GALAVIT 25MG N20 TB

Dərman formasıTablet
Farmakoloji təsirİmmunmodulyatorlar və iltihabəleyhinə vasitələr
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

21,02 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman preparatını istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqini diqqətlə oxuyun, çünki orada Sizə lazım olan vacib məlumatlar vardır. • Bu içlik vərəqəni saxlayın: ola bilər ki, Sizə onu yenidən oxumaq lazım gəlsin. • Əgər Sizdə əlavə suallar yaranarsa, həkimə və ya əczaçıya müraciət edin. • Bu dərman vasitəsi yalnız Sizin üçün təyin edilib. Onu digər insanlara verməyin. Bu onların sağlamlığına mənfi təsir göstərə bilər, hətta onlardakı simptomları eyni olsa belə. • Ciddi əlavə təsirlər meydana çıxarsa və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsir əmələ gələrsə, bu barədə həkimə və ya əczaçıya məlumat verin. SELVİRİN dilaltı tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Sodium aminodihydrophthalasindione

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq natrium aminodihidroftalazindion vardır. Köməkçi maddələr: sorbitol, nişasta, laktoza, kalsium stearat, talk, rasementol (mentol).

Təsviri

Sarımtıl çalarları olan ağ rəngli, hər iki tərəfi oval, üzərində bölmə xətti olmayan, nanə qoxulu tabletlərdir.

Farmakoterapevtik qrupu

İmmunmodulyatorlar və iltihabəleyhinə vasitələr. ATC kodu: L03.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Preparatın təsir mexanizmi, anadangəlmə və adaptiv immun sistemi hüceyrələrinin (monositlər, makrofaqlar, neytrofillər və NK (natural killer – təbii killer) və.s) funksional metabolik aktivliyinə tənzimləyici təsir göstərməsi ilə əlaqədardır. Natrium aminodihidroftalazindion, monositlərin/ makrofaqların faqositar aktivliyinə, neytrofillərin bakterisid aktivliyinə eləcədə NK-hüceyrələrinin sitotoksik aktivliyinə tənzimləyici təsir göstərir. Dərman vasitəsi anadangəlmə və adaptiv immun sistemi hüceyrələrinin zəyifləmiş aktivliyini bərpa edərək, orqanizmin bakteriyal, virus və göbələk mənşəli infeksion xəstəliklərə qarşı müqavimətini artırır, patogenlərin tezliyini və təsirini zəyiflədərək, orqanizmdən sürətlə xaric olmasına səbəb olur. Həmçinin natrium aminodihidroftalazindion anticisimlərin yaranma qabiliyətini yaxşılaşdırır, anticisimlərin funksional aktivliyini (affinitet) yüksəldir, dolayı yolla yaradıcı hüceyrələr tərəfindən endogen interferon (İFN-α, İFN-γ) sinitezi prosesini tənzimləyir. Preparat iltihabi xəstəliklər zamanı iltihabi reaksiyaların dərəcəsini, tsikliliyini, o cümlədən orqanizmin intoksikasiyasını müəyyən edən hiperaktivləşdirilmiş makrofaqlarla α-şiş nekroz faktorunun artıq sintezini, interleykin-1, interleykin-6 və başqa proiltihab sitokinlərinin səviyyəsini geri dönən olmaqla 6- 8 saat inhibə edir. Natrium aminodihidroftalazindion hiperaktivləşdirilmiş makrofaqlarla oksigenin aktiv formasının əmələ gəlməsini, beləliklə oksidativ stressin səviyyəsini azaldır, toxuma və orqanları radikalların zədələyici təsirlərindən müdafiə edir. Faqositar hüceyrələrdə kəskin artan funksional aktivliyin normallaşması onlarda antigen təqdim etmə və tənzimləyici funksianın bərpa olunmasına və autoaqressiya səviyyəsinin azalmasına gətirib çıxarır. Dərman vasitəsi orqanizm tərəfindən yaxşı mənimsənilir, allergen, mutagen, embriotoksik, teratogen və kanserogen təsir göstərmir. Farmakokinetikası Orqanizmdən əsasən böyrəklər vasitəsilə xaric olur. Dilaltı istifadə zamanı yarımxaric olama müddəti 30 dəqiqə təşkil edir. Əsas farmakoloji effektləri 72 saat ərzində müşahidə edilir.

