GLIATILIN 400 MG N14 CAP
| Dərman forması | Kapsul |
|---|---|
| Farmakoloji təsir | Sinir sisteminə təsir edən vasitələr. Parasimpatomimetiklər. Xolin alfosserat |
| İstehsal ölkəsi | İtaliya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
32,15 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
QLİATİLİN kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Choline alfoscerate
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 400 mq xolin alfosserat vardır. Köməkçi maddələr: qliserin, təmizlənmiş su. Kapsulun örtüyü: jelatin, ezitol, sorbitanlar, natrium etilparahidroksibenzoat (E215), natrium propilparahidroksibenzoat (E217), titan dioksid (E171), dəmir oksidi (E172).
Təsviri
Oval formalı, qeyri-şəffaf yumşaq jelatin kapsullardır, kapsulun möhtəviyyatı rəngsiz, özlü mayedir.
Farmakoterapevtik qrupu
Sinir sisteminə təsir edən vasitələr. Parasimpatomimetiklər. Xolin alfosserat. ATC kodu: N07AX02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Qliatilin-xolin alfosserat əsasən mərkəzi sinir sisteminə təsir edən mərkəzi təsirli xolinomimetikdir. Preparatın tərkibinə baş beyində birləşmədən azad olan 40,5% xolin daxildir; xolin asetilxolinin (sinir oyanıqlığının əsas mediatorlarından biri) biosintezində iştirak edir. Alfosserat qliserofosfata qədər biotransformasiya olunur ki, bu da, fosfolipidlərin sələfidir. Asetilxolin sinir impulsunun ötürülməsinə müsbət təsir göstərir, qliserofosfat isə fosfatidilxolinin (membran fosfolipidi) sintezində iştirak edir, nəticədə membranın elastikliyi və reseptorların funksiyası yaxşılaşır. Qliatilin serebral qan axınını artırır, metabolik prosesləri gücləndirir və baş beyinin retikulyar formasiyasının strukturunu aktivləşdirir, eləcə də, baş beyinin travmatik zədələnməsi zamanı şüuru bərpa edir. Neyron menbranının fosfolipid tərkibinin dəyişməsi və xolinergik aktivliyin azalması kimi psixo-üzvi sindromun involyusion faktorlarına profilaktik və korrektəedicitəsir göstərir. Beləliklə, farmakodinamik tədqiqatlar göstərmişdir ki, Qliatilin aşağıdakılara təsir edir: sinaptik, o cümlədən, sinir impulsunun xolinergik ötürücülüyünə (neyrotransmissiyaya); neyron membranının plastikliyinə; reseptorların funksiyasına. Farmakokinetikası Daxilə qəbulu zamanı absorbsiyası 88%-dir; asanlıqla hematoensefalik baryerdən keçir, əsasən beyində (beyindəki konsentrasiyası qandakı konsentrasiyasının 45%-i təşkil edir), ağciyərlərdə və qaraciyərdə toplanır; 85%-i karbon dioksid şəklində ağciyərlər vasitəsilə xaric olur, qalan hissəsi (15%) böyrəklər vasitəsilə və bağırsaqdan xaric olur. Reproduktiv siklə təsir etmir, teratogen və mutagen təsirə malik deyil.
İstifadəsinə göstərişlər
– Degenerativ və involyusion psixo-üzvi sindromlar və yaddaşın pozulması, şüurun dumanlanması, dezoriyentasiya, motivasiyanın, təşəbbüskarlığın azalması və diqqət konsentrasiyası qabiliyyətinin azalması ilə xarakterizə olunan mnestik funksiyaların birincili və ikincili pozuntusu, erebrovaskulyar çatışmazlığın nəticəsi; – emosional və davranış sferasında dəyişiklik; emosional labillik, yüksək qıcıqlanma, marağın azalması, ahıl yaş psevdodepressiyası.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Qliatilinin kapsul dərman formasının tərkibində sorbitol, köməkçi maddələrinin tərkibində ezitol (mannitol və D-sorbitolun qarışığı) və sorbitanlar (D-sorbitol və 1,4-sorbitan) vardır. Bu dərman formasının məsləhət görülən dozada təyini zamanı sorbitolun sutkalıq dozada miqdarı 10 mq-ı aşır ki, bu da, zəiflədici təsirə səbəb ola bilər, bundan başqa bu səbəbə görə Qliatilin kapsullarını şəkərli diabetli pasiyentlərə ehtiyatla təyin etmık lazımdır. Tərkibində sorbitol olduğu üçün Qliatilin kapsul formasında fruktozaya qarşı dözümsüzlük kimi irsi xəstəliyi olan şəxslərə təyin edilmir. Preparatın tərkibində natrium etilparahidroksibenzoat və natrium propilparahidroksibenzoat vardır ki, bu da, bəzi hallarda allergik reaksiyalarasəbəb ola bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Qliatilinin qarşılıqlı təsiri müəyyən edilməyib.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə Qliatilinin istifadəsi əks göstərişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Qliatilin pasiyentin potensial təhlükəli fəaliyyət növü ilə maşğul olmaq qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Kapsullar yeməkdən əvvəl daxilə qəbul edilir. Böyüklər Preparat sutkada 3 dəfə 400 mq (1 kapsul) təyin edilir. Terapiyanın müddəti 3-6 ay təşkil edir.
Əlavə təsirləri
Ürəkbulanma (dominergik aktivasiyanın nəticəsi kimi), bu halda preparatın dozası azaldılır. Allergik reaksiyalar mümkündür. Bir qayda olaraq, hətta uzun müddətli istifadəsi zamanı preparat pasiyent tərəfindən yaxşı keçirilir.
Doza həddinin aşılması
Simptomları Ürəkbulanma. Bu simptomun təzahürü zamanı preparatın dozasının azaldılması məsləhət görülür.
Buraxılış forması
400 mq-lıq kapsullar. 14 kapsul, PVX/alüminium blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Catalent Italy S.p.A. Via Nettunense Km. 20, 100 – 04011 Aprilia (LT), Italy. Qablaşdırma, seriya Italfarmaco S.p.A. Viale Fulvio Testi, 330 – 20126 Milan, Italy.
Qeydiyyat vəsiqəsinin sahibi
Italfarmaco S.p.A. Viale Fulvio Testi, 330 – 20126 Milan, Italy.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.