FURSILAK 50MG/20 MG N20 TAB

Dərman formasıTablet
Farmakoloji təsirKombinəedilmiş diuretik vasitə
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

14,76 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

FURSİLAK örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Spironolactone + Furosemide

Tərkibi

Təsiredici maddələr:1 tabletin tərkibində 50 mq spironolakton, 20 mq furosemid vardır. Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza, povidon K25, natrium nişasta qlikolya- tı, natrium lauril sulfat, maqnezium stearat. Örtük: hipromelloza (E465), makroqol 6000, titan dioksid.

Təsviri

Ağ rəngli dairəvi, hər iki tərəfi qabarıq örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Kombinəedilmiş diuretik vasitə. ATC kodu: C03EB01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Fursilak –təsiri spironolakton və furosemidin diuretik və hipotenziv xassələrinin uyğunluğu ilə şərtlənən kombinəedilmiş preparatdır. Spironolakton kaliumqoruyucu diuretikdir, uzunmüddətli təsirə malikdir, aldosteronun (böyrəküstü vəzilərin qabıq maddəsinin mineralokortikosteroid hormonudur) spesifik antaqonistidir. Aldosteron hormonunun reseptorları ilə birləşərək, suyun, natrium və xlor ionlarının sidiklə xaric olmasını artırır, kalium və sidik cövhərinin xaric olunmasını azaldır, sidiyin turşuluğunu aşağı salır. Furosemid güclü təsir göstərən “ilgək” diuretiklərinə aid edilir, Henle ilgəyinin qalxan hissəsində, eləcə də böyrəklərin proksimal və distal qıvrım borucuqlarında natrium, kalium, xlorid və maqnezium ionlarının fəal reabsorbsiyasını təcrid edir; suyun xaric olmasını artırır. Farmakokinetikası Spironolakton və furosemidi peroral qəbul etdikdə mədə-bağırsaq yolundan yaxşı sorulur, olduqca yüksək biomənimsənilmə ilə xarakterizə olunurlar. Spironolakton qaraciyərdə sürətlə metabolizə olunur. Əsas farmakoloji aktiv metabolitlər 7α- tiometilspironolaktan, 7α-tiospironolaktan və kanrenondur (təxminən 50%). Daxilə qəbuldan sonra kanrenon 2-4 saatdan sonra maksimal konsentrasiyaya çatır, onun yarımxaricolma müddəti orta hesabla 12,5 saat təşkil edir. Furosemid orqanizmdə qlükuronidin yaranması ilə metabolizə olur. Yarımxaricolma müddəti təxminən 2 saat təşkil edir.

İstifadəsinə göstərişlər

– Durğun xroniki ürək çatışmazlığı; – ürək çatışmazlığında, nefrotik sindromda ödem sindromu (xüsusilə, digər dərman vasitələri kifayət qədər effektiv olmadıqda və ya diuretiklərdən istifadə nəticəsində yaranmış hipokaliemiya qeydə alındıqda); – hiperaldosteronizm nəticəsində elektrolit mübadiləsinin pozulması zamanı assit və ödemlər; – qaraciyər sirrozu zamanı assit; – hiperaldosteronizmi olan xəstələrdə arterial hipertenziya; – adi dozalarda diuretiklərlə rezistent monoterapiya zamanı preparatla müalicə. Bu dərman kombinasiyasının istifadəsi yalnız ayrılıqda titrlənmiş dərman komponentlərinin qəbulunun uğurlu olması sübut oldunduqdan sonra mümkündür.

Əks göstərişlər

– Spironolaktona, furosemidə və ya sulfanilamidlərə qarşı yüksək həssaslıq; – kəskin böyrək çatışmazlığı, anuriya; – qaraciyər funksiyalarının nəzərəçarpan pozuntuları (qaraciyər prekoma və koması); – korreksiyası mümkün olmayan elektrolit mübadiləsinin pozuntuları: hipo- və ya hiperkaliemiya, hiperkalsemiya, hiponatremiya; – hipovolemiya və ya dehidratasiya (hipotenziya ilə müşayiət olunan və ya hipotenziyasız).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Fursilak preparatını podaqra, şəkərli diabeti olan xəstələrə, qaraciyər və ya böyrək funksiyalarının pozulması zamanı, tənəffüs və metabolik asidoz riski olan pasiyentlərə ehtiyatla təyin edirlər. Fursilakdan uzun müddət istifadə etdikdə zərdabda elektrolitlərin, sidik cövhərinin, kreatinin, qlükozanın və sidik turşusunun miqdarını vaxtaşırı yoxlamaq lazımdır. Fursilakın qəbulu zamanı alkoqoldan istifadə etmək qadağandır. Spironolakton səsin dəyişməsinə səbəb ola bilər (bunu peşəsi səslə bağlı olan (müəllim, aktyorlar və s.) pasiyentlərə təyin edərkən nəzərə almaq lazımdır). Hipotenziyası və ya hipovolemiyası olan pasiyentlərdə bu preparatı təyin etməzdən qabaq onun vəziyyətinin korreksiyasını aparmaq lazımdır. Fursilak preparatını hipoproteinemiyalı (misal üçün, nefrotik sindromda) xəstələrə ehtiyatla təyin etmək lazımdır, belə ki furosemidin təsiri azala və onun ototoksik təsiri arta bilər. Qanda kaliumun miqdarı yüksək olduqda preparatın qəbulu məsləhət görülmür. Radiokontrast nefropatiyası olan xəstələrdə furosemid diurez (radiokontrast səbəbli nefropatiyasının qarşısının alınması) məqsədi ilə tətbiq olunmamalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