İstifadəsinə göstərişlər

Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələrdə (həmçinin ikincili immun çatışmazlığı olan xəstələrdə) immunmodulyatorlar və iltihabəleyhinə vasitə kimi kompleks müalicədə istifadə edilir. • kəskin respirator infeksiyalar, tənəffüs yolları və LOR orqanların (həmçinin tez-tez residivləşən) bakteriya və virus mənşəli (kəskin respirator virus infeksiyaları, qrip, bronxit, pnevmoniya, tonzillit, otit, adenoidit) xəstəlikləri və profilaktikası; • ağız boşluğunun və boğazın selikli qişasının iltihabi xəstəlikləri, paradont xəstəliklər; • herpes virusu səbəbindən yaranan xroniki residiv xəstəliklər; • fiziki iş qabiliyyətinin aşağı düşməsi (o cümlədən idmançılarda);

Əks göstərişlər

Fərdi dözümsüzlük, qalaktoza və fruktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükoza- qalaktoza malabsorbsiyası, hamiləlik və ana südü ilə qidalandırma dövrü, eləcədə 12 yaşdan kiçik uşaqlarda istifadəsi. Xüsusi göstərişlər və ehtiyyat tədbirləri Bu dərman vasitəsinin tərkibində sorbitol vardır. Fruktoza və sorbitola qarşı dözümsüzlüyü ilə əlaqəli nadir irsi xəstəlikləri olan pasiyentlərə bu dərman vasitəsini qəbul etməməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Antibiotik dərman vasitələri ilə eyni vaxtda qəbulu zamanı antibiotiklərin terapevtik dozasının azaldılması mümkündür. Natrium aminodihidroftalazindion, antibiotik müalicənin effektivliyini artıra və mümkün əlavə təsirlərin azalmasına səbəb ola bilər. Digər dərman vasitələri ilə nəzərəçarpacaq qarşılıqlı təsirlər qeyd olunmayıb.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Dərman vasitəsinin hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmlərin idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmlərin idarəetmə qabiliyyətinə təsir göstərmir.

İstifadə qaydası və dozası

İstifadə qaydası dilaltı olaraq gün ərzində 1 tablet 4 dəfəyə qədər və ya 2 tablet 2 dəfə: • kəskin respirator infeksiyalar, qrip, bronxit, pnevmoniya, tonzillit, otit, adenoidit xəstəliklərinin müalicəsi üçün: müalicə kursu 5 gün olmaqla gün ərzində 1 tablet 4 dəfə. Xroniki və tez-tez residivləşən hallarda müalicə kursu 15 gün olmaqla gün ərzində 1 tablet 4 dəfə günaşırı. Profilaktika üçün: müalicə kursu 5-10 gün olmaqla, gün ərzində 1 tablet 2 dəfə. • ağız boşluğunun və boğazın selikli qişasının iltihabi xəstəlikləri eləcədə paradont xəstəliyinin müalicəsi zamanı: ilkin müalicə kursu 5 gün olmaqla gündə 1 tablet 4 dəfə, daha sonra gündə 1 tablet 4 dəfə hər 3 gündən bir, 3 həftə ərzində. • herpes virusu səbəbindən yaranan xroniki residiv xəstəliklər zamanı: ilkin müalicə kursu 10 gün olmaqla, gün ərzində 1 tablet 4 dəfə. Daha sonra yenidən müalicə kursu 10 gün olmaqla, gün ərzində 1 tablet 4 dəfə günaşırı. • fiziki iş qabiliyyətinin artırılması üçün: ilkin müalicə kursu 10 gün olmaqla, 1 tablet gün ərzində 4 dəfə, daha sonra hər 3 gündən bir 1 tablet gün ərzində 4 dəfə müalicə kursu 3 həftə təşkil edir. Natrium aminodihidroftalazindion ilə müalicəya xəstəliyin istənilən mərhələsində başlamaq olar. Dərman vasitəsini içlik vərəqədə geyd edilmiş hər bir göstərişə və dozaya uyğun qaydada qəbul edin. Qeyd edilmiş müalicə kursundan sonra heç bir yaxşılaşma olmazsa, xəstəliyin simptomları dahada ağırlaşarsa və ya yeni simptomlar yaranarsa, həkimə müraciət etmək lazımdır.

Əlavə təsirləri

Nadir hallarda allergik reaksiyalar. Bu içlik vərəqədə sadalanan əlavə təsirlərlə qarşılaşsanız və ya əlavə təsirlər dahada şiddətlənərsə eləcədə bu içlik vərəqədə qeyd olunmayan hər hansı digər əlavə təsirlərlə yaranarsa bu barədə həkimə bildirin.

Doza həddinin aşılması

Doza həddinin aşılması halları qeydə alınmayıb.

Buraxılış forması

25 mq dilaltı tabletlər. 10 tablet polivinilxlorid örtüklü və alüminium folqadan hazırlanmış konturlu-yuvalı blisterdə. 2 konturlu- yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºC-dən yüksək olmayan temperaturda, işıq şüalarından qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

«Selvim» ММС. 308013, Rusiya, Belqoroq şəh., Raboçaya küç, 14.

Qeydiyyat vəsiqəsinin sahibi

“Selvim” ММС, 123290, Rusiya, Moskva şəh., 1-ci Magistralnaya dalan, ev 5A, otaq 91. Tel.: 8-800-707-71-81. E-mail: [email protected]; www.galavit.ru

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“GALAVIT 25MG N20 TB” üçün ilk rəyi siz yazın.