmçinin, yararlılıq müddəti bitdiyi zaman) allergik reaksiyalara səbəb ola bilər

Doza həddinin aşılması

Simptomları: preparatdan tövsiyə olunandan artıq dozada istifadə mədə-bağırsaq traktında pozulmalara: ürəkbulanma, qusma və ishala səbəb ola bilər. Müalicəsi: preparatdan istifadəni dayandırmaq və həkimə müraciət etmək lazımdır.

Buraxılış forması

Yerli istifadə üçün dozalanmış sprey 0.03 mq + 0.1 mq. 112 doza pompa və püskürdücü ilə təchiz olunmuş alüminium flakonda. 1 flakon, istifadə təlimatı ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°С-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdə istifadə etmək olmaz. Aptekdən buraxılma şərtləri Reseptsiz buraxılır. İstehsalçı/Qablaşdırmanı həyata keçirən müəsisə Delpharm Bladel B.V., Niderland. İndustriveq 1, Bladel, 5531AD, Niderland. Qablaşdıran müəssisə “Valenta Farm” SC. Rusiya Federasiyası, 141101, Moskva əyaləti, Şelkovo ş., Fabriçnaya küç., ev 2. Tel.: +7 (495) 933 48 62, Faks: +7 (495) 933 48 63. Qeydiyyat vəsiqəsinin sahibi və istehlakçıdan şikayətləri qəbul edən müəssisə “Valenta Farm” SC. Rusiya Federasiyası, 141101, Moskva əyaləti, Şelkovo ş., Fabriçnaya küç., ev 2. Tel.: +7 (495) 933 48 62. Faks: +7 (495) 933 48 63.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“GRAMMIDIN DETSKI 112 DOZ SPREY” üçün ilk rəyi siz yazın.