– Kalium və kaliumqoruyucu diuretiklərlə (triamteren, amilorid), eləcə də angiotenzinçevirici fermentin inhibitorları ilə birgə istifadəsi zamanı hiperkaliemiyanın yaranması mümkündür; – spironolaktonun qlükokortikoidlərlə, eləcə də işlədici vasitələrlə birgə istifadəsi zamanı hipokaliemiyanın yaranması mümkündür; – spironolakton xora əleyhinə preparatın – karbenoksolonun təsirini zəiflədə bilər, noradrenalinin vazopressor təsirini azaldır, diqoksinin yarımxaricolma müddətini artırır. – salisilatlar spironolaktonun təsirini azalda bilərlər; – furosemid hipoqlikemizəedici vasitələrin və pressor aminlərin təsirini zəiflədə və salisilatların, teofillinin, litium preparatlarının və qeyri-depolyarizasiya miorelaksantların təsirini gücləndirə bilər. – qeyri-steroid iltihab əleyhinə vasitələr (misal üçün, indometasin) furosemidin təsirini zəiflədə bilər; – furosemidin aminoqlikozid antibiotikləri ilə birgə istifadəsi zamanı aminoqlikozidlərin nefro- və ototoksik yan təsirlərinin güclənməsi mümkündür.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı preparatın istifadəsi yalnız gözlənilən fayda potensial riski üstələdiyi təqdirdə həkimin ciddi təyinatı üzrə mümkündür. Fursilak-ın qəbulu zəruri olduqda döşlə əmizdirməni dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın qəbulu zamanı (xüsusi ilə də terapiyanın əvvəlində) avtonəqliyyat idarə etmək və fiziki və psixi reaksiyaların sürətliliyini tələb edən digər işlər görmək qadağandır. Sonradan onların yerinə yetirilməsi fərdi qaydada müəyyən olunur.

İstifadə qaydası və dozası

Fursilak preparatını çeynəmədən, yemək zamanı, kifayət qədər su ilə bütöv şəkildə daxilə qəbul edirlər. Dozalanma rejimi xəstəliyin nozoloji formasından və su-elektrolit mübadilənin pozulmasının nəzərəçarpma dərəcəsindən asılı olaraq fərdi qaydada müəyyən olunur. Müalicənin ilk 3-6 günündə preparatı hər gün 4 tablet olmaqla orta sutkalıq dozada təyin edirlər. Dəstəkləyici doza sutkada 3 dəfə 1 tablet təşkil edir. Klinik effektin nəzərəçarpma dərəcəsindən asılı olaraq bu dozanı hər gün və ya bir gündən bir və ya 2 gündən bir təyin edirlər. Müalicə müddəti fərdi qaydada müəyyən olunur.

Əlavə təsirləri

Fursilak preparatının əlavə təsirlərinin tezliyi aşağıdakı parametrlərlə təyin olunur: Əlavə təsirlərin tezliyi: çox tez-tez (≥1/10); tez-tez (≥1/100, <1/10); bəzən (≥1/1000-dən <1/100-dək); nadir hallarda (≥1/10000-dən <1/1000-dək); çox nadir hallarda (≥1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Su-elektrolit mübadiləsi tərəfindən: uzunmüddətli istifadə zamanı hiponatriemiya, hipo- və ya hiperkaliemiya; nadir hallarda – hiperurikemiya, hiperqlikemiya, qlükozuriya mümkündür. Mərkəzi sinir sisteminə (MSS): başgicəllənmə, süstlük, başağrısı, ataksiya, şüurda qarışıqlıq, qulaqlarda səs-küy, paresteziyalar, eşitmə qabiliyyətinin azalması, görmə qabiliyyətində qeyri-dəqiqlik. Həzm sisteminə: qarında ağrılar, ürəkbulanma, qusma, diareya, qəbizlik, pankreatit, xolestatik sarılıq, anoreksiya, ağız boşluğunun və mədənin selikli qişasının zədələnməsi, nadir hallarda – mədə- bağırsaq xorasının yaranması. Sidik-cinsiyyət sisteminə: ereksiyanın pozulması, ginekomastiya (kişilərdə); süd vəzilərində ağrılar, dismenoreya, amenoreya, hirsutizm, səsin kobudlaşması (qadınlarda). Allergik reaksiyalar: sistemli vaskulit, interstisial nefrit, nekrotizangiit, eksfoliativ dermatit, çoxformalı eritema, titrətmə, dəri səpgiləri, qaşınma, övrə. Qanyaradıcı sistemə: nadir hallarda-aplastik anemiya, hemolitik anemiya, leykopeniya, aqranulositoz, trombositopeniya, qanda kalsiumun miqdarının azalması (nadir halda – qıcolmalar, qanda xolesterolun və triqliseridlərin miqdarının artması, nadir halda sümük iliyinin depressiyası).

Doza həddinin aşılması

Simptomlar: dehidratasiya, dövr edən qanın həcminin azalması, arterial hipotenziya; elektrolit disbalansı, o cümlədən hipokaliemiya; hipoxloremikalkaloz. Müalicəsi: simptomatik – damardaxili maye həcminin və elektrolitlərin çatışmazlığının bərpasından ibarətdir. Hemodializ furosemidin xaric olmasını sürətləndirmir.

Buraxılış forması

Örtüklü tabletlər. 10 tablet, blisterdə. 2 blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yuxarı olmayan temperaturda, işıq düşməyən və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Vörld Medisin llaç San. ve Tic. A.Ş”, Türkiyə. Ünvan 15 Temmuz mah. Cami Yolu Cad. No: 50 Güneşli Bağcılar/İstanbul, Türkiyə. Qeydiyyat sertifikatının sahibi Azerimed şirkətidir.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“FURSILAK 50MG/20 MG N20 TAB” üçün ilk rəyi siz yazın.