GLIATILIN 1000 MG N3 AMP
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Sinir sisteminə təsir edən vasitələr. Parasimpatomimetiklər. Xolin alfosserat |
| İstehsal ölkəsi | İtaliya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
21,80 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
QLİATİLİN inyeksiya üçün məhlul GLIATILIN Beynəlxalq patentləşdirilməmiş adı: Choline alfoscerate
Tərkibi
Təsiredici maddə: 1 ampulda 1000 mq xolin alfosserat vardır. Köməkçi maddələr:inyeksiya üçün su.
Təsviri
Şəffaf rəngsiz, qoxusuz məhluldur.
Farmakoterapevtik qrupu
Sinir sisteminə təsir edən vasitələr. Parasimpatomimetiklər. Xolin alfosserat. ATC kodu: N07AX02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Qliatilin-xolin alfosserat əsasən mərkəzi sinir sisteminə təsir edən mərkəzi təsirli xolinomimetikdir. Preparatın tərkibinə baş beyində birləşmədən azad olan 40,5% xolin daxildir; xolin asetilxolinin (sinir oyanıqlığının əsas mediatorlarından biri) biosintezində iştirak edir. Alfosserat qliserofosfata qədər biotransformasiya olunur ki, bu da, fosfolipidlərin sələfidir. Asetilxolin sinir impulsunun ötürülməsinə müsbət təsir göstərir, qliserofosfat isə fosfatidilxolinin (membran fosfolipidi) sintezində iştirak edir, nəticədə membranın elastikliyi və reseptorların funksiyası yaxşılaşır. Qliatilin serebral qan axınını artırır, metabolik prosesləri gücləndirir və baş beyinin retikulyar formasiyasının strukturunu aktivləşdirir, eləcə də, baş beyinin travmatik zədələnməsi zamanı şüuru bərpa edir. Neyron menbranının fosfolipid tərkibinin dəyişməsi və xolinergik aktivliyin azalması kimi psixo-üzvi sindromun involyusion faktorlarına profilaktik və korrektəedicitəsir göstərir. Beləliklə, farmakodinamik tədqiqatlar göstərmişdir ki, Qliatilin aşağıdakılara təsir edir: sinaptik, o cümlədən, sinir impulsunun xolinergik ötürücülüyünə (neyrotransmissiyaya); neyron membranının plastikliyinə; reseptorların funksiyasına. Farmakokinetikası Daxilə qəbulu zamanı absorbsiyası 88%-dir; asanlıqla hematoensefalik baryerdən keçir, əsasən beyində (beyindəki konsentrasiyası qandakı konsentrasiyasının 45%-i təşkil edir), ağciyərlərdə və qaraciyərdə toplanır; 85%-i karbon dioksid şəklində ağciyərlər vasitəsilə xaric olur, qalan hissəsi (15%) böyrəklər vasitəsilə və bağırsaqdan xaric olur. Reproduktiv siklə təsir etmir, teratogen və mutagen təsirə malik deyil.
İstifadəsinə göstərişlər
– Degenerativ və involyusion psixo-üzvi sindromlar və yaddaşın pozulması, şüurun dumanlanması, dezoriyentasiya, motivasiyanın, təşəbbüskarlığın azalması və diqqət konsentrasiyası qabiliyyətinin azalması ilə xarakterizə olunan mnestik funksiyaların birincili və ikincili pozuntusu, erebrovaskulyar çatışmazlığın nəticəsi; – emosional və davranış sferasında dəyişiklik; emosional labillik, yüksək qıcıqlanma, marağın azalması, ahıl yaş psevdodepressiyası.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Qliatilinin qarşılıqlı təsiri müəyyən edilməyib.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə Qliatilinin istifadəsi əks göstərişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Qliatilin pasiyentin potensial təhlükəli fəaliyyət növü ilə maşğul olmaq qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Venadaxili (damcı üsulu ilə) və ya əzələdaxili inyeksiya. Böyüklər Kəskin vəziyyətlər zamanı: sutkada 1000 mq (1 ampul) dozada əzələdaxili və ya sutkada 1000- 3000 mq venadaxili. Venadaxili yeridilmə zamanı 1 ampulun (4 ml) mötəviyyatı 50 ml fizioliji məhlulda həll edilir, infuziyanın sürəti dəqiqədə 60-80 damcıdır. Müalicənin müddəti adətən 10 gün təşkil edir, lakin ehtiyac olduqda, müalicəni müsbət dinamikanın və kapsulların daxilə qəbuluna keçmə imkanının təzahürünə qədər davam etdirmək olar.
Əlavə təsirləri
Ürəkbulanma (dominergik aktivasiyanın nəticəsi kimi), bu halda preparatın dozası azaldılır. Allergik reaksiyalar mümkündür. Bir qayda olaraq, hətta uzun müddətli istifadəsi zamanı preparat pasiyent tərəfindən yaxşı keçirilir.
Doza həddinin aşılması
Simptomları Ürəkbulanma. Bu simptomun təzahürü zamanı preparatın dozasının azaldılması məsləhət görülür.
Buraxılış forması
1000 mq/4 ml məhlul, rəngsiz, neytral şüşə ampulda. 3 ampul, konturlu-yuvalı qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırıma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Italfarmaco S.p.A. Viale Fulvio Testi, 330 – 20126 Milan, Italy.
Qeydiyyat vəsiqəsinin sahibi
Italfarmaco S.p.A. Viale Fulvio Testi, 330 – 20126 Milan, Italy.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.