FRENAQ 1% 30 GR GEL
| Dərman forması | Gel |
|---|---|
| Farmakoloji təsir | Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP) |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,94 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FRENAQ GEL yerli istifadə üçün gel Bеynəlxalq patеntləşdirilməmiş adı: Nimesulide
Tərkibi
Təsiredici maddə: 1 q gelin tərkibində 10 mq nimesulid (1%) vardır. Köməkçi maddələr:təmizlənmiş su, makroqol 400, propilenqlikol, karbomer 940 və spirt (etanol 96%).
Təsviri
Sarı rəngli özlü geldir. Farmakotеrapеvtik qrupu Qеyri-stеroid iltihabəlеyhinə prеparat (QSİƏP). ATC kodu: M02AA26.
Farmakoloji xüsusiyyətləri
Frenaq gel ağrıkəsici və iltihabəleyhinə vasitədir.
İstifadəsinə göstərişlər
− Dayaq-hərəkət aparatının xəstəlikləri (revmatoid artrit, osteoartrit, periartrit, psoriatik artrit, ankilozlaşdırıcı spondiloartrit, osteoartroz, kökcük sindromu ilə müşayiət olunan osteoxondroz, podaqra) − Bağ və vətərlərin iltihabi xəstəlikləri (tenosinovit, bursit) − Revmatik və qeyri-revmatik mialgiyalar − Dartılma, əzilmə və sınıqlarla müşayiət olunan yumşaq toxuma zədələnmələrinin yerli müalicəsi
Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. 12 yaşdan aşağı uşaqlar. Yerli infeksiyalaşmış, zədələnmiş və aşınmış yaralar. Digər yerli tətbiq olunan preparatlarla birlikdə istifadə olunmamalıdır. Aspirin və digər QSİƏP-a həssaslığı olan xəstələrdə istifadə olunmamalıdır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Frenaq Gel ancaq yerli istifadə üçün nəzərdə tutulub və daxilə qəbul edilməməlidir. Təsadüfən daxilə qəbul etdikdə, həkiminizə yaxud yaxınlıqdakı xəstəxanaya müraciət edin. Dəridə kəsik və sıyrıntılar olduqda, həmçinin yerli dəri infeksiyaları zamanı geldən istifadə etməyin. Geli digər yerli tətbiq olunan kremlərlə birgə istifadə etməyin. Frenaq gel istifadəsi zamanı okluzion sarğılardan istifadə etmək olmaz. Gelin gözə, selikli qişalara düşməməsi üçün diqqətli olun. Belə hal baş verərsə, gözünüzü təmiz su ilə yuyun. İstifadədən sonra əllərinizi yuyun. Gelin tətbiq olunduğu yeri günəş şüasından qoruyun. İstifadə nahiyəsində qaşınma, qızartı əmələ gələrsə gelin istifadəsini dayandırın və həkiminizi məlumatlandırın. Mədə bağırsaq qanaxması, aktiv peptik xora, ağır böyrək və qaraciyər çatışmazlığı, ürək rahatsızlığı, ağır laxtalanma pozğunluqları varsa, diqqətlə istifadə olunmalıdır. Aşağıdakı hallarda geldən istifadə etməzdən öncə həkimdən, yaxud əczaçıdan məsləhət alın: − Əvvəllər iltihabəleyhinə dərman vasitələri, yaxud tərkibində yuxarıda sadalanan inqrediyentlərdən biri olan hər hansı dərman vasitəsi qəbul edərkən sizdə allergik reaksiyalar, dəri səpgiləri, tənəffüs çətinləşməsi kimi əlamətlər olmuşdursa; − Bronxial astmadan əziyyət çəkirsinizsə; − Hər hansı növ allergiyanız varsa; − Dərinizdə ekzema, ağrılılıq, yaxud çatlar olduqda; − Hər hansı qеyri-stеroid iltihabəlеyhinə prеparatı daxilə qəbul edirsinizsə.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Geli istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin. Frenaq geli hamiləlik zamanı ehtiyac olmadıqca istifadə etməyin. Xüsusilə hamiləliyin III trimestrində istifadə olunmamalıdır. Laktasiya dövründə gelin istifadəsi məsləhət deyil.
İstifadə qaydası və dozası
Gündə 2-3 dəfə nazik təbəqə şəklində sürtülür və dəri tərəfindən tamamilə sorulanadək ovuşdurulur. Tətbiq olunan gelin miqdarı ağrı və şişkinlik olan nahiyənin ölçüsündən asılı olaraq dəyişir. Frenaq gel adətən 7- 15 gün müddətində təyin olunur. Həkiminiz, yaxud əczaçı sizə dozanı təyin etməkdə kömək edə bilər. Gel tətbiq edilmiş nahiyəni sıxıcı sarğı ilə örtmək olmaz. Əgər dozanı istifadə etməyi unutmusunuzsa, xatırladıqda bir qədər istifadə edin. Tələb olunan miqdarı isə növbəti dəfəyə saxlayın. Unutduğunuz halda ikiqat doza tətbiq etməyin.
Əlavə təsirləri
Ümümilikdə (hər 100 adamdan 1-dən çoxunda) qaşınma, eritema. Dərman vasitəsinin istifadəsi zamanı davamlı və kəskin xoşagəlməz təsirlərlə üzləşsəniz və ya içlikdə qeyd olunmayan əlavə təsirlər meydana çıxarsa, həkimə yaxud əczaçıya məlumat verin.
Buraxılış forması
30 q gel, tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlanmalıdır. Geldən istifadə etdikdən sonra dərhal tubun qapağını bağlayın.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Aptеkdən buraxılma şərti Resept əsasında buraxılır.
İstehsalçı
Merkez Laboratuarı İlaç San. ve Tic. A.Ş. Çamlık Mah., Sırrı Çelik Bul., Ayça Sok. No:6, Taşdelen – Çekmeköy, İstanbul, Turkey.
Qeydiyyat vəsiqəsinin sahibi
Helba İlaç İç ve Dış San. Tic. A.Ş. Çamlık Mah., Pamuk Sok., A Blok Apt., No:12-16/17 Ümraniye, İstanbul, Turkey.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.